Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix03.02.2017
ölçüsü1,44 Mb.
#7381
1   ...   4   5   6   7   8   9   10   11   12

TÜRKMƏNÇAY MÜQAVĠLƏSĠ 
 
Tehranla 
olan 
irtibatlar 
zorlaşmışdı. 
Azərbaycan 
ordusunun 
məğlubiyyətindən,  Abbas  Mirzənin  fərar  etməsindən  sonra  bir  çox  yağılar  baş 
qaldırmış,  yolçuları  soyurdular.  Bir  neçə  dövlət  karvanları  belə,  soyğunçular 
tərəfindən  soyulmuşdu.  Belə  bir  vəziyyətdə  Abbas  Mirzə  Təbrizə  göndərdiyi  
elçisinin  geri  dönməsini  bəkləyirdi.  Bijən  Xan  geri  döndü  və  rus  generalın 
istəklərini  Şahzadəyə  çatdırdı.  Fateh  general,  Abbas  Mirzənin  önünə  çox  ağır 
şərtlər qoyurdu. Bu şərtlərə görə, Abbas Mirzə Azərbaycanın bir çox bölgələrindən 
imtina etməli idi. Abbas Mirzə bu şərtlərə təslim olmaq istəmirdi, bu üzdən uzun-
uzun  düşünmək  zorunda  qaldı.  Rus  Generalına  üz-üzə  görüşmək  təklif  etdi. 
Paskeviç  bu təklifı qəbul etdi.  Miyana  ilə  Təbrizin arasında  olan  və  Təbrizin beş 
ağaclığında  yerləşən  Tufarqan  görüş  yeri  kimi  müəyyənləşdirildi.  Şahzadə 
Urmunun  hökumətini  Nəcəfqulu  Xan  Avşara  tapşırdı.  Şaha  çatdırmaq  üçün  bir 
məktub  yazıb  qardaşı  Qasım  Mirzəyə  verib  Tufarqana  yola  düşdü.  Şahzadə 
Tufarqana  gedərkən  sadəcə,  beş  yüz  süvari  yanına  aldı.  Qalan  kiçik  qrupunda 
komutanlığın  Mərhəmətabadda  Bəhram  Mirzəyə  buraxdı.  Şahzadə  öz  qrupuna 
Məhəmməd  Xan  Əmirintizam,  İbrahim  Xan  Sərdar,  Fətəli  Xan  və  oğlu  Xosrov 
Mirzə kimi bəzi önəmli komutanlarını da aldı. Şahzadənin sağlıq durumu çox ağır 
olduğu üçün təxt-i rəvanla  səfər etmək zorunda  qalmışdı.  1827-ci  ilin  noyabr ayı 
idi. Şahzadə Tufarqana doğru hərəkət edərkən ağlından min tür şeylər keçirdi. Bu 
riski  etməyə  dəyərmi?  Özünü  kiçik  bir  qrupla  düşmənin  ortasına  çəkməkdə  idi. 
Onu Tufarqanda əsir ala bilərlərmi? Bu kimi suallar Şahzadənin ağlında dolaşırdı. 
Ancaq  o,  bu  görüşü  gerçəkləşdirməkdə  israrlı  idi.  Özünü  taleyin  gətirəcəyi 
hadisələrin axarına buraxmışdı. 
General  Paskeviç  öz  diplomat  heyəti  ilə  birgə  Tufarqanda  Şahzadəni 
bəkləməkdə  idi.  Rus  general  buraya  çox  hazırlıqlı  gəlmişdi.  3.000  piyadə,  1.500 
                                                           
47
Marşal Prens Paskeviç, 2. cild, s. 26. 
 

100 
 
süvari  ilə  bərabər  Abbas  Mirzənin  yolunu  gözləyirdi.  Paskeviçin  istəyi  üzərinə 
general  Bənkendurov,  Şahzadə  Dolqoruki  və  Albay  Piski  məğlub  Şahzadəni 
qarşılamaq üçün onun qarşısına getdilər. 
Şahzadə,  Paskeviçin  onun  qarşısına  bir  çox  önəmli  insanları  göndərdiyini 
duyduğunda o da bir qarşılıq verib və Paskeviçə güvəndiyini isbatlamaq istədi. Bu 
üzdən də bir çox süvarilərini geri göndərib, yalnız 150 və bir neçə danışmanları ilə 
bərabər  görüş  yerinə  hərəkətinə  davam  etdi.  Şahzadə  düşünürdü  ki,  əgər  onu  əsir 
almaq  niyyətləri  olsa,  zatən  ətrafındakı  kiçik  ordusu  ilə  qarşılıq  verəcək  durumda 
deyildir.  Bu  üzdən  də  ətrafındakı  dəstənin  sayını  daha  da  azaltdı.  General 
Bənkendurov,  Abbas  Mirzə  yaxınlaşdığında  ona  ehtiram  əlaməti  olaraq  dəstəsinə 
“hazır  ol”  əmri  verdi.  Şahzadə  atdan  enib  rus  əsgərlərinə  hərbi  salam  verdi.  İlk 
görüşdə Abbas Mirzə savaşın yanlış olduğu fikrini savundu. Bu savaşın olmaması 
üçün  əlindən  gələni  etsə  də  ancaq  başarılı  ola  bilmədiyini  söylədi  və  əklədi  ki, 
bəlkə hələ tezdir, lakin zamanında bu savaşın səbəbkarları bəlli olacaqdır.
48
 Bəlkə 
də  Şahzadə  savaş  suçlularının  ifşa  olunacağını  söylədiyində  özünün  Şah  olacağı 
dönəmi  nəzərdə  tuturdu.  Çünkü  ancaq  o  zaman  düşünülməmiş  davranışlarla 
Azərbaycanın  başına  bu  fəlakətləri  gətirənlərlə  hesablaşa  bilərdi.  Sonrakı  gün 
Şahzadə  Tufarqana  doğru  hərəkət  edərkən  General  Kont  Şuşteln  onun  qarşısına 
gəlib,  ikinci  qarşılama  törənini  gerçəkləşdirdi.  Abbas  Mirzə  dodaqlarında  acı  bir 
təbəssümlə  Generala  dedi:  “Sizə  də  maraqlı  görünmürmü  ki,  öz  vətənimdə  Sizin 
qonağınız kimi davranmalıyam?!”
49
 
Şahzadə  Tufarqana  çatdığında, Paskeviç  özü onu çox təmtəraqla  qarşıladı. 
Sonra da Şahzadə öz heyəti ilə bərabər Paskeviçin başçılıq etdiyi heyətlə baş-başa 
görüşdü. Şahzadə burada bir çox uğursuzluğunun səbəblərini Paskeviçə etiraf etdi 
və dedi ki, çevrəsini böyük bir xəyanət çəmbəri sarmışdır.
50
 Atası haqqında heç bir 
olumsuz  şey  söyləməsə  də  ancaq  Paskeviçə  bunu  açıqca  dedi  ki,  Fətəli  Şah 
istədiyiniz məbləği ödəməz. Ona Qaimməqamla birgə Şahla müzakirə etmək üçün 
Tehrana getməsini təklif etdi. 
Tufarqan müzakirəsi iki ay sürdü. Müzakirə sürəcində önəmli bir problemlə 
rastlanıldı.  Abbas Mirzənin qarşı tərəf olaraq tanımlayan rəsmi bəlgə (sənəd) yox 
idi.  Digər  tərəfdən,  savaşın  bitməsinin  imzalanması  aralıq  ayının  ikisinə 
qərarlaşdırılmışdı,  ancaq  hələ  Tehran  ödənməsini  üzərinə  götürdüyü  savaş 
ziyanının ilk qismi olan on milyon rublu göndərməmişdi. 
İngilis  səfirliyinə  bağlı  olan  albay  Mək  Donald  və  Doktor  Mək  Nil 
müzakirənin  həmən  ilk  başından  Tufarqanda  idilər.  Lakin  öncədə  qeyd  olunduğu 
kimi  Paskeviç  onların  arabuluculuq  rollarını  istəməməkdə  idi.  Meydana  çıxan 
bütün  problemlər  Abbas  Mirzəni  ingilislərə  yaxınlaşdırırdı.  Səlmasdan  Tehrana 
                                                           
48
“Daneş”dərgisi 3-cü sayı. “Birinci Nikolay səltənətinin tarixi”. Çevirən Richard Xan. 
49
“Marşal Prens Paskeviç” kitabı. 
50
Cahangir Mirzə “Yeni tarix”. 
 

101 
 
gedən  ingilis  heyəti  başkənddə  Şahla  da  görüşmüşdür.  Belə  anlaşılır  ki,  Şahın 
Şahzadəyə  qarşı  olan  qəzəbini  yatıran  ingilis  heyəti  olmuşdur.  Çünkü  bu 
məğlubiyyət  və  Abbas  Mirzənin  rəqiblərinin  mərkəzdəki  fitnələri  Şahı  çox 
etkiləmiş və Abbas Mirzəyə qarşı çox qızğın hala gətirmişdi. Lakin İngiltərə üçün 
Qacar  dövlətində  ən  uyğun  şəxs  kimi  Abbas  Mirzə  təsbit  edilmişdi.  Bu  üzdən  də 
İngiltərə  sülh  müzakirəsində  Abbas  Mirzənin  Qacar  dövlətini  təmsil  etməsindən 
yanaydı.  Bu  müəmmalı  ingilis
 
diplomatı  Abbas  Mirzəni  çox  təsirləndirmişdi. 
Abbas Mirzə isə gərgin durumdan çıxmaq üçün ondan borclar alır, ingilis diplomat 
isə Şahzadənin bu istəklərini təmin edirdi. Bəlkə də ingilis diplomatın öz dövlətini 
təmsilən  bəzi  vədlərdə  bulunaraq,  Fətəli  Şahı  etkiləməsə  idi,  Abbas  Mirzənin 
başına böyük bəlalar gələ bilərdi. 
Dekabr  ayının  10-da  Şahzadə  son  tərəddüdlərindən  sonra  sülh  haqqında 
dialoq bəlgəsini imzalamaq qərarına gəldi. Müzakirələr ocaq ayında da davam etdi, 
lakin  Şahdan  hələ  də  bir  xəbər  yox  idi.  Şahın  səssizliyi  bu  müzakirələri  qəbul 
etməməsi  kimi  yozulurdu.  Dekabr  ayının  12-də  məlum  oldu  ki,  Mərhəmətabadda 
olan Abbas Mirzənin qoşunları Marağaya doğru hərəkətlənmiş və Tehran yolunda 
qərargah qurmuşdur. Paskeviç Şahzadənin bu hərəkətindən şübhələnməyə başladı. 
Lakin Abbas Mirzə dedi ki, bu işi Paskeviçə qarşı deyil, öz güvənliyimi saxlamaq 
üçün  etmişəm.  Olayların  analizi  Abbas  Mirzənin  söylədiklərinin  doğru  olduğunu 
göstərir.  Paskeviç,  Şahzadənin  bu  hərəkətinə  qarşılıq  verdi.  Ucan  qərargahında 
yerləşən  Barun  Duruzen  adlı  bir  generalına  əmr  etdi  ki,  Miyanaya  tərəf 
hərəkətlənsin.  Abbas  Mirzə  Paskeviçin  nədən  belə  davrandığını  sorduğunda,  rus 
generalından  cavab  gəldi  ki,  bu  tərəflərdə  güvənlik  sağlamaq  zorundayıq  ki, 
Tehrandan gələcək olan savaş qəramətinin qorunması asan olsun. 
1828-ci  il  yanvar  ayının  əvvəllərində  Qacariyyənin  dış  işləri  bakanı 
Əbülhəsən  Xan  Tehranın  yazdığı  barış  müqaviləsi  ilə  Tufarqana  gəldi.  Paskeviç, 
Abbas  Mirzənin  imzaladığı  mətnə  edilən  ən  kiçik  dəyişikliyi  belə  qəbul  etmədi. 
Yenidən  başdan  başlayan  müzakirələr  çıxmaza  girirdi.  Bu  arada  Paskeviç 
tərəfindən görəvlənən albay Ligerov Şahzadənin güvənliyindən sorumlu idi. 
Rus  baş  komandanı  Tehranda  olub  bitənlərdən  xəbərsiz  deyildi.  Çünkü 
Təbrizin  baş  müctəhidi  Mir  Fəttah  əldə  etdiyi  bütün  bilgiləri  ona  çatdırırdı. 
Şahzadə  Həsənəli  Mirzə  öz  süvariləri  ilə  bərabər  Xorasandan  Tehrana  gəlmişdi. 
Süvarilərin  əlində  isə  qara  bayraqlar  var  idi.  Şahzadə  Həsənəli  Mirzə  deyirdi  ki, 
İmam Rza Məşhəddə bir din xadiminin yuxusuna girmiş, bu qara ələmi ona vermiş 
və  demiş  ki,  bu  ələmi  Şahzadə  Həsənəli  Mirzəyə  çatdır.  Ona  söylə  ki,  rusları 
müzakirə ilə deyil, qılınc gücünə Azərbaycandan çıxarsın
51

Həsənəli  Mirzənin  bu  sözlərlə  Tehrana  gəlməsi  bir  həyəcan  yaratmışdı. 
Tehran  bazarından  tutmuş  ən  aşağı  sinifə  qədər  hər  kəs  həyəcan  içində  idi. 
                                                           
51
Cahangir Mirzənin “Tarixe no” (yeni tarix) əsəri. 
 

102 
 
Ruhanilərin  yeni  bir  cəhad  fətvası  ilə  ortaya  çıxacaqlarını  bəkləyirdilər.  Şübhəsiz 
ki, bu həyəcan Şahın sarayında da hiss edilirdi. Lakin Abbas Mirzənin düşmənləri 
çox böyük bir arxayınlıqla öz işləri ilə məşğul idilər. 
Bu savaşın bütün günahını Abbas Mirzənin üstünə atırdılar. Bir halda ki o, 
bu savaşa qarşı idi Şaha təkrar-təkrar əldən getmiş qalaları, topları, dağılan orduları 
xatırladaraq,  onu  Şahzadəyə  qarşı  təhrik  edirdilər.  Fətəli  Şah  keçmişdə  çox  ümid 
bəslədiyi  oğlunu  indi  aşağılayıcı  sözlərlə  təhqir  edirdi.  Fətəli  Şah  iki  səbəbdən 
dolayı  Abbas  Mirzəni  vəliəhdlikdən  məhrum  etməmişdir:  1.  Abbas  Mirzə 
Azərbaycandakı  dayanaqlarını  təkrar  örgütləndirib  Tehrana  qarşı  çıxa  bilərdi.  2. 
Xarici  güclər  ruslarla  müzakirədə  Şahzadənin  Qacar  dövlətini  təmsil  etməsindən 
yanaydılar. 
Həsənəli Mirzə elan etdi ki, rusların savaş bədəli kimi istədikləri altunların 
Tehrandan  çıxmasına  izn  verməyəcəkdir.  Digər  şahzadələr  də  Həsənəli  Mirzədən 
yana  tutum  sərgiləməkdəydilər.  Tehrana  çağırılmış  bir  çox  qəbilə  başçıları 
Həsənəli Mirzəni müqəddəs savaşın sərdarı kimi təhlil edir, alqışlayırdılar. 
Abbas  Mirzə  Tufarqanda  General  Paskeviçin  tənqidlərinə  məruz  qalmışdı. 
General deyirdi:  “Siz iki aydır  məni Tufarqana dəvət etmişsiniz, dövlətimin digər 
işləri ilə bu iki ayda məşğul ola bilməmişəm, ancaq heç bir irəliləyiş ortada yoxdur. 
Siz  ya  Rusiyanı  aldatmaq  istəyirsiniz  ya  da  artıq  sizin  bütün  səlahiyyətləriniz 
Tehran  tərəfindən  alınmışdır  və  sözlərinizin,  imzanızın  keçərliliyi  yoxdur.”
52
 Rus 
General, Abbas Mirzəyə çox hörmət etsə də, lakin heç bir səlahiyyəti olmayan bir 
şəxslə  də  müzakirələri  sürdürmək  istəmirdi.  Hər  tərəfdən  ona  bilgi  gəlirdi  ki, 
Şahzadə  Şahın  yanında  etibarını  itirmişdir.  Yanvarın  sonlarında  Paskeviç 
Şahzadəyə  Tufarqanı  tərk  edib  Tehrana  hücum  etmək  istədiyi  haqda  bir  mesaj 
göndərdi.  Abbas  Mirzə  xəstə  idi  və  ayaqlarının  ağrısı  onu  çox  incidirdi.  O, 
Paskeviçin bu hərəkətinin gətirə biləcəyi ziyanı göz önündə bulundurduğunda çox 
rahatsız  oldu.  Xəstə  halı  ilə  Paskeviçlə  görüşmək  istədi.  Şahzadə,  Paskeviçdən 
xahiş  etdi  ki,  baron  Duruzenin  əmrində  olan  ordu  Qaflan  dağını  Tehrana  doğru 
aşmasın ki, o, (Abbas Mirzə) Tehranla əlaqə saxlayıb qısa sürədə dəqiq bilgi əldə 
edə bilsin. 
Abbas  Mirzənin  Azərbaycanı,  Ərdəbil  istisna  olmaqla  bütünü  ilə  işğal 
edilmişdi.  Yalnız  Ərdəbil  qalası  Məhəmməd  Mirzənin  və  Cahangir  Mirzənin 
komutanlığı altında idi və işğal edilməmişdi. Ərdəbildə Benədəti adında İtalyan bir 
topçu  qalanın  savunmasında  mühüm  rol  üstlənməkdə  idi.  Abbas  Mirzə  rus 
ordusunun  Tehrana  yürüşünün  durdurulması  qarşısında  Ərdəbil  qalasını  təslim 
edəcəyini təklif etdi. Yurdu  əlindən çıxmış Şahzadə böyük bir ümüdsüzlük içində 
Tufarqanı  tərk  edib  və  kiçicik  qoşununun  bulunduğu  Mərhəmətabada  tərəf  yola 
düşdü.  Gorus  adlı  bir  yerdən  keçdiklərində  Tehrandan  gələn  çapar  onlara  çatdı. 
Çapar  Şahın  imzası  ilə  Şahzadəyə  bir  məktub  gətirmişdi.  Məktubda  Şahzadəyə   
                                                           
52
Eyni qaynaq. 

103 
 
müzakirələri sürdürməsi üçün tam səlahiyyət verilirdi. Həm də ruslara ödəniləcək 
olan savaş bədəli altunun ilk qisminin yola düşdüyü haqda bilgi verilirdi. 
Fətəli  Şah  anlamışdı  ki,  nə  ruhanilərin  dəstəyi  ilə  küçələrdə  bağırıb  savaş 
propaqandası aparan, İmam Rzanın yuxulara, röyalara girərək mesaj göndərdiyini 
söyləyən Həsənəli Mirzə, nə də Şeyx-ül Məlukla bir yerdə savaşın davam etməsini   
istəyən  Hüseyn  Xan  Sərdar  bir  iş  görə  biləcək  durumda  deyillər.  Özəlliklə  rus 
ordusunun  Tehrana  tərəf  yürümək  istəməsi  Şahı  ciddi  olaraq  düşündürməyə   
başlamışdı.  Fətəli  Şah  düşünürdü  ki,  Həsənəli  Mirzə  Xorasanda  Rzaquluxanın 
ayaqlanmasını  basdıra  bilməmişsə,  3-4  minlik  ordusu  ilə  möhtəşəm  rus  ordusuna 
nə edə bilər? Bu üzdən də Padşah, xəzinəsinin güvənilir baş  mühafizi  Mənuçehr 
Xanı  500.000  tümən  Abbas  Mirzəyə  çatdırmaq  üçün  görəvləndirdi.  Bu,  ruslara 
ödəniləcək ilk savaş bədəli idi. 
Abbas  Mirzə  bu  məktubu  aldıqdan  sonra  istiqamətini  dəyişdirib,  Qaflan 
dağına doğru hərəkət etdi. Ucanda olan Paskeviçə mesaj göndərdı ki, müzakirələrin 
yürüməsi üçün artıq tam səlahiyyətə sahibdir. 
Paskeviç  Tehrana  hücum edəcəyini açıqca duyurmuş və  böyük bir birimlə 
hərəkətə  başlayıb  Ucana  qədər  gəlmişdi  ki,  Abbas  Mirzənin  mesajını  aldı.  Bu 
üzdən  də  Miyananın  yaxınlığında  kiçik  bir  kənd  olan  Türkmənçaya  getdi. 
Şahzadənin də müqaviləni imzalaması üçün oraya gəlməsini istədi. Böyük bir ruhi 
gərginlik içində olan Abbas Mirzə, Türkmənçaya doğru hərəkət edirdi. Tehrandan 
gələn  altunlar  da  Türkmənçaya  yetişmişdi.  Artıq  uzun  müzakirə  üçün  bir  şey 
qalmamışdı,  rus  fatehin  əmrinə  tabe  olmaqdan  başqa  bir  çarə  yox  idi.  Rusların 
Tufarqanda hazırladıqları anlaşma bir mətn halına gətirilmişdi. Öncə Paskeviç bu 
mətni  imzaladı.  Sonra  da  Şahzadə  öz  imzasını  və  möhürünü  hazırlanmış  mətnin 
altına  atdı.  Türkmənçay  müqaviləsinə  görə  İrəvan,  Naxçıvan  və  Talış  bölgəsinin 
bir  qismi  rusların  idarəsinə  keçir  və  Astara  sınır  olaraq  müəyyən  edilirdi.  Savaş 
ziyanı  da  10.000  kron  (beş  milyon  tümən)  nəzərdə  tutulurdu.  Müqavilənin  7-ci 
maddəsi  Abbas  Mirzəni  vəliəhd  və  Fətəli  Şahın  canişini  kimi  tanıyırdı. 
Müqavilənin  ticarətlə  və  Qacariyyədə  olan  rus  vətəndaşlarının  haqları  ilə  ilgili 
maddələri də var di. 
Paskeviç  müqavilə  dolayısıyla  Fətəli  Şahı  təbrik  etmək  üçün  baron 
Duruzeni görəvləndirdi. Onun yanı sıra Tehrandakı Rus əsirlərinin işləri ilə məşğul 
olan  Kont  Tolstoy  da  Tehrana  yolçu  oldu.  Paskeviç  öz  elçiləri  vasitəsi  ilə  Şaha 
böyük hədiyyələr də göndərdi. 
Bu arada Abbas Mirzə çox ağır xəstələndi. General Paskeviç onun əyalətinə 
gedib  və  iki  top  ona  hədiyyə  etdi.  Şahzadə  savaş  alətlərindən  çox  xoşlanırdı.  Bu 
üzdən də yorğun surətinə acı bir təbəssüm qondu. 
Paskeviç  ona  600  xəstəni  özündə  barındıra  biləcək  bir  xəstəxanasının 
olduğunu söylədi. Bu zaman Abbas Mirzə dərindən bir ah çəkdi və əhvalı daha da 
dəyişdi. Şahzadənin ən böyük arzularından birisi Azərbaycan ordusu üçün Avropa 
modeli xəstəxana təsis etmək idi. 

104 
 
SAVAġLAR VƏ SĠYASĠ OYUNLAR 
 
GĠRĠġ 
 
Savaş  sonlarında  Rusiya  Azərbaycanın  müxtəlif  yerlərində  rus  fatehlərin 
əlində  oyuncağa  çevrilən  xanlıqlardan  öz  mənafeyi  üçün  yararlanmaq  istədi. 
Tufarqan  müzakirə  sürəcində  Fətəli  Şahdan  gec  cavab  gəldiyində,  Paskeviç  bu 
böyük ərazini də Rusiya torpaqlarına qatmaqla təhdid etdi. Abbas Mirzə böyük bir 
fədakarlıq hesabına bir neçə şəhəri də para ilə geri aldı. Paskeviç bir neçə bölgəni 
öz  əlində  saxlamaqda  idi.  Bu  bölgələrdən  istədiyi  savaş  ziyanını  aldıqdan  sonra 
çəkilməyi qərarlaşdırmışdı. 
Azərbaycanın qalan hissəsi rus ordusundan boşaldıqdan sonra Abbas Mirzə 
təkrar inzibatlı bir ordu oluşdurmağa çalışdı. Abbas  Mirzə ömrünü sərf edib təşkil 
etdiyi bütün nizam-intizam ruslar tərəfindən təxrib edilmişdi. Bir zamanlar  Abbas 
Mirzənin  ordusu  elə  bir  mövqeyə  sahib  idi  ki,  Sankt-Peterburq  belə  Azərbaycan 
ordusunda  olub-bitənlərlə  maraqlanırdı.  Abbas  Mirzə  kəsinliklə  təkrar  savaşın 
başladılmasından  yana  deyildi.  Lakin  Qriboyedovun  Tehranda  qətlə  yetirilməsi 
Rusiya-Qacar  münasibətlərini  təkrar  çıxmaza  soxmuşdu.  Bu  üzdən  Abbas  Mirzə 
biricik  çıxış  yolunu  Osmanlıya  yaxınlaşmaqda  gördü.  Molla  Şərif  adında  bir  elçi 
gizlin  bir  müqaviləni  imzalamaq  üçün  Şahzadə  tərəfindən  İstanbula  göndərildi. 
Lakin savaş ehtimalı azalmışdı. Sankt-Peterburqu rahatsız etməyə başlayan Abbas 
Mirzənin  təkrar  mövcud  etdiyi  Azərbaycan  ordusu,  ancaq  ölkə  içində  asayişi 
bərqərar etməklə məşğul oldu. Fətəli Şah isə boşalmış xəzinəsini doldurmaq üçün 
əyalətləri ən çox para ödəyən oğullarına, nəvələrinə  satırdı. Bu zaman Xorasanda 
böyük  üsyanlar  baş  qaldırdı.  Türkmən  xanlarının  Qacar  dövlətinə  qarşı  bu 
ayaqlanmaları  durdurmaq  üçün  Abbas  Mirzə  öz  ordusu  ilə  Xorasana 
göndəriləcəkdi.  Bir  az  öncə  qeyd  olundu  ki,  Həsənəli  Mirzə  bu  ayaqlanmaları 
durdura bilməmişdi. 
 
SAVAġLAR VƏ SĠYASĠ OYUNLAR 
 
Şahzadənin ömrünün son iki ilində yazdığı məktublar vasitəsi ilə onun ruh 
halları  haqqında  bilgi  əldə  etmək  mümkündür.  Bu  məktublarında  Şahzadə 
Azərbaycanın  parçalanmasının  onun  belini  bükdüyünü  yazır.  Eləcə  də  bu 
məktublar  aracı  ilə  onun  1827-ci  il  noyabr  ayı  ilə  1828-ci  il  fevral  ayı  arasında 
təhəmmül etdiyi çətinliklər haqqında bilgi əldə etmək mümkündür. 
Ölü  dəfnindən  dönərcəsinə  gənclik  xatirələri  ilə  iç-içə  olan  başkəndi 
Təbrizə  gəlirdi.  Lakin  başkəndində  umutsuz  görünmək  istəmirdi.  Bu  üzdən 
Türkmənçay kəndindən yola düşüb Həştrud  yolu ilə Təbrizə gələrkən, nə edəcəyi 
haqda düşünürdü. 

105 
 
Təbriz  rus  ordusunun  işğalında  olduğu  zaman  bütün  bəzirganlar,  din 
xadimləri, tayfa və qəbilə başçıları ruslarla iş birliyinə getmişdilər. Bu üzdən də rus 
ordusu  Təbrizi  tərk  etməyə  başladığında  onları  ümidsizlik  sarmağa  başlamışdı. 
Onlar  bu  qədər  möhtəşəm  bir  ordunun  Təbrizdən  çıxmayacağı  qənaətindəydilər. 
Bu  üzdən  də  ruslarla  iş  birliyi  edən  bir  çox  Təbriz  sakini  Rusiyaya  fərar  etmək 
qərarına gəldilər. Abbas  Mirzə xəstə olduğu üçün təxt-i rəvanla daşınırdı. Onların 
fərar  etməmələri  üçün  bir  neçə  məktub  yazıb  və  çaparlara  verdi.  Bu  məktubu 
carçılar  Təbrizin  meydanlarında  yüksək  səslə  əhaliyə  duyurdu.  Bu  məktublarda 
Abbas  Mirzə  ruslarla  iş  birliyi  edənlərin  davranışlarından  təəssüfləndiyini 
söyləyərək onların əfv edildiyini də yazırdı. Abbas Mirzə onların Təbrizdə qalıb və 
Azərbaycanın  qalxınması  üçün  bir  yerdə,  bərabərcə  çalışmalarını  istəyirdi. 
Baxmayaraq  ki,  Abbas  Mirzə  bu  xainlərə  qarşı  intiqam  hərəkətlərinin  qarşısını 
bütünü  ilə  ala  bilmədi,  lakin  bilgisi  dairəsində  verdiyi  sözü  tutdu.  Ancaq 
Şahzadədən  xəbərsiz  bəzi  intiqamalma  hərəkətləri  də  olur  və  ruslarla  iş  birliyi 
edənlər məhkəməsiz-filansız öldürülürdülər. 
Şahzadə  Təbrizə  girdiyində  şəhərdə  önəmli  bir  dəyişikliyin  olmadığını 
sezdi.  Çünkü  şəhərin  könüllü  və  dirənişsiz  təslim  olması  üzündən  ruslar  heç  bir 
təxribat  törətməmişdilər.  Yalnız  Şahzadənin  sarayında  qiymətli  əşya  nə  varsa, 
hamısı aparılmışdı. Digər tərəfdən, Abbas Mirzə Xoyu və Urmunu da para ilə geri 
almaq zorunda idi. Bu üzdən Azərbaycanın müxtəlif yerlərində olan mal varlığında 
qənaət  edilmə  əmri  verdi.  Abbas  Mirzə  bu  borcları  ödəyə  bilmək  üçün  hər  kəsi 
çalışmağa çağırdı. Bəzi din xadimləri və onların yandaşları tacirlər Laçın Xandan 
şikayətlənirdilər  ki,  evində  bir  çox  altun  və  gümüş  saxlamaqdadır.  Laçın  Xan 
dədələrinin yadigarı olan bir neçə çox qiymətli əşyaları Gürcüstandan gələrkən özü 
ilə  gətirmişdi.  Abbas  Mirzə  məktublarında  onun  özü  qədər  bu  məğlubiyyətdən 
dolayı  üzgün  olan  bu  dar  gününün  dostunu  riyakar  insanlar  qarşısında 
savunduğunu yazır. 
Laçın Xan, Şah tərəfindən də sevilmirdi, çünkü savaşa hazırlıq zamanı hərbi 
şurada  bu  savaşın  doğru  olmadığı,  ruslara  qarşı  savaşın  zamanı  olmadığı  haqda 
görüş bildirmişdi. Müxtəlif xanların savaşla ilgili verdikləri bilgilərin yanlış olduğu 
görüşündə  idi.  Ona  görə, Rusiya  xanların  kiçik  və  gücsüz  göstərdiklərindən daha 
çox  güclü  idi.  Bu  üzdən  də  sadəcə,  Şahın  antipatisini  qazanmamış,  xanların 
düşməni halına gəlmiş, savaşa cihad gözü ilə baxan din xadimlərinin də qəzəbinə 
tuş olmuşdu. Onun can güvənliyinin rəhni, ancaq Abbas Mirzə idi. Abbas Mirzənin 
müşaviri  Qaimməqam  savaş  öncəsi  Abbas  Mirzədən  fərqli  düşünməsinə  rəğmən 
yenə də öz vəzifəsindən alınmadı. Abbas Mirzənin başvəziri qalmağa davam etdi. 
Ancaq  yenə  də  Qaimməqam  Fətəli  Şahın  Laçın  Xana  olan  qəzəbini  təhrik  edirdi. 
Çünkü Qaimməqam onu öz rəqibi kimi görürdü. Abbas Mirzə kimsəyə Laçın Xana 
güvəndiyi qədər güvənmirdi. 
 
 

106 
 
QRĠBOYEDOVUN ÖLDÜRÜLMƏSĠ 
 
1828-ci  ilin  payızında  Abbas  Mirzə  Tehrana  getdi.  Bu  səfərdən  məqsəd 
Mək Donaldla bağladığı müqaviləyə Şahın da razılığını və təsdiqini almaq idi. Mək 
Donaldla  Şahzadə  arasındakı  anlaşmaya  görə,  1814-cü  il  müqaviləsindən  iki 
maddə  silinməli  və  buna  qarşılıq  isə  İngiltərə  250.000  tümən  ödəməli  idi.  Bu 
məbləği  isə  Qacar  dövləti  savaş  suçlusu  kimi  Rusiyaya  ödəməli  idi.  Şah  öz 
xəzinəsinə  az  zərər  gəlsin  deyə  bu  müqaviləyə  müsbət  yanaşmaqda  idi.  Abbas 
Mirzə atası ilə görüşdə Sankt-Peterburqa səfər etmək istədiyi haqda da danışmışdı. 
Şahzadə, rus İmperatoru ilə görüşərək, Türkmənçay müqaviləsində bəzi güzəştlərin 
olması mövzusunda İmperatordan istəkdə bulunacaqdı. Abbas Mirzənin Rusiyanın 
başkəndinə  səfərini  əngəlləmələr  göstərir  ki,  bu  haqda  Şahzadə  başarı  əldə  edə 
bilərmiş.  Bu  maneə  özəlliklə  Qriboyedov  tərəfindən  törədilməkdə  idi.  O,  General 
Paskeviçin  diplomat  qrupuna  daxil  idı.  General  İrəvanı  fəth  etdikdən  sonra  ona 
diplomatik görəv vermişdi. O, Türkmənçay müqaviləsindən sonra isə Tehrana səfir 
olaraq  təyin  edilmişdi.  Qriboyedov  ədəbiyyatçı  və  şair  idi.  Bu  üzdən  İmperator 
Birinci  Nikolay  tərəfindən  sevilməməkdə  idi.  Çünkü  Birinci  Nikolay  aydın 
insanlara olumsuz yanaşırdı. Digər tərəfdən, Qriboyedov Dekabristlərə özgü (xas) 
olan  bir  fikir  daşıyıcısı  idi.  Bu  üzdən  də  bir  sürə  həbsdə  olmuşdu.  O  zamankı 
verilərin  incələnməsi  göstərir  ki,  onun  Tehranda  qətlə  yetirilməsinə  İmperatorun 
ciddi  təpki  göstərməməsinin  də  səbəbi  bu  imiş.  Fətəli  Şah  da  Qriboyedovdan 
xoşlanmırdı. Abbas Mirzə bu səfər zamanı İmperatora hədiyyələr haqqında da atası 
ilə  danışdı.  Abbas  Mirzə  bilirdi  ki,  bu  səfərə  getdikdən  sonra  düşmənləri  yenə  də 
ona  qarşı  planlar  hazırlamağa  başlayacaq  və  onu  Şahın  yanında  pisləyəcəklər.     
Türkmənçay  müqaviləsində  Rusiyanın  Abbas  Mirzəni  vəliəhd  kimi  tanıması  
Şahzadənin  düşmənlərinə  böyük  zərbə  vurmuşdu.  Çünkü  onun  canişinliyi 
uluslararası  düzeyə  daşınmışdı.  Digər  tərəfdən,  İngiltərə  də  müzakirələrdə  tərəf 
müqabil  kimi  Abbas  Mirzəni  görmək  istəyirdi.  Bütün  bunlar  Abbas  Mirzənin 
düşmənlərini  başda  Asəf-əd  Dövlə  olmaq  üzrə  hamısını  bezdirməkdə  idi.  Abbas 
Mirzə nə qədər bağışlamaqdan yana olsa da, ancaq Asəf-əd Dövlənin riyakarlığını 
və  xainliyini  unutmurdu.  Bilirdi  ki,  bu  adam  əlinə  fürsət  düşdüyü  zaman  ona 
xəyanət edəcəkdir. Abbas Mirzə ömrünün sonlarında Asəf-əd Dövlənin ihanətlərini 
xatırladaraq onun cəzasını Tanrı verəcəkdir, deyə söyləmdə bulunmuşdu. O zaman 
Asəf-əd  Dövlə  vəzirlikdən  kənarlaşdırılmış  və  sarayın  qalaları  içindəki  evində 
Abbas  Mirzəyə  qarşı  təxribat  yapmaqla  məşğul  idi.  Lakin  o,  Adına  məscidində 
moizə  ilə  məşğul  olan  mollalarla  sıx  irtibatda  idi.  Din  xadimlərinin  və  Asəf-əd 
Dövlənin ortaq düşmənləri Abbas Mirzə idi. Din xadimləri düşünürdülər ki, Fətəli 
Şahdan sonra Abbas Mirzə şah olarsa onların işləri necə olacaq. Çünkü Şah olacaq 
Abbas Mirzənin avropalaşdırma imkanları daha da genişlənəcəkdir. Toplumun dini 
cəhalət içində qalmasını öz mənafelərinə uyğun görən ruhanilər və Asəf-əd Dövlə 
kimi adamlar Şahzadənin avropalaşma reformlarına qarşı sərt çıxırdılar. Onun Şah 

107 
 
olmasını  əngəlləmək  üçün  hər  tür  fitnə-fəsada  əl  atırdılar.  Bir  çox  din  xadimləri 
açıq  söyləməsələr  də  gizlin-gizlin  onun  dindən  çıxıb  və  xristian  olduğu  haqda 
fətvalar verirdilər. 
1829-cu  il  şubat  ayının  gecələrinin  birində  bir  çapar  Şahzadəni  yuxudan 
oyadıb  ona  gözlənilməz,  diksindirici  bir  xəbər  çatdırdı:  Rusiyanın  elçisi  bütün 
heyəti ilə bir yerdə Tehranda qətl edilmişdir! 
Abbas  Mirzə  şaşqınlıqdan  nə  edəcəyini  bilmirdi.  Çünkü  Rusiya  ilə  savaşa 
girməmək üçün hər tür yola baş vurduğu bir dönəmdə, İmperatorla görüş səfərinə 
hazırlaşdığı  bir  zamanda  bu  gözlənilməz  hadisə  onun  bütün  planlarını  alt-üst 
etməkdə idi. Şahzadə bu hadisə haqqında dəqiq bilgi almadan, öncə inana bilmirdi, 
bir şayiə olacağını sanırdı. Lakin çox keçmədən olay, ayrıntıları ilə Şahzadəyə bəlli 
oldu.  Tehranın  elbayı  olan  Abbas  Mirzənin  qardaşı  Zill-ül  Soltandan  gələn  bir 
məktub  olayın  doğruluğunu  təsdiqləyirdi.  Sonra  da  Şahdan  bir  məktub  gəldi  ki, 
necə  olursa-olsun  yeni  savaşın  çıxması  əngəllənməlidir.  Şah,  savaşın 
əngəllənməsini  sağlayacaq  ancaq  bircə  kişiyə  güvənirdi.  O  da  Abbas  Mirzə  idi. 
Digər  tərəfdən,  Şah  hər  ehtimala  görə  Rusiyanın  savaş  elan  etməsi  durumunda 
yanız  qalmasın  deyə  təcili  olaraq  müttəfiq  aramağa  başladı.  Qriboyedovun 
öldürülməsi Şahdan və Tehran elbayı Zill-ül Sultandan xəbərsiz baş vermişdi. Bu 
hadisə  ən  çox  Abbas  Mirzənin  düşmənləri  və  din  xadimləri  tərəfindən  təşkil 
edilmişdi. Məqsəd isə Abbas Mirzənin Sankt-Peterburqa səfərini önləmək idi. 
Tehran əhalisi, o zaman səfirlərin Tehranda olduğundan xəbərdar olurdular 
ki,  bu  səfirlər  öz  heyətləri  ilə  bir  yerdə  başkəndin  mərkəzi  xiyabanlarında 
görünməyə başlayırdılar. Şah tərəfindən də sevilməyən Qriboyedov dini məsələlərə 
müdaxilə  etməsə  idi,  mollaların  ona  qarşı  fətva  verməsinə  bəhanə  yaratmazdı. 
Asəf-əd  Dövlənin  ona  qarşı  nifrəti  1827-ci  ilin  yayında  ilk  görüşləri  zamanı 
başlamışdı. İndi isə Asəf-əd Dövlə həm ondan, həm də Şahzadədən intiqam alması 
üçün çox uyğun bəhanə əldə etmişdi. 
Türkmənçay  müqaviləsinin bir maddəsi də Qafqaz əsilli xristianlara aid idi. 
İstər  savaş  əsiri  və  ya  başqa  səbəblərdən  dolayı  olsun,  Qafqazdan  Qacariyyənin 
müxtəlif yerlərinə aparılmış xristianlar haqqında da Türkmənçay müqaviləsində bir 
maddə yer almışdı. Bu insanlar istər qadın və ya kişi olsun azad buraxılmalıydılar 
ki,  öz  yurdlarına  dönüb-dönməmə  haqqında  özləri  qərar  versinlər.  Bu  insanların 
geriyə  dönüşündən  yana  olan  Qriboyedov  Türkmənçay  müqaviləsindəki  bu 
maddəni  yürürlüyə  qoymaq  istəmişdi.  Gürcüstana  dönmək  istəyənlərdən  biri  hər 
kəsi  heyrətə  salan  Yəqub  Xan  idi.  Yəqub  Xan  Gürcüstanın  əsilzadələrindən  idi. 
Otuz ilə  yaxın  Fətəli  Şah sarayının önəmli  xidmətçilərindən biri  kimi tanınmaqda 
idi. Bu müddət ərzində  həm özünə  uyğun iş bulmuş, həm də çox zənginləşmişdi. 
O,  Qriboyedovun  yanına  gedib  və  Gürcüstana  dönmə  istəyini  bildirdiyində 
Qriboyedov  təəccüblənmiş  və  niyə  saray  həyatından,  imkanlarından  ayrılmaq 
istədiyini ondan sormuşdu. Ona “Gürcüstana döndüyündə hansısa məchul bir insan 
kimi  adi  həyat  yaşayacağını  bilib-bilmədiyini”  sormuşdu.  Yəqub  Xan  geri 

108 
 
dönməkdə  israr  etdi.  Qriboyedova  Qafqazdan  gətirilmiş  Asəf-əd  Dövlənin 
sarayında sanki həbsdə imiş kimi yaşayan iki erməni qadınının durumunu anlatdı. 
Yəqub  Xan  Qriboyedova  dedi  ki,  onları  zorla  müsəlman  olmağa,  müsəlman  kimi 
davranmağa və qapanmağa zorlamışlar. 
O zaman müsəlman qadınların evdə məhbus kimi yaşamaları sosial törələrin 
icabatlarından  idi.  Müsəlman  qadınlar  bunu  bir  növ  qadına  hörmət  kimi 
anlayırdılar.  Qadınların  sosial  hadisələrin  arxasında  özlərinə  məxsus  bir  həyatları 
var idi. Qadın ağlının gəlişməməsi üçün dini törələr hər tür əngəl yaratmışdı. Qadın 
həyatı anlamsız bir sirlər içində itib batmışdı. İslamda qadın şəhvət qaynağı olan ət 
yığını kimi anlaşılmaqdadır. Kişilər isə bu durumdan çox razı idilər. Xüsusən hər 
hansı  bir  ailənin  toplumsal  (sosial)  statusu  yüksəldiyi  zaman  o  ailədə  qadınlara 
olan basqı daha da şiddətlənirdi. Bir dövlət adamı, qadınının nə şəkildə yaşamasını 
gizlin  saxlayır  və  ictimai  yerlərdə  görünməməsi  üçün  hər  tür  önləmlər  alırdı. 
Qriboyedov,  Allahyar  Asəf-əd  Dövlənin  siqə  qadını  olan  iki  ermənini  səfirliyə 
gətirtmiş  və  onlardan  geriyə  dönüb-dönməyəcəkləri  haqda  sormuşdu.  Erməni 
qadınlar  geri  dönməkdən  yana  olduqları  üçün  səfirlikdə  saxlanılmışdılar.  Bu 
hadisədən Asəf-əd Dövlə yararlanıb, Qriboyedovdan intiqam almaq  fikrinə düşdü. 
Lakin  o,  bu  işini  Fətəli  Şahdan  gizlin  və  ruhanilər  vasitəsi  ilə  etmək  istəyirdi. 
Çünkü  Şahın  artıq  ona  qarşı  heç  bir  hörməti  qalmamışdı.  Asəf-əd  Dövlə  də  din 
xadimlərinin arasında gizlincə sıx irtibat yaranmağa başladı. Tehranda bir neçə kişi 
bir  yerə  toplaşıb  söhbət  etdiyində  mütləq  Asəf-əd  Dövlənin  namusunun   
ayaqlanmasını danışır, qadınlarının Qriboyedov tərəfindən zorla  evindən çıxarılıb 
aparılmasını  dartışırdılar.  Bu  söz-söhbət  ağızdan-ağıza  dolaşıb  bütün  şəhəri  sardı. 
Dindar  kəsimin  “müsəlman”  qadınların  namusunu  qurtarma  duyğusu  qabarmışdı. 
Tehran elbayı bu həyəcanın bir intiqamla nəticələnəcəyini zənn etmədiyi üçün rus 
səfirliyinin  güvənliyini  sağlamaq  amacı  ilə  heç  bir  önləm  almamışdı.  Lakin 
əhalinin  dərin  dini  duyğuları  çox  sərt  şəkildə  coşmağa  başlamışdı.  Torpağının 
ruslar  tərəfindən  işğal  olunmasına  təpki  göstərməyib  susan  bu  əhali  və  onun  dini 
rəhbərləri  sanki  İslamı  qəbul  etmiş  iki  erməni  qadınının  intiqamını  almaq  üçün 
macəra  axtarırdılar.  Xatırladalım  ki,  rus  ordusu  Təbrizə  girdiyi  zaman  din 
xadimlərinin  istəyi  üzərinə  onların  qarşısında  qurban  kəsmişdilər.  Tarix  boyu 
mövcudluqlarını  toplumun  bu  şəkildə  cəhalətinə  borclu  olan  din  xadimləri  isə 
intiqam  və  “namus  davası”  atəşini  körükləyirdilər.  İslam  ölkələrində  bu  tür  kor 
duyğulardan  yararlanaraq  toplumu  sürətli  bir  şəkildə  örgütləndirmə  çox  rahatdır. 
İslam  tarixində  bu  tür  cəhalət  qaynaqlı  hərəkətlərə  çox  rastlanılmaqdadır.  Din 
xadimləri İslamın təhqir olunduğunu sanırdılar. Lakin iki erməni  qadınının İslamla 
nə ilgisi ola bilərdi. Əslində isə heç bir ilgisi yox idi. Sadəcə, şəxsi hesablaşmalar 
söz konusu idi. Hər zaman olduğu kimi, din xadimlərinin və siyasətbazların əlində 
oyuncaq olan İslam isə ortalıqda bir arac olaraq kullanılmaqda idi. Tehranın Adinə 
məscidindən  hərəkətə  başlayan  böyük  bir  qrup  əllərində  qara  bayraqlar  daşıyırdı. 
Tehran elbayı (valisi) tərəddüd içində qaldı ki, bu yığıncağa müdaxilə etsin ya yox. 

109 
 
Çox qısa bir sürədən sonra əhalinin hərəkəti iğtişaşa dönüşdü. Əhalinin birdən-birə 
şiddətə  əl  atması  bir  çox  vəzirləri  və  Tehran  elbayı  Zill-ül  Sultanı  şaşırdı.  Artıq 
istəsəydilər  də  fətvalar  üzündən  ağlını  itirmiş  bu  əsəbi  əhalini  kontrol  edə 
bilməzdilər.  Əsəbi  əhali  bağıra-bağıra  rus  heyətinin  bulunduğu  mərkəzə  doğru 
hərəkət  etdi.  İslam  psixolojisini  bilməyən  Qriboyedov  durumu  bu  şəkildə 
gördüyündə,  onların  para  ilə  satın  alına  biləcəyini  zənn  etdi.  Səfirliyin  qapılarını 
möhkəmcə  qapayıb  və  pəncərələrdən  noxdaları  din  xadimlərinin  əlində  olan 
əhalinin  qarışqa  kimi  qaynaşdığı  yerə  para  səpməyə  başladılar.  Lakin  əhalinin 
sanki  gözü  kor  olmuş  və  bu  kağızların  pul  olduğunu  görmürdülər.  Səfirliyin 
qapısını qırmağa  başladılar. Lakin  əhalinin içində  olan din  xadimlərinin casusları 
hər  şeyi  düşünmüşdülər.  Onlar  bağırırdılar  ki,  bu  kağız  yarpaqlara  aldanmayın.  
Həm  intiqamınızı  alın,  həm  də  içəridə  altun  kisələri  var,  o  altunları  da  qarət 
edəcəyik. Əhali balta ilə və əllərinə gələn hər nə varsa onunla qapını qırmağa nail 
oldu.  Əhali  sadəcə  qarşılarına  çıxan  rusları  deyil,  səfirliyin  bəkçisi  olan  Qacar 
məmurlarını  da  əllərindəki  qılınc,  qəmə  və  bıçaqla  öldürürdü.  Bu  olayda  ancaq 
səfirliyin  katibi  olan  Malzov  qaçıb  canını  qurtara  bilmişdi.  Başda  Qriboyedov 
olmaq üzrə hamısı qətl edildilər. 
*** 
Bu  olaydan  sonra  Rusiyanın  intiqam  amacı  ilə  hücum  edəcəyi  sanılırdı. 
Lakin  aylar  keçdi  və  ruslar  hücum  etmədi.  Ancaq  müxtəlif  səbəblərdən  dolayı 
Abbas  Mirzə  Təbrizdə  sıxıntı  içində  idi.  Abbas  Mirzənin  büdcəsi  boş  idi.  Şahdan 
da  heç  bir  yardım  gəlməməkdə  idi.  Arzularının  şəhəri  olan  Təbrizin  qalxınması 
üçün  heç  bir  iş  edə  bilmirdi.  Bütün  bunlara  rəğmən  Abbas  Mirzə  1829-cu  ilin 
yayında  savaşdan  sonra  ilk  kəz  olaraq  ordusunun  böyük  göstərisini  hazırladı. 
Azərbaycan ordusunun paradını izlədi. Rusiya hər zaman Abbas Mirzədən ehtiyat 
edirdi. Daima onun Osmanlı və ya Avropa gücləri ilə birləşib intiqam alacağından 
ehtiyat  edirdi.  Ancaq  onlar  bilmirdilər  ki,  mali  əksiklik  Abbas  Mirzəni  elə 
çökdürmüşdü ki, hələlik bu planları ağlında daşımamaqdadır. Yalnız Abbas Mirzə 
böyük  bir  özən  və  iradə  ilə  Azərbaycan  ordusunun  sadəcə,  ayaqda  durmasını 
sağlaya bilirdi. Şahzadə iki ay Ucanda qaldıqdan sonra 14 alayı 14 topla bir yerdə 
təkrar  aktiv  hala  gətirməyi  başardı.  Bu  parada  qatılmaq  üçün  ingilis  heyətini  də 
dəvət etdi. 
Abbas Mirzə düşünürdü ki, nədən rus imperatoru Qriboyedovun intiqamını 
almaq  istəmir?  Bu  intiqam  üçün  onun  əlində  hər  tür  imkan  mövcuddur. 
Qriboyedov  hadisəsindən  sonra  General  Paskeviçin  Abbas  Mirzəyə  yazdığı 
təhdidkar  məktublar  yerini  yumşaq  məktublara  buraxmağa  başlamışdı.  Bunun 
yalnız bir səbəbi var idi, o da rus imperatorunun Qriboyedovu önəmsəməməsi. Rus 
imperatoru hesab edirdi ki, keçmişdə Dekabristlərlə bir yerdə Çara qarşı çıxan bir 
şəxs uğrunda savaşa qatılmağa dəyməz. 
Lakin Sankt-Peterburqda daima Abbas Mirzə ilə ilgili olaraq bir rahatsızlıq 
duyulmaqda idi. Düşünürdülər ki, Şahzadə özünü toparlayıb savaşa başlayacaqdır. 

110 
 
Abbas  Mirzənin  Osmanlı  ilə  gizlin  anlaşması  haqda  Rusiya  bilgi  əldə  etmişdi. 
Rusiya bu gizlin anlaşmanı bir ihanət kimi yozurdu. Bu ihanəti ortadan qaldırmaq 
üçün Qacar dövləti tərəfindən önəmli bir heyətin Sankt-Peterburqu ziyarət etməsini 
bəkləyirdi.  Ancaq  bu  heyətin  başında  önəmli  bir  şəxsiyyət  durmalı  idi  ki, 
istənildiyində  Qriboyedovun  intiqamını  onu  girov  saxlayaraq  ala  bilsinlər. 
Qriboyedov  hadisəsi  Abbas  Mirzənin  səfərinin  baş  tutmasını  əngəlləmişdi.  Bu 
üzdən Abbas Mirzə öz oğlu Xosrov Mirzəni bu səfər üçün nəzərdə tutdu. Xosrov 
Mirzə  atasının  ən  yaxın  danışmanı  olmuş,  Tufarqandakı  müzakirələrdə  də  iştirak 
etmişdı.  Həlta  General  Paskeviç  ona  “Yarım  Abbas”
*
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin