Laborator diaqnostikası. Laboratoriya şəraitində xəstəliyin
diaqnozunu qoymaq məqsədilə əsnək, burun, göz, dəri, bəzən
363
q a dın tənasül üzvlərindən steril tamponla alınmış material müa-
yinədən keçirilir.
İlkin cavabı 0,5-1 saatdan sonra almaq olar. Bunun üçün
materialdan yaxma hazırlanır; od üzərində fiksə edilir, sonra sulu-
spirtli metilen boyası və ya göy toluidin rəngi, eləcə də Neyser,
Albert rəngləri ilə boyayır və mikroskopla müayinə edirlər.
Mikroskopik tədqiqatla yanaşı, patoloci material müvafiq
qidalı mühitlərə əkilir. Ən yaxşı nəticə Leffler və Klauberq (tel-
luritli qanlı aqar) mühiti tətbiq edildikdə əldə olunur. Becər-
mədən 12-14-48 saat sonra əvvəlcə mühitlərdə bitmiş mikrob
kulturasından yaxma hazırlayıb Qram və Neyser üsulu ilə rəng-
lə yərək mikroskop altında baxırlar.
Təmiz halda alınmış mikrob kulturasının morfoloji, kultural,
biokimyəvi, seroloji müayinəsindən, patogenliyini öyrəndikdən
və onu korinebakterium dəstəsinə daxil olan digər növlərdən fərq-
ləndirdik dən sonra xəstəliyin diaqnozu qoyulur. Difteriya ç öp-
lərinin biokim yəvi xassəsini öyrənən zaman hidrogen-sulfidin və
ureaza fermentinin əmələ gəlməsinə xüsusi diqqət yetiril məlidir.
Məlum olduğu kimi, difteroidlər və yalançı difteriya çöpləri hid-
rogen sulfid əmələ gətirmədikləri halda ureaza fermenti ifraz
edərək karbamidi parçalıyırlar, lakin həqiqi difteriya çöpləri hid-
rogen sulfid əmələ gətirirlər. Hidrogen-sulfidi təyin etmək üçün
Pizu sınağı qoyulur. Bunun üçün öyrəniləcək mikrob kulturası
tərkibində sistin və qurğuşun-asetat olan xüsusi qidalı mühitə
əkilir. Həqiqi difteriya çöpləri hidrogen sulfid əmələ gətirdikləri
üçün mühit qaralır. Karbamidin parçalanmasını bilmək üçün kul-
turanı tərkibində krezolrot indikatoru və 1% karbamid olan bul-
yona əkirlər. Mikrob ureaza fermenti ifraz edərək karbamidi par-
çalayır, nəticədə mühit qırmızı rəngə boyanır.
Xəstəliyin diaqnozunun təyinini sürətləndirmək məqsədilə
bir sıra əlavə təcili üsullar təklif edilmişdir. Bunlardan Fortner,
Zole, Arkavin, Şneyerson və s. üsulları göstərmək olar, onların tət-
biqi nəticəsində cavabı 2-4 saat ərzində almaq olar.
364
Göyöskürək
Göyöskürək bakteriyalar tərəfindən törədilən kəskin yolu-
xucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır, dövrü gedişə ma -
likdir. Xəstəlikdə tutmalarla öskürək səciyyəvi əlamət sayılır.
Xəs təlik zamanı tənəffüs, sinir və qan-damar sistemləri zədə lən-
miş olur.
Qısa tarixi məlumat. Bu xəstəlik ilk dəfə Parisdə baş verən
və çoxlu ölümə səbəb olan göyöskürək epidemiyası zamanı
1578-ci ildə Qiyom və Bayu tərəfindən aşkar edilmişdir. Bundan
100 il sonra Uillis Londonda göyöskürək epidemiyasını təsvir
e tmişdir. Rusiyada ilk dəfə bu xəstəliyə haqqında məlumatı M.
Mak simoviç-Ambodik (1784), sonralar isə uşaq həkimi X o tov-
ski (1847) vermişlər. Törədicinin təmiz kulturası ilk dəfə 1906-
cı ildə Borde və Janqu tərəfindən əldə edilmişdir.
Yayılması. Göyöskürək dünyanın bütün ölkələrində qeydə
alınır. Geniş profilaktika tədbirləri həyata keçirildiyindən müasir
dövrdə xəstəlik nisbətən az təsadüf edilir və klinik gedişi yüngül
olur və adətən, sağalma ilə nəticələnir.
Etiologiyası. Göyöskürəyin törədicisi göyöskürək çöpləri –
Bordetellapertussis -dır. Müasir təsnifata əsasən Bordetella cin-
sinə və Brucellacea ailəsinə aiddir. O, ucları girdə, qısa, oval
şəkilli, uzunluğu 0,2-0,5 mkm, qalınlığı isə 0,2-0,6 mkm ara-
sında tərəddüd edən Qram-mənfi, hərəkətsiz, sporsuz, zəif kap-
sullu, ucları nisbətən tünd rənglənən çöpşəkilli mikroblardır.
Romanovski-Gimza üsulu ilə rəngləndikdə kapsul aydın görü-
nür. Adi qidalı mühitdə bitmir. Onu becərmək üçün çox vaxt
Borde-janqu qidalı mühitindən (qanlı-qliserinli-kartoflu aqar) i s-
ti fadə edilir, orada mirvari dənəciyini, yaxud civə damcılarını
xatırladan koloniya əmələ gətirir. Bundan başqa, o, südlü və k a-
zeinli-kömürlü aqarda da becərilir. Koloniyası kiçik olub, b o-
zumtul krem rənginə çalır. Çöplər xarici mühit amillərinin t ə-
sirinə qarşı davamsızdırlar. 56°C hərarətdə 10-15 dəqiqədən,
g ü nəş şüalarının təsirindən isə 1 saatdan sonra məhv olurlar. Q u-
ru muş bəlğəmdə bir neçə saat qala bilərlər. Yüksək hərarət və
365
dezinfeksiyaedici maddələrə qarşı çox həssasdır, aerobdur, 36°-
37°C hərarətdə yaxşı bitir.
Göyöskürək çöplərinin tərkibində aqlutinogen, toksin və h e-
maqlütinin var. Göyöskürək çöplərindən iki cür toksin alınmış-
dır: termolabil – bu, 56°C hərarətdə 30 dəqiqə ərzində parçala-
nır; termostabil – bu isə 100°C hərarətdə 5 saat müdətində belə
toksigenliyini itirmir.
Patogenez və klinikası. Göyöskürək çöpləri hava-damcı y o-
lux ma yolu ilə tənəffüs orqanlarına daxil olduqdan sonra onun
selikli qişasında inkişaf edərək özündən toksin ifraz edir. G ö y-
öskürək toksini ilk növbədə tənəffüs, sinir və qan-damar sis-
teminə təsir edərək bronxların, tənəffüs əzələlərinin spazmına,
periferik dəri damarlarının tonusunun artmasına səbəb olur. B un -
lar tənəffüs pozulmasına və orqanizmdə allergik vəziyyətin
yaranmasına səbəb olur.
Peyvənd olunmamış uşaqlarda göyöskürək xəstəliyi tədricən
inkişaf edir, yüksək inkişaf dövrünə 2-3-cü həftədə çatır. Xəs-
təliyin gedişi dövrü davam edir, onu 4 dövrə ayırmaq olar:
1. İnkubasiyadövrü orta hesabla 5-8, bəzi hallarda isə 14-18
gün çəkir. Həyatının ilk aylarında göyöskürəklə xəstələnən uşaq-
larda bu dövr 2-3 günə kimi qısalır. Bu dövrdə xəstənin heç bir
şikayəti olmur.
2. Kataral dövr – bu dövr 12-15 gün çəkir (südəmər uşaq-
larda 3-5 gün); bu zaman xəstələrdə öskürmə, bəzən zökəm,
hərarətin bir qədər yüksəlməsi (axşam və gecə vaxtı) qeyd edilir.
3.Spazmatiköskürəkdövrü. Bu dövrdə xəstədə öskürək tut-
maları başlayır, əvvəl gündə 5-6 dəfə, sonralar isə bunların sayı
50-60 dəfəyə çatır, bu vəziyyət 3-4 həftə çəkir. Öskürək zamanı
x əs tənin başına qan toplanması, gözündən yaş axma, qusma, b ə-
zən özündən asılı olmayaraq sidik və nəcis ifrazı qeyd edilir.
Xəstələrin sklerasına qansızma və dilinin altında yaralar əmələ
gəlir. Şiddətli öskürək tutmaları nəticəsində uşaqların sifəti və b ə -
dənləri bir qədər şişib göyərir. Elə buna görə də xəstəliyə g ö y-
öskürək adı verilmişdir. Xəstəlik ağır keçən hallarda asfiksiya
( b oğulma) nəticəsində tənəffüs dayanır və ölüm baş verir.
366
4. Xəstəliyin sönməsi dövrü. Bu dövr 1-3 həftə çəkir. Bu
dövrdə öskürək tutma əlamətini itirir, öskürək zamanı qusma
kəsilir, xəstənin iştahası artır, ümumi vəziyyəti yaxşılaşır.
Keçirilmiş xəstəlikdən sonra xəstədə möhkəm və uzun müd-
dətli immunitet yaranır. Xəstəliyin klassik forması ilə yanaşı, çox
vaxt onun yüngül keçən səthi formaları da qeyd edilir. Buna çox
vaxt profilaktik peyvənd almış uşaqlarda təsadüf edilir. Xəs təlik
keçirmiş uşaqların qanında aqlütinin, presipitin və komp le ment-
ləri birləşdirən əkscisimlər yaranır.
İnfeksiya mənbəyi. Göyöskürəkdə infeksiya mənbəyi xəstə
i n sandır. Xəstə klinik əlamətlər başlanan vaxtdan (bəzən inkuba-
siya dövrünün axırıncı iki günündən başlayaraq) yoluxucudur.
Yoluxma təhlükəsinin səviyyəsi xəstəliyin dövrlərindən asılıdır.
Xəstəliyin başlanğıcında kliniki əlamətlər digər mənşəli yuxarı
tənəffüs yollarının iltihabı, bronxit və traxeitlərə oxşadığından
göyöskürək diaqnozunun qoyulması çətinlik törədir.
Bununla yanaşı, xəstəliyin kataral dövründə xəstələrin
7 0 - 100%-də laborator yolla törədicini aşkar etmək olur. Tutma
ilə baş verən öskürək başlanan andan 2 həftəyə qədər müddətdə
xəstələr çox yoluxucudurlar. Bu dövrdə 60-70% xəstələrdə
törədicini əldə etmək mümkündür. Xəstəliyin 4-cü həftəsindən
sonra xəstə ətrafdakılar üçün az təhlükəlidir, 6-cı həftəsindən
sonra törədicinin ifrazı tamamilə kəsilir.
Törədici ifrazının kəmiyyəti və müddəti xəstəliyin kliniki g e-
dişi ilə əlaqədardır. Yüngül gedişli xəstəlikdə onların miqdarı
a za lmış olur. Antibiotiklərlə müalicə orqanizmdən göyöskürək
çöplərinin ifrazı müddətini qısaldır. Törədicigəzdirənlərin bu x əs -
təlikdə epidemioloji əhəmiyyəti az öyrənilmişdir.
Yoluxma mexanizmi. Hava-damcı yoluxma mexanizmi
göy öskürək xəstəliyi üçün də səciyyəvidir. Göyöskürək çöpləri
insan orqanizmindən kənarda qala bilmədiyindən xəstənin bəl-
ğəmi ilə bilavasitə təmasda olanlardan yoluxma çox nadir hal-
larda baş verir.
Epidemioloji xüsusiyyətləri. Göyöskürək ən çox mülayim
və soyuq iqlimi olan ölkələrdə və çox vaxt yaz-yay aylarında
qeyd edilir. Xəstəlik dövrülük xüsusiyyətinə malikdir, hər 2-3
367
ildən bir onunla xəstələnmələrin yüksəlişi qeyd edilir, buna
səbəb yenidoğulanların hesabına xəstəliyə həssas uşaqların top-
lanmasıdır. 5 yaşına qədər uşaqlar göyöskürəklə daha çox xəs tə-
lə nirlər. Böyüklərin qeyri-həssaslığı onların uşaq vaxtı bu xəs-
təliyi keçirmələri nəticəsində qazanılmış immunitetin h e sabı nadır.
Xəstəlik keçirməmiş və göyöskürəyə qarşı peyvənd olunmamış
yaşlılar da uşaqlar kimi bu xəstəliyə həssasdırlar. Göy ös kü rəkdə
əsasən ailəvi (ev) ocaqlar və ya uşaq müəssisələrində yaranan
epidemik ocaqlar qeyd edilir.
Uşaq müəssisələrində xəstəlik, adətən, ləng inkişaf edir: xəs-
tə dən bir neçə uşaq yoluxur, sonra yoluxma zəncir şəklində
(təxminən hər 5-10 gündən bir 2-3 xəstələnmə) davam edir. Epi-
demiya əleyhinə lazımi tədbirlər həyata keçirilmədikdə alov-
lanma kollektivdə immunitet yaranana kimi bir neçə ay davam
edə bilər.
Müasir dövrdə göyöskürəklə xəstələnmənin səviyyəsinin
əvvəlki illərə nisbətən həddindən çox azalması, xəstəlikdən ölü-
mün ciddi şəkildə azalması, yüngül və gizli formaların çoxal-
ması, ümumi xəstələnmələr içərisində böyük yaşlı uşaqların art-
ması səciyyəvidir. Peyvənd böyük yaşlı uşaqlar arasında da
( k i çik yaşlılara nisbətən az miqyasda) göyöskürəyin azalmasına
səbəb olur.
Profilaktika və mübarizə tədbirləri. Göyöskürək xəstəliyi
ilə mübarizədə müvəffəqiyyət xəstəliyin mümkün qədər tez a ş kar-
lanıb təcrid edilməsindən çox asılıdır. Məlum olduğu kimi, göy-
öskürək xəstəliyində infeksiya mənbəyini xəstəliyin kataral döv-
rünün başlanğıcında axtarmaq lazımdır. Göyöskürək tutmaları
başlanandan sonra törədicinin xarici mühitə ifrazının intensivliyi
və beləliklə də, xəstənin infeksiya mənbəyi kimi təhlükəsi azalır.
Bəzi xəstələrdə klassik öskürək tutmaları ümumiyyətlə qeyd
edilmir və xəstəliyin gedişi adi bronxiti xatırladır. Belə xəstələrə
xüsusilə peyvənd olunmuşların arasında çox təsadüf edilir. N ə-
hayət, bəzi xəstələrdə öskürək ümumiyyətlə olmaya da bilər.
Bu nu nəzərə alıb aydın klinik əlamətlərlə qeyd edilən göy ös kü-
rəklə yanaşı, xəstənin ətrafında (yaşadığı yerdə, uşaq müəs sisə-
sin də) baş verən bronxit, traxeit və yuxarı tənəffüs yollarının d i gər
368
xəstəlikləri qeydə alınır və onları göyöskürək çöplərini tap maq
üçün bakterioloji müa yi nədən keçirirlər. Retrospektiv m ü a yinə və
uşaq müəssisələrində göyöskürək alovlanmalarının dərindən öyrə-
nilməsində seroloji üsul lardan (aqqlütinasiya reaksiyası, komple-
mentin birləşmə reaksiyası) istifadə edilir.
Göyöskürəyin yüngül formaları evdə təcrid edilir. Ağır xəs-
tələr, internatda, körpələr evində tərbiyə alan uşaqlar və mənzil-
məişət şəraiti sanitar-gigiyenik baxımından qeyri-kafi olan ailə-
lərdə yaşayan uşaqlar xəstəxanaya təcrid edilirlər, xəstələr
bakterioloji müayinə edilmədən xəstəliyin 31-ci günündən və
bak terioloji müayinənin nəticəsi iki dəfə mənfi olduqda 25-26
gün sonra xəstəxanadan evə yazılır, ancaq tibbi nəzarət altına
alı nırlar. Xəstə ilə təmasda olan və əvvəllər göyöskürəklə xəstə-
lənmiş uşaqlar (xəstə təcrid edilibsə) uşaq müəssisələrinə 14 gün
buraxılmır (axırıncı təmasdan sonra). Əgər xəstə təcrid edil mə-
yibsə, qalan uşaqları axırıncı öskürək tutmasından sonra 30 gün
müddətində uşaq müəssisəsinə gəlməkdən azad edirlər. 7 y a şın-
dan yuxarı uşaqlar və böyüklər təcrid edilmirlər, ancaq onların
üzərində 14 gün ərzində tibbi nəzarət qoyulur.
Uşaq müəssisəsində xəstəlik baş verdikdə qrupda və ya b ü-
tünlüklə müəssisədə xəstəni təcrid etdikdən sonra 14 gün ə r-
zində karantin qoyulur. Uşaqların çox hissəsi xəstələnərsə, m ü-
əs sisədə aşağıdakı təcrid edilmiş qruplar yaradılır: a) xəstə uşaq-
lar üçün; b) diaqnozu müəyyənləşdirilənə qədər təmasda olan və
öskürən uşaqlar üçün. Xəstəliyin uşaq müəssisələrinə gətiril mə-
sinin qarşısını almaq üçün yeni təşkil edilən qruplara uşaq qəbul
etdikdə uşağın səhhəti haqqında məlumat toplanmasına və epi-
demiloji anamnezə fikir vermək lazımdır. Hər gün uşağı qəbul
edərkən valideynlərindən uşağın öskürüb-öskürmədiyini soruş-
maq lazımdır.
Öskürən uşaqlar qəbul olunmayıb evə – həkim müşahidəsinə
göndərilir. Tərbiyəçilər qrupda öskürən uşaq aşkar etdikdə tibb
işçilərinə xəbər verməlidirlər. Uşaq bağçalarından göyöskürəklə
xəstə uşaqlar təcrid edilir. Xəstəlik tapılan qrupda axırıncı xəstə
təcrid edilən vaxtdan etibarən 14 gün müddətində karantin qoyu-
lur. Xəstə tapılan qrupda bütün uşaqlar və işçilər törədi cigəz-
369
dirənliyə görə müayinə edilirlər. Müayinə 2 dəfə aparılır (ya 2
gün dalbadal və ya 1-2 gün intervalla), müsbət nəticə alınarsa,
müayinə təkrar edilir. Karantin qoyulmuş qrupa ancaq vali deyn-
lərin razılığı ilə peyvənd edilmiş uşaqlar qəbul edilə bilər. Qrup-
lararası təcridi gücləndir mək, mütəmadi olaraq otaqların hava-
sını dəyişdirmək və uşaqların havada gəzinti müddətini artırmaq
lazımdır.
Göyöskürəkdə yoluxma mexanizminə təsir imkanları məh-
dud dur. Xəstə evdə təcrid edilirsə, imkan daxilində onu başqa
uşaqlardan ayrı otaqda yerləşdirmək, imkan olmadıqda isə pərdə
ilə ayırmaq lazımdır. Törədici xarici mühitdə davamsız olduğun-
dan dezinfeksiya tədbirlərindən istifadə etmək əhəmiyyətsizdir.
Göyöskürəyin profilaktikasında immunizasiya həlledici rol
oynayır. Hazırda fəal immunizasiya məqsədilə AGDT vaksi nin-
dən istifadə edilir. ocaqda tədbir apardıqda xəstənin özünün və
onun ətrafında olan 6 yaşına qədər uşaqların peyvənd olunma-
sını sənədlər üzrə müəyyən etmək lazımdır. Bu məlumatlara
əsaslanaraq xəstəyə qamma-qlobulin vurulub-vurulmaması m ə-
sə ləsi həll edilir (qamma-qlobulin AGDT vaksini ilə peyvənd
o lun mamış və ya peyvəndi sona çatdırılmayan bir yaş və ya
yuxarı yaşlı uşaqlara vurulur).
Qeyd edildiyi kimi, immunizasiya assosiasiya edilmiş vaksin
ilə birgə göyöskürək, difteriya və tetanusa qarşı aparılır. 2 aylıq
uşaq lara preparat 0,5 ml dozada 30 günlük intervalla 3 dəfəyə
vurulur. Qalan revaksinasiyalar difteriyanın revaksinasiyasında
nəzərdə tutulmuş müddətlərdə aparılır. Difteriya keçiriblərsə və
ya ona qarşı peyvənd ediliblərsə, 6 yaşına qədər uşaqları yalnız
göyöskürəyə qarşı vaksinlə peyvənd edirlər. Vaksini 1 ml dozada
3-4 həftəlik intervalla 3 dəfəyə vururlar. Peyvəndlər arasındakı
intervalı gözləmək mümkün olmadıqda onu 2,5 aya qədər uzat-
maq olar. Növbəti revaksinasiyalar difteriyanın revaksinasiyaları
ilə birlikdə aparılır. Əvvəllər epidemiloji göstərişə əsasən pey-
vənd olunan uşaqlarda revaksinasiya əvvəlki peyvənddən 2 il
keçib sə, göyöskürək monovaksini ilə 1 ml dozada aparılır. İmmu-
nizasiya xəstəliyin səviyyəsini ciddi aşağı salmağa imkan verir.
Qamma-qlobulinlə passiv profilaktika xəstəlik başlanmazdan
əvvəl 3 ml dozada bir gün intervalla 2 dəfə vurulduqda yaxşı n ə-
370
ti cə verir. İlk növbədə qamma-qlobulin xəstə ilə təmasda olmuş,
həyatın birinci aylarında olan və zəifləmiş böyük uşaqlara vuru-
lur.
Laborator diaqnostikası. Göyöskürəyin laborator diaqnos-
tikası bakterioloji və seroloji üsullardan istifadə etməklə aparılır.
Bakterioloji üsulda xəstədən alınan materialı (bəlğəm, burun
axıntısı) müvafiq qidalı mühitə (qanlı-qliserinli-kartoflu; k ö-
mür lü kazein və şokolad aqarları) əkərək mikrobun təmiz kultu-
rası alınır. Əkilən mühitlər 3-4 gün 37°c hərarətdə saxlanılır.
Şübhəli koloniyalardan yaxma, həm də şüşə üzərində təxmini
aqqlütinasiya qoymaq üçün emulsiya hazırlanır. Əgər mikroskop
altında kiçik kokvari Qram-mənfi çöplər görünərsə, eləcə də
spesifik zərdabla təxmini aqqlütinasiya müsbət nəticə verərsə,
xəstəliyin diaqnozu təsdiq edilir. Mikrobu başqa floradan fərq-
ləndirmək üçün immun flüoressensiya üsulundan istifadə etmək
məsləhət görülür. Bakterioloji üsulla göyöskürək çöpləri ən çox
xəstəliyin kataral dövrü və öskürək tutması başlandıqdan sonra
birinci həftə ərzində əldə edilir.
Bu dövrdə də qanda aqqlütininlər əmələ gəlir, ona görə də
aqqlütinasiya reaksiyası xəstəliyin 2-3-cü həftəsində 1:40 və
yüksək titrdə qoyulur.
Xəstəliyin 2-ci həftəsində komplementi birləşdirən əks ci sim-
lər yaranır, bu vaxtdan komplementin birləşmə reaksiyası qo yu-
lur, 1:10 və yüksək titrdə müsbət nəticə diaqnostik hesab edilir.
Qeyri-həqiqi (yalançı) göyöskürək
Qeyri-həqiqi göyöskürək xəstəliyi həqiqi göyöskürəyi x a-
tır ladır, ancaq ona nisbətən yüngül keçir. Bu xəstəliyin törə dicisi
B.parapertussis-dir. Qeyri-həqiqi göyöskürəyin törə dicisi Qram-
mənfi 1-2 mkm uzunluğunda hərəkətsiz, sporsuz, kapsulsuz
çöplərdir. Aerob olub, adi qidalı mühitlərdə yaxşı bitir, bərk
mühitdə özündən qəhvəyi piqment ifraz edərək mühiti rəngləyir.
Fermentativ aktivliyi etibarilə də göyöskürək çöplərindən fərq lə-
nirlər. Onlar tirozini və karbamidi parça layırlar, katalaza, hialu-
ronidaza və plazmokoaqulaza fermentləri əmələ gətirirlər. Qanlı
371
aqarda göyöskürək çöplərinə nisbətən (3-4 gün) çox tez hemoliz
verirlər (4-6 saat). Göyöskürək çöpləri ilə ümumi oxşar termola-
bil və termostabil antigeni var. Ümumi antigenin olması göyös-
kürəyin seroloji fərqləndirilməsini çətinləşdirir.
Qeyri-həqiqi göyöskürəyə göyöskürəklə müqayisədə nisbə-
tən 50 dəfə az təsadüf edilir. Törədici alınan xəstələrin 20%-də
törədicigəzdirənlik halı ola bilər. Epidemiya əleyhinə tədbirlər
göyöskürəkdə olduğu kimidir.
Bağırsaq qrupu infeksiyalarının ümumi
xarakteristikası
Bu qrup infeksiyalar üçün fekal-oral yoluxma mexanizmi s ə-
ciyyəvidir. Yoluxmanın fekal-oral mexanizmi törədicilərin b a ğır -
saqda lokalizasiyası ilə xarakterizə olunur. Törədicinin yolux-
muş orqanizmdən xaric edilməsi defekasiyası aktı ilə əlaqədardır
(I mərhələ). Törədicinin orqanizmə daxil olması bilavasitə ağız-
dan başlayır (III mərhələ). Yoluxmanın fekal-oral mexanizminin
II mərhə ləsi həmişə aydın nəzərə çarpmır.
Yoluxma yolları konkret olaraq 3 tipə bölünür: 1. Təmas-mə i -
şət; 2. Qida; 3. Su. Qida və su yollarını da son amillərə görə b ö-
lürlər.
Qida və su zəhərlənmələrinin variantları çoxcəhətlidir və v i-
ru lent törədicinin qidaya və suya düşməsi mexanizmindən asılı-
dır. Törədicilərin qidaya düşməsi zamanı əsas aralıq amillərə mil-
çək lər, su, əllər və məişət əşyalarını misal göstərmək olar. Suyun
çirklənməsi də çoxcəhətli olub, törədicilərin suya düş məsi ş ə-
raitindən asılıdır. Məişət-təmas yolu ilə yoluxmaya əsasən uşaq
kollektivində və ailələrdə rast gəlinir.
Fekal-oral yolla yoluxma mexanizminin aktivliyindən asılı
ola raq xəstəlikləri 2 qrupa bölmək olar: 1.Poliomielit, viruslu A
hepatit, Zonne dizenteriyası və s. xəstəliklərini yüksək aktivlikli
təmas-məişət yoluxmasına aid etmək olar. Bu halda insanların
yoluxmasına uşaq yaşlarında rast gəlinir. 2. Qarın yatalağı, Flek s-
ner dizenteriyası, vəba, viruslu E hepatit və Norvolk qrupundan
olan törədicilər üçün yoluxmanın əsasən qida və su yolları x a rak te-
rik dir, daha çox böyüklərdə rast gəlinir.
372
İnfeksion prosesin inkişaf strukturu bu və ya digər infek si ya-
larda müxtəlifdir. Bağırsaq infeksiyası törədicilərinin müx tə lif
növ ləri yüksək seçici təsirləri ilə xarakterizə olunur. Belə ki,
vəbanın törədicisi nazik bağırsağın boşluğunda çoxalır. Fleksner
və Zonne dizenteriyası törədiciləri yoğun bağırsağın selikli qişa-
sında çoxalır, qarın yatalağı törədiciləri qan və öd yollarının
bağırsaq boşlu ğuna keçdiyi yerdə limfa düyünlərində, viruslu A
hepatitinin törədiciləri qaraciyər hüceyrələrinin öd axacaqlarına
açıldığı yerlərdə çoxalır.
Enteroviruslar (poliomielit, ECHO, Koksaki) təkcə bağır saq-
larda deyil, həm də yuxarı tənəffüs yollarında da lokalizasiya
oluna bilər. Bütün bunlar göstərir ki, epidemioloji xarakterinə
görə fekal-oral mexanizmlə yayılan bütün infeksion xəstəliklərin
törədicilərinin lokalizasiyası müxtəlifdir.
Epidemik prosesin daxili tənzimləmə mexanizmi infeksion-
immunoloji qarşılıqlı təsirin əsasında, xüsusən yoluxmanın fekal
oral mexanizmi sayəsində həyata keçirilir. Törədicilərin ətraf
m ü hitdə dövranında qida, su və milçəklərlə yayılan yoluxma
a m il ləri özlərini daha aydın büruzə verir. Vəbanın timsalında
görmək olar ki, törədici populyasiyasının yenidən inkişafında
xarici mühit amilləri böyük rol oynaya bilər.
Xəstəlik törədicilərinin fekal-oral mexanizminin yayılması
konkret olaraq sosial və təbii amillərlə əlaqələndirilir. Epidemik
prosesin inkişafında bağırsaq antroponozlarının da təsiri böyük-
dür. Əhalinin sanitariya mədəniyyətinin aşağı olması törə di ci lə-
rin fekal-oral yoluxma mexanizmi ilə ötürülməsini daha da a k-
tiv ləşdirir.
Sosial amillərin konkret elementlərinə bunlar aiddir:
Təmizləmə sistemi və çirkabların kənar edilməsi.
Ümumi kommunal şərait, buraya əsasən milçəklərin və onla-
rın təmasda olduğu əşyaların yerləşdiyi yerlər aiddir.
Su təchizatı idarələri (su kəməri, fekal çirklənmə ehtimalı
olan su mənbələri, suyun zərərləşdirilməsini həyata keçirən ida-
rə lər, suyun keyfiyyəti üzərində nəzarət aparılan yerlər və s.).
1. Qidalanmanın təşkili, meyvələrin (milçəklərlə), tərə vəz lə-
rin (əkin sahələrində) fekal çirklənmə ehtimalı, törədicilərin qida
373
məh sul larına (süd, çörək) və ya xəstə insanların qablarından ötü-
rül mə ehtimalı.
2. Sanitariya mədəniyyətinin səviyyəsi və şəxsi gigiyena q ay -
dalarına riayət olunması. Havanın temperaturu və rütu bəti m il -
çəklərin fəaliyyətinin aktivliyinə və ayaqyolularda çoxalma tez li-
yinə təsir edir. Hazırda analoji olaraq effektiv profilaktika ü s u l ları
müzakirə edilir ki, burada da əsas yeri törədiciləri fekal-oral
yoluxma mexanizmi ilə yayılan infeksiyaları tutur.
Dostları ilə paylaş: |