Qızılca
Qızılca (Morbilli) – virus etiologiyalı kəskin yoluxucu xəs-
tə likdir, hava-damcı yolu ilə yayılır və ümumi intoksikasiya,
tənəffüs yollarının iltihabı, iri papulyoz səpgi və tənəffüs yolları-
nın fəsadlaşmaları ilə səciyyələnir. Kütləvi xəstələnmə və epide-
mik alovlanmalar şəklində qeyd edilir.
Qısa tarixi məlumat. Qızılca ayrıca nozoloji forma kimi
XVIII əsrin ikinci yarısında müəyyən edilməsinə baxmayaraq,
xəstəlik insanlara qədim zamanlardan məlumdur. XVIII əsrə
kimi qızılcanı səpgi ilə özünü göstərən başqa xəstəliklərdən
fərqləndirmirdilər. İngilis həkimi Saydenham XVIII əsrdə qızıl-
canın kliniki əlamətlərini ətraflı şərh edərək onu skarlatinadan
fərqləndirmişdir. 1911-ci ildə Anderson və Qoldberq xəstədən
g ö türülmüş materialla meymunları yoluxduraraq bu xəstəliyin
virus mənşəli olduğunu müəyyən etmişlər. 1920-ci ildə alman
alimi Deqkviç qızılcanın seroprofilaktikasını işləyib hazırlayır.
1954-cü ildə Enders və Pibls qızılca viruslarının hüceyrə kultu-
rasında artmasının mümkün olduğunu göstərdilər. Bundan sonra
qızılcaya qarşı diri vaksin hazırlandı.
Yayılması. Qızılca qədim zamanlardan məlumdur. XVII əsr-
də ingilis həkimi Saydenhem xəstəliyin ətraflı klinikasını ver-
mişdir. XVIII əsirdə qızılca sərbəst nozoloji forma kimi tanın-
mışdır. 1920-ci ildə Deqkviç qızılcanın seroprofilaktika üsulunu
işlə yib hazırlamışdır.
Qızılca bütün dünyada geniş yayılmış virus xəstəliyidir. Vak-
sina istifadə edilməmişdən əvvəlki dövrdə, demək olar ki, bütün
əhali qızılcaya tutulurdu. Xəstəlik dünyada ildə 50-60 mln insa-
nın xəstələnməsinə səbəb olurdu. Müasir dövrdə geniş immuni-
zasiya aparılması nəticəsində inkişaf etmiş ölkələrdə, xüsusilə
şəhərlərdə xəstələnmə dəfələrlə azalmış və hətta ləğv edilmişdir.
İnkişaf etmiş Avropa və Şimali Amerika ölkələrində qızılcadan
ölüm hər 100000 əhaliyə 0,2-0,4 nəfərdir.
Qızılca – yer kürəsində geniş yayılmış xəstəliklərdən biridir.
Hər yerdə rast gəlinir. Xəstələnmənin dövri yüksəlişlərini (hər
2-4 ildən bir) qızılcaya həssas şəxslərin kifayət miqdarda toplan-
272
ması ilə izah edilir. Qızılca ilə xəstələnmə bütün il boyu müşa-
hidə olunur, lakin xəstələnmənin maksimal yüksəlişi payız-qış
və yaz fəslinə təsadüf edir. Qızılca – son dərəcə kontagiozdur,
bu da ona qarşı kütləvi həssaslıqla bağlıdır. Kontagiozluq əmsalı
95-96% təşkil edir. Qızılca istənilən yaşda müşahidə edilir, lakin
1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir, 6
aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər, 3 aya
qə dər uşaqlar, bir qayda olaraq, xəstələnmirlər ki, bu da anadan
ötürülən passiv immunitetin sayəsindədir. 3 ayından sonra pas-
siv immunitetin gərginliyi kəskin azalır, 9 aydan sonra isə o,
u şaq ların hamısında itir. Əgər ana qızılca ilə xəstələnməmişsə,
onda uşaq anadan olduğu ilk günlərdə qızılca ilə yoluxa bilər.
Əgər ana hamiləlik dövründə qızılca ilə xəstələnmişsə, onda
a na dangəlmə qızılca halları müşahidə oluna bilər.
Etiologiyası. Qızılcanın törədicisi miksoviruslar qrupuna,
Paramyxoviridae family, Morbiliviruslara aiddir, ətraf mühitdə
davamsızdır; insan orqanizmindən kənarda tezliklə məhv olur.
Toxuma kulturalarında becərilir.
Qızılcanın virus təbiətli olması 1922-ci ildə Anderson və
Qoldberq tərəfindən meymunlar üzərində təcrübə qoymaqla s ü-
but edilmişdir. 1938-ci ildə Plots qızılca virusunu təmiz halda
almışdır. Qızılca virusu xırda makroviruslara aiddir. Virus, i n-
sandan başqa, bir neçə növ heyvanlar üçün də patogendir. L abo-
rator şəraitdə bunlar insan, meymun, it, hind donuzu b öy rək
epitelindən hazırlanmış hüceyrə kulturasında insan diploid h ü-
cey rələrində və bildirçin embrionunda yaxşı inkişaf edir lər. Hey-
vanların bədənində insan üçün patogenliyini tez itirir, inkişaf və
əkscisimlər yaratma qabiliyyətini saxlayırlar. Buna ə sas lanaraq
v i rusun vaksin ştamı 1954-cü ildə xaricdə Enders, keçmiş
SSRİ-də isə A.A.Smorodinsev və M.P.Çumakov tərə fin dən alın-
mışdır. Xarici mühitdə quru şərait, günəş şüası, yüksək hərarət
təsirindən viruslar tez məhv olurlar. Virus burun, boğaz yu yuntu
suyunda, otaq şəraitində 24 saat yaşayır, 0ºC hərarətdə bir neçə
gün, liofil qurudulduqda +4ºC hərarətdə 7-10 ay, -70ºC-də isə 1
ildən çox saxlanılır, mənzillərin havasında, öskürək damcıla-
rında yarım saatdan sonra məhv olurlar.
273
Xəstəliyin klinikası. Orqanizmə viruslar burun-boğaz və y u-
xarı tənəffüs yollarının selikli qişasından daxil olur, orada inki-
şaf edərək inkubasiya dövrünün (7-17 gün) ikinci yarısında qana
daxil olur. Virusemiya prodromal dövrdə və səpgilərin birin ci
günündə ən intensiv olur. Xəstənin ümumi müqavimət qüvvəsi
çox zəiflədiyindən ikincili infeksiya və fəsadlar da baş verə bilər.
Qızılcanın inkubasiya dövrü orta hesabla 10-11 gün (7-14
gün) çəkir, qamma-qlobulin yeridildikdə isə 21 gün təşkil edir.
Qızılcanın klinikmənzərəsində3 dövr ayırd edilir: kataral və
ya başlanğıc (prodromal), səpgilər və və piqmentasiya.
Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39°C-
yə qədər artması, yuxarı tənəffüs yollarının və konyunktivanın
zədələnməsi ilə səciyyələnir. Kataral əlamətlər durmadan inkişaf
edir. Burundan bol, əvvəlcə selikli, sonra selikli-irinli ifrazat,
güclü və ya xırıltılı səs, uşağı narahat edən quru və anlaşılmaz
öskürək qeyd olunur. Bəzən xəstəliyin başlanğıcında inağ (krup)
sindromu inkişaf edir.
Xəstəlik 3-4 gün davam edən prodromal (kataral) dövrlə baş-
lanır. Bu dövrdə xəstədə hərarətin yüksəlməsi, ümumi vəziy-
yətin ağırlaşması, asqırma, gözlərin qızarması, öskürək və s.
k i mi əlamətlər qeyd edilir. Bundan sonra zəif və ya seyrək səp-
gi lər əmələ gəlir.
İşıqdan qorxma, konyunktivanın hiperemiyası, göz qapaqları-
nın şişkinliyi, selikli qişa damarlarının inyeksiyası müşahidə edi-
lir, sonra irinli ifrazat əmələ gəlir. Uşağın ümumi vəziyyəti xeyli
pisləşir. Əzginlik, ağlağanlıq, narahatlıq, iştahanın və y u xu nun
pozulması qeyd olunur. Çox vaxt qusma, duru nəcis, qarında
ağrılar meydana çıxır. Daha ağır hallarda xəstəliyin ilk gün lə rin-
dən ümumi intoksikasiya simptomları kəskin nəzərə çar pır, q ı-
col malar və huşun tutulması ola bilər.
Xəstəliyin başlanğıcında ağızda yanaqların iç səthində selikli
qişada xüsusi ləkələrin (Belski-Filatov-Koplik ləkələri) əmələ
gəl məsi səciyyəvidir. Həmin ləkələr xəstələrin 95%-də səpgi
əmələ gəlməmişdən əvvəl 1-4-cü günlərdə meydana çıxır. Ləkə-
ləri, adətən ağız boşluğunda hər iki yanağın iç səthinin selikli
274
qi şa sında görmək olur. Onların mərkəzi ağımtıl göy rəngdə,
ət rafı qızarmış olur.
Qızılcanın kataral dövrü 3-4 gün davam edir, bəzən isə 5-7
günə qədər uzanır. Bu dövr üçün ağızın selikli qişasında olan
özü nəməxsus dəyişiklər patoqnomikdir. Bu dəyişikliklər ağız
boşluğunda yanaqların və ya dodaqların selikli qişasında və diş
ətində dişlər səviyyəsində buğda dənəsi ölçüsündə qırmızı h a-
şi yə ilə əhatə olunmuş bozumtul-ağ papulanın əmələ gəlməsi ilə
səciyyələnir.
Bir sıra hallarda kataral dövrdə dəridə xırda-dənəli skar la ti-
na yabənzər səpgi əmələ gəlir ki, bəzən o, ləkəli, urtikar olur.
Pro dromal səpgi, adətən, sıx deyildir və zəif nəzərə çarpır.
Səpgi dövrü xəstəliyin 4-5-ci günündən başlanır və ləkəli-
papulyoz səpgi ilə səciyyələnir. İlk səpgi elementləri qulaqarxası,
bu run darlarında xırda rozeolyoz ləkələr şəklində meydana çıxır
ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir, qeyri-düz-
gün forma alırlar. Bir sutka ərzində səpgi tezliklə üzdə, boyunda
yayılır, ayrı-ayrı elementlər şəklində döşdə və kürəyin yuxarı
his səsində əmələ gəlir. 2-ci sutkada səpgi tamamilə onu örtür .
Xəstələrin dərisində səpgilər onun alnından başlayıb qulaqla-
rının ardına doğru yayılır, sonra üzdə, boyunda, bədəndə və ə t-
raflarda baş verir. Səpgilər makula (papula-makula) element lə-
rindən ibarət olub, barmaqla basdıqda itirlər. 1-2-ci günlər onlar
sürətlə inkişaf edir. Sonradan xəstənin hərarəti düşməyə, səp-
gilər isə tədricən yox olmağa başlayır. Qızılca xəstəliyində çox
zaman ağırlaşmalar baş verir (orta qulağın iltihabı, pnevmoniya
və s.). Əgər xəstə, xəstəliyə qədər qamma-qlobulin alıbsa, xəs-
təliyin bütün əlamətləri sönük keçir, onun gedişi yüngül olur.
Atipikqızılcada xəstəliyin əsas simptomları silinmişdir, bəzi-
ləri isə ümumiyyətlə üzə çıxmır. Həmçinin qızılcanın ayrı-ayrı
d övr lərinin müddəti dəyişə bilər (səpgi dövrünün qısalması, k a-
ta ral dövrün olmaması, səpginin ardıcıllığının pozulması).
Mitiqrə olunmuş (zəif) qızılca forması inkubasiya dövründə
qamma-qlobulin alan uşaqlarda müşahidə edilir. O, adətən, nor-
mal və ya cüzi artmış temperatur zamanı çox yüngül keçir, bə -
zən bu halda Belski-Filatov-Koplik ləkələri olmur. Səpgi solğun,
275
xırda, cüzidir (bəzən cəmi bir neçə element), səpginin ardıcıllığı
pozulur. Kataral əlamətlər çox zəif ifadə olur və ya tama milə itir.
Mitiqrə olunmuş qızılca zamanı ağırlaşmalar müşahidə edilmir.
Səpgi bol, birləşmiş və ya əksinə, çox az (ayrı-ayrı element-
lər şəklində) ola bilər. Səpgi dövründə xəstənin sifəti tipik şəkil
alır: üz şişkin, göz qapaqları qalınlaşmış, burun və yuxarı dodaq
şişkin, gözlər qızarmış, irin axır, burundan bol ifrazat gəlir, ağız
boşluğunun selikli qişası maserasiya olunmuşdur.
Temperatur səpginin 1-ci günü daha yüksək olur, nəinki k a-
ta ral dövrdə. Bəzən səpgidən 1-2 gün əvvəl temperatur bir qədər
enir və səpginin yaranmasının 1-ci günü onun yenidən yük səl-
məsi temperutur əyrisinə ikidalğalı xarakter verir. Temperatur
bütün səpgi dövründə yüksəkdir. Ağırlaşmamış gedişdə o, səp gi-
nin yaranmasından 3-4 gün sonra normallaşır. Səpgi döv rün də
ümumi vəziyyət ağırdır, narahatlıq, sayıqlama, yuxuculluq m ü-
şahidə olunur. Çox vaxt burun qanaxmaları baş verir. Adətən,
leykopeniya nəzərə çarpır.
Qızılcanın çox yüngülforması 6 aylıq uşaqlarda qeyd edilir
(bəzən anadan keçmiş passiv immunitetin fonunda xəstəliyin i n-
ki şaf etməsi sayəsində).
Atipikformalara həmçinin aqqraviasiya simptomlarına malik
(hipertoksik, hemorragik, bədxassəli) qızılcanı aid edirlər. Ona
çox nadir hallarda rast gəlinir.
Diri qızılca vaksini ilə peyvənd olunmuş şəxslərdə (hansı ki
qanlarında əkscisimlər yoxdur) xəstəlik tipik gedir və ona məx-
sus bütün klinik əlamətlərini qoruyub saxlayır.
Əgər qızılca qan zərdabında az miqdarda əkscisimlərin olması
fonunda inkişaf edirsə, onda xəstəlik silinmiş şəkildə k e çə bilər.
Klinik əlamətlərin, vegetativ sinir sisteminin pozulmasının
(kataral əlamətlər, səpgilər, leykopeniya, AT-nin səviyyəsinin
azalması, damarların keçiriciliyinin artması və s.) xarakterinə
g ö rə qızılca infeksion-allergik xəstəliklərə xas olan bir çox ümu-
mi cəhətlərə malikdir. Bu baxımdan onu zərdab xəstəliyi ilə m ü-
qa yisə edirlər. Patomorfoloji müayinələr də həmçinin qızılcanın
allergik xarakterini təsdiq edir. Dəridə səpgilərin əmələ gəlmə s i -
n i bəzi müəlliflər allergik reaksiya kimi qiymətləndirirlər. M a k -
276
si mal virusemiya ilə bir vaxtda yaranan səpgilər virus antigeni-
nin həmin dövrdə əmələ gələn əkscisimlərlə qarşılıqlı əlaqəsinin
nəticəsi saymaq olar.
Qızılca virusu Mərkəzi sinir sisteminin yuxarı tənəffüs yolla-
rına və həzm traktına qarşı tropizmə malikdir. MSS-nin zədə lən-
mə si səpginin 1-ci günü xüsusilə nəzərə çarpır. Qızılca vi rusu ilə
respirator yolun zədələnməsi xəstəliyin ilk gün lə rin dən meydana
çı xır və burun, qırtlaq, traxeyanın selikli qişasının iltihabı şək-
lin də özünü göstərir. Diffuz erkən bronxitlər, bron xio litlər və
pnev moniyalar da həmçinin virusun təsiri ilə bağlıdır. Qızılca
zamanı çox vaxt ağız boşluğunun (stomatitlər) və yo ğun bağır-
sağın selikli qişası (kolitlər) zədələnir.
Qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə
baş verə bilər. Onlar əsas etibarilə ikincili infeksiyanın qoşul-
ması ilə bağlıdır. Ağırlaşmalar qızılcanın letallığının yeganə
səbəbidir, ağır laşmamış qızılcadan uşaqlar ölmürlər. Tənəffüs
or qan ları tərəfindən ağırlaşmalara (laringitlər, larinqo-traxeo-
bronxitlər, pnevmoniyalar) daha tez-tez rast gəlinir. 2 yaşa qədər
uşaqlarda pnevmoniyalar tez-tez baş verir və daha ağır keçir.
Qızılca pnevmoniyasından baş verən letal nəticələrin, demək
olar ki, hamısı 2 yaşa qədər uşaqların payına düşür. Qızılca z a-
manı otitlərə çox rast gəlir. Son illər, adətən, yalnız kataral
otitlər müşahidə olunur, irinli otitlərə nadir hallarda rast gəlinir.
Stomatitlər qızılca zamanı çox vaxt kataral və aftoz olurlar. Nek-
rotik və xoralı stomatitlər yalnız qidalnması pozulmuş və avit-
minozlu zəif uşaqlarda inkişaf edir. Qanqrenoz stomatitlər son
illər rast gəlinmir. Qızılca zamanı əmələ gələn kolitlər və ente ro-
k olitlər, adətən ikincili mikroflora ilə törədilir (şigellalar, E.coli,
stafilokoklar və s.)
Qızılcanın patogenezində qızılca virusunun anergiya vəziy-
yə tini yaratmaq qabiliyyəti böyük rol oynayır. Orqanizmin m ü-
da fiə qüvvələri zəiflədikdə difteriyaya qarşı antitoksik immunitet
zəifləyir (mənfi Şik reaksiyası müsbət olur), müsbət Mantu s ı-
nağı itir, qanın komplementar qabiliyyəti azalır və s.
Qızılca keçirdikdən sonra ömürlük immunitet yaranır. Tək ra-
ri yoluxma 0,5-1% təsadüfdə qeyd edilir. Anadan olan uşaq h ə-
277
ya tının birinci 3 ayı müddətində qızılcaya qeyri-həssas olur, xəs-
tə liyə tutulmur.
İnfeksiya mənbəyi. Xəstəlikdə yeganə infeksiya mənbəyi
q ı zıl ca ilə xəstə şəxsdir. O, xəstəliyin prodromal dövründə və
on da səpgilər əmələ gələndən 3-5 gün sonra ətrafdakılar üçün
yoluxucudur. Bu dövr ümumiyyətlə, 8-10 gün çəkir. Xəstəlikdən
sağalmış və rekovalesentlər ətrafdakılar üçün təhlükəsizdir.
Ən yüksək yoluxuculuq kataral dövrdə və səpgilərin yaran-
masının 1-ci günü qeyd edilir. Səpginin 3-cü günündən kontagi-
ozluq kəskin azalır, 4-cü günü isə xəstə yoluxucu sayılmır.
Mitiqrə olunmuş qızılca ilə xəstələr də həmçinin yoluxdurucu
hesab edilirlər.
Yoluxma mexanizmi. Qızılca ilə yoluxma hava-damcı m e-
xanizmi ilə baş verir. Uşaqlar qızılca ilə bir otaqda olduqda y o-
luxurlar. Bununla belə, xəstə ilə təmasın müddətindən asılı ola-
raq müxtəlif xəstələnmə faizi qeyd edilir. Müəyyən edilmişdir
ki, xəstə ilə bir gün ərzində təmasda olan uşaqların 40%-i, 2 gün
təmasda olanların 60%-i, 4 gün ərzində təmasda olanların isə
hamısı yoluxurlar. Viruslar xarici mühitə davamsız olduğundan
məişət əşyaları rol oynamır.
İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir ö s-
kürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının
selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava
axını ilə böyük məsafələrə – qonşu otaqlara və dəhliz və pillə-
kən lərarası sahələr boyunca digər mənzillərə yayıla bilər. Q ı-
zıl ca virusunun aşağı mərtəbələrdən ventilyasiya sisiemi vasi tə-
silə yuxarı mərtəbələrə daşınması mümkündür.
Patogenezvəpatolojianatomiyası. Qızılca virusunun orqa-
niz mə daxil olma qapıları yuxarı tənəffüs yollarının selikli qişa-
sıdır. K.Rarrın (1954–1957) məlumatlarına əsasən, qızılca viru-
sunun giriş qapıları kimi gözün selikli qişası da iştirak edə bilər.
Virus burun-udlağın selikli qişasından orqanizmə daxil ola-
raq qana keçir ki, orada onu inkubasiyanın ilk günlərindən aşkar
etmək olar. Virusun qanda maksimal sirkulyasiyası kataral döv-
rün sonunda və səpginin yaranmasının 1-ci günü müşahidə edi-
lir, bu günlərdə virus yuxarı tənəffüs yollarının selikli qişasının
278
ifrazatında böyük miqdarda aşkar edilir. Səpginin 3-cü günün-
dən virusun ifrazı kəskin azalır, 5-ci günü isə virus qanda tapıl-
mır. Bu andan etibarən qanda virus neytrallaşdıran əkscisimlər
aş kar edilir.
Epidemioloji xüsusiyyətləri. Qızılca əhali arasında həddin-
dən artıq tez yayılması ilə fərqlənir. Bu, yoluxmanın hava-damcı
mexanizmi və insanların xəstəliyə tam həssaslığı ilə izah edilir.
Qızılcanın yayılmasına əhali arasında immunitetin olması ilə
yanaşı, uşaqların biri-birilə təmaslarının səviyyəsi də böyük təsir
göstərir. Qızılca ilə əsasən uşaqlar xəstələnirlər və xəstəliyin
çoxu 5 yaşına qədər uşaqlar arasında qeyd edilir. Ancaq bu yaş
qru punun içində bir yaşa qədər uşaqlar az xəstələnirlər. Yuxarı
yaşlarda xəstəliyin az təsadüf edilməsi uşaq yaşlarında xəstəliyin
keçirilməsi nəticəsində əldə edilmiş immunitetlə əlaqədardır.
Qızılca üçün fəsillilik səciyyəvidir. Xəstəlik ilin soyuq ayla-
rında, insanlar arasında təmasın çoxaldığı dövrdə daha çox qeyd
edilir. Qızılca xəstəliyi hər 3-4 ildən bir dövrü olaraq artır. Bu
dövr ərzində əhali arasında qızılcaya həssas olanların miqdarı
təzə anadan olanların hesa bına artmış olur. Növbəti dövrü yük-
səliş zamanı xəstəliyə həssas şəxslər qızılca ilə yoluxub ömürlük
i m munitet qazanırlar. Uşaq kollektivlərində qızılca baş verdikdə
az vaxt içərisində çoxlu uşağın yoluxması baş verir. Uşaq müəs-
sisəsinin şəraitindən və epidemiya əleyhinə aparılan tədbirlərin
keyfiyyətindən asılı olaraq həssas uşaqların 56-65% və bir qədər
də çox faizi qızılca ilə yoluxurlar. Qızılca epidemiyaları üçün
dalğavari yoluxma səciyyəvidir. Diri vaksinlə 90% peyvənd
edil miş uşaq kollektivində qızılcalı xəstə ilə təmasda olanlar ara-
sında xəstələnmə 1-2%-dən çox olmur.
Qızılca diaqnozunun qoyulmasında qızılca antigeni ilə he -
maq qlü tinasiyanın ləngimə (HALR) reaksiyası vasitəsilə aparı-
lan seroloji müayinələr böyük köməklik göstərir. Qızılca anti-
genlərinin xəstədən 5-7 gün intervalla götürülmüş güt zərdabda
tit r lərinin 4 dəfə və daha çox artması spesifik diaqnostik test s a-
yı lır və qızılca diaqnozunu tam təsdiq edir.
Qızılca ilə xəstələri, adətən, evdə müalicə edirlər. Xəstəliyin
ağır gedişində, ağırlaşmalar olduqda, həmçinin evdəki şərait uşa-
279
ğa lazımi qulluğu yerinə yetirməyə imkan vermədikdə belə uşaq-
lar hospi tallaşdırılmalıdırlar.
Profilaktika və mübarizə tədbirləri. Qapalı uşaq müəssisə-
lərindən olan uşaqlar məcburi hospitalizasiya olunurlar. Qızılca-
nın profilaktikası kompleks tədbirlərin aparılmasından ibarətdir.
Uşaq müəssisələrində qızılcanın yayılmasının qarşısının alınma-
sında mühüm tədbir erkən diaqnostika və xəstənin vaxtında
təcrid olunmasıdır. Xəstə şəxsləri səpginin başlan ğıcından 4
gün dən, ağırlaşmış pnevmoniya zamanı isə 10 gündən az olma-
yaraq təcrid edirlər. Xəstə haqqında GEM-ə vaxtında xəbər v e-
ril məsi böyük əhəmiyyət daşıyır. Qızılca xəstəsi ilə təmasda olan
uşaqlar uşaq müəsissələrinə (yasli, uşaq bağçaları və 2-ci sinif
məktəbliləri) təmasdan etibarən 17 gün ərzində buraxıl mırlar.
Qızılca xəstəliyinin səviyyəsinin azalmasına kömək edən ü mu-
mi sanitar tədbirlərdən ən əhəmiyyətlisi uşaq müəssisə lə rin də
əksepidemik rejimə ciddi riayət etməkdir (uşaqların düzgün q ə-
bu lu, dəstələrin təcridi və b.). Bu tədbirlərin əhəmiyyəti uşaqların
sayı çoxaldıqda daha da yüksəlir.
Qızılcanın vaxtında, xüsusilə xəstəliyin ilk günlərində, diaq-
nozunun qoyulmasının böyük epidemioloji əhəmiyyəti vardır,
ona görə də bu dövrdə diqqəti Belski-Filatov-Koplik ləkələrinin
axtarılmasına yönəltmək lazımdır. Qızılca ilə xəstə və ya xəstə-
liyə şübhəli uşaqlar diaqnozu müəyyən edilənə qədər ya uşaq
m ü əs sisəsinin təcrid otağında, ya da evdə təcrid edilməlidirlər.
Qapalı uşaq müəssisələrində xəstəlik baş verdikdə sanitar
məişət vəziyyəti pis olan otaqda yaşayan ailələrdə 2 yaşa qədər
xəstə uşaqlar xəstəxanaya təcrid edilirlər. Təcrid müddəti səp gi-
lər başlanan andan etibarən 4 gün müəyyən edilir (ağırlaşma baş
verdikdə bu müddət 10 günə qədər uzadılır).
Qızılca xəstəliyini keçirənlər və xəstəlik baş verdikdən 2 həftə
əvvəl qızılcaya qarşı peyvənd olunmuşlar qızılcalı xəstə ilə tə mas-
da olarsa, onların arasında epidemiya əleyhinə tədbir görməyə ehti-
yac yoxdur.
Xəstə ilə təmasda olan ancaq qızılca keçirməmiş və qızılcaya
qarşı peyvənd edilməmiş uşaqlar təmasdan sonra 8-17-ci günə
qədər (əgər immun-qlobulin vurulubsa 21-ci günə qədər) uşaq
280
müəssisə lərinə buraxılmır. Bu uşaqlar üzərində tibbi nəzarət
qoyulur (hərarətin ölçülməsi, dəri və selikli qişaların vizual müa -
yinəsi).
Bu uşaqlar qızılcaya qarşı aktiv peyvənd edilirlər. Aktiv im -
mun izasiya əksgöstərişi olan uşaqlara (3 aydan 1 ilə qədər və bir
yaşdan yuxarı) 1,5-3 ml dozada immun-qlobulin vurulur (yaşın-
dan, səhhətinin vəziyyətindən, təmasdan keçən vaxtdan asılı ola-
raq).
Profilaktik məqsədlə qamma-qlobulin alan uşaqlar üçün
təcrid müddəti 21 günə qədər uzadılır. Təmasın başlanğıcının ilk
7 günü ərzində xəstə uşaq müəssisələrinə gedə bilər, çünki
qızılca zamanı inkubasiya dövrü 7 gündən qısa deyildir. Passiv
profilaktika məqsə dilə insan qanından hazırlanmış qamma-qlo-
bulin tətbiq edilir. Xəstə ilə təmasda olan, 3 aydan 4 yaşa qədər,
qızılca ilə xəstələnməmiş və əksgöstərişləri olduğu üçün pey-
vənd almamış uşaqlar qamma-qlobulinlə profilaktikaya məruz
qalır lar. Qızılca ilə xəstələnməmiş 4 yaşdan yuxarı uşaqlara
xəstə ilə təmas zamanı qamma-qlobulin yalnız tibbi göstərişlərə
əsasən yeridilir.
Bir yaşına qədər bütün uşaqlara 3 ml, sağlam uşaqlara 1 yaş-
dan yuxarı – 1,5 ml, zəifləmiş və xəstə uşaqlara 3 ml immun-
qlobulin vurulur. Tibbi və epidemioloji göstəriş olduqda böyük-
lərə də 3 ml dozada immun-qlobulin vurulur. İmmun-qlobulin
imkubasiya dövrünün 3-4 günündə vurulduqda nəticə yaxşı olur.
İnkubasiyanın 7-ci günündə immun-qlobulin vurulursa, bu h ə-
min şəxsi yoluxmadan qorumur, hətta xəstəliyin gedişini də yün-
gül ləşdirmir. Buna baxmayaraq, bu yaşlarda da immun-qlobulin
vurulmalıdır (uşaqlar eyni vaxtda yoluxmadığından, onların
hamısı üçün təmasın 8-ci günü hesab edilir).
Məktəbəqədər uşaq müəssisələrində qızılca baş verdikdə,
xəs təlik baş verən qrupa bütün karantin dövründə (17-21 gün)
yeni uşaq qəbul olunmur. Karantin qoyulmuş qrupdan uşaqları
başqa qrupa köçürməyə icazə verilmir, onlar üzərində tibbi m ü-
şa hidə aparılır; onların içərisində keçmişdə qızılca ilə xəstə-
lənmiş və peyvənd almamış uşaqlar arasında qızılcaya qarşı pey-
vənd aparılır.
281
Əgər uşaq müəssisələrində qrupların təcridi pozulubsa, qeyd
edilən tədbirlərlə müəssisədə olan bütün uşaqlar əhatə edil mə lidir.
Dostları ilə paylaş: |