Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə20/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

Dispanserizasiya  –  bu  kateqoriyalı  (qarın  yatalağı,  viruslu 

hepatitlər, dizenteriya, bruselyoz, vərəm keçirmiş) şəxslərin m ü-

şa   hidəyə alınması, onların sağlamlıq vəziyyəti üzərində dinamik 

müşahidənin aparılması, residivlərin və ağırlaşmaların erkən a ş-

kar edilməsi, törədicigəzdirənlərin ambulatoriya və ya stasionar-

larda  sanasiyası  məqsədini  güdür.  Dispanserizasiya  müalicə-

profilak tika şəbəkəsi işçiləri tərəfindən GEM-in nəzarəti altında 

aparılır.

Zooantroponozlarda infeksiya mənbəyinə qarşı seçici təd bir-

lər  həyata  keçirilir.  Belə  ki,  zooantroponozlarda  ev  heyvan la rı 

məhv  edilir,  onların  cəmdəyi  isə  sonradan  utilizasiyaya  məruz 


233

qalır. Məsələn, bruselyoz, vərəm və s. xəstəliklərdə xəstə hey v an    -

ları sanitar-qəssabxanalarda öldürür və heyvan xammalı y e ni  dən 

emal  edilir;  qarayarada  xəstələrin  meyidi  və  ölən  heyvanların 

cəsədi  utilizasiya  edilmədən  yandırılır.  Çoxqiymətli  heyvanlar-

dan (mal-qara, bahalı xəz məmulatı olan gəmiricilər və s.) söh bət 

getdikdə  isə  xəstə  heyvanların  saxlanılması  və  sanasiyası  üçün 

xüsusi təsərrüfatlar yaradılır.

Bəzi hallarda infeksiya mənbəyi ilə təmasda olanların, həm-

çinin  ümumi  yoluxma  mexanizminin  (su,  qida  məhsulu,  keçi-

ricinin fəaliyyət zonası) təsir radiusunda olanların aşkar edilməsi 

və hospitalizasiyası ilə yanaşı, təcili profilaktika və ya profilak-

tik müalicə metodu tətbiq edilir. Məsəsən: vəbada – antibio tik-

op  ro filaktika, qızılcada – qlobulinprofilaktika, qarın yatalağı, d i-

zenteriyada  və  s.  zamanı  faqoprofilaktika  və  digər  tədbirlər 

apa  rılır ki, burada məqsəd inkubasiya dövründəcə infeksion xəs-

tə liyin qarşısını almaqdır.

Onu da qeyd etmək lazımdır ki, heç də həmişə hərtərəfli tibbi 

müşahidə  ilə  törədicigəzdirənin  aşkar  edilməsinə  nail  olunmur. 

Bununla  əlaqədar  törədicigəzdirənliklə  müşayiət  olu nan  infek-

son  xəstəliklərdə  (məs.,  dizenteriya,  amöbiaz,  menin qokokk 

infeksiyası, poliomielit, difteriya və s.) bakterioloji (parazitoloji) 

t  əd  qiqatların aparılması zərurəti yaranır. Ocaqda olan və y o lux-

 ma təhlükəsinə məruz qalan şəxslər bu müayinələrə ilk n öv bədə 

cəlb olunurlar. Bağırsaq infeksiyalarında, adətən, bu törə dici gəz-

dirənlər yeganə su təchizatı sistemi (qurğu), ayaqyolu ilə bağlı 

olan, yoluxmuş eyni məhsuldan istifadə edən və s. şəxs lərdir.

İnfeksiya mənbəyinin aşkar edilməsində əhalinin özünün ş ü-

urlu, fəal iştirakının əhəmiyyəti xüsusilə böyükdür. Bu, əhali ara-

sında  sanitar  maarifi  işini  gücləndirməklə,  müxtəlif  disputlar, 

söhbətlər  və  müsahibələr  keçirməklə,  digər  təşviqat  vasi tə lə rin-

dən – broşura, plakat, vərəqələr və s. istifadə etməklə əldə olunur.

 


234

Xəstəxanadaxili yoluxmaların profilaktikası

İnfeksion  xəstəliklərin  profilaktikasında  müalicə  profilaktik 

müəssisələrdə (MPM) sanitar əksepidemik rejimin düzgün təşkil 

olunmasının böyük əhəmiyyəti vardır. Burada əsas MPM-ə ida-

rə lərə  gələn  digər  şəxlərin  xəstələrlə  təmasda  olmaq  imkanını 

aradan qaldırmaqdır.

Xəstəxanadaxili yoluxmaların profilaktikası ilk növbədə ida rə-

nin (binanın) düzgün planlaşıdırlması, bu müəssisədə əks epide-

mik rejimin yerinə yetirilməsi, həmçinin xəstələrin evdə saxlan-

ması zamanı, xüsusən epidemik şəraitin qeyri-qənaətbəxş o l  duğu 

vaxtda tam tibbi xidmətlə təmin olunması ilə əldə edil m ə  lidir.

Uşaqlar “filtr”dən və ya qəbul bokslarından keçdikdən sonra 

daxil  olurlar.  Girişdə  yerləşdirilmiş  “filtr”də  tibb  bacısı  hər  bir 

u şa ğı müayinə edir. “Filtr”də izolyator olmalıdır. Yoluxucu xəs-

təlik əlaməti olmayan uşaqlar ümumi otağa keçirlər.

Poliklinikadan  çıxış  digər  qapıdan  olur.  Uşaqda  yoluxucu 

xəstəlik əlamətləri olduqda onu müayinə edən şəxslə birgə izol-

yatora keçirirlər. Burada xəstəni həkim müayinə edir və ona qar-

şı lazımi müalicə tədbirlərini həyata keçirir. Əgər uşaqda hos pi-

ta lizə olunacaq xəstəlik aşkar edilibsə, onu izolyatordan b ir  başa 

yoluxucu xəstəxanaya göndərirlər. İzolyator sonradan d e zin fek-

siya edilməlidir.



Sahə terapevti və pediatrının işi

İnfeksion  xəstəliklərlə  mübarizə  xüsusi  sanitar-əksepidemik 

i darələr  tərəfindən,  habelə  GEM-in  iştirakı  ilə  həyata  keçirilir. 

L a kin  bu  işdə  həmçinin  bilavasitə  müalicə  şəbəkəsinin  polikli-

nika, ambulatoriya, feldşer məntəqələri, uşaq müəssisələri və s. 

i şçiləri də iştirak edirlər.

Tibb işçilərinin əsas vəzifəsi xəstələri yüksək keyfiyyətli tibb 

xidməti ilə təmin etmək, həmçinin onlara xidmət edən heyət ara-

sında  profilaktik  işi  həyata  keçirməkdir.  Buna  görə  də,  bütün 

əksepidemik işin effektivliyi ümumilikdə bilavasitə müalicə h ə-

kim lərinin vəzifələrinə aid olan əksepidemik və profilaktik işin 


235

aparılmasının tamlığından, keyfiyyətindən və vaxtında aparılma-

sın dan sıx asılıdır.

Sahə həkiminin vəzifələrindən biri yoluxucu xəstələrin erkən 

diaqnostikası  və  xidmət  olunan  ərazidə  epidemik  ocağın  vax-

tında  ləğv  edilməsidir.  Bu  ilk  növbədə  müalicə  profilaktika  i ş-

çilərinin – sahə həkimləri və uşaq müəssisələrinin həkimlərinin 

fəaliyyətlə rindən birbaşa asılıdır. Belə ki, infeksion xəstəliyi a ş-

kar  etmədən  epidocağın  olması  haqqında  sanitar-əksepidemik 

xi d mət heç bir məlumat ala bilməz.

Sahə  həkimləri  yalnız  infeksion  xəstəliklərin  diaqnostikası 

məsələlərini  deyil,  həmçinin  onların  epidemiologiyasını  da  bil-

mə lidirlər.  Belə  ki,  keyfiyyətli  yığılmış  epidemioloji  anamnez 

həkimə xəstəliyi daha erkən vaxtlarda aşkar etməyə imkan verir.

Heç bir xəstə, xüsusən yüksək hərarətli xəstə, diaqnozu d ə-

qiq təyin olunmadıqda evdə 3 gündən artıq saxlana bilməz. B e  lə 

xəstələri yeni xəstələnmə hallarının qarşısını almaq məq sə di ilə, 

həmçinin stasionarda daha keyfiyyətli diaqnostika aparmaq üçün 

imkan daxilində hospitalizasiya etmək lazımdır.

Diaqnoz  qoyulduqdan  sonra  müalicə  həkimi  mütləq  sahədə 

infeksion xəstəlik ocağının olması haqqında məlumat verməlidir.

Xəstənin  hospitalizasiyasından  sonra  ocaqda  yekun  dezin-

feksiya aparılır. İnfeksion xəstəliyə şübhə olduqda təcili bildiriş 

vərəqəsi doldurulur. Bundan başqa, hər bir xəstələnmə halı yolu-

xucu xəstəliklərin qeydiyyatı jurnalında (f.60) qeydə alınır ki, bu 

da müalicə-profilaktik və uşaq müəssisələrində mütləq dolduru-

lur. jurnalda ilkin diaqnoz, əgər sonradan dəyişiklik olarsa, “D i-

aqnozun  dəyişilməsi”  qrafasında  son  diaqnoz  haqqında  l a zı  mi 

m ə lumat yazılır.

Xəstəlik ocağında müalicə həkiminin vəzifəsi xəstə ilə tə ma s-

 da olan bütün şəxsləri müəyyən etmək və onlar üzərində müşa-

hidə  aparmaqdır.  Tibbi  müşahidə  xəstənin  hospitalizasiyası  g ü-

nün dən və ocağın işlənməsindən başlayaraq, maksimal i n k ub asiya 

müddəti ərzində qoyulur. Əgər onların arasında su təc hizatı sis-

temi,  uşaq  müəssisələrinin  işçiləri  və  bilavasitə  müalicə  müəs-

sisələrində çalışan şəxslər, həmçinin uşaq müəssisələrinə ge dən 

uşaqlar  varsa,  onda  belə  hallarda  onlar  müvəqqəti  işdən  kənar 


236

edi lir, uşaqlar isə uşaq müəssisələrinə buraxılmır. Təc rid olun ma-

nın  müddəti  müxtəlifdir.  O,  hər  bir  infeksiyada  fərdi  g ö tü rü lür 

və əsasən xəstəliyin inkubasiya dövrü ilə müəyyən edilir.



Poliklinikanın əksepidemik işi 

Tədqiqat  baş  həkim  (və  onun  köməkçisi),  baş  tibb  bacısı, 

hə kim-immunoloq və s., yəni bilavasitə əksepidemik və profi l ak  -

ti ki işə cavabdeh olanların iştirakı ilə aparılır. Epidemioloji müa-

yinənin nəticələri akt şəklində tərtib edilir. Epidemioloq müa yi nə-

nin əvvəlində həmin müəssisə haqqında GEM-də olan s ə   n ə d   lərlə 

tanış olur.

Uşaqpoliklinikasınınmüayinəplanı.

Epidemioloji əhəmiyyəti olan ümumi məsələlər:

1. Bina (tipləşdirilmiş, uyğunlaşdırılmış), sanitar-kommunal 

vəziyyət  (su  təchizatı,  isti  su  ilə  təmin  olunma,  kanalizasiya, 

ven tilyasiya, qızdırıcı şəbəkə), xəstə uşaqların qəbulu üçün filtr 

və boksların varlığı və yerləşdirilməsi, əməliyyat kabineti, pey-

vənd kabineti, kartoteka, sterilizasiya otağı, biokimyəvi, kliniki 

laboratoriyaların yerləşdirilməsi.

2. Xidmət göstərilən əhalinin, o cümlədən 1 yaşa qədər uşaq-

ların, mütəşəkkil və evdə tərbiyə alan uşaqların sayı.

3. Poliklinikaların xidmət göstərdiyi həkim sahələrinin, uşaq 

mək təbəqədər müəssisələrin, məktəb, məktəb-internatların, uşaq 

evləri və s. idarələrin sayı.

4. Poliklinikanın ştatı, həkimlərlə, orta və kiçik tibb heyəti ilə 

təc hizatı. Ştatda ixtisas həkimlərinin (dezinfektor, immunoloq) o l-

ması. 


Profilaktik və əksepidemik tədbirlər kompleksinə aiddir:

1. Ayrı-ayrı nozoloji formalar (infeksiyalar qrupu) üzrə profi-

laktik  və  əksepidemik  tədbirlər  planının  olması,  tamlığı,  vax-

tında aparılması və bu tədbirlərin kompleksliyi.

2. Ayrı-ayrı nozoloji formalar zamanı axırıncı 3-4 il ərzində 

və  cari  ilin  keçən  ayları  (3-6-9)  üzrə  dinamikada  1000  uşağa 

g ö  rə infeksion xəstəliyin səviyyəsi. 


237

3.  Xəstəliyə  şübhəli  şəxslərin  və  xəstə  uşaqların  qəbulunun 

ar dı  cıl lığı, onların laborator müayinəsi.

4.  Poliklinikanın  sanitar  vəziyyəti,  boksların,  qurğuların  tə -

miz   lənməsi və zərərsizləşdirilməsi, bunun üçün təlimat ların ol -

ması və o n ların yerinə yetirilməsi.

5. Diaqnostik vəziyyəti: onun vaxtında qoyulması, diaq nos ti-

kanın gecikməsinin səbəbləri. Bağırsaq pozğunluğu olan xəs tə-

lə rin, həmçinin evdə müalicə alanların bakterioloji müayinəsinin 

tamlığı və vaxtında aparılması.



Poliklinikada yoluxucu xəstəliklərin, həmçinin onun xroniki

formalarınınqeydiyyatınınvəziyyəti.

Yoluxucu xəstəliklərin qeydiyyatı jurnalının doldurulmasının 

düzgün aparılmasının, qeydiyyatın tamlığının gözlənilməsi.

Hospitalizasiyanın vəziyyəti (tamlığı, vaxtında aparılması,

evdəmüalicəolunmanıntezliyi).

Carivəyekundezinfeksiyanınvəziyyəti(tamlığı,zərərsizləşdi-

rilməninkeyfiyyəti,dezinfeksiyanınaparılmasıtezliyi,səbəbləri).

Tibb  alətlərinin  mexaniki  təmizlənməsinin  və  sterilizasi ya-

sının keyfiyyəti (mərkəzləşdirilmiş sterilizasiyanın olması, onun 

iş rejimi, alətlərin komplektasiyası. Benzidin sınaqlarının qoyul-

masının ardıcıllığı və tezliyi). Müayinə vaxtı benzidin sınağının 

qoyulmasının nəticələri.



Təmasdaolanlaraqarşıgörüləntədbirlər:

Təmasda olanların qeydiyyatı jurnalı, təmasda olanlar üzə rin-

 də müşahidə vərəqələrinin doldurulmasının, o cümlədən bakte ri  o-

loji, biokimyəvi və s. müayinələrin aparılmasının tamlığı.

6. Xəstəlik keçirənlərin və xronik formalı xəstələrin dispan-

serizasiyasının vəziyyəti. 

7. İnfeksion xəstəliklərin təhlili və poliklinikada dispan se ri za-

siyanın keyfiyyəti və tamlığı. Hesabat formalarının (f.1, 2) təh lili.

8. Profilaktik peyvəndlər xüsusi planla yoxlanılır. 

9. Sanitariya maarif işi.

10. Kadrlarla iş.


238

Böyüklər üçün poliklinikada sahələr üzrə aparılan bütün əks-

epidemik iş yoluxucu xəstəliklər kabinetinin rəhbərliyi ilə birgə 

təşkil edilir. Bu poliklinikaların profilaktik və əksepidemik işinə 

epi  demioloq İXK-nin həkiminin bilavasitə iştirakı ilə birgə n ə-

zarət edir. 

Göstərişlərlə  yanaşı,  xəstəni  və  onu  əhatə  edənlərin  məişət 

şəraiti öyrənilir, onları tam izolyasiya etmək, lazımi effektiv m üa-

licəni həyata keçirmək və xəstələrə qulluğu təmin etmək imkanı 

da nəzərə alınır. Bu sahədə aparılan daha böyük iş həmin mən-

təqələrdə planlı surətdə və epidemioloji göstərişlərə əsasən yolu-

xucu xəstəliklərin spesifik profilaktikası üzrə görülən i ş lər dir.

  Bütün  profilaktiki  işə,  peyvənd  profilaktikası  da  daxil  o l-

maqla,  GEM-in  epidemiya  əleyhinə  şöbəsi  və  poliklinikalarda 

x ü susi yaradılmış peyvənd kabinetləri tərəfindən rəhbərlik edilir. 

 Uşaq poliklinikalarının əsas vəzifəsi (həmçinin həkim mən-

təqələri və feldşer-mama məntəqələrində tibb işçilərinin) 14-16 

yaşa  qədər  uşaqların  sağlamlığı,  habelə  onların  fiziki  inkişafı 

üzərində müşahidə aparmaqdan ibarətdir. 

 Uşaqlara xidmət göstərən tibb işçilərində həmin ərazidə olan 

uşaqların sayı və yaş tərkibi haqqında dəqiq məlumatlar olmalı-

dır. Uşaq kontingentinin dəqiqləşdirilməsi doğum evləri, ev ida-

rələri və nikah idarələri ilə sıx əlaqə əsasında əldə edilir. Əra ziyə 

yeni gələn hər bir uşağın vaxtında və dəqiq qeydə alınması üçün 

uşağın inkişaf tarixi tərtib edilir və peyvəndlərin qeydiyyatı kar-

tası  doldurulur.  Ərazidən  gedən  uşaqlar  qeydiyyatdan  ç ı xa-

rılmalıdır. 

 Gündəlik qeydiyyatdan əlavə, ildə 2 dəfə ərazidə olan uşaq-

lar haqqında məlumatlar tibb işçiləri tərəfindən evlərə patronaj-

lar edilməklə yoxlanılmalıdır. 

  Bu  cür  aparılan  qeydiyyat  uşaqların  tam  profilaktik  pey-

vənd  lərlə təmin olunması üçün vacibdir. Uşaq poliklini kala rının, 

həmçinin həkim məntəqələrinin həkimləri əhali arasında və m ü-

tə şəkkil  uşaq  kollektivlərində  –  uşaq  bağçaları,  yaslı,  uşaq  e v-

ləri,  məktəb,  internatlarda  böyük  profilaktik  iş  aparırlar.  Onlar 

bu işi GEM-in rəhbərliyi altında yerinə yetirirlər.



239

Dezinfeksiya

Dezinfeksiya və dezinseksiya əksepidemik işin tərkib hissəsi 

olub, törədicinin yoluxma yolları və amillərinin, deratizasiya isə 

in feksiya mənbəyinin aradan qaldırılmasına yönəldilmişdir.

Dezinfeksiya xüsusi şəhər dezinfeksiya mərkəzinin və Gigi-

yena və Epidemiologiya mərkəzlərinin işçiləri tərəfindən həyata 

keçirilir.  Onların  tərkibində  profilaktik,  ocaqlı  və  kamera  i ş lə-

mə si  şöbəsi  vardır.  İşi  həkim-dezinfeksionistlər,  deztəli matçılar 

və dezinfektorlar təşkil edir.

Profilaktik  dezinfeksiya  şöbəsinin  funksional  vəzifələrinə 

m ü əs sisələr və idarələr arasında bağlanmış müqavilələr əsasında 

dezinfeksiya, dezinseksiya və deratizasiyanın aparılması aiddir.

Ocaqlı dezinfeksiya şöbəsi ev ocaqlarında, məktəbəqədər uşaq 

müəssisələrində,  məktəb-internatlarda,  yataqxanalarda,  sta si o nar-

larda və s. zərərəsizləşdirmə aparırlar.

Kamera dezinfeksiyası şöbəsinin sanitar buraxıcısı vardır və 

vərəm, səpgili yatalaq, viruslu hepatitlər, kəskin bağırsaq infeksi-

yaları,  digər  xəstəliklər  ocağından  götürülmüş  əşyaların,  həm-

çinin stasionarlarda yataq ləvazimatlarının dezinfeksiya və ya d e -

zi n seksiyası üçün dezinfeksiya kameraları ilə təchiz olunmuşdur.



Dezinfeksiya  –  xəstəliklərin  yayılmasının  qarşısını  almaq 

məqsədilə yoluxucu xəstəliklərin törədicilərinin (bakteriyaların, 

virusların,  ibtidailərin  və  s.)  məhv  edilməsidir.  Dezinfeksiya 

geniş mənada – ətraf mühit obyektlərində yoluxucu xəstəlik t ö-

rədicilərinin – bir çox xəstəliklərdə infeksiya mənbəyi və ya k e -

çi   rici sayılan həşəratların və məişət parazitlərinin (dezinsek siya), 

həmçinin  gəmi ricilərin  (deratizasiya)  məhv  edilməsinə  y ö nəl  -

dilmiş  xüsusi  tədbirlər  kompleksidir.  Dezinfeksiyanın  profilak-

tik, cari və yekun növləri vardır.

Profilaktikdezinfeksiya yoluxucu xəstəliklərin olub-olma ma-

sından asılı olmayaraq daima aparılır və onların yaranmasının və 

yayılmasının qarşısının alınmasına yönəldilmişdir. Belə ki, i ç mə-

 li suyun, çirkab sularının, ümumi istifadə yerlərinin və s. z ə rə r   siz-

ləş dirilməsi müntəzəm şəkildə aparılır.

Caridezinfeksiya bilavasitə xəstənin və ya törədicigəz dirənin 

ətrafında  həyata  keçirilir  və  yoluxucu  xəstəliklərin  törədici lə ri-



240

nin ətraf mühitdə yayılmasının qarşısının alınması məqsədilə a pa-

rılır.

Yekundezinfeksiya – xəstənin təmasda olduğu obyektlər v a-

si təsilə yoluxucu xəstəliklərin törədicilərinin yayılmasının qarşı-

sını almaq məqsədilə aparılır və bir dəfə – xəstənin təcrid edil-

mə sindən sonra yerinə yetirilir.

Dezinfeksiyanın  aparılması  üçün  dezinfeksiya vasitələri  – 

kim yəvi və bioloji preparatlar, fiziki qurğular və aparatlar i ş lə-

dilir ki, bunlar insan və heyvanların müxtəlif xəstəliklərinin t ö-

rə dicilərinin  məhv  edilməsi  (dezinfeksiya  və  sterilizasiyaedici 

vasitələr), xəstəlik lərin törədicilərinin keçiriciləri və təbii rezer-

vuarları – buğu ma yaqlılar (insekto-, akarisid və repellent vasi tə-

lər) və gəmiricilər (rodentisidlər) ilə mübarizə üçün n ə zər də t u-

tulmuşdur.

Dezinfeksiyada 3 əsas metod işlədilir: fiziki, kimyəvi və bioloji.

Biolojimetod təmizləyici qurğularda və bioloji oksidləşdirici 

nohurlarda çirkab sularının zərərsizləşdirilməsi üçün tətbiq edi-

lir. Buğumayaqlılarla mübarizədə bioloji metodlar da tətbiq edi-

lir. Bu hallarda törədicinin populyasiyasını azaltmaq məqs ədilə 

parazitlər,  yırtıcılar,  xəstəliklərin  törədiciləri  (viruslar,  gö bə lək-

lər, bakteriyalar, mikrosporidiyalar), bioloji aktiv mad də lər (hor-

monlar, feromonlar, sterilyantlar) işlədilir. Dezinseksiyanın bio-

loji  metodu  buğuma yaqlıların  bakteriyalar,  viruslar,  göbə ləklər 

və s., həmçinin yırtıcılar- entomofaqlardan istifadə et mək lə bio-

loji vasitələrlə məhv edilməsinə yönəldilmişdir.



Fiziki  vasitələrin  və  üsulların  istifadəsinin  məqsədi  fiziki 

amil lərin onlara təsir etməsi yolu ilə potensial təhlükəli mikroor-

qanizm lərin ətraf mühit obyektlərində məhv edilməsi və kənar-

laş  dırılmasıdır. Bunlara aiddir: mexaniki (yuma, çırpma, süpürmə, 

nəm  yığışdırma,  tozsoranla  təmizləmə),  havaya  vermə,  ventil ya-

siya,  ultrabənövşəyi  şüalar,  ultrasəs,  rütubətli  isti  (qaynatma  və 

1 00

0

C-də su buxarı), yandırma, pasterizasiya (mayenin 30  də qiqə 



ərzində 70-80

0

C temperaturda qızdırılması), günəş işığı, radioaktiv 



şüalanma.

Dezinfeksiyanın mexaniki üsulu daha sadə və əlçatandır, l a-

kin onlar yalnız mikrobların miqdarını azaltmağa imkan verir.


241

Qaynatma qaynar suda korlanmayan əşyaların zərər siz ləş di-

ril  məsinin sadə, əlçatan və etibarlı üsuludur. Qaynatma qabların, 

tüpürcək  qablarının,  ləyənlərin,  ağların,  dəsmalların,  xələtlərin, 

qi da qalıqlarının zərərsizləşdirilməsi üçün tətbiq olunur. Bakteri-

yaların əksəriyyəti qaynar suda ya ani, ya da 2-5 dəqiqə ərzində 

məhv olur. Lakin bəzi viruslar, məsələn, B və C viruslu hepatit, 

qarayaranın sporları yalnız 60 dəqiqədən sonra, tetanus sporları 

– 3 saatdan sonra, botulizm törədicisinin sporları isə 6 saatdan 

sonra məhv olurlar. Qaynayan suyun dezinfeksiya təsiri çay so da-

sının 2%-li məhlulu və sabun əlavə edildikdə daha da güc lənir.

Yüksək  temperatura  qədər  qızdırılma  bütün  mikroor qaniz m-

lərin, o cümlədən spor formalarının ölümünə səbəb olur və m e tal 

əşyaların  sürətli  dezinfeksiyasında  qaz  alovu,  spirtdə  isladılmış 

yanar taponun üzərində közərtməklə işlədilir. Ləyənlər, tibbi t ə  yi -

natlı metal əşyalar (qayçılar, tutqaclar və s.) belə zərər siz ləş di rilir.

Azqiymətli  çirklənmiş  əşyaları,  məsələn,  makulatura,  zibil, 

cır-cındır, bint və s. yandırmaqla zərərsizləşdirilir.

Ultrabənövşəyi  şüalar  yüksək  bakterisid  xüsusiyyətə  malik-

dir, ona görə ultrabənövşəyi lampalar xəstəxana tikili lərinin, ilk 

n öv bədə  cərrahiyyə,  sarğı,  əməliyyat  kabinetlərinin  dezinfeksi-

yası üçün geniş işlədilir.

Günəş şüaları da həmçinin yaxşı dezinfeksiya təsirinə malik-

dir, bu effekt əsas etibarilə onun ultrabənövşəyi spektri hesabı-

nadır. Ona görə günəşli havada ağları sərmək daha məq sə də uy-

ğun dur.

Dezinfeksiyanın kimyəvivasitələri sulu məhlullar, emulsi ya-

lar,  suspenziyalar,  aerozol,  tozlar,  polimer  örtüklər,  bakterisid 

x a s  səli parçalar şəklində işlədilir. Müalicə-profilaktika müəssisə-

lərində  böyük  miqdarda  kimyəvi  dezinfektantlar  tətbiq  edilir, 

onların hər birinin özünün antimikrob təsir spektri və əlavə ef -

fekti vardır.

Bakteriyalar, vərəm mikobakteriyaları, spor, kif göbələk ləri, 

maya göbələkləri, viruslara qarşı dezinfeksiya effekti mikrobio-

loji aktiv komponentlərdən asılıdır. Sonuncular qismində haloid-

tər kibli, oksigentərkibli, səthi-aktiv maddələr, quanidinlər, a l de-

hid lər, spirtlər və s. işlədilir.



242

Haloidtərkibli birləşmələrə  xlorlu birləşmələr aiddir: hipox-

lo  ridlər,  xloraminlər,  izosianur  turşusunun  duzları,  elektro kim-

yəvi aktivləşdirilmiş məhlullar.



Xlortərkibli dezinfektantlar  geniş  spektrli  mikrobəleyhinə 

a k tivliyi,  tez  təsir  etməsi  ilə  fərqlənirlər,  onlar  nisbətən  ucuz-

durlar.  Lakin  korroziya  təsiri  ilə  bağlı  olaraq,  onlar  metaldan 

hazırlanmış  məmulatların  dezinfeksiyasında  işlədilə  bilmir, 

həm  çinin bu preparatların qıcıqlandırıcı təsiri, özünəməxsus iyi 

vardır. Tərkibində aktiv komponent kimi hidrogen peroksid olan 

və  oksigentərkibli  birləşmələrə  aid  edilən  preparatlar  yüksək 

dezinfeksiya effektinə malikdir. Onlar müxtəlif səthlərin, mebe-

lin,  əşyaların,  ağların,  qabların,  xəstələrə  qulluq  əşyalarının, 

rezindən,  plastmasdan,  şüşədən  hazırlanmış  tibbi  təyinatlı  alət-

lərin  dezinfeksiyasında,  habelə  sterilizasiya  məqsədilə  istifadə 

olunur.


Səthi-aktiv dezinfektantlar  qrupuna  təkribində  aktiv  maddə 

kimi  dördlü  ammonium  birləşmələri  olan  aktiv  komponentlər 

daxildir.

Dördlüammoniumbirləşmələriantimikrob spektrinin geniş-

liyinə görə xlortərkibli və fenol birləşmələrindən geri qalır, lakin 

onlar suda yaxşı həll olur, iyi və korroziyaedici xüsusiyyəti yox-

dur, insan üçün az toksikidir. Bu xassələri sayəsində onlar effek-

tiv  dezinfeksiya  vasitələri  sayılırlar.  Preparatlar  bakterisid  (və-

rəm  mikobakteriyaları  istisna  edilməklə),  funqisid  və  KRVİ 

müna sibətdə virulisid təsirə malikdir. Onlar əsas etibarilə mebel, 

döşəmə, divarların gündəlik zərərsizləşdirilməsində tətbiq edilir, 

yuyucu xassələrinin olması isə yuma, təmizləmə və dezinfeksiya 

prosesini bir anda yerinə yetirməyə imkan verir.



Quanidinlərqrupu dar spektrli antimikrob, yəni yalnız bak-

te risid  təsirə  malikdir.  Onlar  mikrobakteriyalar,  viruslar,  göbə-

ləklər,  sporlara  qarşı  aktiv  deyildirlər.  Spirtlərlə  birgə  işlə dil-

dik də aktivliyi xeyli yüksəlir.



Aldehidlər, xüsusilə qlütar aldehidi alətlərin zərərsiz ləş di ril-

mə sində  dezinfeksiya  vasitəsi  kimi  geniş  işlədilir,  lakin  əv vəl -

cədən alətlərin təmizlənməsi lazımdır, belə ki, preparatlar zülal 

çirklənməsini fiksə edirlər.



243

Spirtlər,  xüsusilə  də  etil  və  izopropil  spirti  sərbəst  və  ya 

m üx   təlif kimyəvi birləşmələr şəklində dəri antiseptikləri və d e-

zin   feksiya vasitəsi kimi işlədilir. Onlar stomatologiyada alət lərin 

zərərsiz ləş diril məsi,  həmçinin  müxtəlif  avadanlıqların  sət hinin 

zərərsizləşdirilməsi məqsədilə tətbiq edilir.

Hazırda  çoxlu  sayda  xarici  dezinfeksiya  vasitələri  vardır. 

Kim yəvi dezinfeksiya vasitələri bu və ya digər dərəcədə toksik 

preparatlar  olmaqla  insanlara,  heyvanlara,  bitkilərə  zərərli  təsir 

göstərdiyi üçün qanunla hər bir dezinfeksiya vasitəsinin dövlət 

qeydiyyatından mütləq keçməsi lazımdır. Bu, məcburidir və o n-

la rın tətbiqi və sertifikasiyası üçün labüddür.

Sertifikasiyadan  keçmiş  dezinfeksiya  vasitələri  arasında  ala-

minol,  kalsium  hipoxlorit,  xloramin  B,  xlorlu  əhəng  (tərkibində 

28-35%  aktiv  xlor  olan  kalsium  duzlarının  qarışığı),  natrium 

hipox lorit,  blanizol,  virkon,  kalsium  xloridin  iki-üç  əsaslı  duzu, 

dezam,  dixlor-1,  javelion,  klorsept,  presept,  lizoformin  3000, 

xlorsin, sterillium, erigid forte, dekoneks 50 plyus, septodor-forte.

Dezinfeksiya  məqsədilə  yuyucu  və  təmizləyici  vasitələr 

işlədilir:  “Dezxlor”,  “Universal”,  “Uralski”,  “Vita”,  “Sana”, 

“Belka”; yemək və mətbəx qabları üç ün – “Posudomoy”; sani-

tar-texniki  və  təsərrüfat  avadanlığı  üçün  –  “Blesk”,  “Kama”, 

“Sanitarnı”, “Sanita”.

Perhidrol, etil spirti, fenol, formaldehil, formalin, xlorheksi-

din biqlükonat geniş işlədilir.

Perhidrol  (hidrogen  peroksid)  yaraların  yuyulması,  qarqara, 

qabların  zərərsizləşdirilməsi  üçün  tətbiq  edilir.  Etil  spirti  çox 

vaxt  70%  qatılıqda  inyeksiyalar  zamanı  dərinin  zərərsiz ləş di-

rilməsi,  pinset  və  digər  alətlərin  sterilizasiyası  üçün  işlədilir. 

Fe no lun 3-5%-li sulu məhlulu yaxşı bakterisid, funqisid və viru-

lisid  təsirə  malik  olub,  bağırsaq  infeksiyaları,  tənəffüs  yolu 

( v ə rəmdən başqa) infeksiyaları ocaqlarında və bəzi zoonozlarda 

işlədilə bilər. Onun məhlulu ilə pəncərələr, qapılar, mebellər (c i-

lalanmış və laklanmış mebeldən başqa), ağlar işlənir.

İnsan üçün fenol toksikidir, dərini və selikli qişaları qıcıqlan-

dırır, hətta xoralar əmələ gəlir.

Formaldehid (qarışqa turşusunun aldehidi) yüksək bakte ri sid, 

virulisid, funqisid və sporosid xassələrə malikdir; formalde hidin 


244

40%-li sulu məhlulu formalin adlanır. Onun 2-3%-li məhlulu y a-

şayış  yerlərində  müxtəlif  əşyaların,  25%-li  məhlulu  göbələk 

xəstəliklərində ayaqqabıların zərərsizləşdirilməsi zamanı istifadə 

edilir. Su buxarı ilə birlikdə formalin buxar-formalin dezinfeksiya 

kameralarında paltar və yataq ləvazimatlarının işlənməsi üçün tət-

biq edilir.

Formalin – buxar-formalin kameralarında buxar şəklində i ş-

lə dilir. O, tibbi təyinatlı alətlərin zərərsizləşdirilməsi üçün “üç lü 

məhlulun” (formalin, fenol və sodalı sulu məhlul) tərki binə d a-

xildir. Formalin 20%-li məhlul şəklində sintetik par ça la rın z ə rər-

siz ləşdirilməsi üçün tətbiq olunur.

Xlorheksidin  biqlükonat  (hibitan)  0,5%-li  sulu  və  spirtli 

məh  lul şəklində cari və yekun dezinfeksiyada istifadə edilir. Onu 

cərrahlar əllərin işlənməsi üçün işlədirlər.

Dezinfeksiya  vasitəsi  işlədilməzdən  əvvəl  gözlə  görünən 

üzvi çirklənmələrin (qan, selik) su ilə dolu qablarda tənzif sal-

fetlər, pambıq tamponlar vasitəsilə kənar edilməsi vacibdir. Boş-

luq və kanalların yuyulması mütləq lazımdır. Dezinfeksiya başa 

çat dırıldıqdan  sonra  dezinfektantın  növündən  asılı  olmayaraq, 

bü tün məmulatlar axar su altında və ya su ilə dolu qablara salın-

maqla  yuyulur.  Dezinfektantların  kənar  edilməsi  üçün  məmu-

latların kanal və boşluqları şpris və ya su nasosunun köməyi ilə 

s əy  lə yuyulur.

Dezinfeksiya vasitələri profilaktiki, cari və yekun dezinfek-

siyada işlədilir.

Profilaktik  dezinfeksiya  yoluxucu  xəstəliklərin  törədici ləri-

nin yayılmasının qarşısını almaq üçün çox vaxt uşaq müəssisə-

lərində, ictimai iaşə, tibb müəssisələrində həyata keçirilir. Suyun 

xlorlaşdırılmasını geniş miqyasda və effektiv aparılan profilaktik 

dezinfeksiyaya misal göstərmək olar.

Cari  dezinfeksiya  infeksiya  ocaqlarında,  evlərdə,  xəstənin 

hos pitallaşdırılmasına qədər mənzillərdə, xəstə evdə müalicə e d-

il  dikdə  aparılır.  O,  yoluxucu,  vərəməleyhinə,  doğuşayardımçı 

m  ü  əs  sisələrdə və poliklinikalarda xəstəxanadaxili infeksiyaların 

y a ran  masının qarşısının alınması məqsədilə həyata keçirilir. Bu 

t  əd  bir ləri müalicə müəssisələrində xüsusi öyrədilmiş tibb heyəti 

və ev şəraitində xəstəyə qulluq edən şəxslər yerinə yetirirlər.



245

Yekun  dezinfeksiya  epidemik  ocağın  törədicidən  tam  azad 

edilməsi  məqsədini  güdür,  ona  görə  də  infeksiya  ocaqlarında 

yoluxucu xəstənin sağalmasından, izolyasiyasından, hospitallaş-

dırıl masından  və  ya  ölümündən  sonra,  stasionarda  –  palatada 

xəstələrin eyni vaxtda evə yazılması və ya xəstə boksdan çıxarıl-

dıq dan  sonra,  cari  təmirdən  əvvəl,  palatanın  profili  dəyiş di ril-

dikdə aparılır. Kimyəvi vasitələr arasında yekun dezinfeksiyanın 

apa rıl ması üçün xlortərkibli, fenol, dördlü ammonium, peroksid 

birləşmələri, çox vaxt sulu məhlullar və suspenziyalar şəklində 

işlədilir.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin