Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix03.02.2017
ölçüsü1,44 Mb.
#7381
1   ...   4   5   6   7   8   9   10   11   12

  savaşı olaraq bilinən 
bu  savaşı  tarixçilər  eyni  anda  iki  savaş  kimi  tanımlarlar.  Günün  sonunadək 
üstünlük Azərbaycan ordusunda idi. General Dolqorukinin yaralanmasından başqa 
bir çox rus albayları öldürülmüş, yaralanmış və bir çox saldat əsir alındı. Düşmən 
əsgərlərinin  cəsədləri  savaş  meydanını  doldurmuşdu.  Azərbaycan  ordusunda 
qələbə sevincinin çağlamasına qarşı Şahzadə çox da mutlu görünmürdü. Bilirdi ki, 
bu qələbənin aqibəti yoxdur. O, rus ordusunun qarşılıq verəcəyinə əmin idi. Digər 
tərəfdən,  maliyyə  qaynağının  olmaması  üzündən,  ordusunun  uzun  zaman  savaşa 
qatlaşa bilməyəcəyini bilirdi. 
General  Karkufeskinin  düşərgəsində  bir  şayiə  yayılmağa  başlamışdı. 
Söyləntilərə görə Abbas Mirzə Üçkilsəni mühasirəyə alıb və Gürcüstana da hücum 
edəcəkmiş.  Gürcüstan  müxaliflərini  də  yanına  alıb  və  gürcülərin  üsyanına  dəstək 
verəcəkmiş.  Çünkü  Baqratiyon  Şahzadələrindən  bir  neçəsinin  Abbas  Mirzənin 
yanında olduqları bəlli idi. 
 
ĠRƏVANIN ĠġĞALI VƏ AZƏRBAYCANDAN  
AYRILMASI 
 
Ancaq  Abbas  Mirzə  hiss  etdi  ki,  artıq  əlində  heç  bir  savaş  imtiyazı 
qalmamışdır.  Bu  üzdən  də  hücumlardan  əl  çəkib  və  sadəcə,  İrəvanı  savunmağı 
planladı. O günə qədər qardaşının kölgəsində görünməz olan Həsən Xan Sarı Aslan 
İrəvan  qalasının  savunulmasını  öz  üzərinə  götürmüşdü.  Şahzadə  onun  ordusunun 
yardımına getdi. Altı minlik ordusu və iyirmi topu ilə onun mövqeyini gücləndirdi. 
Sonra  düşündü  ki,  öz  üslərindən  (qərargahlarından)  birinə  getsin  və  Sərdarabad 
qalasının  müdafiəsini  yaşlı  Sərdar  Hüseyn  Xana  tapşırsın.  Cahangir  Mirzənin 
verdiyi bilgilərə görə, Abbas Mirzə ruslarla qarşı-qarşıya gəlməsin deyə Osmanlıya 
aid olan Bayəzid və Çaldıran bölgələrindən keçmək zorunda qaldı. Bu keçişi üçün 
də Osmanlıdan heç bir etiraz gəlmədi. 
*** 
                                                           
*
Watson,  Abaran  savaşını  Astrik  adı  ilə  qələmə  almaqdadır.  Astrik  də  bu  savaş  bölgəsinin  içində 
olmuşdur. Watson, Azərbaycan ordusunun qəhrəmanlıqlarından və rus albaylarının ölümündən söhbət 
edir. (Watson Robert Grant “A History of Persia”, London 1866, s. 232). 

93 
 
Abbas  Mirzə  Təbrizə  çatdığında  yorulmuş  və  savaş  qabiliyyətini  itirmiş 
əsgərlərini  mürəxxəs  edib,  məzuniyyətə  buraxdı.  Savaş  qabiliyyəti  olan  birimləri 
isə  Təbrizin  20  kilometrliyində  yerləşən  Şindabada  apardı.  İkinci  oğlu  Bəhmən 
Mirzə  ağır  topların  və  topçuların  kiçik  bir  bölümünü  Xoya  aparmaq,  orada 
saxlamaqla görəvləndirildi. 
1827-ci  ilin  sentyabr  ayı  idi.  Sonrakı  həftələr  İrəvanı  savunmanın  son 
həftələri  olacaqdı.  Rusiya  İrəvanın  mühasirəsi  üçün  hazırladıqlarını  tamamlamış, 
güclü piyadə, topxana və süvari birimlərini İrəvana doğru yönləndirmişdi. Qalanın 
bütün darvazaları qapanmış və mühasirə tam şəkildə gerçəkləşmədən öncə, dövlət 
çaparlarından başqa kimsənin üzünə açılmırdı. Bəzən də Həsən Xan Sarı Aslan öz 
süvariləri  ilə  şəhərin  dışına  çıxıb,  sürətli  bir  yoxlamadan  sonra  geri  dönürdü.  Bu 
yoxlamalarda  Həsən  Xan  Sarı  Aslan  qala  dışına  çıxdığında  ətraf  kəndlərdə  nə 
qədər  ərzaq-filan  tapsa  idi,  talayıb  qalanın  içinə  daşıtdırırdı.  Çünkü  uzunmüddətli 
mühasirə  qarşısında  yeyəcək  bol  olmalı  idi.  Bu  üzdən  də  bir  çox  kəndlilər  həm 
savaş üzündan, həm də talanmalar səbəbi ilə Osmanlı torpaqlarına üz tuturdular. 
Çox  zaman  keçmədən  mühasirə  işi  tamamlandı.  Sentyabrın  23-də  General 
Paskeviç  şəhərin  güneyində  bir  təpəni  ələ  keçirdi.  24-də  toplar  bu  təpədə 
yerləşdirildi. 25-də səhər erkəndən qala atəşə tutuldu. Qalanı savunanlar böyük bir 
cəsarətlə  bu  atəşə  cavab  verirdilər.  28-29-da  Sarı  Aslan  atəşin  kəsilməsini  istədi. 
Qalanın bir yeri möhkəm xəsarət almışdı və dərhal onarılması gərəkirdi. Ayın 30-
da  təkrar  düşmənə  cavab  atəşləri  başladı.  Qalanın  bir  neçə  yerində  atəşlər 
susdurulmuşdu. Lakin müxtəlif yerlərdə dirəniş davam edirdi. Rusların top atışları 
qalanın  divarlarında  böyük  dəliklər  açırdı.  Evlərin  divarları  yıxılır  və  şəhərin  içi 
cəhənnəmə  dönmüş,  toz-torpaqdan  göz  gözü  görmürdü.  Bu  gərgin  durumda 
qalanın  içində  üsyan  əlamətləri  də  nütfələnməyə  başlamışdı.  Sarı  Aslanın  Sərdar 
Hüseyn  Xana  və  Şahzadəyə  göndərdiyi  çaparlar  yolda  ruslar  tərəfindən 
yaxalanmışdı. 
Oktyabrın  1-də  əhali  qalanın  divarları  üstündə  bəyaz  parçalar  qaldırdı. 
Qalanın  darvazaları  qırılmışdı.  İrəvanda  bulunan  bütün  ordu  əsir  alındı.  Bir 
məscidin içində səngər tutan Sarı Aslan da sonunda əsir düşdü. 
 
RUS ORDUSUNUN TƏBRĠZĠ ĠġĞAL ETMƏSĠ 
 
İrəvanın  düşməsi  general  Paskeviçin  irəliləməsinə  imkan  yaratmışdı.  O, 
uzun  zaman  idi  Təbrizi,  Şahzadənin  başkəndini  işğal  etməyi  qafasına  taxmışdı. 
Paskeviçə  görə  Abbas  Mirzədən  birdəfəlik  qurtarmanın  yolu  Təbrizi  işğal  etmək 
idi. 
Şahzadə öz azalmış və yorğun düşmüş, düzəni pozulmuş ordusunu Təbrizin 
savunmasına  hazırlarkən,  Tehrana  bu  məzmunda  bir  məktub  yazdı:  “Artıq  savaş 

94 
 
gücümüz  qalmamışdır,  sülh  etmək  zorundayıq”.
44
 Ancaq  Şahın  ətrafını  sarmış 
digər Şahzadələr və Abbas Mirzənin rəqibləri bütün bu fəlakətlərin səbəbkarı kimi 
Abbas Mirzəni görürdülər. Abbas Mirzənin varlığını öz övladlarının gələcəyi üçün 
təhdid  ünsürü  kimi  görən  Şahın  qadınları  da  hər  gecə  Abbas  Mirzənin  arxasınca 
Şaha  qeybət  edir,  onun  yenilikləri  ölkəni  bərbad  etdi  deyə  şikayətlənirdilər. 
Padşahın  Abbas  Mirzəyə  qarşı  qızması  üçün  hər  tür  zəminin  hazır  olduğu  bir 
ortamda  Şahzadənin  bu  məktubu  Şaha  çatdırıldı.  Şah  hiddətlə  Abbas  Mirzəyə 
qızmağa başlamışdı. 
İrəvanın  və  Sərdarabadın  düşmə  xəbərini  Şahzadə  Şindabadda  eşitdi. 
Şindabadda  Şahzadə  daha  qorxunc  bir  xəbər  də  eşidəcəkdi:  Təbrizin  ruslar 
tərəfindən  işğal  edilmə  xəbərini!  Artıq  onun  ailə  üzvlərinin  və  qadınlarının  da 
ruslar  tərəfindən  əsir  alınıb  və  hətta  namuslarına  təcavüz  edilmə  məsələsi 
Şahzadənin  ağlından  keçirdi.  Səltənət  ailəsinə  mənsub  olan  bu  insanlar  düşmən 
üçün çox önəmli girov və əsir olaraq nəzərə gəlirdi. Çünkü düşmən bu əsirləri geri 
vermək  üçün  böyük  imtiyazlar  ala  bilərdi.  Digər  tərəfdən,  Təbrizin  işğalı  Abbas 
Mirzənin  sonu kimi bir şey idi. Sadəcə, bu şəhərdə  mövcud olan Şahzadənin  var-
dövləti,  ordu  qərargahları  talanmayacaqdı,  Azərbaycan  ordusunda  da  təmiri 
mümkün olmayan ruh düşgünlüyü yaranacaq, ordu savaş qabiliyyətini daimi olaraq 
itirəcəkdi.  Şahzadəni  şaşırdan  Təbrizin  müqavimətsiz  təslim  olması  idi.  Təbriz 
uzun  zaman  idi  kaosa  sürünməkdə  idi.  Şahzadə  daima  səfərlərdə  olurdu.  Digər 
tərəfdən,  Şah,  Azərbaycanı  öz  kontrolunda  saxlaması  və  Şahzadəyə  olan 
şübhələrini  bərtərəf  etməsi  üçün  Asəf-əd  Dövləni  Təbrizə  nəzarət  etməyə 
göndərmişdi.  O  isə  öz  eyş-işrəti  ilə  məşğul  idi  və  əhalinin  nifrətini  qazanmışdı. 
Əhali  Asəf-əd  Dövlənin  başçılığı  altında  şəhərin  müdafiəsinə  qalxmaq 
istəməmişdi.  Təbrizin  işğalı  zamanı  Şahzadəni  sevən  bir  çox  insan  şəhərdən 
kənarda  idi.  Böyük  oğullarından  biri  Xoyda,  digəri  də  Ərdəbildə  idi.  Digərləri  də 
müxtəlif  qərargahlarda  idilər.  Yalnız  böyük  xoca  Ələsgər  Xan  Şahzadənin 
nümayəndəsi  olduğunu  iddia  edirdi.  Ələsgər  Xan,  Şahzadə  Xanımın  (Abbas 
Mirzənin Qacar soyundan olan xanımı) himayəsi ilə hər kəsdən çox rüşvət alsaydı, 
onu iş başına gətirirdi. 
Təbrizin  ruhani  rəhbəri  Mirzə  Yusif  yenicə  ölmüşdü.  Onun  var-dövlət 
düşgünü  olan  oğlu  gənc  ruhani  Mir  Fəttah  əhalinin  fikrini  azdırmaq  üçün  çox 
uyğun faktor idi. Mir Fəttah fətva vermişdi ki, artıq müqəddəs İslam-Kafir savaşı 
bitmişdir, Tanrı rusların yardımçısı olmuşdur. Tanrının iradəsinə tabe olub ruslara 
itaət etməliyik. 
Beləliklə,  Təbriz  heç  bir  dirəniş  göstərmədən  təslim  olmuşdu.  Ancaq 
düşmən  Təbrizə  qədər  necə  gəlmişdi  ki,  kimsə  bilməmiş  və  yol  boyunca  heç  bir 
                                                           
44
Əhvalat  və  dəst  xətthaye  Abbas  Mirzə  Naib-üs  Səltəne  (Abbas  Mirzənin  tərcümə-i  halı  və 
əlyazmaları). 
 

95 
 
qarşıdurma olmamışdı? Bu mövzu özü ayrıca bir tarixdir. Aylar öncədən Təbrizin 
işğalı  üçün  Paskeviç  hər  tür  hazırlığı  etmişdi.  Casusları  vasitəsi  ilə  Təbrizin 
savunma imkanlarını öyrənmiş, iqtisadi həyatı haqda bilgi əldə etmişdi. Bu üzdən 
də  Abbas  Mirzə  Təbrizdə  olan  hərbi  imkanları  daşımadan  bu  şəhər  işğal  edilməli 
idi.  Digər  tərəfdən,  Təbriz,  Abbas  Mirzənin  həm  çox  güvəndiyi,  həm  çox  sevdiyi 
şəhər  olmanın  yanı  sıra,  Şahzadə  burada  bir  çox  reformlar  gerçəkləşdirmişdi.  Bu 
şəhərin işğalı ilə eyni zamanda Abbas Mirzənin heysiyyətinə böyük zərbə endirir, 
gələcəkdə  onun  şah  olma  şansını  əlindən  ala  bilərdilər.  Çünkü  Abbas  Mirzənin 
Fətəli  Şahın  ölümündən  sonra  tac-taxt  sahibi  olması  Rusiyanın  mənafeyinə  qarşı 
idi. Bütün ölkəni Avropa ilə ittifaqa götürmə gücü olan və bu vəsilə ilə də güclü və 
modern  bir  məmləkət  yarada  biləcək  bir  şəxsin  şah  olması  Rusiyanın  bölgədəki 
çıxarlarını təhdid edirdi. Bu üzdən də Şahzadənin başkəndi işğal edilməli idi. 
Abbas  Mirzə,  Abaran  savaşında  zəfər  qazanmasına  rəğmən  geri  çəkilməsi 
Rusiyanı  Şahzadənin  qaynaqlarının  tükənməsi  konusunda  şübhələndirmişdi.  Bu 
şübhəni  dəqiqləşdirmək  üçün  araşdırmalar  aparılmış  və  haqlı  olduqları  ortaya 
çıxmışdı.  Bu  nədənlə  də  Paskeviç  böyük  bir  cəsarətlə  dirək  Təbrizə  doğru 
irəliləməyə başlamışdı. Paskeviç özü Culfa  yolu ilə Təbrizə tərəf hərəkətə başladı. 
General  Aristov  isə  bir  sütun  ordusuyla  Naxçıvandan  Təbrizə  doğru  hərəkətlənib 
və Mərənd yolu ilə Şahzadənin başkəndinə doğru hərəkətə davam etdi. 
Cahangir Mirzənin yazdığına görə Nəzərəli Xanın edamından sonra Mərənd 
xanları  Şahzadəyə  qarşı  düşmənlik  duyğusu  bəsləməyə  başlamışdılar.  Bu  xanlar 
intiqam  üçün  fürsət  axtarırdılar.  Ona  görə  də  bu  xanlar  Naxçıvanda  General 
Aristova  varıb  və  Təbrizin  kaotik  durumunu  anlatmış,  Təbriz  baş  ruhanisi  Mir 
Fəttahın  mövqeyini  ona  bildirmişlər.  Generala  demişdilər:  “Təbrizdə  az  əhali  var. 
Təbriz  əhalisi  sizin  gəlişinizdən  yanadır.  Mir  Fəttah  da  belə  düşünür.  Əgər  siz 
Abbasabad  qalasında  min  nəfər  qoyub  və  üç  min  nəfərlik  orduyla  Mərənd 
istiqamətindən  Təbrizə  hücum  etsəniz,  şəhəri  təslim  ala  bilərsiniz.  Siz  Təbrizə 
yaxınlaşdığınızda  əhali  üsyan  edib  və  sizə  yardımçı  olacaq.”
45
 Sonra  da  rus 
ordusunun  hansı  yollarla  Təbrizə  gəlməsi  üçün  bələdçilik  də  etmişlər.  General 
Aristov 3.000 piyadə, 1.000 qazaq və on topla Təbrizə yola düşmüşdü. Rus ordusu 
Təbrizin  altı  ağaclığında  olan  Sofyana  çatdığında  şəhərin  əhalisində  təslimiyyət 
duyğusu yaranmağa başlamışdı. Çünkü Şahzadənin başkəndinin burnunun ucunda 
olan  rus  ordusu  heç  bir  dirənişə  rastlanmadan  buraya  qədər  gəlmişsə,  Təbrizə  də 
girəcəkdir demək idi. 
Asəf-əd Dövlə və Ələsgər Xan dəqiq bilgi öyrənmək üçün Sofyana tərəf bir 
neçə  süvari  göndərdilər.  Düşmənin  Təbrizin  dörd  ağaclığında  olduğu  öyrənildi. 
Şahzadəyə  sadiq  olan  barmaq  sayı  adamlar  həmən  Təbrizin  iyirmi  ağaclığındakı 
qərargahda olan Abbas Mirzəyə xəbər verməkdən yanaydılar. Bəziləri də fərardan 
yanaydılar.  Ruhani  rəhbərin  təsiri  altında  olan  çoğunluq  isə  Mir  Fəttahın 
                                                           
45
Cahangir Mİrzə, “Yeni tarix”. 

96 
 
yönləndirməsinə tabe idi. Təbrizin baş mollası Mir Fəttah fətva vermişdi ki, yalnız 
bir  çıxış  yolu  vardır:  Rus  fatehin  iradəsinə  təslim  olmaq!  Asəf-əd  Dövlə  də  Mir 
Fəttah  kimi  düşünməkdə  idi,  lakin  zahiri  təşrifatı  qorumaq  üçün  iki  topun  Gəcil 
darvazasında  yerləşməsinə  əmr  verdi.  Rus  ordusunun  Təbrizə  girişi  bu  darvaza 
yolu ilə mümkün idi. Bir neçə top gülləsi də düşmənə tərəf sıxışdırıldı. Lakin Mir 
Fəttah fətva vermişdi ki Təbriz dirənməməlidir. Bu üzdən öz tərəfdarlarını toplayıb 
və  Gəcil  darvazasının  ağır  ləngələrini  rusların  üzünə  açıq  qoydu.  Rus  fateh,  Mir 
Fəttah tərəfdarlarının böyük təntənəli istiqbalı ilə şəhərə daxil oldu. Asəf-əd Dövlə 
fərar  edib,  bir  tanışının  evində  gizlənmişdi.  Lakin  Mir  Fəttahın  tərəfdarları  onun 
yerini öyrənib, ruslara təslim etdilər. 
General Aristov yağmalanmanı durduruncaya qədər şəhərin bir çox yerləri, 
özəlliklə  zəngin  yerlər  bütünü  ilə  talanmışdı.  Təbrizin  təslim  olması  Şahzadənin 
ailəsinə də təsir etmişdi. Artıq bütün rəqabət hissləri sönmüş və hər kəs bir otaqda 
Şahzadə  Xanımın  çevrəsinə  toplaşmışdı.  Abbas  Mirzənin  saray  işlərinin  məsulu 
olan  Mirzə  Məhəmməd  Xan  Laricani,  Şahzadə  Xanımın  sarayına  yaxınlaşdı.  Bu 
adam  çox  təcrübəli  bir  xidmətçi  idi.  Mazəndəranla  Savadkuh  süvariləri  onun 
əmrinə  tabe  idi.  Şahzadə  Xanımın  hüzurunda  səsini  yüksəltməyə  cəsarət  edə 
bilməyən  Mirzə  Məhəmməd  Xan  ilk  dəfə  olaraq  yüksək  səslə  bağırır  və  yüksək 
gurultu ilə Xanımın qapısını çalırdı. Bütün davranışlarından qorxu hissi
 
tökülürdü. 
Şübhəsiz  ki,  bu  da  Şahzadə  Xanımı  və  çevrəsindəki  digər  ailə  üzvlərini  daha  da 
qorxudurdu.  Məhəmməd  Mirzə,  Şahzadə  Xanıma  dedi  ki,  kəcavə  hazırdı,  Sizi 
Əraka  və  Xəmsəyə  tərəf  qaçıracaqlar.  Ancaq  Abbas  Mirzənin  ailəsi  General 
Aristov  üçün  çox  önəmli  girovlar  ola  bilərdi.  Bu  üzdən  də  onların  şəhərdən  çıxa 
bilməmələri üçün heç şübhəsiz ki, öncədən planları varmış. Rus süvariləri Şahzadə 
Xanımı bütün ailə üzvləri ilə bir yerdə Təbrizin iki ağaclığında yaxaladılar. Ancaq 
onlara toxunmamaq üçün General Aristov əmr vermişdi. 
*** 
Böyük ehtimala görə ruslar Abbas Mirzənin özünü də əsir almaq istərdilər. 
Abbas  Mirzə  də  Təbrizin  düşməsindən  sonra  bu  təhlükəni  hiss  edib  Xoydakı 
qərargahını tərk etdi. Daha güvənli yerə getmək zorunda qaldı. Xoydakı qərargahın 
komutanlığını  oğlu  Bəhmən  Mirzəyə  tapşırıb,  özü  isə  hələ  güvənli  olan  Urmuya 
(Urmiyeye)  getdi.  Abbas  Mirzə  hər  gün  yeni  bir  xəyanət  xəbəri  eşidirdi.  General 
Paskeviçin  Təbrizə  girərkən  qarşısında  qurban  kəsilməsi  Şahzadənin  qüruruna 
toxunmuşdu.  Bilirdi  ki,  bütün  bunların  hamısını  Mir  Fəttah  etmişdir.  Mir  Fəttah, 
Marağa, Əhər, Ərdəbil xanlarına məktub yazmış və ilahi iradənin qarşısında təslim 
olmalarını  istəmişdi.  Abbas  Mirzənin  kafir  ölkələrlə  yaxınlaşıb  və  onlar  kimi 
davranması  üzündən  Tanrı  bu  torpağı  cəzalandırmışdır.  Tanrı  iradəsinə  qarşı 
gəlmək günahdır deyə fətvalar vermişdi. 
Abbas  Mirzə  Urmu  və  çevrəsində  çox  hörmətlə  qarşılandı.  Bu  bölgənin 
insanları Abbas Mirzənin onları kürd soyğunçulardan qurtardığını unutmamışdılar. 
Ancaq  Abbas  Mirzə  artıq  insanların  üzünə  dik  baxa  bilmirdi.  Başkəndinin 

97 
 
dirənmədən  təslim  olması  onu  çox  təhqir  etmişdi.  Bu  bölgənin  insanları  isə  onun 
istiqbalına  varıb  və  ətəyindən  öpürdülər.  İnsanların  onu  bu  şəkildə  qarşılaması 
Şahzadəni bir az da  olsa  sakitləşdirirdi.  Demək  ki,  hələ  də  xalq  arasında  hörməti 
məhfuzdur.  Lakin  o  bölgənin  də  böyük  xanları  Təbrizin  işğal  olunmasını 
eşitdiklərində  içlərində  Şahzadəyə  qarşı  olan  əski  nifrətləri  baş  qaldırdı.  Hər  kəs 
bilirdi  ki,  artıq  Şah,  Abbas  Mirzəni  sevməməkdədir.  Hər  an  onun  bütün 
rütbələrinin Şah tərəfindən alınma ehtimalı var idi. Hər kəsin ağlında gəzən bir sual 
var  idi  ki,  Abbas  Mirzənin  səlahiyyətləri  qardaşlarından  hansına  verilə  bilər?  O 
bölgənin  də  xanları  Abbas  Mirzənin  artıq  sərgərdan  və  zavallı  birisi  olduğu 
qənaətinə varmış və intiqam almaq fikrinə qapılmışdılar. Şahzadə bu kinli baxışları 
hiss  edirdi.  Onların  xəyanətlərindən  qorunmaq  üçün  özü  ilə  bərabər  kiçik  süvari 
dəstəsi gəzdirirdi. Ancaq Şahzadənin büdcəsi tükənmişdi, bu kiçik dəstədən ibarət 
olan süvariləri təmin etməkdə zorluq çəkirdi. Digər tərəfdən, ağlında belə bir fikir 
gəzirdi ki, məğlubiyyəti qəbul etməli və Paskeviçlə bir şəkildə təmasa keçməlidir. 
Bu  üzdən  Paskeviçə  bir  məktub  yazdı.  Məktubu  ona  çatdırmaq  üçün  yanında 
gəzdirdiyi  özəl  qvardiyanın  komutanı  Bijən  Xana  verdi.  Özü  isə  Səlmasın 
çevrəsində  bir  yerdə  yerləşib  cavab  gözlədi.  Bu  qərargah  nisbətən  güvənilir  idi. 
Digər tərəfdən, bəzi ordu komutanları da buraya gəldilər. Məsələn, Sərdar Hüseyn 
Xan  ayaqda  qalan  ordusu  ilə  bərabər  buraya  gəldi.  Şahzadə  Hüseyn  Xanın  oraya 
gəlməsindən  rahatsız  kimi  görünürdü.  Çünkü  savaş  zamanı  ortaya  çıxan 
müttəfiqlik  duyğusu  məğlubiyyət  üzündən  ortadan  qalxmışdı.  Keçmişdə  olduğu 
kimi  hər  şey  onları  bir-birindən  ayırırdı.  Şahzadə,  Hüseyn  Xanın  xəyanət 
etməsindən  çəkinirdi.  Çünkü  hər  şeyini  itirmiş,  Sərdar  Hüseyn  Xan,  Şahzadəni 
təslim  etməklə  çox  şeyə  nail  ola  bilərdi.  Bu  kiçik  qərargahda  diqqəti  cəlb  edən 
xaricilərin  daha  çox  gözə  dəyməsi  idi.  Şahzadə  bu  ağır  günlərində  İngiltərə 
diplomatları ilə əlaqə saxladı. 
İngiltərənin  yeni  diplomatı  Mək  Donald  özəl  qələm  müdiri  Kompbellə 
bərabər  Şahzadənin  yanında  idi.  Rus  ordusu  Təbrizə  girdikdən  sonra  İngiltərə 
dərhal  Abbas  Mirzə  ilə  təmasa  keçmək  istədi.  Çünkü  bilirdilər  ki,  sülh 
müzakirəsində  başı  əyyaşlığa  qarışmış  Fətəli  Şah  iştirak  etməyəcək,  Şahzadə 
iştirak edəcəkdir. Bu üzdən də bu barış müzakirəsi İngiltərənin bölgədəki, özəlliklə 
Hindistandakı mənafeyini təhdid etməməli idi. Çünkü Rusiyanın planlarından birisi 
də  Qacar  ölkəsi  yolu  ilə  Hindistana  girmək  idi.  Bu  səbəbdən  də  İngiltərə  sülhün 
təfərrüatını  öyrənmək  üçün  Abbas  Mirzənin  qəbuluna  həmən  bir  diplomat 
göndərmişdi. Fətəli Şah da İngiltərənin arabuluculuğuna olumlu baxırdı. 
Albay  Məkdonald  öz  xatirələrində  şöhrəti  Avropanı  saran  Şahzadəni  ilk 
dəfə necə gördüyünü anladır. Şahzadə yorğun və xəstə bir halda bir çinar ağacının 
altında  oturmuşdu.  Bulunduğu  qərargahın  mövqeyindən  dolayı  bu  yabançının 
xəyanət  edə  biləcəyinə  inanmırdı.  Bu  üzdən  də  bəzi  içini  üzən  sıxıntılarını  ona 
söyləməyi rəva bildi. Savaşdakı məğlubiyyətin üzücü təsirindən başqa, başqa özəl 
sıxıntıları  da  vardı.  Uzun  zaman  idi,  Şah  ona  yardım  etmirdi.  Bütün  qaynaqları 

98 
 
tükənmişdi. Hətta ona sadiq qalan barmaqsayı adamların belə ehtiyaclarını bərtərəf 
edə  bilmirdi.  Abbas  Mirzə  düşünürdü  ki,  bu  sadiq  insanların  dözümlərinin  bir 
həddi var. Onlar da getsə, onun aqibəti necə olar? İntiqam almaq üçün uyğun fürsət 
axtaran nə qədər düşmən var idi. Lakin artıq Abbas Mirzə İngiltərə üçün lazımlı bir 
insana  dönüşmüşdü.  İngilis  diplomatın  söylədiklərinin  nə  qədər  doğru  olub-
olmadığı  mübahisə  mövzusu  ola  bilər.  Lakin  Mək  Donaldın  dediyinə  görə, 
Şahzadə ondan 3.000 tümən borc istəmişdir.
46
 Mək Donald  heç tərəddüd etmədən 
Şahzadənin bu istəyini yerinə yetirdi. Lakin siyasət dünyasında bu kimi yardımlar 
qarşılıqsız  və  təmənnasız  olmur.  Mək  Donald  Səlmasda  bulunduğu  zaman 
dövlətinin  təlimatı  üzərinə  1814-cü  ildəki  anlaşmanın  bəzi  maddələrinin  ibtalını 
istədi. Bunun qarşılığında isə İngiltərənin Abbas Mirzəyə maliyyə yardımını təklif 
etdi.  Abbas  Mirzə  Mək  Donaldın  bu  istəyinə  bir  neçə  aydan  sonra  müsbət  cavab 
vermək  zorunda  qalacaqdı.  Yəni  Azərbaycanın  işğal  olunmuş  bir  çox  bölgələrini 
para  ilə  geri  almaq  zorunda  qaldığı  zaman  İngiltərənin  bu  istəyi  ilə  razılaşacaqdı. 
İngiltərə  1814-cü  il  müqaviləsindən  iki  maddənin  çıxarılmasını  istəyirdi.  Bu 
müqaviləyə  görə  Qacar  dövləti  savaşa  girdiyi  zaman  İngiltərə  ona  yardım  etməli 
idi. İngiltərə 250.000 tümən qarşısında bu bəndin silinməsini istəyirdi. Bu məbləğ 
rusların  savaş  ziyanı  olaraq  istədikləri  miqdarın  tam  yarısı  idi.  Rusiya  ya  bu 
məbləğin  ödənilməsini,  ya  da  Qəzvinə  qədər  Rusiyanın  idarəsinə  keçilməlidir 
təklifini  gətirmişdi.  Mək  Donald  öz  katibini  Paskeviçlə  görüşmək  üçün  Təbrizə 
göndərdi. Lakin Paskeviç İngiltərənin arabuluculuq önərisini qəbul etməmiş, ingilis 
nümayəndəsini  geri  göndərmişdi.  Ancaq  Abbas  Mirzənin  göndərdiyi  Bijən  Xanı 
Təbrizdə  bəklətməkdə  idi.  Təbrizdə  qərargahını  qurmuş  olan  Paskeviç  böyük  bir 
arxayınlıqla  davranırdı.  Nə  edəcəyini  yüz  ölçüb  bir  biçirdi.  İngiltərənin  devriyə 
girməsini heç istəmirdi. 
Təbrizdə  məhbus  olan  əski  Başvəzir  Asəf-əd  Dövlə  rusların  kontrolunda 
Tehranla əlaqə saxlaya bilirdi. Asəf-əd Dövlə ağlında xüsusi planlar hazırlamışdı. 
Paskeviç  onu  qəbul  etdiyində  bütün  bu  planlarını  ona  açıqlayacaqdı.  O,  rus 
generalına dedi ki, məsələ sizin düşündüyünüz kimi mürəkkəb deyildir. Siz bilmiş 
olun ki, Fətəli Şahın ən nifrət etdiyi şey onun xəzinəsinə ziyan gətirən hadisələrdir. 
Bu üzdən də savaş zərərinizi nə qədər çox olaraq Şaha təqdim etsəniz, bir o qədər 
də  tez  başarılı  olarsınız.  Şah  öz  büdcəsini  ölkəsindən  daha  çox  sevir.  Asəf-əd 
Dövlə,  Abbas  Mirzənin  durumu  haqqında  da  rus  generalına  bilgi  verdi.  Əski 
Başvəzir dedi ki, Şahzadənin artıq Şahın yanında etibarı qalmamışdır. Ən sonda isə 
Paskeviçə təklif etdi ki, daha çox imtiyaz qazanmaq istəyirsinizsə Fətəli Şaha təklif 
edin ki, Qacar dövlətini müzakirələrdə və masa başında Asəf-əd Dövlə təmsil etsin. 
Şahın yaxın qohumu olan bu əski Başvəzirin təklifləri qısa bir sürəliyinə Paskeviçi 
tərəddüdə  saldı.  Lakin  onun  ləhnindən  və  davranışlarından  xoşlanmadığı  üçün 
                                                           
46
Watson Robert Grant, “A History of Persia”, London 1866, s. 234. 
 

99 
 
Abbas  Mirzəni  tərcih  etdi.  Paskeviçin  Abbas  Mirzəni  tərcih  etməsi  həm  də 
İngiltərənin  Şahzadəyə  verdiyi  önəm  üzündən  idi.  Digər  tərəfdən,  rus  generalı 
hesab edirdi ki, onun istəyəcəyi məbləği nə Fətəli Şah, nə də başqa dövlətlər Asəf-
əd Dövləyə güvənib borc verərlər. Paskeviç İngiltərə kimi böyük bir dövlətin rəsmi 
elçisinin o anda Abbas Mirzənin yanında olduğunu bilirdi. 
Abbas Mirzə qorxunc  məğlubiyyətinə rəğmən özünü toparlamağa çalışırdı. 
Xanların və qardaşlarının xəyanəti hər an onun başına yeni bir fəlakət aça bilərdi. 
Paskeviç  yazır  ki:  “Abbas  Mirzəni  əsir  almaq  imkanım  var  idi.  Xanlardan  bir 
neçəsi  mənimlə  əlaqə  saxlayıb,  onu  yaxalayıb  mənə  təhvil  vermələri  haqda 
razılığımı istəyirdilər”
47
 
 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin