Az rbaycan Respublikas T hsil Nazirliyinin
я
ы я
9 12 08
3 4 нюì яëè я
я
1 . .20 -ci il tarixli, 1 3
mri il
я
ø
t sdiq olunmu dur.
ISBN 978-9952-34-75 -2
6
D rslikd mumi epidemiologiyan n b t n b lm l ri hat olunmu dur: epidemik proses
я
я ö
ы ö ö ю я я я я
ø
haqq nda t lim, dezinfeksiya, sterilizasiya, dezinseksiya, deratizasiya, yoluxucu
ы
я
x st likl rin profilaktikas , epidemioloji n zar t, ocaqda apar lan ksepidemik t dbirl r.
я я я
ы
я я
ы
я
я
я
D rslikd ATU-nun tibbi-profilaktika fak lt sinin t l b l ri
n n z rd tutulmu proq-
я
я
ö я
я я я я ö÷ö я я я
ø
ram sas nda m xt lif yoluxucu x st likl rin epidemiologiyas v profilaktikas na dair
я ы
ö я
я я я
ы я
ы
я
ы я
ø
trafl m lumat verilmi dir.
Bundan ba qa, kitabda m xt lif yoluxma mexanizml ri il t r l n t r dicil r t r find n
ø
ö я
я я ю ö ö я ю я
я я я
я
t r dil n x st likl r (helmintozlar, protozoozlar, x st xanadaxili infeksiyalar) x susi
ю я я я я я я
я я
ö
diqq t verilmi dir.
я
ø
Bak , "
" N riyyat vi, 2012,
s h.
ы
яø
Å
я
Шя
я
rq-Q rb
728
www.fb.com/eastwest.az
M llifl r:
öя я
И. .A
ЬAYEV
я
m kdar elm xadimi,
tibb elml ri doktoru,
я
professor
X.N.X
И
L FL
Tibb zr f ls f doktoru,
ö я я я я
dosent
F. .T
Ш
A YEVA
ЬЫ
Tibb zr f ls f doktoru,
ö я я я я
dosent
Rяy÷ilяr:
H.A.Q
И
D ROVA
Respublika Q S-l M bariz M rk zinin direktoru
ИЧ я ö
я я я
,
professor t
d
, è
ëìëя è оê о
V.N.V
И
K LOV
ATU-nun ictimai sa laml q v s hiyy nin t kili
ü
ы я я
я
яø
kafedras n n professoru, t
d
ы ы
è
ëìëя è оê о
ÖN SÖZ
Təqdim etdiyimiz dərslik Azərbaycan Tibb Universitetinin
epidemiologiya kafedrasının proqramına əsasən tərtib edilmişdir.
Bu kitab əsasən tibbi-profilaktika fakültəsinin tələbələri üçün nə-
zərdə tutulmuşdur. Azərbaycan dilində epidemiologiyaya həsr
edil miş ilk və axırıncı dərslik 1957-ci ildə kiçik həcmdə yazıl mış-
dır. Üstündən 50 il keçdiyindən həmin dərslik tamamilə köh nəl-
miş dir. Hal-hazırda tibb universitetinin azərbaycandilli tələ bə lə ri
bizim 1984–1985-ci illərdə yazdığımız “Epide miolo giya dan təc-
rü bi məşğələlər” kitabından istifadə edirlər. Onun da yazıl ma-
sından 25 il vaxt keçmiş və bu dövr ərzində epidemiologiya sahə-
sin də çoxlu yeniliklər əldə edilmişdir.
Bu dərsliyi hazırlayarkən keçmiş SSRİ-nin görkəmli epi de -
mi o loqlarından L.V.Qromaşevskinin (1947), V.A .Başe ni nin (19-
55), D.V.Vi no qradov-Voljinskinin (1973), İ.İ.Yolkinin (1979),
V .D. Bel yakovun və R.X.Yafayevin (1989) epi demiologiya dərs-
liklərindən, eləcə də xarici ölkələrin görkəmli epi demio loq la
rı-
nın kitablarından istifadə edilmişdir. Bundan əla və, ümumi və
xüsusi epidemiologiya sahəsində çalışmış bir çox təd qi qat çıların
elmi işlərindən ayrı-ayrı fəsillərin yazıl ma sında isti fadə edil-
mişdir. Ümidvarıq ki, epide mi olo gi ya nın son zaman larda sürətli
inkişafı nəticəsində əldə edilən məlu matlar müxtəlif fəsillərdə öz
əksini tapmaqla tələbələrin müasir epidemiologiyaya dair bi-
liklərə yiyələnmələrinə kömək edəcək.
Müəlliflər müasir dövrün tələblərinə uyğun dərslik yaz ma ğa
çalışmışlar. Bu işin çətinliyini başa düşərək, dərslik haq qın da
mülahizələrini və tənqidi iradlarını bizə yazanlara min nət dar
olarıq.
5
GİRİŞ
Yoluxucu xəstəliklər bu günə qədər səhiyyənin aparıcı prob -
lemi olaraq insanların sağlamlığını, yaşama müddətini və ö lü mün
səbəblərini müəyyən edir. Digər xəstəliklərlə müqayisədə yoluxu-
cu xəstəliklər planetin əhalisi arasında dünyada ikinci-üçüncü
yer də durur. Məlumdur ki, istənilən xəstəliyin nozoloji müs tə qil-
liyi etioloji agentlə müəyyən olunur.
Ölümün əsas səbəblərindən olan on xəstəlikdən yeddisi in-
fek sion mənşəlidir. ÜST-ün göstəricilərinə əsasən, insanların 33%-i
yoluxucu xəstəliklərdən məhv olurlar. Son illər uşaq ölümü azal-
maq dadır və bu ilk növbədə yoluxucu xəstəliklərin pro fi lak ti ka-
sı nın və terapiyasının effektivliyinin artması hesabına baş verir.
Hazırda yoluxucu xəstəlikləri şərti olaraq 2 əsas xəstə liklər qru-
puna bölmək olar. Birinci – dərmanlara qarşı törədicilərin m ü qa -
vi mətinin artması ilə əlaqədar olaraq aktivləşən və yeni əra zi ləri
fəth edən köhnə “qayıdan” infeksiyalar və ikinci – əvvəllər mə lum
olmayan, həqiqətən yeni yaranan infeksiyalardır. Onların otuz dan
çoxu XX əsrin son 25 ilində meydana çıxmışdır. Köhnə infeksi-
yalardan malyariya, vərəm, sarı qızdırma və vəba diqqəti xüsu si-
lə cəlb edir. Dünyada hər il 500 mln insan malyariyaya yoluxur ki,
bunlardan 450 mln-u Afrikada yaşayır. Hər il 2 mln-a yaxın şəxs
bu xəstəlikdən ölür.
Yer kürəsi əhalisinin artması əvvəllər meşələrlə örtülmüş
ərazilərin mənimsənilməsi ilə müşayiət olunurdu ki, bu da əha li-
nin köhnə (malyariya, sarı qızdırma) və yeni növ xəstəlikləri k e-
çi rən həşəratlarla təmasda olmaq təhlükəsini yaradırdı. Yeni məs-
kun laşan ərazilərdə əhalinin sayının artması və sanitar xid mə tin
qey ri-qənaətbəxş vəziyyətdə olması vəba, qrip, salmonelyoz və
eşe rixioz kimi xəstəliklərin artmasına şərait yaradır. Bundan baş-
qa, bioterrorizm unudulmuş problem olan çiçək, taun, qara yara
kimi çox təhlükəli infeksiyaları gündəlik məsələyə çevir miş dir.
Taun planetin əhalisini keçmişdə vahiməyə saldığı kimi, bu gün
də narahatlıq doğurur. Yeni aşkar olunan yoluxucu xəstə lik lə rin
6
sayı da getdikcə artmaqdadır. Bəşəriyyət üçün ən təhlükəli h e sab
olunan İİV infeksiyası üzrə vəziyyət xüsusilə həyəcan d o ğurur.
Bu infeksiya ilə əlaqədar bir sıra Afrika ölkələrində ağır siyasi
və iqtisadi problemlər yaranmışdır.
Əlbəttə, yoluxucu xəstəliklərlə mübarizədə nəzərəçarpacaq
müvəffəqiyyətlər çoxdur. Məsələn, qızılcaya qarşı peyvəndin a lın -
masından əvvəl dünyada hər il 135 mln xəstələnmiş uşaqdan 7-8
mln-u, hal-hazırda isə ildə 42 mln-dan yalnız 1 mln-u məhv olur.
Planlı şəkildə aparılan profilaktik tədbirlərin sayəsində polio mie-
lit, drakunkulyoz (rişta) xəstəliklərinin tam ləğv olun ması və
artıq ciddi problem yaratmayan cüzam ilə mübarizə m ə sə lələri
real laşmışdır. Keçmişdə geniş yayılan taun, vəba, təbii çiçək, səp-
gili və qarın yatalağı, difteriya, malyariya, qrip və digər xəs tə-
liklərin pandemiya və epidemiyası keçən minillikdə yüz milyon-
larla in san ın ölümünə səbəb olmuşdur. XX əsrin əvvəlində
yük sək xəstələnmə səviyyəsində ölüm halları taunda – 65-100%,
vəbada – 45%, səpgili və qarın yatalağında – 25-40% təşkil et-
miş dir.
Lakin xəstəliklərin diaqnostikası və müalicəsində əldə olu-
nan müvəffəqiyyətlərə baxmayaraq, infeksion xəstəliklər insanın
mü hüm patologiyası olaraq qalmaqdadır: həkimə müraciət edən
hər ikinci pasiyent yoluxucu xəstəliklərə yoluxmuş şəxslərdir, sa-
hə pediatrlarının pasiyentlərinin 70%-i yoluxucu xəstəliklərdən
əziy yət çəkən uşaqlardır.
Yoluxucu xəstəliklərin mənfi təsiri xüsusən müharibə döv-
rün də, təbii fəlakət və iqtisadi böhranlar zamanı daha qabarıq
təzahür edir. Belə ki, 1980–1988-ci illərdə Əfqanıstanda olan so-
vet ordusunun əsgərlərinin infeksion xəstəliklərdən itkiləri sani-
tar itkilərin tam yarısını təşkil etmişdir. XX əsrdə 80-ci illərin
sonu 90-cı illərin əvvəlində Rusiyada məlum hadisələrlə bağlı
sosial-iqtisadi sarsıntı lardan sonra daha bir epidemioloji prob-
lem – difteriyanın yenidən alovlanması baş verdi ki, bu da A v ro-
pada qeydə alınan difteriyanın 80%-ni təşkil etmişdir.
Son illər həm yeni aşkar edilən, həm köhnə yaxşı öyrənilmiş
infeksion patologiyaların misli görünməyən fəallaşması müşahidə
edilir. Belə ki, infeksion xəstəliklərin siyahısı əvvəllər məlum ol-
7
mayan xəstəliklər (Lass, Ebol, Marburg virus qızdırmaları, ente-
rotoksik və enterohemorragik eşerixozlar, yersinyoz, İİV-in fek-
siya, kampilobak terioz, bir sıra virus bağırsaq xəstəlikləri, C, D,
E, F və G virus hepatitləri, legionelyoz, borrelioz, in san ların
prionla törənən və heyvanların sinir sisteminin xəstəlikləri, xan-
ta vi rus ağciyər sindromu və s.), eyni zamanda qeyri-infeksion
etio lo giyalı xəstəliklərin (xroniki hepatit, xora xəstəliyi, Berket
lim foması, Kapoşi sarkoması, T-hüceyrəli leykoz və digər şişlər)
he sa bına daima artmaqdadır. Həmçinin son illər immun çat ış maz-
lığına məruz qalan və xəstə xa nadaxili şəraitdə yoluxan pasi yent-
lərdə şərti-patogen törədicilərin rolu artır: bunlardan her petik və
si tomeqalovirus infeksiyaları, pnev mosistozu, m i kop laz mo zu, xla-
midiozu, toksoplazmozu, kandidozu misal göstərmək olar.
Hazırda infeksion xəstəliklərin səviyyəsinin sürətlə art-
ması mü şahidə olunur, onun inkişaf templəri artıq minil lik lər lə
deyil, onilliklərlə ölçülür. Bu isə V.İ.Pokrovski və başqaları
(1993) tərə findən “Epidemik prosesin müasir inkişaf anlayışını”
irəli sür mə yə əsas vermişdir. Onilliklər ərzində bir çox infek si-
ya ların kliniki və epidemioloji aşkarlanması bu xəstəliklər üzrə
əvvəllər mövcud olan təsəvvürləri xeyli dəyişmişdir. Belə ki,
müx təlif etiologiyalı xroniki xəstəliklərin yayılması sürətlə baş
verir. İnfeksion mənşəli və ilk növbədə prion ensefalopatiya xü-
susi aktuallıq kəsb edir.
Yeni minilliyə bəşəriyyət İİV infeksiyasının davam edən
pan demiyası, vərəm, malyariya və cinsi yolla yayılan xəstə lik lə-
rin artması şəraitində daxil olmuşdur. Həmçinin kəskin respira-
tor virus infeksiyaları əsas problem olaraq qalır, belə ki, infeksi-
on xəstəliklərin 90%-i bunların payına düşür, ikinci yerdə isə hər
il planetin milyarddan çox sakininin düçar olduğu kəskin ba-
ğırsaq infeksiyaları durur. Beləliklə, infeksion xəstəliklər əv vəl-
ki kimi insan patolo giyasında əsas yerlərdən birini tutur.
8
Epidemiologiya kafedrasının tarixindən
ATU-nun epidemiologiya kafedrası 1943-cü ildə sanitariya-
gigiyena fakültəsinin nəzdində məşhur epidemioloq, professor
İ.Ə.Axundov tərəfindən təşkil olunmuşdur. Kafedra bir müddət
Malyariya və tibbi parazitologiya institutunun bazasında yerləş-
miş dir.
Yarandığı ilk illərdə kafedranın ştatı 2 nəfər akademik işçidən
ibarət olmuşdur ki, onlar da sanitariya-gigiyena fakültəsində həm
Azərbaycan, həm də rus dillərində epidemiologiya fənnini tədris
edirdilər. Onlardan biri professor İsmayıl Əbdülxalıq oğlu Axun-
dov, digəri isə assistent Məmmədhəsən Məmədhüseyn oğlu A x un -
dov idi.
İ.Axundov Almaniyada Münhen tibb institutunda təhsilini
başa vurduqdan sonra orada doktorluq müdafiəsi edərək vətənə
q a yı tmış, görkəmli alim-epidemioloq, malyarioloq və entomoloq
kimi Azərbaycanda o zamanlar geniş yayılmış malyariya ilə m ü-
barizə işində fəal iştirak etmişdir. Professor İ.Axundovun 40-dan
artıq elmi işinin əksəriyyəti, o cümlədən monoqrafiyası məhz mal-
yariya probleminə həsr olunmuşdur. O, elmi-pedaqoji fəa liyyətlə
məşğul olaraq, zəngin bilik və bacarığını respublikada tibbi kadr-
ların hazırlanması işinə sərf etmişdir. Belə ki, 1931-ci ildən
1942-ci ilə qədər Azərbaycan Tibb İnstitutunun ölkə patologiyası
kafedrasının dosenti vəzifəsində iş lə miş, eyni zamanda 1939–
1940 -cı illərdə Azərbaycan Həkimləri Tək millə şdirmə İnsti tu tu-
nun tropik xəstəlikləri kafedrasına rəhbərlik e t mişdir.
N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda epidemio-
lo gi ya kafedrasının təşkilatçısı olan İ.Axundov kafedra yaran-
dığı vaxt dan – 1943-cü ildən ömrünün sonuna – 1952-ci ilə q ə-
dər ona rəhbərlik etmişdir.
Professor Axundovla birlikdə 1943-cü ildən 1948-ci ilə qədər
ka fed rada assistent vəzifəsində işləyən M.Axundov və 1945-ci i l dən
1948-ci ilə qədər işləyən Salar Ağarəfi oğlu İmaməliyev sonralar
tibb elmləri doktoru, qabaqcıl səhiyyə təşkilatçıları, A zər bay can
T a un əley hinə stansiyanın və Epidemiologiya, mikrobilogiya və
9
gigiyena institutunun rəhbəri olmuşlar. 1945-ci ildən assistent
kimi fəaliyyətə başlayan Tağı Ələkbər oğlu Tağızadə ömrünün
sonuna qədər kafedrada çalışmışdır.
Professor İ.Axundovun faciəli vəfatından sonra kafedraya
1952-ci ildən 1964-cü ilə qədər professor Pyotr Petroviç Popov
rəhbərlik etmişdir. O, kafedra müdiri olmaqla yanaşı, eyni z a-
man da Malyariya və Tropik təbabət institutunun direktoru vəzi-
fəsini daşımışdır. Bu dövrdə kafedrada 2 assistent – T.Tağızadə
və Ə.S.Mərdanlı, həmçinin 2 aspirant – R.Ə.Bayramova və Ş.N .
Həsənov işlə miş dir. Ə.Mərdanlı sonralar kafedranın do senti o l-
muş və ömrünün sonuna qədər kafedrada işləmişdir. Ş.Həsə nov
sonralar epidemiologiya kafedrasının baş müəllimi, dosenti və
yoluxucu xəstəliklər kafedrasının dosenti olmuşdur. R.Bayra-
mova isə ATU-nun mikrobilogiya və immunologiya kafedrasının
pro fesso ru olmuşdur.
1964-cü ildən 1992-ci ilə qədər kafedraya əməkdar elm xa -
dimi, professor T.Tağızadə rəhbərlik etmişdir. O, 1964-cü ildə
dok torluq dissertasiyası müdafiə etmiş, 1965-ci ildə professor e l mi
adını almış, bütün ömrü boyu ATU-nun epidemiologiya kafedra-
sında işləmişdir. Müxtəlif illərdə (1962–1966, 1981) Azərbaycan
SSR Səhiyyə Na zir liyinin ET Tibbi Parazitologiya və Tropik T ə-
babət İnstitutunun di rek toru olmuşdur. Elmi-tədqiqatları əsa sən
leptospiroz, malyariya, helmintozlar və salmanelloz xəstə li yi nin
müalicə və profilaktikasına həsr edilmişdir. Azərbaycan SSR
Epidemioloqlar, Mikrobioloqlar və Pa ra zi to loq lar Elmi c ə miy yə-
ti nin sədri olmuşdur (1974-cü ildən). T.Ə.Tağızadə “S ə hiy yə əla-
çısı” döş nişanı (1954), “Şərəf nişanı” ordeni və medallarla təltif
edilmiş, 1981-ci ildə “Əmək dar elm xadimi” fəxri adına layiq
g örülmüşdür.
T.Tağızadənin təşəbbüsü sayəsində epidemiologiya fənninin,
di gər respublikalarda olduğu kimi, müalicə-profilaktika, pediat-
riya, sto ma tologiya fakültələrində də tədrisinə nail olunmuşdur.
Professor T.Tağızadə kafedranın maddi-texniki bazasını g e-
nişlən dirməklə yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsinə və
kadr ha zırlığına da xüsusi diqqət yetirmişdir. Hazırda kafedranın
elmi dərəcəsi olan əməkdaşlarının əksəriyyəti onun yetir mə lə ri-
10
dir. Professor T.Ta ğızadənin rəhbərliyi altında 11 doktorluq, 27
n a mi zədlik disser ta siyası müdafiə edilmişdir. Tibb elm ləri dok-
torları İbadulla Əliağa oğlu Ağayev və Məhərrəm Zül füqar oğlu
Niftullayev hazırda kafed rada öz fəaliyyətlərini davam etdirirlər.
Biologiya elmləri doktoru F.P.Ələkbərov ömrünün sonuna qədər
kafedranın pro fes soru vəzifəsində işləmişdir.
Kafedra yarandığı ilk günlərdən tədris işi ilə yanaşı, elmi-
təd qi qat işinə də geniş yer ayırmışdır. Elmi işlərin əsas isti qa-
mət ləri res publikamızın ölkə patologiyası və səhiyyənin aktual
problemləri nə zərə alınmaqla planlaşdırılır. Belə ki, ka fedra təş-
kil olunan ilk illərdə malyariya, qayıdan yatalaq, dəri leyş ma ni-
ozu, pappataçi qız dır ması kimi xəstəliklərin epidemiologiyasının
öyrənilməsinə geniş yer ve ri lirdisə, sonralar T.Tağız a dənin rəh-
bər liyi altında leptospiroz prob le mi nin hər tərəfli öyrə nil məsinə
dair silsilə elmi-tədqiqat işləri apa rıl mışdı. Alınan elmi nailiy yət-
lər nəticəsində kafedranın nəzdində təşkil olunmuş lep to s piroz
labo ratoriyası keçmiş Zaqafqaziya və Orta Asi ya Respublikaları
üçün metodik mərkəz kimi qəbul olunmuşdu.
Epidemiologiya kafedrasına 1992-ci ildən Əməkdar elm x a-
dimi, Əməkdar müəllim, professor İbadulla Əliağa oğlu Ağayev
rəhbərlik edir.
11
Vətən Epidemioloqları
Axundov İsmayıl Əbdulxalıq oğlu – 08.12.1897-ci ildə
Şama xıda anadan olmuş, 22.03.1952-ci ildə Moskva şəhərində
faciəli şəkildə vəfat etmişdir. Görkəmli epidemioloq, parazito-
loq, tibb elmləri doktoru (1937), professor (1939). İ.Ə.Axundov
1920-ci ildə Azərbaycan Demokratik Res pub likası tərəfindən
Almaniyaya Münhen universitetinin tibb fa kül təsinə təhsil a l-
mağa göndərilmiş və 1925-ci ildə oranı əla qiy mətlərlə bitirmiş-
dir. 1925–1928-ci illərdə Hamburq tropik insti tutunda professor
Martininin yanında assistent vəzifəsində çalış mış dır. 1928-ci
il də vətənə qayıtmış, Azərbaycan tropik institu tun da e n to moloji
şöbəsinin müdiri kimi fəaliyyətə başlamışdır. 1929–1946-cı i l-
lərdə Tropik institutda şöbə müdiri, eyni zamanda ATİ-nin ölkə
patologiyası kafedrasının dosenti (1931-1942), Ba kı tropik stan-
siyasının direktoru (1934-1939), Həkimləri Təkmil ləş dirmə İns-
titutunda tropik xəstəlikləri kafedrasının müdiri (1939–1940),
Səhiyyə Nazirliyinin malyariya ilə mübarizə şöbə si nin rəisi v ə-
zi fəsində çalışmışdır (1943–1952). 1941-ci ildən 1943-cü ilə q ə-
dər Zaqafqaziya hərbi dairəsinin baş epidemioloqu olmu ş dur.
1943-cü ildə N.Nərimanov adına ADTİ-nin epidemiologiya
kafedrasını yaratmış və ömrünün sonuna qədər (1952) orada
müdir olmuşdur. Əsas tədqiqat işləri malyariyanın epidemio lo gi-
ya sına, kimyəvi profilaktikasına və keçiricilərin biologiyasına,
eko lo gi yasına, faunasına və yayılmasının öyrənilməsinə həsr
olun muş dur. O, bu sahəyə 40-dan artıq elmi məqalə və 1 m o-
noq rafiya həsr etmişdir. Onun əməyi dövlət tərəfindən yüksək
qiy mətləndirilmiş, “Şərəf nişanı” ordeni, “Qafqazın müda fiə sinə
görə”, “Almaniya üzərində qələbə”, “Vətən müharibəsi illə rində
şərəfli əməyə görə” medalları, “SSRİ Səhiyyə Əlaçısı” döş
nişanı, SSRİ və Azərbaycan SSR Səhiyyə nazirliklərinin fəxri
fərmanları ilə təltif edilmişdir.
Pyotr Pyotroviç Popov – 27.06.1888-ci ildə Peterburqda
anadan olmuş, 11.07.1964-cü ildə Moskva şəhərində dünyasını
dəyişmişdir. Görkəmli epidemioloq, parazitoloq, əməkdar elm
x adimi (1949), tibb elmləri doktoru (1926), professor(1930).
12
1910-cu ildə Peterburq universitetinin təbiət elmləri şöbəsini,
1919-cu ildə isə Moskva Dövlət Universitetinin tibb fakültəsini
bitirmişdir. Universiteti bitirdikdən sonra Zaqafqaziya hərbi dai rə-
sinə ordu sıralarına çağırılmışdır. 1921–1930-cu illərdə Mos k va da
tropik institutda çalışmışdır. Bu müddət ərzində o, RSFSR-də,
Ukraynada, qərbi Sibirdə, Orta Asiyada ekspedisiyalarda iş ti rak
etmişdir. 1930-cu ildə P.P.Popova Azərbaycanda tropik ins titut
təş kil etmək tapşırılmışdır və 1952-ci ilə qədər o, bu insti tu tu nun
direktoru olmuşdur. 1952–1964-cü illərdə N.Nərimanov adı na
ADTİ-nin epidemiologiya kafedrasının müdiri olmuşdur. Onun
rəhbərliyi ilə 40 namizədlik və 6 doktorluq dissertasiyası müda-
fiə edilmişdir. Təd qiqatları gənə spiroxetozlarına, malya ri ya ya,
dəri və visseral leyşmaniozlara, helmintozlara həsr olun muş dur.
150-dən çox elmi əsərlər çap etdirmişdir. 1949-cu ildə ona Azər-
bay canın əməkdar elm xadimi adı verilmişdir. 1961-ci il də P.P. -
Po pov “Qırmızı əmək bayrağı” ordeni ilə təltif edilmişdir.
Tağızadə Tağı Ələkbər oğlu – 04.09.1923-cü ildə Bakı ş ə hə -
rində anadan olmuş, 25.11.1998-ci ildə vəfat etmişdir. Gör kəm li
epidemioloq, əməkdar elm xadimi (1981), tibb elmləri dok toru
(1964), professor (1965).
T.Ə.Tağızadə 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitu tu-
nun müalicə-profilaktika fakültəsini bitirmişdir. O, əmək fəa liy-
yətinə 1942-ci ildə Kəlbəcər rayonunda əvvəl epide mioloq və p a-
ra zitoloq, sonra isə rayon səhiyyə şöbəsinin müdiri, 1 9 4 3– 1944-cü
illərdə Yevlax rayonunda sanitar-epidemioloji stan si yanın və eyni
zamanda tropik stansiyanın rəisi, 1944–1945-ci illərdə Quba rayon
dövlət sanitariya müfəttişi vəzi fələrində çalış mışdır. 1945-ci ildə
N.Nərimanov adına ADTİ epidemiolo giya kafedrasına as sistent
vəzifəsinə seçilmişdir. 1956–1962-ci il lərdə müalicə-pro filaktika
fakültəsinin dekan müavini, 1966-1968-ci illərdə sanitariya-gigi-
yena fakültəsinin dekanı olmuşdur. 1962–1966, 1981–1988-ci
illərdə Elmi-Təd qiqat Tibbi Parazi to lo giya və Tropik T ə babət
İnstitutunun, 1988-1992-ci illərdə isə El mi təd qiqat Epidemiolo-
giya, gigiyena və peşə xəstəlikləri insti tu tunun direktoru
vəzifəsində işləmişdir. 1964-cü ildən 1992-ci ilə qədər ATU-nun
epidemiologiya kafedrasının müdiri, 1992–1998-ci il lərdə kafed-
13
ranın professoru olmuşdur. 1968–1975-ci illərdə Səhiyyə Nazir-
liyinin baş epidemioloqu, 1984–1992-ci illərdə isə baş parazito-
loqu olmuşdur.
1974-cü ildən 1992-ci illər ərzində Azərbaycan epide mio loq-
ları, mikrobioloqları və parazitoloqlarının elmi cəmiyyətinin,
Sə hiyyə Na zir liyinin problem komissiyasının, ATU-nun nəzdin-
də ki ix ti sas laş dırılmış şuranın, profil həkimlərinin attestasiya
komis si yasının sədri, “Azərbaycan Tibb”, “Tibbi parazitologiya
və para zi tar xəs tə liklər” (Moskva) jurnallarının redaksiya heyə-
ti nin, keçmiş SSRİ-də bir çox cəmiyyət və elmi şuraların üzvü
ol muş dur. Geniş erudisiyalı və hərtərəfli biliyə malik olan pro-
fessor T.Ə.Tağızadə öz elmi-pedaqoji fəaliyyətinin 55 ili ərzində
infek sion və parazitar xəstəliklərin öyrənilməsi və onlarla müba-
ri zənin təş kili sahəsində elm və praktikanı qiymətli məlumatlarla
zən ginləşdirən çoxsaylı təd qiqat işləri aparmışdır. Tədqiqatları,
əsa sən, leptospiroz, mal ya riya, helmintozlar və salmonelyoz xəs -
tə liklərinin epidemio lo gi ya sına həsr olunmuşdur. 1 dərslik, 4
mo no qrafiya, 7 dərs vəsaiti, 18 el mi-kütləvi kitabça, 300-ə qədər
elmi mə qalə nəşr etdirmişdir. Onun rəhbərliyi ilə 11 doktorluq
və 26 na mizədlik dissertasiyası mü dafiə olunmuşdur. Professor
T.Ə.Ta ğı zadənin xidmətləri höku mət tərəfindən yüksək qiymət-
lən diril mişdir. O, Səhiyyə əlaçısı (1954), Şərəf nişanı ordeni
(1971), bir sı ra medallar, SSSR-i və Azərbaycan SSR Səhiyyə
nazir liklərinin, Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri
fərmanları ilə təl tif olunmuşdur. 1981-ci ildə ona Azərbaycanın
əməkdar elm xa dimi fəxri adı verilmişdir.
Dostları ilə paylaş: |