FƏTƏLĠ ġAH SƏLTƏNƏTĠNĠN
ĠLK ĠLLƏRĠNDƏ QACAR SARAYININ DURUMU
İnkar etmək olmaz ki, Fətəli Şahın səltənətinin ilk illərində bir tür sənət
renesansı kimi bir hadisə ortaya çıxmışdır. Şahın da gözəl binalar yaptırma həvəsi
ifrat şəkildə mövcud idi. Bu memari əsərlər Pəhləvi dönəmində özəlliklə məhv
edildilər ki, Qacarlardan memari miras olaraq bir əsər qalmasın. Çünkü Pəhləvi
sülaləsi özünü Qacar düşmənçiliyi zəminində gəlişdirmişdi. Sonra da Pəhləvilərin
bu Qacar düşmənçiliyi tutumları türklərə qarşı açıq həqarət şəklində ortaya
çıxacaqdı. Fətəli Şahın ilk yapdırdığı saray “Qacar Taxtı” idi.
Fətəli Şah da əmisi Ağaməhəmməd Xan kimi ovçuluğu çox sevir, ov
ovlamaqdan zövq alırdı. Fətəli Şah hara getsə idi yalnız olmazdı. Bəlli şəxslər hər
zaman yanında olardı.
Gürcüstan məsələsi Fətəli şahı daima düşündürməkdə idi. Gürcüstan bu
coğrafiyada iqtidara gələn bütün dövlətlər üçün önəmli olmuşdur. Çünkü bütün
11
dönəmlərdə şahlar Gürcüstanın şərabına, balına və gözəl qızlarına heyran
olmuşlar
*
. Rusiya yandaşlığı ilə bilinən Erkli
2
öldükdən sonra onun oğulları və
nəvələri Fətəli Şaha olumlu baxmağa başlamışdılar. Fətəli Şah da onlara hörmətlə
yanaşırdı. Şah onlara müttəfiq kimi baxırdı. Çünkü Baqratiyon xanidanı əskilərə
dayanan soylu bir ailə idi. Fətəli Şah Gürcüstanı zorla və ya dostluq yolu ilə işğal
etmək haqqında düşünürdü.
1800-cü ilin baharında Gürcüstan şahzadələrinin Xoya gəlmələri
qərarlaşdırılmışdı. Burada şahzadələr Rusiyanın Gürcüstana uyquladığı ağır şərtləri
dilə gətirib, Fətəli Şahdan yardım istəyəcəklərdi. Ancaq Xorasandakı olaylar Fətəli
Şahın Xoya gəlməsini əngəllədi. Xorasandakı qiyamları yatırmaq üçün bu bölgəyə
getmək zorunda qaldı. Bu bölgədə Nadir Mirzə ilə Zaman Xan Abdali, Qacarlara
qarşı ortaq hərəkət etmək istəyirdilər. Zaman Xan, Nadir Şahın ordusunda böyük
mənsəb sahibi olan Əhməd Xan Dəvəraninin nəvəsi idi. Nadir Şah öldükdən sonra
Türküstanın, Xorasanın və Hindistanın bir bölümünü əlində bulundurmaqda idi.
Fətəli Şah bu önəmli təhdid ünsürünü ortadan qaldırmaqda qərarlı idi. Fətəli Şah
insani təbiətə sahib idi, çünkü həyatın gözəlliklərinə inanır və həyatdan zövq
almağı daima göz önündə bulundururdu. Yalnız bütün bu xarakterinə rəğmən, bəzi
yaxın adamlarını uzaqlaşdırmağı da nəzərdən qaçırmırdı. Qacar öldükdən sonra
Fətəli Şahın iqtidara gəlməsinə yardımçı olan Fars vilayətinin əski elbayı Etimad-
üd Dövlənin davranışları Fətəli Şahda şübhə oyatmışdı. Qacar sarayında və bir çox
çevrələrdə yayılmışdı ki, Fətəli Şah sadəcə, isim olaraq şahdır, əslində isə ölkəni
idarə edən Etimad-üd Dövlədir. Bu şayiənin yayılışına Etimad-üd Dövlə yardımçı
olmuşdur. Etimad-üd Dövlə sadəcə, öz yaxınlarını saraya yerləşdirməklə
kifayətlənməmiş, həm də müxtəlif vilayətlərdə də öz adamlarını elbay və hərbçi
olaraq yerləşdirmiş, ölkənin ticarət işlərini də ələ keçirmişdi. Etimad-üd Dövlə
Şahın ona qarşı başlayan şübhələrindən xəbərsiz deyildi. O da iqtidara gəlməsinə
yardım etdiyi bu gənc padşahdan xoşlanmırdı, ancaq iqtidarın dəyişik
mərkəzlərində yerləşdirdiyi adamlarına güvəndiyi üçün qorxmurdu. Uyğun bir
zamanı bəkləyirdi ki, bir devrilişlə ölkənin bütün yönətimini ələ keçirsin. Digər
tərəfdən, Etimad-üd Dövlə İngiltərənin Hindistandakı tacirləri ilə də ticari və gizlin
siyasi irtibat qurmuşdu.
Fətəli Şah işrət məclisinə hər kəsi buraxmırdı. İşrət və şənlik məclisi türlü-
türlü gözəl qadınlarla dolu idi. Bu qadınların çoxu ilə cinsi ilişkidə bulunurdu. Bu
qadınların bir çoxu ona şahzadələr doğurmaları nədəni ilə işrət məclisindən
uzaqlaşır və padşahın qadınları cərgəsinə qatılırdılar. Padşah, qadın düşgünlüyünü
*
Səfəvilər dönəmində də başkənd İsfahana intiqal etdikdən sonra Səfəvilər sarayını ən çox gürcü və
ermənilər, özəlliklə gürcü və erməni qadınların yaxınları öz təsirləri altına almışdı. (G.C.)
2
Bu ad Qacar dönəmi qaynaqlarda müxtəlif şəkildə yazılmışdır. Qacar qaynaqlarında yazılan türlər:
Erkele, Erkli, Erikli, Herakli, Herakliyus.
12
kimsə görməsin deyə hər kəsi bu məclisə buraxmırdı. Fətəli Şahın öz ləzzət və
zövqlərini paylaşdığı kişi onun əmisi oğlu idi. Fətəli Şah çocuqluq arkadaşı olan bu
əmisi oğlunu çox sevdiyi üçün öldürməmiş, amma gözlərini çıxarmışdı. Bu üzdən
də onun işrət məclislərində bulunmasında bir sakınca görmürdü. Çünkü kor idi və
sarayda olub bitənlər onu təhrik edib başqa xəyallara daldıramazdı.
***
Səfəvilərin son şahı Şah Sultan Hüseyn zamanından bu yana heç bir xarici
ölkə səfiri dövlət başçısı ilə görüşməmişdi. Nə Nadir Şah dönəmində, nə də
Ağaməhəmməd Xan dönəmində. 1800-cü ilin yayında albay Molkolm Buşəhrə
varar-varmaz Fətəli Şahla görüş istəyində bulunması hər kəsi və saray adamlarını
da şaşırtdı
*
. Molkolm, Hindistanın hökmdarını təmsilən və Hind kompaniyasının
elçisi kimi Şahla görüşmək istəyirdi. Padşah Xorasandakı qiyamı yatırmaq üçün
Tehrandan çıxdığına görə Molkolmun Şahla görüşü dekabr (aralıq) ayına ertələndi.
1801-ci ilin yanvar (ocaq) ayında Molkolm vasitəsi ilə Qacariyyə və İngiltərə
arasında anlaşmalar imzalandı. Molkolm bu xəbəri böyük bir zəfər olaraq mərkəzə
duyurdu. Əslində bu anlaşma ilə İngiltərənin Qacariyyəyə ayağı açılırdı. Molkolm,
Qacariyyədə “İngiltərə altunundan daha dəyərli bir şey yoxdur” fenomenini
yaratdı. Qacariyyə tarixi üzrə uzman (mütəxəssis) olanlar yazırlar ki, Molkolm
Tehranda olduğu zaman Abbas Mirzə Azərbaycanda imiş. Azərbaycanda bəzi
xanların qiyamlarını yatırmaqla məşğulmuş. Xorasanda bulunan Fətəli Şah, Con
Molkolmu qəbul etmək üçün Abbas Mirzənin Tehrana gəlməsini istəyir. Amedee
Jauberin “Persiya səfəri” adlı kitabında verdiyi bilgilərə görə bu zaman çox gənc
olan Abbas Mirzə bu görüşmə sürəsincə Batıda olub-bitənlərlə daha çox ilgilənir.
İngiltərənin Hindistandakı davranışları konusunda sorular sorurdu. Ona Moğulların
son qalıqları olan kiçik dövlətləri və şahlıqları necə yendikləri konusunda bilgi
vermələrini istəyirdi. Öz dövləti və məmləkəti haqda qayğılı olan Abbas Mirzə
düşünürdü ki, İngiltərə bu qədər geniş miqyaslı imkanlarını Hidistanla sınırlı tuta
bilməz. Gec-tez başqa ölkələrə də soxulmaq istəyəcək. İngiltərənin böyüməsini və
texnoloji tərəqqisini gözləmləyən Abbas Mirzə gələcəkdə ölkəsinin İngiltərə
tərəfindən işğal ediləcəyindən qorxurdu. Bu üzdən də Hindistan və İngiltərə
haqqında sorular sorurdu. Batılı elçilərin yazdıqlarına görə Abbas Mirzə görüşdüyü
bütün batılı heyətlərə sorular sorurmuş.
Şahzadə Abbas Mirzə 1802-ci ildə atasının istəyi üzərinə öz əqrəbalarından
olan Mirzə Məhəmməd Xan Dollunun qızı ilə evləndi. Ağaməhəmməd Xan Qacar
tərəfindən “Qacar yasası” olaraq tətbiq edilən kurala görə Abbas Mirzənin bu
qadınından dünyaya gələcək olan çocuğu gələcəyin vəliəhdi olacaqdı. Çünkü
*
Con Molkolm (sonralar Ser Con Molkolm olaraq məşhur oldu) demək olar ki, bütün xidmət dönəmini
İngiltərənin Hind ordusunda keçirdi. Qacariyyədəki məmuriyyətindən başqa ona heç bir diplomatik
görəv verilməmişdi. O, Hindistandakı işlərindən dolayı İngiltərə krallığı tərəfındən sevilsə də, yalnız
israfçılığından və çox bədxərcliyindən dolayı tənqid edildi. (“Ser Con Molkolmun yaşamı və
məktubları” Yazar: G. W., London, 1885)
13
Dollular Qacar soyunun boylarından biri idi. Abbas Mirzənin gənc eşi haqda ancaq
bu qədər bilinməkdədir. Onun Dollu soyundan olması bəllidir. Bir də ana mələkə
öldükdən sonra İkinci Məhd-i Ülya (ulu qadın) ləqəbi ona verilmişdir. Ancaq Fətəli
şahın anasına məxsus olan tam iqtidar və mütləq iradə sahibi olma kimi bir imkan
ona qismət olmamışdır.
***
Qış fəsli hər tür hərbi əməliyyatı durğun duruma gətirmişdi. Hər kəs güc
birikdirmək üçün ev-eşiyinə gedirdi. Ancaq bahar gələr-gəlməz Şah, ordunu
düzənli vəziyyətə gətirirdi. Ya şəxsən özü ordunun komutanlığını üstələnirdi, ya da
komutanlığı yetişkin şahzadələrdən birinə buraxırdı. Şahzadə Məhəmmədəli Mirzə
və Abbas Mirzə ilk komutanlıq görəvini üstləndilər. Ən gənc yaşlarında, yəni 14-
15 yaşlarında savaş atəşi ilə tanış oldular. Məhəmmədəli Mirzə atası ilə bərabər
Xorasana getdi. Şah, onun savaşa olan həvəsini görüb təcrübəli mənsəb
sahiblərinin nəzarəti altında daima özbəklər tərəfindən hücuma məruz qalan
ölkənin Doğu sınırlarını qorumaqla görəvləndirdi. Məhəmmədəli Mirzənin
(Dövlər-Şahi) tərəfdarları ən yaxın zamanda onun Xorasanın elbayı olacağına
inanır və buna görə onunla irtibatlarını genişlətməyə çalışırdılar. Ancaq Fətəli Şah
onu mərkəzə çağırıb Qəzvinin elbayı elan etdi.
Abbas Mirzə də 1799-cu ildə Azərbaycanda ordunun komutanlığını
üstləndi. Burada Qacarlara qarşı baş qaldıran xanlarla savaş hazırlığına başladı.
Gənc komutana bir neçə öndə gələn Qacar xanları da eşlik edirdilər. Bunların ən
önəmlisi Əsədulla Xan Nuri idi. Tarixi verilər göstərir ki, bu adam Abbas Mirzə
üçün 30 minlik ordu təşkil etməyi bacarmışdı. Hər kəsin üzərində düşündüyü
Abbas Mirzənin Azərbaycan əhalisi ilə olan münasibətləri idi. Vergilərdən bezmiş
və yoxsullaşmış, kürdlərin silahlı basqınlarından cana gəlmiş Azərbaycan əhalisinə
Abbas Mirzə özəl bir özən göstərir, onların durumlarının yaxşılaşması üçün bir çox
işlər görür, fərmanlar verirdi. Bu yazıq, miskin, yoxsul insanlar hərbçi süvariləri
gördüklərində fərar edirdilər. Lakin Abbas Mirzənin mehribanca davranışlarını
gördükdə ona fövqəl insan kimi baxırdılar. Abbas Mirzənin davranışına güvənən
və onun Azərbaycan sevdasına inanan bu yoxsul insanlar duz çörəkləri ilə,
süfrələrindəki olan-olmazları ilə Abbas Mirzəyə və onun Azərbaycan Ordusuna
yardımda bulunurdular. Beləcə, Abbas Mirzə Azərbaycan əhalisi arasında hörmət
qazanır, azərbaycanlıların sevimlisinə çevrilirdi.
Azərbaycan kəndlilərinin yaşayışını normal hala gətirmək Abbas Mirzənin
fikrini məşğul edən birinci məsələ idi. Abbas Mirzəyə eşlik edən Qacar soylu yaşlı
insanlar onun bu yoxsul insanlara göstərdiyi münasibəti keçici gənclik hissiyatı
kimi dəyərləndirirdilər. Azərbaycan əhalisinin bu qədər yoxsulluq içində
yaşamasından üzüntü duyan Şahzadəni anlamaqda zorluq çəkirdilər.
Abbas Mirzənin ordusu Təbrizin kənarında otraq saldı. Abbas Mirzə, Xoy
və civarında hökm sürən, kəndliləri talayan və Qacarlara qarşı dirənc göstərən
Cəfərqulu Xan Dənbəliyə ixtar göndərdi ki, qısa zamanda onun hüzurunda
14
bulunsun. Yoxsa bütün olacaqlardan və başına gələcəklərdən özü sorumlu
olacaqdır. Dənbəli Abbas Mirzənin bu ixtarını önəmsəmədiyi üçün Azərbaycan
ordusu Xoya doğru hərəkətə başladı. Ancaq Xoya çatdığında xəbər gəldi ki,
Dənbəli ən yaxşı süvariləri ilə bərabər şəhəri tərk etmiş və yoxa çıxmışdır
3
.
Dənbəli illərcə ruslar tərəfindən Abbas Mirzəyə qarşı dəstəkləndi. Dənbəli,
soyğunçu kürd qrupları ilə, o cümlədən Şəqaqilərlə, Sinkilərlə və Yəzidilərlə olan
yaxşı münasibətindən dolayı öz bölgəsində önəmli biri kimi tanınırdı. Bu üzdən də
Dənbəlini təqib etmək çətin iş idi. Bir kərə onu bir kürd kəndində mühasirəyə
aldıqlarını sandılar. Ağır itki verərək bu kənd ələ keçirildi. Ancaq yenə də
Dənbəlidən xəbər yox idi. Gecənin qaranlığından yararlanaraq bu dəfə də qaçmağı
başarmışdı. Əldə olan bilgilərə dayanaraq onu Urmu ovalığına qədər təqib etmişlər.
Dənbəli, Urmu gölünə tökülən çayların birinin axarını Abbas Mirzənin ordusuna
tərəf dəyişdirməyi başarır. Bu plan baş tutsa idi, Abbas Mirzənin ordusu yaranan
bataqlıqda sürətli hərəkət imkanını itirib məğlub olacaqdı. Lakin Abbas Mirzənin
manevrası müvəffəqiyyətlə sonuclandı və o bataqlığa Dənbəlinin öz ordusu
yaxalandı. Dənbəli bu savaşda ordusu ilə bir yerdə yenik düşdü
4
.
SAVAġLAR BÖLÜMÜ
GĠRĠġ
Gürcüstan Şahı İkinci Erkli ölkəsini avropalaşdırmaq amacıyla Rusiya ilə
birləşməyi planlaşdırırdı. 1783-cü ildə bir anlaşma ilə Gürcüstan Rusiyaya təslim
oldu. Bu anlaşma olmasaydı belə yenə də Doğuya doğru genişləməyi öz önəmli
stratejisi kimi bəlirləyən Rusiya Gürcüstanı işğal edəcəkdi. Çünkü Gürcüstan
Rusiyanın Doğuya və Güneyə doğru genişləmə yolunun önünü kəsmişdi. İkinci
Erklinin zamanında Gürcüstanda bu birləşməyə qarşı çıxan böyük bir qrup ortaya
çıxdı. Onlar Qacariyyədən yardım umur və bu dövlətə yaxınlaşırdılar. Gürcüstanın
əyan və əşraflarından oluşan bu qrup Mələkə Darucanın ətrafında birləşirdilər. Bir
neçə şahzadə və şahzadə xanımlar bu qrupa qatıldılar, çünkü bu soy özlərini daha
mədəni, soylu bilir və mədəniyyət aləminə yeni girən ruslara barbar kimi
baxırdılar. Gürcüstanda bir tərəfdən vəliəhd Qorgin
5
kimi adamlar batı
mədəniyyətinin heyranı olduqları üçün Rusiya vasitəsi ilə Batıya açılmaq
istəyirdilər, digər tərəfdən də mələkə Durucan kimiləri də öz bağımsızlıqlarından
yanaydılar
6
. Ağaməhəmməd Xan, Gürcüstanı işğal etdiyində Erkli yaşlı və
qocalmış birisi idi. Ağaməhəmməd Xanın Gürcüstana saldırısı zamanı İmperatriça
3
Nasex-üt təvarix.
4
Eyni qaynaq.
5
Bu ad orijinal mətndə Georges olaraq yazılmış, ancaq Rövzət-üs Səfa, Nasex-üt Təvarix və Abbas
Mirzənin əlyazmalarında Qorgin olaraq keçməkdədir.
6
Maneveh Lişvili, “Gürcüstanın tarixi”.
15
Yekaterinadan gürcülərə yardım gəlmədi. Qısa zaman fərqliliyi ilə ortaya çıxan
Yekaterinanın, Ağaməhəmməd Xanın və Erklinin ölümləri bölgədəki dəngələri alt-
üst etdi. Hər şeyin yenidən ayarlanma zərurəti ortaya çıxdı. Ancaq Çar Birinci
Pavel, Gürcüstanın XII şahı Qorgin və onun oğlu Davud da siyasət səhnəsindən
çox tez kənarlaşdılar. Bu üzdən də Gürcüstan Mələkəsi Qacariyyə ilə yaxınlaşma
siyasətini təqib etməyə başladı. Şahzadə Aleksandr, Təhmurəs və onların bir neçə
qardaşlarının oğulları Qarabağ xanları ilə səmimi münasibət qurub, heç bir
çətinliklə qarşılaşmadan Gürcüstandan Qacariyyəyə gəldilər. Fətəli Şah
Gürcüstanın bölgədəki strateji önəmini düşünərək Gürcüstan heyəti ilə sıcaq
davranılmasını əmr etdi. Digər tərəfdən, gürcü mənşəli olub, rus ordusunda eyitilən
Sisyanovun davranışları Qacar dövlətini rahatsız etməkdə idi. Fəətli Şah, başvəzir
Mirzə Şəfiyə əmr etdi ki, Sisyanova barışcıl, ancaq eyni zamanda bir az da
təhdidcil bir məktub yazıb göndərsin. Məktubun mətni özət olaraq bu içərikdə idi:
“Erklinin övladlarını rahat buraxın və canişin təyinetmə məsələsinə bizimlə də
məsləhətləşin. Gürcüstanda təkbaşınıza davranma kimi bir niyyətiniz olsa,
töküləcək qanlara görə Siz məsuliyyət daşıyacaqsınız”.
7
1803-cü il idi. Sisyanov bu məktuba cavab vermədi. Qısa bir sürədən sonra
Gəncəyə hücum etdi. Gəncəni top atəşinə tutdu. Bir neçə kiçik xəyanətlər istisna
olmaqla gəncəlilər gerçəkdən böyük şücaət və qəhrəmanlıqla Gəncəni
qoruyurdular, lakin rus ordusunun hərbi üstünlüyü qarşısında məğlub oldular. Rus
ordusu Gəncəyə girməyi başardı. Cavad Xanın siyasi həyatına Sisyanov son qoydu.
Fətəli Şah, Sisyanovun bu hərəkəti və rus ordusunun güclü topxana
üstünlüyü qarşısında nə edəcəyi haqda düşünməyə, narahat olmağa başladı. Ağlına
ilk gələn bu oldu ki, ingilislərdən savaş texnolojisi və yardım almaq lazımdır.
Ancaq ingilislər ən azından o zaman dilimində Qacarları heç düşünmürdülər. Bu
üzdən də ilk dəfə olaraq Napoleonla ittifaqa girmə fikri alternativsiz plan kimi
ortaya çıxdı.
ON ĠL SÜRƏN SAVAġLARIN BAġLAMASI
1804-cü il Tehranın çevrəsində böyük bir ordu toplanmışdı. Bu dəfə sadəcə,
bir neçə xanların qiyamını yatırmaq söz konusu deyildi, həm də xarici düşmənə
qarşı savaş hazırlığı gedirdi. Bu düşmənin güclü olduğu haqda bir çox söz-söhbət
dolaşmaqda idi. Şah bu ordunun komutanlığını Abbas Mirzəyə həvalə etdi. O
zaman Fətəli Şah yüksək səslə danışaraq, onu taxt-tacın varisi elan etdi. Bunun
səbəbi sadəcə, Ağaməhəmməd Xan tərəfindən qoyulmuş “Qacar yasası” deyildi.
Abbas Mirzə öz ləyaqəti və başarıları ilə atasının güvənini və rəğbətini qazanmışdı.
Azərbaycan Qacar dövləti üçün çox böyük əhəmiyyət daşımaqda idi.
Azərbaycanda sevimli bir dövlət adamı olan Abbas Mirzə ilə hər kəs, o cümlədən
7
Nasex-üt təvarix.
16
Fətəli Şah da hesablaşmaq zorunda idi. O il Abbas Mirzə, Novruz Bayramı
münasibəti ilə bölgələrdən gələn hədiyyələri padşaha sunmaqla görəvlənmişdi. Bu
tür törələr və törənlər Doğu ölkələrində batılıların anlaya bilməyəcəkləri qədər
önəmlidir. Şah digər oğullarına da Abbas Mirzəyə ehtiram göstərmələrini əmr etdi.
Ancaq Abbas Mirzəni qısqanan bəzi şahzadələr içərisindəki həsədi zorla boğaraq
Abbas Mirzə qarşısında boyun əyməyə məcbur oldular.
Şah, Abbas Mirzənin rəhbərliyi altında hazırlanmış ordunu yoxlayıb,
paradını izlərkən böyük bir sevinc və mutluluq içində idi. Rus ordusunun şöhrəti
ilə ilgili duyduğu söz-söhbətlər bu ordunu gördükdən sonra artıq onu etkiləmirdi.
Özəlliklə Azərbaycan ordusunun komutanı Abbas Mirzənin, atasına və ölkəsinə
sədaqətlə bağlı olması Şah üçün ayrıca bir güvən qaynağı idi.
Ordunun Azərbaycana doğru hərəkəti sırasında yol boyunca on minlərlə
insan Abbas Mirzəni uğurlayır, ona başarılı olması üçün Tanrıdan yardımçı
olmasını diləyirdilər. Abbas Mirzənin Azərbaycanda yayğınlaşan sayqınlığı
üzündən bu ordunun tam əksəriyyətini azərbaycanlılar təşkil etmişdi. Abbas Mirzə
bu dəfə ayrı bir hisslə Azərbaycana gəlirdi. Bu dəfə özünü Azərbaycana həsr
etməyə hazırlaşırdı. Çünkü Sisyanovun Azərbaycanın göbəyi sayılan Gəncəni işğal
etməsi onun qüruruna toxunmuşdu. Azərbaycana səfərində Abbas Mirzəyə 60 min
nəfərlik ordu eşlik edirdi. Üç gün yol getdikdən sonra Abbas Mirzənin ordusu
Qəzvinin darvazasına çatdı. Qəzvinin elbayı olan Şahzadə Məhəmməd Mirzə
içindəki qısqanclığı gizləyərək Qəzvin əhalisi ilə bir yerdə Abbas Mirzənin
istiqbalına vardı. Abbas Mirzə Təbrizə həmən çatmaq istədiyi üçün zaman
itirmədən Qəzvindən ayrıldı.
Şah, ordunun dərhal Arazı keçib ruslara savaş açmasını istəyirdi. Abbas
Mirzə də atasının bu iradəsini gerçəkləşdirməkdə qərarlı idi. Yalnız Abbas Mirzə
Təbrizdə qısa bir sürəliyinə qalmalı idi, çünkü Azərbaycandan onun ordusuna
qatılacaq minlərcə insan sıraya düzülmüşdü. Bu dəfə artıq Abbas Mirzə başqaları
tərəfindən kontrol edilən yeniyetmə bir gənc deyildi. O, artıq savaşlarda təcrübə
qazanmış yetişkin bir hərbçi, savaşçı idi. Abbas Mirzə Təbrizə çatdıqdan sonra
bütün səyyahların xatirə kitablarında övülən bu şəhəri gəzməyə, dolaşmağa
başladı. Səlcuqlar dönəmindən qalan qala divarları Abbas Mirzənin diqqətini cəlb
edirdi. Abbas Mirzə Təbrizdə hər gün məşvərət şurasını öz çadırında toplayırdı.
Arazın o tayından gələn bilgiləri, xəbərləri dəyərləndirirdilər. Abbas Mirzənin
Təbriz şəhərinə diqqət yetirməsi və şəhərin abadlaşması üçün əmrlər verməsi,
özəlliklə tacirləri və bəzirganları sevindirməkdə idi. Hətta Abbas Mirzənin Təbrizə
olan bu sevgisini görən bəzi bəzirganlar Təbrizin ticarət həyatı haqqında
Şahzadəyə bilgilər verir və bir zamanlar Ağdəniz bəzirganlarının Təbriz bazarında
təmsilçiləri olduğunu söyləyirdilər. Yalnız bütün bunların hamısı Şah Abbas Səfəvi
dönəmində yox edilmiş, İsfahana daşınmışdı. Digər tərəfdən, zəlzələlər də Təbrizin
geri qalmasına səbəb olmuşdu. Bu zəlzələlərin birində Göy Məscidin tağının
ortadan dəlindiyini çəkinərək söyləyirdilər. Çəkinərək söyləyirdilər, çünkü Göy
17
Məscid Sünni Qara Qoyunlular zamanında yapılmışdı. Hər kəs Abbas Mirzənin Şiə
hissinin qəzəbinə tuş olmaqdan qorxurdu. Lakin Abbas Mirzə üçün şiə-sünni deyə
bir problem heç olmadı və kimsə ondan bu haqda bir tərs davranışa tanıq olmadı.
Bu səfər zamanı Abbas Mirzə Azərbaycanın Bəylərbəyi
8
Əhməd Müqəddəmlə
tanış və dost olmağı bacardı. Yaşlanmış Bəylərbəyi Qacar dövlətinin qurulmasında
əməyi keçmiş, bir neçə savaşa da qatılmışdı. Abbas Mirzə Bəylərbəyinin savaş
təcrübəsindən, bilgilərindən yararlanmaq istəyirdi. Bəylərbəyi silah kolleksionunu
Abbas Mirzəyə göstərdi. Kolleksionda gözəl səliqəylə yapılmış türlü-türlü
qılınclar, yüngül atəşli silahlar var idi.
9
Bəylərbəyi ömrünün sonuna qədər Abbas
Mirzəyə xidmətdə bulundu.
***
Baharın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk
dəfə bir çocuq olaraq Araz çayını görən Abbas Mirzə bu dəfə bir sərkərdə, bir
komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı.
Xüdafərin körpüsünün üstündən ordu Arazın o tayına keçməyə başladı.
Ordu, Qarabağın Dadabəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına
yaxın olan bu bölgədə Abbas Mirzə ordunun öndə gələn isimləri ilə bir yerdə
durum dəyərləndirməsi yapdı. Casusların rus ordusu ilə ilgili gətirdikləri bilgiləri
onlarla paylaşdı.
General Sisyanov bölgədə kiçik xanları bir-birinin canına salır, onları bir-
biriləri ilə savaşdıraraq zəif düşürürdü. Sisyanovun ən önəmli hədəflərindən biri
müsəlmanlar və xristianlar arasında düşmənçilik yaratmaq idi. Bu şəkildə
erməniləri və gürcüləri özünə cəlb edə bilər deyə, düşünürdü.
İrəvandan gələn xəbərlər heç də ürəkaçıcı deyildi. Hər kəs heyrət içində idi
ki, nədən Şah İrəvanın hakimi Məhəmməd Xanı görəvindən almamışdır.
Məhəmməd Xanın ruslarla bərabər çalışması konusunda Abbas Mirzəyə bilgilər
gəlirdi. Məhəmməd Xan rus ordusunun İrəvanın ətrafında yerləşməsinə izn
vermişdi.
Gürcü şahzadələr Aleksandr Mirzə və Tehmurəs Abbas Mirzəni ziyarət
etmək üçün Dadabəyliyə gəldilər. Bu arada Quba və Dərbənd xanı Şeyx Əli Xan,
Lənkəran xanı Surxay Xan, Bakı xanı Hüseynqulu Xan və Talış xanı Mustafa Xan
Abbas Mirzəyə xoşgörü ilə yanaşırdılar. Eyni zamanda Xəzəryanı xanlıqların
gürcü əyanlarının qızları ilə evlilikləri və yaxşı münasibətləri səbəbi ilə gürcü
şahzadələr Azərbaycanda rahat dolaşa bilirdilər. Onların can güvənliklərindən
xanlıqların orduları sorumlu idi
10
.
Abbas Mirzə Gəncə konusunda çox əndişəli idi. Keçən il ruslar tərəfindən
topa tutularaq istilaya uğramış Gəncəni geri alma haqqında düşünüb dururdu.
8
Qacarlar dönəmində Bəylərbəyi bölgədən sorumlu yetkili şəxs idi.
9
Amedee Jauber, “Persiya səfəri”.
10
Gürcü araşdırmacı bayan Tamara Papaova “Erkli ailəsi”.
18
Lakin Gəncəni geri almaq asan iş deyildi. Abbas Mirzənin casusları Gəncə
saxlusunda (ordunun barındığı yer) çoxlu Rusiya ordusunun və təchizatın olduğu
barədə xəbərlər gətirirdilər. Bu üzdən də Gəncəyə nə şəkildə hücum edəcəyi
haqqında ordu kurmayları ilə məsləhətləşir, gələn xəbərləri dəyərləndirirdi.
İrəvan hakimi Məhəmməd Xanın yanlış yönləndirməsi ilə Azərbaycanın
köçəriləri Osmanlı torpaqlarına köç edir, mal-davarlarını Azərbaycandan çıxarıb
Anadoluya sövq edirdilər. Çünkü İrəvan hakimi Məhəmməd Xan şayiə yaymışdı
ki, ruslar qalib gələcək və sonra da onların mal davarlarını əllərindən alacaqdır.
Məhəmməd Xanın bu şayiəsinin inandırıcı olması üçün Qars elbayı da ona
yardımçı olmaqda idi. Çünkü o da bu var-dövlətin Anadoluya axışmasından yana
idi.
Abbas Mirzə, Mehdiqulu Xan Dollunu Qars elbayı ilə müzakirə üçün
görəvləndirdi. Mehdiqulu Xan Dolluya bu səfərdə 600 silahlı kişi eşlik edirdi.
Mehdiqulu Xan Dollunun atlılarını görən Osmanlı ordusu həmən savaş durumuna
gətirildi. Mehdiqulu Xanla Qars elbayı (valisi) olan Osmanlı paşası türk dilində
danışıb, anlaşırdılar. Paşa “Hər iki tərəfdə müsəlman Türk deyilikmi” deyə sorur
və davam edirdi ki, nədən buraxmırsınız buradan ta Ərzruma qədər uzanan
otlaqlıqlardan köçərilər yararlansınlar? Ancaq Mehdiqulu Xanın “Bizim köçəriləri
öz torpaqlarınıza çəkmə fəaliyyətinizdən vaz keçin!” uyarısı gəldikdən sonra
Osmanlı paşası nəsihət vermə tutumunu dəyişdirmək zorunda qaldı. Osmanlı
paşası bir Sünni fanatik olduğu üçün Şiələrə xoş görü ilə baxmırdı.
Mehdiqulu Xan bir çox köçəriləri Azərbaycana geri gətirtmək üçün Qars
elbayı ilə anlaşdılar. Mehdiquluxan Dollunun bir çox köçərilərlə bərabər
Azərbaycana döndüyü zaman Sisyanov öz güclü və ehtiyatlı ordusu ilə İrəvana
doğru hərəkət etməyə başlamışdı. Sürüləri Azərbaycana gətirən Mehdiqulu Xan
özünü sürətlə rus ordusu ilə isti savaşa başlamış olan Abbas Mirzəyə çatdırmağa
çalışırdı.
Bu savaş çox amansız bir savaşa dönüşdü və yalnız hər iki tərəfin yorğun
düşmələri ilə durduruldu. Sisyanov Üçkilsə
11
yə doğru geri çəkilmək zorunda qaldı.
Ancaq Sisyanov ordusunu geri çəkərkən daima Abbas Mirzənin vur-qaççı savaş
qrupları tərəfindən hücumlara məruz qaldı. Abbas Mirzə müntəzəm savaşçıların
yanı sıra Qarabağ və Qafqaz meşələrində və dağlarında savaşmaq üçün partizan
qrupları da təşkil etmişdi. Partizanların hücumlarının yanı sıra Şahzadə Abbas
Mirzə öz ordusu ilə də Sisyanovu təqib etməyə başladı. Şahzadənin bu təqibdən
hədəfi Sisyanovu toparlanmasına imkan verməmək idi. Bu şəkildə Şahzadə
Təbrizdən gəlməkdə olan ordunun da ona qatılması ilə Sisyanova son zərbəni
endirib, sonra da Gəncəni ruslardan geri almanı planlamışdı. Ancaq Abbas Mirzə
İrəvan hakimi Məhəmməd Xanın xəyanətindən qorxduğu üçün ordunun bir
11
Bu ad bütün Qacar qaynaqlarında Üçkilsə olaraq keçməkdədir.
19
bölümünə ona nəzarət etmək üçün İrəvanda qalmasına əmr verdi. Bu üzdən də
yaşlı Mirzə Şəfi və bəylərbəyi Əhməd Müqəddəmənin İrəvanda qalmalarını istədi.
Üçkilsənin önündə qızğın savaş başladı. Sisyanov topxanasına atəş əmri
verdi. Ancaq Abbas Mirzənin cəbhənin ön sıralarında savaşması Azərbaycan
ordusuna böyük ruh yüksəkliyi vermişdi. Baş komutanın bu şəkildə savaşması
Azərbaycan ordusunda ölümdən qorxma hissini yox etmişdi. Şahsevən və
Xocavənd süvarilər bu savaşda elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-
dilə düşdü. Abbas Mirzə ordusunun ölümdən qorxmamasını görən rus ordusu
qorxmağa başlamış, ruh düşkünlüyünə uğramışdı. Sisyanov ordusunu üç qismə
ayırmışdı. Şahsevənlər üçüncü gün rus ordusunun topxanasını susdurmağı bacardı.
Üçüncü gün üç qismə ayrılmış rus ordusunun bir-biri ilə olan irtibatları kəsildi.
Yalnız süvarilərin hücumu hesabına rus topları atəşinin susdurulduğu nəzərə
alındığında Abbas Mirzənin nə qədər doğru taktika izlədiyi bəlli olur. Bu qələbə
Azərbaycanda o qədər heysiyyət yaratdı ki, hətta İrəvan hakimi Məhəmməd Xanı
belə ümüdsüzlüyə mübtəla etdi. İrəvan hakimi bu dəfə haqqında yaranmış
şübhələri ortadan qaldırmağa çalışdı. Bu zəfər münasibəti ilə Abbas Mirzəyə
çatması üçün Mirzə Şəfiyə hədiyyələr gətirdi. Rus ordusu ilə irtibatı kəsilməyə
başlayan Məhəmməd Xan bu dəfə Abbas Mirzəyə yaxınlaşmağa başlamışdı. Abbas
Mirzə isə onu cəzalandırmaq fikrində deyildi. Çünkü belə bir işə girişsə idi,
bölgədə iç savaş çıxardı, Sisyanov isə bundan yararlana bilərdi. Ancaq İrəvan
hakiminin bu tərz davranışından istifadə edən Abbas Mirzə ordunu İrəvanın
yaxınlığındakı Qarabulağa yerləşdirməyə başladı. İrəvan hakimi Abbas Mirzənin
bu hərəkətindən narahat olsa da, ancaq edə biləcəyi bir iş yox idi. İrəvan tam
Abbas Mirzənin ordusunun mühasirəsinə keçdi. Bu sırada partizan savaşları hər iki
tərəfdə davam edirdi. Bu əməliyyat sırasında gürcü şahzadələr Aleksandr və
Təhmurəs Abbas Mirzəyə yardım etdilər.
Bu savaş zamanı Abbas Mirzə acı bir gerçəyi dərk etməyə başlamışdı.
Abbas Mirzə hiss edirdi ki, artıq bu biçim savaşların zamanı keçmiş və onun
ordusunda böyük texnoloji əksikliklər var. Abbas Mirzə texnoloji savaş haqqında
öz bilgisizliyini də hiss edərək çox narahat olmağa başlamışdı. Sonrakı savaşlarda
rahatca qələbə əldə edə bilməyəcəyi haqda əndişələnirdi. Abbas Mirzənin ordusu
modern hərbi imkanlardan məhrum idi, bu da Abbas Mirzənin dərin rahatsızlığına
səbəb olurdu. Bu qüsuru Abbas Mirzə necə ortadan qaldıra bilərdi? Qərblə
münasibətə girməkdən başqa ikinci alternativ varmı? deyə düşünürdü. İlk dəfə
rastlandığı və qalib olduğu savaş Abbas Mirzənin bütün düşüncəsini dəyişdirmişdi.
O öz ordusunu yeni silahlarla təchiz etməyi düşünürdü. Artıq klassik türdə hərb
zamanının bitdiyini bu savaşda anladı. Sisyanovun savaş taktikasını bəyənir, onun
silah baxımından üstün olduğunu görürdü. Abbas Mirzə hiss edirdi ki, yeni savaş
texnikası və taktikası haqqında heç bir bilgiyə sahib deyil.
1804-cü ilin yayında Fətəli Şah, Sultaniyyə ovalığında oturaq salmışdı. Bu
ovalıq çox görünüşlü və sevimli bir məkan idi. Təbrizlə Tehranı bir-birinə
20
bağlayan yolun üstündə yerləşir. Sonralar ordu saxlusuna və barınağına çevrilən bu
ovalıq öncələr Şahın dincəldiyi və əyləndiyi məkan kimi istifadə edilmişdir. Bəzi
Qacar üzrə uzman olanlar da belə düşünürdülər ki, get-gedə Azərbaycanda
ünlüləşən, sayqı qazanan Abbas Mirzə yavaş-yavaş Fətəli Şahın qayğılanmasına
səbəb olduğu üçün Azərbaycana daha yaxın bir məkanda yerləşmək istəyirdi ki,
Abbas Mirzənin reformlarından və etdikləri işlərindən dərhal xəbərdar olsun.
Sultaniyyə ovalığı moğullar zamanında böyük ticarət mərkəzi olan bir şəhər olmuş.
Fətəli Şah yenə də bu əski böyük ticarət mərkəzi olan Sultaniyyəni öz keçmişinə
qovuşdurmaq istəyirdi, lakin olayların axışı buna imkan verməmişdir. Bu illər
ərzində Sultaniyyə başkənd kimi olmuşdu. Bir çox yabançı elçilər və digər
müsafirlər burada ağırlanırdılar.
Fətəli Şah, Qafqaz uğrunda savaşların çox zor olduğu haqda Abbas
Mirzədən gələn bilgiləri dəyərləndirməkdən sonra Xorasanda İsmayıl Xan
Damğaninin komandanlığında olan süvari ordunun Azərbaycana gəlməsi, Abbas
Mirzəyə qatılmasını istədi. Özü də saray adamları, əyanları və dövlət ərkanı ilə
bərabər Qarabağa yola düşdü.
Savaşlardan yorğun düşmüş Abbas Mirzənin ordusu, yardımçı güc onlara
ulaşdıqdan və Şahın gəlişini duyduqdan sonra hərəkətləndi, həyəcana gəldi. Padşah
Qarabağa varmadan öncə Abbas Mirzə İrəvanın ətrafında bulunan rus birliklərinə
hücum edib, onları tamami ilə bölgədən uzaqlaşdırdı. Şahın çadırı İrəvan və
Üçkilsə arasında uyğun və güvənli bir yerdə quruldu. Padşahın bölgəyə gəlişi
durumu dəyişdirmişdi. Bölgə xanları öz hədiyyələri ilə Şahın qəbuluna girmək və
hörmətlərini bildirmək üçün ad yazdırır, görüş üçün zaman alırdılar. Şahın
görüşünə gələn önəmli adamlardan biri də Üçkilsədə məşhur erməni din adamı
kimi tanınan Beterk Daod idi. Beterk Daod bütün ermənilərin üzərində mənəvi
otoritəyə sahib idi. Beterk, çevrəsini bürüyən cahil insanlara rəğmən oxumuş və
bilgili bir insan idi. Bir çox səfərlərdə bulunmuş, Avropada olmuş və tarix
konusunda bilgili sayılan birisi idi. Beterk yanındakı keşişlər heyəti ilə Fətəli Şahla
görüşdü. Şah, Beterkdən Avropa ölkələri haqqında bilgilər alır, sorular sorurdu və
bu da Peterkin çox xoşuna gəlirdi. Çünkü Şah onun hüzuruna gələn kimsə ilə bu
qədər danışmamış, kimsəni bu qədər dəyərləndirməmişdi. Fətəli Şah, özəlliklə
Fransa və Napoleon Bonopart haqqında daha çox sorular sorurdu. Çünkü Con
Malkolm fransızları yırtıcı və vəfasız insanlar olaraq padşaha tanıtmışdı. Ancaq
Napoleon Misiri fəth edə bilməsə belə, yenə də onun Avropadakı qələbələri və ünü
Fətəli Şahı çox ilgiləndirirdi. Digər tərəfdən də ruslara qarşı bir Avropa ölkəsi ilə
ittifaqa girməkdən yana idi. Beterkin fransızlar və gənc Napoleon haqqında
21
anlatdıqları ilə uyğun gəlmirdi. Şah Fransa haqqında fərqli və olumlu bilgilər əldə
edirdi
12
.
Abbas Mirzə də çox diqqətlə Peterkin anlatdıqlarına qulaq asırdı. Fətəli
Şahın diqqət etmədiyi və ya önəmsəmədiyi bir şey də Şahzadənin diqqətindən
yayınmırdı. O da reform məsələsi idi. Gənc Şahzadə Avropadakı reformların
mahiyyəti ilə ilgilənirdi. Şahzadə, Fransa haqqında daha ayrıntılı bilgilər əldə
etmək üçün sonradan Peterki qəbuluna çağırmışdı. Çünkü Hindistan əmirləri
haqqında eşitdikləri xəbərlər də onun üçün maraqlı idi. Abbas Mirzə eşitmişdi ki,
Hindistan əmirləri ordularını modernizə etmək üçün fransız albaylarını ölkələrinə
dəvət etmişlər. Abbas Mirzənin oğlu Cahangir Mirzə öz xatirələrində atasının
ermənilərlə çox xoşgörülü davrandığını, onların inanclarına hörmət etdiyini yazır
13
.
1804-cü ilin yayı çox böyük hadisələr baş vermədən sona çatdı. Şahın
Qarabağda bulunduğu müddətcə baxmayaraq ki, Abbas Mirzə komandan idi, ancaq
atasının güvənliyinin tam sağlanması üçün bir əsgər kimi gecələr postlara baş
çəkirdi. Qarabağın sərin və sehirli gecələrində bəzən də atası ilə həmsöhbət olmaq
üçün fürsət arayır və ağlındakı gerçəkləşdirmək istədiyi reformlarla bağlı atasının
nəbzini yoxlamağı başarırdı. Çünkü Tehranda şahın ətrafını sarmış din adamları
Abbas Mirzənin Batı yönümlü tutum və davranışını eleştirməyə başlamış və
kafirlər kimi davranması konusunda xoşa gəlməyən sözlər söylədilər. Hər tür
yeniliyə və dəyişimə qapalı olan Şah isə bu söyləntiləri dinləmiş, ancaq münasibət
bildirməmişdi. Din xadimləri və Abbas Mirzənin rəqibi olan qardaşları onun
yenilik çağırışından hər tür davranışı və Batı yönümlü tutumu ilə bağlı xoşa
gəlməyən mizahlar düzəldib, toplumun içində yayırdılar. Onlar Azərbaycandan
başlayaraq bütün ölkəni öz otoritəsi və təsiri altına alan Abbas Mirzənin
şəxsiyyətini aşağılamağa çalışırdılar. Şah ölkədə mənəvi otoritə sahibi olan din
adamları ilə hesablaşırdı. Ancaq Şah, övladlarının içində ən çox Abbas Mirzəyə
güvənirdi. Abbas Mirzə ağlındakı planlar barədə dərin bilgi vermədən atasının
ölkədəki yeniləşmə məsələsinə necə baxdığını öyrənmək istəyirdi.
Abbas Mirzə bəzən də bu qaranlıq və səssiz gecələrdə uzaqlardan,
Qarabağın kəndlərindən, örüşlərindən gələn sehrli səslərə uzun-uzun qulaq asırdı.
Hansısa bir çobanın söylədiyi nəğmə və ya bir kənd evindən, bir tarladan gələn
şərqilərə xüsusi bir zövqlə qulaq asırdı. Hətta gözətçilərinə əmr etmişdi ki, bir
Qarabağlı çocuq uzaqlarda şərqi söylərkən yuxuda olsa belə onu oyatsınlar. Abbas
Mirzə ətrafındakıları uzaqlaşdıraraq bir qayaya söykənib bu sehrli səslərə qulaq
asırdı. Şahzadə bu səslərdən etkilənərək çevrəsindəkilərə bir arzusunu söyləmişdi.
O, yardımçılarına “Şuşanı ələ keçirib orada istiqrar sağladıqdan sonra bir musiqi
12
Kont Alfere De Gardan atası General Gardanın məmuriyyəti ilə ilgili yazdığı xatirələrində deyir:
“1804-cü ildə Peterk Şahla görüşdü. Bu adam General Bonapart haqqında Fətəli Şahda fərqli təsəvvür
yaratdı. Bu üzdən də Şah Peterkdən çox təsirləndi.”.
13
Yeni tarix, Şahzadə Cahangir Mirzənin xatirələri.
22
ocağı qurmaq istəyirəm”,
14
demişdi. Şahzadələrin ruh hallarına təsir edən bu səslər
onda sənət haqqında fikir sahibi olma imkanı da yaradacaqdı.
Baharda Qarabağa gələn Şah, yayı burada keçirib, payızda Abbas Mirzə ilə
bərabər başkəndə döndü. Bu səfərdə ən böyük qələbə İrəvan məsələsinin həlli
olmuşdur. Rus ordusu İrəvanın çevrəsindən uzaqlaşdırılmış, İrəvan hakimi də
Padşaha öz vəfadarlığını bildirmişdi. Fətəli Şah başqa xanların ələşdirilmələrinə
səbəb olmasın deyə, İrəvan hakimini görəvindən almağı və İrəvana yeni hakim
təyinetmə işini ertələmişdi. Şah bu səfərdə Abbas Mirzənin verdiyi bilgilər işığında
anladı ki, Rusiya ilə savaşmaq rahat deyil. Bu şəkildə gedərsə, Gürcüstanı və o
bölgələri saxlaya bilməyəcəklər. Bu üzdən də Abbas Mirzənin “Batıdan bir
müttəfiq bulalım və bunun üçün ən uyğun olanı Fransadır, çünkü Fransa Rusiya ilə
savaşa başlamış” görüşünə olumlu baxırdı. Bu üzdən də Şah məktub yazaraq bir
erməni vasitəsi ilə Fransanın İstanbulda yerləşən baş konsulluğuna göndərdi. Şahın
Bonaparta yaxınlaşma düşüncəsi ilə eş zamanda Bonopart da Hindistana girmək
üçün bu coğrafiyada bir müttəfiq aramaqda idi.
Abbas Mirzə öz reformlarını Azərbaycanda gerçəkləşdirmək üçün
Azərbaycan ordusu komutanlığı ilə yetinməkdə idi. O, həm də bütün Azərbaycanın
hakimi olma statusunu da atasından almaq istəyirdi. Bu statusu aldıqdan sonra ilk
arzusu Təbrizi onarmaq idi. Şah oğlunun bu arzusundan xəbərdar idi. Abbas Mirzə
İrəvanda olduğu qədər Şahla irtibat qura bilmirdi. Bu dönəmdə 20 yaşında olan
Abbas Mirzə artıq yetişkin sərkərdə, diplomat kimi bir xarakterə sahib idi.
Saraydakı onunla bağlı dedi-qoduları yaxından duyan Abbas Mirzə atasının onun
bu istəyi ilə razılaşmayacağı qənaətinə varmışdı. Sarayda hər kəsin özünə məxsus
bilgi əldə etmə qaynağı var idi. Abbas Mirzə içini qorxu ilə dolduran bir məlumat
əldə etdi. Abbas Mirzəyə xəbər gəldi ki, Şah İrəvana yollanmaqda olan ordunun
komandanlığını özü üstələnmək niyyətindədir və Abbas Mirzəni də vəzirlərlə
bərabər Tehranda ölkənin yönətiminə buraxmaq istəyir. Abbas Mirzə anladı ki,
belə getsə o, Azərbaycandan həmişəlik ayrıla bilər. Azərbaycanla bağlı bütün arzu
və istəkləri bərbad olar. Abbas Mirzə ömrü boyunca atasının iradəsinə qarşı
çıxmadı. Ancaq anlayanda ki, atası onun üçün Loristanda bir ovçuluq əyləncəsi
düzənləmiş içini iztirab sarmağa başladı. Abbas Mirzə din adamlarının və
rəqiblərinin atasını etkilədiklərini anlamışdı. Din xadimləri və rəqiblər anlamışdılar
ki, Abbas Mirzə məsələsini həll etmək üçün yalnız bircə yol var. O da Abbas
Mirzənin bir şəkildə Azərbaycandan ayrılmasıdır. Çünkü Azərbaycandan ayrılan
Abbas Mirzənin bütün reform manevrləri də öz-özünə ləğv ediləcəkdir. Abbas
Mirzə üçün Azərbaycandan ayrılış ölüm kimi bir şey idi. Çünkü onu bu səviyyələrə
gətirən Azərbaycan xalqı olmuş və o da Azərbaycana könüldən bağlanmışdı.
Azərbaycansız bir əyləncə Abbas Mirzə üçün anlamsız idi. Şahın Abbas Mirzəyə
14
Şahzadə Cahangir Mirzə, “Yeni tarix”.
23
olan məhəbbətində və sevgisində bir dəyişiklik olmamışdı, lakin şah sarayda da
nifaq və qarşıdurma istəmirdi.
Qacar sarayının özəl bir süfrə mədəniyyəti var idi. Gözəl qadınlar Padşahın
yemək işləri ilə məşğul olurdular. Bu qadınlar böyük yemək sarayının özəl
xidmətçiləri idilər. Burada Padşah, şahzadələr, digər şah ailəsinə mənsub insanlar
və bəzi məhrəm adamlar yemək yeyirdilər. Şahdan bir istəyi olan şahzadələr daima
bu anı bəklərdilər ki, arzularını atalarına bildirsinlər
15
.
Bu şam yeməyinin birində Şah, Abbas Mirzənin çox dalğın və ruhən düşgün
göründüyünü hiss etdi. 1805-ci ilin sevimli bahar günlərində Abbas Mirzənin
ruhunu saran və onu yorğun göstərən bir şey var idi. Bu durumu həftələr öncə
sezmiş olan Şah, sanki bunun səbəbini bilirmiş kimi Abbas Mirzənin dalğınlığı
haqda heç nə sormurdu. Lakin o gecə ən çox sevdiyi oğlunun bu qədər dalğınlığı
onu bir ata olaraq etkiləməyə başlamışdı və nədən bu qədər dalğın olduğunu sordu.
Abbas Mirzə sonsuz bir ədəb və ehtiramla atasının hüzurunda göz yaşları ilə bu
sözləri söylədi: “Ata, məni Azərbaycandan ayırmayın lütfən. Məni Azərbaycandan
ayıracaqsanızsa, o zaman fərman verin məni öldürsünlər. Çünkü mənim üçün
Azərbaycanla ayrı qalmaqla ölümün heç bir fərqi yoxdur. Lütfən məni
Azərbaycandan ayırmayın”
16
.
Abbas Mirzənin bu sədaqəti atasını çox etkilədi. Atasının da gözləri
dolmuşdu. Fətəli Şah; “Səni Azərbaycandan ayırmayacağam” dedi. İlk kəz olaraq
bu anda Abbas Mirzə atasından bir istəkdə bulundu və “Ata, mənə Azərbaycanın
hakimliyini də verin lütfən” - dedi. Şah bütün saray dedi-qodularına rəğmən Abbas
Mirzənin sədaqəti qarşısında yenik düşdü və onun bu istəyi ilə də razılaşdı.
Beləliklə, Abbas Mirzə həm də Azərbaycanın elbayı oldu.
Bu dönəmdən etibarən Abbas Mirzənin əsl həyatı başladı. Azərbaycan onun
evinə dönüşdü. Azərbaycanın onun düşüncələrini, istəklərini uyqulamaq (tətbiq
etmək) istədiyi mərkəzə dönüşmüşdü. Ömrünün sonlarında tale onu başqa yerə,
Xorasana apardığında qürbət hissi canını sıxmağa başlayacaqdı. Abbas Mirzə
Azərbaycanda ilk öncə hərbi islahatlara başladı.
Şah, baharın sonlarında təkrar Sultaniyyəyə, Abbas Mirzə isə yeni görəvləri
ilə Qarabağa gəldi. Bu dəfəki səfərində Azərbaycanın digər yerlərini də görsün
deyə yolunu Qarabağdan saldı. Xudafərin körpüsündən keçərək Qarabağa vardı.
Abbas Mirzə hər şeydən öncə əski İrəvan xanı kimi onu rahatsız edən bir xanla
hesablaşmaq fikrində idi. Ruslarla iş birliyi içində olan İbrahim Xəlil Cavanşirin
rəftarı onu rahatsız etməkdi idi. İbrahim Xan Qarabağda əsgəri birlik toplayaraq
kiçik bir ordu düzəltmiş və ruslardan da yardım istəmişdi. Amma ruslar ona tam
dəstək verməmiş, sadəcə, neçə yüz eyitilmiş, ancaq qazaq olmayan süvarilərlə
onun istəyinə cavab vermişdi. Rusların eyitilmiş əsgəri birliklərinə qazaq
15
Tariz-e Əzodi.
16
Eyni qaynaq.
24
deyirdilər. Ancaq rusların qazaqlardan başqa qazaqlar qədər tam eyitilməmiş
birlikləri də var idi. İbrahim Xəlil Xan Cavanşirin oğlu bu birliklərin başını çəkirdi.
O, Abbas Mirzənin yolunu Xudafərindən keçərkən kəsib və onunla savaşmaq
istəyirdi. Abbas Mirzə Xudafərin körpüsündən keçər-keçməz savaş başladı. Ancaq
Abbas Mirzə bu zəif ordunu həmən məğlub edib dağıtdı. Bu zəif birlik dağıldıqdan
sonra Abbas Mirzə öz ordusunu iki sütun şəklində Şuşaya doğru yönləndirdi. Bu
on il sürən savaş sürəsincə və sonralar da bütün savaş yolları Şuşadan keçir və
bəzən də Gəncəyə yönəlirdi. Bu savaş da bir irəliləyiş olmadan davam edirdi. Yəni
ormanlığın içində pusuya durub və uyğun zamanlarda qarşı tərəfə zərbə endirilirdi.
Gəncliyinin ilk çağlarında hər kəsə rahatca və çox tez inanan Şahzadə
yavaş-yavaş etimadsızlıq dərsi öyrənmiş və siyasiləşmişdi. Dərbənd, Quba və
Lənkəran xanlıqları vəfadarlıq peymanlarını yeniləyirdilər. Lakin nə zamana
qədər? Mustafa Xan Şirvani yenidən ruslara üz tutmuşdu. Baqratiyon
şahzadələrinin vəfadarlıqlarına rəğmən Gürcüstanda Rusiya yanlıları güclənməyə
başlamışdı. İrəvanın hakimi Məhəmməd Xan təkrar düşmənlə gizlin irtibata
girmişdi. Açıqcasına rusların müttəfiqi olan Cəfər Xan Dənbəli vasitəçilik rolunu
oynayırdı.
Gəncədə bulunan işğalçı rus ordusunun komandanı Kutlerovski rus
ordusunun məğlubiyyətini eşitdikdən və Abbas Mirzənin Qarabağın kilid nöqtəsi
olan Şuşanı mühasirəyə etməyə hazırlaşdığını bildikdən sonra Qarabağdakı rus
ordusunun və müttəfiqlərinin yardımına gəldi. Altı gün şiddətlə davam edən bir
savaş başladı. Ruslar bir qəbiristanlıqda səngər tutmuşdular. Bu savaşda Abbas
Mirzənin önəmli komutanlarından biri olan Sadiq Xan Qacar ağır yaralandı. Bir
çox Azərbaycan ordusuna mənsub insanlar öldülər, ya da yaralandılar. Hər iki tərəf
yorulmuş və savaş yavaşımışdı. Bu fürsətdən istifadə edən Kutlerovski ordusunu
Tərtərə tərəf çəkməyə başladı. Bu an Gəncəni geri almaq üçün önəmli bir fürsət
yaranmışdı. İki il öncə Gəncəni işğal edən ruslar bölgəni yağmalamış və insanları
bezdirmişdilər. Bu arada Abbas Mirzənin şöhrəti bütün Azərbaycana yayılmışdı.
Gəncəlilər də onun gəlişini bəkləyir, Abbas Mirzəyə yardımçı olmaq üçün hazır
idilər. Abbas Mirzəyə bütün Azərbaycan məzlumlarının hamisi və işğalçılardan
intiqam alan bir şəxsiyyət kimi baxılırdı. O, bu fürsəti dəyərləndirmək amacı ilə
Şuşanın mühasirəsini yarımçıq buraxıb Gəncəni ələ keçirmək üçün bu şəhərə tərəf
hərəkət etdi. Gəncəyə yaxınlaşdıqca minlərcə rus zülmündən bezmiş kəndlilər
Abbas Mirzənin ordusuna qatılmaq üçün can atır, başvuruda bulunurdular. Ancaq
Fətəli şah Şuşanın alınmasında israrlı idi. Şahzadə və Şah arasındakı bilgi alış-
verişi zamanın itirilməsinə səbəb oldu. Bu fürsətdən yararlanan Kutlerovski
yardımçı güc gətirib və güclü topxana oluşdurmağa nail oldu. Fürsət qaçırılmışdı.
Abbas Mirzə anladı ki, geri çəkilməkdən başqa çarə yoxdur. Çünkü hərbi sursat
olaraq özündən daha güclü olan bir ordu ilə savaşa girmək məğlubiyyətindən başqa
bir nəticə verməzdi. Bu da xalqın Abbas Mirzəyə olan güvənini zədələdi.
Baxmayaraq ki, Abbas Mirzə ordunun səssizcə geri çəkilməsini əmr etmişdi, ancaq
25
ordunun geri çəkilməsi duyulduqdan sonra dəstə-dəstə insanlar nalə və fəryad
edərək Azərbaycan ordusuna tərəf hərəkət etdilər. Abbas Mirzəyə yalvarırdılar ki,
onları da özü ilə aparsın və rus ordusunun istilasına buraxmasın. Amma düşmən
çox güclü idi və ağır silahlarla donatılmışdı. Abbas Mirzə bilirdi ki, bu insanların
istəklərinə dalıb, qalıb savaşacaq olursa, bütün ordunu qırğına verə bilər. Bu üzdən
də geri çəkilməkdən başqa bir çarə yox idi. Abbas Mirzə bu geri çəkilmə
məsələsində başqa bir önəmli hadisəyə də tanıq oldu. Bir neçə gün öncə qələbə
uğrunda ölümə hazır olan ordusu, geriçəkilmə əmri gəldikdən sonra xəyal
qırıqlığına uğramış və ordudan qaçmağa başlamışdılar. Bəzi bölgə xanları da bu
geriçəkilmədən istifadə edərək ruslarla açıq şəkildə iş birliyinə girmişdilər. Hətta
ordunun içində xəyanət edənlər ortaya çıxmağa başlamışdı. İsti temmuz günləri idi.
Abbas Mirzə yorğun ordusu ilə bərabər açıq və heç bir ağaclığı olmayan bir yerdə
oturaq saldı. İçməsi üçün yeni içəcək gətirmişdilər ki, qəfildən açılan bir güllə
Abbas Mirzənin ayağına isabət etdi. Abbas Mirzənin ayağını sıyırıb keçən güllə
orduda daha da ruh düşkünlüyü yaratdı. Abbas Mirzə təmkinlə ayağını sarıtdıraraq
ata minib və ordunun geri çəkilməyə davam etməsini istədi. İrəvandan sonra yolda
təhdid ünsürü olaraq bir hadisənin olacağı bəklənməməkdə idi. Şahzadə, qaçqınları
Arazın o tərəfinə keçirməklə Pirqulu Xan Qacarı görəvləndirdi. Karvan Gəncənin
ətrafını tərk etdikdən üç həftə sonra Xudafərin körpüsünə çatdı. Abbas Mirzə
müdafiə sistemini gücləndirmək amacı ilə bir neçə gün İrəvanda qaldı. Sonra da
ordusunun Əhərdə oturaq salmasını istədi. Abbas Mirzə geri çəkilərkən İsmayıl
Damğanini ordunun önəmli bir bölümü ilə Sisyanovla savaşmağa göndərmişdi.
İsmayıl Damğani ani hücumu ilə Sisyanovu Tərtərə tərəf geri püskürtdü. Beləliklə,
Şuşa və rus ordusundan oluşan hərbi saxlusu (ordunun barındığı geniş yer)
çevrədən qopuq şəkildə təcrid durumuna düşdü. Ancaq Kür çayının iki ağaclığında
Abbas Mirzəyə vəfadarlığı ilə bilinən Pirqulu Xan az qala Mustafa Xan Şirvaninin
tələsinə düşmüşdü. Mustafa Xan Şirvani, Abbas Mirzə geriçəkilmə qərarı aldıqdan
sonra açıq şəkildə rusların tərəfinə keçmişdi.
Bu olaylarda eyni zamanda rus hərbi gəmiləri Ənzəlini ələ keçirərək şəhərin
sahilində ləngər atırdı. Yalnız bütün Gilan əhalisi silaha sarılaraq ruslarla savaşa
başladı. Ruslar burada qalmanın böyük bədəli ola bilər hesabını yapdıqları üçün
gəmilərinin yönünü Bakıya tərəf çevirdilər. Abbas Mirzə Bakının düşmən
tərəfindən mühasirəyə alındığı və şəhərin qəhrəmanca dirəndiyi xəbərini aldı.
Amma bu həssas dönəmlərdə Abbas Mirzə öz islahatlarına başlamışdı.
Azərbaycanda tarımın gəlişməsi, şəhərlərin vəziyyətinin düzəlməsi heç bir fürsəti
nə olursa olsun qaçırmamağa çalışırdı.
Abbas Mirzə rus əsirləri ilə də insan kimi davranılması yönündə əmr verdi.
Kəsik rus başı gətirib ödül alma gələnəyini yasaqladı. Bu da belə davranışlara
alışmamış bəzi çevrələri şaşırırdı. Abbas Mirzənin bu tür davranışı əsirlərdə ona
qarşı sempati oyadırdı. Əsirlər bir diləkçə yazaraq Abbas Mirzənin onların
nümayəndələrini qəbul etməsini istədilər. Abbas Mirzə əsirləri təmsil edən heyəti
26
qəbul etdi. Onlar bu görüşdə Abbas Mirzənin yanında yer alıb, təcrübələrini
Azərbaycan ordusuna öyrətmək və ruslara qarşı savaşmaq istəyirdilər. Əslində bu
əsirlərin çoxu soy olaraq rus olmayan, ancaq Rusiya istilasında bulunan millətlərə
mənsub idilər. Abbas Mirzə onların bu istəklərini qəbul etdi. Beləliklə rus
ordusunda təlim almış əsirlərdən bir alay oluşdu. Əsirlərdən oluşan bu alay Abbas
Mirzəyə reformlarını ilkin olaraq orduda gerçəkləşdirmək üçün böyük yardımda
bulundular. Bu əsirlərin içində Polonyalı, Tatar, gürcü və digər xalqların
nümayəndələri də var idi. Bunların çoxu böyük bir vəfadarlıq hissi ilə Abbas
Mirzəyə sadiq qaldılar. Hətta onlardan bəziləri ömürlərinin sonuna qədər Abbas
Mirzədən ayrılmadılar.
Dostları ilə paylaş: |