Ağayev İbadulla Əliağa oğlu – 17.01.1950-ci ildə Sabirabad
ra yonunun Muğangəncəli kəndində anadan olmuşdur. Epi de mio-
loq, əməkdar elm xadimi (2007), əməkdar müəllim (2000) tibb
elmləri doktoru (1991), professordur (1994).
İ.Ə.Ağayev 1973-cü ildə N.Nərimanov adına Azərbaycan
D öv lət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitir-
miş dir. 1974-cü ildən N.Nərimanov adına ADTİ-nin epidemio lo-
giya kafedrasında çalışır. 1992-ci ildən Azərbaycan Tibb Univer-
si tetinin epidemiologiya kafedrasının müdiridir.
1992-ci ildən Səhiyyə Nazirliyinin baş epidemioloqu və Azər-
baycan epidemioloqlarının, mikrobioloqlarının və parazitoloq la rı-
14
nın elmi cəmiyyətinin sədridir. Rəhbərliyi altında 25 nəfər na mi-
zədlik və 2 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 188
elmi əsərin, o cümlədən 7 hissədən ibarət ümumi və xüsusi epi-
de mio logiyaya həsr olunmuş dərs vəsaitinin, 10 elmi-kütləvi k i-
tab ça nın, 7 tədris-metodik vəsaitin müəl li fidir. Elmi fəaliyyəti
lep tospirozların, salmonelyozların, helmin tozların və qeyri-in fek -
sion xəstəliklərin epidemiologiyasına həsr edil mişdir. 1999-cu
ildə Rusiya Təbiət Elmlər Akademiyasının, 2001-ci ildə isə Bey-
nəl xalq eko-enerji akademiyasının üzvü se çil miş dir. 2000-ci ildə
Rusiya Təbiət Elmləri Akademiyasının İ.P.Pav lov adına gümüş
medalı ilə təltif olunmuşdur. 2000-ci ildə Azərbaycan Respubli-
kasının Prezidentinin fərmanı ilə əməkdar müəllim və 2007-ci
il də əməkdar elm xadimi fəxri adları veril mişdir.
Ələkbərov Fərid Paşa oğlu – 03.03.1941-ci ildə Bakıda ana-
dan olmuş, 12.12.1999-cu ildə vəfat etmişdir. Bioloq, biologiya
elm ləri doktoru (1983), professor (1984).
1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universite-
ti nin biologiya fakültəsini bitirmişdir. 1963–1974-cü illərdə
S.M.Ki rov adına Tibbi parazitologiya və tropik təbabət institu-
tun da çalışmışdır. 1974-cü ildə N.Nərimanov adına ADTİ-nin
epi demiologiya kafed rasında assistent, 1984-cü ildən isə profes-
sor vəzifəsində çalışmışdır. 1985-ci ildən 1991-ci ilə qədər
N.Nə ri manov adına ADTİ-nin xarici tələbələrlə iş üzrə dekanı
olmuş dur. 1991-ci ildən 1992-ci ilə qədər isə beynəlxalq əlaqələr
üzrə prorektor işləmişdir. ATU-nun nəzdində olan ixtisaslaşdırıl-
mış şuranın elmi katibi və Azərbaycan epide mio loqlarının,
mikrobio loq larının və parazitoloq larının elmi cəmiy yə tinin idarə
heyətinin üzvü olmuşdur. Onun rəhbərliyi altında 2 namizədlik
disser tasiyası müdafiə edilmişdir. 110 elmi əsərin, 7 metodik gös-
tərişin müəllifi olmuşdur. Elmi fəaliyyəti leptospirozların təbii
ocaqlığına həsr edilmişdir.
Niftullayev Məhərrəm Zülfüqar oğlu 11.11.1947-ci ildə
C ə lilabad rayonu, Şərəfxanlı kəndində anadan olmuşdur. Epide-
mio loq, tibb elmləri doktoru (1992), professordur (2007).
1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İn s-
ti tutunun sanitariya-gigiyena fakültəsini bitirmişdir. 1974-cü il dən
15
Azərbaycan Tibb Universitetinin epidemiologiya kafed ra sın da
işləyir. ATU-nun nəzdində olan ixtisaslaşdırılmış şuranın, Azər-
baycan epidemioloqlarının, mikrobioloqlarının və parazito loq-
larının elmi cəmiyyətinin idarə heyətinin üzvüdür. Onun rəh bər-
liyi ilə 6 namizədlik dissertasiyası müdafiə edilmişdir. Elmi i ş lə ri
helmintozlar probleminə həsr olunmuşdur. 70-dən artıq el mi
əsərin, o cümlədən 5 tədris-metodik vəsaitin və 8 metodik göstə-
rişin müəllifidir.
16
EPİDEMİOLOGİYA ELM KİMİ
Epidemiologiyanın tərifi, predmeti və vəzifələri
Epidemiologiya insanın yoluxucu xəstəliklərinin yaranması,
yayılması və profilaktikası qanunauyğunluqlarını öyrənən elm-
dir. Onun maraq dairəsinə törədicinin təbiətdə saxlanması, kol-
lektiv im munitetin formalaşması, insanların fəaliyyətinin infek-
siyanın yayıl masına təsiri, yoluxucu xəstəliklərin təkamülü və
yeni törə dicilərin yaranması kimi məsələlər daxildir.
Bəşəriyyət tarix boyu kütləvi, bəzən isə dağıdıcı yoluxucu
xəs təliklərlə qarşılaşmışdır. Müəyyən illərdə insanların yoluxucu
xəstə liklərdən ölüm göstəricisi 70%-ə çatmışdır. Yoluxucu xəs-
tə liklərin vurduğu zərəri təsəvvürə gətirmək üçün təkcə onu d e-
mək kifayətdir ki, 1918–1919-cu illərdə qrip pandemiyası döv-
ründə dünyada 20 mln insan məhv olmuşdur. İqtisadi c ə hət dən
geri qalmış, inkişaf etməkdə olan ölkələrdə ölümün səbəb ləri
içə ri sində əvvəlki kimi infeksiyaların xüsusi çəkisi yük sək dir.
H a zırda Afrikanın bəzi ekvatorial ölkələrində İİV infeksiyası
yaşlı əhalinin ölümünün səbəbləri arasında üçüncü yerdə durur.
İlkin olaraq epidemiologiya yoluxucu xəstəlikləri öyrənən
elm kimi təşəkkül tapmışdır. Lakin sonralar burada istifadə edi-
lən metodlar qeyri-infeksion xəstəliklərin öyrənilməsində də
tətbiq olunmağa başlandı. Bunun nəticəsində “yoluxucu xəstə-
lik lə rin epidemiologiyası” və “qeyri-yoluxucu xəstəliklərin epi-
de mio logiyası” anlayışı formalaşdı ki, onların hər ikisinin
məqsəd və vəzifələri eynidir.
XX əsrin aparıcı epidemioloqlarından sayılan V.D.Belyakov
yoluxucu xəstəliklərin epidemiologiyasını əhalinin ayrı-ayrı qrup -
larının xəstələnməsinin qarşısının alınması, ümumi əhalinin xəs-
tələnmə göstəricilərinin azaldılması və ayrı-ayrı infeksiyaların
ləğv edilməsi üzrə nəzəri, metodik, təşkilati və praktik biliklərin,
metodların və vasitələrin sistemi kimi müəyyən etmişdir.
Xaricdə epidemiologiya – konkret populyasiyaların sağlam-
lı ğını və xəstələnmə vəziyyətlərinin paylanmasını, həmçinin o n-
ları şərtləndirən amilləri öyrənən və əldə olunmuş bilikləri pato-
17
loji hal larla mübarizədə tətbiq edən elm kimi təyin edilir.
B e lə liklə, xa ricdə epidemiologiya həm yoluxucu, həm də soma-
tik xəs tə lən məni öyrənən elm kimi nəzərdən keçirilir.
Yoluxucu xəstəliklərin epidemiologiyasının əsas vəzifələri bun -
lardır:
– yoluxucu xəstəliklərin tibbi və sosial-iqtisadi əhəmiyyə ti nin
öy rə nilməsi, xəstəliklərin strukturunda onların yerinin müəyyən
edilməsi;
– yoluxucu xəstəliklərin yayılmasının ilin fəslindən, xəstələrin
cin sin dən, yaşından, sənəti, məişət və milli fərqlərindən asılı ola-
raq aşkar edilməsi;
– yoluxucu xəstəliklərin yayılmasında müxtəlif səbəb və şərt -
lərin rolunun qiymətləndirilməsi;
– yoluxucu xəstəliklərlə mübarizə və profilaktikanın stra te-
gi ya və taktikasının işlənib hazırlanması;
– yoluxucu xəstəliklərin yayılmasının proqnozlaşdırılması.
Qarşıya qoyulan vəzifələrdən asılı olaraq, epidemiologiyada
aşa ğıdakı metodlar işlədilir:
– epidemioloji müayinə (müşahidə);
– tarixi;
– statistik;
– mikrobioloji (bakterioloji, virusoloji, parazitoloji);
– immunoloji;
– eksperimental;
– bioloji;
– kompyuter.
Məsələn, yoluxucu-parazitar xəstəliklərlə xəstələnmənin orta
illik göstəricilərinin kompyuter qrafikası vasitəsilə kartoqrafik
qiy mətləndirilməsi metodu statistik məlumatın ərazi üzrə pay-
lan ma sına və əyani olaraq təsvir edilməsinə imkan verir və b u-
nunla da adekvat idarəçilik qərarlarının qəbul edilməsinə ş ə rait
yaradır. Parazitar invaziyaların göstəricilərinin qiy mət lən di ril-
məsi üçün kartoqrafik metodun işlədilməsi epidemik v ə ziy yətin
sənəd ləş di ril məsinə və obyektiv səciy yə lən di ril mə si nə yol verir.
Epidemiologiyanın bir elm kimi yaranması tarixini Hip pok-
ratla bağlamaq lazımdır – o, 2000 il əvvəl yoluxucu xəstəliklərin
əmələ gəlməsinə ətraf mühit amillərinin təsir etdiyini söyləmişdir.
18
Təcrübəyə arxalanaraq, qədim dünya təbibləri epidemiyalarla
mü barizədə bir sıra tədbirlərdən istifadə etmişlər: xəstə şəxslərin
şəhərdən uzaqlaşdırılması, xəstələrin və ölənlərin əşyalarının
yan dırılması, xəstəlik keçirmiş şəxslərin xəstələrə qulluq məq-
sədilə cəlb edilməsi. Avropada XIV əsrdə karantin tətbiq olundu,
cü zam lı xəstələrin ictimai yerlərə (kilsə, çörəkxana) getməsi,
qu yulardan yararlanması qadağan olunmuşdur. Rusiyada XVI
əs rin əvvəlində “qorxulu xəstəliklərdən” ölənlərin dəfn məra si-
mi nin yerinə yetirilməsinə qadağa qoyulmuşdur: onları ayrıca
qə bi ristanlıqda basdırırdılar.
Lakin əsrlər boyu yoluxucu xəstəliklərlə mübarizədə təsadüfi
metodlardan geniş istifadə olunurdu. Epidemiologiyanın elm
kimi ilkin əsasları XVI əsrdə İntibah dövrünün italyan alimi
cirolamo Frakastro (1478–1553) tərəfindən verilmişdir. Öz əsər-
lərində o, yoluxmanın üç yolunu göstərmişdir: vasitəsiz (bir-
başa) təmas zamanı, vasitəli (əşyalarla) və məsafədən (mütləq
xır da və gözəgörünməyən “xəstəlik rüşeymləri”nin iştirakı ilə).
C.Fra kastro ilk dəfə olaraq, tibbi mənada “infeksiya” terminini
tət biq etmiş və təbii çiçək, qızılca, taun, vərəm, quduzluq, c ü-
zam, səpgili yatalaq və s. kimi xəstəlikləri təsvir etmişdir. Belə-
liklə, o, bir elm kimi yoluxucu xəstəliklərin klinikasının və epide-
miologiyasının əsaslarını qoymuşdur.
Rusiyada epidemiologiyasının sərbəst elm kimi formalaş-
ması D.S.Samoyloviçin (1724–1810) adı ilə bağlıdır. Bu alim
epi de mi ya ların kontagioz təbiətini müəyyən etmiş, onun əsərləri
isə taunla mübarizəyə həsr olunmuşdur.
XIX əsrin sonu XX əsrin əvvəlində L.Paster, R.Kox, İ.İ.Meç-
nikov, D.İ.İvanovski və s. kimi görkəmli alimlərin tədqiqatları s a -
yəsində epidemiyaların infeksion təbiəti sübuta yetirildi, bir çox
yoluxucu xəstəliklərin törədiciləri aşkar edildi. Bütün bunlar epi-
demiologiyanın elmi fənn kimi formalaşmasına imkan y a rat dı.
Yoluxucu xəstəliklərin epidemiologiyasının sonrakı inkişafı
D.K.Zabolotnının (1866–1929) fəaliyyəti ilə bağlıdır. Onun tələ-
bə si görkəmli rus epidemioloqu L.V.Qromaşevski (1887–1979)
infeksiya nın yoluxma mexanizmi haqqında təlimi işləyib hazır-
lamışdır.
19
Epidemiologiyanın inkişafına digər alimlər də böyük töhfə
ver mişlər. Məsələn, E.N.Pavlovski (1884-1965) – transmissiv in fek-
si yaların təbii-ocaqlılığı nəzəriyyəsini, V.D.Belyakov (1921-1996) –
parazitar sistemlərin özünütənzimləmə nəzəriyyəsini işlə yib hazırla-
mışlar.
Qeyri-infeksion xəstəliklərin epidemiologiyası ilkin olaraq sər-
bəst elm kimi bir çox alimlər tərəfindən (İ.İ.Yolkin, İ.İ. Ro qo zin,
V.D.Belyakov və s.) mənfi qarşılanmışdır. Onlar belə hesab
edirdilər ki, qeyri-infeksion xəstəliklərin etioloji amili – törədicisi
yox dur. Digər müəlliflər (V.A.Başenin, V.M.Jdanov) isə başqa
möv qedə idilər. Həyat sübut etdi ki, qeyri-infeksion xəstəliklərin
epide miologiyası nəinki sərbəst yaşamağa, həmçinin əhalinin sağ -
lamlığının bir çox problemlərini müvəffəqiyyətlə həll etməyə q a-
dirdir.
Yoluxucu xəstəliklərin epidemiologiyası ümumi və xüsusi
hissə dən ibarətdir. Ümumi epidemiologiya yoluxucu xəstə lik lə-
rin profi lak tikasının ümumilikdə nəzəri, metodik, təşkilati və
prak tik əsasları, xüsusi epidemiologiya isə ayrı-ayrı nozoloji for-
malar haq qında biliklərin məcmusudur. Lakin həm ümumi (epi-
demik prosesin ümumi və xüsusi qanunauyğunluqlarının öyrə-
nil məsi), həm də xüsusi epide miologiya (konkret yoluxucu
xəs təliklərin yayıl masının qarşısının alınması və onlarla m ü ba-
rizə) nəzəri və praktik məsələləri həll edir.
Epidemiologiya bioloji, tibbi və digər elmlərlə sıx əlaqədədir.
O, xüsusilə mikrobiologiya, virusologiya, parazitologiya, helmin-
to lo giya, immunologiya, yoluxucu xəstəliklərin klinikası, gigi-
ye na, tibbi zoologiya, baytarlıq, mikroorqanizmlərin və insanın
ge netikası, tibbi coğrafiya, biotibbi statistika ilə sıx bağlıdır. M ü-
asir epidemioloji xidmətin fəaliyyətində ərazinin bitki örtüyünün
kom pyuter analizi ilə birgə kosmik müşahidə vasitələri, su mən-
bələrinin spektral analizi və s. geniş işlədilir.
Yoluxucu xəstəliklərin epidemiologiyasının öz əsas metodu
vardır. Epidemioloji metod – infeksiyanın məkan və zaman daxi-
lin də yayılmasının xüsusiyyətlərinin təhlilinə əsaslanmış, xəstə-
lən mənin əmələ gəlməsi səbəblərinin, şərtlərinin və formalaşması
me xa nizmlərinin aşkarlanması və xəstəliklərin profilaktikasına
20
dair tədbirlərin əsaslandırılması üçün nəzərdə tutulan metodik
üsul la rın cəmidir. Epidemioloji metodun təcrübədə tətbiq edil-
məsi epidemioloji diaqnostika adlanır. Epidemioloji metod aşa-
ğı dakı me to dik üsulları özündə birləşdirir:
Təsviri – faktiki materialın toplanması və hipotezlərin ha zır-
lanması;
Analitik – hipotezlərin qiymətləndirilməsi;
Eksperimental – hipotezlərin sübut edilməsi;
Riyazi modelləşdirmə – epidemioloji proqnozun verilməsi.
Dövlət sanitar-epidemioloji nəzarət sisteminin strukturu ida rə-
lərin məqsəd və vəzifələrinə müvafiq təşkil edilmişdir. Yerinə
yetirilən fəaliyyət növlərindən asılı olaraq orqan və idarələr 3 qru -
pa (idarəçilik səviyyəsinə) bölünmüşdür.
Birinci səviyyə – kənd rayonlarında, rayonlararası, su və ha va
nəq liyyatında ərazi, rayonlarda (dairə, mahal), rayon bölgüsü
olan rayonlararası şəhərlərdə, şəhərlərdə, o cümlədən ra yon böl-
güsü olan şəhərlərdə təşkil olunmuşdur.
İkinci səviyyə – respublika üzrə sanitar-epidemioloji nəzarət
mərkəzlərinin fəaliyyəti ilə bağlıdır.
Üçüncü səviyyə – Səhiyyə Nazirliyi ilə təmsil olunur.
Epidemiologiyanın müasir tibb elmləri arasında yeri
Epidemiologiya anlayışı birmənalı deyildir. Çoxəsrlik inkişaf
dövrü ərzində bakterioloji kəşflərdən sonra o, epidemik prosesin
profilaktikasının qanunauyğunluqlarını öyrənən elm kimi forma-
laş mışdır.
Son illər bütün xəstəliklərin (infeksion və qeyri-infeksion)
po pulyasiya səviyyəsində öyrənilməsinin metodik əsasları və
üm umi prin sipləri formalaşmışdır ki, bunları adlandırmaq üçün
“epide mi ologiya” terminindən istifadə edilir.
Hazırda elm tarixində belə bir situasiya alınmışdır ki, elmin
ənə nəvi başlanğıcı onun qəbul edilməsinin daha ümumi hissəsi
ol muşdur. Bunun üçün də hazırda ayırd edilir:
1) Epidemiologiya ümumi tibb elmi kimi;
2) Epidemiologiya epidemik proses haqqında elm kimi.
21
Epidemiologiya ümumi tibb elmi kimi əhalinin xəs tə lən-
məsinin aydınlaşdırılmasının səbəblərini, şərtlərini və me xa niz-
mini, onun ərazi üzrə, müxtəlif əhali qrupları arasında və məkan
daxilində yayılmasını analiz yolu ilə öyrənir. Bu sahədə əldə
etdiyi nəti cələri xəstəliklərin profilaktikası üsullarının hazır lan-
ma sında istifadə edir.
Yoluxucu xəstəliklərin epidemiologiyası – epidemik prose-
sin qanunauyğunluqları və onun öyrənilmə metodları haqqında,
həm çinin əhali qruplarında yoluxucu xəstəliklərlə xəstələnmənin
qar şısını almaq, əhalinin xəstələnmə göstəricilərinin aşağı s a-
lınması və ayrı-ayrı infeksiyaların ləğv edilməsi məqsədi ilə apa-
rılan əks epidemik tədbirlər və onların yerinə yetirilməsi haq-
qın da biliklər sistemidir.
Epidemiologiyanın metodunun və predmetinin öyrənilmə sin-
də məqsəd onun tibb fənləri arasındakı yerini müəyyən e t mək-
dir. Yoluxucu xəstəliklərin epidemiologiyası 2 bölməyə a y rılır:
ü mu mi və xüsusi.
Ümumi epidemiologiya yoluxucu (parazitar) xəstəliklərdə
epi demik prosesin yaranmasının, inkişafının və sönməsinin ü mu-
mi qanunauyğunluqları sistemini və bu xəstəliklərin pro filak tika-
sı nın əsas prinsiplərini və onlarla mübarizə təd birlərini nəzərdə
tu tur. Ümumi epidemiologiyanın bölmələrinə aşağı da kı lar aid-
dir: epi demiologiyanın predmeti və metodları, epidemik proses
haq qında təlim, epidemioloji nəzarət, epidemioloji təhlil, epi de-
mi oloji diaq nostika, yoluxucu (parazitar) xəstəliklərlə m ü ba rizə
və on la rın pro filaktikasının elmi və təşkilati prinsipləri.
Xüsusi epidemiologiya yoluxucu (parazitar) xəstəliklərin ay rı-
ayrı nozoloji formalarında epidemik prosesin yaranmasının, inki -
şafının və sönməsinin xüsusiyyətləri, onların hər birinə dair a pa -
rılan profilaktika və mübarizə vasitələrinin və metodlarının k o n k ret
for maları haqqında biliklər sistemidir.
22
“Epidemiologiya” anlayışının məzmunu
“Epidemiologiya” sözü yunanca “ epi” (üzərində), “ demos”
(əhali) və “loqos” (elm) sözlərinin birləşməsindən əmələ gəlmişdir.
“Epidemiologiya” termininin bir çox tərifləri verilmişdir. Ən
yax şısı Last J.M. (1988) tərəfindən verilmişdir: “Epidemiologiya
cəmiyyətdə xəstəliklərin baş verməsinin səbəblərinin və yayılma-
sı nın xüsusiyyətlərini öyrənən elm olub, alınmış bilikləri səhiy-
yənin problemlərinin həll edilməsi üçün tətbiq edir”. O, özündə
bu fən nin vacib prinsiplərini əks etdirən bir neçə əsas anlayışları
birləş dirir:
– Elm kimi “Epidemiologiya” – sərbəst elmi fənn olub,
bəzən icti mai səhiyyənin (İS) başlıca elmi adlandırılır və özünə-
məx sus elmi müayinə metodlarına malikdir;
– “Epidemiologiya” konkret əhali qruplarında infeksion və
qeyri-infeksion xəstəliklərin yayılmasının xüsusiyyətlərinin və tez-
liyinin öyrənməsi ilə məşğuldur.
Xəstəliklərin yayılma tezliyi təkcə bu hadisələrin mütləq sa -
yı nı deyil, həm də konkret əhali qrupunda xəstələnmə riskini əks
et dirən göstəriciləri özündə birləşdirir.
Xəstəliklərin baş verməsinin zaman, məkan və s. xüsusiy yət-
lə rinə görə aparılan təhlili təsviri epidemiologiya adlandırılır ki,
o da aşa ğı dakı suallara cavab verməlidir: hansı xəstəlik baş ver-
mişdir (profi laktika problemi); kim, harada və nə zaman xəs tə-
lən mişdir.
Analitik epidemiologiya səbəbləri öyrənir və xəstəlik niyə və
ne cə baş vermişdir suallarına cavab axtarmağa, yəni xəstəliklərin
baş verməsinin səbəblərini (etiologiyasını), həmçinin xəstəliyin
y a ran masının risk amillərini (RA) aşkar etməyə çalışır. Bu z a-
man aşağıdakılar müqayisə edilir:
– Müxtəlif xəstələnmə göstəricilərinə malik əhali qrupları
bir-birilə;
– Demoqrafik, immunoloji, genetik, davranış, sənəti və digər
xüsusiyyətlərində (bunlar risk amilləri adlandırılır) fərqlərə malik
olan şəxslər arasında xəstələnmə;
– Təhlil epidemioloji proseslərə sürətli və effektiv sosial
müdaxilələrin edilməsi üçün geniş zəmin yaradır;
23
– Aparılan müşahidələrin nəticələrinin izah olunması üçün for-
malaşdırılan hipotezlərin retrospektiv və prospektiv təhlili metod-
larının tətbiq edilməsi ilə müayinələr həyata keçirilir.
Ətraf mühitin zərərli amillərinin ekspozisiyası və insanların
sağ lamlığında baş verən bioloji effektlər arasında səbəb əlaqə-
lərinin öyrənilməsinə yönəldilmiş müayinələr aparılır ki, o da
el mi hipotezlərin yoxlanılması yolu ilə, yəni ekoloji-epidemio-
loji ana litik müayinələrin aparılması ilə təsdiq edilir.
Epidemiologiya fənni və üsulları
Epidemiologiya epidemik prosesin inkişaf qanunauyğun luq-
larını öyrənən elmdir; bu elm insanlar arasında yoluxucu xəs tə-
liklərin yayılma prosesini (infeksiya mənbəyi, yoluxma mexa-
nizmi və həssas orqanizm), sosial şəraitdən asılı olaraq yeni
yolux manın əmələ gəlməsini öyrənir.
Epidemiologiyanın müasir tərifi ilk dəfə 1927-ci ildə D.K.Za -
bolotnı tərəfindən verilmişdir. D.K.Zabolotnıya görə, “Epi de mi o-
logiyası epidemiyalar haqqında elmdir, epidemiyaların baş ver-
məsinin və inkişafının, epidemiyaların yayılmasına kömək edən
şəraitlərin öyrənilməsi ilə məşğul olur, onlara qarşı m ü ba rizə
üsullarını təklif edir”.
Bu anlayış son illərə qədər epidemiologiyanın mahiyyətini
tam əks etdirirdi. Lakin müasir dövrdə buna münasibət dəyiş-
mişdir. Belə ki, əvvəllər çoxlu epidemiyalar törədən, külli miq-
dar da insan tələfatına səbəb olan vəba, taun, səpgili yatalaq və s.
yoluxucu xəstəliklər artıq epidemiya törətmir, təbii çiçək xəs-
təliyi isə tamamilə ləğv edilmişdir. Ona görə də müasir epi de-
miologiyanın vəzifəsi epidemik prosesin intensivliyindən asılı
ol mayaraq insanlar arasında yoluxucu xəstəliklərin baş ver mə-
sinin və yayılmasının səbəblərini öyrənməkdən ibarətdir.
Başqa sözlə desək, “Yoluxucu xəs təliklərin epidemiologiyası
– epidemik prosesin qanunauy ğun luq ları və onların öyrənilmə
üsulları haqqında biliklər sistemidir” (Belyakov V.D., 1989),
e lə cə də “Epidemiya əleyhinə tədbirlər və onların həyata keçiril-
mə si, ayrı-ayrı əhali qrupları arasında yoluxucu xəstəliklərin ya -
24
yılmasının qarşısının alınması, əhali arasında xəstəlik göstə ri ci lə ri-
nin aşağı salınması və bəzi yoluxucu xəstəliklərin ləğv e dil mə sinə
yönəldilmiş elmdir”.
1960-cı ildə epidemioloqların Praqa şəhərində keçirilən bey-
nəlxalq simpoziumunda epidemiologiyanın müasir tərifi veril miş-
dir: “Epidemiologiya tibb elminin insan cəmiyyətində yolu xu cu
xəstəliklərin baş verməsi və yayılmasının tədqiqi ilə məşğul olan
və alınmış məlumatlara əsasən bu xəstəliklərin qarşısının alın-
ması, mübarizə və profilaktika tədbirlərini hazırlayan sərbəst elm
sahəsidir”.
Epidemiologiyanın tarixinə dair qısa məlumatlar
Epidemiologiyanın epidemiya haqqında elm kimi for ma-
laşması qədim təbabətin yaranması dövrü ilə eyni vaxta təsadüf
edir. Epidemiya termini (“Epi” üzərində+ “demos” xalq) müəy-
yən ərazidə əvvəllər qeyd olunmayan yoluxucu xəstəliyin yaran-
ması və artması kimi başa düşülür. Yoluxucu xəstəliklər haq qın da
dəqiq məlumata bizim eradan 4000-3000 il əvvəl rast gəlirik,
ancaq yoluxucu xəstəliklərin əksəriyyətinin törədicilərinin insan
bədəninə uyğunlaşması insanın şüurlu növ kimi (Homosapiens)
ya ran ması vaxtına düşür. Qədim Misirdən qalmış papiruslarda
b.e.ə. 3700-3710-cu illərdə təbii çiçəyə oxşar xəstəliyin olması
haq qın da qeydlər vardır; cüzam xəstəliyi haqqında ilk məlu mat-
lar orada b.e.ə. 3000-2500-cü illərdə verilmişdir. Yoluxucu xəs-
tə liklərin yaranma səbəbi ilkin olaraq bir çox qədim dövlətlərdə
din ilə əlaqələndirilirdi. Epidemiya allahın qəzəbi kimi şərh edi-
lirdi və onun qarşısının alınmasının qeyri-mümkün olmasına
inam ya ra dılırdı. Bizim eradan əvvəl 1120-ci ildə Misirdən k ö-
çürülmüş yəhudilər arasında taun epidemiyası haqqında q ə dim
dini sə nəd lər də qeydlər vardır. Taun xəstəliyinin siçovullarla
əlaqəsi haq qında qədim hindlilərin müqəddəs kitabında m ə lumat
verilərək göstərilir ki, əgər “damdan siçovul düşüb ölürsə, bu,
t a unun yaxında olmasını göstərir”. Bir çox yoluxucu xəs tə liklər
haqqında ilk məlumatlara Hippokratın əsərlərində (b.e.ə. 460–377-
ci illər) (“Hava, su, yer”, “Epidemiyalar”, I-VII kitablar və s.) rast
gəlirik.
25
“Epidemik konstitusiya” (“miazmatik”) nəzəriyyəsi ilə Hip-
pokrat b.e.ə. 460–377-ci ildə “Epidemiologiya” terminini təbabətə
gətirmişdir. O, bu terminlə bu və ya digər ərazilərdə bir sıra epide-
miyaların inkişaf etməsini izah etmişdir. Alim epi de mi yaları iqlim,
davranış, atmosfer və digər təsirlərlə əlaqələndirmiş, həmçinin o n-
ların müxtəlif təbii hadisələrdən: vulkan püskürməsi, daşqınlar və
s. asılı olaraq baş verdiyini söyləmişdir.
Orta əsrlərdə yoluxucu xəstəliklərin geniş yayılmasına bax-
mayaraq, epidemiyaların öyrənilməsində yenilik qeydə alınmır.
Dindarlar bu sahədə yeni fikirlərin əmələ gəlməsinin qarşısını
a la raq qədim dövrlərdə tətbiq olunan tədbirlərin həyata keçiril-
mə sinə maneçilik törədirdilər.
İntibah dövründə (XIV–XV əsr) görkəmli İtalyan həkimi,
as tronomu Ciralamo Frakastro (1478–1553) öz kitabında (“kon-
ta giyalar, kontagioz xəstəliklər və onların müalicəsi”) ilk dəfə
epi demik xəstəliklərin yaranması və inkişafı haqqında nəzəriyyə
yaratmağa cəhd göstərmişdir. 1546-cı ildə yazılmış bu kitabda o,
dahi uzaqgörənliklə yoluxucu xəstəliklərdə (təbii çiçək, taun, q ı-
zıl ca, quduzluq, cüzam və s.) canlı törədicilərin əhəmiyyətini
gös tə rərək qeyd edir ki, onlar artmaq qabiliyyətinə malikdirlər.
Onlar xəstənin əşyaları ilə birbaşa təmasda olduqda, hətta hava
vasi tə silə yayılırlar.
Sonralar, sənaye inqilabı dövründə (XVI–XVIII əsrdə) epi de-
mi ologiyanın sərbəst tibb elminə çevrilməsində rol oynayan t ə-
biət elmində yerinə yetirilən elmi işlərin sayı artdı. Həmin dövr də
yaranmış əlverişli şərait yeni bir elmin – bakteriologiyanın mey-
dana gəlməsinə, bu da öz növbəsində bütün tibb elminin, eləcə də
yoluxucu xəstəliklərlə mübarizə sahəsində elmi və təc rübi fəaliy-
yət imkanına malik bir elmin – epidemiologiyanın t ə rəq qi sinə t ə-
kan verdi.
O dövrün alimləri arasında yoluxucu xəstəliklərin təbiə ti ni
izah edən biri-birinə zidd iki fikir tərəfdarları mövcud idi:
1) miazmatiklər, 2) kontagionistlər.
Birincilər (miazmatiklər) hesab edirlər ki, epidemiyanın
ə mələ gəlməsi iqlimdən asılı olan atmosferin “epidemik konsti tu-
si yalar”ının dəyişməsindən asılıdır. Müəyyən şəraitlərdə “zərərli
26
başlanğıc” (miazmalar) torpaqda artır, havaya yayılaraq insan ları
yoluxdurur və xəstəlik əmələ gətirir. Təbabətdə bu isti qa mətin
tərəf darı məşhur ingilis həkimi Tomas Saydenham (1524–1689)
idi. O, yoluxucu xəstəliklərin müalicəsi ilə məşğul olarkən qızılca,
göyöskürək, təbii çiçək, vəba, skarlatina, malyariya və başqa yolu-
xucu xəstəliklərin geniş təsvirini vermişdir.
Saydenxam “Epidemik konstitusiya” və ya miazmatik-konta-
gioz nəzəriyyədə (1624–1639) göstərmişdir ki, epidemik xəs tə-
likləri törədən “başlanğıc” amil çürüyən maddələrdə əmələ gəlir.
Bu nəzəriyyə “mikrobların özbaşına yaranması” haqqında olan
baxışlarla birlikdə və epidemiyaların “konstitusional” tə biətini
e ti raf edən “epidemik konstitusiya” nəzəriyyəsini tamam la yaraq
xəstəliklərin yaranmasında, yoluxmuş şəxslər və çirkli əş yalar
v a si təsilə ötürülməsində onların rolunu təsdiq etmişdir. Miazma-
tik kontagioz nəzəriyyə XIX əsrin sonuna qədər hökm sürmüş-
dür.
İkincilərin (kontagionistlər) fikrincə, xəstəlik xəstənin bədə-
nin də artan “kontagiya” və xarici mühitə ifraz olunan can lılar
(kon tagiyalar) tərəfindən törədilir. Bu fikrin müəllifi gör kəm li
rus həkimi Danilo Samoyloviç idi (1744–1805).
Epidemiologiyanın inkişafında ingilis həkimi E.Cenner (1749–
1823) tərəfindən inək çiçəyi ilə insanların peyvənd edil məsi fak-
tının böyük köməyi oldu. Bununla yanaşı, XIX əsrin ikin ci yarı-
sında L.Paster (1822–1825), İ.İ.Meçnikov (1845–1916), R.Kox
(1843–1910), D.İ.İvanovskinin (1864–1920) apardığı elmi işlərin
sayəsində mikrobiologiyanın sürətlə inkişaf etməsi yoluxucu xəs-
təliklərin epide miologiyasında hazırda mövcud olan müasir fi kir-
lər təsdiq edildi.
Epidemik xəstəliklərin səbəbi – canlı orqanizmlərdir (con ta-
gium virum) – onun tərəfdarları belə hesab edirdilər ki, həmin
orqanizmlər xəstələrdən sağlam şəxslərə ötürülür. Bu məlu mat-
lara e.ə. 430-cu ildə baş vermiş “öldürücü xəstəliyin” təsvirində
rast gəlmək olar.
Bioloji amillər nəzəriyyəsində ilk olaraq toyuq vəbasının,
do ğuş dansonrakı qızdırmanın, irinli abseslərin, osteomielitlərin
tö rədicilərini aşkar edən L.Paster yoluxucu xəstəliklərin: mə sə-
27
lən, qayıdan yatalağın (1873), cüzamın (1874), qarın yatalağının
(1880), vərəmin, manqo (1882), vəbanın, difteriyanın, tetanusun
(1883–1884), bruselyozun (1886), taunun (1894), botulizmin,
di zen teriyanın və s. mikrob təbiətli olmasını sübuta yetirən fakt-
lar gətirmişdir.
Bəzən belə hesab edirlər ki, bakteriologiyada baş vermiş kəşf-
lər epidemiologiyada da inqilaba səbəb olmuşdur. Ancaq bu, tək
epidemiologiyanın deyil, bütünlüklə təbabətin nailiyyəti idi. İnki-
şaf edən yeni tibb elminin – bakteriologiyanın təsiri altında yo lu-
xucu xəstəliklər haqqında təlim işlənib hazırlandı. Həmçinin yeni
tibb elmləri: immunologiya, yoluxucu xəstəliklərin klinikası mey -
dana gəldi.
Epidemiologiyanın canlanması yeni tibb elmlərinin müvəf fə-
qiy yətləri sayəsində baş verdi. Bu müvəffəqiyyətlər XX əsrin
gör kəmli alimlərindən olan D.K.Zabolotnı (1866-1929), L.V -
Qro ma şevski (1887–1980), V.A.Başenin (1882-1978), Y.N. Pav -
lovs kinin (1884-1969) apardığı işlərin nəticəsində qazanıl mışdır.
D.K.Zabolotnı sovet epidemiologiyasının banisidir, ilk “Epi de m-
i ologiyanın əsasları” (1927) kitabının müəllifidir. Epi de mio lo gi-
ya nın sonrakı inkişafı bir neçə onilliklər ərzində 3 məktəbin rəh-
bər ləri L.V.Qromaşevski, V.A.Başenin və Y.N. Pavlovskinin a d ları
ilə bağlıdır.
L.V.Qromaşevski epidemiologiyanın inkişafının qeyri-ənə nə vi
yolunun tərəfdarı idi. Onun əsas müayinə üsulu yoluxucu xəs-
təlikləri öyrənən biliklərin sintezidir. Burada epidemiolo gi yanın
sintetik rolu öz əksini tapmışdır. Müəllif epidemiya məf hu munu
yoluxucu xəstələnmə ilə məhdudlaşdırır və onu 2 his sə yə bölür:
a) dar mənada “epidemiya” məfhumu epidemiyanın əv vəlki
təyinatına uyğundur, b) bununla yanaşı, epidemiyanı geniş m ə-
nada və ya epidemik proses anlayışı kimi izah edir. O, həmçinin
epidemiologiyanı nəinki epidemiyalar haqqında elm kimi (dar
mənada), eləcə də epidemik proses və onun bütün təzahürləri
(yo luxucu xəstəliklərin epidemiyalarından tutmuş tək-tək xəs tə-
lən mələrə qədər) haqqında elm kimi müəyyən edir.
V.A.Başenin epidemiologiyaya ənənəvi baxımdan yanaş mış-
dır: o, yoluxucu xəstəliklərin baş verməsinin və yayılmasının q a n-
u nauyğunluqlarını aydınlaşdırmaq üçün xəstəliklərin səviy yəsini,
28
quruluşunu və hərəkətini öyrənmişdir. Alim epide mio lo giyanı
yalnız yoluxucu xəstəliklərlə məhdudlaşdırmırdı.
Y.N.Pavlovski epidemiologiya ilə parazitologiyanın kəsişdiyi
sahədə epidemioloji müayinəni inkişaf etdirdi. O, əsas diqqətini
mənbəyi vəhşi heyvanlar, keçiricisi buğumayaqlılar olan yolu-
xucu xəstəliklərə cəlb etmişdir.
Epidemiologiyanın inkişafına Q.F.Voqralik, M.N.Solov yov,
T.Y.Boldıryov, İ.İ.Roqozin və bir çox məşhur epidemio loqların
elmi, tədris, təşkilati fəaliyyətləri də kömək etmişdir.
Epidemiologiya digər tibb elmləri ilə sıx əlaqədə inkişaf
edirdi. Ona görə də yanaşı tibb elmlərində çalışan gör kəmli
alimlərdən Q.N.Qabriçevski, L.A.Taraseviç, Z.V.Yermol yeva,
V.D. Timakov (mikrobiologiya),Y.N.Marsinovski, V.N .Beklemi-
şev, P.Q.Ser qiyev, Ş.D.Maşkovski, K.İ.Skryabin (parazitolo-
giya), L.A.Zil ber, A.A.Smorodinsev, M.P.Çumakov, V.M.Jdanov
(virusologiya) və başqalarının elmi axtarışları epidemiologiya-
nın da inkişafına öz töh fəsini vermişdir.
Son onillikdə bir çox tibb elmlərində populyasion ya naş ma
məfhumu qəbul edilmişdir. Bunun nəticəsində qeyri-yoluxucu
xəs təliklərin epidemiologiyası anlayışı meydana gəldi. Bu, bir
çox elmi mübahisələrə səbəb oldu. Lakin həyat özü bu məsələni
həll etdi və epidemiologiya termini yeni, daha geniş mənada tibb
elmi və təcrübəsinə daxil oldu. Epidemiologiyanın ümumtibb
elm olması bir daha təsdiq edildi.
Dostları ilə paylaş: |