Qeyri - patogen (şərti - patogen) obliqat parazitlər. Son
zamanlar törədicinin orqanizmdə uzun müddət qalmasını ifadə
etmək üçün persistensiya termini daxil edilmiş, latent infeksiya
termini meydana gəlmişdir. Latent infeksiyalara 1, 2, 5 tipdən
olan adenoviruslar tərəfindən törədilən sadə herpesi misal gös-
tərə bilərik. Xəstəlik yalnız latent infeksiya bioloji tarazlıq vəziy-
yətini pozduqdan sonra əmələ gəlir. Latent infeksiyanın kəs kinləş-
mə si nə gətirib çıxaran spesifik və daxili təsirlərin xarakteri müx təlif
xəstəliklər zamanı eyni deyildir. Bu zaman endogen infeksiya
fəallaşır. Baş verən fenomen özü isə törədici üçün bir uyğun laş-
madır. İnfeksiyanın kəskin mərhələsində onun disseminasiyasını
təmin edir.
Parazit və sahibin qarşılıqlı uyğunlaşmasının ən son həddi
qeyri-patogen parazitizmdir. Hazırda məhz təbii şəraitdə qeyri-
patogen olan mikroorqanizmlər tərəfindən törədilən pato lo gi yalar
daha çox əhəmiyyət qazanmışdır. İnsanın daimi sakinləri – bağır-
saq çöpü, difteroidlər, Klebsiella cinsindən olan bak te riyalar və s.
bu cür xəstəliklərin törədiciləridir. Belə törədicilər tərəfindən
törədilən xəstəliklər yalnız müəyyən şəraitdə – orqanizmin rezis-
tentliyi aşağı düşdükdə, orqanizmin reaktivliyinin dəyişildiyi
şəraitlərdə (bu zaman təbii qeyri-patogen mikroorqanizmlər
pato gen təsir göstərir) əmələ gəlir. Buna radiasion şüalanma, ağır
travma və yanıqlar, soyuqlama, kortikosteroidlər və anti bi o tik-
lərin qəbul edilməsi aiddir. Orqanizmin rezistentliyi ley ke miya
və diabet kimi xəstəliklərdə də aşağı düşür. Təbii ş ə ra itdə insa-
nın patologiyasında qeyri-patogen mikro orqa nizm lər tərə fin dən
61
törədilən xəstəliklərin xüsusi çəkisi böyükdür. Bun lar hələ yaxşı
öyrənilməmiş iltihabi xəstəliklər, cərrahi – irinli xəs tə lik lər, yara
infeksiyası, xolesistit, pielit, sistit və s. iltihabi pro ses lər dir.
İnsanın qeyri-patogen obliqat parazitlər tərəfindən törədilən
xəstəlikləri bəzən endogen infeksiyalar tipində gedir. Çox zaman
pato loji prosesin inkişafı spesifik qeyri-patogen parazitlərin
zədə lənmiş dəri və selikli qişalardan onlar üçün xas olmayan
yol la daxil olması nəticəsində baş verir. Bu zaman autoinfeksi-
yadan söhbət gedir. Lakin endogen infeksiyalar və autoinfeksiya
termini dəqiq deyildir. İstənilən mikroorqanizmlər insan orqa-
nizmini onun həyatının istənilən mərhələsində xaricdən yolux-
durur, yəni endogen əmələ gəlmir. Həm də insanların həyatı
boyu örtük toxumalarının qeyri-patogen mikroflorasının (mik-
roflora) mübadiləsi baş verir və xəstəlik bu mikroflora ilə çarpaz
yoluxmanın nəticəsində yarana bilər.
Beləliklə, şərti-patogen törədicilər qrupuna özünün bioloji-
ekoloji xarakteristikasına görə fərqlənən müxtəlif törədicilər
daxil edilir: heyvanların və insanın fakültativ parazitləri və təbii
şəraitdə patogen olmayan insanın obliqat parazitləri.
Parazitizmin fərdi xüsusiyyətləri. Epidemioloji bioamilin
xarak teristikasını verərkən infeksion xəstəlik törədicilərinin
pa razitizmini xarakterizə edən ümumi bioloji-ekoloji xüsusiy-
yət lərindən başqa, ayrı-ayrı törədicilərin insan orqanizmi və
ətraf mühitlə qarşılıqlı münasibətinin konkret formalarını da
nəzərə almaq lazımdır.
Epidemik prosesin gedişinə infeksiyanın aşağıdakı xüsu-
siyyətləri təsir göstərir: inkubasiya dövrünün davametmə müd-
də ti, infek si yanın tipik, atipik və simptomsuz gedişləri, sahib
orqanizmdən törədicinin xaric olma müddəti və xarakteri, törə-
di cinin ayrı-ayrı orqanlara tropluğu, xəstəliyin gedişinin müd-
dəti, postinfeksion immunitetin təzahür etməsi, xarici mühitin
əlverişsiz təsirinə qarşı davamlılığı.
62
EPİDEMİK PROSES HAQQINDA TƏLİM
Epidemik prosesin spesifikliyinin təbiəti
Parazitar sistemlərin fəaliyyətini aşağıdakı əlamətlər müəy-
yən edir: 1) spesifik sahibin populyasiyası ilə törədicinin qarşı-
lıqlı təsiri zamanı aşkar edilən bioloji xüsusiyyətləri; 2) törədici
populyasiyası ilə spesifik sahibin qarşılıqlı təsiri prosesində
aş kar edilən bioloji xüsusiyyətləri, ekologiyası və etiologiyası;
3) parazitar sistemlərin təkamül etdiyi sosial şəraitdə parazit və
spesifik sahib popul yasi yalarının qarşılıqlı təsiri.
Parazit və sahib populyasiyalarının qarşılıqlı təsirini
əks etdirən epidemioloji əlamətlər
Əlamət
Əlamətin məzmunu
1. Xəstə və törədicigəzdirənin
yo luxuculuğunun xarakteri
Törədicinin xaric edilmə yolu və yol ux-
ma mexanizmi. Törədicinin ma hi y yəti
və infeksion təbiəti ilə müəyyən olunur.
2. Xəstələrin yoluxuculuq dö -
v rü (müddəti)
3.İnkubasiya dövrü
Yoluxma və xəstələnmə arasındakı inter-
val
4. Xəstəliyin ağırlığının da-
vam etməsi
Letallıq və əmək qabiliyyətinin iti-
rilməsi göstəriciləri, həmçinin xəs tə-
liyin gedi şi nin ağırlıq dərəcəsinə görə
xəstələrin bölgüsü. Törədicinin pato-
genliyi sahibin həssaslığı ilə müəyyən
olunur.
5. Törədicigəzdirənlik və on un
kateqoriyaları
Rekonvalessentlərin və (və ya) infek-
si yanın simptomsuz forması ilə yo-
lux muş şəxslərin törədicini orqaniz-
m də saxlamaq qabiliyyəti. Törədicinin
sahibin immun mexanizmlərinin təsirini
dəf etmək qabiliyyəti ilə müəyyən olunur.
63
6. Əhalinin immunoloji
st rukturu
İnsan populyasiyalarının immunitetin
olub-olmamağına görə paylanması, im-
mun təbəqənin isə immunitetin gər gin-
li yinə və davam etmə müddətinə görə
paylanması. Törədicinin immunogenli-
yi və orqanizmin immunitet əmələ gə-
tir mək və onu saxlamaq qabiliyyəti ilə
müəyyən olunur.
7.Manifestlik
Xəstəlik əlamətləri olan yoluxmuş
şəxslərin payı. Törədicinin patogenlik
də rə cəsi və orqanizmin həssaslığı ilə
müəyyən olunur.
8.Kontagiozluq əmsalı
Qeyri-immun populyasiyada yoluxmuş
şəxslərin orta sayı. Törədicinin kon ta-
gi o z luğu və həssaslıq dərəcəsinə görə
spesifik sahibin populyasiyasının struk-
turu ilə müəyyən olunur.
9. Endemiklik
Xəstələnmənin proqressiv şəkildə art-
ma sı sürəti. Törədicinin kontagiozluq və
patogenlik göstəriciləri, həmçinin infek-
siyanın manifestliyi ilə müəyyən olunur.
Epidemiologiya problemlərinə münasibətdə populyasiya
(fransızca: “population” – əhali deməkdir) bioloji növün real
möv cudluq formasıdır. Növlər məkan və zaman daxilində pay-
lan mış populyasiyalardan təşkil olunmuşdur. Mikrobio logiyada
yo luxucu xəstəliklərin törədicilərinə uyğun olaraq, populyasiya
an layışı vəziyyətdən asılı olaraq müxtəlif mənalarda işlədilir.
Çox zaman populyasiya dedikdə becərilmə şəraitində olan
mikro orqa nizm lə rin məcmuyu başa düşülür.
Müvafiq olaraq epidemiologiyada insan populyasiyası ter-
mini ilə törədicilərin sirkulyasiyası hududunda, başqa sözlə, epi-
demik (endemik) ocaqların hüdudunda insanın ərazi, sosial,
məişət və yaş qrupları müəyyən edilir. Endemik ərazidə törədici
populyasiyası həmişə diskretdir. O, məkan və zaman daxilində
64
paylanmış epidemik ocaqlardan ibarətdir (aşkar edilməmiş ocaq-
lar da daxil olmaqla).
Epidemik ocağa ərazi və populyasiya baxımından müxtəlif
təriflər verilmişdir.
L.V.Qromaşevski epidemik ocaq (onun terminologiyasına
görə – yoluxucu xəstəlik ocağı) dedikdə infeksiya mənbəyinin
olduğu yer və törədicininin ötürülə biləcəyi (mümkün) yoluxma
mexanizminin realizasiya olduğu ərazini nəzərdə tutur. Popul-
yasiya yanaşmasında antroponozlar zamanı epidemik ocaq törə-
dici populyasiyasının və onun mövcud olmasını təmin edən insan-
ların yaşayış mühitidir. Bu halda epidemik ocağın məkan və
zaman sərhədləri insanların ərazi, sosial, məişət və yaş qrup larının
hə yat fəaliyyətlərinin xüsusiyyətləri ilə müəyyən olunur; bu ocaq
da xilində xəstəlik törədicilərinin sirkulyasiyası mümkündür.
İnsanların zoonozlarla xəstələnməsi enzootiya ilə bağlıdır.
Enzootiya özü isə epizootik ocaqların inkişaf etməsi zamanı təz a-
hür olunur. Epizootik ocaqların təyinində ərazi (E. N. Pav lov s ki )
və populyasiya (B.N.Beklemişev) yanaşmalarından istifadə e dir-
lər. E.N.Pavlovskiyə görə təbii ocaq (enzootik ocaq) – törə di ci-
nin donordan resipiyentə ötürülməsi mümkün olan coğrafi land-
şaft sahəsidir. Populyasiya yanaşmasına uyğun olaraq, epizootik
ocaq - törədici populyasiyası və onun mövcud olmasını təmin
edən onurğalı heyvanların populyasiyalarının (transmissiv infek-
siyalar zamanı həmçinin buğumayaqlıların, sapronozlar zamanı
isə həm də xarici mühitin spesifik şəraiti) yaşayış mühitidir.
Epidemik proses mürəkkəb sosial-bioloji hadisədir. Epide-
mik proses 3 halqadan ibarətdir: infeksiya mənbəyi, yoluxma
me xanizmi və həssas orqanizm. Epidemik proses haqqında təlim
3 əsas bölməni əhatə edir:
1) Epidemik prosesin əmələ gəlmə səbəbləri (bioloji, təbii,
s o sial) və onun inkişaf şəraiti, epidemioloji prosesin mahiyyəti,
parazit və sahib populyasiyaları arasında müəyyən sosial və təbii
şəraitlərdə baş verən qarşılıqlı təsir öyrənilir.
2) Epidemik prosesin inkişaf mexanizmi: yoluxma mexaniz -
mi nə zəriyyəsi, təbii ocaqlılıq nəzəriyyəsi və parazitar sis tem lə-
rin özünütənzimləmə nəzəriyyəsi öyrənilir.
65
3) Epidemik prosesin təzahürləri öyrənilir, yəni infeksion xəs-
tə liklərin müxtəlif ərazi, əhali qrupları və zamana görə paylan-
ması müəyyən edilir.
Birincibölmədə epidemik prosesin nə üçün baş verdiyi a y-
dın laş dırılır. Klinik təbabətdə patoloji prosesi orqanizm səviy yə-
sində öyrənən analoji bölmə etioloji bölmə adlanır.
İkincibölmədə epidemik prosesin necə inkişaf etməsi öyrə ni-
lir və patogenezi müəyyən edilir.
Üçüncübölmədə epidemik prosesin necə təzahür etməsi, əla-
mət ləri – semiotika araşdırılır.
Epidemik proses, onu təşkil edən və inkişafına
təsir göstə rən amillər
Epidemik proses epidemiologiyanın predmetini təşkil edir.
Epidemik prosesin elementar əsasını yoluxucu xəstəlik, y o-
lux ma mexanizmi və əhalinin xəstəliyə həssaslığı təşkil edir.
İ.V.Qro ma şevski göstərir ki, epidemik proses bir-birinin ardınca
qanunauyğun şəkildə baş verən yoluxucu xəstəlik hadisələrindən
ibarət olub, bütün yoluxucu xəstəliklərin (parazitar xəstəliklərin)
yeganə real saxlanma formasıdır.
Epidemik proses ardıcıl baş verən və bir-birilə qarşılıqlı əla-
qəsi olan yoluxucu xəstəlik hadisələrinin zəncirindən ibarət
olub, xəstə və törədicigəzdirən olan epidemik ocaq şəklində özü-
nü büruzə verir. Yoluxucu xəstəliyin yayılması prosesini, s a də cə,
estafet şəklində təsəvvür etmək olar. Belə olduqda estafet işti-
rakçısı xəstəliyin törədicisini qəbul edir, sonra onu başqasına
ötürür.
Hər bir növbəti yoluxmanın baş verməsi üçün ardıcıl və qar-
şılıqlı əlaqəsi olan üç amilin iştirakı mütləqdir:
a) xarici mühitə törədicini ifraz edən yoluxucu xəstəliyin
mən bəyi (insan, heyvan);
b) yoluxucu xəstəliyin keçirilmə amilləri (xarici mühit ob yek t-
ləri – su, hava, torpaq və s.);
c) həssas orqanizm (immuniteti olmayan əhali).
Bunların birinin epidemik prosesdən çıxarılması yoluxucu xəs -
təliyin yayılmasının qarşısını alır. Epidemik proses sosial və bio-
66
loji əsası olan mürəkkəb hadisədir. Sosial nöqteyi-nəzərdən epi-
demik proses insanların cəmiyyətdə yaşayış tərzindən (sıxlıq),
su və kanalizasiya ilə təchiz olunmasından, peşəsindən, müha-
ribələrdən, tibbi yardımla təchiz olunmasından və s. asılıdır. Epi-
demik prosesin bioloji əsası onunla izah olunur ki, o, yoluxucu
xəs təlik törədici ilə insan orqanizmi arasında qarşılıqlı təsirin
nəti cəsidir. Törədicilərin insan bədəninə daxil olmasına, orada
i n kişaf etməsinə, digər canlı orqa nizmə keçməsinə, yaşamasına
və ya bir növ kimi təbiətdə saxlanmasına şərait yaradır.
Epidemik prosesin tərkib hissələri (daxili strukturu)
Epidemik proses haqqında təlim ümumi epidemio logi ya nın
əsas hissəsidir və L.V.Qromaşevskiyə görə, o, epidemio lo gi ya-
nın pred metidir. Epidemik proses – populyasiya səviyyəsində
törədicinin və insan orqanizminin qarşılıqlı təsiri prosesi olub,
müəyyən sosial və təbii şəraitlərdə tək-tək və ya çoxsaylı xəs tə-
lik lərlə, həmçinin infeksiyanın simptomsuz formaları ilə təzahür
edir. L.V.Qromaşevski göstərmişdir ki, epidemik proses bir-bi ri-
nin ardınca davam edən infeksion hallar zənciridir. V. D. Bel ya-
kov (1964, 1976) isə epidemik prosesi xarakterizə edərək söy lə-
miş dir ki, o, populyasiya-növ səviyyəsində törədici-parazit və
in san orqanizminin qarşılıqlı təsirinin özünütən zimləmə prosesi
olub, labüd və kifayət qədər sosial və təbii şəraitlərdə infeksiya-
nın manifest və simptomsuz formaları ilə, tək-tək və çoxlu xəs-
tə lənmələrlə təzahür edir.
Epidemik prosesin bir il (mövsümilik), bir çox illər və hətta
on illiklər ərzində (dövrilik) dövri yüksəlişləri və enişləri sə ciy yə-
vidir.
Epidemik prosesin inkişafının əsasında 3 başlıca halqa durur:
infeksiya mənbəyi, yoluxma mexanizmi, həssas orqanizm.
67
Epidemik prosesin strukturu.
İnfeksiya mənbəyi
Epidemik prosesin inkişafında infeksiya mənbəyi mühüm rol
oynayır. İnfeksiya mənbəyi – törədicinin çoxaldığı, toplandığı və
xarici mühitə ifraz edildiyi və onun mövcud olması üçün təbii y a-
şayış mühiti hesab olunan yoluxmuş canlı orqanizmdir.
Müasir terminologiyada “İnfeksiyamənbəyi dedikdə törə di ci-
nin növ kimi saxlanmasını təmin edən təbii yaşayış və ço xalma
mühiti başa düşülür”. İnfeksiya mənbəyi bunlardır:
• insan – kəskin və xronik infeksiya ilə xəstə, rekon valessent və
ya törədicigəzdirən;
• canlı orqanizm, əsasən heyvanlar, nadir hallarda bioplankton
(zooplankton və ya fitoplankton);
• abiotik ətraf mühit.
Yoluxmuş orqanizmdən törədicinin xaric edilməsi fizioloji
pro seslərlə (defekasiya, sidik, tənəffüs, tüpürcək ifrazı, epitelinin
des kvamasiyası və s.), onların patoloji intensivləşməsi (ishal),
həm çinin bəzi patoloji aktlar (öskürək, zökəm, asqırma, qusma)
və s. proseslərlə (dəridə və selikli qişalarda xoralar, eroziyalar)
şərt lənir ki, bunlar xəstəliyi müşayiət edirlər. Törədicilər qapalı
qan sistemində yerləşdikdə onlar orqanizmdən qansoran buğuma-
yaqlılar vasitəsilə xaric edilir.
Yoluxmuş orqanizmdən xaric edildikdən sonra yoluxucu xəs-
tə liklərin törədiciləri ətraf mühitdə qalır, burada onlar nəinki
müəyyən müddətdə həyat qabiliyyətini saxlayır, həm də bu və ya
digər amillərlə yeni orqanizmə daşınırlar.
Əgər infeksiya mənbəyi insandırsa, onda xəstəlik antro po-
noz lar qrupuna aiddir. Bəzi yoluxucu xəstəliklərdə insan ye ganə
infeksiya mənbəyi (qarın yatalağı və səpgili yatalaq, malyariya,
q ı zılca, epidemik parotit) ola bilər. Çox vaxt xəstə klinik əla-
mətlərin şiddətlənməsi dövründə törədiciləri maksimal miqdarda
ifraz edir, yəni xəstəlik törədicinin ətraf mühitdə yayılmasını t ə-
min edən simptomlarla (zökəm, asqırma, öskürək, qusma, dia-
68
reya, tüpürcək ifrazı, yerli zədələnmə ocaqlarının möh təviy yatı)
m ü şayiət edilir. Bu zaman oxşar simptomların yaranması yolu-
xucu xəstəliklə xəstə insanın mikroorqanizmdən və onun tok si-
nin dən fiziki cəhətdən azad olmasına şərait yaradır. Lakin elə h ə -
min simptomlar törədicinin xeyrinədir, onun ətraf mühitdə
yayılmasını və bioloji növ kimi saxlanmasını təmin edir.
Yoluxduruculuq baxımından xəstənin ətrafdakılar üçün təh-
lü kəlilik dərəcəsi xəstəliyin müxtəlif dövrlərində eyni deyildir,
bu da yoluxucu xəstəliklərin əksəriyyəti üçün səciyyəvi olan pa -
to genlik və klinik tsiklilik ilə şərtlənir. İnfeksiya mənbə lərinin
bütün baxılan variantlarından epidemioloji baxımdan ən təh lü kə si
atipik, çətin aşkar edilən formalar və infeksion prosesin müx təlif
dövrləridir.
Yoluxucu xəstəlik aşağıdakı dövrlərə bölünür: inkubasiya döv-
rü – yoluxma anından etibarən xəstəliyin klinik əlamətləri mey-
dana çıxana qədər davam edir, xəstəliyin manifestləşməsi dövrü,
rekonvalessensiya dövrü, sağalma və qalıq əlamətləri dövrü.
69
İnkubasiyadövründə, adətən törədicinin ətraf mühitə yayıl-
ması müşahidə olunmur, lakin bəzi infeksiyalar (qızılca, B və C
v i ruslu hepatit) zamanı bu dövrün sonunda törədicinin ifraz
edilməsi mümkündür.
Bir qayda olaraq, xəstəliyin başlanğıcından nə qədər çox vaxt
keçmişsə, xəstə və ya xəstəliyi keçirmiş şəxs ətrafdakılar üçün
bir o qədər az təhlükəsizdir.
Sağalma dövründə törədicinin ifraz edilməsi azalır və əksər
y o luxucu xəstəliklərdə tamamilə kəsilir. Lakin bəzən rekonva-
lessent törədicigəzdirənlik formalaşır ki, bu halda ətraf mühitə
törədicinin müəyyən müddət ifraz edilməsi mümkündür (difte-
riya, streptokokk infeksiyası, vəba, qarın yatalağı). Törə dici gəz-
di rənlər – praktik sağlam şəxslərdir. Törədiciləri ifraz etmə müd-
də tindən asılı olaraq törədicigəzdirənliyin kəskin (3 aya qə dər
q a rın yatalağı və paratiflərdə) və ya xronik formaları (3 ay dan bir
neçə on ilə qədər) ayırd edilir. Xronik törə dici gəz di rən lik bir çox
illər və hətta ömürlük davam edə bilər. Rekonvalessent, kəskin
və xronik törədicigəzdirənlər çox vaxt böyük epidemioloji
əhəmiyyət daşı yır, belə ki, onlar təcrid edilmir, sağlam şəxslərlə
aktiv ünsiy yətdə qalırlar. Bir sıra infeksiyalarda belə törə di ci gəz-
di rənlərin miqdarı (meninqokokk infeksiyası, vəba, difteriya)
manifest formalarla xəstələrin sayından on, yüz, hətta min dəfə
çox olur.
Törədicigəzdirənlik infeksion xəstəliklərə qarşı əvvəllər pey-
vənd olunmuş şəxslərdə və ya həmin xəstəliklərə tutulmuş şəxs-
lərdə, başqa sözlə, immuniteti olan şəxlərdə də ola bilər, buna
sağ lam törədicigəzdirənlik deyilir. Tranzitor törədici gəzdirənlər
daha az təhlükə törədirlər, onların orqanizmində törədicilər qısa
müd dət ərzində qalır.
Patogen mikroorqanizmlərin əksəriyyətinin yaşaması və art-
ması üçün yeganə təbii şərait canlı orqanizmdir ki, o da onların
parazitik təbiəti ilə bağlıdır. Xarici mühit belə canlılar üçün
müvəqqəti yaşayış yeri olaraq onların müəyyən müddət saxlanıl-
masını təmin edir. Həssas insan və heyvan orqanizmində pato-
gen mikrobların yaşaması, onların nəinki törəyib artması üçün,
eləcə də təbiətdə bir növ kimi saxlanması üçün şərait yaradır.
70
Yo luxmuş insan və heyvanlar yoluxucu xəstəliklərin amilləri
üçün təbii sahibdirlər, onlardan patogen mikroor qanizmlər sağ-
lam insanlara keçə bilər, ona görə də onlar yoluxucu xəstəliyin
mənbəyi adlanırlar.
Qeyd etdiyimiz kimi, yoluxucu xəstəliyin (infeksiya) mən-
bəyi insanlar və müxtəlif növ heyvanlar ola bilər. İnsanlar ara-
sında yayılan yoluxucu xəstəliklərin əsas qrupunu antro po noz lar
(yunanca “antropos” – insan və “nozos” – xəstəlik), yəni an caq
i n s ana xas olan xəstəliklər təşkil edir. Bu xəstəlik amil lərinin
bioloji sahibi insandır. Elə ona görə də, antroponozlarda infek-
siya mənbəyi yoluxmuş şəxs (xəstə və törədicigəzdirən) olur.
Antroponozlara qızılca, göyöskürək, qrip, dizenteriya, vi ru s -
lu hepatit, qarın yatalağı və s. yoluxucu xəstəliklər aiddir. İnfek-
siya mənbəyi (yoluxmuş insanlar) infeksion prosesin gedişinin
müxtəlif formasında (kəskin, yüngül formalar və törə di ci gəz-
dirmə) patogen mikrobları ətraf mühitə ifraz edir. Patogen mik-
robların xəstə orqanizmdən ifraz edilməsi müddəti xəstəliyin
patogenezi və kliniki dövrləri ilə sıx əlaqədardır. Adətən, xəs tə li-
y in inkubasiya dövründə törədici ifraz olunmur, bəzi xəs tə lik-
lər də (qızılca, qarın yatalığı, infeksion hepatit və s.) bu dövrün
s o nunda törədicilər xaricə ifraz oluna bilir. Bəzi xəstəliklərdə
(qı zılca, göyöskürək, infeksion hepatit və s.) xəstəliyin prodro-
mal dövrü ən yoluxucu dövr hesab edilir. İnfeksion prosesin
şiddətlənmə dövründə xarici mühitə böyük miqdarda törədici
ifraz olunduğundan bütün yoluxucu xəstəliklər üçün bu dövr ən
y o luxdurucu dövr sayılır.
İnfeksion prosesin sönməsi və klinik simptomların yox o l-
ması ilə bərabər törədicilərin ifraz edilməsinin intensivliyi azalır.
Xəstələrin əksəriyyətində sağalma baş verdikdə bu proses da ya-
nır. Bəzi xəstəliklərdə (qarın yatalağı, dizenteriya, skarlatina və s.)
isə klinik simptomların yox olması orqanizmin törə di ci dən azad
olmasından tez baş verir, belə hallarda xəstələr rekon va les se nsiya
dövründə də yoluxdurma qabilliyətini saxlayır.
İnfeksiya mənbəyindən törədicilərin ifraz edilməsi yolları
o n ların inkişafı üçün seçdiyi üzv və toxumalardan asılıdır. Belə
ki, tənəffüs üzvlərinin yoluxucu xəstəliklərində (qızılca, göy ös-
71
kü rək, qrip, vərəm və s.) mikroblar bəlğəm və selik damcıları,
m ə də-bağırsaq üzvlərinin zədələnməsi ilə özünü göstərən xəs tə-
lik lərdə (qarın yatalağı, dizenteriya, vəba və s.) isə əsasən q u-
sun tu kütlələri və nəcislə ifraz olunur. Bəzi xəstəliklərdə (malya-
riya, rikketsiozlar və s.) törədicilər xariclə əlaqəsi olmayan d a xi li
üzv və toxumalarda inkişaf edir, sonra qana keçir, ona gö rə də bu
zaman törədicilər sağlam insanlara qansoran həşə rat lar vasitəsilə
ötürülür.
Yoluxucu xəstəliklərdə ikinci infeksiya mənbəyi hey van lar-
dır, belə xəstəliklər zoonozlara aiddir. Zoonoz xəstəliklər insanın
yoluxucu və invazion xəstəliklərinin böyük bir qrupunu (y u-
nan ca “zoon” – heyvan və “nozos” – xəstəlik) təşkil edir, bu
xəs təliklərdə infeksiya mənbəyi müxtəlif heyvanlardır. Heyvan-
ların əhliləşdirilməsi insanlara zoonoz xəstəliklərin keçirilmə sin də
mühüm rol oynayıb.
Bəzi zoonozlar üçün təbii ocaqlılıq xarakterikdir. Bu hallarda
bio senozların üzvləri arasında törədicilərin təbii rezervuarları möv-
cuddur. Təbii ocaq larda törədici zəncirvari şəkildə: heyvan – bio-
tik keçirici – heyvanlar arasında dövr edir və bununla spesifik
yaşayış mühitinin, populyasiyanın və növünün saxlanmasını
təmin edir. Təbii ocaqlar insandan asılı olmayaraq uzun müddət
mövcud ola bilər. İnsan təbii ocaqda yoluxur və epidemik zəncirə
cəlb edilir (məsələn, gənə ensefaliti, taun, tulyaremiya, hemorra-
gik qızdırma). Bu zaman ev heyvanları və kənd təsərrüfatı hey-
vanları epidemik zəncirə qoşulur. Əgər insan, ev və kənd təsər-
rü fatı heyvanları sonralar digərləri üçün infeksiya mənbəyi kimi
xid mət edirsə, onlar əlavə infeksiya mənbəyi adlanır.
Kənd təsərrüfatı heyvanlarının xəstəliklərində (vərəm, qara
y a ra, manqo, sap, salmonelyoz, listerioz, erizipeloid, leptospi-
roz, tokso plazmoz, dabaq, Kü-qızdırması, trixinelyoz və s.) xəs-
tə heyvanlar çox vaxt infeksiya mənbəyi rolunu oynayır. Bunu n-
la yanaşı, bir çox vəhşi heyvanlar da, onların içərisində g ə mi ricilər
xüsusi əhəmiyyət daşıyır, bir çox təbii ocaqlı xəs tə lik lərdə (tulya-
remiya, gənə qayıdan yatalağı, gənə ensefaliti və s.) infeksiya
mən bəyinə çevrilirlər. İnsanlarda rast gəlinən yo luxucu xəstə lik-
lə rin təxminən üçdə birini zoonozlar təşkil edir. Bununla belə,
72
əhalinin zoonozlarla yoluxması antroponozlara nisbətən qat-qat
azdır.
Zoonozların epidemik prosesi epizodik ocaqda daima dövr
edən törədici populyasiyası ilə insan cəmiyyəti arasında qarşılıqlı
prosesdir.
Abiotikmühit (torpaq, su, yerüstü ekoloji sistemlər) – üçüncü
infeksiya mənbəyidir, belə mühit infeksiya mənbəyi sayıldıqda
xəstəliklər sapronozxəstəliklər adlanır. Sapronozların törə dici lə ri
ətraf mühitdə (torpaqda, suda) daima və sərbəst şəkil də yaşayır
və özlərinin təbiətdə mövcud olması üçün epidemik prosesə bir
o qədər də möhtac deyildirlər. Bu törə dicilər insanın və heyvan-
ların psevdo parazitləridir. Sap ro nozların törədiciləri sərbəst y a şa-
yan sapro fit lərdən və bitkilərdən, buğumayaqlılardan, hidrobiont-
lardan təkamül etmişdir. Sapronozlara yersiniozlar, l e gio nelyozlar,
meloidozlar aiddir. Proqnozlara görə sapronozların xüsusi çəkisi
gələcəkdə yoluxucu xəstəliklərin strukturunda artaracaqdır.
Beləliklə, insanlar infeksiya mənbəyi olduqda belə xəstə lik-
lər antroponoz, heyvanlar olduqda zoonoz xəstəliklər adlanır.
Törədiciləri ətraf mühitdə əlverişli şəraitdə artıb çoxalan in -
fek sion (parazitar) xəstəliklərə sapronozxəstəliklər deyilir.
Törədicilər üçün təbii yaşayış mühiti olan və onların təbiətdə
mövcud olmasını təmin edən biotik insan və ya heyvan orqa-
nizmi və abiotik (su, torpaq) obyektlərin cəmi infeksiya törə di ci-
lə rinin rezervuarıadlanır.
Dostları ilə paylaş: |