Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə49/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   45   46   47   48   49   50   51   52   ...   65

Həssaslıq.  İnsanların  brusellalara  qarşı  həssaslığı  haqqında 

ə t raflı  məlumatlar  yoxdur.  Güman  edilir  ki,  insan  orqanizminin 

bru sellalara qarşı həssaslığı yüksəkdir və bunu laboratoriyadaxili 

yolux malarla bağlı xəstələnmələrin baş verməsi təsdiq edir. Yal-

nız ciddi əksepidemik rejimin aparılması sayəsində labora to riya 

işçilərinin  yoluxması  qeydə  alınmır.  Məsələn,  bağırsaq  bak-

teriyaları  (qarın  yatalağı,  paratiflər,  salmonelyozlar,  şigelyozlar 

və s.) ailəsinə aid olan törədicilərlə iş aparılan laboratoriyalarda 

qoyulan tələblər daha mülayimdir.

Digər tərəfdən, bruselyoz zamanı infeksiyanın çoxsaylı s im p  -

tom suz  formaları  müşahidə  olunur.  Bu,  onun  nəticəsidir  ki,  i n-

fek   siyanın  manifest  formalarının  yaranması  üçün  kifayət  qədər 

böyük dozalar tələb olunur.

N.N.Raqoza müharibədən əvvəlki dövrdə və Böyük Vətən m  ü -

ha ribəsi illərində, yəni spesifik profilaktika vasitələrinin və effek-

tiv müalicə preparatlarının olmaması şəraitində bruselyozla yolu-

xanlar  arasında  32,5%-də  infeksiyanın  simptomsuz  formala rını 

aşkar etmişdir. Diqqəti o da cəlb edir ki, heyvandarlıq sahə sində 

və  ya  ət  emalı  sənayesində  çalışan  şəxslərdə  klinik  əlamət lər 

olmadan infeksiyanın keçirilməsi faktı məlumdur.

P.F.Zdrodovski  öz  monoqrafiyasında  (1953)  dünyanın  bir 

çox ölkələrində aparılan bir sıra müşahidələri təsvir etmişdir: a d-

ları çəkilən peşə qruplarında 12,5-62% hallarda xəstəliyin k e çi-

rilməməsi ilə müşayiət olunan brusellalarla infeksiyalaşma fak tı 

aşkar  edilmişdir.  Bu  zaman  infeksiyanın  manifest  forma la rının 

yaradılması  üçün  lazım  olan  dozanın  kifayət  qədər  olma ması, 



543

lakin immunitetin inkişafını təmin edən infeksion dozanın təsiri 

nəticəsində tədricən immunlaşdırmadan söhbət gedir.

Görünür  ki,  simptomsuz  infeksiya  və  bruselyozla  immun-

laş ma insanlar üçün aşağı virulentli B. abortus və B.suis növlərlə 

yoluxma  üçün  səciyyəvidir.  B.melitensis  ilə  yoluxma  zamanı 

belə əlamətlərə az təsadüf edilir. Praktik şəraitdə immunitetin i n-

ki  şafına  hansı  törə di cinin  səbəbkar  olduğunu  təyin  etmək  çox 

çətindir, belə ki, aqqlüti nasiya reaksiyasından istifadə edərək d i-

fe ren siasiyanı aparmaq müm kün deyildir. Brusellalarla yoluxma 

orqanizmin allergizasiyasına gətirib çıxarır. Bu, infeksion prose-

sin inkişafında təzahür edir və təkrar yoluxmalar zamanı böyük 

əhəmiyyət daşıyır.

Bruselyoz  zamanı  yaz-yay  dövründə  mövsümilik  xəstələn-

mənin artması ilə təzahür edir. Daha kəskin mövsümilik xəstə-

lənmənin  sənəti  xarakterini  (qaramalın  abortları  və  doğuşlar 

döv ründə iş) əks etdirir. Əgər qida yolu nəticəsində yüksək xəs-

tələnmə  (insidentlik)  qeyd  olunursa,  onda  mövsümilik  bir  o 

qədər nəzərə çarpmır və epidemik prosesin aktivləşməsi il boyu 

m ü  şahidə olunur.



Bruseloyozlayüksəkxəstələnmə həmçinin ət emal edən və süd 

məhsulu  istehsal  edən  müəssisələrin,  xüsusilə  də  ilkin  xammal 

emalı sexlərinin işçiləri arasında müşahidə olunur. Kənd əha lisi-

nin  xəstələnməsi  şəhərlilərə  nisbətən  yüksəkdir.  Uşaqlar  böyük-

lərə nisbətən az xəstələnir.

Bruselyozdariskamilləri. Bruselyoz zamanı risk amillərinə 

şəxsin  heyvandarlıq  təsərrüfatlarında,  az  hallarda  fərdi  təsər rü-

fatlarda qaramala qulluq və s. ilə bağlı işlərdə çalışması (peşəsi) 

aiddir. Həmçinin qaynadılmamış, xüsusilə də keçi südündən i s-

tifadə, süddən hazırlanmış brınzadan istifadə risk amilləri sayılır.

Epidemioloji nəzarət. Bruselyoz zamanı epidemioloji n ə za-

rət  iri  və  xırdabuynuzlu  qaramalın,  az  halda  –  donuzların  sayı 

ü zə  rində  epizootoloji  nəzarət  üzrə  sanitar-baytarlıq  nəz a rə ti nin 

məlu mat larından birbaşa asılıdır. Buna görə də sanitar-epidemi-

oloji xidmətlə baytarlıq xidməti arasında sıx əlaqə o l malıdır. L a-

kin xəstənin ev heyvanı ilə peşə və ya təsadüfi əlaqəsi aşkar olu-

nursa və ya yoluxma amilləri qismində iştirak edən məh sul  lardan 


544

(qaynadılmamış  süd,  xüsusilə  də  keçilərin  südü,  brınza,  kustar 

şəraitdə  emal  edilən  yumşaq  pendirlər  və  s.)  istifadə  edilibsə, 

onda  bruselyozun  epidemioloji  diaqnozunun  dürüstlüyü  artır. 

Müayinənin baytarlıq xidməti ilə birgə aparılması zamanı nəti-

cələrin dürüstlüyü xüsusilə artır. Bu zaman o cümlədən heyvan-

lara  allergik  sınaqlar  qoyduqda  və  onların  qanında  əks ci simlər 

aşkar edildikdə epizootik vəziyyət dəqiqləşdirilir.

Bir  neçə  bruselyoz  hadisəsi  aşkar  edildikdə  ocağın  müayi-

nəsi epidemioloji diaqnozun qoyulması zamanı (infeksiya mən-

bəyi  kimi  iştirak  edən  heyvanların  növləri,  konkret  yoluxma 

amilləri) xüsusilə faydalı ola bilər. Epidemioloji müayinə apar-

dıq da  laborator  metodlardan  (müasir  şəraitdə  –  aqqlütinasiya 

reak siyasının və dəriiçi allergiya sınağının qoyluması) geniş isti-

fadə etmək lazımdır.

Dəriiçi sınaq (Bürne reaksiyası) brusellin antigeni ilə qoyu-

lur. Yoluxmuş şəxslərdə (kəskin proses və ya xronik infeksiya) 

reaksiya müsbət olur. Onu da qeyd etmək lazımdır ki, peyvənd 

olunmuş şəxslərdə də reaksiya müsbət (Seroloji və allergik) ola 

bilər. Bununla əlaqədar olaraq, epidemioloji müayinələr zamanı 

işə klinik həkimləri də cəlb etmək lazımdır, çünki bruselyozun 

diaqnostikası xəstəliyin klinik formalarının müxtəlifliyi və gedi-

şinin ağır olması səbəbindən olduqca çətindir.

Operativ təhlilin gedişində yüksək xəstələnmə zamanı, xüsu-

silə  də  qrupşəkilli  xəstəliklərin  yaranması  zamanı  bruselyozun 

risk  amillərinin  –  aparıcı  infeksiya  mənbəyi,  risk  qruplarının 

(xəs tələrin peşə strukturu, yaşı və s.) təyin edilməsi mümkündür.

Retrospektiv təhlil baytarlıq xidmətinin məlumatları nəzərə 

alınaraq  həyata  keçirilir,  bu  zaman  risk  amillərini  (zərərçə kən-

lərin peşəsini və qida yoluxma yolunu) və xəstələnmənin struk-

turunu təyin etmək vacibdir.

Qeyd etmək lazımdır ki, bəzi hallarda, yəni heyvanlarda bru-

sel yoz  zamanı  infeksion  prosesin  simptomsuz  gedişləri  z a manı 

insan ların  xəstələnməsi  ev  heyvanlarında  xəstəliyə  görə  v  ə   ziy-

yətin qeyri-qənaətbəxş olmasının indikatoru sayılır. Ona görə də 

epi demi oloq ların  məlumatları  epizootik  vəziyyəti  qiy mət  lən dir-

mək də baytarları daha yaxşı işləməyə vadar edir.



545

İnfeksionistlərin  məlumatlarına  əsasən  hətta  ehtimal  olunan 

(şüb həli),  lakin  laborator  təsdiq  olunmuş  (diaqnostik  titrdə 

müsbət  aqqlü tinasiya  reaksiyası)  bruselyozun  hər  bir  hadisəsi 

epidemioloji  müa yinənin  aparılması  üçün  əsasdır.  Göstərildiyi 

kimi, tək-tək xəstələnmə halları etibarlı epidemioloji diaqnozun 

qoyul masına haqq vermir.

Müalicəsi. Bruselyozun kompleks terapiyası bir tərəfdən b ru -

sel laların həyat fəaliyyətinin zəiflədilməsinə və intoksikasiyanın 

aradan qal dırılmasına, digər tərəfdən isə orqanizmin reaktiv x ü-

su  siyyət lə rinin  normallaşmasının  təmin  edilməsinə  yönəl dil miş-

dir. Bruselyozlu xəstələrin terapiyasının ən əsas və geniş yayıl-

mış  metodu  spesifik  vaksinin  tətbiqi  hesab  edilir,  onun  təsir 

mexa nizmi orqanizmin de sensibilizasiyasına əsaslanmışdır. Q a-

dın lar hamiləlik dövründə və döşlə qidalandırdıqda vaksinasiya-

dan kənarlaşdırılırlar.

Bruselyozun  kompleks  müalicəsində  geniş  spektrli  antibio-

tiklərdən  (levomisetin,  sintomitsin,  oksitetrasiklin,  tetrasiklin, 

xlortetrasiklin,  streptomitsin,  eritromitsin  və  s.)  istifadə  edilir. 

Müalicə  tsiklinin  davametmə  müddəti  10-15  gün  təşkil  edir, 

müalicə  kursu  aralarında  10-15  gün  fasilə  olmaqla  2  və  ya  3 

tsikldən  iba rətdir

Antibiotiklər  əsas  etibarilə  infeksiyaəleyhinə 



təsir  gös tə rirlər  ki,  bu  da  titrəmənin  dayanması,  temperaturun 

enməsi,  tər  ifrazının  azalması,  intoksikasiya  əlamətlərinin  ara-

dan qal dı rıl ması ilə təzahür edir. Nəzərə çarpan terapevtik effekt, 

adətən,  2-3-cü  gündən  etibarən  qeyd  olunur.  Xəstələrin 

əksəriyyətində tem  pe raturun azalması antibiotik lərin qəbulunun 

6-8-ci günü baş verir. Lakin antibiotiklər residivlərin yaranması-

nın  və  kəskin  for  manın  yarımkəskin  və  xronik  formaya 

keçməsinin qarşısını a l mır

.

Bruselyozun kəskin ağır və xronik formalarında steroid hor-



monlar, çox vaxt isə prednizolon sutkada 10-25 mq dozada təyin 

edilir.  Preparatın  uzun  müddət  qəbulu  müddəti  3-4  həftə  təşkil 

edir və o, tədrijən azaldılır. Kəskin və yarımkəskin gedişdə müa-

li cənin hormonlarla bir kurs aparılması ilə kifayətlənirlər; xronik 

formada belə müalicəni aralarında 3-4 həftə fasilə verməklə 2-3 

kurs aparmaq lazım gəlir. Hormonal preparatlar iltihabəleyhinə, 



546

dezintoksikasiya və əvəzləyici təsir göstərirlər (böyrəküstü vəzi-

lə rin fəaliyyətinin azalması zamanı). Bruselyoz zamanı, xüsusən 

daha çox dayaq-hərəkət sisteminin zədələnməsi zamanı hormon-

ların tətbiqi elə ilk günlərdən başlayaraq müsbət təsir göstərir.

Fərdi  göstərişlərdən  asılı  olaraq,  qeyri-spesifik  vasitələrdən 

də istifadə etmək vacibdir. Onların içərisində qanın köçürülməsi 

aparıcı yer tutur. Hazırda o, bruselyozun xronik və yarımkəskin 

for malarında müvəffəqiyyətlə tətbiq olunur. Daha çox sitrat qan, 

eritrositar kütlə (anemiyanın kəskin əlamətləri olan xəstələr də), 

quru  plazma  və  ya  zərdab  məhlulları  (intoksikasi yanın  kəskin 

əlamətləri olduqda) işlədilir. Köçürülən qanın dozası 50 ml-dən 

100-150 ml arasında dəyişir. Onun dozası əsasən uşağın yaşı və 

vəziyyətinin  ağırlığı  ilə  müəyyən  edilir. Adətən,  terapevtik  ef -

fektə  nail  olmaq  üçün  qanın  və  ya  onun  əvəzedicilərinin  5-6 

dəfə  ye ridil məsi  kifayətdir.  Qanın  inqrediyentlərlə  birgə  köçü-

rül məsi retikul-endotelial sistemi stimulyasiya edir, orqanizmin 

müdafiə  qüvvələrini  artırır,  mübadilə  proseslərini  tənzimləyir, 

o r qanizmin nisbətən tezliklə desensibiliza siyasına və sürətlə kli-

nik  sağalma sına  səbəb  olur. Ağrıkəsici  vasitələr  geniş  işlədilir. 

Bruselyozun komples müalicəsində lazımi recimin yaradılması, 

vitaminlərlə  zənginləşdirilmiş  tamdəyərli  qida  ilə  təmin  olun-

ması olduqca vacibdir.

Profilaktikası.  Bruselyozun  profilaktikasına  tibbi,  sanitar-

baytarlıq və təsərrüfat tədbirləri daxildir. Bruselyoz tipik zoonoz 

infeksiya sayılır və ona görə onunla mübarizə infeksiya mənbə-

yi nin ilk növbədə ev heyvanları arasında, xüsusilə qoyunlar, k e-

çilər,  iribuynuzlu  mal-qara,  həmçinin  donuzlar  arasında  məhv 

edilməsinə yönəldilməlidir. Kənd təsərrüfatı heyvanları arasında 

bruselyoz ojaqlarının zərərsizləşdirilməsi və ləğv edilməsi, həm-

çinin  xəstəliklə  yoluxmuş  sürünün  və  ayrı-ayrı  təsərrüfatların 

sağ lamlaşdırılması  üzrə  tədbirlər,  habelə  bruselyozla  yoluxmuş 

təsərrüfatlarda heyvanlara xidmət edən insanlar arasında da bru-

selyozun yayılmasının qarşısının alınmasına kömək edir.

Bruselyozla  mübarizədə  qida  yoluxmalarının  profilaktikası 

xüsusilə böyük əhəmiyyət daşıyır. Bu, yoluxmada daha çox işti-

rak edən süd və süd məhsullarına aiddir. Bruselyoza görə qeyri-



547

sağlam  təsərrüfatlardan  alınmış  süd  mütləq  pasterizasiya  olun-

malı (70

0

 temperaturda 30 dəqiqə ərzində) və ya qay na  dılmalıdır. 



Təzə (qaynadılmamış) qaymağı qidada və ya kərə ya ğı nın, x a-

ma nın və digər süd məhsullarının emalında yalnız on ların paste-

rizasiyasından  sonra  istifadə  etmək  olar.  Temperaturla  təsirdən 

başqa,  çiy  süddən  hazırlanmış  məhsulları  müəyyən  müddət  ə r-

zində  saxlamaqla  zərərsizləşdirmək  olar.  Belə  ki,  çiy  keçi  s ü-

dündən hazırlanmış brınza pendiri üçün 60 gündən az olmayaraq 

saxlanma  müddəti  təyin  edilmişdir,  çünki  aşkar  olunmuşdur  ki, 

brusellalar brınzada 2-ci ayın sonunda məhv olur. Pendirin ha zır-

lanması zamanı da onların saxlanma müddətlərinə dair müvafiq 

tədbirlər tətbiq olunur. Bruselyozlu heyvanlardan alınmış ət yal-

nız onu tam bişirdikdən və ya qızartdıqdan sonra istifadə edilir. 

Su mənbələrinin çirklənmədən mühafizəsini həyata keçirmək və 

yalnız qaynadılmış suyu işlət mək lazımdır. Tərəvəz və gilə mey-

vələr  də  brusellalarla  çirklənə  bilər.  Bu nun la  əlaqədar  olaraq, 

bos tanda torpağın gübrələnməsi üçün peyini yalnız onun 3  ay ə r-

zində  öz-özünə  çürüməsindən  sonra  istifadəyə  icazə  verilir,  bu 

zaman  brusellalar  məhv  olur.  Hamilə  qadınlar  yoluxmuş  və  ya 

y o luxma ehtimalı olan heyvan lara qulluqla əlaqədar bütün növ 

işlərə,  həmçinin  istər  heyvan darlıq  təsərrüfatlarında,  istərsə  də 

ət,  yun,  dəri-gön  sənayesi  müəssisələrində  onlardan  alınmış 

xammalla təması ola biləcək işlərə buraxılmamalıdırlar. Əgər bu 

və  ya  digər  səbəblər  üzündən  xəstə  heyvanlarla  təmas  baş  v e-

rirsə, onda şəxsi profilaktika tədbirləri içərisində törədicinin d a-

xil olmasının qarşısının alın ması üçün əllərə xüsusi diqqət ver-

mək lazımdır: rezin əlcəklərdən, qolçaqdan istifadə olunması və 

əllərin dezinfek siyaedici vasitələrlə zərərəsizləşdirilməsi.

Sanitar-maarifi işinin yerinə yetirilməsi bruselyozun profi lak-

ti kasının  mühüm  şərti  sayılır.  Bruselyozla  mübarizədə  spesifik 

pro filaktikanın həyata keçirilməsi böyük rol oynayır. Bruselyoz 

əleyhinə  profilaktik  vaksinasiya  uşaqlara  epizootik  göstərişlər 

olduqda 7 yaşından başlayaraq aparılır. Postvaksinal immunitet 

nisbidir,  peyvəndlənmiş  kontingentlərin  yenidən  yoluxma  ehti-

ma lı  istisna  edilmir.  Ocaqlarda  profilaktik  tədbirlərin  bütün 

komp leksi  xəstəliyin  tam  ləğv  edilməsinə  qədər  yerinə  yetiril-



548

mə lidir,  onun  əsas  meyarı  heyvanların  bruselyoza  görə  sağlam 

olması və insanların xəstələn məməsidir.

İnsanlar  arasında  bruselyozun  pofilaktikası  sanitar-baytar lıq 

tədbirlərinin  xarakteri  ilə  bağlıdır.  Başqa  sözlə,  yalnız  ev  hey-

vanları  arasında  bruselyozun  effektiv  profilaktikasının  aparıl-

ması  sayəsində  insan  populyasiyasında  da  xəstəliyə  görə  sala-

matlıq  əldə  etmək  olar.  Lakin  qaramal  sürüsündə,  xüsusilə 

q o yunçuluqda xəstəliyə görə salamatlığın əldə olunması elə də 

asan  məsələ  deyildir.  İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə, 

tamamilə  bruselyozdan  azad  olmuş  ölkələrdə,  hətta  təsərrüfat-

larda brusellalarla yoluxmuş bir heyvan belə aşkarlanarsa, onda 

bütün  sürünün  məhv  edilməsi  stra tegiyası  həyata  keçirilmişdir. 

Maliyyə baxımından çətin olmasına baxmayaraq, bu tədbir həm 

heyvanlar  arasında  və  insanlar  arasında  sa lamatlığın  əldə 

edilməsi baxımından həm də iqtisadi nöqteyi-nəzərdən ən effek-

tiv tədbir hesab edilir.

Bizim  ölkəmizdə  belə  sistem  hələlik  mümkün  deyildir,  ona 

görə  də  bruselyozla  yoluxmuş  ayrı-ayrı  fərdlər  öldürülür.  Bu 

tədbir  az  fayda  verir,  çünki  epizootik  prosesi  tamamilə  qırmaq 

(ləğv etmək) mümkün deyildir. Sistemin tətbiq olunduğu t ə sə r-

rü fatlarda hey van ların vaksinasiyası aparılmır. Bu, onunla bağlı-

dır  ki,  peyvənddən  (diri  bruselyoz  BA-16)  sonra  hey van larda 

cavab  olaraq  immun  reaksiya  (müsbət  aqqlütinasiya  reak siyası 

və dəriiçi allergik reaksiya) əmələ gəlir ki, gələcəkdə bu, yolux-

muş  şəxslərlə  peyvənd  olunmuşlar  arasında  diferen si a si ya nı 

aparmağa imkan vermir. Nəzərə almaq lazımdır ki, vaksin, çox 

təəssüf  ki,  kifayət  qədər  effektiv  deyildir,  heç  də  h ə mi şə  xəs -

tələnmədən qorumur.

Üçüncü  variant:  bruselyozla  yoluxmuş  heyvanların  başdan-

başa  kütləvi  peyvənd  olunması  və  izolyasiyasıdır.  Bruselyozun 

pro fi lak tikası zamanı, xüsusilə də qaramal sürü halında saxlan-

dıqda, yemin zərərsizləşdirilməsi, həmçinin dezinfeksiya təd bir-

lə  rinin aparılması (xüsusilə balalama dövründə) vacibdir.



İnsanlararasındabruselyozunprofilaktikasıməqsədilə sani-

tar-əksepidemik xidmət tərəfindən süd məhsullarının zərərsizləş-



549

di rilməsi sistemi üzərində, həmçinin qaramalın kəsimi və öldü-

rül məsi üzərində nəzarəti təmin etmək vacibdir.

Bruselyoza  görə  qeyri-qənaətbəxş  epizootik  vəziyyətdə  risk 

qruplarının (zootexniklər, baytarlar, heyvandarlar, çobanlar və s.) 

diri BA-16 vaksinlə peyvənd edilməsi və süd məhsulu üzə rin də 

nəzarət gücləndirilir. BA-16 vaksini ilə peyvənddən sonra orqa-

niz min  kəskin  allergizasiyası  üzündən  hazırda  irimolekulyar 

allergen antigen komponentlərindən azad edilmiş kimyəvi vak-

sinlər işlənib hazırlanır.



Taun

Taun – karantin infeksiyaları qrupuna aid olub kəskin təbii-

ocaqlı yoluxucu xəstəlikdir, ümumi vəziyyətin son dərəcə ağır-

laşması, qızdırma, limfa düyünlərinin, ağciyərlərin və digər d a-

xi li orqanların zədələnməsi, çox vaxt sepsisin inkişaf etməsi ilə 

müşayiət olunur. Xəstəlik yüksək letallığı ilə səciyyələnir.

Törədici  taun  çöpüdür  (lat.  Yersinia  pestis),  1894-cü  ildə 

Fransa  alimi  Yersen  və  yapon  alimi  Kitasato  tərəfindən  eyni 

vaxt da  kəşf  olunmuşdur.  Taunun  törədicisi  –  Yersinia pestis 

Enterobacteriaceae ailəsinə, Yersinia cinsinə daxildir.

Taun  törədicisi  aşağı  temperaturlara  qarşı  davamlıdır,  bəl-

ğəmdə  yaxşı  qalır,  ancaq  55

0

C  temperaturda  10-15  dəqiqə  ə r-



zin də məhv olur, qaynadıldıqda isə praktik olaraq həmin an ölür. 

Orqanizmə  dəri  (birələr,  bir  qayda  olaraq,  Xenopsylla cheopis 

dişlədikdə),  yuxarı  tənəffüs  yollarının,  həzm  yolunun  selikli 

qişası, konyunktiva vasitəsilə daxil olur.

Hər il taunla 2,5 milyona yaxın şəxs xəstələnir və çox təəssüf 

ki, bu rəqəmlər artmağa meyillidir. Vəziyyət hər il taunun spesi-

fik  keçiricisinin  –  Xenopsylla  cheopis  birələrinin  nəqliyyat  və 

ticarət  əlaqələri  vasitəsilə  cənub-şərqi  Asiyadan  gətirilməsi  ilə 

da ha da ağırlaşır. ÜST-ün illik hesabatlarına əsasən 1989-cu il -

dən 2003-cü ilə qədər Asiyanın, Afrikanın və Amerikanın 25 ö l -

kə sində  38  310  taunla  xəstələnmə  hadisəsi  qeydə  alınmışdır.  8 

ö l kədə (Çində, Monqo lus tanda, Vyetnamda, Konqo Demokratik 

Respublikasında,  Tanzaniya  Birləşmiş  Respublikasında,  Mada-


550

qas karda,  Peruda  və  ABŞ-da)  insanlar  arasında  taunla  xəstə-

lən mə halları, demək olar ki, hər il qeyd olunur. Hazırda ən aktiv 

təbii ocaqlar Həştərxan vilayətində, Kabardin-Balkar və Karaça-

evo-Çerkessk  respublikalarında,  Altay,  Dağıstan,  Kalmıkiya, 

T ı va  respublikalarının  ərazisində  yerləşir.  İnquş  və  Çeçenistan 

res      pub    likalarında yerləşmiş ocaqların aktivliyi üzərində sistemli 

müşahidənin aparılmaması isə xüsusi həyəcan doğurur.

Rusiya ərazisində 1979-cu ildən taunla xəstəlik hadisələri qey-

də alınmamışdır, halbuki hər il təbii ocaqların ərazisində (ümu mi 

sahəsi 253 km

2

) 20 mindən çox şəxs yoluxma riski qarşısındadır. 



Bununla  belə,  2001–2003-cü  illərdə  Qazaxıstan  Respublikasında 

taunla 7 (bir letal nəticə), Monqolustanda 23 (3 letal nəticə), Çində 

2001 – 2002-ci illərdə 109 xəstəlik hadisəsi (9 letal nəticə) qeydə 

alınmışdır.  Qazaxıstan  Respublikasının,  ÇXR  və  Mon qo lustanın 

R u siya Federasiyası isə qonşu təbii ocaqlarında epizootik və epi-

demik vəziyyətin proqnozu qeyri-qənaətbəxş olaraq qalır.



Qısa  tarixi  məlumat.  Taun  qədim  vaxtlardan  məlum  olan 

xəs təlikdir, onun haqqında ilk məlumatlar II əsrin sonu, III əsrin 

başlanğıcına  təsadüf  edir.  Ən  böyük  epidemiyalardan  biri  - 

“Yustinian taunu” (551-580) Şərqi Roma İmperayasında baş ver-

miş  və  bütün Yaxın  Şərqi  əhatə  etmişdir.  Bu  epidemiyadan  20 

milyondan çox şəxs ölmüşdür. Bundan başqa:

• X əsrdə Avropada, xüsusilə də Polşada və Kiyev Rusiya sında 

taunun böyük epidemiyası baş vermişdir. 1090-cu ildə Kiyevdə 

2 həftə ərzində 10 000-dən artıq şəxs taundan ölmüşdür. XII əsr-

də taun epidemiyaları bir neçə dəfə səlib müharibəsində iştirak 

edənlər arasında yayılmışdır. 

• XIII əsrdə Polşada və Rusiyada taunun bir neçə alovlanma-

ları olmuşdur.

• XIV  əsrdə  Avropada  dəhşətli  epidemiya–“qara  ölüm”  baş 

ver di ki, o, Şərqi Çindən gətirilmişdir. 1348-ci ildə bu epidemi-

yadan təqribən 15 milyon şəxs ölmüşdür ki, bu da bütün Avropa 

əhalisinin ¼-ni təşkil edirdi. 

• 1346-cı  ildə  taun  Krıma,  1351-ci  ildə  Polşaya  və  Rusiyaya 

gətirilmişdir. Sonralar 1603, 1654, 1738–1740 və 1769-cu il lərdə 

Rusiyada taunun alovlanmaları qeyd olunmuşdur. 



551

• 1664  –1665-ci  illərdə  Londonda  bubon  taunun  epidemiyası 

baş  vermişdir  ki,  nəticədə  şəhər  əhalisinin  20%-dən  çoxunun 

həyatına son qoyulmuşdur. 

Orta əsrlərdə Avropa əhalisinin əksəriyyəti taunla yoluxmuş-

dur: “qara ölüm” adlandırılan epidemiya baş verdi ki, o da XIV 

əsr boyunca, qismən də XV əsrdə dövri şəkildə fəallaş mış dır. Bu 

epidemiya ayrı-ayrı şəhərlərin və yaşayış məntəqə lə ri nin əha li si-

nin ölümünə və sayının azalmasına gətirib çıxardı. Q ə dim vaxt-

lardan  taun  epidemiyaları  Avropada,  Afrikada,  Yaxın  və  O r ta 

Şərq,  cənub-Şərqi Asiyada  baş  vermişdir.  Orta  əsrlərdə  taunun 

yayılmasına  şəhərlərdə  hökm  sürən  a n tisanitariya  şərait  yara-

dırdı. Kanalizasiya yox idi, bütün çirkablar küçələr boyunca axı-

dılırdı ki, bu da siçovulların yaşamasına ideal mühit kimi xidmət 

edirdi.  XVII  əsrin  sonunda  Rusiyanın  Osmanlı  imperiyası  ilə 

apardığı  müharibə  nəticəsində  taun  epidemiyaları  Rusiyada  da 

qeydə alınmağa başlandı. 

Bu  zaman  xarici  tədqiqatçılarla  yanaşı,  taunun  öyrənilməsi 

probleminə və onunla mübarizə tədbirlərinin işlənib hazırlan ma-

sına D.Samoyloviç böyük töhfə vermişdir. O, bubondan götürül-

müş  materialda  törədicini  aşkar  etməyə  cəhd  göstərən  ilk  alim 

o  l  muşdur. Lakin törədicini aşkar etməyə və ayırd etməyə yalnız 

1894-cü  ildə  Honkonqda  baş  verən  epidemiya  dövründə A.İer-

sen və Ş.Kitazato tərəfindən nail olunmuşdur. A.İersen törədicini 

siçovullarda,  Ş.  Kitazato  isə  birələrdə  aşkar  etmişdir.  Taunun 

təbii  ocaqlılığı  fikrini  (Mancuriyada  aparılan  ekspedisiya  işləri 

nəticəsində bu fikrə gəlmişdi) D.K.Zabolotnıy söyləmişdir.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin