Aktiv immunizasiya. Diri qızılca vaksini ilə vaksinasiya
qızılca nın aktiv profilaktikasının ən perspetiv metodu sayılır.
Həssas uşaqlara bu vaksinin yeridilməsi cavab immunoloji reak-
siya ilə müşayiət olunur ki, bu da 95-98% peyvənd olunmuş-
larda qızılcaya qarşı spesifik əkscisimlərin yaranması ilə təzahür
edir. Əkscisimlərin toplanması vaksin yeridildikdən 7-15 gün
sonra başlanır. Əkscisim lərin ən yüksək səviyyəsi 1-2 aydan
sonra müşahidə olunur. 4-6 aydan sonra əkscisimlərin titri azal-
mağa başlayır, ancaq əkscisimlərin qoruyucu titri 8-10 il və daha
çox qalır. Lakin aktiv immunizasiya nəticəsində yaranmış
immunitetin müddəti tam müəyyən olunmamışdır. Diri qızılca
vaksinin yeridilməsinə cavab olaraq 6-cı gündən 18-ci günə
qədər vaksinal prosesin klinik əlamətləri baş verə bilər ki, bu da
temperaturun artması, konyunktivit, kataral əlamətlərin, bəzən
isə səpginin əmələ gəlməsi şəklində özünü göstərir. Vaksinal
reaksiya, adətən, 2-3 gündən artıq çəkmir. Vaksinal reaksiyaları
olan uşaqlar ətrafdakılar üçün epidemioloji təhlükə təşkil
etmirlər. Qızılcaya qarşı diri vaksinlə peyvəndlər 12 aylığında
aparılır. Vaksin bir dəfə 0,5 ml dozada dəri altına yeridilir.
Diri vaksin ilə peyvənd qızılca ilə xəstələnmiş 15-dən 18
aylığa qədər uşaqlara epidemik parotit və məxmərəyə qarşı pey-
vənd lə bir vaxtda aparılır. Qızılcaya qarşı vaksinasiya nəticə-
sində uzunmüddətli (5 ildən az olmayaraq) immunitet y ara nır,
komplementi birləşdirən və virusu neytrallaşdıran əks cisimlər
peyvənddən 12-17 gün sonra görünür, 1-2 aydan sonra ən yük-
sək səviyyəyə çatır. Həssas uşaqların 90%-ni peyvənd et dikdə
epidemik prosesin inkişafı tamamilə dayandırılır. Yüksək epide-
mioloji effekt immun uşaqların (xəstəliyi keçirmiş və peyvənd
olunmuş) xüsusi çəkisi 90-95%-ə çatdıqda mümkündür. Qızılca
xəs təsi ilə təmas qızılca vaksininin yeridilməsinə əksgöstəriş
deyildir.
Qızılcaya qarşı aktiv immunizasiyasının hər yerdə (kütləvi)
aparılması bu infeksiya ilə xəstələnmənin əhali arasında, xüsu-
silə də məktəbəqədər və məktəb yaşlı uşaqlar arasında kəskin
azal masına səbəb olmuşdur.
282
Virusun ətraf mühitdə davamsızlığını nəzərə alıb qızılca oca-
ğında dezinfeksiya aparılmır, ancaq xəstə yaşayan otağın havası
dəyişdirilir.
Qrip
Qrip ( Influenza) – kəskin virus xəstəliyi olub, yüksək intoksi-
kasiya, yuxarı tənəffüs yollarının zədələnməsi simptomları və ikin-
cili bakterial flora ilə şərtlənən ağırlaşamalara meyilliliyi ilə səciy-
yələnir.
Qrip insanın virus etiologiyalı kəskin yoluxucu xəstəliyidir.
Hava-damcı yolu ilə yayılaraq tez-tez epidemik və bəzən də
pan demik şəkildə yayılır. Kliniki gedişi ümumi daxili intoksika-
siya və yuxarı tənəffüs yollarının zədələnməsi ilə təzahür edir.
Qrip xəstəliyinin törədicisi RNT tərkibli virus, Orthmyxo-
viride ailəsindən, İnfluenzavirus cinsindən olan virusdur. O, ilk
dəfə 1933-cü ildə aşkar edilmişdir. Belə ki, 1933-cü ildə Smit,
Leydou, Endrüs qrip virusunu insandan ayırd etmişlər. Sonralar
bu virus A tipinə aid olunmuşdur. 1940-cı ildə Frensis, Medcil
qrip virusunun B tipini, 1949-cu ildə isə Teylor qrip virusunun C
tipini aşkar etmişdir. Etioloji nöqteyi-nəzərdən A və B qrip v i-
rus ları daha geniş yayılmışdır və onların yeni antigen variantları
müəyyən edilmişdir.
Qeyd edildiyi kimi, virusun 3 tipi ayırd olunur: A, B və C.
Onlar öz aralarında bir-birinə oxşayırlar, lakin antigen tərkibinə
görə fərqlənirlər. Virusun 3 tipindən A tipi daha dəyişkəndir, o,
fasiləsiz, bəzən isə çox kəskin olaraq öz antigen tərkibini dəyişir.
Qrip virusunun dəyişkənliyi səthi antigenlərin – hemaqqlütinin
(H) və neyraminidazanın (N) əvəz olunması ilə təzahür edir.
Hemaqqlütinin və neyraminidaza bir-birindən asılı olmayaraq d ə-
yi şir lər, daha çox isə hemaqqlütinin dəyişir.
ÜST-nin (1980-ci il) təsnifatına görə insan və heyvanların A
tip li virusları hemaqqlütininə görə 13 antigen (H1-H13) yarım tip-
lərə, neyraminidazaya görə 10 (N1-N10) yarımqruplara bölünür.
Hər iki antigenin eynianlı dəyişilməsi zamanı A tipinin yeni
yarımtipi yaranır ki, o da pandemiya törədir. B və C tipi virusla-
283
rının ştamlarının antigen tərkibində də bəzi dəyişikliklər gedir,
lakin bu, yarımtiplərin əmələ gəlməsi üçün kifayət deyildir. Epi-
demioloji baxımdan A qripi virusunun təkcə insandan deyil, həm
də atlardan, donuzlardan, bir çox vəhşi və ev quşlarından ifraz edil-
məsi vacibdir. B və C qrip virusları yalnız insandan ifraz o lu nur.
A qripinin iri epidemiyaları 2-3 il intervalla, pandemiyalar
isə təqribən 10-15 il intervalla baş verir. B qripinin epidemiya-
ları isə 3-4 il intervalla baş verir. C tipi virusu ilə törədilən qrip
sporadik və ya qapalı kollektivlərdə kiçik alovlanmalar şəklində
təzahür edir.
XX əsrdə qripin 6 pandemiyası qeyd olunmuşdur: 1918–1 928
illər – A (H1 N1) – ispanka, 1929-1946 illər – A (H1N1), 1947–
1956 illər – A (H1N1), 1957–1967 illər – A (H2N2) Sinqapur,
1968–1977 illər – A (H3 N2) Qonkonq, 1977-ci ildən indiyə
qədər A (H1N1).
Qrip zamanı infeksiyamənbəyi – xəstə, xüsusilə yüngül, s i-
lin miş və simptomsuz formalarda olan şəxslərdir, belə ki, xəs tə-
lər kollektivdən təcrid edilmirlər. Xəstə xəstəliyin şid dət lən mə
dövründə xüsusilə yoluxdurucudur, yoluxdurucu dövr 4-7 gün
təşkil edir.
İnfeksiya hava-damcıyolu ilə ötürülür. Qripə qarşı həssaslıq
yüksəkdir. insanlar istənilən yaşda xəstələnirlər. Uşaqlar həya-
tının ilk aylarında qriplə bir qədər az xəstələnirlər, çünki onların
bir qismi anadan transplasentar yolla alınmış immunitetin sayə-
sində qeyri-həssas olurlar. 6 ayından başlayaraq, passiv immuni-
tet praktik olaraq hamıda itir və bu yaşdan etibarən uşaqlar qripə
qarşı xüsusilə həssas olurlar. Beləliklə, qripə qarşı ümumi həs-
sas lıq davamsızdır, immunitet tipospesifikdir, qısa inkubasiya
döv rünə malikdir (1-2 gün), hava-damcı yoluxma yolu bu kəskin
virus xəstəliyinin kütləvi yayılması üçün əlverişli şərait yaradır.
Qrip virusu epitelotrop və toksikdir. O, nəfəsalma zamanı hava
ilə orqanizmə düşərək tənəffüs yollarının selikli qişasının epitel
h ü cey rələrində reproduksiya edir. Zədələnmiş hüceyrələr dege-
nera siyaya məruz qalır və dəf olunur; silindrik eptelinin me tap -
lzasiyası baş verir ki, nəticədə onun müdafiə funksiyası z əifl əyir.
Prosesə həmçinin selikaltı toxumalar və damar şəbə kə si də
284
qoşulur. Qrip virusunun epiteliotrop təsiri klinik olaraq yuxarı
tənəffüs yollarının katarı şəklində təzahür edir. Qripin pato ge ne-
zində toksemiya böyük rol oynayır.
Qrip virusunun toksik təsiri sinir və damar sisteminə yönəl-
dilmişdir. Damarların toksik zədələnməsi ilə şərtlənən sirkulyator
pozğunluqlar mərkəzi və vegetativ sinir sisteminin funksiyasının
pozulmasında, həmçinin ağciyər pozğunluqlarının i n ki şa fın da
mühüm rol oynayır. Damar sisteminin keçiriciliyinin pozulması
və sirkulyator pozğunluqlar, hansı ki doluqanlılıq, damar staz-
ları, xırda qansızmalarla müşayiət olunur, beynin ödemi, onun
doluqanlılığının səbəbinə çevrilir ki, bu da klinik olaraq menin-
qoensefalitik sindromla təzahür edir.
Ağciyərlərdə qan dövranının pozulması seqmentar ödemlə
müşayiət olunur. Ağır hallarda ödem hemorragik xarakter alır ki,
bu da kəskin sirkulyator pozğunluqların və kapillyarların toksik
zədələnməsinin nəticəsindədir. Qrip virusunun toksik təsiri hipo-
fizar-böyrəküstü tənzimlənmənin pozğunluqlarına gətirib çıxarır.
Qripin patogenezində virusemiyanın rolu sübut olunmuş dur.
Qrip virusunun alveollara birbaşa təsiri deskvamativ pnev mo ni-
yaya səbəb olur.
İnkubasiyadövrü bir neçə saatdan 1-2 sutkaya qədərdir. D i-
gər KRVİ ilə müqayisədə qrip kəskin intoksikasiya ilə səciy-
yələnir; yuxarı tənəffüs yolları tərəfindən kataral əlamətlər cüzi-
dir və bir vaxtda əmələ gəlmir.
Qripin klinik əlamətləri silinmiş formadan hipertoksik for-
maya qədər dəyişə bilər. Xəstəlik kəskin başlayır, temperatur
38-39°C və yuxarı qalxır. Titrətmə, qusma ola bilər. İntoksika si-
ya nın dərəcəsi, həmçinin temperaturun həddi xəstəliyin ağırlı-
ğından asılıdır.
Böyük yaşlı uşaqlar baş ağrısı, göz almalarında, qarında ağrı-
lar, yuxunun pozulmasından şikayətlənirlər, bəzilərində kataral
konyunktivit və sklera damarlarının inyeksiyası müşahidə edilir.
Erkən yaşlı uşaqlarda (1 yaşdan 3 yaşa qədər) kəskin meninqo-
ensefalitik sindrom (təkrar qusma, huşun itməsi, qıcolmalar, m e-
nin gial simptomlar və s.) meydana çıxır.
285
Qrip virusunun vegetativ sinir və damar sisteminə toksik t ə-
si ri klinik olaraq uşağın rənginin kəskin solğun, dəri örtük lərinin
mərmər rənginə çalması ilə təzahür edir. Burun-dodaq üçbucağı-
nın sianozu, akrosianoz, hemorragik sindrom (burun dan q a-
nax ma, dəridə və selikli qişalarda nöqtəvari hemorra giyalar)
m ü şahidə edilir, çox ağır hallarda kollaps baş verə bilər.
Kataral əlamətlər əvvəlcə burunun tutulması, sonra az miq-
darda ifrazatın gəlməsi ilə səciyyələnir. Burun-udlaqda yayılmış
hiperemiya, badamcıqların cüzi şişkinliyi, yumşaq və bərk d a-
mağın selikli qişasında nöqtəvari qansızmlar müşahidə olunur.
Ağırlıq dərəcəsinə görə qripin yüngül, orta və ağır (toksik),
hipertoksik və silinmiş formaları ayırd edilir.
Tənəffüs orqanları tərəfindən iltihabi dəyişikliklər – irinli-
nekrotik və ya fibrinoz larinqotraxeit, bronxit, pnevmoniya (seq-
mentar və ya ocaqlı), plevrit, angina mikrofloranın aktivasiyası
ilə bağlıdır və virus-bakterial etiologiyalıdır. Qrip zamanı, xüsu-
silə erkən yaşlı uşaqlarda daha tez-tez baş verən ağırlaşmalar
bun lardır.
Qısa tarixi məlumat və yayılması. Kütləvi xəstəlik kimi
qrip hələ qədim vaxtlardan təsvir edilmişdir. Bizim eranın VI–X
yüzilliyində o, “İtaliya qızdırması” adı ilə məşhur idi. XIV əsrdə
italiyalı Daminiko Buoni Senyan 3 böyük epidemiyanı (1323,
1328, 1387) “İnfluen zadifreddo” adı altında təsvir etmişdir.
Ancaq hesab edilir ki, ilk dəfə qripi Fransız alimi Etyen Paske
1403-cü ildə Avropada baş vermiş epidemiya zamanı dəqiq
təsvir etmişdir. Birinci pandemiya 1580-ci ildə baş vermişdir:
XVIII yüzillikdə qripin 4, XX yüzillikdə 2-4 il fasilə ilə bir neçə
epidemiyaları və məlum 2 pandemiyası olmuşdur.
Birinci pandemiya 1918-1920-ci illərdə alovlandı, 4 dalğalı
oldu və tarixdə “İspanka” kimi qaldı (xəstəlik haqqında ilk məlu-
mat 1918-ci ildə İspaniya mətbuatında çap edildiyinə görə). Bu
pande miya zamanı dünyada 500 mln insan xəstələndi və 20
mln-a qədər şəxs məhv oldu.
İkinci pandemiya 1957–1958-ci illərdə başlandı və “Asiya
qripi” adını aldı. Tam olmayan məlumata görə bu pandemiyada 2
mlrd. insan xəstələnmişdi. Pandemiyaların hər ikisi cənub-Şərqi
286
Asiyada başlandı, sonra Avropaya, Amerikaya, Afrikaya və A vst -
rali yaya yayıldı. Ən çox xəstələnmə bu pandemiyalarda 2-ci
dalğa zamanı (birincidən təxminən 7-10 dəfə çox) baş verdi.
Hesab edilir ki, XVI əsrdən başlayaraq bu günə qədər dünyada
20 pandemiya və ondan daha çox epidemiya baş vermişdir.
Xəstəlik hazırkı adını 1743-cü ildə almışdır. O zaman Souvaqe
Broussais onu adlandırmaq üçün “La qrippe” (fransız dili “qrip-
per” felindən və ya “aqripper” – “tutmaq” və ya “əhatə etmək”)
terminindən istifadə etmişlər. Qrip indi də qlobal problem olaraq
qalır. Qeyd etdiyimiz kimi, qrip tez-tez Asiya ölkələrində başla-
yır və sonra bütün dünyaya yayılır. XX əsrin əvvəlində qripin
törədicisi bir neçə il ərzində dəniz, dəmiryol nəqliyyatı vasitəsilə
bütün yer kürəsinə yayıldı. “İspanka” virusu isə 3 il ərzində bü -
tün dünya ölkələrini əhatə etdi. İkinci Dünya müharibə sin dən
sonrakı ilk illərdə qrip pandemiyası cəmi 1 ildə dünya öl kə lə-
rinin çoxunda yayıldı. Hazırkı dövrdə törədici bütün qitələrə çox
sürətlə - bir neçə ay ərzində yayılır.
Etiologiyası. Qripin törədicisini ilk dəfə 1931-ci ildə ingilis
baytar həkimi Shope donuz influenziyası olan xəstələrdən almış-
dır, indi ona Myxovirus influenzae adı verilmişdir. 1933-cü ildə
Smith, Andrews, Zaidlaw ağ safsarı qripli xəstələrin burun-udlaq
yuyuntusu ilə burundaxili yoluxduraraq yuxarıdakı faktı təsdiq-
lə dilər, əldə etdikləri virusu qripin törədicisi kimi təsvir etdilər.
1936-cı ildə bu virusu Sankt- Peterburqda A.A.Smorodinsev və
Mos k vada L.A.Zilber əldə etdilər.
Müasir təsnifata görə qrip virusu Ortomyxoviridae ailəsinə
daxildir, çünki o, yoluxmuş hüceyrənin mukoproteidlərinə bən-
zəyir, oradan da virusun bütün dəstəsinin adı miksoviruslar (l a-
tıncadan “Myxomatosis” – selikli) adlandırıldı. 1940-cı ildə F ran -
sis və ondan asılı olmayaraq Maqill yuxarıda qeyd edilən qrip
viruslarından antigen və bioloji xüsusiyyətlərinə görə fərqli
virus aldılar. İlk əldə edilən qrip virusu A, sonradan alınan virus
isə B qrip virusu adlandırıldı. 1947-ci ildə Teylor A və B virusla-
rından fərqlənən yeni virus əldə etdi və onu C qrip virusu adlan-
dırdı (latın əlifbasının növbəti hərfinə görə).
Qrip virusunun genetik əsası birzəncirli RNT-dir, virusun
genomu RNT-nin 8 hissəsindən (fraqmentdən) ibarətdir. Hər fraq-
287
ment gendir, müəyyən zülalların – hemaqlütinin, neyraminidaza,
ribonukleoproteid, membran zülalı və s. sintezini kodlaşdırır.
Qrip virusunun genomunun fraqmentlərdən ibarət olması onun
yük sək səviyyədə dəyişkənliyinə kömək edir. Virusun xarici
örtüyünə hemaqlütinin (toyuq, hind donuzu və 20-yə yaxın hey-
vanların eritrositlərini aqqlütinasiya edən zülal) və neyramini-
daza (sahibin hüceyrələrinə virusun daxil olmasına kömək edən
zülal fermenti) daxildir. RHT ilə zülal birləşərək S antigen adla-
nır (“Soluble” – həll olunan), o, sabitdir və virusun 3 serovarını
– A, B, C müəyyən edir. Əksinə, hemaqlütinin (H) və neyrami-
nidaza (N) bir serovar daxilində dəyişmir, eləcə də asanlıqla
eyniadlı antigenlə – donuz (SW), quş (av) və at (ed) rekombina-
siya edir və insanın qrip virusunun müxtəlif variantlarını təyin
edir. Ən çox antigen dəyişkənliyi A qripi virusunda baş verir, az
miqyasda 3 serovarda qeyd edilir, C serovarı isə sabitdir. H e-
maqlütinin və neyraminidaza eyni deyil. İnsan qripi virusunun 4
hemaqlütinin yarımnövləri – HO, H1, H2, H3 və neyraminidaza-
nın 2 yarımnövləri – N1 və N2 məlumdur. İmmuni te tin əmələ
gəlməsi bu zülallarla bağlıdır. Müxtəlif epidemiyalar zamanı
əldə edilən eyni serovarlı qrip virusları hemaqlütinin və ney ra-
mi ni dazaya görə fərqlənirlər. Onları qısa təsvir edirlər. Məsələn,
1918-1920-ci illərdə baş verən pandemiya A virusu tərəfindən
yuxarıda adları çəkilən zülallarla birlikdə törədilib, onun formu-
lası: 1929–1947-ci illərdə HON1, 1947-1957-ci illərdə H1N1,
1957–1968-ci illərdə H2N2, 1968–1976-cı illərdə H3N2, 1976–
1981-ci illərdə H1N1 və s. Bununla yanaşı, virusların ştamlarını
təsvir etmək də məqsədəuyğundur: A (Swine) 30, A (Sinqapur)
57, A (Honhonq) 68, A (Nyu-Cersi) 76, A (SSRİ) 76, A (Texas)
77, A (Braziliya) 78, A (Banqkok) 79, A (İngiltərə) 80 və s. 1967-
ci ildə ABŞ-da xəstəliyin az hissəsi A(Hsw1N1), 1977-ci ildə
A
1
(H1N1) virusları tərəfindən törədilmişdir. Anti gen lərin tez-tez
dəyişməsi və qrip viruslarının yeni variantlarının (ştamlarının)
əmələ gəlməsi genlərin hibridizasiyası ilə izah edilir. İnsanın A
qrip virusunun 2 müxtəlif növü ilə yoluxması z a ma nı RNT-nin
ayrı-ayrı seqmentləri başqa virusun genomuna daxil olaraq viru-
sun yeni variantını yaradır – yeni nəslin əvvəlki nəslə çox oxşar
288
olmasına baxmayaraq, ondan fərqlənir. Güman edirlər ki, qrip
virusu indiyə kimi məlum olmayan heyvanların orqanizminə
daxil olaraq oradan insanlara ötürülür.
A virusu, bir qayda olaraq, qripin pandemiyasını törədir. B
qrip virusu ikinci dalğa kimi A qripinin törətdiyi xəstəliyin aşağı
e n diyi dövrdə ona qoşularaq xəstələnməni artırır. 1980–1981-ci
illərdə qışda baş verən qrip epidemiyası bu cəhətdən istisnalıq
təşkil edir və etioloji cəhətdən B virusu ilə bağlıdır, sonradan ona
A
2
qrip virusu qoşulmuşdu.
C qrip virusu əsasən sporadik xəstələnmə və kiçik epidemi-
yalar törədir.
A virusu insan embrionunun və meymunların böyrək hücey-
rələrində inkişaf edərək sitopatik təsir göstərir. Bununla yanaşı,
toyuq embrionunun fibroblast hüceyrələrində də inkişaf edir.
Müəyyən edilmişdir ki, qrip virusları bir çox heyvan növ-
lərini yoluxdurur. İribuynuzlu heyvanların danalarında və donuz
balaların da qrip xəstəliyi ağır keçir, nisbətən tez-tez ölümlə n ə ti-
cə lənir. Bir çox quşlarda qrip virusu inapparant bağırsaq xəs tə li-
yi ni törədir və virus bağırsaq möhtəviyyatı vasitəsilə xaric edilir.
Qrip virusuna ağ siçanlar və safsarlar da həssasdır (burun yolla-
rına yeridəndə).
Qrip virusları obliqat hüceyrədaxili parazitlərdir. Onlar əsa sən
hüceyrənin sitoplazmasında inkişaf edir, bəzən nüvədə artırlar.
Xarici şəraitə dözümsüzdürlər və bir neçə saat ərzində otaq tem -
peraturunda parçalanırlar, 56-60
0
C temperaturda bir ne çə dəqiqə
ərzində yoluxuculuğunu itirirlər. Dezinfeksiyaedici m ad dələrin
(formalin, süleymani, spirt, turşu, qələvi) təsirindən o də qiqə məhv
olurlar. Hemaqqlütinasiya etmək xassəsinə ma lik dir (1941-ci ildə
Hirst təyin edib), ondan virusun artmasını təyin etmək və anti-
geni aşkar etmək üçün (hemaqqlütinasiya) istifadə olu nur. Virus-
lar toksiki xassələrə malikdir.
Laborator diaqnostikası. Qrip virusunu əsnək və burun s eli-
yində, həmçinin xəstəliyin ilk günlərində qanda aşkar etmək olar.
Lakin onların aşkarlanma faizi yüksək deyildir.
Seroloji reaksiyalardan – neytrallaşdırma reaksiyası və KBR
istifadə edilir. Qan seroloji reaksiyalar üçün 2 dəfə götürülür –
289
xəstəliyin əvvəlində və rekonvalessensiya dövründə (2-ci həf tə-
nin sonunda). Əkscisimlərin titrinin 4 dəfə və daha çox artması
diaq nostik sayılır. Onu da nəzərə almaq lazımdır ki, 1 yaşında
olan uşaqlarda əkscisimlərin titri aşağıdır və onlar daha gec m üd-
dətdə artırlar.
Qripin və digər KRVİ-nin diaqnostikasının ekspress-metodu
immunoflüoressensiya metodu sayılır.
Profilaktikası. Ümumi sanitar-profilaktik tədbirlər (uşaq
müəs sisələrinin sanitar-gigiyenik vəziyyətdə saxlanması, düzgün
rejim, otaqların civə-kvars lampaları ilə şüalandırılması) həyata
k e çirilir. Uşaqların bədənlərinin möhkəmləndirilməsi təd bir lə-
ri nə böyük diqqət verilir.
Epidemik ocaqda uşaqların hamısına hər burun yoluna 2 dam -
cı olmaqla gündə 4 dəfə bütün alovlanma dövründə inter fe ron
d amızdırılması məsləhət görülür. Südəmər uşaqlara, xüsu si lə zəif-
ləmiş və yanaşı xəstəliklərdən əziyyət çəkənlərə profilak ti ka m əq-
sədilə qripəleyhinə immunoqlobulin (0,15 ml/kq) təyin edir lər.
Qripin spesifik profilaktikası üçün bir sıra diri və öldürü müş
vaksinlər təklif olunmuşdur. A.A.Smorodensev tərəfindən hazır-
lanmış ilk vaksin – diri vaksin intranazal təyin olunur. Prakti-
kada həmçinin müxtəlif öldürülmüş vaksinlər işlədilir. Bununla
yanaşı, qeyri-spesifik profilaktika tədbirlərinə üstünlük verilir.
290
Qripin qeyri-spesifik profilaktikası üçün tövsiyə olunan
preparatların siyahısı
Preparatın adı
Yerinə yetirilmə sxemi
“Algirem”
“Remantadin”in polimer forması. Şəkər li şər-
bət 1 yaşdan böyük uşaqlar üçün.
“Amiksin”
Yalnız böyüklər üçün: həftədə 1 həb olmaqla
4-6 həftə müddətində təyin olunur. Virus əley-
hinə təsir.
“Aflubin”
“Homeopatik” preparat. 1-12 yaşlı uşaqlar üçün
gündə 2 dəfə 3-5 damcı olmaqla bir xörək
qaşığı su və ya südlə qəbul olunur. 12 yaşdan
yuxarı uşaqlar və böyüklərə təmiz şəkildə və ya
su ilə 5-10 damcı təyin olunur. Müalicə kursu –
20 gündür.
Vitaminlər (kompleks
ş əkil də)
Yaş dozalarında gündə 2-3 dəfə, həmçinin
itburnu, qarağat, moruq dəmləməsi (və ya şər-
bəti).
Qripferon (buruna
damcı şəklində)
1 yaşdan yuxarı uşaqlar və böyüklər üçün.
Əks-göstərişlər və əlavə effektləri yoxdur.
Dibazol
Kurs təyin olunur: sentyabr, noyabr, yanvarda
hər ayın 10 günü ərzində 1 dəfə: 6 yaşa qədər
uşaqlara 0,004; 7-14 yaşlı uşaqlara 0,01; 15
yaşlı uşaqlara və böyüklərə 0,02 q təyin olu-
nur.
Leykositar insan
interferonu
Uşaqlara və böyüklərə 20-25 gün ərzin də hər
burun dəliyinə 0,25 ml təyin olun ur.
“Oksolin” məlhəmi
Uşaqlara 0,25% məlhəmdən gündə 2 dəfə
15-25 gün, böyüklərə gündə 2 dəfə 15-25 gün.
“Remantadin”
Böyüklərə 1 həb olmaqla 5 gün (ocaqlı profilak-
tika), 1 həb olmaqla 15-20 gün (planlı profilak-
tika).
291
“Ribomunil”
Xroniki xəstəliyi olan uşaqlar üçün KRVİ ilə
tez-tez və uzun müddət xəs tələnən uşaqlar
üçün preparat birdəfəlik dozada (3 həb və ya
1 paket) sutkada 1 dəfə oktyabrdan marta
qədər aşağıdakı sxem üzrə təyin edilir: oktyabr
– 3 həftə ərzində hər həftənin ilk günü, sonrakı
5 ay (noyabr-mart) hər ayın ilk 4 günü.
“Sandra”
Homeopatik həb şəklində dilaltına qoyulan
preparat. 1-6 yaşlı uşaqlar üçün hər dəfə 1 həb
(0,25) olmaqla gündə 4 dəfə. Müalicə kursu
5-6 gündür.
Fitopreparatlar: “Ele-
ukterokokk”
cövhər uşağın hər yaşına 1-2 damcı olmaqla
gün də 2 dəfə, böyüklərə isə 25-40 damcı gün-
də 2 dəfə 14 gün müddətində təyin edilir.
“Exinaseya”
cövhər hər dəfə 10-20 damcı olmaqla gün də
2 dəfə 14 gün müddətində təyin edilir.
Dostları ilə paylaş: |