43
SAVAġLARIN DAVAMINA GĠRĠġ
1809-cu il mart ayının 12-də Ser Harford Conz və Qacariyyə arasında bir
anlaşma imzalandı. Qacariyyə tərəfindən bu anlaşmaya imza atan Sədr-i Əzəm
(başvəzir) Motəməd-üd Dövlə və Əmin-üd Dövlə adında başqa bir vəzir idi. Bu
anlaşmaya görə İngiltərə Rusiya qarşısında Qacariyyəyə maddi yardım etməyi
üzərinə götürürdü. Bu maddi yardım yalnız İngiltərə ilə Rusiyanın qarşı
durmalarının sürəcəyi zamana qədər davam edəcəkdi. Yəni Rusiya ilə İngiltərə
arasında barış aktı imzalandığında bu anlaşma öz-özünə ibtal ediləcəkdi.
İngiltərə dövlətinin nümayəndəsi ilə Con Molkolm arasında böyük bir
anlaşmazlıq və rəqabət var idi. Lakin bu iki ingilis məmuru ölkələrinin mənafesi
üçün bir arada hərəkət etmək zorundaydılar.
1812-ci ildə İngiltərənin yeni səfiri Ser Qor Ozli Qacariyyəyə gəldi. Mart
ayının 14-də birinci anlaşmanın davamı və təkmilləşdiricisi olan ikinci müqaviləni
də Qacar dövləti ilə bağladılar.
Qacariyyə və Rusiya arasında savaş davam edirdi. Ancaq 1809-1812 illər
arasında önəmli hərbi dəyişiklik olmamışdı. Avropa savaşında məşğul olan Rusiya
Qafqazda sadəcə, Abbas Mirzənin ordusunun irəliləməsini durduracaq miqdarda
güc saxlamışdı.
1812-ci il yay ayının əvvəlində İngiltərə və Rusiya arasında barış anlaşması
imzalandı. Bu zaman İngiltərənin Tehrandakı səfiri Qor Ozli Təbrizə getdi. Belə
bir sual ortaya çıxır ki, nədən belə kritik dönəmlərdə səfirlər müzakirələri Tehranda
yürütmək yerinə Təbrizə gedirdilər. Şah bir çox xarici siyasətin məsuliyyətini
Abbas Mirzəyə buraxmışdı. Özəlliklə Rusiya məsələsi ilə ilgili danışıqların çoxunu
Abbas Mirzə yürütməkdə idi. Bu səbəbdən də Təbriz Tehrandan daha çox xarici
qonaqları qəbul etməkdə idi.
ON ĠL SÜRƏN SAVAġLAR
(davamı)
Ağır xərc aparan savaşlardan Şah bezmişdi. Səbirsizliklə barış anlaşmasının
imzalanmasını gözləyirdi. Ancaq savaş bölgədə qaçınılmaz bir durum halına
gəlmişdi. Hələ də rusların adı gələndə yoxsul kəndlilər qorxularından təndirdə,
tövlədə və bu kimi yerlərdə gizlənirdilər. Ancaq Sisyanovun xofu ortadan
qaldırıldıqdan sonra insanlarda bir az arxayınlıq yaranmışdı. Lakin yenə də hər kəs
barışdan yana idi.
Abbas Mirzə anlamışdı ki, barış olarsa, onun çox sevdiyi torpaqlar əldən
gedəcəkdir. Tehran da bu torpaqların qarşılığı olan barış planı ilə psixoloji olaraq
razılaşmış kimi görünürdü. Bu üzdən də Abbas Mirzə bu torpaqları qorumaq üçün
yol axtarırdı. Onun intizamsız və savaş texnolojisindən məhrum olan ordusu
Rusiyaya qarşı bu torpaqları qoruya biləcək kapasitədə deyildi. Şahzadə bunun
44
fərqində idi. Bu üzdən də dərin bir kədər içini sarmışdı. 1809-1812-ci illər arasında
önəmli tarixi savaşlar olmadı. Ancaq hər tərəf daima savaşa hazırlıqlı durumdaydı.
Şahzadə, İngiltərənin yardımını etimadla, güvənərək qəbul etmədi. Çünkü
İngiltərənin Hindistanı necə işğal etməsi haqda, xüsusən Fransa heyətindən bilgi
almışdı. Öncə Hindistana yardım amacı ilə gəlmiş, sonra tacirlərini oraya sövq
etmiş, yavaş-yavaş ölkənin bütün hərbi və iqtisadi mərkəzlərini ələ keçirdikdən
sonra da açıq işğala keçmişdir. Bütün bunlara baxmayaraq onun xidmətində çalışan
ingilis zabitlərlə ehtiyatla davranır, onlara hörmət edir, bilgilərindən ordusunun
yararlanmasını sağlayırdı. Lakin James Morierin (Cemz Moryer) də ifadə etdiyi
kimi, Şahzadə hər zaman fransız təmsilçilərin təəssübünü saxlayırmış.
Azərbaycanın başkəndi o zaman başqa şəhərlərə və bölgələrə hakim olan
ümidsizlikdən və gərginlikdən bixəbər idi. Təbriz müxtəlif milliyyətlərin və
insanların ticarət əməllərinə səhnə olmuşdu. Çoxu poloniyalı, rus ordusundan
qaçan və əsir alınanlar Təbrizə gətirilmiş və onlardan bir alay oluşdurulmuşdu.
Abbas Mirzə əsirlər vasitəsi ilə də rus ordusundakı texnikanı öz ordusuna intiqal
etdirməkdə idi.
Con Molkolm 1808-ci ildə qələmə aldığı bir məktubda Azərbaycan
ordusunda Drouville (Druvill) adında birinin olduğunu da rişxəndlə yazmaqdadır.
Gerçəkdən uzun zaman Şahzadənin müşavirliyini yapan bu Qaspar Druvil
kim idi? Bu şəxs Fətəli Şahın belə hörmətini qazanmış və sarayda da xidmətlər
etmişdi.
1817-ci ildə Təbrizə səfər edən Ker Porter adında bir ingilis diplomat bu
şəhərdə Qaspar Pruvilin xatirələrini, not dəftərini tapır. Bu diplomat Druvilin,
Şahzadənin ordusunda süvari alayının komandanı olduğunu eşitmişdi. Onun
eşitdiyinə görə bu şəxs fransız olmuş, Azərbaycanda dünyaya gəlmişdir. Lakin
davam edir ki, bu söylənən doğru olmaya bilər
24
.
Druvil illər sonra öz xatirələrini yazdığı zaman Çarın xidmətində idi. Rus
ordusunda albay (polkovnik) rütbəsinə sahib idi. Druvil yazdığı xatirələrində
Abbas Mirzənin xarakteri, cəsarəti və bəsirəti haqda geniş bilgi verməkdədir.
Şahzadənin özəl həyatı həmişə dumanlıq içində olmuşdur. Druvil xatirələrində
yazır ki, bir çox Qacar şahzadələrinin, hətta Şahın özəl yaşamları ilə bağlı bəzi
hadisələrə tanıq olmuşdur, lakin Abbas Mirzənin özəl həyatı haqda heç bir şey
bilmədiyini qeyd edir, çünkü heç bir hadisəyə şahid olmamışdır. Bəzi söyləntilərə
görə Abbas Mirzənin dörd qadını varmış ki, buna da şəriət izn verməkdədir. Lakin
Druvilin yazdığına görə Abbas Mirzənin sevgisini qazanan sadəcə, bir qadın
olmuşdur. O da Təbriz civarından olan sadə bir bəzirganın qızı imiş. Druvilin bu
yazdıqları inanılır kimi görünməkdədir. Çünkü Abbas Mirzə kimi bir xarakter
saray intriqasından uzaq olan bir qadınla daha rahat ola bilərmiş. Bu bilgilərin
24
Ker Porter “Travels in Georgia, Persia, etc”, 2-ci cild, s. 587.
45
dışında Şahzadənin özəl həyatını yansıtacaq heç bir şey yoxdur. Ömrünü yurdunun
qorunması üçün savaşlara həsr edən bir savaşçının ancaq bu qədər özəl həyatı ola
bilər. Druvil, Abbas Mirzəni bir neçə dəfə Təbrizin küçələrində bir çocuqla bərabər
at çaparkən gördüyünü yazır. Druvil Şahzadəyə “Bu yaşda çocuğa bu hərəkətləri
öyrətmək tez deyilmi”, - deyə sorar və Şahzadə cavab verər ki, bu çocuğun bir
savaşçı olmasını istəyirəm. Bu üzdən də savaş fənnlərini nə qədər tez öyrənsə, bir o
qədər yaxşıdır. Druvilə görə bu çocuq böyük ehtimalla Abbas Mirzənin çox sevdiyi
qadını bəzirgan qızından olmuşdur. Lakin sonralar Abbas Mirzənin güvənini
qazanan, gələcəyinə ümid bağladığı Cahangir Mirzə olmuşdur. Cahangir Mirzənin
isə ana tərəfindən soyu bəllidir. Cahangir Mirzə ana tərəfindən böyük xanların
birinə bağlı idi. Druvil onun özəl xüsusiyyətləri haqda bunu da yazmaqdadır ki,
güldüyü zaman çox içdən və qəhqəhə ilə gülürdü. Şahzadə, Təbrizin otuz
ağaclığında olan Ucan qəsəbəsində özünə bir saray tikdirmişdi.
Daima hərəkətdə olan Abbas Mirzə Arazın iki sahilində də imarətlər
tikdirmişdi. Bu imarətlər onun ordusunu yoxladığı zaman dincəldiyi yerlər idi.
Onun həyatının bütününə çevrilmiş Azərbaycanın hər yerini zövqlə gəzib dolaşırdı.
Özəlliklə Urmunun bərəkətli torpaqlarında dolaşmaqdan ləzzət alırdı. Urmuda
kürdlərin basqısından bezən kəndlilər Şahzadəni gördüklərində böyük bir güvənlə
ona yaxınlaşmaq və ona olan sevgilərini bildirmək istəyirdilər. Abbas Mirzə də bu
zəhmətkeş insanların ona yaxınlaşmalarına izn verirdi. Heç bir hadisə onu
Azərbaycan insanları ilə bir yerdə olmaq qədər sevindirmirdi. Bu torpağa elə
bağlanmışdı ki, Tehrana getməyi heç ağlına gətirmir və Tehrandakı Şah
sarayındakı intriqaları vecinə almırdı. O, Azərbaycana mənsub olmaqdan qürur
duyurdu. Lakin Abbas Mirzənin içini gizlin bir dərd sökməkdə idi. O, rus
ordusunun daha güclü və silah baxımından daha üstün olduğunu bilirdi. Bir gün
ruhu və qəlbi qədər sevdiyi bu torpağı, Arazın o tayını rusların işğal edəcəyindən
əndişələnirdi. Bu dərd onu için-için içindən yeyirdi. Bu üzdən də ruslara qarşı
qoymaq üçün alternativ yollar arayırdı.
***
1811-ci ilin qışında yeni bir ingilis heyəti Tehrana gəldi. Ser Qor Ozli yeni
bir anlaşma planı gətirmişdi. Bu plan 1809-cu ildəki əksik qalan İngiltərə
mənafeyini tam təmin etməkdə idi. İngilis səfiri Rusiya ilə Qacariyyənin savaşı
tərk etmələri yönündə anlaşmalarını istəyirdi. Şah da bu təklifə xoş niyyətlə
baxmaqda idi. Lakin önəmli olan Abbas Mirzəni yola gətirmək idi. Bu amacla
ingilis səfiri Təbrizə yola düşdü. Səfir Şahzadə haqqında öncədən bilgi əldə etmiş
və onun xarakteri, zəkası haqda qiyabi olaraq bilgi sahibi olmuşdu. İndi bu şəxslə
görüşə gedirdi. Səfir, Abbas Mirzəni barışa razı etmək üçün ağlında bir sürü
dəlillər birikdirmişdi.
Səfir Təbrizə çatdığında Rusiyanın baş qərargah rəisi Reşitovun orada
olduğu xəbərini aldı. Rusiya ilə İngiltərə öz aralarında sülh haqqında danışıqlar
aparırdılar və sonuca varmalarına da az qalmışdı. Bu üzdən də ruslar, İngiltərənin
46
Abbas Mirzəni barış konusunda ikna edəcəklərini düşünürdülər. Ser Qor Ozli öz
dövləti tərəfindən tam yetkiyə sahib idi. Bu üzdən bölgədəki durumu daha yaxşı
öyrənmək amacı ilə Robert Qordan adında birini Gürcüstana göndərdi. Digər
tərəfdən, Abbas Mirzəni razı salacaq bütün yolları denəməkdə idi. Ser Qor Ozli bir
ay Azərbaycanda qaldı. Bu müddət içində gah Təbrizdə, gah da Abbas Mirzə ilə
bərabər ordu barınaqlarına, qərargahlarına gedirdi. Bu arada James Morier üçüncü
şəxs olaraq və bir az da tərcüməçi simasında onların bütün birlikdəliklərinə tanıq
olmuşdur. Bu tanıqlığını “İkinci səfər” kitabında xatirələr şəklində qələmə
alacaqdı. James Morier bu sırada Şahzadənin qardaşı Məhəmmədəli Mirzənin
Tehran mollaları ilə yanaşı onun reformlarına qarşı olduğunu səfirə söyləyir,
Tehranda ona qarşı olan fitnələrdən İngiltərə Böyük Elçisini xəbərdar edirdi.
25
Abbas Mirzə bu Batılı adamların davranışlarına, öngörülərinə, metodlarına,
səliqələrinə və bilgilərinə heyran olurdu. Səfir öz məntiqi ilə bu bir ay içində
Şahzadəni çox etkiləmişdi. Böyük elçi Azərbaycanda böyük islahatlar üçün barışın
nə qədər önəmli olduğu haqda Abbas Mirzəyə etkiləyici sözlər söyləmiş və
Şahzadə bu reform arzusunun gerçəkləşməsi üçün sülhün lazım olduğunu
anlamışdı. Lakin 1812-ci ildə ruslar tərəfindən önərilən sülhün mətni ilə tanış
olduğunda çox qızmışdı. Bu önəridə Abbas Mirzə Azərbaycanın bir çox bölgələrini
ruslara buraxmalı idi.
***
Abbas Mirzə Fətəli Şahın Azərbaycana səfərini duyduğunda atasını Ucanda
qarşılamaq üçün gərəkən hazırlıqları gördü. Səfiri də atasını qarşılamaq üçün
Ucana çağırdı. Səfir Ucana çatdıqdan bir neçə gün sonra carçılar car çəkdilər ki,
Şah gəlməkdədir. Abbas Mirzə, içində səfirin də olduğu bir heyətlə Şahı
qarşılamağa çıxdı. Səfir və heyəti Abbas Mirzənin bir davranışına heyrət
etmişdilər. Abbas Mirzə atdan enərək Şahın istiqbalına varıb diz çökmüş, alnını
torpağa yapışdırmış və Şahın atının ayağının izini öpmüşdü. Səfir, Şahın sarayında
Şahzadənin bu davranışını yansıtan tablolar görmüşdü, lakin bu tabloları xəyalın
ürünü olan sənət əsəri kimi anlamışdı. Yabançılara görə bu şəkildə Şahı sitayiş
etmə insanın şəxsiyyətini əzir, insanı kiçik düşürürdü.
Abbas Mirzənin Ucanda daha çox qalmağa vaxtı yox idi. Ucanın səkkiz
ağaclığında Mərənd-Naxçıvan yol qovşağında yerləşən ordu qərargahına baş
çəkməyə getdi. Bu qərargahda James Morier onu ziyarət üçün zaman istəmişdi.
Səfirin Tiflisə göndərdiyi elçisi bilgi birikdirib və geri dönmüşdü. Səfir bu
bilgilərin nəticəsini Şahzadəyə çatdırmaq üçün James Morieri görəvləndirmişdi.
James xatirələrində yazır ki, səhər erkəndən Təbrizdən çıxmış, gün batançağı
Sufiyanda istirahət etmiş və gecə bitənə yaxın qərargaha varmışdır. Ətraf kəndlilər
bir aslanın onlara zərər verdiyini Abbas Mirzəyə şikayət etmişdi. Abbas Mirzə bu
aslanı tapıb ovlamaq üçün ova çıxmışdı. Ovdan dönən Şahzadə həmən James
25
James Morier “İkinci səfər”.
47
Morieri qəbul etmiş. Abbas Mirzə çadırda bir keçə üstündə oturmuşdu. James daxil
oldu və əlindəki diplomat çantasını açdı. Bu çanta içində Şahzadənin gözü
Osmanlı-Rusiya anlaşması adında bir sənədi müşahidə etdi. Abbas Mirzə
yardımçısı Heydərəliyə dışarıya çıxmasını işarə etdi. Bu sənədləri diqqətlə oxumaq
istəyirdi. James həm də Robert Qordanın yazdığı bir məktubu da Şahzadəyə verdi.
Bu məktubda qeyd olunurdu ki, o, Qarabağa, Gəncəyə, Şuşaya getməyi də
başarmış və rusların bu bölgədəki durumları haqda bilgi əldə edə bilmişdir. Bu
arada Şahzadə bağırmış ki, “Rusları mən tanıyıram, elə davranarlar ki,
olduqlarından daha güclü görünsünlər, insanları şaşırdıb özlərini güclü
göstərsinlər”
26
.
***
Temmuz ayının sonlarında Şahzadə bölgənin durumu ilə ilgili dəqiq bilgi
əldə edə bilmişdi. Bu bilgiyə görə Qarabağın bəzi bölgələrini işğal edən General
Kutlerovski Lənkəranı işğal etmək istəyirdi. Bir neçə ay öncə Lənkəran Abbas
Mirzənin birlikləri tərəfindən ruslardan geri alınmışdı. Bu üzdən də Şahzadə,
ordusunu Arazın sahillərinə doğru sövq etməyə başladı. Ağtəpə adında bir yerdə
oturaq saldı. İngilis səfiri bilirdi ki, Abbas Mirzənin keçən bahardakı kiçik zəfərləri
onu məğrur etmiş və yeni savaş üçün can atmaqdadır. Səfir Tehrana gedib bir sürə
qaldıqdan sonra təkrar Şahzadəni görmək üçün Ağtəpəyə gəldi. Abbas Mirzənin
ordusunun içində ingilis zabitlər də görəv almaqdaydı. İngilis səfirliyinə ayrılmış
çadırlar ordunun yerləşdiyi yerdən iki ağac uzaqda idi. Səfir Ağtəpədə bulunduğu
müddət içində Şahzadənin diqqətini inzibati məsələlərə yönəltməyə çalışdı. Orduda
modern hiyerarşinin olmasının vacibliyi üzərinə deyindi. Abbas Mirzə diqqətlə
qulaq asır və etirazı olduğu yerlərdə də susaraq dinləməyi tərcih edirdi. Ser Qor
Ozli Şahzadəni bir rus elçisini Ağtəpədə qəbul etməyə ikna etdi. Bu elçi General
Verdov idi. O, sülh müzakirəsinin ayrıntıları haqda Şahzadə ilə danışacaqdı. Abbas
Mirzə Verdovun gəlməsini qəbul etsə də, ancaq içindəki məxfi etirazları üzündən
oxunmaqda idi. Görüş baş tutdu. Ancaq bu görüşdə Verdov Qacariyyə tərəfindən
uyqulanan protokola təslim olmayacağını duyurdu. Məsələn, Abbas Mirzə ilə
görüşdə çəkmələrini çıxarmayacağını bildirdi. Buna qarşılıq olaraq Abbas Mirzə də
onu qarşılamaq üçün heç bir şey etmədi. Gərgin bir ortamda təsirsiz sözlər
danışılırdı. Verdov getdikdən sonra Abbas Mirzə çox qızdı və protokolu hazırlayan
öz xidmətçisini suçlu bildi. Ona əlli zərbə şallaq vurulmasına əmr etdi. Abbas
Mirzənin yaxınları bu günə qədər onun bu şəkildə davranmasına şahid
olmamışdılar. Ancaq ruslar tərəfindən hazırlanan barış planı onu çox qızdırmışdı.
Həm Rusiya, həm İngiltərə və həm də Tehran Şahzadəni bu barış andlaşmasını
imzalamağa məcbur edirdi.
26
James Morier, “İkinci səfər”.
48
İlkin müzakirə başladığı üçün İngiltərə bunun davam etməsini istəyirdi.
Lakin nə Abbas Mirzə, nə də rus Generalı Arazı keçib digərinin yanına getmək
istəmirdilər. Bu üzdən də heyətlərin danışıqları aparması planlaşdırıldı. Şahzadə
heyətini Qaimməqam təmsil edirdi. Ser Qor Ozlini də James Morier təmsil
etməkdə idi. Yaşlı vəzir xeyli söhbətdən sonra gördü ki, anlaşmaq çox çətin
məsələdir. Çünkü rusların torpaq tələbi istəklərinə Abbas Mirzə kəsinliklə rədd
cavabı verməkdə idi. Morier yazır ki, durumun belə olduğunu görən vəzir
Qaimməqam təklif etdi ki şirin şərbət yerinə acı qəhvə versinlər. Abbas Mirzənin
heyəti geri döndükdən sonra hər kəsi bir tür əsəbilik sarmışdı. O anda ingilis səfiri
ölkəsinin Rusiya ilə bağladığı sülh müqaviləsindən xəbər tutmuşdu. Bu da
İngiltərənin Qacar dövlətini Rusiya qarşısında savunmayacağı anlamında idi. Səfir
açıq şəkildə Abbas Mirzəyə dedi ki, Rusiyaya qarşı keçirəcəyiniz hər hansı bir
hərbi əməliyyatda ingilis zabitləri iştirak etməyəcək. İki ingilis albayı (albay Lindsi
və albay Kristi) Abbas Mirzənin yanında qalmaq üçün Böyük Elçidən istəkdə
bulunmuşlar. Bəziləri bu iki albayın belə davranmalarını onların görəv sürəsi
içində aldıqları yüksək maaşa bağlayırlar. Albay (polkovnik) Kristi Azərbaycanda
güləş yarışlarına qatılırkən güləşdiyi adamın ölümünə səbəb olmuşdu. Lakin ölən
adamın ailəsinə hər tür yardım etmişdi ki, bəlkə günahını yuya bilsin. Bu iki
albayın dışında ingilis heyəti səfirlə bərabər Ağtəpəni tərk etdilər. Səfir bu iki
albayın qalmasına nədən izn vermiş əcəba? Bəlkə Rusiya-İngiltərə arasındakı barış
anlaşmasından tam əmin olmadığına görə imiş. Bəlli deyil. Lakin bilinən o ki, səfir
Rusiyanın Xəzərdəki donanmalarının komandanı Vezlaqov tərəfindən barış
anlaşması haqda dəqiq bilgi əldə etmişdi.
***
Abbas Mirzə çox gərgin ruh halları keçirməkdə idi. Ser Qor Ozlinin
davranışı onu çox incitmişdi. Bu üzdən mədəniyyətlərinə və texnolojilərinə heyran
qaldığı batılılarla dostluq mümkün deyildir düşüncəsinə varmışdı. Abbas Mirzə
Böyük Elçinin söylədiyi çağdaş hiyerarşi və gizlilik haqqındakı sözlərini
xatırlayırdı. Abbas Mirzə öz qüsurunu etiraf edirdi. Bütün hücumları haqqında
nədən ruslar öncədən bilgili olduqları haqqında özünü suçlayırdı. Abbas Mirzə çox
önəmli kəşfiyyat və həmlə toplantılarına gərəkdiyindən artıq adam toplayırdı.
Dışarıya sızan bilgilər ruslara çatırdı. Həmlələr olmadan öncə ruslar bütün
alayların komutanları haqqında bilgi əldə edə bilirdi. Abbas Mirzə böyük bir
təərrüz edəcəyini gizlətmirdi. Çünkü bu böyük hücum və savaş duyğusu orduya
moral verməkdə idi.
General Kutlerovski casusları vasitəsi ilə Abbas Mirzənin ordusu haqda hər
tür veriləri dəyərləndirmiş, oktyabrın 31-də çaydan keçərək Abbas Mirzənin
ordusunu basmış və çox qısa sürə içində iki tərəfdən ordunu mühasirəyə almışdı.
Kutlerovskinin bu gözlənilməz həmləsi haqda bir-biri ilə uyğun gəlməyən müxtəlif
rəvayətlər söylənməkdədir. Qacar vaqiənəvisləri həmləni qəfil bir hücum olaraq
yazmışlar. Lakin ingilis şahidləri başqa tür bilgi verməkdədi. Şahzadənin özəl
49
həkimi olan ingilis Doktor Karmək öz gözləri ilə macəraya şahid olmuşdur.
Karmək, General Kutlerovskinin hücumunu iki qismə ayırır: birinci mərhələ 31
oktyabr səhər erkəndən başlamışdır. Bu mərhələdə savaşın taleyi bəlli deyildi.
İkinci mərhələ gecənin qaranlığında başlamış və Şahzadənin tam məğlubiyyətinə
səbəb olmuşdur. Drouvillenin (Druvil) yazdığı üçüncü rəvayət isə Karməkin
söylədiklərinə bənzəməkdədir. Məsələnin aydınlanması üçün Druvilin bu olayla
bağlı yazdığını olduğu kimi gətiririk:
“Nəzərə almaq lazımdır ki, Abbas Mirzənin inzibatlı ordusu kiçik bir
alaydan oluşmaqda idi. Fərari ruslardan, əsirlərdən ibarət olan bu inzibatlı ordu
böyük bir cəsarətlə ruslarla savaşdılar. Lakin bu inzibatlı ordu çox az idi və
disiplinsiz ordu qarşısında yox kimi görünürdü. Çoğunluğu oluşduran ordunun
modern savaş sistemindən bixəbər olduqları bəlli idi. Abbas Mirzənin ordusu top
atəşinə məruz qaldığında bu inzibatsızlıq daha da çoxaldı. Süvarilərlə piyadələr
bir-birinə girdilər. Rus ordusunun topları yaxın təpələri ələ keçirib, orada yerləşib
və dəqiq atəşə başladıqdan sonra vəziyyət daha da pisləşdi. Şahzadə atı ilə ordunun
ortasında bağırıb onlara cəsarət vermək istəyirdi. Lakin Şahzadənin səsi top
güllələrinin gurultusu içində eşidilmirdi. Abbas Mirzə özünü yaxınında olan
topxanasına çatdırıb, atəş əmri verdi. Lakin bu atəşlər artıq əsərsiz idi. Belə
anlaşılır ki, ordunun qəflətən hücuma məruz qalması üzündən hər kəs özünü itirmiş
və topları doğru kullanma imkanı da əldən çıxmışdır. Birinci həmlə iki saat sürdü.
Düşmən topları susduqdan həmən sonra Abbas Mirzə komutanları və iki ingilis
albayı ilə təcili bir toplantı keçirdi. İngilis albaylar geri çəkilməyi təklif etdilər.
Onların planları ilə bu geri çəkilmə baş tutsa idi ən az itki ilə düşmənin növbəti
hücumundan qurtula bilərdilər. Ancaq Abbas Mirzə bu təklifı qəbul etmədi. Gecə
boyunca Abbas Mirzə komutanlara ordunu savaşır duruma gətirmələrini əmr etdi.
Səhərə yaxın təpənin başına bir top çıxarmağı başardılar. Albay (polkovnik) Kristi
öz alayına düzən verməyi başarmışdı. Kristi topu elə yerləşdirdi ki, mərmiləri
təsirli olsun və hədəfə isabət etsin. Gecənin qaranlığı bitmədən təkrar savaş
başladı. Şahzadənin atı aldığı güllə yarasından öldü. Şahzadənin yanında bulunan
yardımçılarından biri atını Şahzadəyə verdi. Ətrafdakı bir neçə çadır və ev atəş
içində idi. Albay Linsinin bu savaşda aktiv olmadığı görünür. Ancaq Kristi ruslara
qarşı top atəşi ilə qarşılıq verirdi. Kristi arxasından ağır yaralandı. Əsgərləri onu bir
ağaca söykəyib yarasını bağladılar. Qısa sürədən sonra hər tərəf Rus ordusu
tərəfindən mühasirə edilmişdi. Kazaklar Kristini əsir aldılar. Ancaq görəndə ki, o,
Azərbaycan ordusunda savaşan bir ingilisdir güllə ilə dəlik-deşik etdilər. Rus
ordusundan fərar etmiş çoxu poloniyalı və gürcü olan alay müntəzəm savaşlarına
davam etməkdəydilər. Onların çoxu öldülər, ancaq təslim olmadılar. Sonradan
barış imzalandıgı zaman diri qalanları yenə də Abbas Mirzənin xidmətində oldular.
Artıq Abbas Mirzənin ordusu bir-biri ilə irtibatsız dağınıq dəstələr halına gəlmişdi.
Aslanduzda 24 saat davam edən bu savaş minlərcə insanın canını almışdı. Öz
50
işlərinin nəticəsindən əmin olan ruslar atəşi durdurdular. Abbas Mirzə geri
çəkilmək məcburiyyətində qalmışdı”
27
***
Savaş bir il daha davam edəcəkdi. Lənkəran qalasını yerli xanlıq Abbas
Mirzənin birimlərinin himayəsi ilə qorumaqda idi. 1813-cü il yanvar ayında
Kutlerovski Lənkəranı işğal etdi. Rusların bu qədər dayatmalarına rəğmən Abbas
Mirzə hələ də sülhü qəbul etmirdi. Təbrizdə böyük bir təlaşla çalışır, silah
ürətirdilər. Topxana əksikliklərini ortadan qaldırdılar. Yenidən bir ordu
oluşdurmuşdular. Baharın başlarında hücuma başlayan Şahzadə Arazın sahillərində
ruslara böyük zərbə endirib Rus ordusunu bölgədən uzaqlaşdırmağı bacardı.
Yayın əvvəllərində Şah Azərbaycan ordusuna moral vermək üçün Ucana
gəldi. Yeni və geniş bir hücum üçün hazırlıq gedirdi, ancaq Xorasandan olumsuz
xəbərlər gəlirdi. Türkmən xanları mərkəzə qarşı baş qaldırmışdılar. Fətəli Şah
Azərbaycanı tərk etdi və sülhün əldə edilməsi üçün bəzi tapşırıqlar verdi. Bir il
öncə olduğu kimi ingilis səfiri ara buluculuq rolunu üstləndi. Ancaq Abbas Mirzə
ilə əvvəlki kimi davranmırdı. Onun nəzərində Abbas Mirzə Aslanduz savaşının
məğlub komandanı kimi görünürdü. Səfirin bu tür davranışları Abbas Mirzəyə pis
təsir edirdi. Əcəba, səfir bu davranışı ilə Aslanduzda ölən Albay Kristinin
intiqamınımı alırdı? Ser Qor Ozli, Albay Arsini Arazın o tayına məmuriyyətə
göndərdi. Albay Arsin Qafqaza gedib və oranın hakimi ilə danışmalı idi.
Qacariyyə-Rusiya arasında barış məsələsi söz konusu idi. Qafqazlara aid olan hər
tür barış planı Abbas Mirzəni rahatsız edirdi. İlk kəz olaraq bir yabançı elçi ilə
yüksək səslə, bağıraraq danışırdı. Səfirə sordu ki, bəlkə İngiltərə-Rusiya barış
anlaşmasında Rusiyanın Azərbaycanı işğal etməsinə yardımçı olmanızı da
boynunuza götürmüşsünüz?! Özünü kontrol edə bilməyən Şahzadə elçinin üstünə
bağıraraq dedi: “Albay Arsini Qafqaz hökmdarına göndərməkdə israr etsəniz,
gözətçilərə əmr edəcəyəm sınırdan keçdiyində ona atəş açsınlar”
28
.
Səfir ona anlatmağa çalışdı ki, bu tür davranışı ilə ölkəsinə altından çıxması
zor olan xəsarətlər yetirə bilər. Bu o demək idi ki, belə bir hadisə baş verərsə
İngiltərənin Hindistandakı ordusu Bəsrə körfəzindən hücuma başlaya bilər. Səfir
çox diplomatik və üstü qapalı şəkildə Şahzadəni təhdid edirdi. Şahzadə ölkəsinin
geri qalmışlığının utancını yaşayarcasına təslim olmaq zorunda qalmışdı. Səfir
soyuq davranışı ilə Abbas Mirzəni tərk etdi. Onun arabuluculuğu artıq təşrifatdan
ötəyə keçmirdi. Barış planı hazırlanmış və Şah da razılığını bildirmişdi. 1813-cü il
oktyabrın 21-də, yəni Aslanduz hadisəsinin üstündən bir il keçməsinə on gün
qalanda Qarabağın Gülüstan kəndində barış aktı imzalandı. Abbas Mirzə bütün
qəzəbinə və iradəsinə rəğmən “Gülüstan” müqaviləsinə qol çəkmək zorunda
27
Drouville (Druvil) Gaspard, Voyage en perse pendant les annees 1812 et 1813-02 vol. St. Petersburg,
1819.
28
James Morier “İkinci səfər”.
51
qalmışdı. Bu anlaşmaya görə Qacar dövləti Arazın quzeyindəki torpaqlardan vaz
keçir və Bakı, Gəncə, Dərbənd, Şirvan, Qarabağ ruslara verilirdi. Eləcə də Qacar
dövləti Gürcüstanın işlərinə qarışmamağı üzərinə götürürdü.
Dostları ilə paylaş: |