Az rbaycan Respublikas t hsil Nazirliyinin


TRANSMİSSİV MEXANİZMLİ İNFEKSİYALAR



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə45/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   41   42   43   44   45   46   47   48   ...   65

TRANSMİSSİV MEXANİZMLİ İNFEKSİYALAR

Səpgili yatalaq

  

Səpgili yatalaq – antroponoz rikketsioz yoluxucu xəstəlikdir 

və transmissiv yoluxma mexnizmi ilə ötürülür. Bu, kəskin infek-

sion xəstəlik olub, mərkəzi sinir sisteminin intoksikasiyası, vas ku-

litlərin və xırda damarların trombovaskulitlərinin əmələ g əl məsi, 

rozeolyoz-petexial səpgilərlə səciyyələnir.

Səpgili  yatalağın  törədicisi  –  Provaçek  rikketsiyalarıdır 

(Rickettsia  Provazeki),  qram-mənfi,  hərəkətsiz  mikroorqanizm-

lərdir,  hüceyrədaxili  parazitlərdir. Törədici  ətraf  mühitdə  hava-

nın temperaturundan və rütubətindən asılı olaraq müəyyən müd-

dət  qalır.  Rikketsiyalar  nəm  mühitdə  tez  ölür,  qurumuş  ş ə kildə 

uzun müddət sağ qalırlar. Bitlərin nəcisində (hansı ki, paltara d ü-

şür) törədici həyat qabiliyyətini və patogenliyini 3 ay və daha çox 

saxlayır. 56

0

C-də 10 dəqiqə, 100



0

C-də 30 saniyə ə r zində, dezin-

fektantların təsiri altında sürətlə məhv olur.

İnfeksiya  mənbəyi  –  səpgili  yatalaqla  və  Brill  xəstəliyi  ilə 

xəs tə şəxsdir. İnsan inkubasiyanın son 2-3 günündən etibarən, b ü-

tün qızdırma dövründə və bədən temperaturu düşdükdən 2-3 gün 

(az  hallarda  7-8  gün)  sonra  yoluxdurucu  olur.  Bəzi  hallarda  rik-

ketsiyalar  keçirilmiş  xəstəlikdən  sonra  orqanizmdə  uzun  müd dət 

(10-40 il) sağ qala bilər, nəticədə əvvəllər xəstəlik keçirmiş şəxs-

lərdə təkrar, residiv, səpgili yatalaq (Brill xəstəliyi) inkişaf edə b i lər.

Yoluxma mexanizmi transmissiv mexanizmdir, canlı keçiri-

cilər, əsas etibarilə paltar biti (Pediculus corporis/vestimenti), az 

hallarda – baş biti (Pediculus capitis) vasitəsilə həyata keçir. Y o-

lux muş şəxsin qanını sorduqda bitin orqanizminə düşmüş rikket-

siyalar  onun  həzm  yolunun  epitel  qişasında  çoxalırlar,  epitel 

qişanın  hüceyrələrini  dağıdır  və  bitin  bağırsaq  boşluğuna  d ü-

şürlər. Yoluxmuş qanı sorduqdan 4-5 gün sonra bit artıq özü y o-

lux  durucu  olur.  Hər  növbəti  qan  sorma  zamanı  bitin  orqa niz-

mindən  rikketsiyalarla  dolu  nəcis  xaric  edilir  ki,  bu  da  bitin 

diş ləməsi zamanı qaşınma nəticəsində yaranmış yerdə (yarada) 

qa lır.  Həmin  nahiyəni  qaşıdıqda  rikketsiyalar  insanın  özü  bil-


502

mədən  orqanizmə  yeridilir  və  yoluxma  baş  verir.  Bitlər  rik ket-

siyaları həyatının sonuna qədər xaric edirlər. Lakin yoluxmuş və 

xəstə bitlərdə yaşama müddəti 15-18 günə qədər qısalır. İnfeksi-

yalaşmış material gözün konyunktivasına və tənəffüs yol larının 

s e likli  qişasına  düşdükdə  səpgili  yatalaqla  yoluxmaq  mümkün-

dür.

Həssaslıq çox yüksəkdir. Nəzərə almaq lazımdır ki, xəstəlik 

uşaqlarda yüngül formada keçə bilər və ona görə xəstəlik aşkar 

edilməyə bilər. Postinfeksion immunitet uzunmüddətlidir.

Epidemik prosesin xüsusiyyətləri. Səpgili yatalaq hər yerdə 

yayılmışdır, lakin XX əsrin sonunda epidemik xəstələnmə əsas 

etibarilə Afrika, Asiya, Latın Amerikası ölkələrində qeydə alın-

mışdır.  Risk  qruplarına  xidmət  dairəsi  işçilərini  aid  edirlər:  bər-

bərxana, hamamxana, camaşırxana, nəqliyyat, müalicə-profi lak tik 

müəssisə lərin  işçiləri  və  s.  Səpgili  yatalaq  üçün  qış-yaz  m öv

 

     s ü-



miliyi  xarakterikdir.  Hər  iki  cinsin  nümayəndələri  və  b ü tün  yaş 

qruplarında  olan  şəxslər  xəstələnirlər.  Rusiya  ərazi sində  səp gili 

yatalaq  tək-tək  hallarda  və  təkrar  xəstəlik  kimi  –  Brill  xəs təliyi 

şəklində qeydə alınır.

Tibdə səpgili yatalağa müxtəlif adlar verilmişdir: “aclıq yata-

lağı”,  “dustaqxana  yatalağı”,  “bitli  yatalaq”.  Bu  adlar  xəs tə lən-

mənin səviyyəsi ilə sosial-iqtisadi şərait: insanların kütləvi miqrasi-

yası, sıxlılıq, maddi durumun pisləşməsi, aşağı sanitar m  ə   də niyyət, 

bitlilik  arasında  əlaqə  olduğunu  göstərir  ki,  bunların  n ə  ti  cəsində 

epidemik  prosesin  fəallaşması  və  səpgili  yatalaqla  xəstələnmənin 

yüksəlməsi baş verir.

İnkubasiya müddəti 6 gündən 23 günə qədər, adətən, 10-12 

gün təşkil edir.



Klinikası.  Xəstəlik  kəskin  başlayır,  temperatur  sürətlə 

4  0      -      41 

C-yə  qədər yüksəlir. Xəstələr kəskin baş ağrıları, yuxusuz-



luq,  zəiflik  sinir-psixi  fəallığın  artmasından,  qıcıqlanma  his siy -

ya tından  şikayət lənirlər.  Xəstənin  üzü  şişmiş,  qırmızı,  g ö zün 

skle rası  inyeksiyalı,  əsnək  hiperemiyalıdır,  dilin  kökündə  q  an -

sız       malar müşahidə olunur.

Səpgi əvvəlcə xəstəliyin 4-6-cı günü döşdə, kürək, qarın n a-

hi yəsində əmələ gəlir, sonra ətraflara yayılır. O, polimorf rozeol-



503

yoz-petexial  xarakterdədir.  Dalaq  böyümüşdür.  Sağaldıqda  qız-

dırma xəstəliyin 2-ci həftəsində dayanır.

Tam sağalma zamanı qalıq əlamətləri olmur. Hazırda letal lıq 

çox yüksəkdir. Keçmişdə isə səpgili yatalaqdan ölüm 5-30% təş kil 

edirdi. Hazırda birincili səpgili yatalaq halları daha qısa və yün gül 

klinikaya malikdir.

Müalicə  tetrasiklin  və  ya  levomisetin,  simptomatik  va sitə-

lər lə aparılır.



Laborator diaqnostikası. Qan zərdabında əkscisimləri a ş kar 

etmək məqsədilə rikketsiyaların AR, KBR, DHAR istifadə o lu-

nur.

Profilaktik və əksepidemik tədbirlər. Ocaqda əksepidemik 

tədbirlər xəstə aşkar edilən andan başlanır, xəstə mütləq hospita-

lizasiya olunur. Gələcəkdə epidemioloji anamnezin dəqiq ləş diril-

məsi  aparılır:  ətrafdakılar  arasında  infeksiya  mənbəyinin,  p edi -

kul yozlu  şəxslərin  aşkarlanması,  həmçinin  (xəstənin  yaşından 

asılı  olmayaraq)  əvvəllər  bu  şəxsin  səpgili  yatalaq  keçirməsi 

ay dınlaşdırılır.

Pedikulyoz  aşkar  edildikdə  eyni  vaxtda  insanların,  onların 

paltarı və mənzili sanitar işləmədən keçirilir. Dezinfeksiya məq-

sədilə işlədilən kimyəvi vasitələr müxtəlifdir və obyektdən asılı 

olaraq seçilir.

Xəstə ilə təmasda olanlar üzərində 25 gün ərzində tibbi m ü-

şa  hidə qoyulur ki, bu zaman sutkada 2 dəfə gündəlik termomet-

riya  aparılır.  3  ay  əvvəl  qızdırma  ilə  müşayiət  olunan  istə ni lən 

xəstəlik keçirmiş şəxslərdə qan zərdabının rikketsioz diaqnosti-

kumu ilə Seroloji müayinəsi (KBR, PHAR) aparılır.

Aparılan əksepidemik tədbirlər epidemik prsosein hər 3 zən-

cirinə qarşı yönəldilmişdir. Xəstə mütləq hospitalizasiya olunur 

və onun haqqında GEM-ə təcili bildiriş göndərilir. Yoluxma m e-

xa  nizminə münasibətdə pedikulyozlu şəxslərin sanitar işlən məsi, 

onların  paltarlarının,  yataq  dəstinin  dezinseksiyası,  həmçinin 

mənzilin dezinseksiyası aparılır.

Profilaktik  işdə  əsas  diqqət  pedikulyozun  qarşısının  alınma-

sıdır. Baxış zamanı təkcə bitlərin deyil, həmçinin onların tüklərə 

yapışmış və ya paltarlara qoyulmuş (tikiş yerləri, kəmər yerində 


504

və s.) yumurtalarının, sürfələrinin aşkarlanmasına çalışmaq l a zım-

dır. Sürfələr (sirkə) xırda ağımtıl rəngdədir.

Potensial cəhətdən ən əhəmiyyətli obyektlər və kontin gentlər 

–  uşaq  kollektivləridir.  Məktəbəqədər  uşaq  müəssisə lə rində 

pedikul yoza görə baxış hər gün; məktəblərdə – ildə 4 dəfə (hər 

t ə til dən sonra), seçmə olaraq – hər ay; uşaq sana toriya larında – 

uşaq qəbul edildikdə, həftədə 1 dəfə və sanatoriyadan getdikdə; 

məktəb-internatlarda – həftədə 1 dəfə aparılır. Ahıllar və qocalar 

üçün  internatlarda  müayinələr  ayda  2  dəfə,  stasionarlarda  – 

qəbul edildikdə və 10 gündən bir, poliklinik qəbulda – göstərişə 

ə sa sən aparılır. Yataqxanalarda yaşayanlar – sanitar mədəniyyət və 

gigiyenik vərdişlərdən asılı olaraq qəbul edildikdə baxış aparılır.

Pedikulyozun epidemik ocağında 1 ay ərzində müşahidə q o-

yu  lur ki, orada pedikulyoza görə baxış 10 gündə 1 dəfə apa rılır. 

Səpgili  yatalağın  spesifik  profilaktikasında  epidemik  göstərişə 

görə səpgili yatalaq vaksini istifadə edilir.

Brill xəstəliyi

Brill xəstəliyi klinik-epidemioloji baxımdan səpgili yatalağın 

müxtəlif növü olub, əvvəllər səpgili yatalaq keçirmiş insanlar ara-

sında sporadik şəkildə rast gəlinir, qısa müddətli olması və xoş-

xas səli gedişi ilə fərqlənir.

Törədici. Səpgili yatalaqda olduğu kimidir.

İnfeksiya mənbəyi. Keçmişdə (10-14 il əvvəl) səpgili yata-

laq keçirmiş şəxsdir. Orqanizmdə törədicinin uzun müddət latent 

şəkildə qalması güman edilir; infeksion proses müxtəlif interkur-

rent  xəstəliklərin,  stress  amillərinin,  psixi  pozğunluqların,  d o-

ğuş ların və s. təsiri altında fəallaşır. 

İnfeksiya mənbəyinin yoluxduruculuq dövrü. Brill xəstə-

li yində  rikketsiemiyaya  10  dəfə  az  hallarda  rast  gəlinir,  nəinki 

səpgili yatalaqda, və 5-8 gündən çox sürür.

Yoluxma mexanizmi və yolları. Brill xəstəliyi keçirilmiş səp -

gili yatalağın residivi sayılır. Brill xəstəliyi ilə xəstənin qanını sor-

muş bitlər törədicini səpgili yatalaqda olduğu kimi ötürə b i lər lər. 


505

İnkubasiya müddəti müəyyən edilməmişdir.



Klinikası. Brill xəstəliyi yüngül gedişlidir, 7-12 günə qədər 

çəkir,  xəstəliyin  simptomları  səpgili  yatalağı  xatırladır,  ancaq 

səp  gilər daha xırda, əsasən rozeolyoz xarakterli, boldur. İntok si-

kasiya əlamətləri səpgili yatalağa nisbətən daha zəif nəzərə çarpır; 

qocalarda damar pozğunluqlarına meyillik vardır. Nəticəsi qəna-

ətbəxşdir.



Laborator diaqnostikası. Səpgili yatalaqda oduğu kimidir. 

Profilaktik və əksepidemik tədbirlər. Səpgili yatalaqda a pa -

rılan tədbirlər həyata keçirilir. 



Malyariya

Malyariya retikul – endotel sistemin zədələnməsi ilə xarak te-

rizə olunan, vaxtaşırı baş verən temperatur tutmaları ilə gedən, 

dalaq  və  qaraciyərin  böyüməsi  və  ağrılı  olması,  həmçinin  ane-

miya ilə müşayiət olunan kəskin yoluxucu xəstəlikdir.

Malyariyanın tarixi. Malyariya ilə oxşar simptomlara malik 

epidemik  qızdırma  haqqında  məlumatlar  qədim  Çin  və  Misir 

əlyaz malarında, Qədim Yunan və Roma ədəbi mənbələrində vardır. 

A ğ ca qanadların  kəhrəba  boyunbağında  (40-60  milyon  il  əvvəl) 

t a pıl ması  da  bunu  sübut  edir.  Hippokrat  malyariyanı  digər  q ı z-

dırmalı xəstəliklərdən ayıraraq, onun “rütubətli iqlim” və “qeyri-

sağlam  su”  ilə  əlaqədar  olduğunu  göstərmişdir.  Özünə məx sus 

klinik m ən zərəyə malik olduğu üçün malyariya digər kəs kin qızdır-

malı xəstəliklərdən ayrılmış və sərbəst xəstəlik kimi hələ Hippokra-

tın əsərlərində (e.ə. 460–377-ci illər) təsvir olun muşdur. Juan  del 

Veqo  1640-cı  ildə  malyariyanın  müalicəsində  kinə  ağacının 

qabığından  istifadə  etmişdir.  Morton  1696-cı  ildə  malyariyanı 

sərbəst  xəstəlik  kimi  təsvir  etmişdir.  Lansisi  1717-ci  ildə  xəs-

təliyə “malyariya” adını vermişdir (italyanca “mala” – pis, “aria” 

– hava deməkdir). Alfons Laveran 1880-ci ildə malyariya t ö rə-

dicilərini kəşf etmişdir. Ronald Ross 1897-ci ildə öz tədqiqatları 

ilə malyariya xəstəliyinin keçiricilərinin Anofeles cinsindən olan 

ağcaqanadlar olmasını sübut etmişdir.

Müasir dövrdə malyariya dünyanın 107 ölkəsinin ərazisində 

yayıl mışdır ki, onların da yarıdan çoxu Afrikada, Saxara səhra-



506

sın dan  cənubda  yerləşmişdir.  Yer  kürəsinin  3  milyarddan  artıq 

ə ha lisi yoluxma riski təhlükəsi altındadır, onlardan 300-500 mil-

yonu isə hər il bu təhlükəli xəstəliklə xəstələnirlər. Malyariyadan 

hər il 1,5-2,7 milyon şəxs məhv olur. Malyariya yalnız böyüyən 

əha linin  fiziki  və  mənəvi  inkişafının  ləngiməsinə  səbəb  olmur, 

həmçinin  bir  sıra  ölkələrin  sosial-iqtisadi  inkişafında  əhəmiy-

yət li maneə sayılır.



Epidemiologiyası.  Malyariyanın  törədiciləri  meymunlarda, 

  



mi  ricilərdə  və  heyvanat  aləminin  digər  nümayəndələrində 

aş kar olunur. Ancaq zoonoz infeksiya kimi malyariyaya təbiətdə 

nadir  rast  gəlinir  (ÜST,  1980).  İnsanın  təbii  şəraitdə  meymun-

larda parazitlik edən plazmodiumların bəzi növləri ilə yoluxma-

sının  yalnız  bir  neçə  halları  təsvir  edilmişdir.  Bu  hallarda  xəs-

təlik yüngül keçmişdir və tezliklə sağalmışdır (ÜST, 1980).

Ədəbiyyatlarda olan məlumatlar belə hesab etməyə əsas verir 

ki,  malyariya  zamanı  törədicilərin  infeksiya  mənbəyi  qanın da 

parazitin cinsi formaları – qamontlar sirkulyasiya edən insan dır. 

Üç günlük,  dördgünlük  və  oval-malyariya  zamanı  qa montlar  ş i-

zontlarla eyni vaxtda əmələ gəlir və qandan da onlarla eyni vaxt da 

yox olur. Özü də qamontlar ilk dəfə periferik damarların qanında 

artıq  infeksiyanın  birinci  tutmaları  zamanı  aşkar  edilir.  Tropik 

mal yariya zamanı parazitin cinsi formaları qana xəs təliyin baş-

lanmasından sonra 2-ci həftədə daxil olur və orada şi zontların i t-

məsindən sonra 1,5-2 ay ərzində qalırlar. Bunun nəticəsində tro-

pik  malyariya  ilə  xəstələnənlər  törədicinin  infeksiya  mən bəyinə 

kifayət qədər gec çevrilirlər və malyariyanın digər formaları olan 

xəstələrlə  müqayisədə  daha  uzun  müddətdə  bu  rolu  ye rinə  y e-

tirirlər (hətta xəstəliyin klinik əlamətləri i t dikdən sonrada).

İstənilən yaşda olan şəxslər onlarda xəstəliyin kəskin forma-

ları,  residivləri  və  ya  parazitgəzdirmə  halları  varsa,  malyariya 

z a manı  törədicinin  infeksiya  mənbəyi  rolunu  yerinə  yetirə  b i-

lərlər. İsti iqlimli ölkələrdə malyariya ocaqlarında uşaqlar epide-

mioloji baxımdan onlarda immunitetin kifayət dərəcədə təzahür 

etməməsi səbəbindən daha təhlükəlidirlər. Bu, uşaqların qanında 

qamontların böyük miqdarının sirkulyasiya etməsinin və böyük-

lərlə müqayisədə qamont gəz dirmənin daha uzun müddət davam 



507

etməsinin  səbəblərindən  biridir.  Onu  da  nəzərdən  qaçırmaq  l a-

zım  deyildir  ki,  uşaqlar  ağcaqanadların  hücumu  və  dişləməsi 

üçün daha əlçatandırlar.

Epidemik prosesin inkişafı, habelə bu infeksiyaya görə ende-

mik rayonlarda qeyri-immun şəxslər əmələ gəldikdə də fəallaşır 

(ÜST, 1981). Malyariyanın ləğv edildiyi ərazilərdə yaşayan şəxs-

lər spesifik immunitetə malik deyildirlər (ÜST, 1981).

Malyariya Afrika qitəsində geniş yayılmışdır. Belə ki, bu i n-

feksiya ilə xəstəlik hallarının 95,7%-i Afrika ölkələrində, 3,85%-i 

– Asiyada, 0,27%-i – Amerikada, 0,07%-i – Avropada, 0,1%-i –

Sakit Okeanın qərb hissəsində qeydə alınmışdır.

Malyariya zamanı yoluxma mexanizmi təbii şəraitlərdə – trans-

missivdir. Əsas keçiricilər Anopheles messeae, An.maculipennis, 

An.atroparvus, An.sacharovi və s. hesab olunur. Malyariya ağca-

qanadları  –  ikiqanadlı  həşəratlardır,  onların  mayalanmış  dişi ləri 

axşam və ya gecə insana, yaxud ev heyvanlarına hücum edir və 

onların qanı ilə qidalanırlar. Lazımi qədər qan sormayan d  i  şi lərdə 

yumurtalar inkişaf etmir. Erkəklər qanla qidalanmırlar. İ n sana və 

ev heyvanlarına hücum etdikdən sonra dişilər yaşayış və t ə sər rüfat 

binalarının qaranlıq yerlərində, yaxud kolluqlarda qanın həzm olun-

masının sonuna və yumurtaların yetişməsinə qədər q a lırlar. Sonra 

onlar su hövzələrinə doğru uçur və orada yumurta q o yurlar. Tem-

peratur +30

0

C olduqda qanın sorulmasından yumurtaların qoyul-



masına  qədər  gedən  proses  (qonotrofik  sikl)  2  sutkaya  qədər, 

+15


0

C-də isə 7 günədək davam edir. Ağcaqanadın mayalanmasın-

dan etibarən yetkin fərdlərin uçuşuna qədər olan inkişaf sikli 2-4 

həftə  davam  edir.  İlin  isti  mövsümündə  ağcaqanadların  8-10  və 

çox generasiyası yarana bilər.

İsti  iqlimli  ölkələrdə  ağcaqanadlar  bütün  il  boyu,  mülayim 

iq limli ölkələrdə isə – yalnız ilin isti dövründə fəaldır. Qanında 

q a montlar  olan  ağcaqanadların  dişilərinin  insana  hücumundan 

sonra malyariya törədicilərinin cinsi inkişaf tsikli (sporoqoniya) 

baş  verir  ki,  o  da  sporozoitlərin  əmələ  gəlməsi  ilə  sona  yetir. 

S po roqoniyaya temperatur, plazmodiumların növ tərkibi və digər 

şərt lər təsir göstərir. Malyariya törədicilərinin yoluxma m öv sümü 

həmin  yer  üçün  xarakter  olan  iqlim  xüsusiy yət lə rindən  birbaşa 


508

asılıdır. Mülayim və subtropik iqlimli ərazilərdə ortaaylıq tempe-

ratur +16

0

C-dən yüksək olarsa, malyariyanın yayılma mövsümü 



yay-payız ayları ilə məhdudlaşır və 2 aydan 7 aya q ə dər davam 

edir.  Keçmiş  SSRİ-də  epidemik  prosesin  inkişafı  üçün  lazımi 

şəraitlərin  yaranması  hallarında  malyari yanın  ötü rülməsi  möv-

sümü şimalda 3-4 həftə, cənubda 5-6 aya qədər uzana bilər. Tro-

pik  ölkələrdə  malyariyanın  mümkün  ötürülmə  mövsümü  8-10 

aya çatır, Ekvatorial Afrika ölkələrində – bütün il boyu davam 

edir. Bunun nəticəsində malyariyanın göstərilən r egi  ondan SSRİ 

əra zisinə gətirilməsi ilin istənilən dövründə müm kündür. Anop-

heles  cinsi  ağcaqanadlarının  malyariyanın  e pi de  miologiyasında 

rolunu  daha  da  aydınlaşdırmaq  üçün  əha linin  sıx lığını,  yolux-

maya həssaslığını, həyat tsiklinin davamlılığını, həm çinin həşə-

rat ların  müvafiq  növünün  insana  hücumunun  tezliyini  n ə zə rə 

almaq lazımdır.

Təbii yoluxma mexanizmindən (transmissiv) əlavə, dölün cift 

vasitəsilə xəstə anadan plazmodiumlarla yoluxması baş verə b i lər.

Etiologiya. İnsanda plazmodiumların 4 növü parazitlik edir: 

Plasmodium vivax (Grassi, Feletti, 1890) – üçgünlük malyariya-

nın  törədicisi  (Labbe,  1899);  P.ovale  (Stephens,  1922)  –  oval-

mal yariyanın  törədicisi;  P.falciparum  (Welch,  1897)  –  tropik 

malyariyanın törədicisi; P.malariae (Grassi, Feletti, 1890) – dörd-

günlük  malyariyanın  törədicisidir.  Plazmodiumların  hər  n ö vü 

üçün morfoloji əlamətlər və onlar tərəfindən törədilən i n fek si ya-

la rın təzahürünün klinik formaları xarakterikdir.

Malyariya  törədicilərinin  inkişaf  tsikli  ağcaqanadların  o r-

qaniz mində  (sporoqoniya)  və  insan  orqanizmində  (şizoqoni ya) 

keçir.  İnsan  orqanizmində  plazmodiumlar  qeyri-cinsi  inkişaf  fa -

za  sını keçirlər ki, bu da toxuma hüceyrələrində (ekzoeritro sitar və 

ya toxuma şizoqoniyası) və eritrositlərdə (eritrositar şizoqoniya) 

başa çatır.



Şizoqoniya. Malyariya ağcaqanadlarının dişləməsi zamanı insan 

orqanizminə düşmüş sporozoitlər 10-30 dəq. ərzində bilavasitə qan 

zərdabında yerləşərək qanda sirkulyasiya edirlər. Sonra qan cərə-

yanı və limfa ilə onlar qaraciyərə gətirilir və hepatositlərə d axil 

olurlar, orada öz inkişaflarının müqabilində ekzoeritrositar və ya 


509

toxuma şizontlarına çevrilirlər. Nüvənin dəfələrlə bölün mə sindən 

və  onların  hər  birinin  ətrafında  sitoplazma  sahəsi  yaran  dıqdan 

sonra  toxuma  şizontları  əmələ  gəlir  ki,  onlar  da  invaziyalı 

hepatositlərin dağılması zamanı qana daxil olurlar. Bununla ekzo-

eritrositar  şizoqoniya  başa  çatır,  bu  prosesdə  bir  sporozoitdən 

müxtəlif  növ  plazmodiumlarda  10-dan  50  minə  qədər  toxuma 

merozoitləri  əmələ  gəlir. Tropik  və  dördgünlük  malyariya  törə-

dicilərində qaraciyərdə ekzoeritrositar şizoqoniya bir generasiya 

ilə  məhdudlaşır.  Bu  dairənin  davametmə  müddəti  malyariya 

p ara zitlərinin  həyat  tsiklində  aşağıdakı  kimidir:  P.falciparum  – 

6-8 gün, P.malariae – 15 gün, P.ovale – 9 gün. Qaraciyərdə ekzo-

eritrositar şizoqoniya P.vivax-da da həmçinin bir generasiya ilə 

məhdudlaşır. Ancaq  bu  plazmodium  növünün  inkişaf  tsiklində, 

ağcaqanadın bədənində başa çatır, sporozoitlərin müxtəlif tipləri 

əmələ gəlir. Onların bir hissəsi qaraciyərdə təcili inkişaf etməyə 

(taxisporozoitlər)  hazırlaşır,  digərləri  isə  orada  ancaq  müəyyən 

“yuxu” dövründən sonra inkişaf etməyə başlayırlar – bradis po-

ro zoitlər və ya hipnozoitlər yaranır. Bunun nəticəsində üçgünlük 

malyariyada inkubasiya dövrü qısa (12-20 gün) və ya uzun (6-14 

ay və çox) ola bilər, infeksiyanın inkişafı prosesində isə parazi-

temiya  dövrünün  olmaması  müşahidə  edilir. Taxispo rozoitlərdə 

ekzoeritrositar şizoqoniyanın davamlılığı 8 günə qədər uzanır.

Malyariya  plazmodiumlarının  insan  orqanizmində  yaşama 

müddəti aşağıdakı kimidir: P.falciparum – 1 ilə qədər, P.vivax – 

3  il  hüdudunda,  P.malariae  –  bir  neçə  illər.  Malyariyaya  görə 

endemik zonalarda uzun müddət yaşayan, həmçinin spesifik mal-

ya riya əleyhinə  preparatlar  qəbul  edən  şəxslər  P.falci pa rum-da 

1-2 il ərzində parazitgəzdirənlər ola bilərlər.

Toxuma  merozoitləri  qaraciyərdə  ekzoeritrositar  şizoqo ni-

ya nı başa çatdırdıqdan sonra eritrositlərə daxil olur və plazmo-

diumların tsiklik inkişaf prosesinə – eritrositar şizoqoniyaya baş-

lanğıc  verirlər.  Eritrositar  şizoqoniya  parazitin  eyni  bir  inkişaf 

mərhələsi – merozoitlə başlanır və başa çatır. Eritrositlərin sət-

hinə merozoitlərin yapışması prosesi və onların membranına i n-

va ginasiyası eritrositin qişasında lokalizasiya olan antigen tə bi-

ətli  reseptorların  hesabına  baş  verir.  Eritrositlərdə  mero zo itlər 


510

qeyri-cinsi  şizontlara  və  parazitin  cinsi  formalarının  inkişafına 

başlanğıc  verir.  Eritrositə  daxil  olmuş  merozoitlərin  ölçüsü 

böyüyür, nüvənin yanında onlarda qovuqcuq əmələ gəlir. Plaz-

mo  diumların  bütün  növləri  halqa  və  ya  üzük  formasına  malik 

birnüvəli trofozoitə çevrilir. Sonrakı inkişaf səviyyə sindən asılı 

o la raq,  onun  sitoplazması  böyüyür  və  psevdo podiyalar  əmələ 

gəlir (P.vivax-da xüsusilə kəskin ifadə olunur, nəticədə o, naha-

mar  sərhədlər  alır).  Dördgünlük  malyariya  törədiciləri  üçün  bu 

inkişaf fazasında lentşəkilli trofozoit səciyyəvidir. Parazitin b ö-

yü məsi prosesində onların sitoplazma sında danələr və ya çöplər 

şəklində qızılı-sarı və ya tünd-qonur rəngli piqment toplanır ki, 

o da hemoqlobinin assimilyasiyası nəticəsində yaranır.

Maksimal ölçülərə çatan şizontda qovuqcuq və psevdopo di-

ya lar  yox  olur;  piqment  bir  və  ya  iki  yerdə  toplanır  və  parazit 

d a irəvi və ya bir qədər oval forma alır. Sonra nüvənin bölünməsi 

prosesi baş verir, o isə parazitdə plazmodiumların müxtəlif növ-

ləri  üçün  səciyyəvi  olan  miqdarda  nüvələrin  əmələ  gəlmə sinə 

qədər  davam  edir  (P.vivax  üçün  –  12-18,  P.malariae  –  6-12,  P.

falciparum  –  12-24,  P.ovale  –  6-12  nüvə).  Onların  hər  birinin 

ətrafında  sitoplazma  ayrılır  (merulyasiya),  bunun  nəticəsində 

m o rula əmələ gəlir ki, onun da içərisində eritrositar merozoitlər 

formalaşır. Eritrositlərin tamlığı pozulduqdan sonra merozoitlər 

qan plazmasına daxil olur, orada onların bir hissəsi dağılır, digər 

hissəsi  isə  yeni  eritrositlərə  daxil  olur  və  eritrositar  şizoqoniya 

prosesi yenidən təkrarlanır.

Parazitlərin ilk cinsi formaları eritrositlərə daxil olan toxuma 

m e ro zoitlərindən  yaranırlar,  onların  növbəti  generalizasiyası  isə 

e rit rositar şizoqoniya prosesində formalaşan merozoitlərdən əmə-

lə gəlir. Belə hesab olunur ki, qadın və kişi qamontları, y ə qin ki, 

müx təlif tip morulalardan törəyirlər. Üçgünlük, dördgünlük və o v-

al-malyariya törədicilərində qamontlar dairəvi və ya oval formada, 

P.falciparum-un  yetkin  qamontlarında  isə  aypara  formasındadır. 

Qanda qamontlar göründükdə xəstə törədici nin infeksiya mən bə-

yi nə çevrilir.

Eritrositar  şizoqoniyanın  davamlılığı  plazmodiumların  müx-

təlif növlərində aşağıdakı kimidir: P.vivax, P.ovale və P.falcipa-


511

rum  –  48  saat,  P.malariae  –  72  saat.  Üçgünlük,  dörd günlük  və 

oval-malyariya törədicilərində eritrositar şizoqoniya tsikli, həm-

çinin cinsi formaların inkişafı periferik damarların qanında başa 

çatır. Bunun nəticəsində malyariyanın göstərilən klinik formala-

rında qamontlar qanda şizontlarla birlikdə eyni vaxtda artıq i n-

fek siyanın  ilk  tutmalarında  aşkar  olunurlar. Tropik  malyariyada 

periferik damarlarda şizoqoniyanın başlanğıc mərhələsi baş verir, 

bu prosesdə qanda gənc üzükvari şizontlar əmələ gəlir və aşkar 

edi lirlər. Şizoqoniyanın morulaya qədər sonrakı mərhələləri erit-

rositlərdə sona yetir, onlar isə daxili orqanların kapillyarlarında 

ləngiyirlər. Bu zaman yaranmış merozoitlər periferik damarların 

qanına daxil olan yeni eritrositlərə keçir. Habelə daxili orqanların 

kapillyarlarında  daxilində  merozoitlər  olan  eritrositlər  ləngiyir, 

bunlardan  isə  cinsi  formalar  əmələ  gəlir.  Qanda  qadın  və  kişi 

qamontları  şizontlar  yarandıqdan  8-10  gün  sonra  aşkar  edilir. 

Tə zə tropik malyariya zamanı qametositlərin inkişafı ləngiyir. P a-

raeritrositar  şizoqoniyanın  mövcud  olma  imkanı  müasir  dövr də 

inkar edilmişdir.

Üçgünlük  və  oval-malyariyanın  törədiciləri  ilə  zədələnmiş 

eritrositlər  böyüyür,  deformasiya  edir  və  rəngsizləşir,  onlarda 

d a nələr əmələ gəlir. Tropik və dördgünlük malyariyada erit ro sit-

lə rin forması və ölçüləri dəyişmir.

Sporoqoniya.  Malyariya  ağcaqanadlarının  dişiləri  qanında 

dişi  və  erkək  qamontları  olan  malyariya  törədiciləri  ilə  yolux-

muş insana hücum etdikdə yoluxurlar. Ağcaqanadın mədəsində 

qamontların yetişməsi prosesində makro- və mikroqametlər y a-

ranır  ki,  onların  birləşməsindən  sonra  mayalanmış  hüceyrə  – 

zi qota əmələ gəlir. Sonunu uzunsov formaya malikdir və hərə-

kətli  ookinetaya  çevrilir,  ağcaqanadın  mədəsinin  divarından 

x a rici  qatına  keçir,  orada  dairəvi  forma  alır  və  6-8  mkm  dia-

metrli  oosistaya  çevrilir.  Udulmuş  cinsi  yetkin  qamontların  s a-

yından asılı olaraq, ağcaqanadın bədənində birdən bir neçə yüzə 

qədər oosista formalaşa bilər. Oosistanın nüvəsinin dəfə lər lə b ö-

lünməsi və onların hər birinin ətrafında sitoplazmanın yığılması 

nəticəsində  10-15  mkm  uzunluğunda  bir  neçə  min  sporozoit 

yaranır. Yetişmiş oosistada qişa partlayır və sporo zoitlər hemo-



512

limfaya düşür, ağcaqanadın bədəni boyunca sirkulyasiya edir və 

böyük miqdarda tüpürcək vəzilərində toplanır, nəticədə ağcaqa-

nad yoluxucu olur. Ancaq sporozoitlər tüpürcək vəzlərinə daxil 

olduqdan yalnız 2 həftə sonra kəskin infektivlik və immunogen-

lik kəsb edir, yoluxucu xüsusiyyəti isə 2 aya qədər saxlanır. Spo-

roqoniyanın müddəti plazmodiumların n ö vün dən və havanın tem-

peraturundan  asılıdır.  Belə  ki,  +25

0

C  tempe raturda,  yəni 



a   ğ   ca qanadın  bədənində  malyariya  törədi ci lərinin  inkişafı  üçün 

əlverişli şərait olduqda, sporoqoniyanın davamlılığı P.vivax-da – 

10  gün,  P.falciparum  –  12  gün,  P.malariae  –  16  gün  çəkir.  Ü ç-

günlük malyariya törədicisinin timsalında görünür ki, hüdud tem-

peraturunda sporoqoniya +16

0

C +17



0

C-də 35-45 gün ərzində və 

+30

0

C-də isə 6,5 gün ərzində başa çatır. 30



0

C-dən yüksək tempe-

raturda və 16

0

C-dən aşağı temperaturda sporo qoniya prosesi baş 



vermir.  Temperatur  +5

0

C  +6



0

C-yə  qədər  en dikdə  parazitlər 

oosista mərhələsində ölmür, yalnız inkişaflarını dayandırırlar.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin