Az rbaycan Respublikas t hsil Nazirliyinin


Epidemik prosesin hərəkətverici qüvvələri – epidemik p ro-



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

Epidemik prosesin hərəkətverici qüvvələri – epidemik p ro-

sesin bioloji, təbii və sosial amilləridir. Törədicinin və sahibin 

populyasiyasının qarşılıqlı təsiri müəyyən sosial və təbii ş ə ra it-

lər də baş verir və deməli, həmin şəraitlərdən asılı olur. 

İnfeksion prosesin aparıcı determinantları 

(V.İ.Pokrovski və başqa., 1993)

Determinantlar

Amillərin təsirinə daha çox məruz qalan 

infeksiyalar



Sosial amillər:

– demoqrafik amillər

Qızılca,  göyöskürək,  difteriya,  s u   ç i çə-

 yi, e pi demik parotit, qrip, şi gel yoz (Qri-

qor yev -Şiq)

– sanitar-kommunal abadlıq

Qarın  yatalağı,  vəba,  Fleksner  şi gel yo-

 zu, VHA, VHE

– əmək və məişət şəraiti 

Legionelyoz,  bruselyoz,  qarayara,  səp-

kili yatalaq, qrip və digər KRVİ, vərəm

– sosial davranış xüsusiyyətləri

İİV-infeksiya, cinsi yolla yayılan infek-

siyalar, VHB, VHc

– tibbi xidmət

İİV-infeksiya, VHB, VHc

– əhalinin qidalanmasının 

   təş ki li nin  xüsusiyyətləri

VHA,  VHE,  Zonne  şigelyozu,  salmo-

nel yoz,  bağırsaq  yersiniozu,  p se v do və -

rəm, prion xəstəlikləri

Bioloji amillər:

– sahiblərin və keçiricilərin 

   ekologiyası

Təbii-ocaqlı  zoonozlar,  tropik  xəs təlik-

lər,  biohelmintozlar

əhalinin immun strukturu

Qızılca, göyöskürək, poliomielit, su ç i-

çə yi, epidemik parotit



Təbii amillər:

– iqlim


Qan  infeksiyaları,  geohelmintozlar,  b a-

ğır  saq infeksiyaları, VHE

– hidrogeoloji

Leptospiroz,  tulyaremiya,  legionelyoz, 

şi stosomozlar

– torpaq


Geohelmintozlar, tetanus, klostridiozlar, 

yersiniozlar

– kosmik 

Kifayət dərəcədə öyrənilməmişdir



94

Başqa  sözlə,  epidemik  proses,  yəni  yolu xucu  xəstəlik  t ö rə-

di ci  və  insan  populyasiyasının  qarşılıqlı  təsirinin  nəticəsidir, 

qeyri-həmcinslik  və  xüsusiyyətlərin  dəyişkənliyi  bu  populyasi-

yaların  xarakteris tika sıdır.  Ona  görə  də  epidemik  prosesin 

təzahürləri nəinki yoluxma riski ilə, həm də xəstələnmə riski ilə 

təyin edilir. Epidemik prosesin şərtlərinə sosial və ya təbii a mil-

lər daxil olur ki, bunlar mikro- və makroorqanizmin xa s sə lə rinə 

təsir göstərir.

Yoluxucu xəstəliklərin törədicilərinin yoluxmaamilləri – t ö-

rə dicilərin infeksiya mənbəyindən həssas orqanizmə daşınma sını 

təmin edən ətraf mühit elementləridir.

Hər bir yoluxucu xəstəliyin klinikası törədicinin spesifikliyi 

ilə təyin olunur, lakin eyni bir törədici iştirak etdikdə belə, kli-

nika  müxtəlif  ola  bilər:  bir  törədici  zamanı,  məsələn,  Epşteyn-

Barr virusu ilə infeksion mononukleoz və Berket limfoması, su 

çiçəyi və kəmərvari herpes (herpes zoster virusu), yaxud qızılca 

və yarımkəskin skreozlaşmış panensefalit (qızılca virusu) inkişaf 

edə bilər.

Yoluxucu xəstəliyin yaranması şəraiti

Hələ  keçmiş  dövrlərdən  məlumdur  ki,  epidemiyalar  m ü əy-

yən  yerlərdə  və  müəyyən  vaxtlarda  inkişaf  edir.  Orta  əsrlərdə 

alimlər qeyd etmişlər ki, sosial amillər də epidemiyanın inkişa-

fına təsir göstərə bilir.

Xəstəliklərin  yaranma  riskini  yüksəldən  və  xəstələnmənin 

mü əy yən  səviyyəsini  təyin  edən  şərait  xəstəliyin  risk  amilləri 

adlanır. İnfeksion patologiyada yoluxma riski olmadan xəstəlik 

baş  vermir.  Bu  şəraitə  həmçinin  xəstələnmə  riskini  yüksəldən 

insanın  davranış  tərzi,  orqanizmin  fərdi  xüsusiyyətləri  daxildir. 

Ekspertlərin  məlumatlarına  görə,  əhalinin  sağlamlıq  səviyyəsi 

50%-də həyat tərzi, 20%-də yaşayış mühiti, 20%-də irsiyyət və 

y a lnız  10%-də  tibbi-sanitar  yardımın  keyfiyyəti  ilə  müəyyən 

olunur. Lakin bu, heç də bütün yoluxucu xəstəliklərə aid deyil-

dir:  bağırsaq  infeksiyalarında  bu  asılılıq  özünü  tam  doğruldur, 

h a va-damcı  infeksiyalarında  bu  nisbət  fərqlənir.  Məsələn,  ə h a-

linin  ölüm  göstəriciləri  8-10%-dən  xeyli  yüksək  olub  40%-ə 

çatır.


95

 Əhalinin sağlamlığını müəyyən edən əsas 4 qrup amil  

ayırd edilir (şəkil).

Orqanizminfərdixüsusiyyətləri. İnsanın törədicilərlə yolux-

ması heç də həmişə yoluxucu xəstəliyin inkişafına gətirib çıxar-

mır.  Xəstəliyin  inkişaf  imkanı,  onun  gedişi  və  nəticəsi  bir  çox 

hallarda qeyri-spesifik müdafiə amillərindən və orqanizmin i m-

mun sisteminin vəziyyətindən asılıdır.

İmmun sistem ətraf mühitin çoxsaylı zərərli amillərinin tə  si-

ri nə məruz qalır. İnsanın istehsalat fəaliyyəti ilə əlaqədar olaraq, 

qeyri-spesifik müdafiə amillərinin və immun sistemin f ə a liy yə-

ti nə ekoloji stress də təsir göstərir.

Orqanizmin immun sisteminin vəziyyətinə təsir göstərən eko -

loji amillər immuntrop ekzoamillər adlanır. Bu amilləri iki b ö yük 

qrupa bölmək olar:

1. təbii – temperatur, radiasiya, ultrabənövşəyi şüalanma, m ik-

ro ele mentlər və s.;



96

2. antropogen – HES, AES, torpaqların qurudulması /suvarıl-

ması,  sənaye  müəssisələrinin  tullantıları,  kimyəvi  birləşmələrin 

ge niş tətbiqi.

Təsir xarakterinə görə ekzoamillər aşağıdakı şəkildə qruplaş-

dırılır:  a)  yumşaq/bərk;  b)  birbaşa/vasitəli  təsir;  c)  tənzim  olu-

nan/  tənzim  olunmayan;  ç)  qısa/uzun  təsirli;  d)  lokal/qlobal;  

e) o r qanizmdə toplanan/ toplan mayan.



Təbii abiotik  (qeyri-antropogen)  amillərə  daxildir:  a)  fiziki-

coğrafi  amillər,  xüsusilə:  coğrafi  yerləşmə,  insolyasiya,  geoloji 

xüsusiyyətlər,  yerin  relyefi,  torpağın  xüsusiyyəti,  su  mən bə lə-

rinin olması və vəziyyəti, yeraltı sular, su mübadiləsinin dinami-

kası,  atmosferin  vəziyyəti;  b)  iqlim  amilləri  –  iqlim  zonaları, 

m ö v sümilik,  havanın  temperaturu,  atmosfer  təzyiqi,  havanın 

nisbi  rütubəti,  küləyin  istiqaməti,  yağıntıların  miqdarı;  c)  təbii 

fövqəladə hallar: qasırğa, tufan, siklonlar, sunami, tornado, zəl-

zələ, daşqınlar,  vulkan püskürməsi, şaxta, qeyri-adi isti, quraq-

lıq, yanğın, sürüşmə, qar uçqunları.

Heyvanların – qan infeksiyalarının infeksiya mənbəyi və b i-

o  loji  keçiricilərinin  arealının  mövcud  olması  təbii  amillərdən 

asılıdır. Torpağın xarakteri bir sıra helmintlərin həyat tsiklinə t ə-

sir göstərir. İlin fəsli KRVİ, “uşaq infeksiyaları”, A viruslu hepa-

tit, leptospiroz, yersiniozlar, gənə ensefaliti, gənə borreliozu və 

s. yoluxucu xəstəlik lərə təsir edir. Kəskin bağırsaq infeksiyaları-

nın  yayılması  bir  çox  hallarda  su  mənbələrinin  vəziyyətindən 

asılıdır.

  Təbii  amillər  törədicilərin  xarakteristikasına,  patogen liyinə 

və virulentliyinə, aktivliyinə və dəyişkənliyinə təsir edir. Trans-

missiv xəstəliklərin törədicilərinin xassələri təbii amillərdən ası-

lıdır: təbiət amilləri də ağcaqanadların və gənələrin çoxalmasına 

müsbət və ya mənfi təsir edə bilər.

Müxtəlif yoluxucu xəstəliklər zamanı epidemik prosesin döv-

riliyi xəstəlik sporadik səviyyəyə enənə qədər aktual qalır. Epi-

demik prosesin dövriliyi son onillikdə yoluxucu xəstəliklərin ən 

geniş yayılmış xəstəliklərinin timsalında aydın izlənir. M ə sələn, 

Rusiya  Federasiyasında  dizenteriya  zamanı  1925–2000-ci  illər 

ərzində xəstələnmənin 4 yüksəliş dövrü (hər birinin d a vam etmə 


97

müddəti 18 il), A hepatitində 1953-cü ildən 9-10 il davam edən 4 

tsikli, B hepatitində 1975-ci ildən 11 il davam edən tsikli, s k ar-

latina zamanı 1945-ci ildən 10-12 il davam edən 5 tsikli, gə nə 

ensefalitində 1947-ci ildən 17-18 il davam edən 3 tsikli, t ul yare-

miya zamanı 1950-ci ildən – 17 il davam edən 3 tsikli, leptospi-

rozlarda 1956-cı ildən 4-5 il davam edən tsikllər m ü şa hi də olun-

muşdur.


Dövriliyin formalaşmasında epidemik prosesin hər 3 halqası 

və törədicinin dəyişkənliyi böyük əhəmiyyət daşıyır. Ətraf mühit 

şəraiti – təbii amillər aparıcı rol oynayır. Yer kürəsində yaşayan 

bütün  canlılara  böyük  təsir  göstərən  təbii  amillər  arasında  g ü-

nəşin aktivliyi daha kəskin nəzərə çarpır.

A.L.Çijevski  (1897–1964)  epidemiyaların  günəşin  aktiv li-

yindən asılılığını öyrənmişdir. Hazırda hesab etmək olar ki, epi-

demiyaların  və  pandemiyaların  baş  verməsi,  hər  şeydən  əvvəl 

günəşin aktivliyinin səviyyəsi ilə əlaqədardır. Müəyyən edilmiş-

dir ki, məhz günəşin aktivliyinin maksimal illərində pandemiya-

lar kəskin şəkildə artır və böyük əraziləri əhatə edir. A . L . Çi jev s ki 

təyin etmişdir ki, vəbanın pandemiyalarının dövrləri 2,65 və 5,5 

il  davametmə  müddətinə  malikdir.  Bu  dövrlər  günəşin  11  illik 

tsiklinin  dörddə  birini  və  yarısını  təşkil  edir.  Rusiyada  100  il 

ərzində  xəstələnmənin  təhlili  göstərdi  ki,  vəbanın  1823-cü  ildə 

başlamış  ilk  epidemiyasından  etibarən  ən  yüksək  xəstələnmə 

hal ları  günəşin  aktivliyinin  maksimal  illərinə  təsadüf  edir,  hal-

buki  vəbanın  minimal  xəstəlik  halları  qeydə  alınan  dövrlər 

günəşin aktivliyinin minimal illərinə düşür.

Qriplə  xəstələnmənin  500  il  ərzində  təhlili  göstərmişdir  ki, 

qrip epidemiyalarının dövrləri orta hesabla 11,3 il təşkil edir və 

gü nəşin aktivliyinin dövrləri ilə üst-üstə düşür. Epidemik alov-

lanmaların  əksəriyyəti  günəşin  aktivliyi  artdığı  və  ya  azaldığı 

dövrlərə təsadüf edir, yəni epidemiyalar günəşin aktivliyinin m i-

ni  mum-maksimum və ya maksimum-minimum dövrlərində baş 

verir.  Taun,  difteriya,  skarlatina,  meninqokokk  infeksiyası, 

quduzluq  zamanı  epidemiyaların  yaranmasının  günəşin  aktivli-

yindən  müəyyən  asılılığı  təyin  olunmuşdur.  Məsələn,  taun  epi-

demiyalarının daha çox maksimal günəş aktivliyində yaranması 

və geniş yayılması izlənir.



98

Bu qanunauyğunluqların mənşəyi aydındır, belə ki, Yer k ü-

rəsində olan mikrofloranın hamısının fəaliyyəti günəşin a  k tiv li-

yin dən  sıx  asılıdır.  İnsanın  xəstəliklərə  yoluxma  səviyyəsi  də, 

həmçinin  orqanizmin  fiziki-kimyəvi  reaksiyasındakı  dəyişik lik-

lər  sayəsində  günəşin  aktivliyindən  asılıdır.  Bütün  üzvi  aləm  – 

mik ro- və makroorqanizm Günəşdən alınan enerjinin d ə yiş kən li-

yi ni hiss edir.

EHM-da aparılmış hesablamalar göstərdi ki, yoluxucu xəs tə-

lik lərin hamısına 3, 5, 8, 11, 14 və 18-19 ilə yaxın dövrlərə malik 

tsikliklik  xasdır.  Bununla  bərabər,  ümumi  məcmuda  10-11  illik 

tsikl  üstünlük  təşkil  edir.  Müxtəlif  yoluxucu  xəstəliklərlə  xəs-

tələnmənin  təhlili  zamanı  aşkar  edilən  5-6  illik  tsikl  10-11  illik 

tsik ldən  sonra  ikinci  yerdə  durur.  Bu  tsikl  davamlılığına  görə 

günəşin aktivliyinin əsas 10-11 illik tsiklinin yarısını təşkil edir.

EHM-nın  əsasında  günəşin  aktivliyinin  epidemik  prosesə 

təsiri  sübuta  yetirilmişdir.  Lakin  bu  zaman  yadda  saxlamaq 

lazımdır ki, çox vaxt onun bir sıra kiçik intervallara bölünməsi 

baş verir. Ona görə də əsas 11illik epidemiya dalğası gözdən itir. 

Epidemik prosesin günəşin aktivliyi ilə əlaqəsi olduqca mürək-

kəb dir. Yoluxucu  xəstəliklərin  yayılması  biosferdə  gedən  digər 

pro seslərlə də əlaqədədir, onlar günəşin aktivliyi ilə sıx bağlıdır.

İnsana günəşin aktivliyinin təsirini tüpürcəyin bakterisid xas-

sələrinin  günəşin  11  illik  tsiklə  malik  aktivliyindən  asılılığının 

timsalında  izləyə  bilərik:  minimal  günəş  aktivliyində  (1964-cü 

il) tüpürcək hətta güclü durulaşmadan sonra mikrobların milyon-

larla  koloniyalarını  tamamilə  öldürmüşdür,  günəşin  aktivliyi 

mak simal  səviyyəyə  çatdıqda  isə  (1968)  tüpürcəyin  bakterisid 

xas səsi  kəskin  azalmışdır.  Bu  dəyişikliklər  müəyyən  dərəcədə 

i n feksion xəstələnməyə də təsir göstərir, belə ki, xəstəlik törə di-

cisinin  aqibəti  ağız  boşluğunun  vəziyyətindən  çox  asılıdır  –  o, 

elə ilk mərhələdə tüpürcəklə təmasda olduqda məhv ola bilər.

Bağırsaq qrupu bakteriyalarının yolunda ikinci sədd sayılan 

m ə də  şirəsinin  turşuluğu,  həmçinin  bakterisidliyi  də  günəşin 

aktivlik səviyyəsindən asılıdır. Sübut edilmişdir ki, günəşin a k-

tivliyi nə qədər yüksəkdirsə, mədənin turşuluğu bir o qədər aşağı 

düşür və uyğun olaraq bağırsaq bakteriyalarının təsirindən m ü-

da fiə qabiliyyəti də zəifdir.



99

Qanın  bakterisid  xassələri  də  həmçinin  günəşin  aktivliyinə 

uyğun olaraq dəyişir, o, eyni zamanda mövsümdən asılıdır. G ü-

nə şin  maksimal  aktivliyində  qan  zərdabının  mikroorqa nizmləri 

öldürmək qabiliyyəti günəşin minimal aktivliyinə nisbətən t ə q-

ribən 1/3 dəfə azdır.

Epidemik prosesə günəşin aktivliyinin təsir mexanizmi ç o x-

cəhətlidir.  Günəşdən  elektromaqnit  şüalanması  baş  verir  ki, 

buraya radiodalğalar, rentgen şüalanması, ultrabənövşəyi və inf-

raqırmızı şüalanma daxildir. Bu şüalanmanın bir qismi Yer sət-

hinə  çatır,  digəri  isə  atmosferdə  tutulur.  Yerin  biosferinə  daxil 

olan şüalanma nəinki insan orqanizminə, həmçinin bitki və hey-

vanat aləminə birbaşa təsir göstərir. Təbii ki, o, mikroor qa nizm-

lərə  də  təsir  edir.  Bu,  difteriya  törədiciləri  üzərində  qoyulmuş 

təcrübələrdə əsaslı şəkildə sübuta yetirilmişdir. 9 il ərzində hər 

gün aparılmış müşahidələr göstərmişdir ki, onların x ü su siy yət lə-

ri nin  kəskin  dəyişiklikləri  çox  vaxt  günəşin  maksimal  a k tiv li-

yində  rast  gəlinir.  Günəşin  minimal  aktivliyində  belə  kəskin 

dəyişikliklərə ildə 5-7 dəfə rast gəlinmişdir. Difteriya kulturasını 

qurğuşun ekranla örtdükdə (bu, kosmik şüaların daxil olmasına 

m a neçilik yaradır) onda kulturanın xassələrinin kəskin d ə yi şik-

lik ləri  bütün  müşahidə  dövründə  bir  dəfə,  yəni  mövsümdə  bir 

dəfə – təsir edən amillərin intensivliyi maksimal səviyyəyə çat-

dıqda baş vermişdir.

Deməli, epidemik prosesin dövriliyinin xarici səbəbləri epi-

demik prosesin sisteminə daxil olan bütün elementlərə təsir edir. 

Bu  elementlər  daxili  səbəblərin  hesabına  dəyişir.  Bu  halda 

xəstələnmənin dinamikasının təbii dalğavari prosesinin gedişinə 

apa rılan sosial tədbirlərin nəticəsində baş verən dəyişikliklər də 

t ə sir edir. Bunlar isə bir sıra hallarda xəstələnmənin səviyyəsini 

sporadik səviyyə qədər azaldaraq dövriliyi aradan qaldırır.

Sosial amillər. Epidemiologiyada  sosial  amillər  insanların 

həyat şəraitinin mürəkkəb məcmuyudur. Onlara insanların isteh-

salat fəaliyyəti və maddi təminatı, məişət, əmək və istirahət şəra-

iti; əhalinin sıxlığı və onların yaşayış yeri (şəhər, kənd), yaşadığı 

tikilinin tipi və onun sanitar-texniki vəziyyəti; qidalanmanın milli 

və regional xüsusiyyətləri, əhalinin miqrasiyası aiddir. Müəyyən 



100

dərəcədə  epidemik  prosesə  səhiyyənin  vəziyyəti,  tibbi  yardım, 

dərman vasitələri ilə təminat, əhalinin sanitar maariflənməsi, təbii 

fəlakətlər,  müharibələr  və  əhalinin  rifahına  təsir  göstərən  d i gər 

hadisələr əhəmiyyətli təsir edir.

Sosial-iqtisadi  və  təsərrüfat-texniki  amillər  arasında  epide-

mik prosesə aşağıdakılar təsir edir:

• demoqrafik amillər: əhalinin sıxlığı və strukturu, təbii h ə rə-

kə ti, əhalinin çoxalması, doğum, miqrasiya, ölüm göstəricisi, h ə-

ya tın davametmə müddəti;

• etnik, mədəni, təhsil, etik və dini amillər, elm və texnikanın 

inkişaf səviyyəsi, texnologiyanın keyfiyyəti;

• sosial sabitlik, işsizlik, cinayətkarlıq, narkomaniya, intihar;

• əhalinin maddi təminatı, təhsil səviyyəsi, əhalinin fərdi gigi-

yenik vərdişlərinin və sanitar mədəniyyətinin səviyyəsi;

• iqtisadi qeyri-sabitlik;

• kommunal  sanitar-gigiyenik  amillər,  yaşayış  sahəsinin  sıx-

lığı,  fərdi  və  ümumi  yaşayış  fondu,  mənzilin  xarak teristikası, 

kom munal təminatın vəziyyəti, su təchizatı, kanalizasiya, enerji 

təminatı, istilik sistemi, yaşayış məntə qələrinin zibildən və qida 

tullantılarından təmizlənməsi;

• keyfiyyət  və  kəmiyyət  xarakteristikası,  texnologiya,  icti mai 

q idalanma, disbalans, zülal-kalori çatmamazlığı;

• təbiətdən  istifadə,  əmək  fəaliyyəti  prosesində  antropogen  s  ə-

naye,  aqrosənaye  amilləri,  o  cümlədən  əhalinin  popul yasiyasına 

t ə sir edən atmosferin, suyun, torpağın kimyəvi, fiziki, bioloji ç i r k-

lənmə səviyyəsi;

• ticarətin, nəqliyyatın, beynəlxalq əlaqələrin intensiv ləşməsi;

• antropogen fövqəladə vəziyyətlər: a) texnogen (müəs si  sə lə r-

 də qəzalar, o cümlədən qlobal, məsələn, Çernobıl hadisəsi kimi, 

n ə q liyyatda olan bədbəxt hadisələr, yan ğınlar və partlayışlar); b) 

s o sial, sosial-iqtisadi və ya sosial-siyasi (müharibələr, terrorizm, 

həmçinin bioterrorizm, qaçqınların intensiv axını).


101

İnfeksion xəstələnməyə sosial amillərin təsirini MDB və 

Baltika ölkələrində SSRİ dağıldıqdan sonra sifilislə 

xəstələn mənin artması timsalında görmək olar.

Ölkə

İllər


Xəstələnmə  

səviyyəsinin artım tempi

Azərbaycan

1990-93


2,9 dəfə

Belarusiya

1992-95

12,4 dəfə



Qazaxıstan

1990-95


87,8 dəfə

Qırğızıstan

1990-95

36,0 dəfə



 Latviya

1990-96


26,0 dəfə

 Litva


1990-95

36,0 dəfə

 Moldova

1990-95


11,0 dəfə

 Rusiya


1990-95

33,4 dəfə

Tacikistan

1990-95


12,0 dəfə

Türkmənistan

1990-96

8,1 dəfə


Ukrayna

1990-95


9,4 dəfə

Özbəkistan

1990-95

13,9 dəfə



 Estoniya

1991-94


8,0 dəfə

 

Epidemik prosesin xarakterinə sosial amillərin təsirini şəhər 



və kənd yerində bağırsaq infeksiyalarının qeyri-bərabər yayılma-

sının timsalında izləmək olar: şəhərlərdə kəskin bağırsaq infeksi-

yaları ilə xəstələnmə kənd sakinləri ilə müqayisədə, demək olar 

ki, 1,5-2 dəfə yüksəkdir. Kənd yerlərində mək tə bə qədər müəs si-

sələrə gedən uşaqların xəstələnmə faizi aşağıdır. Uşaq mü ə s si sə-

lə ri nə  gedən  uşaqlar  arasında  dizenteriya  ilə  x ə s tə lən mə nin 

intensivlik göstəriciləri şəhər üzrə olan göstəricidən 5-6 dəfə, o 

cümlədən yaşlılarla gedənlər arasında – 10-15 dəfə y ü k sək dir.

Qidalanmanın  xarakterinin  əhali  arasında  invaziyaların  y a-

yıl masına təsirini Ob-İrtış hövzəsində opistorxozun təbii ocağı-

nın üzərində aydın görmək olar. Həmin regionda karp balıqları-

nın  opistorxoz  ilə  invaziyalaşması  yaxın  keçmişdə  7-47%-ə 

çat mışdır. Yerli əhali hələ uşaqlıqdan buraya gələn şəxslərdə çiy 

balığı  stroqanina  şəklində,  bir  neçə  saat  ərzində  duzda  qalmış 

balıqdan istifadə edirlər ki, bu da paraziti tam məhv etmir. N ə-

ticədə bu ocağın bəzi rayonlarının yerli əhalisinin 90%-i opistor-

xoz ilə yoluxurlar.


102

İnsanın  istehsalat  fəaliyyəti  nəticəsində  bir  çox  regionlarda 

t ex nogen  biogeokimyəvi  əyalətlər  formalaşmışdır.  Buna  misal 

40 ilə qədər fəaliyyətdə olan Semipalatinsk nüvə sınaq poliqo-

nunu  göstərmək  olar.  Regionda  ekoloji  vəziyyət  əhaliyə  düşən 

çoxillik  şüa  yüklənməsi  ilə  müəyyən  olunur.  Nəticədə  əhalinin 

təqribən  yarısında  immunçatışmazlıq,  onkoloji  xəstələnmənin 

y ük  sək səviyyəsi, psixi pozğunluqlar, yenidoğulmuşların ölümü-

nün  artması,  orqanizmin  vaxtından  əvvəl  qocalması  və  s.  kimi 

ə  la   mətlər qeydə alınmışdır.



Biolojiamillər.Epidemik prosesə təsir edən bioloji və biotik 

amillərə aşağıdakılar aiddir:

• İnsanın sağlamlığına təsir edən amillər: cins, yaş, fiziki v ə-

ziy yəti,  genetik  amillər,  növ  və  fərdi  rezistentlik,  immunitetin 

vəziyyəti; əvvəllər keçirilmiş və yanaşı gedən xəstəliklərin inter-

ferensiyası,  şəxsi  və  davranış  xüsusiyyətləri;  onların  d ə yiş kən-

li yi. Makro or qa niz min bioloji amillərindən, onun patogen a g en-

 tə qarşı reak siyasından asılı olaraq bir halda daxil olma yerində 

törədicinin məhv olması baş verir, digər hallarda isə t ö rə di gəz di-

rən lik əmələ gəlir, üçüncü halda – gizli, subklinik, atipik və ya 

silinmiş  forma  inkişaf  edir  və  ya  bu  əlaqə  manifest  xəstəliklə 

(yüngül, orta, ağır) və xronik forma ilə nəticələnir;

• Patogen  agentin  təbii  mənşəli  amilləri:  məsələn,  patogenlik 

(xəs təliktörətmə  qabiliyyəti),  invazivlik  (sahibin  orqanizminə 

daxil  ol maq,  onun  müdafiə  baryerlərini  dəf  etmək  qabiliyyəti, 

fib rino lizin,  hialuronidaza,  musinaza,  kollagenazanın  sayə sində 

toxu ma larda  yayılma  xüsusiyyəti),  toksigenlik  (ekzo-  və  endo-

toksinləri hasil etmək qabiliyyəti), kapsu ləmələgətirmək q a bi li y-

yəti,  makro orqanizmdə  çoxalmaq  qabiliyyəti,  virulent lik  (pato-

genliyin  növ  daxilində  dəyişən  kəmiyyət  ölçüsü),  kontagiozluq 

(törədicinin bir orqanizmdən digərinə zəncirvari ötürülmə q a bi-

li y yəti),  immuno genlik  (insan  orqanizmində  im munitet  yarat-

maq qabiliyyəti), dəyişkənlik, genetik materialla növdaxili m ü-

ba dilə, antibiotiklərə qarşı davamlılıq xü susiyyəti və s.



103

Epidemik prosesin təzahürləri

Epidemik  prosesin  təzahürləri  bunlardır:  sporadik  xəs tə lən-

 mə, epidemik alovlanma, epidemiyalar, pandemiyalar, epidemik 

alov lanma, ekzotik xəstələnmə, epidemik ocaq.



Sporadik xəstələnmə.Müəyyən  ərazidə  müəyyən  xəstəlikdə 

e pi  demik  prosesin  adi  qeyd  olunan  səviyyəsidir.  Bir  və  ya  bir 

n e çə illər ərzində yoluxucu xəstəliklərin tək-tək hallarına təsadüf 

edilir.


Epidemikocaq – yoluxucu xəstəliyin aşkar edildiyi kollektiv 

olub,  onun  üzvləri  arasında  həmin  infeksiyanın  yayılma  təh lü-

kə si vardır. Epidemik ocağın sərhədləri yoluxucu xəstəlik törə di-

ci lərinin  yoluxma  mexanizminin  xüsusiyyətləri  və  təbii-sosial 

mühitin konkret şəraitləri (hansı ki, bu mexanizmin realizasiya-

sının miqyasını müəyyən edir) ilə bağlıdır. Məsələn, antroponoz-

larda  epidemik  ocaq  epidemik  prosesin  başlıca  halqası  sayılır. 

Bil diyimiz  kimi,  epidemik  proses  bir-biri  ilə  bağlı  və  biri 

digərindən törənən epidemik ocaqlardan ibarətdir. Belə ki, qızılca 

zamanı  xəstənin  yaşadığı  mənzil  epidemik  ocaq  sayıla  bilər. 

Zoonozlarda  isə,  əksinə,  xəstə  şəxsin  yaşadığı  yer  epidemik 

ocaq deyildir, belə ki, insan bəzi hallar istisna olunmaqla (taun, 

sarı qızdırma) infeksiya mənbəyi sayılmır. Ona görə də zoonoz-

larda epidemik ocaq ayrı-ayrı, bir-biri ilə bağlı olmayan xəs tə-

lik lərlə səciyyələnir ki, onların sayı ocaqla olan əlaqənin inten-

sivliyi ilə müəyyən edilir. Zoonoz infeksiyada epidemik ocağın 

mövcud olması insanın epizootik ocaqla əlaqəsi kəsilən kimi d a-

yanır. 


Epidemik ocaq müəyyən zaman müddətində fəaliyyət g ö s tə-

rir ki, onun davametmə müddəti xəstənin təcrid edilməsi anından 

və yekun dezinfeksiyanın aparılmasından sonra xəs tə li yin maksi-

mal  inku basiya  müddəti  sayılır.  Bu  dövrdə  ocaqda  yeni  xəs -

tələrin yoluxması mümkündür.

Nozoareal – əvvəllər də yoluxucu xəstəliklərin aktiv ocaqla-

rının qeydə alındığı ərazilərdir.



Epidemik alovlanma – qrupşəkilli xəstəlik olub, ailədən, kol-

lektivdən, yaşayış məntəqəsinin sərhəddindən kənara çıxmır və 



104

bir-bi ri ilə vahid infeksiya mənbəyi, yoluxma yolları və amilləri 

ilə bağlıdır.

Epidemiya – sporadik xəstələnmə səviyyəsindən yüksək olan 

(məsələn, qrip üçün adi səviyyədən 5-10 dəfə çox) və ya onun 

qeydə alınmadığı yerdə baş verən xəstələnmədir.

Epidemiyalar başvermə vaxtına, yayılma ərazisinə, inten siv-

li  yi nə,  inkişaf  mexanizminə  görə  təsnif  edilir.  Kəskin  bağırsaq 

infek siyalarının  epidemiyalarının  diferensiasiyası  təsnifat  m e-

ya rı sayıla bilər.

Müasir  kəskin  bağırsaq  infeksiyaları  üçün  80-95%  halda 

xəstələnmənin sporadik səviyyəsi səciyyəvidir, lakin bu xəs tə lik-

lə rin epidemik alovlanmaları da qeydə alınır. V.P.Serqiev və baş-

qa.  (2000)  KBİ-nin  tiplərinin  unifikasiya  edilmiş  təsnifatını  və 

o n ların aşağıdakı əlamətlərini vermişlər:

• ərazi prinsipinə görə lokal (müəyyən əraziyə və ya əhali qru-

puna uyğunlaşmış) və yayılmış (qonşu əraziləri və əhali qrupla-

rını əhatə edən) epidemiyalar ayırd edilir;

•   zaman  əlamətinə  görə  –  kəskin  (törədicinin  ötürülməsinin 

son amillərinin bir dəfə yoluxması və maksimal inkubasiya dövrü 

ərzində  inkişaf  edən)  və  xronik  epidemiyalar  (törədicinin  ö tü-

rülməsinin son amillərinin dövri və ya sistematik şəkildə infeksi-

yalaşması ilə şərtlənən və bir neçə inkubasiya dövrünə m ü vafiq 

gələn zaman intervalında qeydə alınan) ayırd edilir;

•  İnsanların yoluxma yerinə görə – məişətdə (ev tipi), m ü a li-

cə-profilaktika  müəssisələrinin  stasionarlarında  (hospital  tipi), 

m ü təşəkkil  kollektivlərdə  (idarə  tipi),  istirahət  zamanı  (rekrea-

sion tip) və s.

•  Törədicinin başlıca yoluxma yoluna görə – qida, su və m ə i-

şə t  epidemiyaları;

•  Törədicinin son yoluxma amilinə görə – qida, su və məişət e p i-

demiyaları;

•   Törədicinin  son  yoluxma  amilinin  infeksiyalaşması  m e xa-

niz minə  görə  –  qida  epidemiyaları  (qida  məhsularının  b i rin  cili 

və ikincili çirklənməsi ilə bağlıdır), su epidemiyaları (s u bu raxıcı 

qurğularda  suyun  təmizlənməsi  və  dezinfeksiyası  qaydalarının 

göz lənil məməsi; torpağın üst qatlarından çirklənmiş suların z ə-



105

də lənmiş su kəmərləri şəbəkəsinə və ya su quyularına sızması; 

təsərrüfat  və  kanalizasiya  sularının  açıq  su  mənbələrinə  axıdıl-

ması;  kiçik  su  çənlərində  içməli  suyun  zərərsizləşdirilməsi  və 

saxlanması qaydalarına riayət edilməməsi ilə bağlıdır);

•   İnfeksiya  mənbəyindən  asılı  olaraq,  KBİ  antroponozlara 

(şigel yozlar, eşerixiozlar, stafilokokkozlar, virus bağırsaq infek-

siya ları,  amöbiaz,  ləmblioz),  zoonozlara  (salmo nelyozlar,  k a m-

pi lo bak terioz, kriptosporidioz) və sapro nozlara (vəba, potensial 

patogen enterobakteriyalarla şərtlənən bağırsaq infeksiyaları, b a-

ğırsaq  klostridiozları,  psevdomonaz,  halofil  vibriozlar,  yersi ni-

ozlar)  bölünür.  KBİ  epidemiyalarında  insanlar  (antropo noz la r-

 da),  heyvanlar  (zoonozlarda)  və  ətraf  mühit  (sapronozlarda) 

i n feksiya mənbəyi ola bilər.



Pandemiya  –  yoluxucu  xəstəliklərin  ölkənin  bütün  ə r a zi-

sində, qonşu dövlətlərdə, bəzən isə dünyanın bir çox ölkələrində 

yayılması  ilə  xarakterizə  olunur.  Yəni  pandemiya  yoluxucu 

xəstəliyin bir neçə ölkə və ya qitə arasında kütləvi yayılması ilə 

s ə ciyyələnən  epidemik  prosesin  intensivliyinin  bir  formasıdır. 

Keçən  əsrdə  dəfələrlə  qrip,  vəba  pandemiyaları  olmuş,  İİV-in-

fek siyanın pandemiyası başlan mışdır.

Endemiya – müəyyən ərazi üçün xas olan və ya daim rast g ə-

li nən xəstələnmə səviyyəsi olub, konkret ərazidə epidemik pro-

se sə  təsir  göstərən  təbii,  bioloji  və  sosial  amillərdən  asılıdır 

(məsələn, təbii-ocaqlı xəstəliklər).



Ekzotik xəstəliklər  –  həmin  ərazi  üçün  xas  olmayan  (orada 

epi demik prosesin saxlanması üçün lazımi şəraitin olmaması ilə 

əla qə dar)  yoluxucu  və  parazitar  xəstəliklərdir.  Ekzotik  x ə s tə-

lən mə bu infeksiyanın rast gəlmədiyi əraziyə törədicinin x a ri c-

dən  gətirilməsi  hesabına  inkişaf  edir. Yoluxma  həmin  ərazidən 

kənarda baş verir. Yoluxucu xəstəliyin ekzotik yoluxma hadisəsi 

h ə mişə gətirilmə sayılır, lakin heç də gətirilmə xəstəliklər hamısı 

ekzotik deyildirlər. MDB hüdudlarında dəri leyşmaniozu halları 

gətirilmədir, lakin ekzotik deyildir, sarı qızdırma halları isə eyni 

zamanda həm gətirilmə, həm də ekzotikdir.

 


106


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin