Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə19/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

Mübarizə tədbirləri

Yoluxucu  xəstəliklərin  canlı  keçiricilərinə  qarşı  mübarizədə 

dezinseksiyadan  istifadə  edilir.  Dezinseksiya  mexaniki,  fiziki, 

k im yəvi və bioloji üsullarla aparılır. Bu məqsədlə müxtəlif v a-

sitələr  tətbiq  edilir.  Paltarda,  yataq  əşyalarında  olan  həşəratlar 

de zinseksiya zamanı kameralarda quru və rütubətli isti hava ilə 

məhv edilir. Bit və onların sürfələrini öldürmək üçün qaynatma 

və ütüləmədən istifadə edilir. Qanadlı milçəklər yapışqanlı kağız 

və milçəktutanlarla məhv edilir. Onların sürfələri zibillə birlikdə 

kənarlaşdırılır.  Sürfə  mərhələləri  inkişafını  suda  keçirən  həşə-

ratlara qarşı mübarizədə bataqlıq və gölməçələr qurudulur. H ə-

şə ratları kimyəvi üsulla məhv etmək üçün insektisidlər işlə dilir. 

Su mənbə lərində sürfə mərhələsinə qarşı delarvasiya tətbiq olu-

nur, qam bu ziya balığından, baktokulisid və s. bakterial pre pa rat-

lar dan isti fadə edilir. Həşəratların hücumundan qorunmaq üçün 

fərdi və kollektiv mexaniki müdafiə vasitələrindən – xüsusi pal-

tarlardan,  qapı  və  pəncərələrə  tor  çəkilməsindən  istifadə  edilir. 

Həşəratları hürküdən maddələr də fərdi müdafiə vasitələrinə aid-

dir. Bu məqsədlə repellentlərdən – dimetilftalat (DMF), dietilto-

luolamid (DETA), benzimin, küzol, həmçinin müxtəlif preparat-

lardan (“Tayqa”, “Zaşita”, “Anqara”, “Qeoloq”, “Lesnaya” və.s.)  

istifa də edilir.



221

Yoluxucu xəstəliklərin profilaktikasının və onlarla 

mübarizənin əsasları əksepidemik tədbirlər

 

Əksepidemik tədbirlər – əhali arasında yoluxucu xəstəliklə rin 



yayılmasının  qarşısını  alan,  əhalinin  xəstələnməsini  azaldan  və 

ayrı-ayrı  infeksiyaların  ləğvinə  gətirib  çıxaran  metod  və  vasi-

tələrin sistemidir. Əksepidemik tədbirlərin optimal variantı epide-

mik  prosesin  hər  üç  halqasına  eyni  zamanda  təsir  edilməsinə 

əsas lanmışdır.  Maliyyə  çətinlikləri  üzündən  iqtisadi  səviyyəsi 

aşağı  olan  ölkələrdə  (hansı  ki,  burada  infeksion  xəstələnmə  də 

həm çinin yüksəkdir) çox vaxt tədbirlər iki və ya bir, əsasən daha 

həssas halqaya yönəldilmişdir, yəni selektiv yanaşma tətbiq edilir.

Əksepidemik və profilaktik tədbirlər sxemi

Təsirin istiqaməti

Tədbirlər

İnfeksiya mənbəyi

Klinik-diaqnostik, təcrid, müalicə və rejim-məh dud-

laşdırıcı; sanitar-baytarlıq və deratizasiya

Yoluxma mexa niz mi Sanitar-gigiyenik, dezinfeksiya və dezinseksiya

Həssas orqanizm

İmmun statusun öyrənilməsi, təcili və planlı immun-

profilaktika, kimyəvi profilaktika, immunkorreksiya, 

sanitar-maarifi işi

Ayrı-ayrı  infeksiyalar  ocağında  aparılan  əksepidemik  təd-

birlər kompleksi müvafiq təlimatlar əsasında həyata keçirilir.

Əksepidemik tədbirlərin birinci qrupunu infeksiya mən bə yi nə 

yönəldilmiş  tədbirlər  təşkil  edir:  a)  infeksiya  mənbəyinin  er kən 

aşkar  edilməsi,  diaqnozun  vaxtında  qoyulması;  b)  məlu mat   -

landırma  və  qeydiyyat;  c)  təcrid  və  rejim-məhdudlaşdırıcı  t əd -

birlər; ç) müalicə tədbirləri; d) sanitar-baytarlıq tədbirləri (ev və 

kənd təsərrüfatı heyvanlarının təcrid və müalicə edilməsi, bəzən 

onların məhv edilməsi – məsələn, “inəklərin quduzluğu” xəs tə li-

yində  xəstə  inəklərin  öldürülməsi;  ev,  kənd  təsərrüfatı  və  vəhşi 

heyvanlar arasında immunprofilaktika), deratizasiya təd birləri.



222

İkinci qrupa yoluxma mexanizminə yönəldilmiş tədbirlər d a-

xil  dir: a) ətraf mühit elementlərinin – potensial yoluxma amil lə-

ri nin müəyyən edilməsi, həqiqi yoluxma amillərinin aşkar edil-

məsi;  b)  de zinfeksiya  və  dezinseksiya;  c)  sanitar-gigiyenik 

t ə d    birlər (su təchizatı, kanalizasiya sistemi üzərində nəzarət, y a-

şayış məntə qə lə rinin bərk tullantılardan təmizlənməsi, şəxsi g i-

gi yena qaydalarının gözlənilməsi, şübhəli qida məhsularının isti-

fa dədən götü rül məsi və s.).

Üçüncü  qrupa  infeksiya  mənbəyi  ilə  təmasda  olan  şəxslərə 

münasibətdə aparılan tədbirlər daxildir: a) onların erkən və tam 

a ş  kar lanması və qeydiyyata alınması; b) onlar üzərində tibbi m ü  -

ş  a   hidənin qoyulması; c) təmasda olanların klinik-laborator m ü a -

yinələrə  cəlb  edilməsi;  ç)  onların  immunoloji  statusunun  tə yin 

edilməsi; d) planlı və təcili spesifik profilaktika (zərdablar, qam-

maqlo  bulin  və  immunqlobulinlər);  e)  lazım  gəldikdə  tə  mas  da 

ola nların təcrid edilməsi; ə) sanitar-maarifi işi.

Əksepidemik  işin  effektivliyi  bəzi  göstəricilərə:  yoluxucu 

xəs təliklərin epidemioloji, sosial və iqtisadi əhəmiyyətinə əsasən 

öyrənilir. Epidemioloji əhəmiyyətin qiymət göstəricisi bunlardır: 

a) orta illik xəstələnmə göstəriciləri, b) proqnozlaşdırılan x ə s tə-

lən  mə göstəriciləri və ya c) epidemik meyil göstəriciləri. X əs tə-

lik lərin  sosial  əhəmiyyəti  insanların  ictimai  və  fərdi  sağlamlı-

ğına vurduğu zərərlə (xəstələnmə tezliyi, ağırlığı və d a vam   etmə 

müddəti nəzərə  alınmaqla)  qiymətləndirilir.  İqtisadi əhəmiyyəti 

yoluxucu xəstəliyin məhsuldar qüvvələri azaldaraq iqtisadiyyata 

vurduğu  zərərlə  ölçülür.  Bu  zaman  aşağıdakılar  hesab lanır:  a) 

birbaşa  vurulan  zərər,  yəni  xəstələrin  müayinəsinə  və  müa li cə-

sinə  edilən  məsrəflər,  müvəqqəti  əmək  qabi liy  yətini  itir mə  və 

ə li l liyə, təqaüdlərin və müavinətlərin ödənilməsinə çəkilən xərc; 

buraya əksepidemik tədbirlərin aparılmasına, infeksiyalarla mü -

ba  rizədə yeni metod və vasitələrin işlənməsinə sərf olunan xərc-

lər də aiddir; b) dolayı zərər – xəstəlik, ölüm, əlillik, xəs tə lə rə 

qulluq səbəbindən əmək qabiliyyətini itirmə nəticəsində cə  miy-

yət tərəfindən əldə olunmayan məhsulun dəyəri ilə m ü əy yən edi-

lir.


223

Deməli, epidemioloji effektivlik aparılmış əksepidemik təd-

bir lər nəticəsində xəstələnmənin enməsini əks etdirən kə miy yət 

göstəriciləri  ilə  qiymətləndirilir.  Sosial  effektivlik  əks epi demik 

vasitə və tədbirlərin işlədilməsi nəticəsində xəstəliyin so sial əhə-

miy yətinin azalma səviyyəsi ilə hesablanır.

Yoluxucu xəstəliklərin profilaktikasına yönəldilmiş tədbirlər 

epidemiya əleyhinə (əksepidemik) tədbirlər adlanır. Başqa sözlə 

desək, epidemiya əleyhinə tədbirlər bu mərhələdə elmin inkişa-

fına  əsaslanaraq  əhalinin  ayrı-ayrı  qrupları  arasında  yoluxucu 

xəstəliklərin  qarşısının  alınması  və  ümumiyyətlə,  əhalinin  bu 

xəs təliklərlə xəstələnməsinin aşağı salınması və ayrı-ayrı xəstə-

liklərin ləğv edilməsini təmin edən tədbirlərin cəmidir (V.D .Bel-

yakov, 1989).

Məlum  olduğu  kimi,  epidemik  prosesin  baş  verməsi  üçün 

m üt  ləq əsas 3 amil olmalıdır: yoluxucu xəstəliyin mənbəyi (y o-

luxmuş insan və ya heyvan), bu xəstəliyə (törədiciyə) xas olan 

yoluxma mexanizmi (yoluxma yolları) və həssas əhali (kollek-

tiv). Bu üç əsas amillərdən birinin aradan qaldırılması başlanan 

epi demik prosesin dayanmasına, sönməsinə və əgər hələ başlan-

mayıbsa inkişafının qarşısının alınmasına gətirib çıxarır.

Ona görə də profilaktik tədbirlər qeyd edilən üç amillərin hər 

han sı birinə qarşı yönəldilməlidir ki, epidemik prosesin fasiləsiz 

inkişafı qırılsın. Bu tədbirlər göstərilən amillərə təsir edərək y a-

ranmış ocağın fəaliyyətinin dayandırılmasını və ləğv edilməsini 

təmin etmək qabiliyyətinə malikdir.



Fövqəladə hallar zamanı ocaqda aparılan  

əksepidemik təd birlər

Yeni əsrin başlanğıcı qlobal miqyasda yeni problemlə əla qə-

dardır  –  bioterrorizm.  Bioterrorizm  ilə  bağlı  fövqəladə  halların 

inkişafı XXI əsrin reallığıdır. Bioloji silahın terrorizm məqsədilə 

tətbiq olunması imkanı texnologiyaların sadəliyi və onun isteh-

salının iqtisadi cəhətdən sərfəli olması ilə bağlıdır. Bioterrorizm 

zamanı geniş istifadə olunan bir sıra münasib tətbiq yollarından: 

ilk növbədə əhalinin toplaşdığı yerlərdə aerozolun, su təchizatı 



224

mənbələrinin, qida məhsullarının, məişət əşyalarının, poçt gön-

də rişlərinin yoluxdu rul ması tətbiq edilə bilər. Bioloji agent lərin 

çatdırılması  qanadlı  və  ballistik  raketlərin  vasitəsilə  də  hə yata 

keçirilir.  Bundan  başqa,  bioloji  vasitənin  komponentləri  kimi 

təbii bioloji zəhərlərin (əsas etibarilə zülal strukturlu) isti fadəsi 

də mümkündür.

İnfeksiya mənbəyinə qarşı görülən tədbirlər

Qeyd edildiyi kimi, ocaqda epidemiya əleyhinə tədbirlər üç 

i s tiqamətdə  aparılır:  xəstəyə  (infeksiya  mənbəyi),  ətraf  mühitə 

(yoluxma  amilləri)  və  xəstə  ilə  təmasda  olanlara  (həssas  şəxs-

lərə)  qarşı.  İnfeksiya  mənbəyinə  qarşı  yönəldilmiş  tədbirlər  i n-

feksiya mənbəyinin növünə əsasən müəyyən edilir.

İnfeksiya  mənbəyi  kimi  insanlar  (antroponozlar)  iştirak  et -

dikdə aşağıdakı tədbirlər nəzərdə tutulur: xəstələrin erkən aşkar 

edilməsi, təcrid edilməsi və xəstəxanaya yerləşdirilməsi (hos pi-

tal  laşdırılması).  Xəstələrin  aşkar  edilməsi  passiv  (xəstənin  özü 

bilava sitə tibbi yardım üçün müraciət etdikdə) və fəal yolla (pro-

filaktik  müayinələr  zamanı,  müəssisələrdə  dispanserizasiya  z a-

manı, həyətbə həyət yoxlamalarla) aparılır. Klinik diaqnoz həkim 

və ya feldşer tərəfindən qoyulur. Onu təsdiq etmək üçün epide-

mioloji məlumat lardan, müasir laborator müayinələrdən istifadə 

olunur. Xəstənin hospitalizasiyası və təcrid edilməsi bir çox xəs-

tə liklərdə,  xüsusilə  yüksək  kontagiozlu  yoluxucu  xəstəliklər 

zamanı (vəba, taun, qara yara, səpgili yatalaq və s.) olduqca v a-

cibdir.

Bəzən xəstənin təcrid edilməsi evdə, uşaq bağçalarında, i n-



ter   natda aparıla bilər. Belə hallarda xəstəxanaya hospitalizasiya 

edənə  qədər  xəstəni  xüsusi  təcrid  otaqlarında  yerləşdirirlər. 

Xəstə evdə saxlanılarsa törədicinin ətraf mühitə yayılmasının və 

xəs təlik  törədicilərinin  ocaqdan  kənara  çıxarılmasının  qarşının 

alınması  üzrə  tədbirlər  görülür.  Bu  məqsədlə  xəstə  ayrı  otaqda 

təcrid  olunur,  fərdi  qab-qacaq  və  başqa  lazımi  əşyalarla  təmin 

edilir. Ailə üzvləri xəstəyə qulluq üsulları ilə tanış edilir. Xəstəyə 

daimi  nəzarət  Səhiyyə  idarələri  və  GEM-lər  tərəfindən  həyata 

keçirilir.


225

Xəstəyə diaqnoz qoyduqdan sonra onu müasir effektiv üsul-

larla  müalicə  edirlər.  Müalicənin  tez  başlanması  xəstənin  tez 

sağalmasına və xəstəliyin xroniki formaya keçməsinin qarşısının 

alınmasına səbəb olur.

Yoluxucu  xəstələrin  sağlam  törədicigəzdirənliyinin  böyük 

epi demioloji əhəmiyyəti vardır. Bəzi xəstəliklərdə (məs., qarın y a-

t a lağı) sağlam törədicigəzdirənlər törədicini bütün ömrü boyu ifraz 

edirlər. Onların aşkar edilməsi və müalicə olunmasının epidemi-

oloji əhəmiyyəti böyükdür. Belə törədicigəzdirənlərə qida, su t əc -

hizatı ilə əlaqədar idarələrdə işləmək qadağan edilir.

Yoluxma mexanizminə (yollarına) qarşı görülən tədbirlər

Yoluxucu xəstəliyin yoluxma mexanizminin qarşısının alın-

ması  epidemik  prosesin  inkişafına  mane  olur.  Bu,  mürəkkəb 

tədbirlər kompleksini nəzərdə tutur və adətən, ona nail olmaq o 

qədər də asan deyildir.

Məlum olduğu kimi, yoluxucu xəstəliklərin yoluxma mexa-

nizmi üç mərhələdən ibarətdir: törədicinin yoluxmuş orqa nizm-

dən  (xəstə  və  ya  törədicigəzdirən)  xaric  edilməsi,  onun  ətraf 

mü hit də qalması (yaşama müddəti ərzində) və nəhayət, sağlam 

şəxsin orqanizminə daxil olması (hər bir törədiciyə xas olan giriş 

qapısı  ilə).  Bu  zaman  törədicinin  mütləq  inkişaf  edə  biləcəyi 

or qana düşməsi vacibdir. Törədicinin ötürülməsində ətraf mühi-

tin  müxtəlif  amilləri  iştirak  edə  bilər.  Əsas  məsələ  ondadır  ki, 

epi demik prosesin istənilən mərhələsində törədicinin yayılması-

nın qarşısı alınsın. Bunun nəticəsində epidemik prosesin inkişafı 

dayandırılır.  Beləliklə,  yoluxucu  xəstəliklərin  hər  bir  qrupunun 

yoluxma mexanizmi aydınlaşdırıldıqdan sonra onlara qarşı pro-

filaktik və mübarizə tədbirlərini tətbiq etməklə xəstəliyin inkişa-

fının qarşısını almaq olar.

Yoluxma mexanizminin aydınlaşdırılması və yoluxucu xəs tə-

li yin yayılma yollarının müəyyən edilməsi və onlara qarşı yönəl-

dil miş  tədbirlərin  aparılması  nəticəsində  törədicinin  ötürülməsi 

d a y an dırılır.  Bu  tədbirlər  məcmuyunda  ocağın  zərərsiz ləş di ril-

mə si  böyük  yer  tutur.  Dezinfeksiya  və  dezinseksiya  yoluxucu 



226

xəstəliyin yayılmasında iştirak edən ətraf mühit amillərinin z ə-

rər  sizləş diril məsində həyata keçirilən əsas tədbirlərdəndir.

Dezinfeksiya (dezinseksiya) ocaqlı və profilaktik şəkildə apa -

rılır.  Ocaqlı  dezinfeksiya  öz  növbəsində  cari  və  son  (yekun) 

de zinfeksiyaya bölünür. Cari dezinfeksiya xəstənin yatağı y a nın-

 da bir neçə dəfə aparılır (xəstəxanada, evdə), son dezinfeksiya isə 

ocaqda xəstə (törədicigəzdirən) təcrid olunduqdan (hospitallaşdır-

dıqdan, öldükdən) və ya sağaldıqdan sonra aparılır. Son dezinfek-

siya bir dəfə aparılır.

Profilaktik  dezinfeksiyanın  (dezinseksiya)  aparılması  infek-

siya mənbəyinin olub-olmasından asılı deyildir, onu törədicinin 

ifraz edildiyi və ətrafa yayılması ehtimalı olan yerlərdə (vağzal-

lar, po liklinika, aeroport, kinoteatrlar, yeməkxanalar, kazarmalar 

və s.) və in sanların sıx toplaşdığı yerlərdə həyata keçirirlər. Son 

dezin  feksiyanı məcburi qaydada qarın yatalağı, paratiflər, dizen-

teriya,  vəba,  hepatit,  poliomielit,  difteriya,  skarlatina,  vərəm, 

cüzam, təbii çiçək, səpgili və qayıdan yatalaqlar, göbələk xəs tə-

lik ləri, dabaq, man qo, qara yara və taun xəstəliklərində aparırlar. 

Yoluxucu xəs tənin bütün əşyaları, məişət əşyaları, alt paltarı, y a-

taq ləvazimatı və digər əşyaları dezinfeksiya edilir. Ocaqda ilk 

növ bədə  ən  çox  yo luxmuş  obyektlər  (xəstənin  ifrazatı,  paltar, 

qab-qacaq)  zərər sizləşdirilir  və  kamera  üsulu  ilə  dezinfeksiya 

ediləcək əşyalar (yataq ləvazimatı – matras, adyal və s., üst g e-

yi mi,  kitab,  sə nədlər)  toplanır.  Bunlar  dezinfeksiyaedici  məh-

lul la islanmış torbalara yığılır və dezinfeksiya kameralarına gön-

dərilir. Xəstənin yatdığı otaq dezinfeksiya edilir. Bağırsaq qrupu 

y o luxucu xəstəliklərinə qarşı ocaqda dezinfeksiya apararkən h ə-

yət ayaqyolularını, zibil yeşiklərini və s. dezinfeksiya etmək l a-

zımdır. Yoluxucu xəstə evdə saxlanılarsa (diaqnoz qoyulana q ə-

dər), ocaqda cari dezinfeksiya aparılır. Onu xəstəyə qulluq edən 

şəxslər yerinə yetirir. cari dezinfeksiya üzərində nəzarət GEM-lər 

tərəfindən aparılır.


227

Həssas orqanizmə qarşı yönəldilmiş tədbirlər

Bu  və  ya  digər  yoluxucu  xəstəliyə  qarşı  həssaslığı  yaratmaq 

və ya artırmaq məqsədilə vaksinlərdən (öldürülmüş, diri və kim-

yə vi),  immun  zərdablardan  (immunoqlobulin)  və  bakteriofaqlar-

dan istifadə edilir.

Süni  immunizasiya  epidemiya  əleyhinə  tədbir  olmaqla  h ə-

mi şə  spesifikdir  və  ancaq  nəzərdə  tutulan  müəyyən  yoluxucu 

xəs təliyə qarşı immunitet yaradır.

Yoluxucu  xəstəliklərə  qarşı  profilaktika  və  mübarizədə  fəal 

immunizasiyaya böyük yer verilir. Son onillikdə əksər yoluxucu 

xəstəliklərə  qarşı  peyvəndlərin  aparılması  nəticəsində  böyük 

nailiyyətlər  əldə  edilmişdir.  Vaksinin  müxtəlif  yollarla  orqa-

niz mə yeridilməsi üsulları (aerozol, burundaxili, dəriüstü və s.) 

i şlənib  təcrübəyə  tətbiq  edilmişdir.  Müxtəlif  sayda  kompleks 

v ak sinlər  hazırlanıb  və  diri  vaksinlərdən  geniş  istifadə  edilir. 

Epidemiya əley hinə tədbirlər zamanı müxtəlif təsir mexanizmli 

bioloji preparatların işlədilməsinə üstünlük verilır.

Son  zamanlar  vaksini  orqanizmə  yeritmək  üçün  iynəsiz  in -

yek  torlar geniş tətbiq edilir. Bunun nəticəsində peyvən d lə mə nin 

sürəti  dəfələrlə  artır.  Həmçinin  peyvəndləmə  nəticəsində  baş 

verən  ağırlaşmaların  qarşısı  alınır  və  əhalinin  böyük  qrupunun 

eyni  vaxtda  immunizasiyası  üçün  şərait  yaranır.  Hazırda  qara 

yara,  bruselyoz,  tulyaremiya,  taun,  qarın  yatalağına  və  s.  qarşı 

ef   fektiv  vaksinlər  hazırlanmışdır.  Onlar  yüksək  immunoloji  və 

e pi demioloji əhəmiyyətə malikdirlər.

Müasir dövrdə peyvəndin planlı (profilaktik) şəkildə aparıl-

ması üçün peyvənd təqvimi tərtib edilmişdir. Epidemik gös tə riş-

lə rə  görə  peyvəndlər  müəyyən  xəstəliklərin  yayılma  təhlükəsi 

olduğu zaman aparılır.

Beləliklə, peyvənd vasitəsilə yoluxucu xəstəliklərə qarşı həs-

sas lığın  azaldılması  və  ya  immunitetin  artırılmasının  yoluxucu 

xəstəliklərlə mübarizədə mühüm epidemioloji əhəmiyyəti vardır. 

Bəzi xəstəliklərə qarşı aparılan immunizasiya əhali arasında d a-

vam lı  immunitet  yaradaraq  törədicinin  ləğvinə  gətirib  çıxara 

bilər. Təbii çiçəyə qarşı dünya miqyasında aparılan vaksinasiya 


228

n ə ticəsində  xəstəliyin  ləğv  edilməsini  buna  misal  göstərmək 

olar.

Yoluxucu xəstəliklərə qarşı mübarizədə, xüsusilə “uşaq inf ek-



siya larına”  qarşı  aparılan  tədbirlər  arasında  seroprofilaktikanın 

b ö yük  rolu  vardır.  Bu  məqsədlə  qızılca,  skarlatina,  epidemik 

parotit və s. yoluxmuş xəstələrlə təmasda olanların xəs tə lən mə si-

nin qarşısının alınmasında immunoqlobulindən istifadə e di lir.

Həssas kollektivlərin spesifik profilaktikası ilə yanaşı, onla-

rın  yoluxucu  xəstəliklərə  qarşı  ümumi  müqavimətini  artırmaq 

la zım dır. Bu məqsədlə fiziki məşğələlərdən, vitaminli qida və s. 

i s tifadə edilir.

Hər  hansı  yoluxucu  xəstəliklə  mübarizə  mürəkkəb  işdir  və 

g  e   niş  kompleks  tədbirlərdən  istifadə  edərək  epidemik  prosesin 

tər  kib  element lərinə  (infeksiya  mənbəyi,  yoluxma  mexanizmi, 

əha li nin həssas təbəqəsi) təsir etməklə ocaqda xəstəliyin tezliklə 

d a yan  dırılmasını və ləğvini təmin etmək olar. Müasir dövrdə yal-

nız  yoluxucu  xəstəliyə  qarşı  kompleks  epidemiya  əleyhinə  təd -

bir lərin həyata keçirilməsi ilə mübarizə aparmaq mümkündür.

Epidemiya əleyhinə tədbirlərin effektivliyi

Effektivlik  görünən  tədbirlərin  nəticəsi  ilə  ölçülür.  Belə  ki, 

epidemiya əleyhinə vasitələr və tədbirlər yoluxucu xəstəliklərin 

səviyyəsinə, tərkibinə və dinamikasına və əhalinin sağlamlığının 

digər göstəricilərinə (ölüm, əlillik və əmək fəaliyyətinin müvəq-

qə ti itirilməsi) təsir edərək onların yayılmasının qarşısını alır və 

bununla əhaliyə dəyən mənəvi və iqtisadi zərəri aradan qaldırır. 

Bunlara  əsasən  yoluxucu  xəstəliyə  göstərilən  təsirin  epidemio-

loji, sosial və iqtisadi əhəmiyyətə malik olduğu aydınlaşır.

Epidemioloji effektivlik epidemiya əleyhinə tədbirlərdən isti-

fadə  edərək  xəstəliyin  azaldılmasının  kəmiyyət  göstəriciləri  ilə 

qiy mətləndirilir.

Sosial effektivlik epidemiya əleyhinə tədbirlərin tətbiq edil-

məsi nəticəsində xəstəliyin enməsi səviyyəsi ilə hesablanır. Epi-

demiya  əleyhinə  vəsaitlərin  alınması,  onların  istifadə  edil məsi 

və  epidemiya  əleyhinə  tədbirlərin  aparılması  iqtisadi  məs rəfl ə 



229

bağ lıdır. Epidemiya əleyhinə vəsaitlər və tədbirlərin iqtisadi-so-

sial effektivliyinin hesablanması o vaxt aparılır ki, on ların tət bi-

qinə  xərclənən  dəyərin  vacibliyi  əsaslandırılsın  (xü su silə  baha 

başa gələn epidemiya əleyhinə vəsait və təd birlər). Təcrübi işdə 

m ü təxəssirlər çox vaxt epidemioloji təsir m əf humundan istifadə 

edirlər.

İdarə olunmayan yoluxucu xəstəliklər.  Bu  yoluxucu  xəs tə-

liklər qrupuna qarşı effektiv mübarizə tədbirləri mövcud deyildir.



İdarə olunan yoluxucu xəstəliklər.  Bu  yoluxucu  xəstəliklər 

qrupuna  qarşı  elmi  cəhətdən  əsaslandırılmış  təsirli  tədbirlər 

hazırlanmışdır və onların effektivliyi təcrübədə təsdiq olunmuş-

dur. İdarə olunan yoluxucu xəstəliklər iki əsas qrupa bölünür: 1) 

immunoprofilaktika  vəsaitləri  ilə  idarə  olunan  yoluxucu  xəs tə-

lik lər  və  2)  sanitar-gigiyenik  tədbirlərlə  idarə  olunan  yoluxucu 

x əs  təliklər. Streptokokk infeksiyasında, bununla yanaşı, müalicə 

tədbirləri  və  pensillin  sırasına  aid  dərmanlarla  müvəffəqiyyətlə 

mübarizə  aparıla  bilər.  İnsanların  ev  heyvanları  zoonozlariyla 

xəs  tələnməsinin profilaktikası sanitar-baytarlıq tədbirləri və pey-

vən dlərlə,  təbii-ocaqlı  yoluxucu  xəstəliklərdə  isə  məh dud laş dı-

rıcı və peyvəndləmə tədbirləri ilə aparılır.

İmmunprofilaktika vəsaitləri ilə idarə olunan yoluxucu xəs tə-

lik lərə aerozol antroponozlar aid edilir (vaksini olanlar).

Sanitar-gigiyenik tədbirlərlə idarə olunan yoluxucu xəs tə lik-

lə rə fekal-oral yoluxma mexanizminə malik olan antroponozlar 

da aid edilir. Bununla belə, çox fəal fekal-oral yoluxma mexa-

nizmi ilə yayılan yoluxucu xəstəliklərdə (poliomielit, A viruslu 

hepatit, Zonne dizenteriyası) sanitar-gigiyenik tədbirlərin effek-

tivliyi az olmuşdur. Poliomielitin idarə edilməsi ancaq vaksinin 

tətbiqi nəticəsində mümkün olmuşdur.

Məhdudlaşdırıcı tədbirlərin məzmunu və təşkili

Hər hansı bir yoluxucu xəstəlik ocağının ləğv edilməsinin əsas 

istiqamətləri aşağıdakılarla müəyyən olunur:

a) infeksiya mənbəyinin zərərsizləşdirilməsi üzrə tədbirlər;

b) törədicinin yoluxma mexanizminin qırılması üzrə təd bir lər;

c) əhalinin spesifik immunitetinin yaradılması üzrə təd birlər:



230

Tədbirlərin

 istiqamətləri

Tədbirlər

İnfeksiya 

mənbəyi


1.  İzolyasiya,  müalicə-diaqnostik,  rejim-məh-

dud  laş dı rı cı t əd birlər.

2. Sanitar-baytarlıq tədbirləri. Deratizasiya.

Yoluxma 


mexanizmi

3.  Əksepidemik  istiqamətli,  sanitar-gigiyenik 

təd bir lər.

4. Dezinfeksiya, dezinseksiya. 

Orqanizmin

həssaslığı

5. İmmunprofilaktika.

6. Təcili profilaktika.

Ümumi tədbirlər 7. Laborator tədqiqatlar.

8. Sanitariya maarifi işi.

Əvvəlcə infeksiya mənbəyinə qarşı aparılan tədbirləri araş dı raq.

İnfeksiya mənbəyinin məhv edilməsinə yönəldilmiş tədbirlər 

infeksiya mənbəyinin (antroponoz, zoonoz, zooantroponoz xəs tə -

liklər) xarakterindən asılıdır.

Antroponozlar zamanı aparılması vacib olan tədbirlər bunlardır:

1. kollektivi xəstə insan və ya törədicigəzdirəndən qoru maq;

2. infeksiya mənbəyini törədicidən azad etmək;

3.  canlı  keçiricilərin  infeksiya  mənbəyinə  yaxınlaşmasının 

qarşısını almaq (transmissiv antroponozlarda).

Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir: izolyasiya, 

müalicə-diaqnostik, rejim-məhdudlaşdırıcı tədbirlər.

İzolyasiya – ocaqda əksər infeksion xəstəliklərdə aparılan i l-

kin  əksepidemik  tədbirlərdən  biridir.  İzolyasiya  xəstənin  və  ya 

xəstəliyə  şübhəli  şəxsin  müvafiq  müalicə-profilaktik  müəs si sə-

lə rə  (somatik  xəstəxananın  infeksion  izolyatoru,  yataqxana,  g ə-

mi, qatarda və s. yoluxucu xəstələr üçün izolyator, infeksion şö -

bə nin  və  ya  xəstəxa nanın  boksu  və  ya  palatası)  yerləşdirilməsi 

ilə əldə edilir. Xüsusi təhlükəli infeksiyalarda xəstəni xüsusi hos-

pitallarda  yerləşdirirlər.  İzolyasiya  xəstənin  və  ya  törə di ci gəz-

dirənin tam sağalmasına qədər davam edir. Onun müddəti x ü susi 

təlimatlarda göstərilir.



231

Bəzi  infeksiyalarda  xəstə  və  ya  törədicigəzdirən  evdə  (əgər 

ş ə rait  imkan  verirsə,  həkim-epidemioloq  icazə  verirsə)  izolya-

siya  olunur.  Yuxarı  tənəffüs  yollarının  xəstəliklərindən  yalnız 

v ə rəm və cüzamda uzunmüddətli izolyasiya tətbiq olunur.

Məcburi hospitalizasiya – aşağıdakı yoluxucu xəstəliklərdə 

aparılır:

1. Antroponozlar:  qarın  yatalağı, A  və  B  paratifləri,  səpgili 

yatalaq,  difteriya,  vərəm  (bakterial  forması),  poliomielit,  təbii 

çi çək, vəba, viruslu hepatitlər, cüzam, sifilis.

2. Zooantroponozlar: taun, qarayara və s.

Xəstənin  məcburi  hospitalizasiyadan  boyun  qaçırması  q a-

nun la  cəzalandırılır.  Xəstələrin  hospitalizasiyası  müalicə-profi-

laktik idarələrin köməyi ilə xüsusi nəqliyyatla aparılır ki, sonra-

dan o, mütləq dezinfeksiyaya məruz qalmalıdır.

Xəstələrin  və  törədicigəzdirənlərin  hospitalizasiyasının  epi-

demioloji əhəmiyyəti effektiv etiotrop terapiyanın aparılması və 

ya  infeksiya  mənbəyi  tərəfindən  xaric  edilən  törədicinin  dövr 

etməsinin  qarşısını  alan  digər  tədbirlərin  həyata  keçirilməsi 

zamanı daha çox artır.

Xüsusi təhlükəli infeksiyalarda (XTİ) həm xəstələr, həm də 

onunla təmasda olanlar izolyasiya edilir. XTİ halları (taun, təbii 

çiçək, vəba) baş verən yaşayış məntəqə lə rində rejim-məh dud laş-

dı rıcı  tədbirlər  həyata  keçirilir.  Burada  məq səd  –  xəstələrlə  t ə-

mas   da  olanların  arasından  potensial  infeksiya  mənbələrinin 

yerdəyişməsini azaltmaq və bununla infeksiyanın ocaqdan k ə na-

 ra çıxmasının qarşısını almaqdır.

Məhdudlaşdırıcı  tədbirlər  sırasına  aşağıdakılar  aiddir:  tibbi 

müşahidə, observasiya, karantin.



Tibbi müşahidə – infeksion xəstələrin fəal aşkar edilməsinə 

yönəldilərək termometriya, müayinə, laborator tədqiqatlar, izol-

yasiya  və  hospitalizasiya  tədbirləri  aparmaqla  yekunlaşır.  Xəs-

tələr infeksiya mənbəyi olmadıqda (əksər zoonozlarda) tibbi m ü-

şa hidə  ilə  kifayətlənirlər.  Xüsusi  təhlükəli  infeksiyalarda  isə 

o   b   ser vasiya qoyulur.



Observasiya – xüsusi təhlükəli infeksion xəstəliklərin yayıl-

ması təhlükəsinin qarşısını almağa yönəldilmiş izolyasiya-məh-



232

dud laşdırıcı  və  müalicə-profilaktik  tədbirlərin  yerinə  y e ti ril mə-

sini nəzərdə tutan tədbirlər sistemidir. Observasiya dedikdə tibbi 

müşahidə başa düşülür. Praktikada observasiya rejimi güclü tib bi 

müşahidə  ilə  yanaşı,  əlavə  məhdudlaşdırıcı  tədbirləri  də  (hərə-

kətin hissəvi məhdudlaşdırılmasını) nəzərdə tutur. Təmasda o l an  -

lar adi həyat tərzi keçirirlər, lakin onlar müəyyən vaxtlarda tibbi 

müayinə üçün müraciət etməli və həkimin təyin etdiyi mü hüm 

təhlükəsizlik tədbirlərinə əməl etməlidir.

Karantin – hərfi mənada 40 gün deməkdir (quarantena – ital-

yanca  “40”  deməkdir).  Bu  termin  orta  əsrlərdə  dəniz  gəmi lə-

rin də taunla yoluxma ehtimalı olduqda, reyd zamanı onların 40 

gün ərzində saxlandıqları üçün işlədilmişdir.

karantin  –  ocağın  tam  izolyasiyası  və  xəstəliyin  tam  ləğv 

edil məsinə  yönəldilmiş  əksepidemik  tədbirlər  sistemində  nə -

zər də tutulan rejim-məhdudlaşdırıcı tədbirlərdir. Karantin a n caq 

infek si  yanın geniş yayılması təhlükəsi olduqda həyata keçirilir.

Karantində observasiya tədbirlərinə əlavə olaraq ocağın sər-

həd lərinin silahlı qüvvə ilə qorunması (zəncirvari) tətbiq edilir, 

əvvəlcədən müşahidə və müayinə olunmadan ocaqdan çıxış q a-

dağan edilir.

Təhlükəli hallarda Respublika Səhiyyə Nazir liyinin qərarı ilə 

Karantin həyata keçirilir. Observasiya və karantin şəraitinə düş-

məyən bir çox xəstəliklərdə infeksiya mənbəyinin izolyasiyasın-

dan və ocağın dezinfeksiyaedici preparatlarla işlən mə sin dən s on -

ra  ocaqda  tibbi  müşahidə  qoyulur.  Digər  hallarda  yoluxucu 

x əs     təlik keçirmiş rekonvalessentləri dispanser müşahidəyə (dis-

panserizasiya) alırlar.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin