İİV-infeksiyalı şəxslərin hüquq və vəzifələri. Müvafiq q a-
nun vericiliyə əsasən dövlət bütün İİV-infeksiyalı şəxslərə İİV-
infeksiyanı aşkar etmək üçün tibbi müayinədən keçməyi (ano-
nim) təmin edir; həmçinin ixtisaslı və xüsusi tibbi yardımla
pulsuz xidməti təşkil edir. İİV-infeksiyalı şəxslərin ölkədə h ə rə -
kə tinə, tədris müəssisələrinə və işə qəbul edilməsinə məhdu diy -
yət qoyulmur və bununla onların bütün hüquqlarının qorun ma-
sına zəmanət verilir.
491
İİV-infeksiyalı şəxslər digərlərini İİV-infeksiya ilə yolux-
dur ma cəhdində olduqda və yoluxdurduqda cinayət məsuliy yə-
ti nə cəlb edilirlər.
Mikoplazmoz
İnsanın mikoplazmalar tərəfindən törədilən xəstəlikləri m i-
ko plazmozlar qrupunda birləşir. Mikoplazmalar təbiətdə mövcud
olan sərbəst yaşamaq və çoxalmaq qabiliyyətinə malik orqa-
nizmlərin ən kiçikləridir. Mikoplazmalar qrupuna m ik ro or qa-
nizmlərin iki cinsi daxildir: mikoplazmanın özü və ureaplazma.
P a togen mikoplaz maların üç növündən ikisi (Mycop lasma homi-
nis, Mycoplasma genitalium) cinsi təmas zamanı (urogenital
mikoplazmoz), biri hava-damcı yolu ilə (Mycoplasma pneumonia
– respirator mikoplazmoz) ötürülür. Mikoplazmalar digər mikro-
orqanizmlərlə assosiasiyalarda müxtəlif xəstəliklər törədə bilir –
onlar sidik-cinsiyyət üzvlərində və tənəffüs üzvlərində parazitlik
edərək vaginitlər, salpingitlər, pielonefrit, kişi sonsuz luğu, pnev-
moniya, KRX törədirlər. “Təmiz şəkildə” (monoin feksiya) m i kop-
lazmaların törətdiyi xəstəliklər, bir qayda olaraq, az simptomlu,
hətta simptomsuz keçir.
Mikoplazmozların etiologiyası. Mikoplazmalar ilk dəfə 1937-
ci ildə aşkar edilmişdir. Ən kiçik sərbəst yaşayan bu pro kariotlar
Mollacutes sinfinin Mycoplasmatales sırasına mənsub olan M y-
cop lasmatajeae ailəsinə daxildir. Təsnifata əsasən viruslar, bak-
teriyalar və ibtidailər arasında aralıq mövqe tutur. Onlar sərbəst
mövcud ola bilmirlər, çünki əsas qida maddələrini sahib orqaniz-
min hüceyrələrində parazitlik etməklə onlardan alırlar. Mikop-
lazmalar, adətən, epiteli hüceyrələrinə – bağırsaq, tənəffüs və
sidik-cinsiyyət yollarının selikli qişasına yapışırlar.
İnsanda rast gəlinən çoxlu sayda mikoplazmalar arasında yal-
nız 4 növü müəyyən şəraitdə xəstəlik törədə bilir. Onlardan biri –
Mycoplasma pneumonia tənəffüs sistemini zədələyərək boğazda,
bronxlarda, ağciyərlərdə iltihabi xəstəliklər törədir. Qalan üçü –
Mycoplasma genitalium, Mycoplasma hominis, Ureaplasma ure-
alyticum sidik - cinsiyyət mikoplazmozunun t ö rə diciləridir və
492
onlar hazırkı dövrdə cinsi yolla keçən xəstəliklər sırasında
mühüm yer tutur.
Mikoplazma hüceyrələrinin orta ölçüsü 0,3-0,8 mkm, orta
diametri isə 0,42 mkm təşkil edir. Lakin inkişafın müəyyən mər-
hələlərində uzunluğu 150 mkm qədər uzanmış sapvari h ü cey-
rələr əmələ gətirən növlərə də təsadüf edilir. Adətən, m i kop-
lazma koloniyaları eukariotların hüceyrə membranında p a ra zitlik
edərək hüceyrə möhtəviyyatından qida maddəsi kimi isti fadə
edirlər.
M. genitalium ilk dəfə insanın urogenital yolunda aşkar edil-
mişdir (adı da buradan götürülmüşdür). Lakin o, respirator yolu
k o lo niyalaşdırmağa daha çox meyillidir. M. genitalium öz gene-
tik və antigen əlamətlərinə görə M. pneumoni-yə yaxındır və y ük -
sək pnevmotropluğa malikdir. M. hominis əsasən urogenital yolun
aşağı şöbələrini koloniyalaşdırır və həm böyüklərdə, həm də
u şaq larda aşkar edilir. M.pneumoniae dəyişkən hərəkətliliyə m a-
likdir; əsasən insanın respirator yolunda yaşayır, lakin daxili üzv-
lərin və sinir liflərinin toxumalarında da parazitlik etməyə q a dir-
dir. Ureaplasma urealyticum əsasən insanın urogenital y o lunda
və burun-udlağında yaşayır.
Mikoplazmaların xarici mühitdə davamlılığı azdır, onlar tez-
liklə məhv olurlar, ona görə də əsas yoluxma üsulu cinsi və ya
sıx məişət təmasıdır. Məişət yolu ilə yoluxma, məsələn, digə ri-
nin (ailə üzvünün və s.) alt paltarı və ya çimərlik paltarını geyi-
nər kən, hamam dəsmalını istifadə üçün kiməsə verərkən və s.
zamanı baş verə bilər. Mikoplazmoz, bir qayda olaraq, gizli,
əsasən silinmiş, azsimptomlu formalarda keçir.
Hazırda müxtəlif mənbələrdən (keçilərdən, qoyunlardan, q a-
ra maldan, donuzlardan, gəmiricilərdən, quşlardan, həmçinin xəs-
tə və sağlam insanlardan) alınan mikoplazmaların 40-dan ar tıq
növü məlumdur. İnsanda mikoplazmaların 9 növü aşkar e dil miş-
dir, lakin patologiyada onlardan yalnız 3 növ əhəmiyyət kəsb
edir: Mycoplasma pneumoniae, Mycoplasma hominis, Ureap-
lasma urealyticum.
Epidemiologiyası. Mikoplazmalar təbiətdə geniş yayılmış-
dır. Onların əksəriyyəti bitkilərin və heyvanların parazitləridir,
493
lakin bəzi növləri saprofitdir. Ümumilikdə mikoplazmaların yüz-
dən artıq növü və iki yüzdən artıq yarımnövü (serovarı) vardır.
İn san mikoplazmaların ən azı 14 növü üçün təbii rezervuardır.
Miko plazmaların əksəriyyəti xlamidiyalar, rikketsiyalar, barto-
nel lalar və viruslar kimi hüceyrə parazitləridir. Lakin adları ç ə-
kilən mikroorqanizmlərdən fərqli olaraq, nüvədə və ya sitop laz-
mada deyil, hüceyrə membranında yaşamağa üstünlük v e rə rək,
onların səthində yerləşir, içərisinə girir və ya hətta on lara “q a-
rışırlar”. İnsan orqanizmində mikoplazmaların parazitlik e t məsi
üçün obyektlər epitelinin sinir liflərinin, parenximatoz üzv lərin,
əzələlərin, oynaqların, vəzilərin hüceyrələri, həm çinin qan
hüceyrələri və insanın müxtəlif üzvlərində normal və ya Patoloji
halda yaşayan digər mikroorqanizmlərin hücey rə lə ri dir.
Xəstəliyin yayılmasının iqlim şəraitindən açıq-aşkar asılılığı
müşahidə edilir. Tənəffüs yollarının selikli qişalarının, eşitmə üzvü-
nün, oynaqların, qanyaradıcı və parenximatoz üzvlərin m i kop laz-
mozları hələ kifayət qədər öyrənilməmişdir və onlar çox vaxt v i rus
infeksiyaları hesab edilir.
Müxtəlif növlü mikoplazmalar üçün infeksiyanın aşağıdakı
yoluxma yolları müəyyən edilmişdir: cinsi, maye (damcı –
m a ye və məişət – birbaşa təmas və ümumi istifadə əşyaları vasi-
təsilə baş verən yol da daxil olmaqla), bətndaxili və natal (infek-
siyalaşmış ananın doğuş yollarından keçərkən).
İnfeksiya mənbəyi yalnız mikoplazmozlu xəstə və ya miko-
plazma gəzdiricisi olan sağlam insandır. Mikoplazmalara ən çox
ilin soyuq vaxtı təsadüf olunur. Sidik-cinsiyyət mikoplaz mozu
k işi lərdə qeyri-qonokokk uretriti və qadınlarda çanaq üzvlərinin
iltihabi xəstəlikləri şəklində xlamidioz və süzənəklə müqayisədə
xeyli az müşahidə olunur. Çox vaxt qarışıq xəstəlik, həmçinin
mi ko plazmaların sağlam gəzdiriciliyi müşahidə olunur, bu isə
infeksiyanın dölə keçməsi üçün təhlükə yaradır. Bətndaxili i n-
fek siyalaşma qalxan infeksiya (bəzən hematogen) nəticəsində
baş verə bilər, doğuş zamanı dölün infeksiyalaşma təhlükəsi
y ük səkdir. Hamiləliyin erkən dövrlərində infeksiyalaşma zamanı
özbaşına abort baş verə bilər. Urogenital mikoplazmoza hər yer-
də rast gəlinir. Belə ki, çoxsaylı işlər sidik-cinsiyyət yolunun tri-
494
xomonada, qonokokk və xlamidiya zədələnmələri, qadın cin siy-
yət sahəsinin naməlum etiologiyalı kəskin və xronik ilti hab ları,
hamiləliyin və dölün patologiyaları zamanı miko plaz ma infeksi-
yasının xeyli yayıldığını göstərir.
Urogenital ureaplazmoz əhalinin müxtəlif qrupları arasında
kifayət qədər geniş yayılmışdır. Cinsi aktivliyi yüksək olan şəxs-
lərdə, cinsi yolla keçən bəzi xəstəliklərdə – süzənəkdə, trixomo-
niazda və ən çox hamiləlik zamanı o, daha böyük tezliklə aşkar
olunur.
Ədəbiyyat məlumatlarına görə, genital infeksiya simptomları
olan qadınların 80%-də və reproduktiv funksiyanın pozğun-
luqları olan qadınların 51%-də ureaplazmalar aşkar edilmişdir.
Ureaplazmalar herpes və kandidamikoz infeksiyaları olan xəstə-
lərdə daha çox aşkar edilir. Onu da qeyd etmək lazımdır ki, onlar
qadınlarda kişilərə nisbətən daha çox və daha yüksək titrlərdə a ş-
kar edilir.
Mikoplazma infeksiyasının cinsi yolla keçməsi faktı şübhə
d o ğurmur. Bundan başqa, dölün bətndaxili infeksiyalaşmasına
gətirib çıxaran şaquli yoluxma yolu da mövcuddur. Yarımçıq və
vaxtında doğulmuş uşaqlar qrupunun müayinəsi göstərmişdir ki,
yarımçıq doğulmuş uşaqların qan zərdabı nümunələrinin 53%-
də və vaxtında doğulmuş uşaqların qan zərdabı nümunələrinin
42%-də mikoplazmalara qarşı antitellər vardır. Bu məlumatlar
anti tel lərin transplasentar yolla ötürülməsinin mümkünlüyünü
sübut edir.
Son illər sidik-cinsiyyət üzvləri sisteminin mikoplazma etio-
logiyalı zədələnmələri xeyli artmışdır və sidik-cinsiyyət üzv lə ri-
nin bütün iltihabi xəstəliklərinin təqribən 40%-ni təşkil edir.
Onlar sürəkli gedişə malikdir, çox vaxt residivləşir, ağırlaşmala-
rın əmələ gəlməsinə səbəb olurlar. Qarışıq zöhrəvi xəstəliklər
zamanı mikoplazmaların rolunu heç kim inkar etmir.
Urogenital mikoplazmoz da hər bir yoluxucu xəstəlik kimi
inkubasiya dövrünə malikdir. Urogenital mikoplazmozlar za manı
inkubasiya dövrünün müddəti 3 gündən 3 – 5 həftəyə qədər
M.hominis infeksiyasının digər mikroorqanizmlərlə assosia-
siyaları zamanı onun xeyli aktivləşməsi qeyd olunmur, onların
495
rolu bu infeksiya olduqda əhəmiyyətli dərəcədə artır. M.homi-
nis-in aşkar olunma faizinin trixomoniaz, süzənək, xlamidioz
za manı çox olması, yəqin ki, insanın sidik - cinsiyyət sahəsinin
müxtəlif iltihabi proseslərinin etiologiyasında qarışıq mikop-
lazma – qonokokk, mikoplazma – xlamidiya və mikoplazma –
trixomonada infeksiyalarının rolu olduğunu göstərir. Genital
mikoplazmalarla yoluxmada cinsi yolun əsas olmasını qəbul e t-
məklə, qadınların, xüsusən də qızların birbaşa olmayan təmas
zamanı yoluxması da nəzərə alınmalıdır. İnfeksiya müxtəlif məi-
şət əşyaları (yataq ağları, gecə güvəcləri) və kifayət qədər zərər siz-
ləşdirilmədikdə mama-ginekoloji kabinetlərin alətləri (uşaqlıq yolu
ucluqları, rezin əlcəklər, ginekoloji güzgülər) ilə də keçə bilər.
Sosial vəziyyətin aşağı olması, oral kontraseptiv preparatlar-
dan və uşaqlıqdaxili vasitələrdən istifadə edilməsi, hamiləlik,
qonokokk, xlamidiya, trixomonada uretriti olan cinsi partnyorlar
mikoplazmozla xəstələnməni kontrol qrupla müqayisədə xeyli
artırır. Prezervativlərdən müntəzəm istifadə edilməsi cinsi part-
nyorlarda mikoplazmaların aşkar olunma tezliyini azaldır.
Parazitar mikoplazmalar sahibə münasibətdə ciddi növ spesi-
fikliyinə malikdirlər, bir növün fərdləri arasında yayıla bilir və
onlar üçün potensial patogenlər ola bilirlər. Mikoplazmalar x a-
rici mühitə bir neçə maddə, məsələn, hemolizinlər və ən azı bir
ney ro toksin ifraz edirlər. İnsanlarda tənəffüs yollarının infeksiya-
ları zamanı patogenezin birinci mərhələsi mikoplazma ların epi-
teli hüceyrələrinin səthində yerləşən reseptorlara yapışmasından
ibarətdir. Selikli qişaların iltihab reaksiyası baş verir, sonra isə
interstisial pnevmoniya və nekrozlaşan bronxit inkişaf edə bilər.
Urogenital infeksiyaların etioloji strukturu daim dəyişir. Son
zamanlar xlamidiya, virus, mikoplazma infeksiyalarının və qarı-
şıq infeksiyaların tezliyi kəskin surətdə artmışdır; antibiotiklərə
qarşı inkişaf etməkdə olan davamlılıq və orqanizmin cavab reak-
siyalarının xüsusiyyətləri ilə əlaqədar olaraq, onlarla mübarizə
xeyli çətinliklər törədir.
Klinikası. Mikoplazma infeksiyası zamanı qadınların c i n siy-
yət üzvlərində iltihabi proses zəif ifadə olunur və çox vaxt, de -
496
mək olar ki, subyektiv hissiyyat törətmir. Lakin qeyd etmək l a-
zımdır ki, mikoplazmoza monoinfeksiya kimi yalnız 12 - 18%
h al larda rast gəlinir, digər patogen mikroblarla assosiasiyada isə
87 - 70%, xlamidiyalarla–25–30% hallarda təsadüf edir. Qeyd
olu nur ki, naməlum etiologiyalı kolpitlər və servisitlər zamanı
M.hominis klinik sağlam qadınlarda olduğuna nisbətən 2 - 4 dəfə
çox aşkar olunur.
Urogenital mikoplazmoz infeksiyaları kəskin, xronik və s imp-
tomsuz olur. Mikoplazma infeksiyası ilə assosiasiyalaşan xəstə-
liklərin xronik formalarına qeyri - qonokokk uretritləri aid edilir.
Mikoplazmalar çox vaxt xronik ginekoloji xəstəliklər – vagi-
nitlər, servisitlər, uşaqlıq borularının, yumurtalıqların, piyliyin
ilti habi prosesləri zamanı aşkar edilir. Simptomsuz formalar və
ya mikoplazmagəzdirənlik sidik-cinsiyyət üzvlərinin selikli qişa-
sında reaktiv iltihabi əlamətlərlə müşayiət olunmur. Mikoplaz-
moz lokalizasiyasına görə də təsnif olunur (uretrit, balanit, pros-
tatit, epididimit, servisit, bartolinit, endometrit, salpingit və s.).
İnfeksion prosesin inkişafı immunitetin ümumi zəifləməsi, hor-
monal statusun dəyişməsi və orqanizmin taqətdən düşməsinə g ə-
ti rib çıxaran vəziyyətlər zamanı mümkündür. Törədici urogenital
yolun selikli qişasının epitel hüceyrələrinə daxil olur. Qadınlarda
ilkin infeksiya ocağı, bir qayda olaraq, uşaqlıq boynunun və ya
uretranın selikli qişasıdır. İnfeksiyanın əsas yayılma yolu onun
uşaqlıq boynundan uşaqlığın daxili qişası ilə uşaqlıq borularına
və sonralar qarın boşluğuna qalxan yolla yayılması za manı sidik
- cinsiyyət üzvlərinin selikli qişasının epiteli örtük lə ri nin ardıcıl
surətdə zədələnməsidir. Kiçik çanaq üzvlərində i l ti hab prosesi-
nin inkişafı sonsuzluq, uşaqlıqdankənar hamiləlik, hamiləliyin
pozulması kimi ağırlaşmalara gətirib çıxarır.
Qadınlarda təzə süst gedişli urogenital mikoplazma zədə lən mə-
ləri az-az hallarda müşahidə edilir. Onlar xarici cinsiyyət üzv ləri
nahiyəsində qısamüddətli, zəif qaşınma və uşaqlıq y o lun dan və ya
sidik kanalından azacıq tez kəsilən ifrazatın gəl məsi şək lində təza-
hür edir ki, bu da narahatlıq törətmir. Xəstələr tibbi yar dıma mür a-
ciət etmirlər, onlar yalnız infeksiya mənbəyi kimi müayinə olu nar-
497
kən və ya urogenital mikoplazmozla xəstə lənmiş cinsi p a rtn yor ların
müayinəsi zamanı aşkar olunurlar.
Süst mikoplazma vulvovaginitləri, uretritləri, servisitləri, bir
qayda olaraq, urogenital mikoplazmozun xronik formasına k e-
çirlər. Xəstələr sidik - cinsiyyət üzvləri nahiyəsində vaxtaşırı baş
verən qaşınmadan, özbaşına yox olan və bir müddətdən sonra
yenidən meydana çıxan və güclənən az miqdarda selikli ifrazat-
dan şikayət edirlər.
Çox vaxt qadınlarda urogenital mikoplazmozun subyektiv və
obyektiv klinik əlamətləri olmur və yalnız sidik - cinsiyyət yol-
larından gələn ifrazatın və ya onlardan götürülmüş qaşıntının
müayinəsi mikoplazmaları aşkar edir. Belə qadınlar mikoplaz-
magəzdirənlər və mikoplazma infeksiyasının rezer vuarıdırlar.
Laborator diaqnostikası. Kultural metod mikoplazmaların
(ureaplazmaların) süni mühitlərdə çoxalma qabiliyyətinə ə sas -
lanır. Qidalı mühitə çox vaxt müəyyən növ üçün spesifik fer -
ment olduqda rəngli reaksiya verən və ya PH mühitinin dəyiş-
məsinə reaksiya göstərən indikatorlar daxil edilir ki, bu da nəti-
cələrin vizuallaşdırılmasını asanlaşdırır və bəzən miko plazma-
ların müxtəlif növlərini onların biokimyəvi xüsusiy yət lə rinə
görə diferensisiya etməyə imkan verir. Bəzən yetişmiş koloniya-
ların növ mənsubiyyəti immunoloji və genetik metodlarla müəy-
yən olunur. Kultural metodun şərti – 100 % həssaslıqla (əslində
isə 80 %-dən çox olmur) “qızıl standart” hesab olunur. Qalan
metod ların həssaslığını kultural metoda münasibətdə faizlə ifadə
etmək qəbul edilmişdir. Bu metodun mühüm çatışmazlığı onun
müddətidir – bir neçə gündən bir neçə həftəyə qədər. Təcrübədə,
bir qayda olaraq, 5-7 günlə kifayətlənir, bundan sonra nəticəni
qiymətləndirməyə cəhd göstərirlər.
Sitoloji metod tədqiq olunan materialda (yaxmalarda, yuyun-
tularda, bəlğəmdə, plevra eksudatında və ya bioptatda) miko-
plaz maların bilavasitə müşahidə edilməsini nəzərdə tutur. Miko-
plaz maların hər bir növü üçün öz standartlaşdırılmış diaqnostika
metodları mövcuddur. İmmunflüoressensiya reaksi ya larına (İFR,
DİF), immunferment reaksiyalarına (İFA), genetik markerlərin
is ti fadəyə (ZPR) işlədilməsinə əsaslanan metodlardan istifadə
498
e dil məsi məlumdur. Diaqnostika metodları kimi, presipitasiya
reaksiyası (PR), passiv hemoqlütinasiya reaksiyası (PHAR) və
aqre qathemoqlütinasiya reaksiyası da (AHAR) məlumdur. Diaq-
nostika məqsədilə çox vaxt Seroloji reaksiyalardan (KBR, d o-
layı hemaqlütinasiya reaksiyası, soyuq aqlütininlərin təyin edil-
məsi) istifadə edilir. Antitellərin titrinin 4 dəfə və daha çox a rt ması
diaqnostik meyar hesab edilir. Hema qlüsinasiyanın lən gimə reaksi-
yası (HALR) daha həssasdır. KBR və DHAR anti tellərin aşkar
edil məsində istifadə edilir, lakin hamilə qadınların və ya uretritli
x əs tələrin müayinəsində onlardan istifadə edilmir. S e ro loji reaksi-
yalardan əhali qruplarının kütləvi müayinəsi z a manı tətbiq edil-
məsi məqsədəuyğundur.
Mikrobioloji analiz üçün nümunələr sidik kanalının selikli q i-
şa sından, uşaqlıq yolu tağlarından, uşaqlıq boynu kanalından,
periuretral nahiyədən götürülür. Mikoplazmaları aşkar etmək m əq -
sə dilə sidik nümunələrinin birinci səhər porsiyasından götü rül məsi
daha yaxşıdır. Abort olunmuş və ölü doğulmuş döllər, am ni osintez
zamanı alınmış sular da mikrobioloji müayinədən keçirilir.
Mikoplazmozların müalicəsi. Əksər hallarda M.hominis və
U.urealyticum pasiyentlərdə urogenital yolun digər törədiciləri
ilə birlikdə mikstinfeksiya şəklində aşkar edilir. Onlar, adətən,
xlamidioz, kandidoz, qardnerelyozla, az-az hallarda isə trixomo-
niazla birlikdə təsadüf edirlər. Mikoplazmaların antibio tiklərə
qar şı münasibəti onlarda hüceyrə divarının olmaması ilə müəy-
yən olunur. Onların əksəriyyəti tetrasiklin sırası antibiotik lərə, bir
çox makrolidlərə, linkozamidlərə və streptoqraminlərə, amino-
qlikozidlərə və xloramfenikola qarşı həssasdır.
Genital mikoplazmozun müalicəsi kompleks olmalı və ona
həm törədiciyə təsir edən preparatlar, həm də orqanizmin qeyri-
spe sifik müqavimətini stimullaşdıran preparatlar daxil edilmə lidir.
Mikoplazma infeksiyasına monoinfeksiya kimi olduqca na dir
hallarda rast gəlməsini, əsasən xlamidiozla, trixomo niazla, qard-
nerelyozla və digər infeksiyalarla birgə təsadüf etmə sini nə zərə
alaraq, mikoplazmozların müalicə sxeminə metronidazol qrupu
499
preparatlarının və antimikotik preparatların əlavə edilməsi v a-
cib dir.
Hazırda mikoplazmozların terapiyasında antibiotiklər hakim
mövqe tutur. Onların siyahısı kifayət qədər genişdir: azalidlər,
mak ro lidlər, tetrasiklinlər, flüorxinolonlar, sefalosporinlər. Ure-
aplaz mozun terapiyası bir qədər fərqlidir, burada ən yaxşı nəti-
cələr tetrasiklinlər və makrolidlərlə terapiya zamanı alınır. Qadın-
larda müalicə qurtardıqdan 10 gün sonra kontrol müayinələr
aparılır. Sonralar üç aybaşı tsikli müddətində üçqat müayinələr
aparılır, yaxşı olar ki, müayinələr aybaşından bilavasitə əvvəl və
ya onun qurtar masından 1-2 gün sonra aparılsın. Əgər müalicə
qurtardıqdan sonra kişilərdə bir ay müddətində, qadınlarda isə
üç aybaşı tsikli müd dətində törədici aşkar edilməsə, xəstələr s a-
ğalmış hesab olunurlar.
Profilaktika. Profilaktika metodları cinsi yolla keçən digər
xəs təliklərdə olduğu kimidir. Bununla yanaşı, onu da nəzərə a l-
maq lazımdır ki, ailədə xəstələrlə sıx təmasda olduqda, m ə sə lən,
qızlarda mikoplazma vulvovaginitləri 3-30% təşkil e t mişdir. Hər
bir aşkar vulvovaginit hadisəsinə bir neçə daha yüngül urogeni-
tal xəstəlik hadisəsi düşür. Mikoplazma infeksiyası bila vasitə sıx
təmas zamanı yoluxdurulur (ümumi yataq, ümumi t u alet əşya la-
rından, gecə güvəclərindən, dəsmallardan istifadə edil məsi və s.).
Bəzən mikoplaz malarla infeksiyalaşmanın mənbəyi uşaq bağça-
larında və ya körpələr evlərində xidmətçi heyət olur.
Urogenital mikoplazmozların əhali arasında geniş yayılması,
tez-tez baş verən simptomsuz gediş epidemioloji nəzarət xidmə-
tinin, xüsusən də yüksək xəstələnmə riskinə məruz qalan şəxslər
üzərində (onlara fahişələri, homoseksualistləri və s. aid etmək
olar), təşkili üçün əsas ola bilər. Urogenital yolun naməlum etio-
logiyalı xronik iltihabi xəstəliklərindən əziyyət çəkən fertil yaşlı
bütün hamilə qadınların müayinəsi son dərəcə vacibdir. Ağırlaş-
mış mamalıq anamnezi olan və hazırkı hamiləliyi qeyri-qəna ət-
bəxş keçən hamilə qadınlar da məqsədyönlü şəkildə müayinə
olunmalıdır.
Mikoplazmozla xəstələnməyə görə yüksək risk qrupuna pielo-
nefritli və sidik daşı xəstəliyi olan xəstələr də aiddir. Prostatiti, ure t-
riti və sonsuzluğu olan xəstələr mütləq müayinə olunmalıdırlar.
500
Urogenital yolun naməlum etiologiyalı xronik iltihabi xəs tə-
lik lərindən əziyyət çəkən reproduktiv yaşlı bütün qadın ların,
həm çinin fəsadlaşmış mamalıq anamnezi olan və hazırkı hami lə-
liyi qeyri-qənaətbəxş keçən hamilə qadınların məqsəd yönlü m ü-
a yinəsi vacibdir. Kişilərin və qadınların əksəriyyətində xəs təlik
xronik və ya latent formada klinik təzahürlər və subyektiv his-
siyyatlar olmadan keçdiyinə görə, xəstələrin aktiv aşkarlanması
və müalicəyə cəlb edilməsi urogenital mikoplaz mozların uğurlu
mübarizə metodla rından biridir. Təbii ki, belə şəxslər ö z lərini
sağlam hesab edir, sərbəst surətdə həkimə müraciət etmir və
mikoplazma infeksiyanın potensial mənbələri olaraq qalırlar.
|