Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix03.02.2017
ölçüsü1,44 Mb.
#7381
1   2   3   4   5   6   7   8   9   ...   12

SĠSYANOVUN ÖLDÜRÜLMƏSĠ 
 
Bakının  mühasirəsi  uzun  sürdü.  Abbas  Mirzə,  Əhməd  Xan  Bəylərbəyi  və 
sonradan İrəvanın müdafiəsinə göndərilən Hüseyn Xan Qacarı Abşeron tərəfindən 
Bakıya  hücum  etmələri  üçün  görəvləndirdi.  Abşeron  tərəfindən  hücum  Bakının 
fəthi  üçün  düşünülməmişdi,  çünkü  bu  yolla  Bakını  fəth  etmənin  mümkün 
olmayacağını Abbas Mirzə bilirdi. Sadəcə, düşməni məşğul etmək, digər tərəfdən, 
özü Bakıya girmək istəyirdi. Bu amacla Əhərdən Ərdəbilə doğru hərəkətə başladı. 
Məqsədi General Sisyanova arxadan həmlə etmək idi. O il qış fəsli çox sərt keçirdi. 
Ancaq  Abbas  Mirzənin  ordusundan  kimsə  fərar  etmədi.  Bunun  ən  önəmli  səbəbi 
əsgərlərin  Abbas  Mirzəyə  olan  sevgiləri  və  hörmətləri  idi.  Ərdəbil  əskilərdən 
Səfəvi  soyunun  qalxış  və  yüksəliş  məkanı  olduğu  üçün  özəl  bir  ünə  sahib  idi. 
Ancaq  böyük  yolların  qovşağı  olmasına  baxmayaraq  o  zaman  bir  yoxsul  kəndi 
anımsatmaqda  idi.  Sadəcə,  Şeyx  Səfi  türbəsi  ətrafında  bir neçə  kiçik  dükanlar  və 
evlər  gözə  çarpmaqda  idi.  Ərdəbildə  Şahzadəni  qəbul  edəcək,  ona  uyğun  heç  bir 
evin olmadığı üçün Abbas Mirzəyə özəl bir çadır quruldu. 
Bu arada Azərbaycan kəndlərini və şəhərlərini öz top atəşləri ilə məhv edib, 
Azərbaycanda ümüdsüzlük  yaradan General Sisyanov ordusu ilə bir yerdə Bakıda 
alışılmamış  bir  qış  soyuğu  ilə  qarşı-qarşıya  idi.  Bakı  qalasının  ətrafına 
yaxınlaşmışdı.  Bakı,  Xəzərin  batısında  Abşeron  yarımadasında  yerləşir.  Xəzərin 
yamyaşıl  Güney  sahilləri  ilə  müqayisədə  Abşeron  yarımadası  qupquru  görünümü 
ilə  səciyyələnir.  Sanki  torpağı  içəridən  somuran  bir  maddə  buraların  bu  tür 
quruluğuna  və  quraqlığına  səbəb  olurdu.  Neft,  bölgədə  bulunan  atəşpərəstlərin 
atəşkədələrinin  sönməməsi  üçün  yarar  sağlayırdı.  Bölgə  insanları  isə  nefti  sevmir 
və  onun  xoş  olmayan  qoxusundan  bezmişdilər.  Burada  neftin  qoxusundan  sadəcə 
evlərdə bəzi həşəratın uzaqlaşması üçün istifadə edilirdi. Bakı, Sisyanovun ordusu 
tərəfindən hər yandan mühasirə altına alınmışdı. 
Bütün  Qafqaz  xanları  öz  bağımsızlıqlarını  sevirdilər.  Fətəli  Şahın  onlara 
vergi  dışında  bağımsızlıqlarına  xoş  görü  ilə  baxması  onların  Qacar  yanlılıqlarına 
səbəb  olmuşdu.  Rusiya  xanlıqların  bağımsızlığını  tanımır  və  hər  anlamda  onların 

27 
 
mərkəzə tabe olmalarını istəyirdi. Bu səbəbdən Bakı xanı  bu savaşda  Azərbaycan 
Ordusunun  yanında  bulunur  və  Abbas  Mirzə  ilə  iş  birliyi  içində  idi.  Bu  maddi 
çıxarıların ötəsində ortaq tarixi xatirələr və dəyərlər bu xanları Rusiyadan daha çox 
Qacar dövlətinə yaxınlaşdırırdı. 
Soyuq  qış  gecələrinin  birində  Bakı  xanı  Hüseynqulu  Xanla  Sisyanov 
arasında görüşün sağlanması üçün zaman bəlirlənmişdi. Xan və əmisi oğlu İbrahim 
Xan və bir də iki başqa əsilzadə bu görüşə çox hazırlıqlı gedirdilər. Qalanın dənizə 
sarı  açılan  darvazasına  tərəf  yola  düşdülər.  Görüş  üçün  nəzərdə  tutulan  yerdə 
General  Sisyanov  və  üç  zabit  silahlı  vəziyyətdə  bəkləməkdəydilər.  Mübahisələr 
başladı.  Çox  qısa  zaman  içində  hər  iki  tərəf  yüksək  səslə  danışmağa  başladı.  Bir 
neçə  zəfərindən  dolayı  məmnun  və  məğrur  olan  Sisyanov  onlardan  qalanı  təslim 
etmələrini  istəyirdi.  Başına  çığırılmasına  alışmamış  Hüseynqulu  Xan,  əmisi  oğlu  
İbrahim Xana öncədən aralarında anlaşdıqları işarə ilə atəş əmri verdi. Sisyanovun 
üç gürcü cangüdənləri güllələnib yerə sərələndilər. Sonra da Sisyanova atəş açıldı. 
Yaralı  Sisyanovu  qalanın  içinə  gətirib  başını  kəsdilər  və  zəfər  ərməğanı  kimi 
Abbas  Mirzəyə  göndərdilər  ki,  o  da  Fətəli  Şaha  göndərsin.  Abbas  Mirzə 
Sisyanovun  başının  bu  şəkildə  kəsilməsindən  rahatsız  olmuşdu.  O,  savaş 
kurallarının  dəyişilməsindən  yana  idi.  Azərbaycanda  qorxu  və  fəlakət  yaradan 
Sisyanovun öldürülməsi hər kəsi məmnun etmişdi. 
 
FRANSA - QACARĠYYƏ MÜNASĠBƏTLƏRĠ 
 
GĠRĠġ 
 
Hindistana  hücumun  hazırlığı  üçün  bir  çox  məsuliyyəti  üstlənən  birinci 
Fransa  konsulu  dost  və  müttəfiq  olan  Qacar  dövlətindən  arxayın  olmaq  istəyirdi. 
Bu  üzdən  də  Birinci  Konsul  ayrıntılı  şəkildə  bilgi  əldə  etmək  istəyirdi.  Bu 
dönəmdə  Fransanın  Qacariyyə  ilə  bağlı  bilgiləri  İstanbuldakı  Fransanın  Birinci 
Konsulluğu  vasitəsi  ilə  sağlanırdı.  Skalon  adında  bir  fransız  bəzirgan  İstanbula 
varmadan bir neçə kərə Qacariyyəyə getmişdi. Fransanın İstanbuldakı səfiri Marşal 
Bron  onun  aracılığı  ilə  bu  dövlət  haqqında  bilgi  əldə  edə  bilmişdi.  Eləcə  də 
Fransanın Bağdaddakı əski konsulu Rosso dolayısıyla da bir çox bilgi sağlamışdı. 
1805-ci ildə birinci Konsul Şahla görüşmək üçün iki nümayəndə göndərdi. Bu iki 
nümayəndənin Şahla  görüşlərinin gizlin qalması konusunda  anlaşma  sağlanmışdı. 
Ona  görə  bu nümayəndələrə  Rusiya  və  İngiltərə  casusları  törədilə  biləcək hər tür 
təhlükənin  önlənməsi  üçün  tədbirlər  alınmışdı.  Fransa  elçilərindən  biri  General 
Rumio idi. O, Hələb-Bağdad yolu ilə Qacariyyəyə gəlməyi tərcih etdi. Bağdaddakı 
ingilis  konsulluğu  onun  Qacariyyəyə  gedişindən  xəbər  tutdu  və  onun  ölkəyə 
girişini  önləmək  istədi.  Ancaq  Rumio  bu  əngəlləri  aşaraq  səfərinə  davam  etməyi 
başardı.  1805-ci  ilin  oktyabr  ayında  Tehrana  çatdı.  Rumionu  Fətəli  Şahın 
dərbarında çox hərarətlə qarşıladılar. Ancaq o dərbarda bir az ümüdsüzlük yaratdı. 

28 
 
Çünkü  yetkisi  çox  sınırlı  idi.  General  Rumio  Tehrana  gəldikdən  bir  neçə  həftə 
sonra xəstələndi. Onun xəstəliyini  müalicə edəcək təbib bulunmadığı üçün ordaca 
da  öldü.  General  Rumionun  özəl  qələm  müdiri  (katibi)  olan  Udre  onun  bütün 
qeydlərini  Fransaya  aparmağı  başardı.  Rumionun  notlarında  Fransanın  Qacariyyə 
yolu ilə Hindistana girmə planına işarələr edilmişdi. 
Digər  elçi  isə  ünlü  şərqşünas  Jauber  idi.  Jauber  Misir  savaşında  Birinci 
Konsulun  yanında  bulunmuşdu.  Bu  elçi  Azərbaycan  yolu  ilə  getməyi  tərcih  etdi. 
Azərbaycanda  ilk  öncə  Abbas  Mirzə  tərəfindən  qəbul  edildi.  Bir  neçə  ay  sonra 
Qacariyyə və Fransa arasında yapılan Finknaştayn anlaşmasının gerçəkləşməsində 
onun  böyük  təsiri  oldu.  Finknaştayn  anlaşmasından  sonra  Napoleon  Bonopart 
General  Gardanın  başçılıq  etdiyi  heyəti  Fətəli  Şahla  görüşmək  üçün  Qacariyyəyə 
göndərdi.  Bu  ittifaq  anlaşmasına  görə  Fransa  özünü  Rusiya  qarşısında  müdafıə 
etməsi  üçün  Qacar  dövlətinə  hərbi  yardım  etməli  idi.  Lakin  Rusiya  və  Fransa 
arasında  imzalanan  Tilsit  barış  anlaşması  nədəni  ilə  bu  ittifaqda  qeyd  olunanlar 
həyata keçmədi. 
Bu  ortamda  İngiltərə  önəmsəmədiyi  Qacar  dövləti  ilə  yaxın  münasibət 
qurmağı  planlamağa  başladı.  Qacariyyə  və  Fransanı  bir-birinə  yaxınlaşdıran 
anlaşmaların  imzalanması  Londonda  və  Kəlkətədə  rahatsızlıq  yaratmağa 
başlamışdı.  O  zaman  Hindistanın  hakimi  olan  Lord  Minto,  Con  Molkolmu 
görəvləndirib,  Qacariyyəyə  göndərdi.  Ancaq  Con  Molkolm  Buşəhrdən  irəli  gedə 
bilmədi.  Çünkü  o  zaman  Tehranda  bulunan  və  Qacariyyədə  böyük  etkisi  olan 
General Gardan, Fətəli Şahı Molkolmu qəbul etməməsi mövzusunda razı salmışdı. 
Bu uğursuz səfərindən əsəbiləşən Molkolm təhdidlər yağdıraraq Bəsrə körfəzi yolu 
ilə ölkəni tərk edib Kəlkətəyə getdi. Kəlkətədə Lord Montonu inandırmağa çalışdı 
ki,  Bəsrə  körfəzində  bir  neçə  adanı  işğal  etməsək  Qacariyyəyə  yol  tapa 
bilməyəcəyik. O, Fətəli Şahla görüşüb və anlaşma yapa bilmənin ancaq zor istifadə 
etmək  yolu  ilə  mümkün  olduğu  qənaətində  idi.  Hindistan  hakimi  Molkolmun  bu 
önərisinə müsbət yanaşırdı. Lakin London hərbi müdaxilədən yana deyildi. London 
Harfurd  Conzlərigezi  görüşmələr  yapmaq  üçün  Tehrana  göndərdi.  Əgər  Rusiya-
Fransa  arasında  barış  anlaşması  imzalanmasa  idi,  bu  elçinin  durumu  necə  olardı 
əcəba? O da Molkolm kimimi qarşılanardı, yoxsa durum fərqlimi olardı? 
 
FRANSA - QACARĠYYƏ MÜNASĠBƏTLƏRĠ 
 
1806-cı  il  may  ayının  əvvəllərində  Amedee  Jauber  (Amade  Juber) 
İstanbuldan Tehrana doğru hərəkət etdi. Xoy ovalığından keçən Jauber insanların, 
xüsusən kəndlilərin çox mutlu və sevincli olduğunu görürdü. Çünkü Abbas Mirzə 
bölgəni kürd  quldurlarının hücumundan qurtarmış və  kəndlərdə  tarımın gəlişməsi 
üçün  bir  çox  reformlar  gerçəkləşdirmişdi.  Kəndlilərdə  və  əkinçilərdə  çalışmağa, 
əməyə  olan  həvəs açıq şəkildə  sezilməkdə  idi.  Abbas Mirzənin bölgədə  yaratdığı 
güvən və istiqrar çalışmaq üçün imkan yaratmışdı. Osmanlının Qacariyyə ilə sınır 

29 
 
postunun komandanı Jauberin qorunması üçün kürd cangüdənlər görəvləndirmişdi. 
Bu  da  Xoyda  rahatsızlıq  yaratmağa  başladı.  Bu  üzdən  də  Xoyun  darvazaları 
Jauberi  gətirən  karvana  qarşı  qapandı.  Ancaq  müsafırin,  bəklədikləri  fransız 
olduğunu duyunca durum dəyişdi. Jauber, Bonopartın öz əli ilə Fətəli Şaha yazdığı 
məktubu Tehrana gətirməkdə idi. Jauber türkcənin Anadolu və Azərbaycan ağızları 
ilə  rahat  danışa  bilirdi.  Bu  ləhcələrdən  başqa  fars  dilində  də  çətinlik  çəkmədən 
özünü  ifadə  edə  bilirdi.  Xoy  hakimi  Jauberin  Abbas  Mirzə  ilə  görüşməsini  təklif 
etdi.  Jauber  də  şöhrətı  bütün  Şərqi  dolaşan  bu  şahzadə  ilə  həmən  görüşmək 
istədiyini bildirdi. Jauber Abbas Mirzənin ruh halları və ordusunun durumu barədə 
mərkəzə bilgi verməklə mükəlləf idi. Onlar bərabərcə Mərəndə tərəf yola düşdülər. 
Mərənddə dincəlmək üçün qısa sürə bulunan Jauber bu kiçik şəhərdə əcaib 
olaylarla rastlandı. Gənc adamlar əzbərdən şeir oxuyur və Batı haqqında Jauberden 
maraqlı sorular sorurdular. Jauber də onların bu davranışından xoşlanır və Mərənd 
hakimindən  xahiş  edirdi  ki,  insanların  ona  yaxınlaşmasını  əngəlləməsin.  Çünkü 
XIX  əsrdə  Jauber  Qacariyyə  coğrafiyasının  insanlarını  və  sosial  psikolojisini 
tanımaq  üçün  gələn  ilk  rəsmi  dövlət  adamı  idi.  Bu  üzdən  də  toplumun  bütün 
davranışlarını,  məşğuliyyətlərini  gözləmləyərək  hərtərəfli  bilgilərlə  Fransaya 
dönmək istəyirdi. 
Jauber  bir  neçə  gündən  sonra  Mərənddən  Təbrizə  tərəf  yola  düşdü.  Daha 
öncə Con Molkolmu müsafir edən Əhməd Xan Bəylərbəyi bu dəfə də çox böyük 
bir hörmətlə Jauberi qarşıladı. Jauber xatirələrində Təbrizin süfrə və yemək kültürü 
qarşısında  heyrətləndiyini  bir  neçə  dəfə  israrla  vurğulamaqdadır.  Jauber 
xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli Xan barədə bu sözləri yazır: 
“Fətəli  Xan  o  qədər  açıqgörüşlü,  geniş  düşüncəli  idi  ki,  onun  Avropada  təhsil 
aldığını  sanmışdım.”
17
 Jauber  Abbas  Mirzə  ilə  görüşmədiyi  ana  qədər  bütün 
bunların Abbas Mirzənin yaratdığı nisbətən demokratik ortamın məhsulu olduğunu 
anlaya  bilmirdi.  Təbrizdə  bir  neçə  gün  istirahət  edən  Jauber  bu  şəhərdən  ona 
qatılan bələdçisi ilə Ərdəbilə tərəf yola düşdü. Jauber bütün yol boyunca mövcud 
olan  sabitliyin  və  istiqrarın  səbəbini  bələdçidən  sorurdu.  Bələdçi  isə  əskidən  bu 
istiqrarın  olmadığını  və  bütün  bunların  hamısı  Şahzadənin  iqtidarı  sayəsində 
sağlanmışdır  deyə  cavab  verirdi.  Jauber  yol  boyunca  bəzən  tarlada  çalışan  bir 
kəndli  ilə  danışır  və  ondan  Abbas  Mirzə  haqqında  sorular  sorurdu.  Cavablar  isə 
bir-birinə  bənzəyirdi:  “Tanrı  onun  ömrünü  uzun  etsin,  kölgəsini  başımızın 
üstündən  əskik  eləməsin,  o  olmasaydı  Azərbaycanda  gördüyünüz  bu  arxayınlıq 
olmazdı”. 
Müsafir  adam  eyni  zamanda  Şahzadənin  qardaşı  Məhəmmədəli  Mirzənin 
(Dövlətşahi) sərt şəkildə Abbas Mirzəni qısqanması haqda da bilgilər əldə edirdi. 
*** 
                                                           
17
 Amadee Jauber “Persiya səfəri”. 

30 
 
Keçmişdə  Abbas  Mirzənin  öyrətməni  və  indi  isə  vəziri  olan  Böyük  Mirzə 
adı ilə bilinən İsa Fərahani Ərdəbildə özü üçün yaxşı bir iqamətgah təsis etmişdi. 
Jauber  onun  evində  müsafır  oldu  və  çox  xoş  qarşılandı.  Bir  gün  keçdikdən  sonra 
xəbər gəldi ki, Şahzadə Jauberi qəbul etmək üçün hazırdı. 
O zaman 21 yaşında olan Abbas Mirzə  yaraşıqlı paltar geyinməkdən zövq 
alırdı.  Özəlliklə  də  yabançılarla  görüşərkən  ən  sevdiyi  paltarını  geyinərdi.  Jauber 
onu  Xorasan  xalısının  üstündə  oturmuş  və  əynində  çox  yaraşıqlı  geyim  varkən 
görmüş oldu. Qılıncının qınındakı zinətlər par-par parıldayırdı. Qonağı çox böyük 
hörmətlə  qarşılayan  Abbas  Mirzə  Jauberlə  türk  dilində  danışmağa,  tanışmağa 
başladı. Abbas Mirzə bütün Qacarlara xas olan bir məharətlə türk dilində fikirlərini 
daha  rahat  anlada  bilirdi.  Türk  dilində  gözəl  bir  səliqə  ilə  danışmaq  bütün 
Qacarlara  məxsus  bir  özəllik  idi.  Şərqlilərin  məhrum  olduğu  dinləmə,  qulaqasma 
qabiliyyətinin tərsinə olaraq Abbas Mirzədə çox böyük qulaqasma yetənəyi var idi. 
Avropa  ilə  ilgili  sorduğu  sorulara  geniş  cavablar  istəyir  və  diqqətlə  bu  rəsmi 
müsafiri  dinləyirdi.  Danışma  əsnasında  Jauber,  Abbas  Mirzəni  İrəvandakı 
qələbəsindən  dolayı  təbrik  edərkən,  Şahzadə  sevinmək  yerinə  bir  az  kədərli 
göründü.  Abbas  Mirzə  bu  susqunluqdan  və  dalğınlıqdan  sonra  ürəyini  bu 
yabancıya açmağa başladı ki, Azərbaycan ordusunu bütün fədakarlıqlarına rəğmən 
rusların  texnoloji  üstünlüyü  amansızca  mənim  ordumu  darmadağın  edir.  Bundan 
dolayı da qəlbini və ruhunu dərin bir kədərin sardığını etiraf etdi. Abbas Mirzə çox 
acı  çəkərək  bu  sözləri  söylədi:  “Hansı  şəhəri  almışam?  Utancımdan  ordumun 
üzünə baxacaq halım yox. Hansı intiqamı almışam? Hələ rus ordusu Azərbaycanın 
bir  çox  bölgələrini  əlində  bulundurmaqdadır.  Rus  gəmiləri  Xəzərdə  sərbəstcə 
cövlan  edir.  Nədən  biz  texnoloji  istehsal  edə  bilmirik,  bunun  səbəbi  nədir,  ey 
yabancı,  danış.  Niyə  biz  beləyik?  Məgər  günəş  Doğudan  doğub  və  öncə  bizim 
başımızı isitmirmi? O  zaman  nədən bizim  insanların başı çalışmır, nədən? Cavab 
ver,  ey  yabançı,  bağrım  çatlayır.  Azərbaycanın  bir  bölümü  və  Xəzər  dənizi  işğal 
altındadır. Nə etməliyəm ki, biz də Sizin kimi imkanlardan bərxurdar olaq? Fransa 
ordusunun  durumunu  bildikdən  sonra  anladım  ki,  rus  ordusu  onun  qarşısında 
acizdir.  Ancaq  mənim  reformlarımı  Tehranda  əngəlləyirlər.  Sizin  üstünlüyünüzün   
və bizim zəifliyimizin  səbəbi nədir? Nədən Siz hər an tərəqqi edir, biz isə cəhalət 
içində  donub  qalmışıq?  Nədən  Sizin  gələcəklə  bağlı  planlarınız  var,  lakin  biz  isə 
gələcək haqqında heç düşünmürük? Məgər Tanrı bütün insanlara ağıl verməyibdir? 
Biz niyə ağlımızdan istifadə edə bilmir, ağlımızı özümüzlə bərabər məzara aparır, 
məzara  gömürük.  Danış,  yabançı  adam,  danış.  Söylə,  mən  necə  Azərbaycanı  bu 
cəhalət girdabından qurtara bilərəm?”
18
 
Abbas Mirzənin bu gərgin söhbətini Jauber heyrətlə dinlədi və bu kükrəyən 
gənc adamın qarşısında, ancaq susub daha sonra danışmağı tərcih etdi. 
                                                           
18
 Jauber “Persiya səfəri”. 

31 
 
Sonrakı günlərdə Napoleonun elçisi Şahzadə ilə bir çox mövzular haqqında 
danışdı. 
Abbas  Mirzə  bir  çox  ədəbi,  tarixi,  fiqhi  kitablar  oxumuşdu.  Oxuduğu 
kitablar  içində  rusların  qalxınmasını  sağlayan  Böyük  Pyotrun  həyatı  onu  çox 
maraqlandırırdı.  Düşünürdü  ki,  məmləkətinin  qalxınması  üçün  Böyük  Pyotr  kimi 
bütün  keçmiş  dəyərlərin,  ənənələrin  üstünə  qələmini  çəkmək  lazımdır?  Ölkənin 
gəlişməsini önləyən bu törələrini əcəba, deyə sorular sorur və cavab tapa bilmirdi. 
Başında  dolaşan  bu  saysız  soruların  içindən  gerçəkləşdirmək  istədiyi  islahatlar 
üçün  uyğun  yollar  axtarırdı.  Böyük  Pyotrun  özəlliklə  “Saqqal  devrimi”ni  ilginc 
bulmaqda  idi.  Böyük  Pyotrun  Rusiyanın  modernləşməsini  sağlamaq  üçün 
gerçəkləşdirdiyi  devrimlərdən  biri  də  saqqal  devrimi  idi.  Böyük  Pyotr  fərman 
çıxardı  ki,  saqqalını  qırxmayan  hər  kəsə  şallaq  vurulsun.  Bitli-birəli  saqqalların 
yerini  təmiz  surətlə  almağa  başladı.  Abbas  Mirzə  bu  davranışı  sayqı  ilə 
qarşılayırdı. Lakin onda saqqal inqilabı kimi bir olayı gerçəkləşdirmə gücü yox idi. 
Çünkü  Böyük  Pyotrun  Rusiyasında  Qacariyyədə  olduğu  kimi  din  xadimlərinin 
otoritəsi  söz  konusu  deyildi.  Qacariyyədə  və  İslam  Dünyasında  ilahiyyata  xidmət 
etməyən  elm  məqbul  sayılmır  və  küfr  damğası  alırdı.  Abbas  Mirzə  bilirdi  ki, 
saqqalla  ilgili  bircə  söz  danışsa  din  xadimləri  tərəfindən  həmən  təkfir  ediləcək, 
mürtəd  olaraq  duyurulacaqdı.  Bu  kimi  devrimləri  gerçəkləşdirmək  üçün  daha 
böyük yetkiyə, Böyük Pyotr qədər bir yetkiyə sahib olmaq lazım idi. Qacariyyədə 
bir  nömrəli  yetkili  şəxs,  şah  olmaq  lazım  idi.  Abbas  Mirzə  bu  kimi  təməl 
reformlarını unutmadan daha sonra gerçəkləşdirməyi planlamışdı. Şahzadə zahirlə 
batinin  bir-biri  ilə  sıx  əlaqədə  olduğunu  düşünürdü.  Yəni  saqqal  məsələsi  zahirən 
bəsit  və  zahiri  bir  məsələ  idi,  lakin  bunun  ardınca  yeni  düşüncələrin  də  ortaya 
çıxacağına  əmin idi.  Şahzadəyə  görə  Qacariyyədə  yayğın  olan bu zahir, çalışqan, 
yaratqan  bir  batinin  daşıyıcısı  və  göstərgəsi  olamazdı.  Bu  zahir  tənbəlliyin, 
geriliyin,  ətalətin  göstərgəsi  idi.  Bu  qiyafət  dəyişilməyincə  düşüncələrin  də 
dəyişilməyəcəyinə  inanırdı.  Yeni  və  Batısayağı  bir  insan  tipini  oluşdurmaq 
istəyirdi.  Görüşdüyü  bütün  Avropalı  şəxslərin  tər-təmiz  surətləri,  zahiri 
görünüşləri,  səliqəli,  yaraşıqlı  və  yığcam  geyimləri  Şahzadəni  heyran  qoyurdu. 
Nədən  biz  də  bu  şəkildə  təmiz  bir  görünüşə  sahib  olmayalım  deyə  düşünürdü. 
Düşünürdü, ancaq din xadimlərinin və qeyri-insani törələrin hər tür düşüncəyə və 
təmizliyə qarşı olduğunu da bilirdi. Yalnız bu qiyafət devrimini yavaş-yavaş öncə 
orduda  yaratmaq  istəyir,  sonra  da  zamanı  gəldiyində  bütün  ölkəyə  uyqulamaq 
niyyətində idi. Mövcud kültür və ortam düşüncə və fikir düşməni idi. 
Jauber  bu  gənc  Şahzadənin  zəkası  və  istedadı  qarşısında  heyran  qalmışdı. 
Özəlliklə  Abbas  Mirzə  fransız  yazar  Fenlonun  “Telemak”  adında  romanı  haqda 
Jauberə soru sorduğunda o, heyrətdən şaşqınlığını gizlədə bilmirdi. Demək ki, gənc 
Şahzadə Batı tipli reformu ölkəsində həyata keçirmək üçün Batını bütün ayrıntıları 

32 
 
ilə  tanımağa  özən  göstərmişdir.  Lakin  kimsə  onun  bu  romanı  nə  zaman  və  hansı 
dildə oxuduğu haqda bilgi sahibi deyildi
19

Jauber başardığı qədər Şahzadənin bütün  sorularına  ayrıntılı şəkildə  cavab 
verməyə çalışır və onun tarixi misyonunun çox önəmli olduğu haqda da təlqinlərdə 
bulunurdu. Çünkü  Qacariyyə  ilə  geniş ittifaqa  hazırlaşan Fransa, Abbas Mirzənin 
daha da güclü olmasından yana idi. Fransa Orta Doğuda, Qafqazlarda ruslara qarşı 
öz planlarını gerçəkləşdirməsi və Hindistanda öz amacına çata bilməsi üçün Abbas 
Mirzə  kimi  güclü  bir  xarakter  axtarmaqda  idi.  İngiltərə  və  Rusiya  ilə  rəqib  olan 
Fransa  üçün  Abbas  Mirzənin  geniş  dünyagörüşlü  şəxsiyyəti  lazımlı  idi.  Abbas 
Mirzə  Jauberin  Misir  savaşında  olduğunu  bildiyi  üçün  bu  savaş  haqqında  geniş 
bilgi öyrənmək istəyirdi. Jauber bu arada Şahzadənin din konusundakı görüşündən 
də  heyrətlənmişdi.  Abbas  Mirzə  fanatik  Doğu  dincilərinin  davranışlarına  və 
xoşgörüsüzlüklərinə  rəğmən  xristianlığa  da  olumlu  yanaşmaqda  idi.  Şahzadə 
cahilanə dini təəssübkeşlikdən uzaq idi. 
Ərdəbil  Şahzadənin  orada  bulunuşu  səbəbilə  yeni  bir  canlanmaya  səhnə 
olmuşdu.  Türk  dilində  rahatca  danışa  bilən  Jauber  insanlarla  ilişki  qurmaqda  heç 
bir  çətinliklə  rastlanmırdı.  Bu  üzdən  də  Abbas  Mirzədən  başqa  digər  yetkili 
şəxsiyətlərlə  də  görüşürdü.  Hətta  Kəşmirdən  və  Lahurdan  gələn  dərvişlərlə  də 
görüşürdü.  Ərdəbildə  bütün  qapılar  sərgərdan  din  adamları  üçün  açıq  idi.  Çünkü 
Ərdəbil əhalisində bu sərgərdan din adamları dərvişlərin, həyatın çətin çağlarında 
insanlara  yardımçı  ola  biləcəklərinə  inam  var  idi.  Kimsə  bu  dərvişlərin  cadu  və 
sehr güclərinin şeytandan, yoxsa tanrıdan qaynaqlandığı konusunda soru sormazdı. 
Çünkü soru sormaq düşüncənin işidir, bu dərvişlər isə zatən düşüncəsizliyin ortaya 
çıxardığı tiplər idi. Abbas Mirzə, bu kimi bütün Səfəvi mirası olan cəhaləti ortadan 
qaldırmaq, özəlliklə otoritəsi altında olan Azərbaycandan dışlamaq istəyirdi. Lakin 
iki səbəb üzündən susmağı tərcih edirdi: 1. Tehranda din adamları Abbas Mirzənin 
kafir  ölkələrə  meyillənməsindən,  avropalılar  kimi  davranmasından  rahatsız  idilər. 
Daima bu haqda Fətəli Şahı uyarırdılar. Ölkədə mənəvi otoritəni və fətva  haqlarını   
əllərində  bulunduran  din  adamları  ilə  Fətəli  Şah  hesablaşırdı.  Abbas  Mirzə 
düşünürdü  ki,  Azərbaycanda  dini  reformlara  başlarsa  mərkəzin  etiraz  səsi 
yüksələcək  və  rəqib  qardaşları  da  bu  fürsətdən  yararlanıb  onun  yetkilərinin 
daralması üçün əllərindən gələni edəcəklər. Abbas Mirzə Tehran mollalarına qarşı 
öncə  Azərbaycan  mollalarını  öz  yanında  bulundurub  və  onlardan  yardım  almaq 
istəyirdi. Ancaq bütün bunların hamısı dərin bir gizlilik içində edilməli idi, çünkü 
bu qədər ciddi bir iş ifşa olunsaydı, Şahın şübhələnməsinə səbəb ola bilərdi. 2. Bu 
cəhalət sadəcə, Azərbaycanla sınırlı deyil, Səfəvi imperatorluğunun hakim olduğu 
coğrafiyanın  bir  çox  yerlərində  yayğın  idi.  Bu  üzdən  də  daha  geniş  bir  yetki  və 
                                                           
19
Fenlon adında bir fransız yazarın yazdığı “Telemak” adlı roman eyitici macəralarla iç-içədir. Romanın 
qəhrəmanı  Olis  adında  bir  gəncdir.  Olis  ağıl  tanriçasının  yardımı  və  yönləndirməsi  ilə  atasını  tapmaq 
üçün macəralı səfərə başlayır və maraqlı hadisələrlə qarşılaşır. 

33 
 
səlahiyyətlə  bu  xurafatla  mübarizə  aparmaq  lazım  idi.  Bu  qədər  geniş  miqyaslı 
reformlar üçün Şahzadə deyil, Şah olmaq gərəkirdi. Abbas Mirzə bu amac uğrunda 
Nadir  Şahın  yapdığı  işləri  və  məzhəbi  reformları  haqda  bilgi  əldə  etmişdi.  Bu 
səbəbdən də bu sahədə görmək istədiklərini ağlında gizli saxlayaraq padşah olacağı 
zamana ertələdi.
*
 
Jauber,  Ərdəbili  tərk  edib  Tehrana  yola  düşmədən  öncə  Abbas  Mirzənin 
ordusunun  paradını  izlədi.  Şahzadə  çılğın  bir  atın  üstündə  məğrurca  oturmuş  və 
çox  rahatca  heyvanı  kontrol  edə  bilirdi.  Parad  bitdikdən  sonra  Jauber  Abbas 
Mirzənin çadırına çağırıldı. Abbas Mirzə öz ordusunun durumu haqda  mütəxəssis 
bir  yabançıdan  gerçək  bilgi  öyrənmək  istəyirdi.  Jauber  süvarilərin  yaxşı 
hazırlandığı haqda fikirlərini söylədikdən sonra ordunun ümumi durumu haqqında 
da fikrini bildirərək bir intizamsızlığın var olduğunu qeyd etdi. Abbas Mirzə üçün 
Jauberin fikirləri çox önəmli idi, çünkü bu, sadəcə, bir parad nümayişindən ibarət 
deyildi. Abbas Mirzə savaşa hazırlaşırdı. 
Jauber,  Napoleonun  mesajını  Fətəli  Şaha  çatdırmaqla  yükümlü  idi.  Bu 
üzdən də Şahzadədən ayrılıb və başkəndə yola düşmək zorunda idi. Abbas Mirzə 
özü  qonağın  yola  salınma  işlərinə  nəzarət  etdi.  At  üstündə  oturan  Abbas  Mirzə 
Jauberi yola salıb və özü də savaşa getdi. Bu şahzadə ilə Jauberin ilk və son görüşü 
oldu.  Ancaq  aralarında  yaranan  dostluq  əlaqələri  hər  iki  şəxs  arasında  hörmətlə 
qorunub saxlanıldı. 
Jauber,  Xalxal  yolu  ilə  Tehrana  yola  düşdü.  Zəngana  girərkən,  bu  şəhərin 
bazarı onun diqqətini cəlb etdi. Zənganın qapalı bazarına müştərilər sel kimi axın 
edirdi. Avşar ellərinin köçəriləri öz keçələrini, yunlarını satıb qumaş, silah alırdılar. 
Zəngandan  keçdikdən  sonra  əski  Sultaniyyə  şəhərinin  qalıqları  ilə  rastlandı.  Bu 
əski şəhərin qalıqlarından birisi də Xudabəndəlunun məzarı idi. Fətəli Şah bu əski 
Moğul  şəhərini  yenidən  onarıb,  bərpa  edəcəyindən  danışırdı.  Bu  üzdən  də  əski 
divarların  sökülməsini  və  orada  dincəlməsi  üçün  təpələrin  başında  imarətlərin 
tikilməsini istəmişdi. Jauber Qəzvində Məhəmmədəli Mirzənin  vəziri Baba Xanın 
                                                           
*
Burada  belə  bir  sual  ortaya  çıxır  ki,  Abbas  Mirzə  vaxtından  əvvəl  ölməsə  idi,  şah  olsaydı  tarixin 
istiqaməti  dəyişə  bilərdimi?  Bütün  Qacariyyənin  adı  “İran”  deyil,  Azərbaycan  ola  bilərdimi?  Çünkü 
tarix daha çox böyük şəxsiyyətlərin iradəsinin nəticəsidir. Abbas Mirzə şah olsaydı, Azərbaycanda çox 
erkən bir zamanda sekular toplum və milli bir dövlət yarana bilərdimi? Abbas Mirzənin türk dilinə olan 
sayqısı  bütün  Qacar  uzmanları  batılı  tarixçilər,  səyyahlar  tərəfindən  etiraf  edilməkdədir.  Jauber  də 
xatirələrində etiraf edir ki, Abbas Mirzə ən möhtərəm və mötəbər qonaqları ilə, özəlliklə də yabancılarla 
fars dilində deyil, türk dilində danışmağı tərcih edirdi. Türkcəyə olan bu qədər sempatisi nədəni ilə bu 
gün türk dili  fars  dilinin  yerinə  dövlət dili  ola bilərdimi?  Bütün  Qacar  dövləti  Ağaməhəmməd  Xanın 
iradəsinin  məhsulu  olduğıı  kimi  Qacariyyənin  varisi  olacaq  Azərbaycan da  Abbas Mirzənin iradəsinin 
nəticəsi  ola  bilərdimi?  Abbas  Mirzənin  xarakterini,  dünyagörüşünü,  Azərbaycan  sevgisini, 
Azərbaycanda  gerçəkləşdirdiyi  reformları  öyrəndikcə  bu  sorular  istər-istəməz  oxucunun  ağlında 
canlanır. Əgər bu sualların cavabı müsbətdirsə o zaman bütün tarixi fürsətlərdə Azərbaycan şanssızlıqla, 
talesizliklə rastlanmışdır. (G.C.) 
 
 

34 
 
möhtəşəm  sarayında  bulunduğunu da  yazmaqdadır. O  zaman Şahzadə  Dövlətşahi 
Kirmanşahda  bulunmaqda  idi.  Haziran  ayının  əvvəllərində  Jauber  Tehrana 
vararkən, bu şəhər istidən sanki boğulmaqda idi. Başkəndin 3 ağaclığında yabançı 
qonaqların qarşılanması  üçün  özəl bir  yer nəzərdə  tutulmuşdu. Jauberi qarşılayan 
xanların  və  əyanlarm  paltarlarındakı  zinətlər  günəşin  şüaları  altında  par-par 
parıldayırdı.  Bunlar  Napoleonun  özəl  elçisini  bu  qədər  sadə  libas  içində 
gördüklərində  heyrət  edirdilər.  Onu  bu  şəkildə  təcəssüm  etməmişdilər.  Tehranda 
Jauberi gözəl bir sarayda yerləşdirdilər. 
Şahla  görüş  zamanı  gəlmişdi.  Fətəli  Şah  bir  neçə  pilləsi  olan  bir  taxtda 
oturmuşdu.  Jauberin  Şahla  məsafəsi  çox  olduğundan  onun  üzünü  görə  bilmirdi. 
Qəbul törəninin sədri ayaqqabısını çıxarıb başını əyərək Şahın hüzurunda dayanıb 
dedi:  “Ey  Şah  humayun,  ey  yer  üzünün  ən  böyük  şahı,  ey  zillüllah  (Tanrının 
kölgəsi),  Fransanın  elçisi,  Fransa  xalqının  ərbabını  təmsil  edən  şəxs  Sizinlə 
görüşmək  istəyir.  O  öz  ərbabı  tərəfindən  Sizə  bir  məktub  və  hədiyyə  olaraq  da 
cavahirat gətirmişdir.” 
Şah,  “xoş  gəlmişdir”  dedi.  Şahın  bu  ifadəsindən  sonra  vəzirlərdən  biri 
Jauberə  yaxınlaşdı.  Ona  pillələri  göstərib  və  irəli  doğru  yavaş-yavaş  yürüməsini 
istədi. Taxtın yanında Şahın üç gənc oğlu və bir neçə xidmətçi dayanmışdı. Jauber 
diz  çöküb  padşahı  salamladı.  Napoleonun  məktubunu  altunla  toxunmuş 
çantasından  çıxarıb,  altun  bir  tabağın  içinə  qoyaraq  Şaha  sundu.  Padşah  Jauberin 
türkcə  və  farsca  bilməsindən  məmnun  idi.  Çünkü  tərcüməçiyə  ehtiyac  olmadan 
danışa biləcəkdilər. Bu üzdən də rəsmi törənin sona ərməsindən sonra bağçada baş-
başa bərabərcə gəzindilər. Lakin bütün bu hərarətli qarşılanmaya rəğmən Tehranın 
isti  havası  Jauberin  zövqünə  uyğun  gəlmədi.  Jauber  çox  ağır  bir  xəstəliyə  və 
qızdırmaya  yaxalandı.  Şahın  özəl həkimləri onun  müalicəsinə  çalışırdılar. Padşah 
Jauberi Tehrandan uzaqlaşdırıb və dincəlməsi, müalicə olması üçün Sultaniyyədəki 
sarayına  göndərdi.  Xəstəlik  durumu  nisbətən  yaxşılaşan  Jauber  Sultaniyyədə 
Qacariyyə  ilə  Fransa  arasındakı  müttəfiqlik  anlaşmasına  imza  atdı.  Jauber  üçün 
vida mərasimi düzənlənirkən Şahın özəl həkiminə onunla sınıra qədər getməsi əmr 
edildi. Jauber sınırı keçdikdən sonra Şahın özəl həkimi rahat nəfəs aldı. Çünkü Şah 
ona “Jauberin sağlığından sən sorumlusan, o öləcək olursa, sən də öləcəksən, bunu 
bilmiş ol. Bu üzdən də çox diqqətli ol, diqqətlə davran” demişdi. 
Fətəli Şah sarayın önəmli adamlarından biri olan Mirzə Rzaquluxan adında 
bir  şəxsi  Qacar  dövlətini  təmsil  edən  diplomat  kimi  Fransa  imperatoru  ilə 
görüşmək  üçün  görəvləndirdi.  Mirzə  Rzaquluxan  Qəzvində  Məhəmmədəli 
Mirzənin  vəzirliyini  etmişdi.  Bu  elçi  yola  düşüb  Jauberə  çatdı.  Jauberlə  bərabər 
Napoleonun  bulunduğu  Finkinaştayna  qədər  getdilər.  Mirzə  Rzaquluxan 
Finkinaştaynda  qaldı.  Anlaşmanın  ayrıntılı  şəkildə  hazırlanıb  imzalanması  üçün 
gözlədi.  Bu  anlaşmaya  görə  Fransa,  Rusiyanın  işğal  etdiyi  torpaqları,  özəlliklə 
Gürcüstanı  geri  almaq  üçün  Qacariyyəyə  yardım  edəcəkdi.  Bu  görüşdə  bulunan 
ünlü rəssam Deyvid, Qacariyyə heyətinin imperatorla görüşünü rəsm etmişdir. Bu 

35 
 
tabloda  Asiya  və  Avropanın  kültürü  və  davranış  tərzləri  açıqca  sezilməkdədir. 
Tabloda  Qacar  dövlətinin  təmsilçisi  ağır  və  qaba  hərəkətlərlə  imperatora  doğru 
irəliləməkdədir,  çünkü  əynindəki  paltarı  əl-ayağına  dolaşmaqda  və  onun  sərbəst 
hərəkətini  önləməkdədir.  Tabloda  imperatoru  çevrələyən  yaraşıqlı,  uzunboylu 
zabitlərin  surətlərində  bir  məsxərə  gülüşü  görünür.  Heyrət  içində  bu  qədər  qaba 
geyimli  heyəti  seyr  edən  saray  adamları  onları  gülüşləri  ilə  məsxərə  etməkdən  də 
geri qalmırlar. Çevrədən onlara qarşı yönəlmiş aşağılayıcı baxışların altında əzilən 
heyət  istər-istəməz  bir  aşağılıq  kompleksinə  qapılmış  kimi  görünməkdələr.  Bu 
qədər  çağdaş  mədəniyyətin  ortasında  özlərini  necə  idarə  etmələrini  sanki 
bilməyirlərmişcəsinə bir görünüm rəsm edilmişdir. 
Rusiya  ilə  Fransa  arasında  sülh  müqaviləsi  bağlandıqdan  sonra  Fransa 
Qacariyyə ilə olan anlaşmalara sadiq qalmadı. 
Sisyanovun  öldürülüşündən  sonra  Qacar  və  Rusiya  arasındakı  şiddətli 
düşmənçilik gizlin şəkildə davam edirdi. Bu düşmənçilik bəzən kiçik çaplı silahlı 
toqquşmalarla davam edirdi. 
Jauberin  Təbriz  və  Tehranı  ziyarət  etdiyi  dönəmlərdə  Qacar  dövlətinin 
durumu Bağdad və Bayəzid paşaları ilə yaranan gərgin vəziyyət səbəbi ilə çox ağır 
idi.  Ortamı  gərginləşdirən  kürd  məsələsi  idi.  Bölgədə  problem  yaradan  kürd 
əşirətlərinin  rəhbərlərindən  birisi  Fətəli  Şah  tərəfindən  himayə  edilməkdə  idi.  Bu 
kürd,  Fətəli  Şaha  sığınmış,  Şah  da  onun  ölkədə  yaşamasına  izn  vermişdi.  Bu  da 
Fətəli  Şahın  Bağdadla  ilgili  gizlin  iddiasını  ifşa  etməkdə  idi.  Fətəli  Şaha  görə 
Bağdad Qacariyyənin bir hissəsi olmalı idi. Bu torpaqları öz ölkəsinə qatmaq üçün 
daima uyğun fürsət axtarırdı və Şahın bu arzusu haqda Osmanlı, özəlliklə Bağdad 
paşası  xəbərdar  idi.  İraq  cəbhəsində  Osmanlı  ordusu  ilə  Qacar  Ordusu  arasında 
ciddi savaşlar olmuşdu. Bu savaşda Məhəmmədəli Mirzə zəfər qazanaraq şöhrətini 
də  ölkədən  yayğınlaşdırmışdı.  Bayəzid  cəbhəsində  isə  kiçik  çaplı  qarşıdurmalar 
olmuşdu. 
Abbas  Mirzə  Gürcüstan  və  Osmanlı  sınırı  arasında  yerləşən  Ağoğlan 
kəndində  xəbərdar  oldu  ki,  General  Sisyanovun  yerinə  Marşal  Qudeviç  təyin 
edilmişdir. Bu xəbərin anlamı o idi ki, Rusiya ilə savaş yeni bir mərhələyə girmək 
üzrədir.  Tehranda  Rusiya  ilə  savaşdan  yana  mövqe  yox  idi.  Ordunun  ağır  xərci 
Fətəli Şahı rahatsız edirdi. Lakin Rusiya ilə savaşmaqda qərarlı olan Abbas Mirzə 
öz  hesabına  ordunu  ayaqda  tutmaq
 
zorunda  qalmışdı.  Tam  bu  sırada  Abbas 
Mirzəyə və Tehrana xəbər gəldi ki, bir Rus hərbi birləşməsi Qacariyyəyə girmişdir. 
Artıq mərkəz də məcburən Abbas Mirzəyə dəstək vermək zorunda qalmışdı. Abbas 
Mirzə düşmənin təərrüzünü durdurmaq üçün Ağoğlandan hərəkətə başladı. İki ordu 
Xankəndidə  qarşı-qarşıya  gəldi.  İki  gün  ağır  savaşdan  sonra  Abbas  Mirzə 
Xudafərin körpüsünə tərəf geri çəkilmək məcburiyyətində qaldı. 
Durum bu şəkildə olduğunda Abbas Mirzə əski düşmənlərlə ittifaqa girmək 
istədi.  Xüsusən  Şuşanın  xanı  İbrahim  Xəlillə  əski  münasibətləri  unudub  dostluq 
ilişkiləri  qurmaq  fikrinə  düşdü.  Bunun  üçün  də  Tehranda  atasının  qadını  olan 

36 
 
İbrahim Xəlil Cavanşirin qızı Ağabacı xanımı devrəyə soxmaq istədi. Abbas Mirzə 
bu  vəsilə  ilə  İbrahim  Xəlillə  yaxın  münasibət  qurmağı  başardı.  Hələ  də  bakirə 
qaldığı  söylənilən  Fətəli  Şahın  eşi  Ağabacı  xanım  atası  ilə  Abbas  Mirzənin 
aralarındakı düşmənçilik hisslərinin yatışdırılması üçün çox böyük rol üstlənmişdi. 
Digər  tərəfdən,  ruslar  bu  xanlıqlara  müttəfiq  kimi  deyil,  öz  vassalları  kimi 
baxırdılar. Bu da xanlıqların ruslardan uzaqlaşıb Abbas Mirzəyə yaxınlaşmalarına 
səbəb  olurdu.  Rusların  bu  şəkildə  davranmalarına  özəlliklə  də  Sisyanovun  Bakı 
xanlığı  tərəfindən  öldürülməsi  səbəb  olmaqda  idi.  İbrahim  Xəlil  gizlincə  Abbas 
Mirzəyə  xəbər  göndərdi  ki,  “Şuşaya  hücum  etsəniz  şəhərin  darvazalarını  üzünüzə 
açacağıq.” Lakin ruslar tərəfindən dəstəklənən Xanın yaxınlarından birisi bu xəbəri 
duydu  və  rusların  yardımı  ilə  İbrahim  Xəlili  Şuşadan  qaçmağa  məcbur  etdi.  Bu 
hadisədən xəbərdar olan Abbas Mirzə, İbrahim Xəlil Xanın yardımına getdi. Ancaq 
Xudafərin  körpüsündən  çox  uzaqlaşmamışdı  ki,  gözlənilməz  bir  hadisə  ilə 
qarşılaşdı.  Təqribən  yüz  kişilik  süvari  yas  içində  İbrahim  Xəlilin  cənazəsini 
Xudafərinə  doğru  daşıyırdı.  Yaşlanmış  Xan  bütün  ailə  üzvləri  ilə  bir  yerdə 
öldürülmüşdü. Rusların xanlarla bu şəkildə davranmaları digər xanlıqları qorxuya 
salmışdı.  Artıq  onlar  açıq  şəkildə  Abbas  Mirzənin  o  yurdlara  hücum  etməsini 
istəyirdilər.  Ləzgi  xanlığı  kimi  bəzi  xanlıqlar  isə  təhlükəni  yaxın  hiss  etdikləri 
üçün, həmən başdan Abbas Mirzəyə sığınmış və Təbrizə yerləşmişdilər.  
Şahzadə, demək olar ki, bütün vaxtını Ağoğlan, Dədəbəyli və digər bu kimi 
hərbi düşərgələrdə keçirirdi. Təbrizdə olduğu zaman isə islahatlarına davam edirdi. 
Onun  bu  reform  əməlini  heç  bir  hadisə  əngəlləyə  bilmirdi.  Həftədə  bir  dəfə 
Azərbaycan  əhalisinin  şikayətlərini  qəbul  edirdi.  Hər  bir  Azərbaycanlının  onunla 
rahatca əlaqəyə girə  bilməsi üçün  fərman imzalamışdı. Fəlakətli  yaşayış  haqqında 
eşitdiyi  bütün  xəbərlər  Azərbaycanın  çox  ağır  vəziyyətdə  olduğunu  göstərirdi. 
Abbas  Mirzə  Azərbaycanı  bu  fəlakətdən  necə  qurtara  biləcəyi  haqda  düşünür  və 
ətrafındakılardan  Azərbaycan  haqqında  daha  dərin  bilgi  vermələrini  istəyirdi. 
Abbas  Mirzə  ilk  dəfə  olaraq  bütün  Azərbaycan  Bəylərbəyi  haqqında  fərman 
imzaladı.  Bu  fərmana  görə  heç  bir  Bəylərbəyi  rəiyyətini  incitməməli  və  onunla 
insan kimi davranmalı, onun haqlarına hörmət etməlidir. Bu əmrin Bəylərbəylərinə 
yazılı olaraq çatdırılmasından başqa, Abbas Mirzə əmr etdi ki, bu fərmanı carçılar 
bütün  bölgələrdə  insanlara  duyursunlar  və  söyləsinlər  ki,  hər  bir  rəiyyətin  gəlib  
Şahzadənin  yardımçılarına  və  ya  hətta  dirək  özünə  şikayət  etmə  haqqı  var.
20
 Bu 
üzdən  də  bəzi  bəylərbəyləri  için-için  Abbas  Mirzəyə  nifrət  edirdilər.  Ancaq  bu 
nifrətlərini içlərində boğurdular, çünkü bilirdilər ki, Şahzadə, Fətəli Şah tərəfindən 
sevilməkdədir və Şah onun sözləri ilə hesablaşmaqdadır. Xüsusən də rusların yeni 
taktikaları Abbas Mirzənin önəmini Şahın  yanında  daha  da  yüksəltmişdi.  Bir çox 
Bəylərbəyi  Abbas  Mirzənin  qardaşları  ilə  gizlin  təmasa  keçərək,  onu  ortadan 
qaldırmağı planlayırdılar. Ancaq geniş  xalq kütləsi  Abbas  Mirzədən  yana  idi.  Ən 
                                                           
20
 Tarix-e Əzodi. 

37 
 
önəmlisi də bu idi ki, Azərbaycan xalqı Şahla bərabər onun da başına and içirdilər 
və  “Şahın,  Şahzadənin  başına  and  olsun”
21
,  -  deyərək  Şahzadəyə  olan  sonsuz 
hörmətlərini dilə gətirirdilər. 
Abbas  Mirzənin  bir  davranışı  haqda  bir  neçə  yabançı  müəllif  bu  şəkildə 
yazmışlar:  Abbas  Mirzə  hərbi  düşərgələrinin  birindən  Təbrizə  dönərkən  buradakı 
sarayında  insanların  yas  içində  olduqlarını  gördü.  Nədən  belə  olduqlarını 
sorduğunda cavab verdilər ki, iki kiçik oğlunuz xəstələnib ölmüşdür. Abbas Mirzə 
aldırış  etmədən  onlara  qızaraq  dedi  ki,  ağlayacağımımı  sanırsınız?  Tanrıya  and 
olsun ki, əgər mənə xəbər versəydiniz ki, iki əsgərin ölmüşdür, ağlardım. Ancaq bu 
kiçik  çocuqların  böyüdüklərində  əsgər  ola  biləcəkləri  bəllimi  idi?  Tanrının 
iradəsinə təslim olmaq zorundayıq. 
Abbas Mirzənin bu tür davranışı hadisəyə tanıq olan yabançıları şaşırtmışdı. 
Digər  bir  hadisəni  də  Jauber  öz  xatirələrində  bu  şəkildə  yazmaqdadır: 
“Abbas  Mirzə  Azərbaycanın  ünlü  ailələrindən  birinin  oğlu  ilə  çox  yaxın  dostluq 
edirdi.  Nəzərəli  bəy  olaraq  bilinən  bu  şəxs  Şahzadənin  sarayında  ən  önəmli  və 
sözükeçən  şəxsiyyətlərdən  biri  idi.  Nəzərəli  bəy  çox  yaraşıqlı  və  cəsur  birisi  idi. 
Özəlliklə onun cəsarəti Abbas Mirzə üçün çox əhəmiyyət daşımaqda idi. Şahzadə 
ən  yorğun  çağlarında  ürəyini  ona  açar  və  kimsəyə  danışmadığı,  danışmaq 
istəmədiyi  gizlin  planlarını  ona  söyləyərdi.  Cəsur  Nəzərəli  bəy  də  yaxşı  bir 
dinləyici  olduğu  üçün  Abbas  Mirzənin  hörmətini  qazanmışdı.  Bəlkə  də  elə  buna 
görə  Nəzərəli  bəy  Şahzadənin  onun  bəzi  kötü  davranışlarına  göz  yumacağını 
sanmışdı. Bu üzdən, bəzən gizlin əyyaşlığından da qalmırdı. Bir gün Nəzərəli bəy 
yarısından  çoxu  erməni  olan  bir  kənddən  keçərkən  hamamdan  çıxan  bir  erməni 
gözəlinə  gözləri sataşdı.  Erməni qızları  müsəlman qadınları  kimi özlərini qara  və 
qaranlıq  çadranın  altında  gizlətmirdilər.  Bu  səbəbdən  də  onların  gözəlliklərini 
görmək  və  vurulmaq  Azərbaycan  gəncləri  üçün  rahat  bir  iş  idi.  Nəzərəli  bəy  qız 
haqqında araşdırma yapdırdı və öyrəndi ki, hələ ərə getməyibdir. Bu da onun qızla 
ilgili  sərbəst  davranmasına  imkan  verirdi.  Qızın  evini  öyrənib  onu  öz  çadırına 
qaçırmağı planladı. Qızı zorla çadırına gətirdi. Qızın fikri, istəyi ilə hesablaşmadan 
onunla  bərabər  oldu.  Nəzərəli  bəy  sərxoş  vəziyyətdə  erməni  qızı  ilə  bərabər 
olduqdan  sonra  yuxuya  dalar.  Erməni  qızı  bu  fürsətdən  istifadə  edərək  çadırdan 
qaçar.  Qızın  atası  Abbas  Mirzəyə  şikayət  edər.  Abbas  Mirzə  arkadaşının  bu 
əməlindən  çox  rahatsız  olar.  Digər  tərəfdən,  Şahzadə  xristian  azınlığa  çox  sayqı 
göstərməkdə  idi.  Nəzərəli  bəyin  öldürülməsi  haqda  fərman  verər.  Nəzərəli  bəyin 
yaxınları nə  qədər yalvarsalar da  Abbas Mirzəni qərarından vaz keçirə  bilməzlər. 
Nəzərəli bu davranışının hesabını həyatı bahasına ödəmiş olar.
22
 
*** 
                                                           
21
 Eyni qaynaq. 
22
 Amedee Jauber, “Persiya səfəri”. 
 

38 
 
1807-ci  il  baharının  başlanğıcında  Gardane  heyətinin  gəlməsindən  bir  az 
əvvəl,  Qafqaz rus ordusunun  komandanı  və  Gürcüstanın  hakimi Marşal  Qudeviç, 
Stipanov  adında  bir  nümayəndəsini  Qacariyyəyə  göndərdi.  Stipanov  Qudeviçin 
barış  mesajını  Tehrana  ilətməklə  mükəlləf  idi.  Bu  elçi  Təbriz  yolu  ilə  Tehrana 
gedəcəkdi.  Bu  üzdən  də  rusların  yeni  siyasəti  ilə  tanış  olmaq  üçün  Abbas  Mirzə 
səbirsizliklə onun yolunu gözləyirdi. Stipanov həm Şahzadə həm Şah üçün böyük 
hədiyyələr  gətirmişdi.  Lakin  Abbas  Mirzə,  Qudeviçin  təklifləri  ilə  tanış  olduqdan 
sonra çox narahat oldu. Çox sayqı və hörmətlə yazılan məktub içəriyindən dolayı 
Abbas  Mirzəni  çox  qızdırmışdı.  Məktubun  mətni  çox  ədəblə  Marşal  Qudeviçin 
üstünlüyündən danışırdı. Çox qapalı şəkildə Fətəli Şaha duyurulurdu ki, onun üçün 
heç bir qələbə yolu yoxdur. Ən yaxşısı budur ki, Şah barış anlaşmasına imza atsın. 
Məktubda  bəzi  ərazilər  də  tələb  olunurdu.  Lakin  Qacar  dövlətinin  on  il  sonra 
məcburən  qəbul  edəcəyi  müqavilələrlə  müqayisədə  çox  olumlu  və  yumşaq  idi. 
Xarici ölkələrin elçiləri ilə çox hörmətlə rəftar edən Abbas Mirzə qəzəbini gizlədə 
bilməyib  və  bu  məktubda  qeyd  olunanların  bizim  tərəfimizdən  qəbul  edilməsi 
mümkün  deyildir,  dedi.  Stipanov  Tehrana  yollanarkən,  Abbas  Mirzə  atasına  özəl 
bir  çapar  göndərdi.  Çapar,  Stipanovdan  daha  əvvəl  Tehrana  çatıb  və  Şahzadənin 
mesajını  Şaha  çatdırdı.  Abbas  Mirzə  atasından  xahiş  etmişdi  ki,  məktubda  qeyd 
olunanlarla  razılaşmasın.  Ya  da  anlaşmalara  Qacar  dövlətinin  də  tələbləri 
yerləşdirilsin.  Tehranda  Stipanovu  çox  yaxşı  qarşıladılar.  Lakin  Şah  anlaşmaya 
soyuq yanaşdı. Stipanov anladı ki, Qacar dövlətinin istəkləri haqda danışmaq onun 
yetkisi  dışındadır.  Bu  üzdən  də  geriyə  dönüş  üçün  izn  istədi.  Şah  Stipanovun 
gətirdiyi  təkliflər  qarşısında  tərəddüd  içində  idi.  Lakin  Abbas  Mirzə  açıq  şəkildə 
savaşdan yana idi. 
O  baharda  savaş  olmadı.  Stipanovun  görüşündən  sonra  sadəcə,  gizlin  bir 
düşmənçilik var idi. Qacar dərbarında həm savaşdan, həm də barışdan yana olanlar 
umutlarını Fransa ilə olan ittifaqa bağlamışdılar. 
*** 
Gardane  heyəti  gəlmədən  öncə  Fransa  ordusunda  yarbay  mühəndis  olan 
Buntan,  Doğu  dilləri  uzmanı  olan  tərcüməçisi  ilə  bir  yerdə  Abbas  Mirzə  ilə 
görüşmək  üçün  Fransa  dövləti  tərəfindən  görəvlənmişdi.  General  Gardan  isə  öz 
heyəti  ilə  gəldikdən  sonra  mühəndis  yarbay  Lami  və  piyadə  mütəxəssisi  yarbay 
Verdiye,  Şahzadənin  xidmətində  olmaqla  görəvləndirildilər.  Bunlar  Abbas 
Mirzənin  ordusunu  Qərb  üsuluna  görə  eyitməli  idilər.  Fransa  hərbçilərinin 
texnikaları ilə tanış olan Abbas Mirzə anladı ki, özü də modern savaş haqqında heç 
bir  şey  bilməməkdədir  və  hər  şeyi  yenidən  öyrənməlidir.  Fransız  zabitlər  daima 
sayqı ilə Şahzadəni öz xatirələrində xatırlamışlar. Onlar səltənət nəslindən olan bu 
şagirdlərinin səmimiyyətini israrla söyləmiş və Batı savaş texnikası öyrənmək üçün 
nə  qədər  sadə  bir  əsgər  kimi  özən  göstərdiyini  yazmışlar.  Abbas  Mirzə  sadə 
əsgərləri ilə bərabər və bir yerdə fransız zabitlərinin təlimlərinə və hərbi dərslərinə 
qatılırmış. Abbas Mirzə bu təlimlər müddətincə Qacar ordusunun nə qədər geridə 

39 
 
qaldığını  duyur  və  ordusunun  modernləşməsi  üçün  hər  bir  fədakarlığa  hazır 
olduğunu  göstərirdi.  Çünkü  Abbas  Mirzə  hiss  edirdi  ki,  ordusunun  mövcud 
səviyyəsi ilə Azərbaycanı rus ordusuna qarşı qoruya bilməyəcək.
 
Şübhəsiz ki, Gardanenin (Qardan) məmuriyyətinin ilk illəri Abbas Mirzənin 
ən  mutlu  illərindən  sayılırdı.  Savaş  texnikası  və  texnolojisi  ilə  bağlı  öyrəndiyi 
yeniliklər  onu  çox  mutlu  edirdi.  Abbas  Mirzə  ən  istedadlı  savaşçılarını  xəritə 
elmini  öyrənməklə  görəvləndirdi.  Özü  də  bu  xəritə  ilə  ilgili  dərslərə  qatılır  və 
böyük  bir  zövq  və  gələcəyə  olan  inancı  ilə  ordu  ınənsublarını  öyrənməyə  təşviq 
edirdi.  Ən yaxşı öyrənən və  gələcəyin hərbçi  öyrətmənləri olacaq olan zabitlərini 
ödülləndirirdi. Saatlarca yarbay Lamidən riyaziyyat öyrənirdi. 
Atəşkəsə  rəğmən  savaş  durumu  davam  etməkdə  idi.  Abbas  Mirzə  fransız 
dostları ilə Qarabağı, Ərdəbili və Aranı dolaşırdı. Bəzən Araz boyunca at çapırdılar 
və  səhər  erkəndən  Ağrı  dağının  zirvəsini  aydınladan  günəşi  seyr  edirdilər.  Bəzən 
də  Gölçə
*
  (Göyçə)  gölünün  ətrafında  istirahət  edirdilər.  Yalnız  bu  gəzintilər 
əyləncə  amacı  ilə  yapılmamaqda  idi.  Onlar  savaşın  savunma  və  hücum  yerlərini 
təsbit  edir,  topların  haralarda  yerləşəcəyini  dəqiqləşdirirdilər.  İrəvan  qalasının 
savunma sistemini gəlişdirirdilər. Bu arada Qacariyyəyə gələrkən yolda xəstələnib 
ölən  fransız  yarbay  Bernarın  Abbas  Mirzəni  yaxından  görmə  istəyini  də  zabitlər 
Şahzadəyə  söyləyirdilər.  Beləliklə  Abbas  Mirzə  ilə  fransız  hərb  uzmanları 
arasındakı  ilişkilər  gerçək  dostluq  münasibətlərinə  dönüşməkdə  idi.  Abbas  Mirzə 
Təbrizin  dışında  olan  fransız  uzmanlarla  da  ilgilənirdi.  1808-ci  ilin  yayının  son 
ayında  General  Gardane  bütün  heyəti  ilə  bərabər  Şahın  Sultaniyyədəki  ordusuna 
qatıldılar. Sultaniyyədə  yapılacaq olan  manevraya  böyük bir ordu qatılmaqda  idi. 
Bütün saray adamları və dövlət yetkililəri bu manevranı seyr etmək üçün gəlmiş və 
münasib yerlərdə çadır qurmuşdular, hər kəs öz yerini təsbit etmişdi. Qadınlar üçün 
ayrıca bir köşk nəzərdə tutulmuşdu. Şahın böyük köşkü gənc və gözəl xanımların 
rəsmləri  ilə  bərabər  savaş  səhnələri  ilə  də  süslənmişdi.  Ancaq  Şahın  sevdiyi 
mənsəb  sahibi  olan  oğullarının  rəsmləri  hər  yerdə  görünürdü.
23  
Bu  manevrada 
İsmayıl  bəy  adlı  bir  süvarinin  çox  sürətlə  hərəkət  etməsi  hər  kəsi  heyran 
qoymuşdu.  Abbas Mirzənin ordusunda  görəvli olan İsmayıl  bəy haqqında  fransız 
zabitlər  Fransaya  bilgi  vermişdilər.  Sultaniyyədəki  bu  göstəri  Qacar  ordusu 
tarixində ilk möhtəşəm və Qərb üsuluna uyğun manevra idi. 
O ilin baharında Baron Doverd adında  yarırəsmi bir elçi gəlmişdi. Bu elçi 
öncəki  il  Stipanovun  gətirdiyi  barış  anlaşmasını  təkrar  gətirmişdi.  General 
Gardanın  istəyi  üzərinə  onu  hörmətlə  qarşıladılar.  Abbas  Mirzənin  sərt  tutumu 
üzərinə  Gardan, Şaha  təklif  etdi ki,  bu  haqda  danışıqlar Parisdəki rus elçisi Kont 
                                                           
*
Qacar  dönəmi  qaynaqlarda  bu  göl  Gölçə  olaraq  yazılmaqdadır.  Bu  gün  bu  göl  Azərbaycan 
leksikonunda  Göyçə  olaraq tələffuz edilməkdədir.  Anlaşılan  odur ki,  Gölçə  səslətimi  (tələffüzü) daha 
doğrudur. “Gölçə”, yəni kiçik göl. Zamanla bu səslətim yerini Göyçə tələffüzünə buraxmışdır. (G.C). 
23
Bu şərhlər James Morier və Ker Purtere aiddir. 
 

40 
 
Tolstoy  ilə  o  zaman  Parisdə  bulunan  və  Qacar  dövlətini  təmsil  edən  Əsgərxan 
arasında yürüsün. Gardan Şaha təlqin edirdi ki, Qacariyyənin müttəfiqi olan Fransa 
imperatorluğunun  nəzarətində  yürüdülən  müzakirələr  pis  nəticə  verməz.  Şah, 
Gardanın  bu  təklifıni  bütünü  ilə  qəbul  etdi  və  qərara  alındı  ki,  bu  təklif  General 
Qudeviç vasitəsi ilə Sen-Petersburqa çatdırılsın. Petersburqdan cavab gələnə qədər 
atəşkəs haqqında da anlaşma sağlandı. 
Şahın  Fransa  imperatorluğuna  bağladığı  ümüdlərə  rəğmən  üfüq  qaranlıq 
görünməyə  başlamışdı.  Qacariyyə  ilə  ilgili  Fransadan  çox  az  xəbərlər  gəlirdi. 
Napoleon  başqa  savaşlara  hazırlaşırdı  və  Qacariyyəyə  ilgi  azalmışdı.  Digər 
tərəfdən,  Con  Molkolm  təkrar  Şahla  görüşmək  istəmişdi.  Lakin  General  Gardan 
onun Tehrana gəlməsinə etiraz etmiş və Şah da Fransa ilə olan münasibətlər uzun 
vədədə ölkənin yararınadır deyə onun etirazını qəbul etmişdi. Con Molkolm Şahın 
bu  davranışından  dolayı  Hindistanın  hökmranı  Lord  Mintodan  Bəsrə  körfəzinə 
hücum  və  Qəşəm  adasını  işğal  etməsini  istəmişdi.  Bu  xəbər  Şahı  çox  rahatsız 
etməyə  başladı.  Lakin  Napoleon  bu  adalarla  ilgili  planlar  hazırlamışdı.  Fransa 
imperatoru bu adaları Hindistana ordu yeritmək üçün üs kimi kullanmaq istəyirdi. 
Qacariyyənin  Parisdəki  nümayəndəsi  geri  döndükdən  bir  neçə  həftə  sonra 
gərgin  durum  yaranmışdı.  Gardan  heyəti  vəzirlərlə  olan  münasibətləri  vasitəsi  ilə  
Şahın  onlara  qarşı  qızğın  olduğunu  sezmişdi.  Başvəzir  Mirzə  Şəfi  daima  yumşaq 
və  dostca  davranışlarını  qoruyub  saxlayır,  Padşahın  da  sakin  olması  üçün  əlindən 
gələni  edirdi.  Bu  vəzirin  Fransa  heyəti  ilə  çox  xoş  davranması  üzündən  Gardan 
heyəti  ona  “Fransızların  atası”  ləqəbini  vermişdi.  Mirzə  Şəfi  əski  düşməni  Hacı 
İbrahim  Şirazinin  məktəbində  öyrənmişdi  ki,  daima  Hind  Kompaniyasından 
qorxub,  çəkinsin.  Çünkü  bütün  Hindistanı  və  qismən  də  Çini  ələ  keçirən  bu 
kompaniyanin arxasında İngiltərə xarici siyasəti və ordusunun olduğunu bilməkdə 
idi. Bu üzdən də necə olursa olsun sadəcə, ruslara qarşı deyil, həm də İngiltərəyə 
qarşı Fransa  ittifaqının ayaqda  durmasından  yana  idi.  Digər tərəfdən, Osmanlının 
Fransa  yetkililərinə  öz  torpaqlarından  gəliş-gediş  üçün  izn  verməməsi  də  Qacar 
dövlətinin  Fransa  ilə  irtibatını  çətinləşdirmişdi.  Çünkü  kürd  məsələsi  üzündən 
Bağdad paşası ilə aralarındakı anlaşmazlıq sürməkdə idi. 
Bu  ərəfədə  1808-ci  ilin  oktyabr  ayında  Rusiyadan  bəklənən  cavab  gəldi. 
General  Qudeviçin  elçisi  Tehrana  gəldi  və  Moskvanın  cavabını  Şaha  çatdırdı. 
Moskva, General Gardanın, danışıqlar elçilər vasitəsi ilə Parisdə yürüsün təklifini 
rədd etmişdi. Elçi bu mesajın yanı sıra Abbas Mirzəyə də Qudeviçin özəl mesajını 
gətirmiş və öncə Təbrizdən keçərkən bu mesajı Şahzadəyə vermişdi. Qudeviçin bu 
məktubu  bir  az  təhdidkar  üslubla  yazılmışdı.  Bu  da  Abbas  Mirzəni  çox 
əsəbiləşdirmişdi.  Bəlkə  də  Qafqazın  hökmdarı  Qacariyədə  olub-bitənlərdən 
xəbərdar  idi  və  bilirdi  ki,  Abbas  Mirzənin  iradəsinə  rəğmən  Şah  savaşdan  yana 
deyildir.  Şaha  görə  savaş  başlanacağı  təqdirdə  onun  büdcəsini  təmin  etmək  çətin 
olacaqdır. 

41 
 
Şahzadə  hələ  diplomasinin  incəlikləri  haqda  bilgi  sahibi  deyildi.  Harda  öz 
istəyini  gizlin  saxlayıb  və  harda  açıq  tərzdə  deməsi  haqda  hələ  təcrübə  əldə 
etməmişdi.  Bu  səbəbdən  də  Azərbaycanın  bir  bölümündən  vaz  keçməsini  istəyən 
Qudeviçin  məktubunu cırıb,  o şəkildə  də  atasına  göndərdi.  Lakin  nə  olursa  olsun 
barışın  sağlanmasından  yana  olan  General  Gardan  kağızın  cırıqlarını  bir-birinə 
yapışdırıb,  oxunar  hala  gətirib  və  Şaha  çatmasını  sağladı.  General  Gardan, 
Qudeviçə  çox  nəzakətli  biçimdə  bir  məktub  yazaraq  qeyd  etdi  ki,  Fətəli  Şahın 
Fransanın  müttəfiqi  olması  unudulmamalıdır.  Bu  səbəbdən  də  Qacar  dövlətinə 
qarşı  Rusiyanın  genış  çaplı  hərbi  əməliyyatı  Napoleon  tərəfindən  xoşgörü  ilə 
qarşılanmayacaqdır.  Gardan  məktubunu  Qudeviçə  göndərmədən  əvvəl  Abbas 
Mirzəyə bir çapar göndərdi və onun barışa qarşı heç bir davranışda bulunmamasını 
rica  etdi.  Bu  arada  Şahzadə  əsas  hərbi  üssü  olan  Xoya  çəkilmişdi.  Abbas  Mirzə 
burada  savaş  üçün  hazırlıq  işləri  görürdü.  Ancaq  atası  ona  bir  məktub  yazaraq 
Xoydan  kənara  çıxmaması  konusunda  onu  uyardı.  Gardan,  Şahın  barışdan  yana 
olmasını  dəstəkləyirdi.  Çünkü  ona  görə  Qacar  ordusu  hələ  gərəkən  səviyyədə 
eyitilməmiş  və  savaş  çıxacağı  təqdirdə  ruslara  qarşı  başarılı  ola  bilməyəcəyi 
qənaətində idi. Abbas Mirzə bütün hallarda atasının əmrini yerinə gətirirdi. Bu, öz 
iradəsinə və istəyinə qarşı olsa belə yenə də atasından gələn əmri tətbiq edirdi. 
Şahzadənin müdaxiləsi olmadan savaş başladı. Bir il öncədən İrəvana hakim 
təyin  edilən  Hüseyn  Xanın  ordusu  ruslar  tərəfindən  saldırıya  uğradı.  Sonra  da 
ruslar İrəvanın yaxınlığında bir kəndi işğal etdilər. Savaş yanlısı olan Abbas Mirzə 
üçün artıq savaşa başlama bəhanəsi yaranmışdı. Atasına xəbər göndərdi ki, Xoydan 
Araza doğru hərəkətə başlamış və Naxçıvanda yerləşməyi planlamışdır. 
Eyni  zamanda  Tehrana  xəbər  gəldi  ki,  Sent  James  sarayının  fövqəladə 
nümayəndəsi Ser Ford Conzlərigz Buşəhrə gəlmişdir. Bu adam 20 il öncə bütün öz 
şərqşünaslıq bilgilərini və var-dövlətini ölkəsinin ixtiyarına buraxmışdı. 20 il əvvəl 
Zəndiyyə  əmirləri  tərəfindən  səmimiyyətlə  qəbul  edilmiş  və  İngiltərənin  Bəsrə 
körfəzində ticarət mərkəzləri açma istəyi yönündə başarılı işlər
 
görmüşdü. O, sakit 
və səbirli xasiyyəti dolayısıyla Con Molkolmdan çox fərqlənirdi. 
Bir  çox  əyalət  xanları  Şahın  İngiltərə  ilə  isti  münasibət  qurmasından 
yanaydılar. Hərbi savunma işlərindən məsul olan İsmayıl bəy bu konuda ən önəmli 
şəxsiyyətlərdən idi. İnsanı şaşırdan hadisələrdən birisi də budur ki, Fransaya qarşı 
müxalifət edənlərin içində Rzaquluxan da görünməkdədir. Bu şəxs Finknayştaynda 
Qacar  dövlətini  təmsil  etməkdə  idi.  Orada  buna  ən  yüksək  düzeydə  hörmət 
göstərilmiş,  Napoleon  tərəfindən  qəbul  edilmişdi.  Şah  qəti  qərarını  vermiş  və 
İngiltərə elçisinin Tehrana gəlişini qəbul etmişdi. 
*** 
Talehin axarı Birincı Napoleonu öz arxasınca sürükləməkdə idi. Fransanın 
siyasi  həyatında böyük çalxantılar  meydana çıxmaqda idi. Bu üzdən də Napoleon 
sadəcə, müttəfiqliklə ilgili məsuliyyətini deyil, həm də çox uzaqlarda xidmət edən 
fransız  yetkililərini,  elçiləri  də  düşünəməz  duruma  gətirmişdi.  Gardan  heyətinin 

42 
 
son həftələri çox kədərli oldu. Baxmayaraq ki, General özünü Fətəli Şah qarşısında 
suçlu kimi hiss edirdi, lakin öz imperatorunu savunmaqdan da geri qalmırdı. Bütün 
gücünü ittifaqın dağılmaması üçün səfərbər etmişdi. Noyabrın sonlarında Gardanın 
istəyi  üzərinə  İsfahanda  yapılmış  30  top  arabasını  Tehrana  gətirdilər.  Gardan  hər 
olasılığa  görə  bu  top  arabaların  Şahın  rəqiblərinin  əlində  qalmamasını  istəyirdi. 
Tehranın darvazlarına yaxınlaşanda topların mühəndisi yarbay Faviye toplara atəş 
əmri  verdi.  Gardan  heyəti,  saraydakıların  Qacariyyənin  məhsulu  olan  top 
atəşlərinin  səsini  duyduqlarında  sevinəcəklərini  sanmışdı.  Lakin  heç  bir  təqdirlə 
qarşılaşmadan böyük bir etinasızlıq içində şəhərə daxil oldular. 
Azərbaycandan  çox  ümüdsüz  xəbərlər  gəlməkdə  idi.  Bir  neçə  kəndi  işğal 
edən  Qudeviç  İrəvanı  mühasirə  etməyə  hazırlaşırdı.  Lakin  İrəvanın  fransızlar 
tərəfindən  ciddi  savunma  sistemi  ilə  donatıldığını  duyub,  bu  işdən  vaz  keçmişdi. 
Bir  neçə  kiçik  savaşlar  Qacarların  xeyrinə  başa  çatmış,  bir  neçə  kəsik  Rus  başı 
Şaha  hədiyyə  olaraq  göndərilmişdi.  Şah  da  bundan  çox  sevinmişdi.  Fransızların 
hərbi  bəsirətləri  üzündən  rusların  İrəvana  girə  bilməmələri  bir  daha  Tehranda 
Gardan  heyətinə  sempati  yaratmağa  başlamışdı.  Noyabrın  sonlarında  xəbər  gəldi 
ki,  Naxçıvan  civarında  böyük  bir  savaş  başlamış  və  burada  Şahzadə  özü 
komandanlığı yürütmüşdür. Abbas Mirzə ilə bağlı savaş xəttindən gələn bir xəbər 
Şahı  çox  narahat  etmişdi.  Gələn  xəbərlərə  görə  Şahzadə  öz  canını  qorumamaqda 
imiş.  Şahzadənin  atına  güllə  isabət  edir,  at  ölür  və  Şahzadə  piyadələrlə  bərabər 
hücuma  başlayır.  Bu  anda  Şahzadəyə  xəbər  gəlir  ki,  topxananın  komutanı 
öldürülmüşdür.  Ordunun  toplarının  susması  düşmənin  üstünlüyünə  səbəb 
olmuşdur.  Bu  vəziyyəti  görən  Şahzadə  özünü  topxanaya  çatdırmağı  başarmış  və 
topların komutanlığını öz üzərinə götürmüş, düşmən səngərlərini atəşə tutmuşdur. 
Sir Harford Conz Şirazdan Tehrana doğru gəlməkdə idi. Gardan, heyəti ilə 
bərabər  ölkəni  tərk  etmək  üçün  Şahdan  izn  istədi.  Şah  onlara  etdikləri  işlərindən 
dolayı təşəkkür edib və getmələri üçün izn verdi. Heyət 1809-cu il fevral ayının 17-
də  Tehranı  tərk  edib,  mart  ayının  9-da  Təbrizə  çatdı.  Fransa  heyətinin  ölkədən 
ayrılışı  Abbas  Mirzəni  çox  narahat  etmişdi.  Digər  tərəfdən,  İngiltərə  ilə  başlanan 
müzakirələrin  gedişini  diqqətlə  izləməkdə  idi.  Onların  nə  kimi  təkliflərlə 
gəldiklərini, nələr gətirdiklərini maraq edirdi. Abbas Mirzə Təbrizdə dost olduqları 
Fransa  heyətini  çox  böyük  hörmətlə  qarşıladı.  Onlar  Abbas  Mirzənin  surətindəki 
üzgünlüyü  açıqca  sezməkdəydilər.  Şahzadə  ordusunu  toplarla  donatmış  fransız 
heyətinin  ölkədən  ayrılışına  çox  üzülürdü.  Qısa  bir  sürə  Təbrizdə  qalan  Gardan 
heyəti Xoya doğru hərəkət etdi. 
Gardan  heyətinin  ayrılışı  ilə  Fransa  və  Qacariyyə  dostluğu  sarsılsa  da 
sonradan təkrar güclənəcəkdi. Bir sürə sonra daha mücəhhəz bir heyət Qacariyyəni 
ziyarət  edəcək  və  Qacariyyədə  savaş  və  hərbi  disiplinin  gəlişməsinə  yardımçı 
olacaqdılar. 
 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin