Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   2   3   4   5   6   7   8   9   10   ...   65

Yoluxma mexanizmi

Patogen mikrobların yoluxma mexanizmi xəstəlik törə di ci si-

nin  yoluxmuş  orqanizmdən  sağlam  orqanizmə  ötürülməsini  t ə-

min edən tarixi təkamül prosesində yaranmış bir vasitədir. Və ya 

Y o luxma  mexanizmi  təkamül  prosesində  törədicinin  formalaş-

mış infeksiya mənbəyindən həssas insan və ya heyvan orqa niz-

mi nə ötürülməsi vasitəsidir”.

Antroponoz  infeksiyalarda  aşağıdakı  yoluxma  mexanizm ləri 

ayırd olunur: aspirasion,fekal-oral,transmissiv,kontakt,vertikal.

Aspirasionvəyaaerozolyoluxma mexanizmi iki yolla rea-

li zə olunur: hava-damcı və hava-toz.



73

Fekal-oral yoluxma mexanizmi törədiciləri insanların həzm 

yo lunda olan bağırsaq infeksiyaları üçün xarakterikdir.



Transmissiv yoluxma mexanizmi törədiciləri qanda yerləşən 

xəstəliklər zamanı qansoran həşəratlar (buğumayaqlılar) v a si tə si-

 lə həyata keçirilir.

Kontakt (təmas) yoluxma mexanizmi xarici örtüklərin infeksi-

yaları zamanı yoluxmuş və həssas orqanizmin dəri örtüyü, s e likli 

qişaları  ilə  (bilavasitə  təmas)  və  ya  törədicilərlə  çirk lən miş   ə ş-

yalar vasitəsilə (dolayı təmas) həyata keçir.



Vertikalyoluxma mexanizmi dölün bətndaxili dövrdə müx tə-

lif   xəstəliklərlə  yoluxması  zamanı  həyata  keçir  (toksaplazmoz, 

məxmərək, İİV-infeksiya).

Təbii  mexanizmlərlə  yanaşı,  süni  yoluxma  mexanizmləri 

(artifisial)  də  mövcuddur.  Süni  (artifisial)  yoluxma  mexanizmi 

daha  çox  xəstəxanadaxili  infeksion  xəstəliklər  zamanı  realiza-

siya olunur.

Yoluxma  mexanizmi  haqqında  təlim  L.V.Qromaşevski  tərə-

findən  işlənib  hazırlanmışdır.  O,  törədicinin  yoluxma  mexa niz-

minin  onun  orqanizmdə  lokalizasiyasına  uyğun  gəlməsi  qanu-

nunu forma laşdırmışdır. Bu qanuna əsasən törədicinin yoluxmuş 

orqanizmdən  xaric  edilməsi  və  həssas  orqanizmə  daxil  olması 

üsulu  onun  sahib  orqanizmdə  lokalizasiyası  ilə  müəyyən  edilir 

ki, bu da əksər hallarda törədicinin bir fərddən digərinə ötü rül-

mə si  mexanizminə  müvafiq  gəlir. Təbii  şəraitdə  infeksiyanın  4 

əsas  yolux ma  mexanizmi  realizə  olunur:  fekal-oral  (bağırsaq 

infeksi yalarında), aerozol (tənəffüs yolu infeksiyalarında), trans-

missiv (qan infeksiyalarında) və təmas (xarici örtüklərin infek si-

ya   la rında).

Törədici  əsasən  bağırsaqda  lokalizasiya  etdikdə  yoluxmuş 

o r qa nizmdən onun xaric edilməsi ifrazatlarla (nəcis, sidik) və ya 

q u suntu  kütlələri  vasitəsilə  baş  verir.  Törədicinin  həssas  or  qa-

niz mə  daxil  ol ması  ağız  vasitəsilə  (əsas  etibarilə  çirklənmiş  su 

və ya qidanın qəbulu zamanı) həyata keçir, sonra o, yeni o r qa-

niz min həzm yolunda yer ləşir. Ona görə də bağırsaq infeksiyala-

rının  törədicilərinin  yoluxma  mexanizmi  fekal-oral  mexanizm 

adlanır.


74

Əgər  törədici  əsasən  tənəffüs  yolunun  selikli  qişasında  l o-

kali za siya edirsə, onda nəfəsvermə zamanı aerozolun tər ki bin  də 

xaric edilir. Həssas orqanizmə törədicinin düşməsi havanın u d ul-

ması  zamanı  baş  verir,  nəticədə  törədici  təkrarən  yeni  orqaniz-

min  tənəffüs  yollarında  yerləşir.  Ona  görə  də  tənəffüs  yolunun 

törədicilərinin yoluxma mexanizmini aspirasion (aerozol) mexa-

nizm adlandırırlar.

Törədici qan-damar sistemi və limfada yerləşdikdə yoluxmuş 

orqanizmdən qansoran buğumayaqlıların (həşəratların və gə nə lə-

rin)  vasitəsilə  xaric  edilir  və  həssas  orqanizmin  qan-damar 

sisteminə yoluxmuş buğumayaqlının qansorması zamanı yeridi-

lir. Qan infek siyalarının törədicilərinin yoluxma mexanizmi tran-

smissiv mexanizm adlanır.

Törədicinin xarici örtüklərdə (dəri və onun törəmələri, ətraf 

m ü hitə  çıxışı  olan  selikli  qişalar)  lokalizasiyası  zamanı  resipi-

yentin xarici örtüklərinə onun keçməsi infeksiya mənbəyi ilə t ə-

mas zamanı həyata keçir. Bununla əlaqədar olaraq, xarici ör  tük-

lərin  infeksiya larının  törədicilərinin  yoluxma  mexanizmi  təmas

mexanizmi adlanır.

Bu əsas yoluxma mexanizmlərindən başqa, törədicilərin bir 

nəsildən digər nəslin fərdlərinə ötürülməsi (horizontal yoluxma) 

beşinci –vertikal yoluxma mexanizmi ilə həyata keçir ki, bu da 

tö rədicinin anadan dölə, yəni bir nəsildən digərinə ötürülməsini 

təmin edir.

Beləliklə,  müasir  dövrdə  aşağıdakı  yoluxma  mexanizmləri 

məlumdur:  1.Fekal-oral;  2. Aerozol  (hava-damcı,  ha  va -toz) ;  3. 

Transmissiv;  4.  Təmas  (o  cümlədən  hemokontakt);  5.  Vertikal 

(transplasentar).

Yoluxma mexanizmi haqqında təlimə görə patogen mikrob-

ların  yoluxma  mexanizmi  xəstəliklərin  törədicilərinin  parazitik 

təbiəti ilə bağlı olub, onların təbiətdə bioloji növ kimi saxlanma-

sını təmin edir.

Törədicilər  parazit  sahibin  orqanizmində  özünün  yaşa ması 

üçün  ən  yaxşı  əlverişli  şərait  (lazımi  qida,  optimal  temperatur, 

rü tubət  və  s.)  tapır.  Lakin  təbiətdə  öz  növünü  saxlamaq  üçün 

pa razit  hökmən  sahibini  dəyişməlidir.  Törədicinin  başqa  or  qa-



75

niz mə keçməsinin labüdlüyü ondan irəli gəlir ki, xəstəlik zamanı 

yoluxmuş orqanizmdə immunoloji dəyişikliklər (müdafiə reaksi-

yaları)  baş  verir,  nəticədə  parazit  həyat  tərzi  keçirən  mikrobun 

ölü münə gətirib çıxaran qeyri-əlverişli şərait yaranır. Bəzi xəs tə-

lik lərdə (qızılca, pappataçi qızdırması və s.) immunitet elə s ü rət lə 

yaranır  ki,  törədici  xəstəlikdən  artıq  bir  neçə  gün  sonra  məhv 

olur. Bir qrup xəstəliklərdə isə (vərəm, qarın yatalağı və s.) i m-

munoloji  cavab  reaksiyanın  zəifliyi  nəticəsində  törədici  yolux-

muş orqanizmdə uzun müddət, bəzən isə bütün ömrü boyu sax-

lanılır.  Bu  halda  da  törədicinin  bir  orqanizmdən  başqasına 

k e ç  məsi bioloji cəhətdən olduqca vacibdir, istənilən orqanizmin 

yaşama müddəti məhduddur, onun ölməsi ilə bərabər törədici də 

məhv ola bilər. Beləliklə, əgər xəstəliklərin törədiciləri özlərinin 

bioloji  fərdi  sahiblərini  dəyişmək  qabiliyyətindən  məhrum  o l-

saydılar, onda bu, onların ölümü ilə nəticələnər, bioloji növ kimi 

yox  olmasına  və  nəticədə  həmin  yoluxucu  xəstəliklərin  ləğv 

olmasına  gətirib  çıxarardı.  Əslində  isə,  göründüyü  kimi,  y o-

lux ma mexanizminin sayəsində törədicilər digər sahib o r qa niz m-

lərə keçərək öz inkişaflarını davam etdirirlər.

Yoluxucu xəstəliklərin törədicilərinin infeksiya mənbə yindən 

yeni həssas orqanizmə yoluxması prosesi mürəkkəb proses olub. 

3  mərhələdən  ibarətdir:  birinci  mərhələdə  –  törədici  yoluxmuş 

orqanizmdən  xaric  olur,  ikincidə  davamlılığından  asılı  olaraq 

xarici mühitdə müəyyən müddət yaşayır, üçüncü mərhələdə isə 

yenidən həssas orqanizmə daxil olur.

Patogen  mikrobun  bioloji sahibin  orqanizmində spesifik  l o-

ka lizasiyası hər bir yoluxucu xəstəliyin törədicilərinin mü  əy yən 

yoluxma mexanizmi üçün şərait yaradır. Başqa sözlə desək, t ö-

rədicinin orqanizmdə lokalizasiyası və bir bioloji sa hibdən d i gə-

rinə yoluxma mexanizmi bir-birilə sıx əlaqədardır.

Yoluxucu xəstəlik törədicilərinin xarici mühitdə müxtəlif d a-

vam lılığı  yoluxma  mexanizmi  ilə  təyin  edilir.  Məsələn,  malya-

riya  paraziti  xarici  mühit  amillərinə  davamsızdır,  ona  görə  də 

xəs təliyin yayılmasında iştirak edən qansoran həşəratlar (ağcaqa-

nadlar) törədiciləri xarici mühitin mənfi təsirlərindən qoruyur və 

öz inkişaf tsikllərini başa çatdırmağa imkan verir.


76

Törədicinin  yoluxmuş  orqanizmdən  sağlam  orqanizmə  ötü-

rül  məsinə  şərait  yaradan  və  epidemik  prosesin  fasiləsizliyini 

təmin edən ətraf mühit amilləri yoluxucu xəstəlik törədicilərinin 

yoluxma  amilləri  adlanır.  Onlara  cansız  yoluxma  amilləri  – 

ha va, su, torpaq, qida məhsulları, məişət əşyaları, əmək vasi tə-

lə ri və canlı keçiricilər – buğumayaqlılar aiddir. Tö rə di ci ni n ötü-

rülməsində  iştirak  edən  amillərin  cəmi  onun  yoluxma  yolunu 

təyin edir.

İ.İ.Yolkin (1973) qeyd edir ki, yoluxma amilləri əsasən fərdi 

və  konkret  olur.  Bəzi  yoluxucu  xəstəliklərin  törədicilərinin 

yayıl masında bir deyil, bir neçə amil iştirak edir, ancaq bu halda 

da  yoluxmada  əsas  rol  dominant  amilə  məxsusdur.  Məsələn, 

qarın  yatalağı  bakteriyalarının  yayılmasında  törədicigəzdirənin 

əlləri – mətbəx qabları – qida məhsulları (süd) və ya qarın yata-

lağı xəstəsinin ifrazatları ilə çirklənmiş ləyən – milçəklər – qida 

məhsulları iştirak edə bilər. Bu amillərdən ən əsası qida məh sul-

la rıdır. Digər şəraitdə qarın yatalağının yayılması fərqli yol la baş 

verə  bilər:  yoluxucu  xəstəxananın  zərərsizləş di ril mə mi ş   çirkab 

suları – açıq su hövzəsi – texniki su kəməri – sənaye sexində su 

duşu. Burada əsas yoluxma amili sudur. Beləliklə, yoluxucu xəs-

tə liyin  yayılması  yolu  epidemik  prosesin  saxlanmasını  təmin 

ed ən bütün başlıca yoluxma amillərinin birgə təsirinin nəti cə si dir. 

Patogen  parazitlərin  yoluxma  mexanizmi  və  amilləri  haq-

qın da müasir fikirlərə əsaslanaraq yoluxucu xəstəliklərin aşağı-

dakı yoluxma yollarını ayırd etmək olar: 1) hava-damcı və hava-

toz,  2)  transmissiv,  3)  su,  4)  qida,  5)  məişət  (istehsalat).  Bəzi 

yoluxucu  xəstəliklərdə,  məsələn,  bağırsaq  xəstəliklərində  törə-

dici  bir  neçə  yolla  yayılır  (su-qida,  qida-məişət).  Bunu  nəzərə 

ala   raq  qarışıq  yoluxma  yolunu  ayırd  etmək  məqsədəuyğundur. 

Belə olduqda əsas yoluxma amillərini digər amillərdən fərq lən-

dir mək lazımdır (İ.İ.Yolkin, 1978).

Törədicinin yoluxma mexanizmi maddi amillər – ətraf mühi-

tin abiotik və biotik elementləri vasitəsilə realizasiya olunur ki, 

bu amillər törədicinin infeksiya mənbəyindən həssas orq a nizmə 

daşın masını  təmin  edir.  Birincili,  son  və  bəzi  hallarda  aralıq 



77

yo luxma amilləri ayırd edilir. Birincili yoluxma amili törədicinin 

xaric edilməsində iştirak edən, son – törədicinin həssas or  qa niz mə 

ötürülməsini təmin edən, aralıq – birincili və son am illər ar asında 

y o luxmada iştirak edən amillərdir.

Abiotik (cansız) yoluxma amillərini hava, su, torpaq, toz, qida, 

insan fəaliyyətinin maddi məhsulları (əşyalar, qurğular, nəqliyyat 

vasitələri  və  s.)  təşkil  edir.  Buraya  həmçinin  tibb  alətləri,  qan 

preparatları,  transplantatlar  və  s.  aiddir.  Son  illərdə  venadaxili 

nar kotik vasitələrin istifadəçiləri arasında hemo kontakt infeksi-

yalar (B və C hepatitləri, İİV-infeksiya) geniş yayılmışdır. Biotik 

(canlı) yoluxma amillərinə buğumayaqlıların müx təlif nüma yən-

də ləri (ağcaqanadlar, bitlər, birələr, hünülər, gənələr, mil çək lər) 

aiddir. Bu amillər qrupu taun, rikketsiozlar, gənə ensefaliti, h e-

mo r ragik  qızdırmalar,  malyariya  xəs təlik lə ri nin   törədicilərinin 

ö tü  rülməsində iştirak edirlər.



Yoluxma yolları  –  yoluxma  amillərinin  cəmi  olub,  konkret 

epi demik  şəraitdə  törədicinin  bir  orqanizmdən  digərinə  ötürül-

məsini təmin edən ətraf mühit elementləridir. Belə ki, fekal-oral 

yo luxma  mexanizmi  su,  qida,  məişət  yolları  ilə  realizə  olunur. 

Aero zol  mexanizm  hava-damcı  və  hava-toz  yolu,  təmas  mexa-

niz mi – infeksiya mənbəyi ilə birbaşa fiziki təmas (Lass qızdır-

ması), o cümlədən heyvanlarla təmas – zədələnmə (dişləmə, cır-

maqlama,  quduzluq  zamanı  tüpürcəklə),  zədələnmədən  (Lass 

qız dırması), cinsi təmas (cinsi yolla ötürülən 20-dən çox infek-

siya) zamanı baş verir. Hemokontakt mexanizm tibbi əmə liy yat-

lar  və manipulyasiyalar zamanı həyata keçir.

Bioloji müharibədə meymun çiçəyi, boliviya hemorragik qız-

dırması,  Ebol,  Lass  qızdırması,  Rift  vadisinin  qızdırması,  həm-

çinin botulizm toksini də işlədilə bilər.



İnsanların və heyvanların xəstəliklərə qarşı  

h   ə   s                              sas  lığı və rezistentliyi. 

Həssaslıq – parazitin və sahibin təkamülü pro se sin də for ma-

la şan orqanizmin növ əlamətidir, törədicinin daxil olmasına qarşı 

orqanizmin infeksion proseslə cavab vermək qabiliyyətidir. Epi-



78

demioloji  nöqteyi-nəzərdən  insanların  populyasiyası  qeyri-həm-

cins olması (heterogenlik) ilə sə  ciy yə lə nir , istənilən vaxt o, h ə min 

infeksiyaya qarşı həssas və qeyri-həssas fərdlərlə təmsil olu nur.

Törədiciyə olan münasibət, həssaslıq səviyyəsi (və ya qeyri-

həs   saslıq) aşağıdakı əsas amillərlə şərtlənir: a) növ və fərdi re  zis -

tentlik; b) təbii (aktiv və passiv) və süni (aktiv və passiv) im  mu-

ni tet. Müəyyən edilmişdir ki, əgər populyasiyada immun təbəqə 

95% və ondan yuxarı təşkil edirsə, onda törədicinin dövr etməsi 

d a yanır, epidemioloji salamatlıq yaranır. Bununla əla qə dar ola-

raq, müvafiq törədicilərə qarşı kütləvi vaksinasiyanın aparılması 

yolu ilə kollektivlərdə “immun təbəqənin” yaradılması epidemi-

yaların qarşısının alınmasının ən təsirli yoludur.

Patogen  amil  (mikroorqanizmlər,  ibtidailər,  helmintlər,  pri-

onlar) əsas etibarilə yoluxucu xəstəliyin spesifikliyini təmin edir, 

onun  təza hür  forması,  davametmə  müddəti,  ağırlıq  dərəcəsi  və 

n ə ticəsi  mikro orqanizmin  müdafiə  mexanizmlərindən  asılıdır. 

Ma k roorqanizmin  həssaslığı  feno-  və  genotipik  xüsusiyyətləri, 

ətraf mühit amillərinin təsiri ilə şərtlənən reaktivliyin dəyiş kən-

li yi ilə təyin olunur.

Müdafiə baryerlərinə xarici (dəri, gözün, tənəffüs yollarının, 

mədə-bağırsaq  yolunun  və  cinsiyyət  üzvlərinin  selikli  qişaları), 



daxili (histiohemositar) baryerlər, hüceyrə və humoral (qeyri-spe-

sifik və spesifik) sistemləri aiddir.

Dəri  mikroorqanizmlərin  əksəriyyəti  üçün  dəfedilməz  mexa-

niki baryer sayılır, tər vəzlərinin şirəsində bir sıra mikro or qa niz m-

lərə münasibətdə bakterisid sayılan lizosim vardır. Se likli qişalar 

da həmçinin mikroorqanizmlərin yayılmasında mexaniki baryer 

hesab olunur. Selikli qişaların şirəsində sekretor im mun qlo bu lin-

lər, lizosim, faqositar hüceyrələr vardır.

Xlorid turşusu hasil edən mədənin selikli qişası yüksək bak-

terisid təsirə malikdir. Mədə şirəsinin turşuluğu aşağı olduqda və 

ya  sek resiyaarası  dövrdə  onun  miqdarı  minimal  olan  şəxslərdə 

b a ğır saq  infeksiyalarının  inkişaf  etməsini  məhz  bununla  əla qə-

lən dirmək lazımdır.


79

Dərinin və selikli qişaların rezident mikroflorası da bir çox 

patogen mikroblara qarşı kəskin antoqonist təsir göstərir.

Hematoensefalitik  baryer  güclü  müdafiə  təsirinə  malikdir, 

ona görə beyin maddəsinə mikroorqanizmlər nisbətən nadir hal-

larda daxil olur.

Qeyri-spesifik müdafiə amillərinə faqositoz qabiliyyətə malik 

hüceyrələr  –  makro-  və  mikrofaqlar  aid  edilir  ki,  bunlar  xarici 

baryerlərdən  sonra  patogen  mikroorqanizmlərin  yayılması  yo -

lun da növbəti mərhələdir.

Normal anticisimlər, komplement, interferonlar mühüm mü -

da  fiə funksiyasını yerinə yetirir. Mikroorqanizmlərə qarşı spesi-

fik  müdafiə  immun  sistem  tərəfindən  yerinə  yetirilir,  xəs tə li yin 

inkişaf ehtimalı, gedişinin xarakteri və nəticəsi onunla müəyyən 

edilir.

Yoluxucu xəstəliklərə qarşı həssaslıq səviyyəsinə bir çox amil-



lər və şəraitlər təsir göstərir: həddindən artıq donma və qız ma, q i-

da lanmanın  xarakteri,  orqanizmin  vitaminlərlə  təchiz  olun ması, 

ətraf mühit amillərinin (kimyəvi maddələr, radiasiya), immunsup-

ressiya  effektinə  malik  dərman  preparatlarının  (kor tikos te ro id lə-

rin, sitosta tik lərin və s.) təsiri, emosional fon və stress hallarının 

o  l  ması. Pato genlərə qarşı həssaslıq insanlarda birincili və ikincili 

immundefisit zamanı (məsələn, İİV/QİÇS zamanı) kəskin yük sə-

lir.


Həssaslıq insan orqanizminin növ xüsusiyyəti və ya törə di ci-

ni n daxil olmasına infeksion proseslə cavab vermək q a bi liy yə ti dir .

İnsan və heyvan orqanizminin yoluxucu xəstəliklərə qarşı təbii 

həssaslığı  irsi  keçən  bioloji  xüsusiyyətdir.  Təbii  həssaslığın  m a-

hiy yəti yoluxmuş orqanizmdə parazitin spesifik patogen təsiri və 

o r qanizmin  fizioloji  reaktivliyi  nəticəsində  qanunauyğun  olaraq 

p a toloji və immonoloji vəziyyətlərin və reaksiyaların baş ver mə-

sin dən ibarətdir.

Təbii yolla yaranmış qeyri-həssaslıq insanlarda və ya müəy-

yən heyvan növlərində filogenez və ontogenezdə əsası q o yul muş 

növ xüsusiyyətidir. Bu xüsusiyyət orqanizmdə filogenetik cəhət-

dən ona yad olan parazitin yaşamasına imkan vermir.



80

Təbii həssaslıq və qeyri-həssaslığa misal kimi insan orqa niz-

minin qarın yatalığı, vəba, qızılca, qrip xəstəliklərinə qarşı həs-

sas lığını və heyvanların bu xəstəliklərə qarşı qeyri-həssaslığını, 

bunun əksinə, insanın iribuynuzlu heyvanların, itlərin taunu, t o-

yuq vəbası xəstəliklərinə qarış qeyri-həssaslığını və əksinə, h ə-

min heyvanların yüksək həssaslığını göstərmək olar.

Təbii  qeyri-həssaslıq  (qeyri-spesifik  rezistentlik)  immunitet 

ya  rat  mır, immunitet anticisimlərin anadan (passiv qazanılma) k e-

çi ril   mə si  və  yoluxucu  xəstəlik  keçirdikdən  sonra  (aktiv  qaza-

nılma) o r qanizmin aktiv şəkildə əldə etdiyi anticisimlərin sa  yə-

sin də  y a ranmış  təbii  spesifik  qeyri-həssaslıqdır.  İnsan  o   r     q a  niz-

min də  vaksinlər  və  immun  zərdablar  vasitəsilə  süni  (ak ti v  və 

pas  siv) immunitet yaratmaq olar.

Rezistentlik immunitet deyildir. Orqanizmin rezistentliyi o n-

to   genezdə  əldə  edilmiş  patogen  parazitlərin  təsirinə  qarşı  fərdi 

qeyri-spesifik  fizioloji  davamlılıqdır.  Orqanizmin  rezinstentliyi 

müxtəlif şəraitlərdən, səbəb və amillərdən asılıdır: fərdi (onto ge-

ne tik)  inkişafın  səviyyəsindən,  orqanizmin  anatomik-fizioloji 

xüsusiyyətlərindən, sinir sistemi və endokrin aparatının (hipofiz, 

böyrəküstü vəzi, qalxanvari vəzi) inkişafından və funksional v ə-

ziy yətindən, xüsusilə də qidalanma və vitamin balansından. R e-

zistentliyin dəyişməsi (azalıb-çoxalması) ultrabənövşəyi və ion -

laşdırıcı  şüaların,  meteoroloji  amillərin,  somatik  və  yoluxucu 

xəs  təliklərin təsirindən baş verə bilər. Rezinstentliyi yüksəlmək 

üçün  müxtəlif  vəsait  və  üsullardan  istifadə  olunur  (keyfiyyətli 

q  i  dalanma,  dozalanmış  ultrabənövşəyi  şüalar,  hemotransfuziya, 

pirogen və heteroloji zülal və qeyri-patogen mikrobların poli sa-

xa ridləri, mediatorlar, dibazol və s.).

Bununla belə, epidemioloqlar müxtəlif şəxslərin fərdi immu-

ni teti ilə yanaşı, həmçinin kollektiv immunitetlə də rastlaşırlar. 

Bu  baxımdan  immunitet  geniş  immun  təbəqənin  olması  nəti cə-

sin də  kol lektivlərin  qeyri-həssaslığı  kimi  deyil,  daha  geniş  m ə-

nada  “əhalinin  immuniteti”  kimi  başa  düşülür,  onun  yaranma-

sında  müxtəlif  amillər  (təbii  və  süni  qazanılmış  immunitetdən 

baş qa, əhalinin yaşayış tərzi, aparılan əksepidemik tədbirlərin e f -



81

fektivliyi və s.) iştirak edir və bunlar yoluxucu xəstəliklərə qar şı 

həssaslığın səviyyəsini tənzim edir.

 


82

Epidemiologiyanın  

kateqoriyaları və qanunları

Epidemik  proses  haqqında  təlimdə  epidemiologiyanın  kate-

qori yaları  və  qanunları  geniş  yer  tutur.  Bu,  onunla  izah  olunur 

ki,  epi demiologiya  elmi  və  epidemioloji  təcrübə  o  qədər  qiy-

mət li mə lumat lar toplamışdır ki, onun nəzəri cəhətdən əsas lan dı-

rıl ması və müəyyən sistemə salınması lazım idi. Kate qoriya və 

qanunlar  əldə  edilən  məlu matın  nəzəri  cəhətdən  ümum ləş di ril-

miş formasıdır. Onlar epidemik prosesin məzmu nunu və mahiy-

yə tini əks etdirən və ya əsas epidemioloji anlayışları fərq lən di-

rən məntiqi fikirlərdir.

Epidemiologiyanın müasir inkişaf dövründə epidemioloji k a-

te  qoriya  və  qanunlar  sisteminin  əsas  mahiyyəti  D. K. Za bo lot nı, 

L.V. Qromaşevski və Y.V. Pavlovskinin əsərlərində şərh edilmiş-

dir.


Aşağıda  epidemiologiyanın  kateqoriyalarının  bəziləri  veril-

miş dir: 1) yoluxucu xəstəlik, 2) infeksiya mənbəyi, 3) yoluxma 

mexa nizmi, 4) yoluxma amilləri və yolları, 5) təbii həssaslıq, 6) 

təbii qeyri-həssaslıq, 7) epidemik ocaq, 8) təbii ocaq, 9) spora-

dik xəstələnmə, 10) epidemiya, 11) pandemiya haqqında ümumi 

anlayış.


Yoluxucu xəstəlik

Epidemioloji nöqteyi-nəzərdən yoluxucu xəstəlik – infeksion 

prosesin klinik təzahür edən (xəstəlik) və ya klinik əlamətlərsiz 

(para zitgəzdirmə)  reaktiv  patofizioloji  və  immunoloji  proseslər 

formasında  aşkar  edilən,  patogen  parazitlə  yoluxmuş  makroor-

qanizmin və ziyyətidir (İ.İ.Yolkin 1973). Yoluxucu xəstəlik (latın 

sözü olub, “infekto” – xarab olma, yoluxma) dövründə xəs tə li-

yin  törədicisi  ilə  makro orqanizm  arasında  qarşılıqlı  kompleks 

biokimyəvi, morfoloji, immunobioloji və s. proses gedir. Yolux-

muş orqanizmdə baş verən bu prosesə infeksion proses deyilir. 

İ n feksion prosesin gedişinin müxtəlif dövrləri və formaları (gizli 

dövr, xəstəliyin şiddətlənməsi və sağalma dövrü, tipik və atipik 



83

formalar)  və  müxtəlif  parazitgəzdirmə  formaları  (xəstəlik  baş 

vermədən törədicigəzdirmə, immun şəxslərin kəs kin və xroniki 

törədicigəzdirənliyi) məlumdur.

Epidemiologiyanın  bu  kateqoriyası  universaldır,  o,  patogen 

p a  ra zitin (bakteriyaların, göbələklərin, rikketsiyaların, virusların, 

helmintlərin,  birhüceyrəlilərin,  buğumayaqlıların)  bioloji  xas  sə-

lə  rin dən  asılı  olmayaraq  bütün  xəstələnmə  hallarına  aid  edilir. 

Yoluxucu xəstəlik halı, o cümlədən infeksion proses təbi ət lə i n-

sanın vəhdətinin formalarından biri olaraq, orqanizmlə p a to gen 

parazit arasında təkamül nəticəsində yaranmış zid diy yətli əla qə-

lə rin  vəhdətidir.  Epidemik  prosesə  patogen  parazit  de yil,  b i-

lavasitə ekoloji (heyvan) və sosial (insan) əlaqələri olan yolux-

muş heyvan və ya insan daxil olur.



Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin