Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə35/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   31   32   33   34   35   36   37   38   ...   65

Klinikası.  Qarın  yatalağında  inkubasiya  dövrü  5-39  günə 

(daha çox 2 həftə), paratiflərdə isə 3-14 günə (daha çox bir həftə) 

bərabərdir. Xəstəliyin 6-7-ci günündən etibarən xəstəliyə məxsus 

əlamətlər inkişaf edir, 8-10- cu gün dəridə rozeollar nə zərə çar-

pır.  Bütün  hərarət  dövrü  4-5  həftə  davam  edir.  Son  vaxt larda 

xəstəlik çox zaman atipik yüngül formada gedir, xəs tə lə rin 1/3-də 

hərarət müddəti 7-10 gün davam edir. Sağalma dövründə 3-21% 

xəstələrdə residiv qeyd edilir. Qarın yatalağında xronik bakte ri ya-

gəz dirmə  ən  çox  yaşlı  şəxslərdə  müşahidə  edilir,  qadınlarda  bu 

hala  kişilərdən  7-10  dəfə  çox  rast  gəlinir.  Bak te ri ya gəzdirənin 

orqanizmindən törədici dövri şəkildə ifraz olunur, bəzilərində isə 

bu hal uzun müddət, hətta ömrünün so nu nadək davam edə bilər. 

Mikrob əsasən xəstə və törədicigəzdirənin nəcisi ilə ifraz edilir. 

T ö rədicinin ifrazı 3 aya qədər davam edirsə, kəskin, ondan artıq 

olduqda  isə  xroniki  törədicigəzdirənlik  adlanır.  Əhali  arasında 

b ak teriyagəzdirmənin yayılması xəstələnmənin səviy yəsi ilə bi la-



393

vasitə bağlıdır. Xəstələnmənin səviyyəsi azaldıqca bakte riy a gəz-

dirənlərin də miqdarı azalır.

İnfeksiya  mənbəyi.  Qarın  yatalağı  və  paratiflərdə  infeksiya 

mən bəyi xəstə, törədicigəzdirənlərdir (sağlam və rekonvalessent). 

Tö rədici  orqanizmdən  əsasən  nəcis  və  sidik  vasitəsilə,  elə cə  də 

qu sun tu kütləsi, tüpürcək və körpələrini südlə əmiz dirən a na ların 

südü  ilə  ifraz  olunur.  Xəstəliyin  dövrlərindən  asılı  olaraq  xəstə 

onu əhatə edənlər üçün müxtəlif dərəcədə təhlü kə li dir.

Xəstəliyin inkubasiya dövründə yoluxmuş xəstə, demək olar 

ki, təhlükəli deyildir. Xəstəlik inkişaf etdikdə ətrafdakılar üçün 

onun təhlükəsi artır.

Xəstə xəstəliyin başlanmasının birinci günlərindən rekon va-

les sensiya dövrü başa çatana qədər yoluxucudur. Tədqiqatçıların 

mə  lu  ma tına  görə,  qarın  yatalağı  və  paratiflərin  törədicilərini 

nəcislə  xəs təliyin  birinci  həftəsində  xəstələrin  55%,  ikinci 

həftəsində 52-61%, üçüncü həftəsində 73-76%, 4-cü həftəsində 

48-50%,  5-ci  həftəsində  2-8%,  7-ci  həftəsindən  etibarən  isə 

xəstələrin  2%-i  ifraz  edir.  Sidiklə  törədicinin  ifrazı  xəstəliyin 

2-3-cü həftəsində ancaq 30% xəstələrdə qeyd edilir.

Xəstəlik keçirənlərin əksəriyyəti rekonvalessensiyanın 1-2-ci 

həftəsində  və  yaxın  2-3  ayda  törədicidən  azad  olur.  Xəstəlik 

keçirənlərin təxminən 3-5%-i uzun müddət, bir qismi isə bütün 

ömrü boyu xroniki törədicigəzdirən olaraq qalır. Müasir dövrdə 

xroniki  bakteriyagəzdirənlər  infeksiya  mənbəyi  kimi  mühüm 

əhəmiyyət da şıyırlar. Bu, onunla izah edilir ki, nə törə dici gəz di-

rə nin özü, nə də onu əhatə edənlər həmin şəxsin infeksiya mən-

bəyi olmasını bilmir və yoluxmanın qarşısını almaq üçün heç bir 

tədbir görmürlər.

Bəzi  müəlliflərin  məlumatına  görə,  aparılan  epidemioloji 

müa yinə zamanı qarın yatalağı və paratiflərdə 54,2% təsadüfdə 

bak teriya gəzdirənlər, 36,4% halda xəstələr, 6,25%-də isə rekon-

va lessentlər infek siya mənbəyi kimi əhəmiyyət daşıyırlar. Bəzən 

bakteriya gəz dirənlər on illərlə yoluxduruculuq qabiliy yə tini sax-

layırlar.



Yoluxma mexanizmi. Məlum olduğu kimi, qarın yatalağı və 

paratiflərin törədiciləri xəstə və bakteriyagəzdirənin orqaniz min-



394

dən nəcis və sidik vasitəsilə xaric olur. Yoluxma isə qida və su 

vasitəsilə ağızdan baş verir. Başqa sözlə desək, qarın yatalağı və 

paratiflər üçün, digər bağırsaq xəstəliklərində olduğu kimi, fekal-

oral yoluxma mexanizmi səciyyəvidir.

Yoluxma  amilləri  qismində  su,  müxtəlif  qida  məhsulları, 

çirkli əllər, məişət əşyaları (qab-qacaq, dəsmal, geyim və yataq 

paltarları və s.) və milçəklər iştirak edir. Beləliklə, yoluxma əsas 

etibarilə 3 yol la: məişət, qida və su yolu ilə baş verir. Paratif B 

zamanı xəs təliyin su yolu ilə yayılmasına az təsadüf edilir.

Yoluxma yoluna müvafiq olaraq, bu xəstəliklərin epidemiya-

larının  3  tipi  –  su,  qida  və  məişət  epidemiyaları  ayırd  edilir. 

Məişət  tipli  epidemiyalarda  xəstəliyin  yayılmasında  məişətdə 

istifadə edilən müxtəlif amillər iştirak edir (qab-qacaq, qapı dəs-

təyi, dəsmal, geyim və yataq paltarları, ev əşyaları və s.). Bu tip 

epidemik alovlanma kon takt (təmas) epidemiyası da adlandırılır. 

Yaşayış  yerlərində  mən zillərin  darısqallığı  yoluxmanı  intensiv-

ləş dirir.  Məişət  epidemiyaları  uzun  çəkir  və  ləng  gedir.  Məişət 

epidemiyalarının sonu, adətən, su və qida mənşəli böyük epide-

miyalarla nəticələnir.

Qarın  yatalağı  və  paratiflər  zamanı  xəstələnmələrin  ümumi 

miq darının  bəzən  50%-dən  çoxunu  məişət  yoluxmaları  təşkil 

edir.  Məişət  tipli  epidemiyalar  üçün  tək-tək  və  kiçik  qruplarla 

xəstələn mələr səciyyəvidir, bu zaman yaş, cins, peşə və digər ə la-

mət lərin rolu aşkar edilmir.

Xəstəliyin qida tipli epidemiyası üçün səciyyəvi cəhət yolux-

manın qida qəbulu ilə əlaqədar olmasıdır. Epidemioloji təcrübə 

göstərir ki, xəstəliyin yayılmasında qida məhsullarının, xüsusilə 

süd və süd məhsullarının törədicilərlə çirklənməsinin böyük əhə-

miyyəti vardır.

Müasir  dövrdə  ərzaq  ilə  yoluxmaların  sayı  artmışdır,  qarın 

yatalağında bu 32,4%-ə, paratif B-də isə 57%-ə çatır.

Qrupşəkilli xəstələnmələr daha çox ağzı açıq qabda saxlanıl-

mış çiy süddən istifadə etdikdə baş verir. Sağıcılar süd sağılan 

qabları  (bidon,  maye  daşımaq  üçün  böyük  qab)  yumaq  üçün 

təsadüfi su mənbələrinin suyundan istifadə etdikdə, süd daşınan 

sisternalar isti buxarla zərərsizləşdirilmədikdə, süd zavodlarında 


395

süd pasterizə edil mədikdə və s. südün törədicilərlə çirklənməsi 

h əyata keçir.

Süd ilə baş verən xəstəlik alovlanmaları, adətən, kəskin baş-

lanır, xəstələrin sayı birdən-birə artır və əsasən törədicilərlə çirk-

lənmiş  süddən  istifadə  edənləri  əhatə  edir.  İnfeksiya  mənbəyi 

təcrid edildikdən və yoluxma amilləri zərərsizləşdirildikdən son-

ra xəs təliyin alovlanması da tezliklə sönür.

Öz xüsusiyyətinə görə süd epidemiyaları kəskin su epide mi-

ya larını xatırladır, ancaq ona nisbətən daha kəskin şəkildə inkişaf 

edir  və  çox  zaman  uşaqlarda  olur.  1927-ci  ildə  Monrealda  baş 

vermiş  süd  epidemiyasında  4846  xəstədən  1720-si  (35,5%)  10 

yaşına çatmamış uşaqlar olmuşdur. Müasir dövrdə MDB-də b ö-

yük süd epidemiyaları qeyd edilmir, bu, əhalinin südlə mər kəz-

ləşdirilmiş  şəkildə  təchizatı,  fermalarda  və  süd  emalı  m ü əs -

sisələrində  sanitariya-gigiyena  qayda larına  ciddi  əməl  edil mə-

sinin nəticəsidir. Bununla belə, bizim ölkədə fərdi təsər rüfat larda 

hazırlanmış çirklənmiş süddən istifadə edilməsi nəticəsində xır-

da qrupşəkilli xəstələnmə halları qeyd olunur. Südün çirk lən di-

rilməsi çox vaxt bakteriyagəzdirənlər tərəfindən baş verir.

Qeyd  etdiyimiz  kimi,  xəstəliyin  yoluxmasında  törədicilərlə 

çirk lənmiş hər hansı bir ərzaq məhsulu – çörək, ət, pendir, don-

durma, salatlar, soyuq ət məhsulları və s. də mühüm rol oynayır. 

Yuyul mamış meyvə, tərəvəz (xiyar, turp, yerkökü və s.), xüsu-

silə  nəcislə  çirklənmiş  materialla  (çirkab  suları,  peyin)  gübrə-

lənmiş  torpaqda  yetişdirilən  tərəvəzlərin  qəbul  edilməsi  bu  c ə-

hət  dən çox təhlükəlidir.

Bəzi ölkələrdə yoluxmanın çiy istridiya vasitəsilə baş v er mə si 

qeyd edilir. Ədəbiyyatda törədicilərlə çirklənmiş buz və i ç ki  lərdən 

baş vermiş bir neçə xəstələnmə hadisəsi haqqında məlu mat vardır.

Qarın yatalağının yayılmasında milçəklər də iştirak edir, o n-

lar  xəstələrin  ifrazatlarında  oturduqda  ayaqları  çirklənir,  sonra-

dan  isə  törədicini  ərzaq  məhsullarının  üzərinə  keçirərək  yolux-

maya səbəb olurlar. Xəstəliyin yay fəslində artmasında m il çək lərin 

rolu xüsusilə böyükdür.

Su  epidemiyaları.  XIX  əsrdə  XX  əsrin  əvvəllərində  qarın 

yatalağının yayılmasında su amili mühüm rol oynamışdır (77%-



396

dən çox). Müasir dövrdə su təchizatının yaxşılaşdırılması nəti cə-

sində su epidemiyalarının sayı çox azalmışdır, bununla belə, bu 

amilin  epidemioloji  əhəmiyyəti  hazırda  da  böyükdür.  Depari 

digər  müəlliflərlə  (1961)  947  qarın  yatalağı  epidemiyalarını 

öyrənərək  müəyyən  etmişdir  ki,  onların  69%-də  su  yoluxma 

amili kimi iştirak edir (quru gölməçə, çay suları). Bizim ölkə mi-

zin  bəzi  ərazilərində  də  50%-dən  çox  hallarda  yoluxmanın  su 

vasitəsilə  baş  verdiyi  müəyyən  edilir.  Su  mənbəyinin  növünə 

görə qarın yatalağı – paratif xəstəliklərinin su epidemiyalarının 

aşağıdakı növləri ayırd edilir: su kəməri, çay, quyu və arx suyu 

epidemiyaları.

Quyu suyunun törədicilərlə çirklənməsi nəticəsində baş ver-

miş  xəstələnmə,  adətən,  az  miqdar  əhalini  əhatə  edir,  xəstəlik 

tək-tək və ya onlarla şəxsin yoluxması ilə başa çatır. Törədicinin 

mərkəzi  su  kəmərinə  düşməsi  qısa  müddət  ərzində  birdən-birə 

yüzlərlə, hətta minlərlə şəxsin xəstələnməsi ilə nəticələnir.

Davametmə müddətinə görə kəskin və xroniki su epidemiya-

ları ayırd edilir. Qarın yatalağının ən böyük kəskin su epidemi-

yası 1914-cü ildə Barselona şəhərində baş vermişdir, bu zaman 

18500 nəfər xəstələnmiş, onlardan 1847 nəfəri (hər 10000 nəfərə 

305) ölmüşdür. 1926-cı ildə Rostov şəhərində qarın yatalağının 

klassik kəskin su epidemiyası zamanı 2935 nəfər xəstələnmişdir. 

Bu epidemiya zamanı əlavə olaraq naməlum etiologiyalı kəskin 

bağırsaq  xəstəliyi  ilə  20000  xəstə  şəxs  qeydə  alınmışdır.  Belə 

epidemiyanın  “quyruğu”  bir  neçə  ay  davam  edir.  Epidemiyaya 

səbəb kanalizasiyanın çirkab sularının mərkəzi su kəmərinə sız-

ması olmuşdur.

Qarın yatalağının xroniki su epidemiyaları daha çox XIX əsr-

də qeydə alınmışdır. Bu, əsasən həmin vaxtlarda böyük şəhər lə rin 

əksəriyyətində təmizlənməmiş və dezinfeksiya edilməmiş suyun 

istifadəsi ilə əlaqədar olmuşdur. Müasir dövrdə bu tip epidemiya 

əsasən orada əhalinin içmək üçün zərərsizləşdirilməmiş texniki 

sudan istifadə etdiyi yerlərdə qeydə alınır.

Açıq  su  mənbələrinin  çirklənmiş  suyundan  içmək  və  ya 

təsərrüfat məqsədilə istifadə edilməsi əsasən çay kənarında yer-

ləşən əhali arasında qarın yatalağı və paratiflərin xroniki epide-


397

miyalarının baş verməsi ilə nəticələnir. Çirklənmiş açıq su höv zə-

lərində çimmək bağırsaq infeksiyalarının, eləcə də qarın y a ta  lağı 

və  paratiflərin  yay-payız  alovlanmasına  səbəb  olur.  Xəs tə lənmə 

səviyyəsi çimmə mövsümündən artmağa başlanır və s o yuq ların 

düşməsi ilə kəsilir. Bununla əlaqədar olaraq sərin yay aylarında 

xəstəlik az, isti yay aylarında isə nisbətən çox qeyd edilir. X ü-

susilə isti yay aylarında xəstəlik yaşayış məntə qə lə ri nin hər y e-

rində  yayılır,  çay  kənarlarında  yaşayanlar  arasında  isə  xəstəlik 

halları nisbətən çox müşahidə edilir.

Bağırsaq qrupu xəstəliklərinin artması daimi su çatışmazlığı 

ilə də əlaqədardır (gigiyena qaydalarına əməl etmək çətin o l du-

 ğu üçün).

Su  alovlanmalarının  qarşısını  su  kəmərləri,  kanalizasiya  və 

sutəmizləyici qurğular tikməklə, kənd yerlərində artezian su q u-

yu  ları  qazımaqla,  yaşayış  məntəqələrinin  sanitariya  vəziyyətini 

yaxşılaşdır maqla, çayların üzvi və sənaye tullantıları ilə çirk lən-

mə sinin qarşısını almaqla, əhalinin sanitariya mədəniy yətini yük-

səltməklə  və  profilaktik  və  epidemiya  əleyhinə  tədbir ləri  v ax-

tında aparmaqla almaq olar.



Epidemioloji müayinə. Müayinədən əvvəl GEM-də olan bir 

neçə  məlumatla  tanış  olmaq  lazımdır.  əvvəlcə  hazırda  şəhərdə 

sporadik  xəstələnmə  və  ya  epidemik  alovlanmanın  olub-olma-

masını müəyyən etmək lazımdır. Hazırkı xəstəliyin ümumi y o-

lux ma yolu ilə əlaqəsi aydınlaşdırılmalıdır.

GEM-də  infeksion  xəstəliklərin  qeydiyyatı  jurnalından  və 

bak te riyagəzdirənlərin  kartotekasından  öyrənmək  lazımdır  ki, 

onların yaşadığı yerdə və ya iş yerində (tədris) qarın yatalağı və 

ya törədicigəzdirən qeydə alınıbmı?

Müəyyən edilmişdir ki, qarın yatalağı ilə xəstələnənlərin 4/5 

hissəsi bakteriyagəzdirənlərdən yoluxurlar. Ona görə də xəstənin 

ətra fındakı  şəxslər  arasında  törədicigəzdirən axtarılmalıdır.  B u-

nun üçün müayinəyə cəlb edilən şəxsin nəcisi, sidiyi və ödü bak-

terioloji üsulla yoxlanılır. Ödün nüayinəsi çox vaxt müsbət nəticə 

verir,  digər  müayinə  üsulu  Vi  -  əkscisimlərini  aşkar  e t məkdən 

iba rətdir,  bunun  üçün  Vi  hemaqqlütinasiya  reaksiyasından  i s ti-

fadə edilir. Bakterioloji müayinə bir neçə dəfə təkrar edil məlidir 

(xüsusilə hemaqqlütinasiya reaksiyası müsbət olanlarda).



398

Əgər xəstənin ətrafındakı şəxslər arasında xəstə və ya bak  te-

ri yagəzdirən  tapılarsa,  hazırkı  xəstəlikdə  onun  infeksiya  m ən-

bəyi  olub-olmamasını  müəyyən  etmək  üçün  xəstədən  və  b ak-

teriya gəzdirəndən  alınmış  mikrob  kulturalarının  faqotipi  təyin 

edilir.  Faqotipin  uyğun  gəlməsi  infeksiya  mənbəyini  müəy yən 

etməyə imkan verir.

 Ocağı müayinə edərkən onun sanitariya vəziyyətinə, su m ən-

bələrinin, sutəmizləyici qurğuların yerləşməsinə və ocaqda mil-

çəklərin olub-olmamasına fikir verilməlidir.

Toplanılan  məlumatlara  əsaslanaraq  ocağın  ləğv  edilməsi 

planı tərtib edilir. Planda həm xəstələrə, həm də onlarla təmasda 

olanlara  qarşı  tədbirlər  müəyyən  edilməlidir:  birinci,  xəstələr 

müt ləq  hospitalizə  edilməlidir;  onlar  xəstəxanadan  evə  ancaq 

klinik sağalmadan 17 gün (müalicə antibiotiklərlə aparılıbsa 21 

gün) sonra yazıla bilərlər; hərarət düşəndən 5, 10, 15 gün sonra 

xəstənin nəcisi və sidiyi, 10 gün sonra isə ödü bakterioloji m ü-

ayinədən keçirilir, sağalanlara evə yazmazdan əvvəl 3 gün b ak -

teriofaq verilir, xəstəlik keçirmişlər evə yazılandan sonra dispan-

ser  nəzarətə  alınırlar.  İkinci,  xəstə  ilə  təmasda  olanlara  qarşı 

aparılan tədbirlər: xəstə təcrid edildikdən sonra təmasda olanlar 

müəyyən  edilərək  21  gün  ərzində  tibbi  nəzarətə  alınırlar.  Gün-

dəlik  sorğu  və  termometriya  aparmaqla  bir  dəfə,  epidemioloji 

cəhətdən əhəmiyyətli obyektlərdə işləyirlərsə, iki dəfə bakterio-

loji  müayinədən  (sidik,  nəcis)  keçirilirlər.  Müayinənin  nəti cəsi 

müsbət  olarsa,  onda  bu  şəxslərin  iş  yerləri  dərhal  d  ə  yiş  dirilir, 

ərzaq  məhsulları  ilə  əlaqədar  olmayan  işə  keçiri lir lər.  Xəstə  ilə 

təmasda  olanların  arasında  əvvəllər  qarın  yatalağı  və  ya  paratif 

xəstəliyi  keçirmişlər,  eləcə  də  qaraciyər  və  öd  yolları,  böyrək, 

sidik-cinsiyyət üzvlərinin patologiyası ilə xəstə şəxslər olduqda, 

onların sidiyi və nəcisi 3 dəfə, ödü isə 1 dəfə bakterioloji müa yi-

nə dən keçirilir.

Xəstə  ilə  təmasda  olanlara  ilk  dövrdə  bakteriofaq  verilir 

(birinci dəfə xəstə hospitallaşdırıldıqda, ikinci dəfə evə yazıldıq-

dan sonra), bakteriofaq 5 gün intervalla 3 dəfəyə verilir.

Su  və  qida  epidemiyalarında  ocaqda  infeksiya  mənbəyi  ilə 

təmasda  olanlarla  yanaşı,  xəstəlik  qeyd  edilmiş  ərazinin  bütün 


399

əhalisinə epidemik alovlanmanın səbəbi aradan götürülənə qədər 

5 gündən bir bakteriofaq verilir.

  Ocaqda  dezinfeksiya,  milçəklər  olduqda  isə  dezinseksiya 

həyata keçirilir.

Profilaktika və mübarizə tədbirləri. Qarın yatalağı və p a-

ra tiflərlə mübarizə kompleks şəkildə aparılır, bunlar: sanitariya-

gigiyenik, epidemiya əleyhinə və spesifik immunizasiya tədbir-

lə  rindən ibarətdir. Onların içərisində sanitariya-gigiyenik təd bir lər 

əsas yer tutur (əhalinin keyfiyyətli su ilə təchiz edil məsi, kanaliza-

siya sisteminin genişlən dirilməsi, ərzaq sənayesi müəssisələrində 

və  ictimai  yeməkxanalarda  sanitariya-gigiyena  qaydalarına  ciddi 

riayət edilməsi, milçəklərin ləğv edilməsi və s.). Xəstəliyə, onun 

yayılmasına  qarşı  mübarizə  epidemik  prosesin  üç  şərtinə  qarşı: 

infeksiya  mənbəyi,  yoluxma  mexanizmi  və  sağlam  həssas  orqa-

nizmi yoluxmadan qorumaq istiqamətində a pa rılır.

1. İnfeksiyamənbəyinəqarşıaparılantədbirlər.

Qeyd etdiyimiz kimi, qarın yatalağı və paratiflərdə infeksiya 

mənbəyi xəstə və ya törədicigəzdirən ola bilər, ona görə də i n-

feksiya mənbəyinə qarşı aparılan tədbirlər onların təcrid edil mə-

sini nəzərdə tutur.

Xəstənin infeksiya mənbəyi kimi təcrid edilməsi onun xəs tə-

xa naya qoyulması ilə əldə edilir. Xəstəliyin vaxtında aşkar edil-

mə sinin  böyük  əhəmiyyəti  vardır.  Diaqnozu  vaxtında  qoymaq 

üçün hemokultura, kopro və urokultura almaq üsullarından, sero-

loji üsullardan (Vidal reaksiyası, eritrositar diaqnostikumla qoyu-

lan passiv hemaqqlütinasiya reaksiyası və s.) istifadə edilir. Diaq-

noz qoyu lan kimi ocaqda xəstənin yatağı yanında cari de zin feksiya 

aparılır, xəstə xəstəxanaya göçürüldükdən sonra isə ocaqda yekun 

dezinfeksiya aparılır. Xəstənin ifrazatı (nəcis, sidik, qusuntu küt-

lə si) üzərinə ifrazatın 1/5 hissəsi qədər xlorlu əhəng töküb qarış-

dırır və 1 saat ağzı qapalı qabda saxladıqdan sonra ümumi kana-

lizasiyaya tökürlər. Xəstənin ifrazatı ilə çirklənmiş əşya, qab və 

pal tarlar 3-5%-li lizol, 1-3%-li xloraminlə, xəstəni daşıyan nəq-

liy  yat  isə  1%-li  xloramin  və  ya  0,5%  durulaşdırılmış  xlorlu 

əhəng məhlulu ilə dezinfeksiya edilir.

Bakteriyagəzdirənlər ayaqyoluna gedəndən sonra əllərini s a-

bunla və 2%-li xloraminlə yumalıdırlar. Ayaqyolu mütləq dezin-


400

feksiya edilməlidir, bu şəxsin istifadəsində ayrıca əl dəs malı və 

qab-qacaq  olmalıdır.  Xəstəxanadan  çıxandan  sonra  6  aya  kimi 

yemək hazırlamaqdan çəkinməli, alt paltarlarını yumazdan əvvəl 

qaynatmalıdır və s. Törədicigəzdirən sağıcıdırsa, südü sağdıqdan 

sonra onu istifadəyə verməzdən əvvəl qaynatmalıdır.

2.  Yoluxma mexanizminə qarşı aparılan tədbirlər  yoluxma 

yolu və yoluxdurucu amillərə qarşı yönəldilir. Bu tədbirlərin s ı-

rasına: su mənbələrinin abadlaşdırılması və əhalinin təmiz su ilə 

təchiz  edilməsi,  quyuların  sanitar-texniki  vəziyyəti  üzərində 

ciddi nəzarət (nasos qoyulması, ictimai vedrə ilə təminat və s.), 

su  və  müxtəlif  ərzaq  məhsullarının  çirklənməsinə  yol  veril mə-

mə si, şəxsi gigiyena qaydalarının gözlənilməsi, milçəklərlə m ü-

barizə  və  s.  aiddir.  Su  təchizatının  mərkəzləşdirilməsi,  mər kəzi 

kanalizasiya  sisteminin  yaradılması,  üzvi  tullantıların  yaşayış 

yerlərindən kənar edilərək zərərsizləşdirilməsi, əhalinin sanitariya 

mədəniyyətinin  yüksəldil məsi,  milçəklərlə  mübarizə,  q i   da lanma 

və kommunal gigiyena qaydalarına ciddi riayət edil məsi və s. bu 

xəstəliklərin  yayılmasının  qarşısının  alınmasında  bö yük  kömək 

göstərir.

İctimai yerlərdə (vağzallarda, məktəblərdə, klublarda, yataq-

xanalarda, sahə düşərgələrində və s.) su təchizatı üzərində daim 

nəzarət qoyulmalıdır. Suyun qaynadılması ilə yanaşı, su saxlanı-

lan qabların təmiz saxlanmasına diqqət yetirilməlidir.

Kanalizasiyası olmayan yaşayış məntəqələrində çirkablar və 

tullantılar  toplandıqları  yerdə  və  ya  kənara  daşınaraq  zərərsiz-

ləşdirilməlidir.

Fərdi və xüsusilə ictimai ayaqyoluların dezinfeksiyası daimi 

nəzarət tələb edir. Həyətyanı ayaqyolularını yay vaxtında dezin-

feksiya etdikdə duru nəcis kütləsinin üzərinə hər m

2

-ə 2 kq miq-



darında quru xlorlu əhəng tökmək lazımdır. Ayaqyolunun otura-

cağına,  onun  döşəməsinə  və  divarlarına  20%-li  xlorlu  əhəng 

s ü dü çilənməlidir. Əgər ayaqyolu təmizdirsə, bu məqsədlə 3%-li 

duruldul muş  xlorlu  əhəng  məhlulundan  da  istifadə  etmək  olar. 

Mənzillərdəki ayaqyolularında 0,5%-li duruldulmuş əhəng məh-

lulu və bu qatılıqda xloramin məhlulundan istifadə etmək olar.



401

Qarın yatalağı və paratiflərlə mübarizə tədbirləri sistemində 

qidalanma  gigiyenasına  görə  nəzərdə  tutulan  sanitariya  nəza-

rətinin  də  böyük  əhəmiyyəti  vardır.  Burada  əsas  məqsəd  ərzaq 

məhsullarının  xəstəlik  törədiciləri  ilə  çirklənməsinin  qarşısını 

almaqdır.  Ərzaq  məhsullarının  çirklənməsinin  qarşısı  qida  o b-

yek tlərinin  sanitariya  rejimini  gözləməklə,  ərzaq  məhsullarının 

daşınması qaydalarına əməl etmək, yeməyin hazırlanması prose-

sini mexanikləşdirmək, xörəkləri hazır olan kimi isti-isti payla-

maq, ərzaq məhsulları ilə məşğul olanların sanitariya sahəsində 

biliyini  artırmaqda,  milçəklərə  qarşı  mübarizə  aparmaq  və  s. 

yol larla  alınır.  Deyilənlərdən  göründüyü  kimi,  əhalinin  sanita-

riya mədəniyyətini artırmaqla infeksiyanın məişət-təmas yolu ilə 

yayılmasının qarşısını almaq olar.



3.Sağlamhəssasşəxslərəqarşıaparılantədbirlər. Bu, əsa-

sən əhali arasında spesifik profilaktikanın aparılması yolu ilə əl də 

edilir.  Qarın  yatalağı  və  paratifin  spesifik  profilaktikası  plan lı 

şəkildə və epidemioloji göstərişə əsasən həyata keçirilir. Xəs tə-

lik qeyd edilməyən yaşayış məntəqələrində spesifik profilaktika 

aparmağa ehtiyac yoxdur.

Xəstəlik sporadik qeyd edilən və su təchizatı pis olan yaşayış 

məntəqələrində bu işi məhdud şəkildə aparmaq lazım gəlir. Bu 

zaman peyvəndlə ilk növbədə iaşə obyektləri (ərzaq anbarı, ə r-

zaq mağazası, çörəkxana, süd ferması, yeməkxana və s.), su təc-

hi zatı sisteminin işçiləri, məktəb süpürgəçiləri, tarla düşər gə sinə 

su  daşıyanlar,  kommunal  işçilər,  zibil  daşıyanlar,  camaşırxana 

işçiləri  və.s.,  həmçinin  xəstəxananın  yoluxucu  bağırsaq  x əs  tə-

likləri  şöbəsinin  işçiləri  əhatə  edilməlidir.  Habelə  müha cir lər, 

yeni tikintilərdə işləyənlər, torf və meşə materialları təda rü kü ilə 

məşğul olanlar, nəqliyyat işçiləri və s. peyvəndlə əhatə olunma-

lıdır. Planlı peyvəndə 7 yaşından yuxarı, 60 yaşına qədər kişilər 

və 55 yaşına qədər qadınlar cəlb edilirlər. İmmunitetin yaranma 

m üd dətini  nəzərə  alaraq,  peyvəndi  mövsümi  yüksəlişdən  3-4 

həftə əvvəl aparmaq lazımdır. Ona görə də bir çox yerlərdə pey-

vəndə aprel, may və iyun aylarında, ya da payız fəslində başla-

yırlar. Əvvəldə vaksinasiya edilənlər arasında sonradan revaksi-

nasiya  aparılır.  Bəzən  epidemioloji  göstərişlərə  əsasən  planda 


402

nəzərdə tutulmadığı halda da peyvənd (epidemik göstərişə görə) 

aparılır. Onu əvvəlki vaksinasiyadan 4 ay keçmişsə və xəstəliyin 

e pi  demik  alovlanması  təhlükəsi  olduqda  və  ya  epidemik  alov-

lanma  müddətində  həyata  keçirirlər.  Bu  zaman  yoluxma  təh lü-

kəsi olan bütün əhali peyvəndlə əhatə edilməlidir.

Qarın  yatalağı  və  paratiflərə  qarşı  vaksinasiya  spirtdə  quru 

vaksinlə  və  VİANVAK-  Vi-polisaxarid  duru  vaksinlə  aparılır. 

Hazır vaksinin tərkibi və işlətmə sxemi vaksinin yerləşdiyi qab-

larda qoyulmuş təlimatlarda göstərilir. Təlimatlarda quru vaksini 

işlətmək üçün hazırlamaq qaydası da göstərilir.

Peyvəndi  etməzdən  əvvəl  sorğu  və  müayinə  vasitəsilə  pey-

vəndə əksgöstərişi olanlar müəyyən edilib peyvənddən azad e di-

lirlər. Kütləvi peyvəndə başlamazdan əvvəl vaksinin hər seriyası 

reaktogenliyə görə yoxlanılmalıdır. Hər vaksin preparatının özü-

nün  reaktogenlik  dərəcəsi  vardır.  Kütləvi  peyvənd  aparıldıqda 

p  ey  vənd olunanlar üzərində nəzarət qoyulur. Peyvənd olunanlar 

xüsusi jurnalda (64№-li qeydiyyat forması) qeydə alınırlar.

Laborator  diaqnostika.  Xəstəliyin  başlanğıcında  diaqnozu 

qəti  müəyyən  etmək  üçün  qanın  bakterioloji  müayinəsindən 

( he mokultura) istifadə edilir. Xəstəliyin bütün dövrü ərzində bu 

mü ayinə üsuluna müraciət etmək olar, bunun üçün xəstəliyin b i-

rinci həftəsində xəstədən 10 ml, sonrakı dövrlərdə isə 15-20 ml 

qan alıb 100-200 ml həcmində 10%-li ödlü bulyona əkirlər (1:10 

miqdarında). Ödlü bulyon olmadıqda qan Rapoport mü hi ti nə, ya 

da 100 ml steril destillə edilmiş suya əkilə bilər. Mikroblu qidalı 

mühit termostatda 24 saat saxlandıqdan sonra onu müvafiq bərk 

qidalı  mühitə  keçirib  mikrobun  təmiz  kulturasını  əldə  edirlər. 

Antibiotiklərlə  müalicə  törədicinin  əkilmə  qabiliy yə ti nə  mənfi 

təsir göstərdiyindən, əkmək üçün qanı antibiotiklərlə müalicəyə 

başlamazdan əvvəl götürmək lazımdır. Qanın birinci müayinəsi 

mənfi  olduqda,  onu  mütləq  təkrar  etmək  lazımdır.  Diaqnostika 

məqsədilə  xəstənin  nəcisi  və  sidiyi  də  bakterioloji  üsulla  müa-

yinə edilir. Müayinə üçün nəcis 2-3q miqdarında qidalı mühitə 

əki lir. Əgər nəcisin götürülməsi ilə əkilməsi arasında bir saatdan 

çox  vaxt  keçirsə,  konservasiya  məhlullarının  birindən  istifadə 

edilir (qliserin qarışığı, 20-40% ödlü bulyon).


403

Sidik 20-30 ml miqdarda steril flakona yığılır. Kişilərdə s i-

diyi götürməzdən əvvəl sidik kanalının xarici dəliyi steril izoto-

nik  natrium-xlor  məhlulu  ilə  yuyulur.  Qadınlardan  isə  sidik 

katetr  vasitəsilə  götürülür.  Sidiyi  əsasən  bakteriya  gəzdirməni 

müəyyən etmək üçün müayinə edirlər.

Yardımçı diaqnostik üsul kimi Vidal reaksiyasından istifadə 

edilir.  Onu  qoymaq  üçün  xəstəliyin  8-9  günündən  etibarən  1-2 

ml  qan  götürülür.  1:200  nisbətindən  başlayaraq  aqqlütinasiya 

reaksiyası müsbət nəticə verdikdə bu, xəstəliyin olduğunu gös-

tərir.  Diaqnozu  daha  dəqiq  müəyyən  etmək  üçün  xəstəliyin 

gedişi  ərzində  bu  reaksiya  təkrar  edilir.  Əgər  titrin  yüksəlməsi 

qeyd  edilərsə,  bu,  diaqnozu  təsdiq  etməyə  imkan  verir.  Bəzən 

xəstəlik keçirmiş şəxslərin, eləcə də qarın yatalağı və paratiflərə 

qarşı peyvənd edilmiş şəxslərin qan zərdabı ilə reaksiya müsbət 

nəticə verə bilər. Bunu nəzərə alıb Vidal reaksiyasını O və OH 

diaqnostikumları  ilə  də  qoyurlar,  əgər  iki  tip  antigenlərə  qarşı 

əkscisimlər tapılarsa, bu, xəstəliyin təyin olunduğunu göstərir.

Seroloji üsuldan eyni zamanda bakteriyagəzdirənlərin müəy-

yən  edilməsində  də  istifadə  edilir.  Aparılan  tədqiqatlar  nəticə-

sində müəy yən edilmişdir ki, qarın yatalağında xroniki bakte ri-

ya gəzdirənlərin  qan  zərdabında  vi  əkscisimlər  toplanır.  Bunu 

aş kar etmək üçün antigen tətbiq etməklə aqqlütinasiya reaksiyası 

qoyulur,  əkscisim lərin  titrinin  1:20-dən  yüksək  olması  müsbət 

nəticə kimi qəbul edilir.

Müasir  dövrdə  qarın  yatalağının  seroloji  diaqnostikasında 

pas  siv hemaqqlütinasiya reaksiyasından (PHAR) eritrositar d iaq -

nostikum  işlətməklə  istifadə  edilir.  Vidal  reaksiyasından  daha 

h əs  sas olan bu reaksiyadan xəstəliyin ilkin diaqnostikasında isti-

fadə edilir. PHAR həssaslığına görə hemokulturadan geri qalmır.



404

Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin