Laborator diaqnostikası. Su çiçəyinin təcili diaqnostikası
mürək kəbdir və geniş təcrübədə tətbiq olunmur. Ona suluqlar-
dan hazırlanmış yaxmalarda virus antigeninin immunflüoressen-
siya üsulu ilə aşkar edil mə si aiddir. Törədicini təbii çiçək viru-
sundan fərqlən dirmək üçün elektron mikroskopiya üsulundan
istifadə edilir. Son illərdə varisella-zoster viru suna qarşı əks ci si m-
ləri aşkar etmək məqsədilə bir neçə seroloji üsullar təklif olun-
muşdur: KBR, dolayı ümumi flüoressensiya reaksiyası, hüceyrə
kulturasında virusu neytrallaşdıran, passiv hemaqqlütinasiya
reak siyası, qeyri-düz he maq qlütinasiyanı ləngit mə reaksiyası.
Bunların içərisində nisbətən asan passiv hemaqqlütinasiya və
qeyri-düz hemaqqlütinasiyanı ləngitmə reaksiyasıdır, digər üsul-
323
lar mürəkkəbdir və xüsusi şərait tələb edir. Lakin bütün təklif
edilən üsullar yalnız rekenvalessentləri və immun şəxsləri aşkar
etmək üçün yarayır, xəstəliyin ilkin diaqnozunu qoymaq üçün
isə yararsızdır, çünki cüt qan zərdabının müayinəsi tələb olunur
(əkscisimlər xəstəliyin 5-ci günü əmələ gəlir və xəstəliyin 2-3-
cü həftəsində yüksək səviyyəyə çatır. İmunitetin vəziyyətini
öyrənmək üçün su çiçəyi virusu antigeni ilə dəri daxili sınaq da
təklif edilmişdir.
Sitomeqaliya
Sitomeqaloviurs infeksiyası – həmçinin sitomeqaliya, t ü-
pür cək vəzilərinin virus xəstəliyi, inklüzion sitomeqaliya, əla və-
lərlə birgə xəstəlik, SMV “sivilizasiya xəstəliklərinə” aid edilir
ki, onlar son onillikdə dünyada geniş yayılmışdır. Sitomeqaliya
– kifayət qədər geniş yayılmış virus mənşəli infeksion xəstəlik
olub, təzahürləri daxili orqanların və mərkəzi sinir sisteminin
simptomsuz formalarından ağır zədələnmələrinə qədər dəyişə
bilər.
Sitomeqaliya tüpürcək vəzilərinin və başqa üzvlərin zədə lən-
məsi, onların toxumalarında nəhəng hüceyrələr və nüvədaxili
b ö yük törəmələrin olması ilə səciyyələnən virus xəstəliyidir.
Herpesviridae ailəsi virusları ilə törədilən xəstəliklər ara-
sında sitomeqalovirus infeksiyası (SMVİ) aparıcı yer lərdən b i-
rini tutur. Əksər hallarda SMVİ simptomsuz virusgəzdirmə kimi
gedir və yalnız birincili və ya ikincili im mundefisit zamanı kli-
nik təzahür edən xəstəlik kimi mey dana çıxa bilir ki, bu da xəs-
tə liyin patogenezində yo lux muş şəxsin immun sisteminin funk-
siyasının zəifl ə mə sinin aparıcı rol oynadığını göstərir.
Sitomeqalovirus infeksiyası ilk dəfə XIX əsrin sonunda –
1881-ci ildə Ribbert tərəfindən “öpüş xəstəliyi” adı altında təsvir
edilmişdir, belə ki, güman olunurdu ki, yoluxma öpüş zamanı
tüpürcək vasitəsilə baş verir. Sitomeqaliyanın həqiqi “səbəbkarı”
olan sitomeqalovirus isə yalnız 1956-cı ildə aşkar edilmişdir. Elə
o zaman sübut olun muşdur ki, sitomeqaliya təkcə tüpürcək vasi t-
ə silə deyil (halbuki virus, həqiqətən də, tüpürcək vəzilərində tez-
324
tez aşkar edilir, ona görə də xəstəliyin adlarından biri – “tüpür-
cək vəzilərinin virus xəstəliyi” də buradan götürülmüşdür), həm
də cinsi əlaqə, transplasentar – hamilə qadından dölə, həm çinin
sıx məişət təmasları zamanı da ötürülür. Bundan başqa, qan-
köçürmə, orqan və toxumaların trans plan tasiyası z a ma nı s ito-
meqalovirusla yoluxma halları məlumdur. Sitomeqa lovirus i n-
fek siyası geniş yayılmışdır, lakin virusgəzdirənlərin əksəriy yəti
bundan heç şübhələnmirlər.
Qısa tarixi məlumat. Sitomeqaloviruslar herpes virus ailə-
sinin xüsusi qrupudur, insanlar və məməlilərin bir çox növləri
arasında geniş yayılmışdır. Onun köhvə adı “tüpürcək v ə zi lə-
rinin virusu”’ uşaqların və heyvanların tüpürcək vəzi lə rində çox
hallarda nəhəng hüceyrələrin (sito meqalik h ücey rələr) tapılması
ilə əlaqədardır. İnsanlarda xəstəlik törədən virusu “si to meqalik
möhtəviyyatlı virus” adlandırırdılar ki, bu da yeni do ğul muşlarda
çox vaxt ölümlə nəticələnən geniş yayılmış xəs tə liyin etioloji
əlaqəsini göstərirdi.
Uzun müddət insan sitomeqaliyasının diaqnozu meyiddən
götürül müş yaxmanın histoloji müayinəsinə əsaslanırdı. Canlı
şəxs lərdə diaq nos tikanın aparılması uşaqların sidiyində sitome-
qaliya virusunu aşkar etməyə imkan verən üsul tətbiq edildikdən
sonra mümkün oldu. Laboratoriya şəraitində sitomeqaliya viru-
sunun yetişdirilməsi xəstələrdə kəskin xəstəliyi aşkar etməklə
diaqnosti kanın seroloji üsullarının tətbiqinə şərait yaratdı. Viru-
soloji və seroloji üsulların geniş tətbiq edilməsi onların ana-
dangəlmə və doğuşdan sonrakı sitomeqaliya xəstə liyinin diaq-
nostikasında əhəmiyyətini qiymətləndirməyə imkan verdi.
Yayılması. Sitomeqaliya virus xəstəliyi bir çox ölkələrdə y a-
yıl mışdır. MDB ölkələrində bu xəstəliyin diaqnostikasında i m-
munflüores sensiya üsulu işlədilir və hazırda bir çox mərkəz lər də
də ondan istifadə olunur.
Etiologiyası. Morfoloji cəhətdən sitomeqaliya virusu insanın
her pes xəstəliyi və su çiçəyi virusundan fərqlənir. Elektron mik-
roskopunda aparılan müayinənin nəticəsi göstərir ki, virion 162
kapsomeri birləşdirən iksoedral kapsiddən (110 nm) ibarətdir.
Bəzi virus hissəcikləri bir və ya ikiqat qişa ilə əhatə olunmuşdur.
325
Bu hissəciklərin ölçüsü 180-250 nm-dir. Elektron mikrosko-
punda virusun nüvəsində yerləşir. Virusun genomu DNT-dir.
Herpes virusundan fərqli olaraq (68%), sitomeqaliya virusunun
DNT-də quanin və sitozinin miqdarı xeyli azdır (58%). Virus
hissə ciklərinin tərkibində lipidlər var. Sitomeqaloviruslar təkrar
dondurma və əritmə nəticəsində dağılırlar və stabilizatorsuz
-50°C-də saxlanmırlar.
Bu virusların təsirindən neytrallaşdırıcı və komplementi bir-
ləş dirən əkscisimlər əmələ gəlir. Sitomeqaloviruslar müxtəlif
serovarla rının olması məsələsi hələ həll edilməmişdir. İnsanın
immun zərdabı meymun sitomeqalovirus antigeninə qarşı mən fi-
dir.
Sitomeqaloviruslar ancaq homoloji hüceyrə kulturalarında
inki şaf edir. Virus insanın başlanğıc fibroblastlarında çoxalır.
Bununla yanaşı, təkrar inkişaf edən insan hüceyrə kulturalarında
da (embri onun dəri-əzələ, ağciyər, xaya, uşaqlıq əzələ qatı,
Vi-38 diploid hüceyrələri) inkişaf edirlər. Virus başlanğıc və
təkrari hüceyrə kulturasına sitopatik təsir göstərir.
Patogenez və klinikası. Sitomeqaliya xəstəliyinin gedişi yaş -
dan asılı olaraq müxtəlifdir. Anadangəlmə sitomeqaliya d ö lün
uşaq lıqda ölməsinə səbəb ola bilər və ya sitomeqaliyaya xas kli-
nik əlamətlər törədə bilər. Əlamətlər, adətən, uşaq anadan o l-
duqdan sonra aşkar edilir və inkişafdan qalma, sarılıqla gedən
hepatospleno meqaliya, sətəlcəm və ən çox mərkəzi sinir sistemi-
nin zədələnməsi əlamətləri (mikrosefaliya, beyin mədəciklərinin
ətrafında duz yığılması, xorioretinit, görmə sinirinin atrofiyası,
hissi və hərəki reaksiyaların ləngiməsi). Əvvəllər belə hesab
e dir dilər ki, anadangəl mə sitomeqaliya mütləq uşağın ölümü ilə
nəticələnir. Sonralar aydın oldu ki, uşaqlar birincili xəstəliyi
keçirə və bundan sonra bir neçə il yaşaya bilərlər. Yüngül keçən
xəstəlik hadisələrinə də rast gəlinir. Xəstəlikdən sonra sağ qal-
mış uşaqlarda, adətən, xırda beyin, hərəkət pozğunluqları və əqli
inkişafın ləngiməsi qeyd edilir. Bu yaxınlarda aparılan təd qi-
qatlar göstərmişdir ki, ana bətnində sitomeqalo virus larla y o-
luxma kiçik beyinli və əqli inkişafdan geri qalmış uşaqların ə k-
sə riyyətində belə vəziyyətin yaranmasına gətirib çıxarmışdır.
326
Klinik əlamətlər nəzərə çarpmadan anadangəlmə xəstəliyin inki-
şaf etməsi haqqında da məlumat vardır. Müəyyən edilmişdir ki,
ana dan olmuş 507 uşaqdan 8-də virus sidikdə, yalnız birində
beyin daxili duz yığılması aşkar edilmişdir, qalanları isə normal
uşaqlardan fərqlən məmişdi.
Sitomeqaloviruslarla yoluxma anadan olduqdan sonra da
m üm kü n dür, ancaq bu zaman spesifik klinik əlamətlərə az təsa-
düf edilir. 3 yaşın dan sonra ölmüş uşaqların 8-32%-nin tüpürcək
vəzilərində sitome qaliyaya xas olan morfoloji dəyişik lər tapılır
ki, o da uşaqların doğul duqdan sonra yoluxmasını təs diq edir.
Bəzi tədqiqatçılar virusun ana südü ilə keçməsinə dair məlu-
matlar verirlər.
Əhalinin seroloji müayinəsi zamanı müsbət nəticə yaş art-
dıqja çoxalır. Yenidoğulmuşların qan zərdabında 33-75%-də
kompli menti birləşdirən əkscisimlər tapılır. Bir il ərzində bu r ə-
qəm 29%-ə enir, 35 yaşdan yuxarı şəxslərdə isə o, yüksələrək
51-81%-ə çatır. Müəyyən edilmişdir ki, sitomeqaloviruslarla
y olux muş uşaqlarda xroniki hepatit və interstisial pnevmoniya
inkişaf edir. Xüsusilə bu, müxtəlif məqsədlərlə qanköçürmədən
sonra (ürəkdə operativ müdaxilə zamanı və s.) daha çox müşa-
hidə edilir.
İnsanın infeksion patologiyasında SMVİ-yə əhəmiyyətli rol
ayrılır, bu zaman klinik əlamətlərin müxtəlifliyi patoloji prosesin
lokaliza siyasından və yayılmasından, xəstənin immun statusun-
dan asılıdır. Ağız boşluğunun selikli qişasının virus xəstəlikləri
yayılma miqyasına görə əsas yerlərdən birini tutur. Ağız boşlu-
ğunun selikli qişasının, dodaqların qırmızı haşiyəsinin, dəri ö r-
tüklərinin, cinsiyyət üzvlərinin zədələnməsi ilə SMVİ arasında
əlaqənin olduğu təsdiq edilmişdir.
SMVİ hər yerdə yayılmışdır. Müxtəlif coğrafi mövqedə və
iqtisadi durumda olan şəxslər həyatının erkən dövrlərində yolu-
xur və xəstəlik çox vaxt klinik simptomsuz şəkildə olur. Sitome-
qalovirus infeksiyasının klinik əlamətləri, adətən, əsas sindrom-
lar şəklində təzahür edir: hamiləlik dövründə birincili SMVİ
olan analarda yeni do ğulmuşların perinatal infeksiyası; infeksion
mononukleoza oxşar kəskin qazanılmış SMVİ; immun komp ro-
327
men tə olunmuş şəxslərdə (İİV-infeksiyalaşmış insanlar da daxil
olmaqla) SMVİ-sindrom. SMVİ retinopatiyaların, müxtəlif qast-
rointestinal infeksiyaların, mər kəzi sinir sisteminin xəstəliklə-
rinin və çox güman ki, aterosklerozların bəzi tiplərinin səbəbkarı
ola bilər. İmmunkompromentə olunmuş şəxslərdə ağız boşluğu-
nun xoralaşması çox vaxt SMV ilə bağlı ola bilər. 53% İİV-
müsbət pasiyentlərdə xoralar SMV ilə və daha 28%-də qarışıq
SMV və SHV infeksiyası ilə əlaqədardır. Bəzən bu proseslərə
diş ətinin və parodontun toxumaları cəlb edilə bilər ki, bu da g ə-
lə cəkdə sümüklərin destruksiyası və osteomielitin inkişaf etmə-
sinə gətirib çıxara bilər.
Müasir dövrdə ezofaqitlərin, pnevmanitlərin və digər xəs-
təliklərin patogenezində SMVİ-nin rolu müəyyən edilmişdir,
əv vəllər onların yaranma səbəbləri yalnız bakterial mənşəli sayı-
lırdı.
İnsan orqanizmində törədicinin yaşama müddətindən asılı o l a -
raq, virusun sahib orqanizmlə qarşılıqlı əlaqəsinin müxtəlif for-
maları ayırd edilir. Orqanizmdə virus qısa müddət qaldıqda
infeksion proses ya kəskin (qısa inkubasiya dövrü və xarakter
simptomların inkişaf etməsi), ya da inapparant (simptomsuz)
formada gedə bilər. Virusun uzunmüddətli persistensiyası z ama-
nı infeksiyanın əsas formaları təyin edilə bilər: latent (virusun
simptomsuz persistensiyası, bu zaman virusun reproduksiyasının
tam sikli pozulur və o, sahibin hüceyrələrində subvirus struktur-
ları şəklində qalır: belə hesab olunur ki, o, ətraf mühitə xaric
e dil dikdə yetkin virusun reproduksiyası baş verə bilər); ya da
xro nik (virusun persisten siyası uzun müddət ərzində xəs təliyin
klinik simptomatikası ilə manifestləşir). Ləng virus infeksiyası-
nın inkişaf etməsi mümkündür ki, bu da uzun müd dətli inkubasiya
dövrü (aylar və illər) və yavaş gedişi, ağır klinik sim p tom ların
inkişaf etməsi və xəstənin ölümü ilə səciy yə lənir. O r qa nizmdə
virusun qısamüddətli və uzunmüddətli (persistensiya) yaşama
forma ları çox vaxt bir-birilə sıx bağlıdır – infeksiyanın bir for-
ması digərinə keçir.
SMVİ-nin inkişafının başlıca mərhələləri bunlardır: dərinin
və selikli qişaların birincili infeksiyası, qanqliyaların “koloni-
328
za siya laşması” və kəskin infeksiyası, sonradan latentliyin inki-
şaf etməsi – bu zaman yalnız neyronların nüvələrində olan virus
DNT-si infeksi yanın mövcud olmasını sübut edir. Kəskin mər-
hələ başa çatdıqdan sonra SMVİ hissi qanqliyalarda daha
aşkar edilmir. İnfeksiyanın kəskin mərhələdən (bu zaman virusu
qanqliyaların homoqenat larında aşkar etmək mümkün deyildir)
latent mərhələyə keçməsi mexanizmi hələlik aydınlaş dırılma-
yıbdır. Bu keçid immun amillərin yaranmasına müvafiq gəlir:
sahibin immun reaksiyası virusun dəridə reproduksiyasını azal-
dır, siqnalı yox edir və qanqliyanın hüceyrələri qeyri-permessiv
olur, yəni infeksiyanın latent mərhələsi inkişaf edir.
Əvvəllər SMVİ keçirmiş insanların qanqliyalarında
SMVİ -nin aşkar edilməsi infeksiyanın reaktivasiyasını təs-
diq ləyir ki, o da həm simptomsuz sürə bilər, həm də dəri və
selikli qişaların zədələnmələri ilə inkişaf edə bilər. Provo-
kasiya amillərinin təsiri altında hüceyrə və SMVİ arasında
tarazlığın pozulması virusun replikasiyasının sürətlən mə-
sinə gətirib çıxarır ki, bu da klinik olaraq xəstəliyin kəskin-
ləşməsi kimi təzahür edir. SMVİ-nin reinfeksiyası bir neçə
dəfə, həm məhdud (monoinfeksiya), həm də digər infeksi-
yaların fonunda (mikst-infeksiya) baş verə bilər. Xəstəliyin
alovlanması zamanı (ağrılı halların artması) xəstəliyin kli-
nik əlamətləri, məsələn, dəridə səpgilər meydana çıxır, ona
görə də xəstəliyin diaqnozunun laborator təsdiqlənməsi
tə ləb olunmur. Əksinə, residivləşən SMVİ çox vaxt klinik
nə zərə çarpmayan əlamətlərlə baş verir.
Epidemioloji xüsusiyyətləri. Parazit və sahib arasında qarşı-
lıqlı əlaqə nöqteyi-nəzərindən sitomeqaloviruslar qeyri-adi m ik-
ro orqa nizm lərdir. Həm bətndaxili, həm sonrakı dövrdə v i rusu
(və ya sitomeqaliya hüceyrələrini) uzun müddət sidikdə və t ü-
pür cəkdə aşkar etmək olar, lakin çox zaman eyni vaxtda h o mo -
loji virusa qarşı əkscisimlərin yüksək titrləri müəyyən edilir.
Uşaqlarda bir neçə ay ərzində virusların sidiklə ifrazı qeyd edi-
lir. Bu şəkildə gedən xəstəlik zamanı davamlı virusemiya müəy-
yən edilmişdi (virusu tamlığı pozulmamış leykositlərdən əldə
edir lər). Nisbətən böyük yaşlı uşaqlarda və böyüklərdə virus a y-
329
lar la tüpürcək və sidiklə ifraz olunur. Anadan olduqdan sonra
uşaqların yoluxması sona qədər öyrənilməmişdir.
Ancaq sitomeqalovirusların sidik və tüpürcək vasitəsi ilə i f-
raz edilməsini nəzərə alaraq, yoluxmanın ilk növbədə bu eks-
kretlərlə təmas nəticəsində baş verməsini ehtimal etmək olar.
Nor mal uşaq doğan ananın südündə sitomeqalovirusun aşkar
edilməsi doğuşdan sonra əlavə yoluxma yolunun olmasının
m üm kün lüyünü göstərir. Yenidoğulmuşlarda sitomeqaliya xəstə-
liyinin əlamətlərinin aşkarlan ması dölün uşaqlıq daxilində y o-
luxduğunu təsdiq edir. Yoluxmanın cift vasitəsi ilə baş vermə sini
yoluxmuş yenidoğulmuşun ciftində setomeqalovirusun əldə edil-
məsi sübut edir. Bununla yanaşı, cərrahi əməliyyat vasitəsilə
xa ric edilən embrionun dəri və əzələsindən, özbaşına düşüklər
z a ma nı ağciyər və böyrəyindən hazırlanmış nümunələrdən sito-
meqalovirusların alınması dölün ana bətnində cift vasitəsi ilə y o-
luxduğunu xəbər verir.
Böyüklərdə sitomeqaliya xəstəliyi, adətən, əlamətsiz keçir,
ona görə anaların necə və nə vaxt yoluxması və dölə virusu ötür-
məsi haqqında çox az məlumat vardır. Sitomeqaliyalı uşaq d o-
ğan analarda viremiya qeydə alınmışdır: çox güman ki, bətn-
daxili yoluxma ananın bu yaxında əks cisimlər əmələ gəlmədən
virusemiya ilə muşayiət edən birincili xəstələnməsi ilə əla qə-
dardır. Ancaq bu ehtimalı təsdiq edən sübutlar hələ yoxdur. M ü-
əyyən edilmişdir ki, doğuş qabiliyyətli qadınların 60%-dən çoxu
sitomeqaloviruslara qarşı əkscisimlərə malikdirlər. Bu yaxın-
larda aparılan tədqiqatlar doğuş zamanı normal hamiləliyi olan
200 qadının 4%-də virusun sidiklə ifrazını müəyyən etmişdi,
sağlam hamilə olmayan qadınlarda isə virus aşkar edilmədi.
Virus ifraz edən analardan doğulmuş 7 uşaqda sitomeqaliya xəs-
təliyi aşkar edilmədi, onların ancaq biri doğulandan sonra virus
ifraz etmişdi. Viremiya tapılmış 7 anada doğuş dövründə komp-
lementi birləşdirən əkscisimlər tapılmışdır. Bir sıra tədqiqat çılar
g ös tərirlər ki, xəstəlik əlaməti olmayan yenidoğulmuşların 1,6% -də
viremiya qeyd edilir.
Digər tədqiqatçılar göstərirlər ki, naməlum səbəbdən hamilə-
liyin pozulması zamanı 12 qadından 5-də sitomeqalovirus əldə
330
edilmişdir, abortlar baş vermirsə, döldə inkişaf çatışmazlığı (ki-
çik beyin, hidrosefaliya, mikroftalmiya və s.) əmələ gəlir.
Profilaktika və mübarizə tədbirləri. Sitomeqaliyanın spesi-
fik profilaktikası məqsədilə Vi-38 insan diploid hüceyrələrində
təkrar passac nəticəsində Towne ştamından sitomeqalovirusa
qar şı diri vak sin hazırlanmışdır. Sitomeqaliya virusuna qarşı ə ks -
cisimləri olma yan xəstələrə əkscisimləri olan xəstələrin böy rək -
lərini köçür məz dən 8 həftə əvvəl diri vaksinlə peyvənd edilməsi
xəstələnmənin qarşısını alır. Lakin bu vasitə ilə yoluxmanın qar-
şısını almaq mümkün deyildir. Ona görə vaksinin tək mil ləş di ril-
mə si sahəsində iş gedir.
Ümumi profilaktik tədbirlər xəstələrin və virusgəzdirənlərin
vaxtında aşkar edilməsi və müasir üsullarla xəstəliyin yayılması-
nın qarşısının alınmasına yönəldilməlidir. Bu tədbirlər ilk növ-
bədə hamilə qadınlar arasında ciddi aparılmalı, doğum evlərində
isə anaların və yenidoğulmuşların müayinəsi təşkil edilməlidir.
Laborator diaqnostikası. Sitomeqaliyanın laborator diaq-
nos tikası əsasən iki istiqamətdə aparılır: a) sitomeqalovirusların
əldə edilməsi; b) seroloji müayinə.
a) Virusların sidikdə və tüpürcəkdə (ağız boşluğunda) əldə
edil məsi xəstəliyi aşkar etmək üçün ən mötəbər və həssas üsul-
dur. Lakin hələ virusun əldə edilməsi onun xəstəlikdə mütləq
etioloji amil olması demək deyildir (sitomeqaliya əlamətləri olan
yenido ğulmuşlardan başqa). Nisbətən böyük yaşlı uşaqlarda eti-
ologiyası naməlum pnevmoniya, hemolitik anemiya və yarım-
kəskin və ya xronik hepatit zamanı virusun əldə edilməsi onun
etioloji əhəmiyyət daşıdığını ehtimal edir. Bu, eləcə də bəd xas-
səli şişlər və ya opqanların köçürülməsi ilə əlaqədar im mun o dep-
res siv müalicə alan pnevmo niyalı, hepatitli və ya sitomeqaliya əla-
mətləri olan xəstələrə də aiddir.
Qeyd etmək lazımdır ki, anadangəlmə və qazanılmış sitome-
qaliya xəstəliyində viruslar bir neçə ay ərzində aşkar edilir. Sito-
meqalovirus ştamlarının arasında patogenliyinə görə fərqin o l-
ması hələ məlum deyil dir. Bunu əldə edilmiş virusların etioloji
əhəmiyyətini qiymətlən dirdikdə nəzərə almaq lazımdır.
b) Seroloji diaqnostika.
331
Ayrı-ayrı zərdabların KBR və NR ilə müayinəsi nəticəsində
1:8 və yüksək titrlərdə əkscisimlərin aşkar edilməsi sitomeqali-
yanın olduğunu göstərir. Əhalinin immunitetini öyrənərkən
k om p lementi birləşdirən və neytrallaşdıran əkscisimlərin bir-bi-
ri lə əhəmiyyətli dərəcədə uyğunluğu aşkar edilmişdir. Bəzi hal-
larda xəstədə ancaq neytrallaşdıran əkscisimlər tapılır.
Seroepidemioloji müayinələr apararkən yaxşı olar ki, KBR-
dən istifadə edilsin. KB əkscisimlər sağlam uşaqların 1%-də 6
aydan 1 ilə kimi tapılır, yoluxmuş uşaqların isə 100%-də əks ci-
sim lər aşkar edilir. Bir uşaqda bir neçə dəfə zərdabın seroloji
müayinəsi zamanı əks cisimlərin titri sabit qalarsa və ya artarsa,
bu, diaqnozu qoymaq üçün əsas ola bilər. 35 yaşdan yuxarı
böyüklərin 80%-də sitomeqalovirusa qarşı əkscisimlər müəyyən
edilir. Mononukleoz əlamətləri olan və böyrək köçürülmüş xəs-
tə lərdə əkscisimlərin 4 dəfə və daha çox artması sitomeqaliya
xəstəliyinin seroloji təsdiqi sayılır. Qeyri-düz immunflüoressen-
siya üsulu ilə sitomeqalovirusa qarşı qamma -M əks cisimlərin
aşkar edilməsi fəal sitomeqalovirus xəstəliyinin diaqnozunun q o-
yulmasında böyük rol oynaya bilər. Hər halda, seroloji diaqnoz
mümkün qədər sitomeqalovirusu əldə etməklə təsdiqlənməlidir.
Məxmərək
Məxmərək – kəskin yoluxucu xəstəlik olub, qızılcayabənzər
səpgilərlə, yuxarı tənəffüs yollarında cüzi kataral əlamətlərlə və
periferik limfa vəzilərinin böyüməsi ilə səciyyələnir. Məxmə-
rəyin törədicisi – RNT tərkibli Togaviridae ailəsi Rubi virus
cinsinə aid virusdur. Miksoviruslar qrupuna daxildir, 1938-ci
ildə J.Hiro və S.Tasaka tərəfindən aşkar edilmişdir. Məxmərək
virusu toyuq embrionunun xorional lan tois qişasında becərilir,
ətraf mühitdə davamsızdır.
Məxmərəyə qarşı uşaqların həssaslığı yüksəkdir, lakin qızıl-
caya nisbətən aşağıdır. Əsas etibarilə 1 yaşdan 7 yaşa qədər u şaq lar
xəstələnirlər. 6 aylıq uşaqlar anadangəlmə immunitetin hesabına
çox nadir hallarda xəstələnirlər. Əgər ana məxmərək k e çir mə-
miş sə, onda uşaq istənilən yaşda xəstələnə bilər.
332
Anadangəlmə məxmərək hallarına da təsadüf edilir. Hamilə
qadınların məxmərəklə xəstələnməsi xüsusilə təhlükəlidir, çünki
xəstəlik hamiləliyin ilk 3 ayı ərzində uşağın anadangəlmə inki-
şaf qüsurlarının və eybəcərliklərin (katarakta, mikroftalmiya,
mikro sefaliya, ürək qüsurları və s.) səbəbkarına çevrilə bilər.
Məxmərək səpgi ilə müşayiət olunan kəskin yoluxucu xəs tə-
lik dir. Əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlar xəs tə-
lənirlər. Yaşlı əhali nisbətən az xəstələnir. Məxmərək h a mi lə
qadınlar üçün (birinci 3 ayda) daha təhlükəlidir. O, çox vaxt ana
bətnində uşağın eybəcərliyinə səbəb olur. Bunu göz həki mi N.
Gregg 1941-ci ildə Avst raliyada məxmərək epidemiyasından sonra
ilk dəfə təsvir etmişdir (sinonimləri: qızılca məxmərəyi, “alman
qızılcası”, epide mik rozeola, Rubella). 1972–ci ildə ÜST-ün
məxmərəyin pro filak tikası ilə məşğul olan regional b ü rosu
“məxmərək” terminini təklif etmişdir.
Dostları ilə paylaş: |