Az ərbaycan 2012 İnsan hüQÜqlari üZRƏ hesabat qisa icmal


e.  Ədalətli məhkəmə prosesinin aparılmasından imtina



Yüklə 402,02 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix02.03.2017
ölçüsü402,02 Kb.
#9915
1   2   3   4   5

e. 

Ədalətli məhkəmə prosesinin aparılmasından imtina     

   


M

əhkəmə hakimiyyətinin qanunla müstəqil olması nəzərdə tutulsa da, təcrübədə hakimlər 

icraedici qanaddan ayrı, müstəqil fəaliyyət göstərməmişlər. Məhkəmə sistemi 

korrupsiyalaşmış və səmərəsiz fəaliyyət göstərmişdir. Çıxarılmış hökmlər çox vaxt 

m

əhkəmə prosesində təqdim edilmiş dəlillərlə bağlı olmamışdır.     



 

Hakimiyy


ətin icraedici qanadı məhkəmə hakimiyyəti üzərində güclü təsir göstərməyə 

davam etmişdir. Hakimliyə namizədlərin imtahanını həyata keçirən Məhkəmə-Hüquq 

Şurası Ədliyyə Nazirliyinin nəzarətində olmuşdur.   

 

Etibarlı mənbələrdən verilən məlumatlara əsasən hakimlər və prokurorlar xüsusilə 



beyn

əlxalq müşahidəçilərə maraqlı olan məhkəmə işləri zamanı prezident 

administrasiyasından və Ədliyyə Nazirliyindən göstərişlər almışlar. Etibarlı mənbələrin 

verdikl


əri digər məlumatlara əsasən hakimlər müntəzəm şəkildə rüşvət almışlar. Nazirliyin 

verdiyi m

əlumata əsasən Məhkəmə Şurası il ərzində iki nəfər hakimi tutduğu vəzifəsindən 

azad etmiş və digər beş nəfər hakimi isə tənbeh etmişdir. 

 

M

əhkəmə prosedurları   

   


Qanun dövl

ət, kommersiya və ya peşəkar sirlər və yaxud məxfi, şəxsi və ya ailə məsələləri 

il

ə bağlı olan işlər istisna olmaqla açıq məhkəmənin keçirilməsini nəzərdə tutur. Cinayət 



işlərində təqsirsizlik prezumpsiyası, eləcə də, müttəhimin dəlilləri nəzərdən keçirmək, 

şahidlərlə üzləşdirilmək və məhkəmə prosesində sübutlar təqdim etmək hüququ, imkansız 



mütt

əhimlərin məhkəmə tərəfindən təsdiq edilmiş vəkillə təmin olunmaq hüququ, 

mütt

əhimlərin və ittihamçıların kasasiya şikayəti vermək hüquqları qanunla nəzərdə 



tutulur. Buna baxmayaraq t

əcrübədə bu müddəalara heç də həmişə əməl edilməmişdir. 

Cavabdeh t

ərəfin ona qarşı irəli sürülmüş ittiham barəsində dərhal ətraflı məlumat əldə 

etm

ək, eləcə də lazım olduğu halda pulsuz interpretasiya xidmətindən istifadə etmək 



hüquqları vardır.         

 

Hakiml



ər çox vaxt hökmü açıq şəkildə oxumamışlar və ya onların qərarının arxasında 

dayanan s

əbəbləri bildirməmişlər ki, bu da müttəhimin onun barəsində çıxarılmış 

m

əhkəmə hökmünün səbəblərindən məlumatsız qalması ilə nəticələnmişdir.     



 

Andlılar məhkəməsindən istifadə edilməmişdir. Casusluq və yaxud dövlətə xəyanət kimi 

ittihamlar istisna olmaqla, ad

ətən xarici və yerli müşahidəçilərin məhkəmə iclaslarında 

iştirak etmələrinə icazə verilmişdir. Bəzi dinləmələrdə kiçik və oturacaqların sayı az olan 

m

əhkəmə otaqlarından istifadə edilməsi və iclasın başlanma saatlarının son anda 



d

əyişdirilməsi geniş ictimaiyyətin iştirakının qarşısını almışdır. Ümumilikdə məhkəmənin 

vaxtı və keçiriləcəyi yer barəsində informasiya təqdim edilmişdir, lakin buna baxmayaraq 

burada da b

əzi istisnalar olmuşdur, xüsusilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə.   

 

Dövl



ət ittihamçıları və müdafiə tərəfinin vəkillərinin bərabər statusunun konstitusiya ilə 

əyyən olunmasına baxmayaraq, təcrübədə dövlət ittihamçılarının imtiyazları və 



hüquqları müdafiə tərəfindən üstün olmuşdur. Hakimlər mülki işlərdə müdafiə tərəfinin 

v

əkillərini “kifayət qədər səbəb olduğundan” işdən kənarlaşdırmaq hüquqlarını qoruyub 



saxlamışlar. Cinayət işləri üzrə məhkəmə prosesində maraqların toqquşması və ya 

mütt


əhimin vəkili dəyişmək barədə müraciəti olarsa hakimlər müdafiə tərəfinin vəkillərini 

işdən kənarlaşdıra bilərlər. Hakimlər çox vaxt müdafiə tərəfinin vəkilinin qaldırdığı 

v

əsatətləri, təqdim etdiyi şifahi bəyanatları və dəlilləri qiymətləndirərkən dövlət 



ittihamçılarının xeyrinə olan qərarlar qəbul etmişlər.

   


 

Qanun cinay

ət işləri üzrə məhkəmə prosesində iştirakı ölkənin hökumətin təsiri altında 

olan V


əkillər Kollegiyasının (hüquqşünaslar assosiasiyası) üzvləri ilə məhdudlaşdırır. 

Kollegiyanın üzvləri olan vəkillərin sayı ilin sonunda artaraq 818 nəfərə çatmışdır, belə ki, 

2011 v

ə 2010-cu illərdə üzvlərin sayı müvafiq olaraq 738 və 761 nəfər təşkil etmişdir. 



Kollegiyanın üzvü olan vəkillərin paytaxtdan kənarda fəaliyyət göstərməsi nisbətən 

d

əyişməz olaraq qalmışdır və bu, bütün vəkillərin təxminən 25 faizini təşkil etmişdir. 



 

R

əyasət heyəti Kollegiyanın idarəedici orqanıdır və nizam-intizam komitəsi ilə birlikdə 

v

əkillərin lisenziyasını ləğv etmək və ya kənarlaşdırmaq səlahiyyəti vardır. Rəyasət heyəti 



2004-cü ild

ə beş illik müddətə seçilmişdir və bu müddət 2009-cu ildə başa çatmalı idi. O 

vaxtdan b

əri hər hansı yeni seçkilər keçirilməmişdir. İl ərzində iki vəkil rəyasət heyəti 

t

ərəfindən kənarlaşdırılmışdır. Rəyasət heyəti eyni zamanda 2011-ci ildə Osman Kazımova 



qarşı “müdafiə tərəfinin vəkilindən gözlənilən normalara əməl etmədiyinə görə” irəli 

sürülmüş töhməti ləğv etdiyini bəyan etmişdir. Yerli QHT-lər və beynəlxalq təşkilatlar ona 

verilmiş bu töhməti tənqid etmiş və bunun siyasi motivlərə söykəndiyini bildirmişlər.       

 

Qeyri-qanuni yolla 



əldə edilmiş dəlillərin istifadəsi konstitusiya ilə qadağan edilir. Bəzi 

mütt


əhimlərin onlardan ifadələrin işgəncə və ya zor tətbiq olunmaqla alındığını iddia 

etm


ələrinə baxmayaraq, məhkəmələr zor tətbiq olunduğuna əsaslanaraq iddiaları ləğv 

etm


əmişlər və zorakılığın baş verdiyini müəyyən etmək üçün hər hansı müstəqil məhkəmə 

ekspertizası keçirilməmişdir. Hakimlər çox vaxt polisin pis rəftarı ilə bağlı qaldırılmış 

iddialara m

əhəl qoymamışlar. İstintaq çox vaxt şübhəli bilinən şəxslərə qarşı fiziki 

d

əlillərin toplanması deyil, əksinə etiraflar əldə etmək üzərində qurulmuşdur. Məhkəməyə 



çıxarılmış ağır cinayətlər çox vaxt ittihamnamənin oxunması ilə nəticələnmişdir, belə ki, 

ümumilikd

ə hakimlər yalnız minimum səviyyədə sübut tələb etmişlər və dövlət 

ittihamçıları ilə yaxından əməkdaşlıq etmişlər. Əgər hakim təqdim edilmiş sübutun 

mütt

əhim barəsində hökm çıxarılması üçün kifayət etmədiyini müəyyən etmişdirsə, bu 



zaman iş əlavə istintaq aparılması üçün prokurorluğa geri qaytarılmış və bu da dövlət 

ittihamçısına hökm çıxarılması üçün əlavə imkan yaratmışdır.             

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə və Ağır Cinayətlərə Dair Hərbi Məhkəmə 

istisna olmaqla, m

əhkəmələr çox vaxt tərcüməçinin təmin olunmasını təşkil etməmişlər. 

Dinl


əmələr zamanı məhkəmələrin Ədliyyə Nazirliyi tərəfindən haqqı ödənilməklə 

t

ərcüməçilərlə müqavilə bağlamaq hüquqları vardır.   



M

əhkəmə prosesinin stenoqramı təqdim edilməmişdir, ifadə, tərəflərin şifahi çıxışları və 

m

əhkəmə qərarlarının qeydləri aparılmamışdır. Bunun əvəzində məhkəmə katibi bir qayda 



olaraq dağınıq qeydlər aparmış və qeydlərin məzmununu özü müəyyən etmişdir.       

Ölk


ədə mülki hakimləri olan hərbi məhkəmə sistemi vardır. Müharibə və ya hərbi xidmətlə 

bağlı olan hər hansı cinayət işlərində qəbul edilmiş ilkin məhkəmə hökmü hərbi məhkəmə 

t

ərəfindən dəyişməz olaraq saxlanılır.     



 

Siyasi m

əhbuslar və saxlanılan şəxslər   

 


İl ərzində hökumət “Amnesty İnternational” (Aİ) tərəfindən 2011-ci ildə “vicdan 

m

əhbusları” adlandırılmış demokratik fəal Bəxtiyar Hacıyevi və digər 14 nəfər fəalı 



azadlığa buraxmışdır. Bununla belə, yerli QHT-lərin bildirdiyinə görə hökumət siyasi 

m

əhbusları saxlamağa davam etmişdir, bu rəqəmin 10 və 100-dən çox olduğu barədə fərqli 



fikirl

ər səslənsə də, ümumilikdə təxminən 30 məhbusun olduğu bildirilmişdir. QHT-lərin 

siyasi m

əhbuslar və saxlanılan şəxslər siyahısına jurnalistlər, insan haqlarının 

müdafi

əçiləri, müxalifət partiyasının üzvləri və əvvəlki illərdə həbs edilmiş şəxslər daxil 



edilmişdir, belə ki, 2005-ci ildə dövlət çevrilişi təşkil etməkdə ittiham olunan və sonradan 

korrupsiya 

əməlinə görə məhkum olunmuş hökumət rəsmiləri və ayrı-ayrı fərdlər həbs 

olunmuşdur.              

 

Bir misalda, 22 avqust tarixd



ə jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) kütləvi 

iğtişaşa təhrik etmə və sərhəd keçid qaydalarını pozmaqda ittiham edilərək məhkəmə 

t

ərəfindən dörd il altı ay müddətinə azadlıqdan məhrum edilmişdir. Yerli media və QHT 



m

ənbələri 18 aprel tarixdə həbs edilmiş Novruzoğluna qarşı irəli sürülmüş ittihamların 

saxta olduğunu və bunun onun “Facebook”-da hökuməti tənqid etməsinə cavab olaraq 

h

əyata keçirildiyini hesab etmişlər.         



 

Aprel ayında baş tutmuş üç icazəli etiraz aksiyaları zamanı müxalifət qəzetlərinin 

yaz

dıqları məlumata əsasən polis planlaşdırılan nümayişdən bir neçə gün öncə ən azı 12 



n

əfər fəalı inzibati qaydada saxlamışdır. İnzibati qaydada saxlanılma müddəti altı gündən 

15 gün

ə qədər dəyişmişdir.     



 

Avroviziya Mahnı Müsabiqəsinin finalından bir gün əvvəl, 25 may tarixdə Bakı şəhərində 

keçirilmiş sükut aksiyasında 40-60 nəfər fəal polis tərəfindən saxlanılmışdır. ATƏT 

t

ərəfindən verilmiş məlumata əsasən bu fəallardan üç nəfəri barəsində beş və yaxud altı 



gün inzibati saxlanılma qərarı çıxarılmışdır.         

 

Payızda baş tutmuş və demokratik islahatların keçirilməsi, hökumət daxilindəki yüksək 



s

əviyyəli korrupsiya hallarına diqqət yetirilməsinə çağırışların edildiyi dörd ardıcıl etirazlar 

çoxsaylı həbslər və inzibati qaydada saxlanılmalarla nəticələnmişdir. Məsələn, media 

t

ərəfindən verilmiş məlumatlara əsasən 19 noyabr tarixdə keçirilmiş etiraz aksiyası zamanı 



50-70 n

əfər nümayişçi saxlanılmışdır. 10 nəfər istisna olmaqla nümayişçilərin hamısının 

x

əbərdarlıq edildikdən və yaxud 25 manat (31 ABŞ dolları) və ya daha az məbləğdə cərimə 



olunduqdan azad edildiyi bildirilmişdir, altısı müxalifət partiyasının üzvü olmaqla 10 nəfər 

nümayişçi isə beş-yeddi gün inzibati qaydada saxlanılmışdır.           

 

Mülki m

əhkəmə prosedurları və müdafiə üsulları 

 


Mülki işlər üzrə məhkəmədə müstəqil və bitərəf andlıların iştirakı qanunla nəzərdə 

tutulmayıb, hər bir məhkəmə prosesində qərarlar hakim tərəfindən verilir. Mülki işlər üzrə 

birinci dinl

əmədə rayon məhkəmələrinin mühakimə hüququ vardır, apelyasiya 

şikayətlərinə əvvəlcə Apelyasiya Məhkəməsi və sonradan isə Ali Məhkəmə tərəfindən 

baxılır. Vətəndaşların insan haqlarının pozulmasının qarşısının alınması və bu cür 

pozuntular n

əticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət 

etm

ək hüquqları vardır. Cinayət işləri ilə əlaqədar olaraq vətəndaşların bütün yerli 



m

əhkəmə instansiyalarını keçdikdən, Ali Məhkəməyə şikayət etdikdən və müvafiq qərar 

çıxarıldıqdan sonrakı altı ay ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) 

müraci


ət etmək hüquqları vardır.           

 

İnsan haqları üzrə məhkəmənin regionlar üzrə qərarları:



 

 V

ətəndaşlar İHAM-nə müraciət 



etm

ək hüquqlarından istifadə etməyə davam etmişlər və il ərzində hökumətin İnsan 

Hüquq

ları üzrə Avropa Konvensiyasına əsasən üzərinə götürdüyü öhdəlikləri pozması ilə 



bağlı 1,299 iddia qaldırılmışdır ki, bunlardan 694 iddia rədd edilmiş və 342 iddia qəbul 

edilmişdir. Hökumətin İHAM-in qərarlarına əməl etməsi qarışıq olmuşdur.       



f. 

Şəxsi həyat, ailə, ev və yaxud yazışmalara əsassız müdaxilə   

   


Qanunla şəxsi həyata olan əsassız müdaxilələr, yazışmalara və digər şəxsi ünsiyyət 

formalarına nəzarət edilməsi qadağan edilir. Təcrübədə hökumət bu hüquqi qadağalara 

əməl etməmişdir.     

   


Konstitusiyaya 

əsasən yaşayış yerində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı və ya 

qanunla mü

əyyən edilmiş xüsusi hallarda icazə verilməsinə baxmayaraq dövlət orqanları 

çox vaxt m

əhkəmənin qərarı olmadan axtarışlar keçirmişlər. Çoxları Milli Təhlükəsizlik 

Nazirliyi v

ə Daxili İşlər Nazirliyi tərəfindən xüsusilə xaricilərin, bəzi siyasətçilərin və iş 

adamlarının və beynəlxalq danışıqlarda iştirak edən şəxslərin telefon danışıqlarına və 

internet vasit

əsilə apardıqları yazışmalara nəzarət olunduğunu düşünmüşdür.   

 

Polis cinay



ətkarlıqda şübhəli bilinən şəxslərin və siyasi müxalifət üzvlərinin ailə üzvlərinə, 

el

əcə də müəyyən QHT-lərin əməkdaşlarına və liderlərinə və onların ailə üzvlərinə 



h

ədə-qorxu gəlməyə və onları təqib etməyə davam etmişdir. Vətəndaşların verdikləri 

m

əlumata əsasən dövlət orqanları, ailə üzvlərinin siyasi və ya vətəndaş fəaliyyətlərindəki 



iştirakına görə onlardan intiqam almaq məqsədilə ayrı-ayrı şəxsləri işdən azad etmişdir.       

 

QHT-l



ərin verdikləri məlumata əsasən dövlət orqanları dövlətin şəxsi əmlakı məcburi 

özg


əninkiləşdirmək hüququnu və şəxsi əmlakın özgəninkiləşdirilməsini tənzimləyən 

qanunlara 

əməl etməmişlər. İnsan Hüquqları üzrə Beynəlxalq Federasiya tərəfindən may 

ayında açıqlanmış məlumata əsasən ev sahiblərinə çox vaxt bazar dəyərindən çox aşağı 



t

əzminatlar ödənilmişdir və onların hüquqi müdafiə imkanları az olmuşdur. Şəxsi əmlakın 

müdafi

əsi üzrə ölkənin ilin ortasına olan qiymətləndirmə balı “Wall Street Journal”  



q

əzeti və “Heritage” (İrs) Fondu tərəfindən aparılmış İqtisadi Azadlıq Göstəricisi üzrə 

araşdırmada açıqlanmış və şəxsi mülkiyyət hüquqlarının zəif səviyyədə qorunduğunu 

göst


ərilmişdir. Yerli müşahidəçilərin məlumatına əsasən əvvəlki illərlə müqayisədə 

mülkiyy


ət hüquqlarının pozulması ilə bağlı onlara daxil olan şikayətlərin sayı artmağa 

davam etmişdir. QHT-lərin verdikləri məlumata əsasən əksər vətəndaşlar ölkənin 

m

əhkəmə sisteminə etibar etməmişlər və bu səbəbdən də təzminatla bağlı iddia 



qaldırmaqda maraqlı olmamışlar. İnsan Haqları Evi adlı Norveç QHT-si tərəfindən 

verilmiş məlumata əsasən may ayında hökumət Avroviziya Mahnı Müsabiqəsinin 

keçiril

əcəyi arenanın inşası üçün ev sahiblərini zorla evlərindən çıxartmış və onların 



evl

ərini uçurtmuşdur.       

 

Yerli QHT-in verdiyi m



əlumata əsasən digər böyük yerdəyişməyə Oğuz-Qəbələ-Bakı su 

boru x


əttinin inşası layihəsinin davam etməsi səbəb olmuşdur. Bu layihənin icrası 

n

əticəsində səkkiz rayonda 16000 fərdin öz yaşayış yerlərindən çıxarıldığı və az miqdarda 



t

əzminatın ödənildiyi bildirilmişdir. Torpaq sahiblərinə təzminatın ödənilməsini nəzərdə 

tutan m

əhkəmə qərarının olmasına baxmayaraq su təsərrüfatının idarə olunmasına məsul 



olan “Az

ərsu” dövlət orqanı tərəfindən ilin sonuna qədər yalnız iki nəfər torpaq sahibinə 

t

əzminat ödənilmişdir.            



 

Bakının Sulutəpə qəsəbəsində evlərinin uçurulmasına qarşı etiraz edən sakinlər 18 aprel 

tarixd

ə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin mühafizəçiləri tərəfindən 



döyülmüşlər. İnsidentlə bağlı dövlət orqanlarının apardıqları araşdırma nəticəsində 

mühafiz


əçilərin günahının olmadığı müəyyən edilmişdir.           

 

Bölm



ə 2. Vətəndaş azadlığına hörmət, o cümlədən:   

   


a. Söz v

ə mətbuat azadlığı   

   


Söz v

ə mətbuat azadlığı qanunla müəyyən olunur və mətbuat üzərində senzura xüsusi 

olaraq q

adağan edilir. Buna baxmayaraq çox vaxt hökumət bu hüquqlara hörmət 

etm

əmişdir. Hökumət söz azadlığı və medianın müstəqilliyinin məhdudlaşdırılmasını 



davam etdirmişdir. Jurnalistlər hədələnmiş, döyülmüş və həbs olunmuşlar. Çoxları 

t

ərəfindən söz və ya mətbuat azadlığından istifadə etdiklərinə görə həbs edildikləri hesab 



olunan 15 n

əfər şəxsi hökumət azadlığa buraxsa da, beynəlxalq müşahidəçilərin 

m

əlumatına əsasən ilin sonunda ən azı altı nəfər həbsdə saxlanılmışdır (bax bölmə 1.e.).     



 

Söz azadlığı:    Söz azadlığının konstitusiya ilə təsbit olunmasına baxmayaraq hökumət 

siyasi c

əhətdən həssas hesab etdiyi mövzularla əlaqədar bu hüququ məhdudlaşdırmışdır. 

M

əsələn, mart və aprel aylarında müxalifətin təşkil etdiyi üç etiraz aksiyasına dövlət 



orqanları tərəfindən icazə verilsə də, bu aksiyalara yalnız uzaq ərazilərdə, ictimai 

n

əqliyyatın hərəkəti üçün əlverişsiz olan yerlərdə və Bakının mərkəzindən bir neçə 



kilometr k

ənarda icazə verilmişdir. İctimai toplantıların keçirilməsi üçün edilmiş digər 

müraci

ətlər müntəzəm şəkildə dövlət orqanları tərəfindən rədd edilmişdir. May ayında 



keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən bir neçə həftə əvvəl onlar gənc və müxalifət 

f

əallarının Bakı şəhərində dinc nümayişlər keçirməsinə mane olmuş və bu cür fəaliyyətdə 



şübhəli bilinənlər saxlanılmışdır. Söz azadlığından istifadə etməyə cəhd göstərdiyinə görə 

il 


ərzində 19 nəfərin həbs edilməsi dövlət orqanlarının fərqli düşüncəli insanları 

c

əzalandırmaq üçün məhkəmə sistemindən istifadə etdiyi ilə bağlı narahatlıqları 



artırmışdır. Noyabr ayında Prezident Əliyevə ünvanladığı açıq məktubda demokratik 

islahatların müdafiəçisi və keçmiş vicdan məhbusu Emin Milli hökumətin siyasətini tənqid 

etdikl

ərinə görə təzyiq olunacaqlarından qorxan əksər vətəndaşların internetdə və yaxud 



internetd

ən kənarda özlərinin ifadə azadlıqlarından istifadə etmədiklərini yazmışdır.                     

  

   


 

Hökum


ət siyasi və vətəndaş cəmiyyəti toplantılarına nəzarət etməklə tənqidin qarşısını 

almağa cəhd göstərmişdir. May ayında Avroviziya tədbirləri zamanı yerli QHT tərəfindən 

medianın azadlığı mövzusunda keçirilmiş seminarda hökumət tərəfindən göndərildikləri 

hesab olunan ayrı-ayrı fərdlər dövlət orqanlarını tənqid edən natiqlərin çıxışlarını 

münt

əzəm şəkildə kəsmiş və hökumət rəsmilərini və hökumətin fəaliyyətini tənqid edənləri 



günahlandıraraq onlarla uzun-uzadı mübahisələr etmişlər.      

 

M



ətbuat azadlığı

 

:  



İl ərzində bir sıra müxalifət və müstəqil media vasitələri fəaliyyət 

göst


ərmişlər. Hökumətin siyasəti barədə çap mətbuatında geniş sayda müxtəlif fikirlər 

ifad


ə olunmuşdur. Qəzetlərin tiraj sayı aşağı olaraq qalmışdır və bu göstərici bir çox 

hallarda 5,000-d

ən çox olmamışdır. Etibarlı mənbələrin verdikləri məlumata əsasən 

paylaşdırma fəaliyyətini həyata keçirənlərin çoxunun müxalifət qəzetlərini satmaqdan 

imtina etm

əsi səbəbindən Bakı şəhərindən kənarda müxalifət qəzetləri yalnız məhdud 

sayda satışa çıxarılmışdır. Müxalifət qəzeti olan Azadlıq defamasiya ilə bağlı məhkəmə 

q

ərarı əsasında tətbiq olunmuş cərimələr, şirkətlərin qəzetdə reklam yerləşdirməkdə 



maraq

lı olmaması və qəzetin distributorlarına məxsus olan köşklərin əvvəlki sahiblərinin 

əlindən alınması səbəbindən yaranmış maliyyə çətinlikləri üzündən bağlanmaqla 

üzl


əşmişdir. Yayım mediası özlərinin xəbər proqramlarında iqtidar yönümlü xəttə sadiq 

olmuşlar. Xarici yayımlar, o cümlədən Amerikanın Səsi, Azadlıq Radiosu və BBC-in FM 

tezlikl

ərində yayımının qadağan olunması davam etdirilmişdir.          



Media azadlığının monitorinqini həyata keçirən yerli QHT-in verdiyi məlumata əsasən ilin 

sonunda altı jurnalist həbsdə olmuşdur və yaxud cinayət törətməkdə ittiham edilmişdir. 

M

əsələn, hökumətin daxilindəki korrupsiya fəaliyyətini işıqlandırmış Xural qəzetinin 



redaktoru 

Əvəz Zeynallı və jurnalist Aydın Canıyevin həbsi davam etdirilmişdir. Bloqqer 

v

ə fotoqrafçı Mehman Hüseynovun çəkdiyi Avroviziya müsabiqəsi zamanı müxalifətin 



keçirdiyi etiraz aksiyalarına polisin mane olduğunu əks etdirən fotoşəkillər may və iyun 

aylarında beynəlxalq səviyyədə geniş izlənilmişdir və bundan sonra o saxlanılmış və 12 

iyun tarixd

ə xuliqanlıqda ittiham edilmişdir. Növbəti gün səhər onu azad etsələr də, 

maksimum c

əza olan beş il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan ittihamın 

baxılması davam etmişdir. “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları 

bunun aydın şəkildə onun jurnalist fəaliyyətinə görə cəzalandırılması məqsədilə edildiyini 

bildir


ərək bu ittihamları tənqid etmişlər.                   

 

Zorakılıq və incidilmə:  Medianın monitorinqi ilə məşğul olan QHT-in verdiyi məlumata 



əsasən il ərzində 67 jurnalistə qarşı şifahi və ya fiziki hücumlarla yadda qalmış 71 insident 

baş vermişdir ki, 2011-ci ildə oxşar insidentlərin sayı 90 olmuşdur. Avroviziya Mahnı 

Müsabiq

əsi başa çatdıqdan bir neçə gün sonra, 31 may tarixdə insan haqlarının pozulması 



il

ə bağlı onlayn mediada məlumatlar geniş yayıldıqdan sonra Prezident 

Administrasiyasının nümayəndəsi Əli Həsənov müxalifət mediasına qarşı “ictimai nifrətin” 

göst


ərilməsinə çağırmışdır.   

  

 



 

Hökum


ət, fərqli baxışlara sahib olan insanları incitmək və onları nüfuzdan salmaq üçün 

mediadan istifad

ə etmişdir. Məsələn, çoxları tərəfindən dövlətin nəzarətində olduqları 

hesab olunan üç m

ətbuat vasitəsi – Yeni AzərbaycanSəs və İki Sahil – mart ayında 

t

ədqiqatçı jurnalist Xədicə İsmayılova və onun ailəsi haqqında tənqidi yazılar dərc 



etmişlər. İsmayılovanın yazısında prezidentin ailəsinin korrupsiya ilə əlaqəsi olduğu qeyd 

edilmişdir. Alçaldıcı məqalələrin dərc edilməsindən bir neçə gün əvvəl naməlum şəxslər 

İsmayılovanı onun intim həyatı ilə bağlı gizli şəkildə əldə edilmiş videoyazını yaymaqla 

h

ədələyərək, şantaj etməyə cəhd göstərmişlər. İsmayılova onların hədələrini rədd etdikdən 



sonra videoyazı internetdə yerləşdirilmişdir. Bu hadisə beynəlxalq və yerli səviyyədə sərt 

şəkildə pislənilmişdir və çoxları bunun jurnalistin qorxudulmasına cəhd kimi qəbul 

etmişlər. Prezident Administrasiyası onun şəxsi həyatına olan bu müdaxiləni tənqid etmiş 

v

ə yerli QHT tərəfindən qərəzli olduğu bildirilən rəsmi araşdırma ilin sonunda davam 



etmişdir.                 

 

18 aprel tarixd



ə jurnalist İdrak Abbasov Bakının kənarında evlərin sökülməsi prosesini 

lent


ə almağa cəhd göstərərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 

mühafiz


əçiləri tərəfindən ona ciddi bədən xəsarəti yetirilmişdir. Hökumətin insan haqları 

üzr


ə müvəkkili (ombudsman), “Amnesty İnternational” və “Human Rights Watch” 

t

əşkilatları dövlət orqanlarına dərhal araşdırma aparılmasını tövsiyə etmişlər. 



Araşdırmadan sonra dövlət orqanları hər hansı qanun pozuntusunun baş vermədiyini 

bildirmişlər.      

 

Avroviziya t



ədbirindən əvvəl keçirilmiş etiraz aksiyalarını işıqlandırmağa çalışan 

jurnalistl

ərin polis tərəfindən incidildiyi və bəzi hallarda fiziki zor tətbiq edildiyi barədə 

m

əlumatlar verilmişdir (bas bölmə 2.b.). Son illərdə jurnalistlərə qarşı fiziki hücumlara yol 



verdiyin

ə görə hər hansı polis işçisinin dövlət orqanları tərəfindən məsuliyyətə cəlb 

olunması qeyd alınmamışdır.        

 

Jurnalistl



ər və media hüquqlarının müdafiəçiləri, haqqında İranlı Ayətullah Fazel 

Lank


ərani tərəfindən fitva verilmiş Rafiq Tağının 2011-ci ilin noyabrında baş vermiş 

q

ətlində və 2005-ci ildə Elmar Hüseynovun qətlində günahkarların məsuliyyətə cəlb 



olunmasını tələb etməyi davam etdirmişlər.    

 

Jurnalistl



ər və media vasitələrinin qorxudulması üçün siyasi motivlərə söykəndiyi hesab 

edil


ən məhkəmə iddialarından da istifadə edilmişdir. Müstəqil və müxalifət qəzetlərinin 

əksəriyyətinin maliyyə vəziyyəti aşağı olaraq qalmışdır və onların əmək haqlarının, 

vergil

ərin və vaxtaşırı məhkəmə cərimələrinin ödənilməsində üzləşdikləri problemlər 



davam etmişdir. Maliyyələşmə üçün çoxları siyasi partiyalara, nüfuzlu sponsorlara və 

yaxud 


KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna bel bağlamışdır.   

 

Hökum



ət bəzi dövlət kitabxanalarının müxalifət qəzetlərinə abunə yazılmasını, dövlət 

əssisələrinin müxalifət qəzetlərində reklam yerləşdirməsini qadağan etmişdir və özəl 



əssisələrə bu qəzetlərdə reklam yerləşdirməmək üçün təzyiq göstərmişdir. Nəticədə 

müxalif

ət mediasında ödənişli reklam əhəmiyyətli dərəcədə azalmışdır. Siyasi şərhçilər 



qeyd etmişlər ki, bu cür addımlar müxalifət və müstəqil mətbuat orqanlarının jurnalistlərə 

verdiyi 


əmək haqqının azalmasına səbəb olmuşdur və səriştəli əməkdaşların iqtidar 

yönümlü m

ətbuat tərəfindən işə götürülməsinə imkan yaratmışdır. Bundan əlavə 

beyn


əlxalq media monitorinqi müxbirləri qeyd etmişlər ki, Vergilər Nazirliyinin rəsmiləri 

t

ərəfindən edilən hədə-qorxular medianın müstəqilliyini daha da məhdudlaşdırmışdır.



     

 

 



Yerli müşahidəçilərin məlumatına əsasən qəzet köşklərinin dövlət orqanları tərəfindən ləğv 

edilm


əsi müxalifət qəzetlərinin paylanmasında böyük sayda azalmalara səbəb olmuşdur. 

Müşahidəçilərin bildirdiyinə görə əvvəlkilərin əvəzinə quraşdırılmış yeni köşklərdə kiçik 

sayda iqtidar yönümlü q

əzetlər satılmış və onlar qəzet köşklərindən daha çox gündəlik 

t

ələbat mallarının satışı ilə məşğul olan mağaza kimi fəaliyyət göstərmişlər.      



 

Senzura v

ə ya kontentin məhdudlaşdırılması

   


:  

Əksər media vasitələri özünü-senzuradan 

istifad

ə etmişlər və siyasi cəhətdən həssas hesab edilən mövzulardan yayınmışlar.     



Xarici televiziya stansiyalarının peyk yayımlarının qəbul olunmasına məhdudiyyətlər 

olmasa da, Milli Televiziya v

ə Radio Şurası yerli, özəl televiziya və radio stansiyalarından 

xarici m


ənşəli xəbər proqramlarının tam şəkildə təkrar yayımlanmamasını tələb etmişdir.       

 

Böhtan yaymağa görə məsuliyyət haqqında qanun/milli təhlükəsizlik:  Böhtan cinayət 



əməli hesab edilir. Qanun böhtan atmaqda günahkar bilinən şəxslərə qarşı böyük miqdarda 

c

ərimələr və üç ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq etməyə imkan verir. İcra 



hakimiyy

əti rəsmiləri 2009-cu ildə ictimaiyyətə bu müddəanın cinayət məcəlləsindən 

çıxarılacağını bəyan etmişdilər və bundan sonra məhkəmələr böhtan atmaqda təqsirli 

bilin


ən iki jurnalistə qarşı çıxarılmış hökmü ləğv etmişdilər. Media hüquqlarının müdafiəsi 

üzr


ə yerli təşkilatın verdiyi məlumata əsasən il ərzində qəzetlərə və ya onların sahiblərinə 

qarşı ümumilikdə təxminən 5 milyon manat (6.3 milyon ABŞ dolları) həcmində iddia 

qaldırılmışdır və bu iddialar əsasında 200 000 ABŞ dolları həcmində cərimələr məhkəmə 

t

ərəfindən təmin edilmişdir.                



 

N

əşr məhdudiyyətləri



 

:  Müxalif

ətin Azadlıq qəzetinin redaktoru qəzetin hökumətə məxsus 

olan n


əşriyyat evinə olan borcu səbəbindən çap olunmaqda çətinlik və qeyri-müəyyənliklə 

üzl


əşdiklərini bildirmişdir. Qəzetin eyni zamanda qəzetlərin paylanmasını həyata keçirən 

v

ə yerli müşahidəçilər tərəfindən hökumət üzvlərinə məxsus olduğu hesab olunan Qasid 



şirkətinə də borcu olmuşdur.     


Yüklə 402,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin