Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə43/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   39   40   41   42   43   44   45   46   ...   65

Viruslu C hepatiti (VCH)

Törədici  –  RNT-tərkibli  virus  hissəciyidir,  Flaviviridae 

ailəsinə, Hepacivirus cinsinə aiddir. Virusun 30-dan artıq geno-

tip ləri və subtipləri vardır. Çox güman ki, virusun genotipi xəs-

tə  liyin ağırlıq dərəcəsini və interferonterapiyaya həssaslığını t ə-

yin edir. Orqanizmdə virusun uzunmüddətli persistensiyası onun 

fərqləndirici  xüsusiyyəti  olub,  xronikləşmənin  yüksək  s ə viy  yə-

si ni müəyyən edir.

Etiologiyası. Viruslu C hepatitinin (VCH) törədicisi lipoidli 

super kapsidi olan bir saplı  RNT-tərkibli kiçik virusdur.  HC  v i-

rusu  1989-cu  ildə  kəşf  edilmişdir.  VCH-li  xəstəni  aşkar  etmək 

üçün onun qan zərdabında immunferment reaksiyası ilə C hepa-

titinin törədicisinə qarşı yaranmış əkscisimlər axtarılır. Bu əksci-

sim lər  virus  genomunun  qeyri-quruluşlu  sahəsinə  qarşı  yönəl-

miş dir və HC virusu ilə yoluxmanı və çox vaxt qan zərdabında 

RNT tərkibli hepatit C virusunun olmasını göstərir. Bu üsuldan 

dün yanın əksər laborato riyalarında istifadə edilir, ancaq onun bir 

sıra qüsurları vardır:

1. Bu əkscisimlər HC virusu ilə yoluxduqdan 20 həftə sonra 

əmələ gəlir.

2. HC-lə yoluxması sübut olunmuş 15% xəstələrdə HC viru-

suna qarşı əkscisimlər əmələ gəlmir.

3. Sağlam donorların 50%-də səhv müsbət nəticə əldə edilir.

Müayinənin sonrakı mərhələsində əlavə üsullardan – rekom-

binant  antigenlərlə  immunoblottinq  və  neytralizasiya  reaksiya-


480

sından istifadə edilir. Hər iki sınaq müayinənin həssaslığını artırır 

və HC virusuna qarşı əkscisimlərin aşkar edilməsini t əs diq ləmək 

üçün istifadə edilir.

Yüksək risk qruplarına aid olan xəstələrin (məsələn. narko-

man ların) 90%-də diaqnozun təsdiqlənməsi zamanı əlavə sınaq-

lardan istifadə edilir. Buna baxmayaraq, sağlam donorlarda alın-

mış  müsbət  nəticələrin  ancaq  50%-i  əlavə  sınaqlarla  təsdiq 

edilir.  Hazırda  daha  həssas  və  spesifik  reaksiyalar  tətbiq  edilir. 

Bu sınaqlar nüvəyə və virusun səthi antigenlərinə qarşı yaranmış 

əks cisimləri aşkar edir.

HC  virusuna  qarşı  əkscisimlərin  olması  əksər  hallarda  xəs-

tənin  yoluxmasını  göstərir.  HC  virusuna  qarşı  xəstələrin  70%-

nin  qan  zərdabında  əkscisimlərin  olması  zəncirvari  polimeraza 

reaksiyasının (ZPR) vasitəsilə HC RNT-nin qanda tapılması ilə 

eyni zamanda müəyyən edilir. Bundan başqa retrospektiv müa-

yinə HC virusuna qarşı əkscisimlərin aşkar edilməsi ilə qan kö-

çür mədən  sonra  xəstə lərdə  viruslu  hepatitin  baş  verməsi  ara-

sında  əlaqənin  olduğunu  gös tər di.  Beləliklə,  müasir  diaqnostik 

reaksiyalar vasitəsilə HC virusuna qarşı əkscisimlərin müəyyən 

edilməsinin çox hallarda virusun replikasiyası ilə uyğun gəlməsi 

müşahidə olunur. Müəyyən edilmişdir ki, HC virusuna qarşı əks-

cisimlərin əmələ gəlməsi ləng gedir: orta hesabla yoluxmadan 20 

həftə və ya hepatitin klinik əlamətlərinin başlanmasından 15 həf-

tə sonra. Bəzi xəstələrdə əkscisimlər 1 il ərzində əmələ gəlir, a n caq 

85% xəstə lərdə qanköçürmədən sonra baş vermiş viruslu h e pa titdə 

yoluxmadan  6  ay  sonra  əkscisimlər  meydana  çıxır.  Əks  cisimlər 

orqanizmdə 4 ilə qədər saxlanılır. HC virusuna qarşı əkscisimlərin 

olmaması C hepatiti diaq nozunu rədd e t məyə əsas vermir.

İspaniyada aparılan tədqiqatlar göstərmişdir ki, HC virusunu 

aşkar  etmək  üçün  istifadə  edilən  reaksiyalar  qanköçürmədən 

sonra  baş  verən  hepatitlərin  sayının  50%-ə  qədər  azalmasına 

səbəb oldu.

HC virusu əsasən qanla təmas (qanköçürmə zamanı və qan 

pre paratlarını vena daxilinə yeritməklə istifadə edilməsi) nəti cə-

sində  yayılır.  Bundan  başqa,  HC  virusunun  aşağıdakı  yo lux ma 



481

yolları mövcuddur: cinsi əlaqə vasitəsilə, perinatal (anadan uşa-

ğa) yolla. Həşəratların dişləməsi vasitəsilə də HC virusunun k  e-

çi   rilməsi ehtimal edilir.

Homoseksual  kişilərdə  HC  virusunu  gəzdirənlərin  miqdarı 

4%-dən artıqdır, bu, ümumi populyasiyada olduğundan 2 dəfə çox-

dur. Bundan əlavə, homoseksual kişilərin 75%-də hepatit B virusu-

nun markerləri vardır və virus cinsi əlaqə zamanı asanlıqla onlar-

dan sağ lamlara keçə bilər.

HC  virusu  ilə  yoluxmuş  hemofiliyalı  kişilərin  100  nəfər 

müayinə olunmuş qadınla rında, partnyorlarında HC virusu tapıl-

mamışdır.  Bununla  yanaşı,  göstərilir  ki,  seksual  partnyorların 

çox hissəsi hepatit C-yə görə risk qrupuna aiddir. Ona görə çox-

lu  partnyorları  olan  HC  ilə  xəstələr  “təhlükəsiz  seks”  qaydala-

rına əməl etməlidirlər.

Aparılmış tədqiqatlar göstərir ki, HC virusu bətndaxili inki-

şaf dövründə dölə keçir. Yenidoğulmuşlarda HC virusuna qarşı 

anadangəlmə əkscisimlər olur, ancaq onlarda HC virusunun t ö-

rət  diyi hepatit əlamətləri nadir hallarda təzahür edir.

HC virusu ilə yoluxmuş xəstələrdə çətin müəyyən edilən, çox 

vaxt sarılıqsız keçən kəskin viruslu hepatit xəstəliyi qeydə alınır 

və onların 70%-də xəstəlik xronik hala keçir. Xronik C hepatitli 

xəstələrin 40-60%-də xəstəlik qaraciyərin sirrozuna keçir, sonra-

lar belə xəstələrin 20%-də hepatosellulyar karsinoma inkişaf edə 

bilər.

HC  virusuna  qarşı  əkscisimləri  olan  donorların  qaraciyər 



toxumasının histoloji müayinəsi göstərdi ki, onların 17%-də his-

toloji  dəyişikliklər  tapılmayıb,  14%-də  cüzi  dəyişikliklər  aşkar 

edilib, 20%-də xronik persistə edən hepatit, 38%-də xronik fəal 

hepatit,  8%-də  isə  qaraciyər  sirrozu  aşkar  olunmuşdur.  Hesab 

edilir ki, qaraciyərin xəstəliyi alkoqolizm və ahıl yaşla birgə g e-

dirsə, onun gedişi daha ağır olur. Avropa ölkələrində və ABŞ-ın 

bir  sıra  mərkəzlərində  aparılan  tədqiqatlar  göstərir  ki,  a l ko qol 

təsirindən zədələnmiş qaraciyəri olan xəstələrin 1/3-də HC viru-

suna (və ya HC RNT) qarşı əkscisimlər tapılır. Bir sıra Avropa 

və Yapon  tədqiqatçılarının  məlumatlarına  görə,  hepatosellulyar 



482

karsinoması  olan  xəstələrin  95%-də  HC  virusuna  qarşı  əks ci-

simlər aşkar edilmişdir.

İnfeksiya mənbəyi – xəstəliyin kəskin və xronik forması ilə 

xəs tə və ya virusgəzdirəndir. Yoluxmuş şəxslərin qan zərdabı və 

plaz ması  xəstəliyin  klinik  əlamətləri  meydana  çıxmazdan  bir 

neçə həftə əvvəl və xəstəliyin bütün dövründə (xronik mərhələ) 

y o lux durucudur.

Yoluxma mexanizmi Viruslu B hepatitində olduğu kimidir. 

Lakin yoluxma mexanizmini həyata keçirən yoluxma yollarının 

özünə məx sus  xüsusiyyətləri  vardır  ki,  bunu  törədicinin  ətraf 

mühitdə  nisbətən  aşağı  davamlılığı  və  yoluxmaq  üçün  yüksək 

dozanın o l ması ilə əlaqələndirirlər.

İnsanların hepatit C-yə təbii həssaslığı eyni deyildir və m ü-

əy yən  dərəcədə  infeksion  doza  ilə  təyin  olunur.  Hepatit  C-nin 

törədicisinin  yayılmasında  başlıca  yoluxma  yolu  –  parenteral 

yol dur  və  əsasən  narkotik  preparatların  venadaxili  yeridilməsi 

zamanı realizasiya olunur. Cinsi və məişət yoluxma yolu viremi-

yanın səviyyəsinin aşağı olması nəticəsində az əhəmiyyət daşı-

yır.


VCH antroponoz yoluxucu xəstəliklərə aiddir. Hepatit C - də 

inkubasiya  dövrü  2  həftədən  26  həftə  (35-140  gün)  arasında 

dəyişir, orta hesabla 6-8 həftə (56-70 gün) təşkil edir, yəni HB- 

nin inkubasiya dövründən qısadır. Virus populyasiyası və sahibin 

heterogenliyi  klinik  gedişin  müxtəlifliyinə  səbəb  olur.  Xəstəlik 

əla mətsiz,  kəskin,  sarılıqla  və  sarılıqsız  keçir.  Xəstəliyin  səciy-

yə vi əlaməti tez (25-dən 62%-ə qədər) xroniki xəstəliyə keç mə-

sidir.

Epidemik prosesin inkişafına görə HC HB-yə yaxındır. C h e-



pa titnin əsas epidemioloji təzahürləri B hepatitində olduğu kimi-

dir. Qanköçürmədən sonra və parenteral yolla keçən əksər h epa-

titlər viruslu C hepatit (VCH) hesabına baş verir. Bununla yanaşı, 

VCH  digər  yollarla  da  keçə  bilər.  Yoluxma  ən  çox  qan  k öçür-

məklə  əlaqədardır,  ancaq  zərərsizləşdirilməmiş  alətlərlə  (qanla 

çirklənmiş)  parenteral  əməliyyatlar  aparıldıqda  da  y o lux ma  baş 

verir.Yoluxma üçün tərkibində 10

-6

 ml virus olan qan kifayətdir. 



483

Vertikal yolla anadan yenidoğulmuşlara HC keçməsi və sıx məi-

şət şəraitində yoluxmanın baş verməsi sübut edilmişdir.

Xəstəlik müayinə aparılan bütün ölkələrdə aşkar edilmişdir. 

VHC-yə qarşı da VHB zamanı aparılan tədbirlərdən istifadə edi-

lir, yəni profilaktik və əksepidemik tədbirlər kompleksi eynidir.



Laborator  diaqnostikası.  Viruslu  hepatitlərin  spesifik  diaq-

nosti kasında  geldə  presipitasiya,  ikili  immundiffuziya,  immu-

noelektro fez, immun elektron mikroskopiya, mikroskopik, h e maq -

qlü tinasiya, passiv hemaqqlütinasiya, bərk geldə r a dio im munoloji, 

enzimnişanlama, immun flüoressensiya üsullarından istifadə edilir.

Viruslu  hepatitlərin  diaqnostikasında  biokimyəvi  üsullardan 

istifa də edərək aldolaza və transaminazanın səviyyəsi təyin edi-

lir, bilirubin, timol və süleyma sınaqları qoyulur. Hepatitli xəs tə-

lər də,  bir  qayda  olaraq,  aminotransferaza  və  aldolazanın  aktiv-

liyi və bilirubinin səviyyəsinin artması müəyyən edilir.



Hepatit D (delta-infeksiya)

Törədici  –  delta-agent  təksaplı  RNT  molekuluna  malikdir, 

onun xarici qişası viruslu B hepatitin törədicisinin səthi antigeni 

(HBs-antigen) ilə qurulmuşdur. 

İnfeksiya  mənbəyi.  İnsan  orqanizmində  viruslu  hepatit  B 

olma dıqda viruslu hepatit D-yə yoluxmaq mümkün deyildir, v i-

rus lu hepatit D və B-də infeksiya mənbəyi eynidir. Viruslu h  epatit 

D  ilə  infeksiyalaşmış  və  HBsAg  gəzdirənlər  və  viruslu  hepatit 

B-nin  xronik  formaları  ilə  xəstələr  mühüm  epidemioloji  əhə-

miyyət daşıyırlar. Yoluxma B hepatiti virusunun tək yüksək deyil, 

həm də aşağı replikasiya aktivliyində mümkündür. Yoluxdurucu-

luq dövrü – delta-antigenlə infeksiyalaşma anından etibarən xəs-

tə nin qanı yoluxdurucudur. 

Yoluxma mexanizmi B hepatitinə oxşardır.

Təbii  həssaslıq  B  hepatiti  ilə  xəstələrin  və  ya  virusgəz di-

rənlərin olması ilə müəyyən edilir. Delta-virus infeksiyasının iki 

əsas variantı ayırd edilir: B hepatiti virusu və delta-virusla eyni-

anlı yoluxma anında delta-antigenlə birgə kəskin B hepatiti in kişaf 

edir (koin feksiya). HBsAg gəzdirənlərin delta-infeksiya vi rusu ilə 


484

yoluxması  zamanı  hepatit  B-nin  virusgəzdirənlərinin  kəs kin 

(super) delta-infeksiyası aşkar edilir.

İnkubasiya dövrü6həftədən6ayaqədər uzanır.

Əsas  epidemioloji  təzahürləri  viruslu  B  hepatitində  olduğu 

kimidir. Aparılan əksepidemik və profilaktik tədbirlər də B hepa-

ti tində həyata keçirilən tədbirlərdən fərqlənmir.



İİV-İnfeksiya /QİÇS

İnsanın  immunçatışmazlıq  virusu  (İİV)  əsasən  təmas  mexa-

nizmli antroponoz xəstəliyi törədir. O, immun sistemin z ə də lən -

məsi  ilə  səciyyələnir  ki,  bu  da  qazanılmış  immunçatış mazlıq 

sindromunun (QİÇS) inkişaf etməsinə və ikincili xəstəlik lərdən 

ö lü  mün baş verməsinə gətirib çıxarır.



Törədici. İİV retroviruslar (Retroviridae) ailəsinə, ləng ge  dişli 

viruslar  (Lentivirus)  yarımailəsinə  aiddir.  Lentivirusların  7  növü 

məlumdur ki, onlardan 6-sı heyvanlar üçün patogendir və yalnız 

1-i  (İİV)  insanda  xəstəlik  törədir.  İnsanın  immunça tışmazlıq 

virusu – İİV (Human immundificiency virus – HIV) 1983-cü ildə 

Fransada limfadenopatiya ilə xəstənin qanında leyko sit lər dən ayırd 

edilmişdir.

Virusun  2  serotipi  təsvir  olunmuşdur:  İİV-1  və  İİV-2,  onlar 

bir-birindən  struktur  və  antigen  xüsusiyyətlərinə  görə  fərq lə nir-

lər. İİV-1 daha böyük epidemioloji əhəmiyyət daşıyır ki, hazırda 

məhz bu serotip dominantlıq edir. 1-ci serotipin ştamları 3 qrupa 

b   ö    lün müşdür: M, N, O. M qrupunda 10 subtip aşkar edilmişdir 

ki, onlar belə göstərilir: A, B, C, D, F1, F2, C, G, K.

Təbii şəraitlərdə İİV qurumuş substratda bir neçə ay ərzin də, 

b ö yük miqdarda virus hissəcikləri olan mayelərdə, məsələn, qan, 

eya kulatda bir neçə gün, dondurulmuş qan zərdabında bir neçə il 

qalır.

56

0



C  temperaturda  30  dəqiqə  qızdırılma  virusun  infeksion 

tit rinin 100 dəfə azalmasına səbəb olur, 70-80

0

C-də virus 10 d ə-



qi qədən sonra məhv olur; 70%-li etil spirtinin və 6%-li hidrogen 

peroksidin təsiri ilə 1 dəqiqəyə məhv olur.



İnfeksiya mənbəyi. İnfeksiya mənbəyi – xəstəliyin istənilən 

mərhələsində, o cümlədən inkubasiya dövründə olan İİV-yolux-



485

muş şəxsdir. İİV bütün bioloji mayelərdə (qan, sperma, uşaqlıq 

yolu şirəsi, ana südü, tüpürcək, göz yaşı, tər və s.) ola bilər və 

trans plasentar  səddi  keçə  bilər.  Lakin  virus  hissəciklərinin  bio-

loji  mayelərdə  miqdarı  müxtəlifdir,  bu  da  onların  epidemioloji 

əhə miyyətini fərqləndirir.



Yoluxma mexanizmi. İİV aşağıdakı mexanizmlərlə ötürülür: 

təbii – təmas, şaquli və süni (artifisial). Virusun yoluxma mexa-

niz mi müxtəlifdir: cinsi, transplasentar, parenteral (inyeksiya, t ra n -

s   fuziya,  transplantasiya).  Dominantlıq  edən  yoluxma  mexa nizmi 

təmas  mexanizmi  olub,  cinsi  yolla  həyata  keçir.  cinsi  yolla  ö tü -

rülmənin  rolu  sperma  və  uşaqlıq  yolu  şirəsində  virusun  yük sək 

q  a   tılığı ilə şərtlənir.

İİV-in kişi-kişi, kişi-qadın və qadın-kişi istiqamətində ötürül-

məsi mümkündür.

İİV zamanı yoluxmuş hamilə qadınların 25-35%-də şaquli y o-

luxma mexanizmi realizasiya olur. Uşağın yoluxması doğuş aktı 

za manı, həmçinin südlə əmizdirdikdə baş verir, bu zaman virus 

təkcə yoluxmuş anadan körpəyə deyil, həm də yoluxmuş uşaq-

dan əmiz dirən qadına keçə bilər.

İmmunçatışmazlıq virusu infeksiyalaşmış qanın və ondan h a-

zır  lanmış məhsulların (eritrosit kütləsi, trombositlər, təzə və don  -

durulmuş plazma) köçürülməsi zamanı ötürülür. İİV-sero po zitiv 

donorlardan  qanı  köçürdükdə  resipiyentlər  90%  halda  yo lu-

xurlar. Normal insan immunoqlobulini və albumin təhlükəli d e-

yil dir, çünki bu preparatların alınması texnologiyası və xammala 

nə zarət mərhələləri İİV ilə yoluxmanı aradan qaldırır.

Stasionar  şəraitində  İİV-nin  parenteral  yoluxma  yolu  pasi-

yent  lərin və tibb heyətinin yoluxma ehtimalı ilə assosiasiya edir. 

Bu yola “inyeksion” narkomanlar arasında daha çox rast gəlinir.

Nisbətən  nadir,  lakin  mümkün  yoluxma  variantlarına  orqan-

ların, toxumaların transplantasiyası və qadınların süni maya lan dı rıl-

ması aiddir. İİV-nin hava-damcı, qida, su, transmissiv yolla ö tü   rül-

mə si sübut olunmamışdır.

İİV-infeksiyanın yayılmasında demoqrafik, tibbi, sosial, iqti-

sadi, mədəni və davranış amilləri mühüm rol oynayır.



486

Risk qrupları. İİV ilə infeksiyalaşma riski əhalinin müxtəlif 

qrupları üçün eyni deyildir. Onların arasında yüksək yoluxma ris-

kinə məruz qalan qrupları ayırd etmək olar: homo-, biseksua listlər, 

“in yek sion narkomanlar”, qan və onun preparatlarının resi pi yent-

ləri, fa hişələr, tüfeyli həyat keçirənlər, azad məhəbbət t ə rəf darları, 

meh man xanaların heyəti, beynəlxalq uçuş xətlərinin he yəti, hərbi 

qul  luq çular, dənizçilər, immiqrantlar, qaçqınlar, möv sümi fəhlələr, 

turistlər.

Tibb  işçilərinin  yoluxma  riski  onun  ixtisasından,  vəzifə sin-

dən, infektin dozasından, infeksiyalaşmış qanla təmas dərə cə sin-

dən asılıdır. Müəyyən edilmişdir ki, peşə yoluxması törədici ilə 

çirklənmiş iti tibb alətləri ilə təsadüfən zədələndikdə, az hallarda 

qanın selikli qişalara və ya dəriyə düşməsi zamanı baş verir.

İİV-ə qarşı həssaslıq yüksəkdir və fərdlərin geno-, feno tipik 

polimorfizmi ilə müəyyən olunur. Virusun 3 geni (CCR5, CCR2 

və SDF1) təsvir olunmuşdur ki, onlar molekulların sintezinə n ə-

za rət edir və sahibin hüceyrələrinə İİV-nin daxil olmasında işti-

rak edirlər.



Epidemik  prosesin  xüsusiyyətləri.  İİV-infeksiyanın  bütün 

qitələrdə yayılması, qeydə alınmış şəxslərin, xəstələrin və QİÇS-

dən ölmüş insanların sayının artması ilə xarakterizə olunur.

İlk  dəfə  qazanılmış  immunçatışmazlıq  sindromu  (QİÇS) 

1981-ci ildə təsvir olunmuşdur. Uzun illər İİV-infeksiya və onun 

son  mərhələsi  olan  QİÇS  təkcə  homoseksualistlərin  və  narko-

manların  xəstəliyi  hesab  edilirdi.  Hazırda  İİV/QİÇS  mühüm 

tibbi-sosial problemdir, belə ki, bütün dünyada xəstə və yolux-

muş şəxslərin sayı durmadan artır.

XX əsrin 80-ci illərində İİV-infeksiya ilə qeydə alınmış hadi-

sələrin  əksəriyyəti  mərkəzi  Afrika  və  ABŞ-ın  payına  düşürdü. 

2000-ci  ilin  sonundan  etibarən  bütün  qitələr  epidemiyaya  cəlb 

olunmuşdur.

90-cı  illərin  ortalarına  qədər  İİV-nin  yoluxmasında  əsasən 

cinsi yol əsas idi ki, bu da İİV-infeksiya zamanı epidemik prose-

sin  özünəməxsusluğunu  müəyyən  edir.  1996-cı  ilin  ikinci  yarı-

sından  etibarən  İİV-nin  aparıcı  yoluxma  yolu  dəyişir.  Birinci 


487

yer də  “inyek sion”  yol  durur  ki,  o  da  narkomanlar  arasında  üs -

tün   lük  təşkil  edir  –  onlar  psixi-fəal  maddələri  venadaxili  yeri-

dirlər. İİV ilə infeksiyalaşmış hamilə qadınların sayı da artmışdır 

ki, bu da İİV-infeksiyalaşmış analardan doğulmuş uşaq ların s a-

yı nın artmasına gətirib çıxarır.

Xəstələnmə haqqında məlumatlar kifayət qədər sürətlə d ə yi-

şir, onların dürüstlüyü işlədilən diaqnostik sistemlərdən və m ü a-

yi nə olunan kontingentlərdən asılıdır. Ən yüksək letallıq həm çi-

nin  gənc  yaşda  qeyd  olunur.  İnfeksiyanın  inkubasiya  müddəti 

uzun müd dətlidir, o, 2-7 həftədən 3 aya qədər, ayrı-ayrı hallarda 

– 1 ilə qədər davam edir. Xəstələnmə halları “yuva” xarakterində 

olub, bir infek siya mənbəyinin, məsələn, cinsi partn yorun və ya 

k eç   mişdə qan, sperma donoru olan şəxsin ətrafında qruplaşır.



Laborator  diaqnostikası.  İİV-infeksiya  diaqnozunu  təsdiq 

etmək üçün virusoloji, molekulyar-genetik (ZPR) və Seroloji (İFA, 

immun blottinq) metodlardan istifadə edilir. Standart və daha çox 

işlədilən prosedur – İFA-da İİV-ə qarşı əkscisimlərin a ş kar edil-

məsidir.

İİV-ə qarşı əkscisimlər yoluxma anından etibarən 2 həftədən 

3 aya qədər olan dövrdə əmələ gəlir. Bəzi hallarda bu müddət 6 

aya qədər uzanır. İFA zamanı birinci müsbət nəticə aldıqda müa-

yinə daha 2 dəfə İFA test-sistemin müxtəlif seriya ları ilə aparılır. 

Əgər bu vaxt müsbət nəticə alınmışsa, qan zər da bını immun blot-

tinq metodu ilə müayinəyə göndərirlər. İm mun blottinqin nəti cə-

ləri müsbət, şübhəli və mənfi qiymət ləndirilir.

İİV-infeksiyanın diaqnostikası zamanı zəncirvari polime ra za 

reakiyasının qoyulması üçün test-sistemdən istifadə edilir. Xəs-

tə liyin  erkən  mərhələsində  İİV-nin  yüksək  miqdarı  proqnostik 

cəhətdən  pis  əlamət  sayılır  ki,  bu  da  virusun  aqressivliyindən 

xə bər verir.

Uşaqlarda anadangəlmə İİV-infeksiyanı təyin etmək və ya is -

tis na etmək üçün uzunmüddətli müşahidə dövrü (3 ildən az) t ə ləb 

olu nur.  Uşaqda  İİV-ə  qarşı  əkscisimlər  doğulduqdan  ilk  6-12  ay 

ərzində İİV-ifeksiyanı aşkar etməyə imkan vermir, belə ki, bu, ana-

nın əkscisimləri ola bilər. Uşaqda 18 yaşda yalnız əks ci sim lərin 

aşkar  lanması İİV-infeksiyanın olmasını göstərir.


488

Xəstəyə ilk dəfə aşkar edilmiş İİV-infeksiya diaqnozu xəbəri 

verildikdə psixoloji yardım göstərilməlidir.

Profilaktik və əksepidemik tədbirlər. İİV-infeksiya ilə m ü-

ba rizə kompleks şəkildə aparılmalıdır. ÜST ekspertləri aparılan 

tədbirləri 4 əsas qrupa bölürlər: 

–  İİV-nin cinsi və perinatal ötürülməsinin qırılması;

–  köçürülən  qanın  və  onun  preparatlarına  nəzarətin  apa rıl-

ması;


– cərrahi və stomatoloji müdaxilələr zamanı İİV-nin ötürül-

məsinin qarşısının alınması;

– İİV-infeksiyalı şəxslərə, onların ailə üzvlərinə və ətraf d a kı-

lara tibbi yardım göstərilməsi və sosial dəstəyin verilməsi. 

Ölkədə  İİV-infeksiya  üzrə  mübarizə  və  profilaktika  xüsusi 

xidmət idarələri tərəfindən yerinə yetirilir ki, buraya QİÇS-lə m  ü -

ba rizə Mərkəzi, skrininq laboratoriyalar, psixi-sosial məslə hət və 

k ö nüllü (anonim) müayinə kabinetləri daxildir.



Tibb heyəti arasında İİV-nin profilaktikası. Bu məqsədlə 

a şa ğıdakı normativ qaydaların yerinə yetirilməsi vacibdir:

• tibbi əhəmiyyətli istənilən əməliyyatı yerinə yetirdikdə MPM 

işçisi xələt, ləçək, birdəfəlik maska (lazım gəldikdə – eynək və 

ya  qoruyucu  lövhə)  geyinməli,  dəyişək  ayaqqabısı  olmalıdır  – 

şöbədən,  laboratoriyadan,  əməliyyat  kabinetindən  onlarla  çıx-

maq qadağan edilir;

• əllərin qan, qan zərdabı və ya digər bioloji mayelərlə çirk lən-

məsi baş verə biləcəyi bütün əməliyyatlar ikiqat rezin tibb əlcək-

lə  rində  aparılmalıdır.  Bir  dəfə  çıxarılmış  rezin  əlcəklər  əl lərin 

çirklənməsi ehtimalı olduğu üçün təkrarən istifadə edilmir. İş pro-

se sində  əllər  70%-li  spirt  və  ya  virulisid  təsirə  malik  hər  han sı 

digər dezinfeksiyaedici preparatla zərərsiz ləşdirilir;

• bütün  tibb  mütəxəssisləri  kəsici  və  deşici  alətlərlə  (iynələr, 

skalpel, bor maşınlar, separasiya lövhələri və s.) işlədikdə təhlü-

kə sizlik qaydalarına əməl etməlidirlər; əlcəklərin və əllərin d e-

şil məsi və kəsilməsindən qorunmaq lazımdır;

• dəri örtükləri zədələndikdə təcili olaraq əlcəklər dezinfek siya 

vasitələri ilə işlənməli və təcili çıxarılmalıdır; yaradan qanı ç ı-

xar maq,  sonra  axar  su  altında  əlləri  sabunla  yumaq,  70%-li 



489

spirtlə  silmək  və  yaraya  5%-li  yod  məhlulu  sürtmək  lazımdır. 

Əllər  qanla  çirkləndikdə  onları  təcili  şəkildə  30  saniyə  müd-

dətində  dəri  antiseptiki  (70%-li  spirt,  3%-li  xloramin  məhlulu, 

yodonat, sterillum, okteniderm, oktenisept, xlorheksidin və s.) ilə 

isladılmış  tamponla  silmək,  sonra  iki  dəfə  isti  su  və  sabunla 

yumaq və fərdi dəsmalla (salfet) quruyana qədər silmək lazımdır;

• qan  və  ya  digər  bioloji  mayelər  gözün  selikli  qişasına  düş-

dükdə onları təcili su və ya 1%-li bor turşusu ilə yumaq lazımdır; 

burnun  selikli  qişasını  –  1%-li  protarqol  məhlulu  ilə  i ş lə mək, 

ağzın  selikli  qişasını  –  70%-li  spirt  məhlulu  və  ya  0,005%-li 

kalium-permanqat  məhlulu,  1%-li  bor  turşusu  ilə  y a xa lamaq 

lazımdır;

• əllərdə yara olduqda, dərinin eksudativ zədələrində və ya nəm 

dermatit  zamanı  tibb  işçiləri  müəyyən  müddət  pasiyentlərə  qul-

luqdan kənarlaşdırılır və onlara qulluq zamanı işlədilən əşya larla 

təmas  aradan  qaldırılır.  Zərurət  olduqda  dərinin  bütün  zədə lən-

miş yara sahələri örtülməlidir;

• işçi stolların üzəri iş gününün sonunda (qanla çirklənmə z a-

manı – dərhal) virulisid xassələrə malik dezinfeksiyaedici vasi tə-

lər lə  işlənməlidir.  Əgər  onların  səthi  qan  və  ya  qan  zərdabı  ilə 

çirklənmişsə, prosedurlar iki dəfə – həmin an və 15 dəqiqə f a silə 

verməklə yerinə yetirilir;

•   infeksiyalaşmış  material  döşəməyə,  divarlara,  mebelə,  ava-

dan  lığa  düşdükdə  çirklənmiş  yerlərin  üzərinə  dezinfekiyaedici 

vasitələr tökülür, sonra dezinfeksiyaedici məhlulda isladılmış ə s ki 

ilə silinir. İstifadədən sonra həmin əski içərində dezin fek siyaedici 

maddə olan qaba qoyulur və avtoklavda zərərsiz ləş dirilir.

• qida  qəbul  etmək,  siqaret  çəkmək  və  kosmetik  vasitələrdən 

istifadə etmək yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi 

izolyasiya olunmuş yerlərdə icazə verilir.

Bütün  işçi  yerlər  (məsələn,  stomatoloji  kabinet)  dezinfek-

siyaedici məhlul və ilkin tibbi yardım dərman qutusu ilə təmin o lun-

malıdır. Tibb işçilərinin yoluxmadan qorunması və pasiyent lərin 

yoluxmasının  qarşısının  alınması  məqsədilə  stomatoloji  ə mə -

liyyatlar zamanı aşağıdakı tədbirlərə riayət olunmalıdır:



490

• hər xəstəni müayinə etdikdən və ya infeksiyalaşmış materi-

alla yoluxma ehtimalı olan əməliyyatdan sonra əlləri səylə y u-

maq lazımdır;

• yüksək  yoluxma  riskli  əməliyyatlardan  sonra  (parenteral 

ə mə liy yatlar, güclü xoralaşmış selikli qişalarla və dəri ilə təmas 

zamanı) cərrahi təmizləyici məhlullar işlətməklə əllər səylə y u-

yulmalıdır. Onlar olmadıqda – sabunla yumalı, sonra 70%-li spirt 

məhlulu ilə işlənməlidir;

• orta və aşağı riskli əməliyyatlarda (zədələnmiş selikli qişalar 

və dəri ilə təmas) əlləri adi sabunla yumaq kifayətdir;

• işdən əvvəl qoruyucu eynəklər və ya plastmas lövhələr, qoru-

yucu maska taxmaq lazımdır;

• birdəfəlik əlcəklərin istifadəsi mütləqdir;

• dərinin eksudativ zədələnmələri olan həkimlər invaziv ə mə-

liy yatları yerinə yetirməməlidirlər;

• pasiyentdə  İİV-infeksiyadan  şübhələndikdə  həkim-stomato-

loq cərrahi xələt və papaq (ləçək) geyinməlidir;

• iti alətlərlə (skalpel, birdəfəlik iynələr, borlar, disklər, endo-

dontik  alətlər)  işlətdikdə  xüsusi  təhlükəsizlik  tədbirlərinə  əməl 

olunmalıdır;

• birdəfəlik alətlər yalnız bir dəfə işlədilməlidir

• pasiyentlərin  əməliyyatdan  əvvəl  ağzını  yaxalaması  prose-

durlar zamanı aerozolda olan mikroorqanizmlərin sayını azal dır – 

təkcə su ilə qarqara aerozollarda mikroorqa nizm lərin sayını 75%-ə 

qədər,  xüsusi  qarqara  vasitələrindən  istifadə  zamanı  isə  98%-ə 

qədər azaldır.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin