Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
alıb, bir neçə dəqiqə gözlədim.
– Haqlısan. İndi daha yaxşı hiss edirəm özümü, – dedim. Yalan danışırdım. Əsl
əfqan kimi kobudluq etməkdənsə canıma cəfa verməyi üstün tutdum. Yalandan
gülümsədim.
– Vətənin köhnə çarələri varkən bahalı dərmanlara nə hacət?
Onun danışığı çox qaba idi. Siqaretinin külünü çırpıb arxa görüş güzgüsünə
özündən razı bir nəzər saldı. Hündür boylu, qaraşın tacik sürücünün üzünün
dərisini külək döymüş, ensiz çiyinlərinin arasından çıxan uzun boynunun
ortasındakı xirtdəyi o qədər qabarıq idi ki, saqqalın altından da üzə çıxırdı. O da
mənim kimi geyinmişdi. Daha doğrusu, mən onun kimi geyinmişdim. Boz pirhan-
tümban
30
və jiletin üstündən yun adyala bürünmüşdü. Başındakı qəhvəyi
pakolu
31
tacik əsilli qəhrəman, Pəncşirin şiri adını qazanmış Əhməd Şah
Məsudsayağı, azacıq yanakı qoymuşdu.
Fəridlə məni Rəhim Xan Peşəvərdə tanış eləmişdi. Dediyinə görə, Fəridin
iyirmi doqquz yaşı vardı. Amma onun təmkinli, ciddi simasına iyirmi yaş artıq
vermək olardı. Məzari-Şərifdə doğulmuş, on yaşı olanda ailəsi ilə Cəlalabada
köçmüşdü. On dörd yaşında Fərid də atası ilə birgə Şurəviyə qarşı cihada
qoşulmuşdu. İki il – vertolyotdan açılan atəş qocanı parça-parça edənə qədər Pən-
cşirdə birgə vuruşmuşdular. Fəridin iki arvadı, beş uşağı vardı.
– Əvvəl yeddi uşaq idi, – Rəhim Xan acıma dolu nəzərlə Fəridə baxıb, demişdi.
– Amma iki kiçik qızı Cəlalabaddan bir az aralıda minaya düşüb ölüb. Həmin
partlayış zamanı Fərid özü də ayaq barmaqlarından bir neçəsini və sol əlinin üç
barmağını itirib. Bundan sonra o, arvadlarını və beş uşağını götürüb, Peşəvərə
köçüb.
“Keçid məntəqəsi”,– Fərid donquldandı. Mən oturacaqda qurcuxdum.
Qollarımı qoynumda çarpazlayıb, baxırdım. Bir neçə anlıq hətta ürəkbulanmam da
yaddan çıxmışdı. Əslində isə burda narahatlığa əsas yox idi. İki pakistanlı keşikçi
bizim əldən düşmüş “Land Cruiser”ə yaxınlaşdı, içəri yüngülcə baxıb, əlləri ilə işarə
verib bizi buraxdılar.
Rəhim Xanla mənim planımızda birinci maddə Fəridi tapmaq idi. Həmin planda
dollarları rupi və əfqaniyə dəyişmək, geyim və pakol almaq da var idi. Əfqanıs-
tanda yaşasaydım belə, heç zaman geyməyəcəyim bu geyimdən başqa şəriətə,
daha doğrusu, şəriətin Taliban versiyasına uyğun qara, sinəmə qədər uzanan süni
saqqal düzəltməli idim. Rəhim Xan Peşəvərdə belə saqqalları düzəldən bir nəfəri
tanıyırdı. Əsas müştəriləri müharibəni işıqlandıran Qərb jurnalistləri olan bu adam
çörəkpulusunu elə saqqal toxumaqdan çıxarırdı.
Rəhim Xan mənim bir neçə gün onunla qalıb, planı daha yaxşı qurmağımızı
istəyirdi. Amma mən bilirdim ki, nə qədər tez çıxsam, o qədər yaxşıdır. Qorxurdum
ki, fikrimi dəyişərəm. Qorxurdum ki, düşünərəm, götür-qoy edərəm, cəsarətim

bunlara dözməz, rasionallıq qalib gələr və özümü getməməyə inandıra bilərəm.
Qorxurdum, Amerikadakı həyatım məni geri çağırar və mən özümü o böyük, geniş
çayın içinə ataram ki, xatirələrimi unudum, son bir neçə gündə öyrəndiklərim də
ağır bir daş kimi suyun dərinliyinə getsin. Qorxurdum, suyun axınına düşüb etməli
olduqlarımdan uzaqlaşaram – Həsəndən, məni çağıran keçmişimdən. Və borclarımı
qaytarmaq üçün verilən son şansdan. Odur ki, bu baş verməmiş Peşəvərdən
Əfqanıstana yola düşdüm.
Sürəyyaya gəlincə, Əfqanıstana getdiyimi ona deyə bilməzdim. Bunu desəm,
ilk təyyarəyə minib Pakistana gələcəkdi.
Sərhədi keçən kimi hər tərəfi bürüyən yoxsulluğun fərqinə vardım. Yolboyu
sağdan da, soldan da ora-bura səpələnmiş xırda kəndlər qayalar arasında sökülmüş
oyuncaqları xatırladırdı. Çatlamış palçıq daxmalarla yanaşı dörd taxta dayaq və
dam əvəzi nimdaş parçadan ibarət evlər vardı. Daxmaların yanında cır-cındırlı
uşaqlar futbol oynayırdılar. Bir neçə kilometr aralıda yanmış sovet tankının
qalıqları üzərində qarğa dəstəsi kimi çömbəlib oturmuş bir dəstə kişi gördük. Külək
onların büründüyü adyalların kənarlarını yellədirdi. Onların arxasında isə qəhvəyi
burka
32
geymiş qadın çiynində ağır bir gil kuzə ilə tapdanmış cığırla palçıq
daxmalara sarı gəlirdi.
– Qəribədir, – dedim.
– Nə?
– Öz ölkəmdə özümü turist kimi hiss edirəm, – deyib, beş altı arıq keçini yolun
kənarında otaran çobana baxdım.
Fərid bic-bic baxdı, siqaretini atdı.
– Buranı hələ də öz ölkən sayırsan?
– Məncə, qəlbimin bir parçası üçün həmişə belə olacaq, – dedim. İstədiyimdən
daha qıcıqlı idi cavabım.
– Amerikada iyirmi il yaşayandan sonra... – deyib, Fərid maşını boyük bir
oyuğa salmamaq üçün sükanı kəskin burdu.
Başımı buladım.
– Mən Əfqanıstanda böyümüşəm, – dedim.
Fərid yenə bic-bic baxdı.
– Niyə belə edirsən? – soruşdum.
– Fikir vermə, heç, – dedi.
– Yox, bilmək istəyirəm. Niyə belə reaksiya verirsən?
Arxa görüş güzgüsündə görünən gözlərində parıltı hiss etdim.
– Bilmək istəyirsən? – deyə o, istehza ilə gülümsədi. – İcazə ver, mən təsəvvür
edim, Ağa sahib. Sən yəqin qəşəng, həyəti olan iki, ya üçmərtəbəli evdə yaşayırdın.
Bağbanınız həyətinizi gül-çiçəklə və meyvə ağacları ilə doldurmuşdu. Yəqin ki,
böyük darvazanız da vardı. Atan Amerika maşını sürürdü, sənin də xidmətçilərin,
çox güman ki, həzara qulluqçuların vardı. Valideynlərin zəngin qonaqların
gəlişindən qabaq xüsusi işçilər tutub evi bəzətdirər, dostları da gəlib içər, Avropa

və Amerikaya gəzintiləri ilə bağlı döşlərinə döyərdilər. Oğlumun gözü işığa
baxmasın, yalan deyirəmsə, sən həyatında birinci dəfədir pakol taxmısan.
Fərid irişəndə vaxtından əvvəl çürümüş dişləri görünürdü.
– Nədir, yaxınam həqiqətə?
– İndi bunları niyə dedin ki sən?
– Çünki sən bilmək istəyirdin. – Cavabı sanki, üzümə çırpıldı. O, yerlə sürünən
cındır geyimli qocanı göstərdi. Qoca quru otla dolu zənbili kürəyinə şəlləmişdi. –
Əsl Əfqanıstan budur, Ağa sahib. Mənim bildiyim Əfqanıstan budur. Sən? Sən
həmişə burda turist olmusan, sadəcə bundan xəbərin olmayıb.
Rəhim Xan mənə demişdi ki, Əfqanıstanda qalıb müharibələrdə
döyüşənlərdən xoş rəftar gözləməyim.
– Sənin atana görə təəssüf edirəm. Qızlarına görə də. Əlinə görə də.
– Bunun mənim üçün heç bir mənası yoxdur, – deyib, başını buladı. – İndi niyə
geri gəlmisən? Babanın torpağını satıb, pulları cibinə qoyub Amerikadakı ananın
yanına qaçacaqsan?
– Anam məni doğanda ölüb, – dedim.
O, köksünü ötürüb, siqaret yandırdı. Heç nə demədi.
– Saxla maşını.
– Nə?
– Saxla dedim, Allah bəlanı versin! İndi qusacam. – Maşından özümü yerə
atanda artıq mədəmdə nə vardısa yolun kənarındakı çınqılların üstünə tökülürdü.
AXŞAMA DOĞRU mənzərə dəyişməyə başladı. Gündən yanmış təpələr və
çılpaq qayalar yerini daha yaşıl, daha çox kəndə bənzəyən, daha mənzərəli yerlərə
vermişdi. Əsas aşırım Landi Kotaldan Şinvari ərazisi ilə üzüaşağı Landi Xanaya
doğru uzanırdı. Əfqanıstana Torxamdan girmişdik. Yolun kənarında şam ağacları
sıralanırdı. Əvvəlkinə nisbətən daha seyrək, çoxu da çılpaq idi, amma Xeybər
aşırımının ağır yolundan sonra yenidən ağacları görmək çox xoş idi. Cəlalabada
yaxınlaşırdıq. Orda gecəni Fəridin qardaşıgildə keçirəcəkdik.
Biz Nəngərhar vilayətinin paytaxtı, vaxtilə meyvəsi və ilıq iqlimi ilə məşhur
olan Cəlalabada çatanda günəş hələ batmamışdı. Fərid şəhərin mərkəzi
rayonundakı binaların və daş evlərin yanından keçdi. Əvvəllər buralarda daha çox
palma vardı. Bəzi evlərin damı uçmuş, bəzilərinin yerində palçıq laylarından başqa
heç nə qalmamışdı.
Fərid dar, yolsuz bir küçəyə dönüb “Land Cruiser”ini qurumuş qanovun
yanında saxladı. Mən maşından çıxıb, əl-ayağımın qırışığını açdım, dərindən nəfəs
aldım. Əvvəllər külək Cəlalabad ətrafında şəkər qamışı yetişdirilən çöllərdən keçib
şəhərin havasına şirin bir ətir, dad qatardı. Bu dəfə bu dad yox idi.
“Gedək”, – deyə Fərid məni tələsdirdi. Biz palçıqla üzüyuxarı yolboyu uzanan
sınıq-salxaq divarların kənarında ucalan bir neçə yarpaqsız qovaq ağacının
yanından keçdik. Fərid məni birmərtəbəli yarıuçuq evin yanına gətirdi və taxta

üzlüklü qapını döydü. Qapını açan ağ yaylıqlı qızın gözləri okean yaşılına çalırdı.
Məni görüb diksindi, sonra gözləri Fəridi tapdı və işıqlandı.
– Salam əleyküm, Kaka Fərid!
– Salam, Məryəmcan, – nəhayət ki, Fəridin üzündə ilıq təbəssüm göründü.
Qızın alnından öpdü. Gənc qadın yoldan çəkilib, bizi içəri buraxdı. Mən Fəridin
arxasınca içəri girəndə, onun sual dolu baxışlarını üzərimdə hiss edirdim.
Gil tavan çox alçaq, palçıq divarlar, demək olar ki, çılpaq idi. Otağın yeganə işıq
mənbəyi küncdə qoyulmuş iki fənər idi. Ayaqqabılarımızı çıxarıb, yerə sərilmiş
qamışdan hörmə palazın üstünə adladıq. Bir divarın boyunca üstünə qıraqları
süzülmüş adyal örtülmüş döşəyin üstündə üç oğlan bardaş qurub oturmuşdu.
Hündür, enlikürək, saqqallı kişi durub bizi salamladı. Fəridlə öpüşüb
qucaqlaşdılar. Fərid onu böyük qardaşı Vahid kimi təqdim etdi. Məni isə barmağı
ilə göstərib Vahidə “o Amerikadandır” dedi. Sonra bizi buraxıb, oğlanlarla
görüşməyə getdi.
Vahid mənə uşaqlarla üzbəüz divarın dibində yer göstərdi. Oğlanlar Fəridin
üstünə hücum çəkib, artıq çiyinlərinə çıxırdılar. Etirazlarıma baxmayaraq, Vahid
yerdə daha rahat oturmağım üçün uşaqlardan birinə bir adyal da gətirtdi və
Məryəmdən çay istədi. Peşəvərdən necə gəldiyimizi, Xeybər keçidini necə
keçdiyimizi soruşdu.
– Ümid edirəm qarşınıza dozd
33
çıxmayıb, – dedi. Xeybər keçidi təkcə relyefi
ilə deyil, həm də bu relyefdən istifadə edib, səyahətçiləri qarət edən quldurları ilə
də məşhur idi. Mən soruşmamışdan o göz vurub, uca səslə:
– Əlbəttə, heç bir quldur mənim qardaşımınkı kimi eybəcər maşına vaxtını
itirməz, – dedi.
Fərid güləşdiyi üç uşaqdan ən balacasının kürəyini yerə vurub, salamat əli ilə
qabırğalarının altından qıdıqlayırdı. Nəfəsi tıxana-tıxana qardaşına cavab verdi.
– Heç olmasa mənim maşınım var. Bu arada, sənin eşşəyin necədir?
– Mənim eşşəyim sənin maşınından yaxşıdır.
– Xər xərə mişnəsə, – deyə Fərid cavab verdi. – Eşşək eşşəyi tanıyar. Hamı
gülüşdü, mən də onlara qoşuldum. Qonşu otaqdan qadın səsləri gəlirdi.
Oturduğum yerdən yalnız otağın yarısı görünürdü. Məryəmlə qəhvəyi hicab taxmış
qadın – güman ki, anası idi – alçaq səslə danışır və çaydandan dəmliyə su tökürdü.
– Amerikada nə iş görürsən, Əmir ağa? – Vahid soruşdu.
– Yazıçıyam, – dedim. Bunu deyəndə Fəridin pıqqıltısını eşitdim.
– Yazıçı? – Vahidin peşəmə heyranlığı aşkar duyulurdu. – Əfqanıstan barədə
yazırsan?
– Yazmışam. Amma indi yox, – dedim. Son romanım olan “Kül mövsümü”
arvadını bir tələbəsi ilə yataqda gördükdən sonra qaraçı dəstəsinə qoşulan
universitet professoru haqqında idi. Pis kitab deyildi. Bəzi tənqidçilər hətta onu
“yaxşı kitab” deyə dəyərləndirmişdi. Biri isə hətta “oxucunun diqqətini özünə
pərçimləyən” kitab olduğunu yazmışdı. Amma indi nədənsə bu mövzudan xəcalət

hissi keçirdim. Ümid edirdim, Vahid son kitabın nə barədə olduğunu
soruşmayacaq.
– Bəlkə, yenə Əfqanıstandan yazasan? Talibanın ölkəmizin başına nə oyun
açdığını bütün dünyaya danışasan.
– Bilirsiz... Mən o növ yazıçılardan deyiləm.
– Ahh, – deyib, Vahid başını tərpətdi. Bir az qızarmış kimi idi. – Yaxşısını sən
bilərsən, əlbəttə. Mən kiməm, sənə təklif verəm.
Bu zaman Məryəm və bir qadın əlində çaydan və iki stəkanla içəri girdi. Mən
hörmət əlaməti olaraq ayağa qalxdım, əlimi sinəmə sıxıb, başımı əydim. “Salam
əleyküm” dedim.
Hicabı ilə üzünün aşağı hissəsini gizlətmiş qadın da başını əydi. Güclə
eşidiləcək səslə “Salam” dedi. Göz-gözə gəlmədik. Mən ayaq üstəykən o çay süzdü.
Buxarlanan çayı qarşıma qoyub, qadın otaqdan çıxdı. Gəzəndə yalın ayaqları
zərrə qədər də səs çıxartmırdı. Mən oturdum və tünd qara çaydan bir qurtum
aldım. Artıq narahatlıq yaratmağa başlayan sükutu Vahid pozdu.
– Sizi Əfqanıstana geri gətirən nədir?
– Əziz qardaşım, bunların hamısını Əfqanıstana qaytaran nədir ki? – Fərid
Vahidlə danışsa da, həqarətli saymazyana baxışla məni süzürdü.
– Bəsdir! – Vahid onun ağzından vurdu.
– Həmişə eyni olur məqsədləri, – Fərid davam edirdi. – Bu torpağı sat, o evi
sat, pulunu topla, sonra da siçan kimi qaç. Qayıt Amerikaya və o pulla ailəni Mek-
sikaya tətilə apar.
– Fərid! – Vahid artıq bağırdı. Uşaqlar, hətta Fərid də diksindilər. – Sən özünü
necə aparırsan? Bura mənim evimdir! Əmir ağa bu gecə mənim qonağımdır və
mən sənə imkan vermərəm ki, məni belə biabır edəsən!
Fərid ağzını açdı ki, nəsə desin, amma sonra fikrindən daşındı və heç nə
demədi. Divara söykəndi, dodağının altında deyinib, şikəst ayağını sağlam ayağının
üstündə çarpazladı. Gözləri isə indi də məni günahlandırırdı.
– Bizi bağışla, Əmir ağa, – Vahid dedi. – Uşaqlıqdan qardaşımın dili başından
iki addım irəli işləyib.
– Günah məndədir əslində, – dedim. Fəridin kəskin baxışının altında
gülümsəməyə çalışdım. – İnciməmişəm. Ona Əfqanıstana niyə gəldiyimin səbəbini
daha əvvəl deməliydim. Bura əmlak satmaq üçün gəlməmişəm. Kabilə bir oğlanı
tapmağa gedirəm.
– Oğlanı? – Vahid təəccüblə təkrarladı.
– Bəli. – Köynəyimin cibindən Polaroid şəkli çıxardım. Həsənin şəkli onun
ölümü xəbərinin acısını təzələdi. Gözümü çəkməli oldum. Şəkli Vahidə verdim. Bir
az şəklə baxıb, geri qaytardı.
– Bu oğlanı?
Başımla təsdiqlədim.
– Bu həzara uşağını?

– Bəli.
– O sizin nəyinizdir ki?
– Atası mənə çox yaxın idi. Şəkildəki kişidir. İndi ölüb.
Vahid gözünü qırpdı.
– Dostunuz idi?
İlk olaraq, “hə” demək istədim. Sanki şüurumun alt qatında mən də Babanın
sirrini qorumağa çalışırdım. Amma artıq kifayət qədər yalan danışılmışdı.
– O mənim atadanbir, anadan ayrı qardaşım idi, – deyib, udqundum. – Qeyri-
rəsmi qardaşım idi. Fincanı çevirib qulpu ilə oynayırdım.
– Mən şəxsi işinizə qarışmaq istəmirdim.
– Siz mənim işimə qarışmırsız, – dedim.
– Nə edəcəksiz bu uşağı?
– Peşəvərə aparacam. Orda adamlar var, ona baxacaqlar.
Vahid şəkli geri verib, yoğun əlini çiynimə qoydu.
– Sən vicdanlı adamsan, Əmir ağa. Əsl əfqansan.
İçimdə hər şey qısıldı sanki,.
– Bu gün səni evimdə qonaq saxlamağımla fəxr edirəm, – dedi Vahid.
Ona təşəkkür eləyib, Fəridə tərəf baxdım. İndi o, başını aşağı dikib, qamış
palazın nimdaşlaşmış ucları ilə oynayırdı.
AZ SONRA MƏRYƏM və anası iki kasa tərəvəz şorbası və iki çörək gətirdilər.
– Bağışla ki, sənə ət ikram edə bilmirik, – dedi Vahid. – İndi ancaq Talibanın
evində ət bişir.
– Bu əla görünür, – dedim. Həqiqətən də belə idi. Mən ona və uşaqlara yemək
təklif elədim, amma Vahid dedi ki, ailəsi ilə birgə biz gəlməzdən az əvvəl nahar
edibmiş. Fəridlə mən qollarımızı çırmalayıb, çörəyi şorbanın içinə doğradıq və əllə
yeməyə başladıq.
Biz yedikcə fikir verirdim ki, Vahidin uşaqları oğrun-oğrun mənim qol saatıma
baxırdılar. Oğlanların üçü də çox arıq idi, üzlərini çirk basmışdı, saçları qulaqlarının
dibindən kəsilmişdi. Balacası qardaşının qulağına nəsə dedi. O, gözlərini saatımdan
çəkmədən başını tərpətdi. Oğlanlardan böyüyü – yaşı on ikidən çox olmazdı –
yerində tərpənsə də, nəzəri mənim saatımda idi. Nahardan sonra mən əllərimi
Məryəmin gil dolçadan tökdüyü su ilə yuyanda Vahiddən onun oğlanlarına hədiyyə
vermək üçün icazə istədim. O, yox dedi, amma mən təkid etdiyim üçün razılaşdı.
Mən qol saatımı açıb, uşaqların ən kiçiyinə verdim. O, utancaq-utancaq “təşəkkür”
dedi.
– Bu saat mənə dünyanın istənilən şəhərindəki vaxtı deyir, – dedim. Oğlanlar
nəzakətlə başlarını tərpətdilər, saatı bir-birinə ötürüb, növbə ilə qollarına taxdılar.
Amma tezliklə onlar marağını itirdi və saat qamış palazın üstündə qaldı.

– MƏNƏ DEYƏ BİLƏRDİN, – gecə Fərid dedi. İkimiz də Vahidin arvadının bizim
üçün saldığı saman döşək üstə yatmışdıq.
– Nəyi deyəydim?
– Əfqanıstana niyə gəldiyini. – Onunla görüşdüyümdən bəri səsində eşitdiyim
kəskinlik daha yox idi.
– Sən soruşmadın ki.
– Sən deyəydin gərək.
– Sən soruşmadın axı.
O, üzünü mənə çevirdi. Başını qoluna dayayıb:
– Bəlkə mən sənə bu oğlanı tapmaqda kömək edə bilərəm, – dedi.
– Çox sağ ol, Fərid.
– Mən sənin haqqında bədgüman olmaqda haqlı deyildim.
Köksümü ötürdüm.
– Narahat olma. Sən düşündüyündən daha haqlısan, – dedim.
ƏLLƏRİ ARXASINDA MÖHKƏM BAĞLANIB. Kəndir biləklərində ətinin içinə
girəcək qədər dartılıb. Qara parça ilə gözlərini bağlayıblar. Küçədə, su ilə dolu
balaca arxın yanında diz çöküb, başı çiyinlərinin arasından aşağı sallanıb. Sərt
torpaq dizlərini cızır və o dua edə-edə tərpəndikcə, şalvarın altından dizinin qanı
görünür. Axşamüstüdür və onun uzun kölgəsi çay daşı tökülmüş yerdə irəli-geri
tərpənir. Mən yaxına gəlirəm. Onun pıçıltısını eşidirəm. “min yol” deyir. “Səndən
ötrü min yol”. Bədəni zikr içində tərpənir. Üst dodağının üstündə sağalmış çapıq
görünür.
Biz tək deyilik.
Əvvəl tüfəngin lüləsini görürəm. Sonra onun arxasında dayanan adamı.
Hündürdür, əynində hərbi jilet, başında qara çalma var. Aşağı, gözləri bağlanmış
kişiyə baxır. Gözlərində mağara boşluğu var. Bir addım geri çəkilib, tüfəngin lüləsini
qaldırır. Onu diz üstə dayanan kişinin başına dayayır. Bir anlığa batan günəşin işığı
metala dəyib parıldayır.
Tüfəngin gurultusu qulaq batırır.
Lülədən başlayıb, yuxarı, tətiyi çəkənə baxıram. Tüfəngin ağzından çıxıb
burulan tüstünün arxasındakı sifəti görürəm. Hərbi jiletli kişi mənəm.
Qışqırığım boğazımda düyünlənir və oyanıram.
HƏYƏTƏ ÇIXDIM. Ayparanın süzülən işığında dayanıb ulduzlarla dolu göyə
baxdım. Qaranlıqda böcəklər səs salır, külək ağacların yarpaqlarını xışıldadırdı.
Yalın ayaqlarımın altındakı torpaq sərin idi və mən birdən-birə, sərhədi keçəndən
bəri ilk dəfə geri qayıtdığımı hiss elədim. Bu qədər ildən sonra mən yenə də evdə
idim, əcdadlarımın torpağı üzərində dayanmışdım. Bu torpağın üzərində mənim
ulu babam 1915-ci ildə Kabili bürüyən xolera epidemiyasından ölməzdən bir il
əvvəl üçüncü arvadını almışdı. O, əvvəlki iki arvadın edə bilmədiyini etmiş, ona

oğul doğmuşdu. Bu həmin torpaq idi ki, mənim babam kral Nadir Şahla ova çıxmış
və maral vurmuşdu. Anam da bu torpaqda ölmüşdü. Bu torpağın üzərində mən
atamın məhəbbəti uğrunda mücadilə aparmışdım.
Evin gil divarlarından birinin yanında oturdum. Qədim torpağıma birdən-birə
duyduğum doğmalıq hissi özümü təəccübləndirmişdi. Getdiyim vaxt unutmaq və
unudulmaq üçün kifayət etməli idi. Mənim söykəndiyim divarın o tayında yatan
adamlar üçün başqa qalaktikaya bərabər uzaqlıqda olan torpaqda evim vardı.
Amma belə deyildi. Və ayparanın maviyə çalan işığında ayağım altındakı
Əfqanıstan torpağının qımıltısını eşidər kimi oldum. Bəlkə Əfqanıstan da məni hələ
unutmamışdı.
Qərbə baxdım və haradasa o dağların arxasında Kabilin hələ də mövcud
olduğuna sevindim. O doğrudan da var idi – sadəcə köhnə xatirə, yaxud “San
Francisco Chronicle”
34
qəzetinin on beşinci səhifəsində AP
35
xəbərinin başlığı
deyildi. Haradasa o dağların arxasında mən və dovşandodaq qardaşım çərpələng
uçurardıq. Günlərin bir günü o dağların arxasında mən seçim etməli olmuşdum.
İndi, bunca illər sonra o seçim məni yenə də bu torpağa dartıb gətirmişdi.
İçəri qayıdacaqdım ki, evin içindən gələn səsləri eşitdim. Biri Vahidin səsi idi.
– ...Uşaqlara heç nə qalmadı.
– Biz acıq, amma vəhşi deyilik! O qonaqdır! Nə etməli idim ki? – O, gərgin
səslə dedi.
– ... sabah bir şey tapmaq lazımdır. – Qadının səsindən ağladığı bilinirdi. – Nə
yedirdəcəm.
Mən geri çəkildim. İndi anladım ki, uşaqlar niyə bağışladığım saata maraq
göstərməmişdi. Onlar əslində saata baxmırdılar. Onlar mənim yeməyimə
baxırdılar.
ERTƏSİ GÜN SƏHƏR BİZ xudahafizləşdik. “Land Cruiser”ə minməzdən öncə
Vahidə qonaqpərvərliyi üçün təşəkkür etdim. Arxasındakı balaca evi göstərib “bura
sənin evindir” dedi. Üç oğlu qapıda dayanıb bizə baxırdı. Balaca oğlan saatı qoluna
taxmışdı. Saat onun arıq biləyindən sallanırdı.
Həmin gün erkəndən, heç kimin baxmadığı vaxt mən iyirmi altı il əvvəl etdiyim
işi elədim. Bir ovuc pulu döşəyin altına soxdum.
29 Cəmrud qalası - Xeybər keçid məntəqəsinin başlanğıcında qala.

30 Pirhan-tümban – ənənəvi geyim.
31 Pakol – Nuristanlıların geydiyi papaq.
32 Burka – qadının üzünü və hətta gözlərini də bağlayan qara çarşab
33 Dozd - quldur
34 San Francisco Chronicle – San Fransisko Xronikl – ABŞ-ın Kaliforniya
ştatında çıxan gündəlik qəzet.
35 AP – Associated Press Xəbər agentliyi.
İYİRMİ
Fərid məni xəbərdar eləmişdi. Demişdi. Amma görünür, hamısı boşuna imiş.
Maşın Cəlalabaddan Kabilə gedən uçurumlu yolla irəliləyirdi. Bu yolla son dəfə
brezent örtüklü yük maşınında getmişdim. Babanı həşişdən hallanmış, mahnı
oxuyan rus zabit az qala öldürəcəkdi. O gecə Babanın hərəkətləri məni
həyəcanlandırmış, qorxutmuş, nəticədə qürurlandırmışdı. Kabillə Cəlalabad
arasındakı qayaların arası ilə üzüaşağı burulan aşırımlı yolda iki müharibənin izləri
vardı. İyirmi il əvvəl birinci müharibəni mən öz gözümlə görmüşdüm. Onun məşum
xatirələri hələ də yol qırağına səpələnmişdi: Sovet tanklarının yanmış karkasları,
aşmış hərbi zirehli maşınların qalıqları paslanmış, Rusların zirehli avtomobilinin
burnu dağın içinə sancılmışdı. İkinci müharibəni mən televiziya ekranlarında
görmüşdüm. İndi isə onu Fəridin gözləri ilə seyr edirdim.
Dağılmış yolun ortasında heç əziyyət belə çəkmədən oyuqlardan yayınmağı
bacaran Fərid öz işinin ustası idi. Vahidgildə keçirdiyimiz gecədən sonra o daha
söhbətcil olmuşdu. İndi o məni yanındakı oturacağa oturtmuşdu, danışanda da
üzümə baxırdı. Hətta bir, ya iki dəfə gülümsədi də. Şikəst əli ilə sükanı idarə
edərək, yol kənarındakı palçıq daxmaları göstərdi. Orada illərdir tanıdığı adamlar
yaşayırmış. Dediyinə görə, o adamların çoxu indi ya ölmüş, ya da Pakistandakı
qaçqın düşərgələrində idilər. “Bir yandan baxanda, ölənlərin bəxti daha çox
gətirib”,– deyirdi.
Balaca bir kəndin uçmuş, yanmış qalıqlarını göstərdi. İndi orda qaralmış,
damsız divarlardan başqa heç nə qalmamışdı. Gözüm bir divar dibində yatmış itə
sataşdı.
– O kənddə dostum yaşayırdı, – dedi Fərid. – Yaxşı velosiped ustası idi. Əla da
tabla çalmağı vardı. Taliban onu ailəsi ilə birgə öldürdü, kəndi də yandırdı.
Yanmış kəndin yanından keçdik. İt heç qımıldanmadı da.

ƏVVƏLLƏR CƏLALABADDAN KABİLƏ iki saata, bəlkə də daha çox vaxta
gedərdik. Fəridlə Kabilə getməyimiz düz dörd saat çəkdi. Çatanda isə... Fərid
Mahipər keçid məntəqəsini keçən kimi məni xəbərdar elədi.
– Kabil artıq sənin xatırladığın şəhər deyil, – dedi.
– Hə, elə eşitmişəm.
Fəridin baxışından, “eşitmək ayrı, görmək ayrı” iradı süzülürdü. O, haqlıydı.
Çünki nəhayət Kabilin mənzərəsi gözümüzün önündə açılanda mən əmin idim, ta-

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin