REFORMĠST ABBAS MĠRZƏ
GĠRĠġ
1815-ci ildən etibarən, yəni Napoleonun tarix səhnəsindən dışlanmasından
sonra, artıq İngiltərə Hindistan müstəmləkəsi haqda heç bir əndişəyə
qapılmamaqda idi. Bu üzdən də Qacariyyə İngiltərə üçün əski önəmini itirmişdi.
Napoleonun Qacariyyəni üs kimi kullanıb və Hindistana həmlə edəcəyi daima
İngiltərəni rahatsız etməkdə idi. Bu səbəbdən də İngiltərə Qacariyyə ilə ittifaqa
önəm verir və onu Fransanın müttəfıqi olmaqdan kənar tutmağa çalışırdı.
Napoleonun Fransadakı siyasi həyatına son verilməsi Azərbaycanın da aqibətini
olumsuz yöndə etkiləməkdə idi.
Hindistandan arxayın olan İngiltərə başqa yerlərə göz tikməyə başlamışdı.
İngiltərə Hindistan kimi zəngin ekonomik qaynaqlı ölkəni qorumaq üçün onun
ətrafındakı əraziləri də işğal etmək istəyirdi. Bu şəkildə gələcəkdə də Hindistanı
hər hansı bir gücün qarşısında onun sınırlarının çox ötəsində qorumuş olurdu. Bu
üzdən də Xorasanın böyük bir bölümünü işğal etməyi planlayırdı.
Bu arada İngiltərənin Qacariyyəyə qarşı laqeydliyi Rusiyanın işğalçılıq
meylini daha da artırmışdı. Bu səbəbdən də Abbas Mirzə istəməsə belə, İngiltərə
ilə olan anlaşmaların ayaqda durmasından, keçərliliyini qorumasından yana idi.
Özəlliklə Hind ordusunda görəv yapmış ingilis zabitləri öz yanında bulundurmaq
istəyirdi. Ancaq İngiltərə Abbas Mirzənin bu istəklərinə soyuq yanaşırdı, çünkü
anlaşmada üzərinə götürdüyü maddələri həyata keçirməmək istəyirdi. İngiltərə
Qacariyyə ilə bağladığı müqavilədən boyun qaçırmağa çalışırdı. O sıralarda Rusiya
imperatoru Aleksandr Qacariyyə ilə savaş planlarını tasarlamaqda idi. Qafqazın
hakimi general Yermolov da Qacariyyəyə qarşı bəzi sınır təxribatı yapmaqda idi.
Özəlliklə Abbas Mirzənin reformları Yermolovu çox qızdırmaqda idi. Savaş 1826-
cı ildən öncə başlamayacaqdı. Bu illər ərzində Abbas Mirzə bəzi reformlarını
həyata keçirməklə uğraşdı. Sadəcə, 1821-1823-cü illəri arasında Osmanlı ilə olan
bəzi anlaşmazlıqlar onun reform hərəkətini əngəlləmişdi.
REFORMĠST ABBAS MĠRZƏ
“Padşahın ikinci oğlu Abbas Mirzə İngiltərənin yardımı ilə uğurlu islahatlar
həyata keçirməkdədir. Yüksək orqanizasionlu birliklər oluşdurmuşdur. Topxanası
qüsursuzdur və böyük bir sürətlə də gəlişməkdədir. Təbrizdə bir dəmir əritmə
mərkəzi yapdırmışdır. Ayrıca bir silah ürətim mərkəzi də çalışmaqdadır. Savaş
52
qalaları Avropa modelinə uyğun yapılmaqdadır. Azərbaycanın mədənlərini
kullanıma hazır etmişdir. Abbas Mirzə atasının xəsisliyi üzündən maddi basqı
altındadır. Ancaq özü sadə yaşamı tərcih etdiyi üçün şəxsi gəlirinin çoxunu orduya
və başqa sosial xidmətlərə həsr etməkdədir...”
Bu sözləri yazan davam edir:
“Reformlar davam edir. Belə getsə yaxın gələcəkdə Qacar dövləti Avropa
piyadələri səviyyəsində hərbi orqanizasiyon oluşduracaq”
29
. Bu raportu yazan
Abbas Mirzənin dostudurmu, əcəba?
Əksinə, bu raportu yazan Abbas Mirzənin düşməni və Qafqazın hakimi
General Yermolovdur. Qacar dövlətinin özünü savuna bilməsini mümkün edəcək
bu reformlar Yermolovu rahatsız etməkdə idi. Yermolov bu reform sürəcini
durdurmaq üçün Abbas Mirzənin düşmən qardaşı Məhəmmədəli Mirzə
(Dövlətşahi) ilə ilişkiyə girməyi düşündü. Məhəmmədəli Mirzə yaxşının pisin
fərqinə varmadan Abbas Mirzəyə qarşı düşmənçilik edirdi. Nə olursa olsun Abbas
Mirzənin bütün hərəkətlərinə qarşı idi. Dövlətşahi Abbas Mirzənin yenilikçi
tutumunu sevməyən bütün din adamlarını, narazı xanları öz ətrafına toplamış və
Qacar soyuna mənsubiyyət duyğusundan da daha üstün hədəf təqib edirdi. Çünkü
bu duyğudan yola çıxacaq olsaydı, Qacar soyundan olmayan xanları və mollaları
öz müttəfiqinə dönüşdürə bilməzdi.
Abbas Mirzənin şahzadəlik məsələsi Ağaməhəmməd Xan Qacardan miras
qalan Qacar Yasasına görə dəyişilməz bir durum olduğu üçün Yermolovun Abbas
Mirzəni devirmə planları baş tutmurdu. Əyyaşlıqla və digər bu kimi zövqlərlə
başını qatmış yaşlı Fətəli Şah isə ölümündən sonra nə olacağı haqda heç
düşünmürdü. Dövlətinin özündən sonrakı taleyi ilə ilgili bir planı yox idi. Bəziləri
belə söyləyirdilər ki, Şah, “tac-taxt onu əldə edə bilənin olacaqdır”, - demişdir. Şah
artıq çox yaşlanmışdı və hər an ölə bilərdi. Bu da Rusiyanı çox rahatsız etməkdə
idi. Çünkü Şahın ölümündən sonra Abbas Mirzə tac-taxta sahib olsaydı, durum
dəyişilə bilərdi. Abbas Mirzə ölkənin digər yerlərində olan, özəlliklə də
Məhəmmədəli Mirzənin əmrindəki ordunu da Rusiya ilə savaşa sövq edib, əldən
gedən torpaqları geri qaytara bilərdi. Yermolov bütün bu oluşumu əngəlləmək
üçün bir plan gəlişdirmişdi. Plana görə Rusiyanın Gürcüstanda olan birlikləri
İrəvanı işğal edəcəkdi. Bu işğalı durdurmaq üçün Abbas Mirzə birliklərini savaşa
sövq etmək məcburiyyətində qalacaqdı. Bu fürsətdən istifadə edərək başkəndə
dönüş yolunu qapatacaqdı və digər tərəfdən, də Məhəmmədəli Mirzənin şahlığa
gedən yolunu din xadimlərinin və digər Abbas Mirzə düşmənlərinin yardımı ilə
açacaqdı. Yermolov Abbas Mirzədən birdəfəlik qurtulmaq üçün belə bir plan
tasarlamışdı.
30
29
Marşal Prens Paskeviç, müəllif: Prens Esçer Batov, Sanpetersburq, 1890.
30
Eyni qaynaq.
53
Ordusunu modern disiplinə tabe edən, Azərbaycanda böyük reformlar
gerçəkləşdirən Abbas Mirzə, savaş nə qədər gec başlarsa, o qədər ölkəsinin
xeyrinədir deyə düşünürdü. Çünkü gün keçdikcə müxtəlif sahələrdə reformlar
gerçəkləşdirir və güclənirdi. Bütün bu güclənməni böyük savaşın başlanacağı gün
üçün hazırlıq kimi anlayırdı. Yermolov da belə anlayırdı.
Ruslar tərəfindən işğal edilən ərazilərin xanları öncə ruslarla bir şəkildə
anlaşacaqlarını sanırdılar. Lakin rusların onların hər tür muxtar hərəkətlərinə qarşı
sərt tutumu nədəni ilə bu xanlar Təbriz dərbarına sığınmışdılar. Abbas Mirzə
bunlara Azərbaycanın müxtəlif yerlərində torpaq verərək dəstəyini əsirgəməmişdi.
Lakin sonradan bu xanların arzuları böyüməyə başladı. Tehrandakı saray
intriqalarına qatılıb və Şahzadəyə qarşı çıxmağa başladılar. 1825-ci ilə qədər
xanlar, Şahzadənin düşmənlərinə, xüsusən onun əsas düşmənləri olan qardaşlarına
çox böyük yardım etdilər. Abbas Mirzənin reformlarını öz mənafelərinə qarşı
görən hər kəs bu düşmənlərin cərgəsində idi. Mollalardan tutmuş vəzirlərə, xanlara
və Şahzadənin qardaşlarına qədər geniş bir kütlə Abbas Mirzənin qərbləşmə
hərəkətinə qarşı idilər. Həftədə bir kəz rəiyyətlərin şikayətlərini dinləyən Abbas
Mirzə düşmənlərinin ona qarşı nə kimi planlar hazırladıqlarını anlamışdı.
1815-1825-ci illər Şahzadənin ən verimli və mutlu illəri idi. O illərdə
Təbrizin küçələrində, bazarlarında görünən insanların davranışlarında mutluluq və
güvən sezilməkdə idi. O illərdə Təbriz Tehrandan daha əhəmiyyətli görünməkdə
idi. Çünkü Təbriz tacirlər üçün daha güvənilir və para qazandıran şəhərə
dönüşmüşdü. Bütün bunların səbəbkarı olaraq Şahzadəni görən Azərbaycan əhalisi
Şahzadəyə öz doğma padşahları kimi baxırdılar. Təbrizin bir neçə məhəlləsində
yeni hamamlar təsis edilmiş, şəhərə içməli su çəkilmiş, İstanbula mal aparan
tacirlərin gecələmələri üçün yeni Karvansaralar tikilmiş və onların güvənliyi ilə
ilgili hər tür önləmlər alınmış, imkanlar sağlanmışdı. Abbas Mirzə özəl həkimi
ingilis Karmək vasitəsi ilə Təbrizdə ilk kəz su çiçəyi xəstəliyinin tədavisi üçün
mərkəz təsis etmişdi. Bu da Azərbaycan çocuqlarının sağlığı üçün
atılan ilk böyük
addım idi. Abbas Mirzənin sağlıq alanındakı reformları, özəlliklə Tehrandakı baş
mollaları rahatsız edir və bu tətbiqatdan küfr qoxusu gəlir deyə Şahı uyarırdılar.
Lakin Abbas Mirzə düşlədiyi gəlişmiş Azərbaycanı gerçəkləşdirmək üçün bu
reformların miqyasını genişlətmək zorunda idi. Bu səbəbdən də Azərbaycan
əyanlarının oğullarını təhsil almaq üçün Avropaya göndərdi. Hər tür yeniliyə
qapalı olan qaranlıq ruhlu ortama və Tehranın əngəlləmələrinə qarşı Abbas Mirzə
böyük bir özənlə islahatlara durmadan davam edirdi. Bəzi təsisatların yapılmasına
özü şəxsən nəzarət edirdi. İlk kəz olaraq Abbas Mirzə Azərbaycanda kitab yayın
mərkəzi (çapxana) təsis etdirdi. Daş üsulu çapxana təsis edildikdən sonra həm yeni
iş mərkəzinin açılması, həm də müxtəlif kitabların çap edilməsi baxımından
Azərbaycanın
başkəndi Təbriz öz tarixi statusunu dəyişdirməkdə və
modernləşməkdə idi. Abbas Mirzənin bu reformları Təbrizi mədəni dünyanın bir
parçası etməkdə idi. Bütün bu yeniliklər həm mənafeləri, həm də cəhalətləri
54
üzündən xürafi ənənələrə bağlı olan böyük mollalar ordusunu, xanları, feodalları
əsəbiləşdirməkdə idi.
1820-ci ildə Xoy yeni tarixi bir hadisəyə şahid oldu. Şəhərin meydanında
fəaliyyətə başlayan bir yun makinası hər kəsi heyrətləndirmişdi. Təkbaşına 20
kişinin işini görən bu makinanın Xoyda fəaliyyətə başlaması Batı həyat tərzinin, iş
və işçi məfhumunun şəhərdə anlaşılmasına yardımçı olmaqda idi. Bu makinanın
ürətdiyi ilk başlarda yalnız keçədən ibarət idi. Lakin bu da həm köçərilərin
ehtiyaclarını bərtərəf etməkdə, həm də şəhəri ticarət mərkəzinə çevirmə
baxımından çox önəmli idi. O günün ehtiyacları açısından baxıldığında bu tür
işlərin nə qədər önəmli olduğu anlaşıla bilər. Abbas Mirzə böyük bir sevinclə
ətrafındakılara deyirdi ki, bir gün gələcək, artıq bu tür şeyləri idxal etməyəcəyik.
Azərbaycan öz istehsal imkanları ilə bütün Şərqin ehtiyaclarını təmin edəcək. Bu
sözlər onun hərbçi olmasına rəğmən bir ekonomist düşüncəyə sahib olduğunu da
göstərir. Tehranın ona qarşı xəsisliyinə, əngəlləmələrinə, intriqalarına qarşılıq
olaraq Şahzadə biricik qurtuluş yolu kimi Azərbaycanın iqtisadi, tekniki baxımdan
qalxınmasını planlayırdı. Abbas Mirzə ağlında daşıdığı böyük savaşı başlamadan
öncə güclü ekonomisi, əhalisinin çoxu savadlı və Avropada təlim almış
mütəxəssislərdən bərxurdar olan olan bir Azərbaycan, düşünən, düşündürən,
xurafatdan arınmış fərqli bir Azərbaycan ölkəsi yaratmaq istəyirdi. Hər bir açılışda
Şahzadə özü iştirak edirdi. Lakin bu açılışlardakı izdihamlarda Tehrandan dəstək
alan bəzi insanlar da bu reformlara qarşı şüarlarla bağırmaqdan geri qalmırdılar.
Bunlar kafir işləridir, din əldən gedir deyə bağıranları Abbas Mirzə sərt şəkildə
cəzalandıra bilmirdi. Çünkü onlar böyük şəbəkə olaraq Tehran mollaları və
Şahzadənin qardaşları ilə irtibatda olan insanlardı. Şahzadə onları susdurmaqla
yetinirdi. Özəlliklə Azərbaycan din alimlərinin, din xadimlərinin də təsirindən
yararlanırdı. Lakin heç bir şəkildə din xadimlərinə güvənmirdi. İstər azərbaycanlı
olsun, istər başqa yerli. Çünkü o bilirdi ki, din xadimlərinin dəyişilməsi mümkün
olmayan qaranlıq qafaları elmə, bilgiyə və yeniliyə qarşıdır. Ən önəmli
reformlardan biri də Azərbaycanın şəhərləri və kəndləri arasında itizamlı post
şəbəkələrini qurması idi. Bu yeni şəbəkədə çaparlara gərəkən bütün ehtiyaclar
nəzərə alınmışdı. Mehmanxana kimi istirahət evləri, münasib yeməklər, çaparlıq
üçün uyğun atlar və digər bu kimi ehtiyaclar reformlara nəzarət edən heyət
tərəfindən yoxlanılmış və Şahzadəyə bilgi verilmişdi. Rəiyyətlərin toyuğunu,
yumurtasını vergi olaraq zorla alan kənd ağaları Abbas Mirzənin təhdidi üzərinə bu
işlərindən vaz keçmişdilər. Vaz keçmişdilər, ancaq reform düşmənləri cərgəsinə
qatılmışdılar. Şahzadə Azərbaycanın sınırları ötəsində də hörmət qazanmışdı. Bəzi
böyük şəxsiyyətlər və ölkədə karizması olan bir çox insan da ona dəstək verirdi.
Bunlardan ən önəmlisi tarixi kitab olan “Maaser-e Sultani”nin (Padşahanə
xatirələr) müəllifi idi. Keçən səhifələrdə bu şəxs haqqında bilgi verilmişdir. Bu
şəxs Dənbəli xanidanı soyundan idi.
***
55
1805-1826-cı illər arasında o qədər səfir Tehrana və Təbrizə gəl-get etdi ki,
onların hamısının adını saymaq yorğunluğa səbəb olar. Lakin bütün bu səfirlərin
yazdığı xatirələr, Abbas Mirzə ilə bağlı verdikləri bilgilər, bizim, Şahzadə
haqqında gerçək məlumat sahibi olmamıza yardımçı olmaqdadır. Bu bilgilər o
dönəmin özəlliyini, Şahzadənin xarakterini, ideallarını və təsəvvürlərini öyrənmə
açısından açar rolu oynamaqdadır. Bu arada İngiltərə, Rusiya, Fransa gizlin
servislərinin Qacariyyənin gələcəyi ilə ilgili olaraq mərkəzi kəşfiyyatlarına
verdikləri bilgilər və raportlar diqqəti cəlb etməkdədir. Hər üç dövlətin gizlin
kəşfiyyatlarının raportlarına görə Abbas Mirzə padşah olduqdan sonra
Qacariyyənin başkəndi Tehrandan Təbrizə daşınacaqmış. Bunun üçün isə bir çox
gerçək verilərə dayanan məntiqi dəyərləndirmələri mövcud idi: 1. Abbas Mirzə
Təbrizlə özdəşləşmişdir. Öz çevrəsini Təbrizdə qurmuşdur. O, artıq bütün
yardımçılarını və iqtidar ekipini Təbrizdə oluşdurmuşdur və bu ekipi ilə ölkə
genəlində iqtidarını tətbiq etmək istəyəcək. 2. Abbas Mirzə Təbrizin gəlişməsi ilə
bağlı çox işlər görmüşdür. Bu işləri özünün gələcək başkəndi olaraq düşlədiyi
şəhər üçün görməkdədir. 3. Fətəli Şahdan sonra şah olacaq Abbas Mirzə üçün ən
uyğun iqtidar mərkəzi Təbriz olaraq görünməkdədir. Çünkü Təbriz mərkəzli bir
iqtidar sahibi olan Abbas Mirzə həm rəqiblərini asanlıqla ortadan qaldıra bilər, həm
də Azərbaycanda başlatdığı reformunu ölkə genəlinə daşıya bilər. 4. Abbas Mirzə
özünü Azərbaycana çox borclu bilməkdədir. Bu borcluluğun qarşılığı olaraq
başkəndi Azərbaycana daşımaq kimi gizlin fikrini söhbətləri sırasında sezmək
mümkündür. 5. Abbas Mirzənin Azərbaycanda gerçəkləşdirdiyi reformlar səbəbi
ilə artıq xarici ölkələr də Təbrizə gələcəyin baş kəndi kimi baxmaqdadırlar.
Özəlliklə dünyanın böyük gücləri Təbrizi başkənd olaraq görəcəklərinə indidən
alışmışlar. Çünkü onlara görə başkənd Təbriz olacağı təqdirdə bu ölkə ilə
diplomatik münasibətlərin saxlanılması daha rahat şəkildə olacaqdır. Təbrizdəki
reformlar səbəbi ilə bu şəhər həm Tehrandan, həm də digər şəhərlərdən daha çox
Qərb mədəniyyətinə yaxınlaşmışdır. Şəhərin qərbləşməsi üçün altyapı Abbas
Mirzə tərəfindən hazırlanmışdır. Bu da onun başkənd olması ilə ilgili olaraq
uluslararası baxışın və əfkar-i ümuminin sağlanması anlamındadır.
Təbrizi ziyarət edən bir çox səfirlər Şahzadənin yanında həddi-buluğa
çatmış iki oğlunu və bir də gənc bir qardaşını görməkdələr. Şahzadə bu gənc
qardaşını öz oğulları qədər çox istəyirmiş. Məlik Qasim Mirzə adında olan Abbas
Mirzənin bu qardaşı sonralar Urmunun hakimi olacaqdı. Onun haqqında Kont de
Sers çox xoş sözlər söyləmişdir. Abbas Mirzə boş zamanlarını onlara həsr edir və
təhsilləri ilə maraqlanır, müəllimlərindən bilgi alırdı. Abbas Mirzənin kiçik oğlu
Cahangir Mirzə atasına bir çox səfərlərdə eşlik edir, olayları vaqeə-nevis kimi
qələmə alırdı. Ondan “Tarixe no (Yeni tarix)” adında bir kitab miras qalmışdır.
Dağlıq kəndlərdə yaşayan kəndlilər belə, Şahzadənin istiqbalına varmaqdan
çəkinmirdilər. İngilis diplomat Ker Porter bir kürd qaçaqçılarının başçısından
eşitdiyi sözləri bu şəkildə qələmə almaqdadır: “Şahzadənin əmniyyət və güvən
56
sağladığı kənd adamları Şahzadə keçərkən bütün ailələri ilə bir yerdə onun
istiqbalına varır və ona dua edirdilər. Şahzadə bu yoxsul kəndlilərdən sovqat
almağı yasaqladığı üçün onlar Şahzadəyə yaşıl yarpaq verir, yollarına gül
səpirdilər. Lakin elə bu kəndlilər bilsəydilər ki, Kirmanşahın hakimi bu tərəflərdən
keçməkdədir, qorxularından ən qorxunc dərələrdə qaçıb gizlənərdilər”.
31
Kürdlər xırman vaxtı gizləndikləri yerlərdən çıxıb Azərbaycan kəndlərinə
hücum edib, talan edirdilər. Abbas Mirzə bunlarla həm silahlı savaşa girir, həm də
bir çox kürdləri başqa yerlərə köçürüb, onlara tarımla uğraşmaları üçün torpaq
verirdi. Ancaq hərbi birliklərə də onlara diqqət etmələrini əmr etmişdi. Urmu
kəndlərini kürd qaçaqçılarının yağmalamasından qurtaran Abbas Mirzəyə
Azərbaycanın bu bölgəsində ayrıca bir sevgi var idi. Bu bölgələr həm də Avşar
soyunun bol olduğu yer idi. Çox məğrur davranan Avşarlara Abbas Mirzənin
ehtiyacı var idi. Süvariliyi bir kültür olaraq ta qədimdən özləri ilə bərabər daşıyan
Avşarlar Abbas Mirzənin istəyinə müsbət cavab verib ordunun süvarilər qisminə
qatılırdılar. Abbas Mirzənin çətin günlərində də bəlli oldu ki, Avşarlar ənənələrdən
gələn ehtiraslarını öz içlərində boğaraq Şahzadənin islahatlarına qarşı çıxmamışlar.
***
1817-ci ildə Qafqazın hakimi general Yermolov Qacariyyəyə bir elçi
göndərmə konusunda mərkəzi razı sala bildi. Yermolov, Qacar dövləti haqqında
hər kəsdən daha çox bilgili olduğunu iddia edirdi. Bu üzdən də Rusiyanın
Qacariyyə ilə olan ilişkilərini ən doğru şəkildə yürüdəcəyini düşünürdü.
Yermolovun hədəfi Qacariyyənin Rusiya ilə sınır şəhərlərində konsulluq açmaq
idi. Digər tərəfdən, Rus ordusunun Mavəra-ün Nəhrə (Çay ötəsinə) hücum etməsi
üçün Xorasandan keçməsi haqda Şahı ikna etmək istəyirdi. Lakin Yermolovun
gizlin saxladığı ən mühüm amacı Osmanlıya qarşı Qacariyyə ilə ittifaqa girmək
istəməsi idi. Onun heç bir istəyi gerçəkləşmədi. Şah Osmanlıya qarşı Rusiya ilə
ittifaqa girmək istəmirdi, Abbas Mirzədə də belə bir istək yox idi. Digər tərəfdən,
Rus ordusunun Xorasandan keçməsinə nə Şah, nə də Abbas Mirzə razı oldular,
çünkü ordunun buradan keçərkən bu torpaqları işğal etməyəcəyi konusunda heç bir
qarant yox idi. Konsulluqların açılması isə bir sürə sonraya ertələndi.
Yermolovun Moris Dukutezbov adlı çox önəmsiz bir katibi bu səfəri
ayrıntıları ilə qələmə almışdır. Bu katibin yazdığından anlaşılır ki, o, Yermolovla
Şahzadə arasındakı düşmənlikdən xəbərsiz imiş.
Rus heyətinin yolu İrəvandan keçməkdə idi. Bu heyət 1807-ci ildən etibarən
İrəvan əyalətinin elbayı olan Hüseyn Xan Sərdar vasitəsi ilə Qacar dövləti ilə
təmasa girməkdə idi.
Həm Təbrizdə, həm də Tehranda Birinci Aleksandrın səfirini böyük bir
istiqballa qarşıladılar. İstiqbalın möhtəşəm olmasının ən böyük səbəbi Qacar
31
Ker Porter. “Travels in Georgia, Persia, etc. London.” 1821.
57
dövlətinin Rusiyanın təkliflərinin heç biri ilə razılaşmaması idi. Digər tərəfdən,
Abbas Mirzə fürsətdən istifadə edib öz ordusundakı yeni düzən və disiplini
düşmənin elçisinə göstərmək istəyirdi. Səfir Təbrizin bir neçə ağaclığında sadə bir
törənlə qarşılanmadı. Qırx top, səksən süvari və səkkiz min piyadə ilə qarşılandı.
32
Şahzadə, Təbrizdəki sarayında elçini qəbul etdi. Bu saray Şahzadəyə
bağışlanan Təbriz əyanlarından birinə mənsub idi. Şahzadənin bir neçə addım
arxasında artıq çox yaşlanmış Qaimməqam görünməkdə idi. Elçi, Şahzadəyə
İmperatorun öz dəst-xətti ilə yazılmış məktubu verdi. Heyət, Şahzadəni tərk
etdiyində, Abbas Mirzə olduğu yerdə durdu və sadəcə, əlləri ilə vida əlaməti
göstərib əl sallayaraq, onları yola saldı. Yermolov heç bir şeyi qaçırmadan diqqətə
alırdı. Çünkü o, Moskvaya yazdığı raportlarında “Abbas Mirzə reformlarında
başarılı olur və güclənirsə Rusiyaya qarşı savaş açacaq” kimi öngörülərdə
bulunmuşdu. Abbas Mirzə Yermolovun gəlişi üçün topların atəş edib və gözlə
görünə biləcək bəlli hədəflərin vurulmasını istəmişdi. Özü də topçu olan
Yermolov, Abbas Mirzənin topçularının bu qədər dəqiq olduqlarına görə duyduğu
şaşqınlığını gizlədə bilmirdi.
Dukutezbovun verdiyi bilgilərə görə o zaman Şahzadənin yanında bulunan
Hind ordusuna mənsub ingilislər də varmış. O, bu adamların adını bu şəkildə
yazmaqdadır: Albay Lindsi, Albay Mekintaş, Minbaşı Hart, Yüzbaşı Vilak
*
və
Doktor Karmək. Rusiya heyəti bunlarla daha yaxın münasibət qurmağa çalışdı.
1814-cü il İngiltərə-Qacariyyə anlaşmasına görə Hindistan ordusuna
mənsub albaylar Şahzadənin yanında bulunmalı və təcrübələrini ordunun eyitimi
üçün səfərbər etməli idilər. Şahzadə bu albayları daima yanında bulundururdu.
Ancaq Vilak həm də bunun ötəsində öz dövlətinə daha başarılı olduğunu, başqa
işlərin də öhdəsindən gələ biləcəyini göstərmək istəyirdi. Bu üzdən də Hind
ordusundan gəlmiş heyətin geri dönüşü üçün hər tür çaba göstərməkdə idi və
sonunda da bu işi başardı. Vilakın Abbas Mirzə ilə yaxşı münasibəti yox idi. Bu
illər ərzində Şahzadə Vilak heyətindən Şərq dilləri uzmanı olan Dromond Kəmpil
adında bir doktorla dostluq münasibəti qurmuşdu. Eləcə də Ker Porterlə yaxın
münasibəti var idi. Ker Porter boş vaxtlarında rəssamlıqla məşğul olurdu.
Ker Porter 1820-ci ildə Şahzadənin yanında Təbrizdən Tehrana yolçuluq
etmişdi. Uzun yolçuluq onları bir az bir-birinə yaxınlaşdırmışdı. O, öz xatirələrində
bu səfərlə ilgili geniş bilgi verməkdədir. Yol boyunca Şahzadə Napoleonun
devrilməsindən duyduğu rahatsızlığı etiraf etmişdi. Ker Porter bu yolçuluq
əsnasında Şahzadənin bəzi törələrə qarşı duyduğu nifrəti də öyrənmişdi. Özəlliklə
Şahzadə bəzi böyük vəzifəli şəxslərin qarşısında heyvan qurban kəsmə törəsinə
nifrət edirmiş. Şahzadə vardığı yerlərdə qurban kəsməni yasaqlamasına qarşı,
32
Ker Kurper, “Persia səfəri”, 2-ci cild.
*
Vilakın qardaşı İngiltərənin nümayəndəsi olaraq Fətəli Şahın yanında bulunmaqda idi. Sonrakı
səhifələrdə onun haqqında bilgi veriləcəkdir.
58
yolboyunca ona hədiyyə edilən təmiz bal və bəzi incə qabları böyük zövqlə qəbul
edirdi. Ker Porter Şahzadənin Təbrizdəki sarayında Doktor Dulafos adında bir
yabançı ilə də tanış olur. Lakin bir çox dünya ölkələrini gəzmiş bu yabançının
milliyyəti haqqında bilgi verməməkdədir. Uzun yolçuluqdan dolayı ortaya çıxan
yorğunluq yolçuluğun düzənini pozmuşdu. Karvanın çox önündə yürüyən
Şahzadənin qadınları bir sürəliyinə başqa yolçularla bərabər yolçuluq etmək
zorunda qaldılar. Onlar dörd xanım idi. Gözəl atlar üstündə, zərrin paltarlar geymiş
bu qadınların surətləri də örtülmüşdü. Çox qısa sürəliyinə bərabər yürüyən
yolçuluqdan sonra təkrar onlar önə varıb və gərəkən məsafəni aldılar. Şahzadə elə
bir tutum izləməkdə idi ki, kimsə onun ailəsi haqda intriqa qaynağı olacaq bilgi
edinəməsin. Bu səbəbdən də o günə qədər kimsə Ker Porter qədər onun ailəsi
haqda bu qədər bilgi edinəməmişdi. Sultaniyyəyə çatdılar. Sultaniyyədə Şahzadə,
Ker Porterə bu yer haqda bilgi verdi ki, bu əski şəhər təqribən beş yüz il öncə
Xudabəndə adı ilə bilinən Sultan Ulcayto tərəfindən təsis edilmiş, lakin bütün
cəhtlərə rəğmən bu şəhər torpağa batmış, yox olmuş və ondan sadəcə, bəsit
görüntülər miras qalmışdır. Ker Porterin verdiyi bilgilərdən anlaşılır ki, o zaman
Zəngan möhkəm qalalarla çevrələnımş kiçik bir şəhər imiş. Porter, Abbas Mirzənin
qardaşlarının ona qarşı olan həsədləri haqda da bilgi verməkdədir. Xəmsə
*
nin
elbayı (varisi) Abbas Mirzənin kiçik qardaşlarından biri olan Abdulla Mirzə idi.
Baxmayaraq ki, Abbas Mirzənin vəliəhd olduğunu bilirdi və kural icabı vəliəhd
burdan keçərkən onun istiqbalına varmalı idi, lakin Abbas Mirzəni qarşılamasın
deyə, Xəmsəni tərk edib, Tehrana getmişdi. Bu da Şahzadəyə qarşı böyük bir
həqarət sayılırdı. Abbas Mirzə bu həqarətə etinasız qalmadı. Zənganda bulunduğu
müddətcə heç bir hədiyyəni qəbul etmədi və lazım olan şeyləri özü aldırtdı.
Ancaq Qəzvində böyük bir istiqbal törəni gerçəkləşdi. Qəzvinin elbayı
Əlinağı Mirzə böyük bir törənlə böyük qardaşının istiqbalına vardı. İki qardaşın
görüş zamanı bir-birlərinə göstərdikləri ilgi onların qarşılıqlı səmimiyyətlərini
ortaya qoymaqda idi.
Kərəc, Tehranın qırx ağaclığında və eyni adlı bir çayın kənarında
yerləşmişdi. Fətəli Şah səltənətinin ilk illərində burada böyük bir şəhər yapdırmaq
istəmişdi. Lakin sonradan bu istəyindən vaz keçmişdi. Bu gün Kərəcdə Qacar
dönəminə aid olan əsərlərdən sadəcə, Süleymaniyyə sarayının qalıqları
qalmaqdadır.
Süleymaniyyəyə çatdıqlarında Abbas Mirzə çox dalğın görünürdü. Ker
Porter, Abbas Mirzənin belə əndişəli görünməsinin səbəbini Doktor Dulafusdan
sorur. Məlum olur ki, Şahzadənin əndişəli görünməsinə səbəb olan onun özəl
həkimi Doktor Kəmpilin ağır xəstə oluşu imiş. Bir neçə Doğu dillərini bilən
Doktor Kəmpil ağır xəstələnmiş və ölüm yatağında yatmaqda idi. Doktor Dulafus
və Ker Porter Kəmpili yaxından görüb halını bilmək üçün onun ziyarətinə getdilər.
*
Xəmsə Əraka yaxın kiçik bir əyalət idi.
59
Hər ikisi onu gördüklərində sağalacağına dair ümüdlərini itirdilər. Lakin yenə də
Kəmpil onların gəlişinə sevinmişdi. Onlar xəstədən ayrılmaq zorundaydılar. Çünkü
Abbas Mirzə ilə bərabər Tehrana getməliydilər. Abbas Mirzə Kəmpilin sağalma
ehtimalının olmadığını onlardan eşitdikdən sonra daha çox üzüldü. Abbas Mirzə
özəl həkimi Kəmpilin ziyarətinə getdi. Ona sağalma və sağlıq diləklərini ilətib
ayrıldı, Tehrana yola düşdü. Yol yarı olmadan Kəmpilin ölüm xəbərini ona
söylədilər. Abbas Mirzə üzünü ingilislərə tutaraq dedi: Bilmirəm qürbətdə can
verən sizin yurddaşınız üçün, yoxsa öz dostumun ölümü üçün ağlayım. Müsafirlər
Abbas Mirzənin gözlərindən axan yaşa tanıq oldular.
***
Vəliəhd yay aylarını Xoyda keçirir və ordusunun böyük bir bölümü şəhərin
kənarında yerləşirdi. Onun hər ilin yayında Xoyda olması bu şəhərin böyüməsinə,
ticarət mərkəzi olmasına səbəb olmuşdu. Şəhərdə bir çox ağac əkilmiş və şəhərin
görünümü qısa bir müddətdə dəyişmişdi. Abbas Mirzə üçün Xoy ayrıca hərbi bir
önəm daşımaqda idi. Çünkü daima savaşa hazır halda bulundurduğu ordusunun
eyitimi və məşqləri bu şəhərin çevrələrində olurdu.
1806-cı ildə Osmanlı paşaları ilə savaşa dönüşən ixtilaf hələ də həll
olmamış qalmaqda idi. Zamanla bu ixtilaf böyüməyə başlayıb və 1821-ci ildə geniş
çaplı savaşa dönüşdü, ancaq bu dəfəki lokal bir savaş deyildi. Savaş Quzey batıdan
Güney Batıya qədər uzun bır sınır boyunca başlamışdı. Kirmanşahın elbayı (valisi)
Məhəmmədəli Mirzə Dövlətşahi böyük bir təərrüzə başlamışdı. Dövlətşahi öz
süvarilərini sürətlə sınıra çatdırmağı başarmış və çox asan müvəffəqiyyət əldə
etmişdi. Çünkü qəflətən hücuma uğrayan Bağdad elbayı Davud Paşa həm
hazırlıqsız yaxalanmışdı, həm də qarşı qoya biləcək önəmli gücü yox idi. Qacar
tərəfi bu savaşa çox hazırlanmışdı. Burada belə bir sual ortaya çıxır ki, bu qədər
iqtidar hərisi olan Dövlətşahi nədən Bağdadı işğal etməmişdir? Əcəba, xarici
dövlətlərin müdaxiləsimi olmuşdur, yoxsa İraq din xadimlərimi bu savaşa qarşı
çıxmışdılar? Çünkü Şiə inancının önəmli rəhbərləri bu ərazilərdə uyumaqdadır. Bu
şəhərləri savaş yolu ilə ələ keçirmək üçün Hülakü Xan qədər dinsiz olmaq
gərəkirdi. Lakin Dövlətşahi şiə gələnəklərinə çox bağlı idi. Din xadimlərinin
fətvaları ilə hesablaşırdı. Özəlliklə də Abbas Mirzənin yerini almaq üçün din
xadimlərinin dəstəyini almış durumda idi. Əcəba, din xadimlərimi Dövlətşahinin
İraqı savaşla istila etməsini önlədilər? Nəcəf və Kərbəla kimi şəhərlərin top atəşinə
tutulması şiə məzhəbinin müqəddəsatına toxunmaq anlamında idi. Lakin bütün bu
dəlillərin ötəsində ən önəmli məsələ onun cismi vəziyyətinin dəyişməsi idi. O
zaman 35-36 yaşlarında bulunan Dövlətşahi çox güclü bünyəsi ilə məşhur idi.
Ancaq ürək ağrısı onu yaxaladı və çox keçmədən ağır bir qızdırmaya mübtəla oldu.
Bu üzdən də Bağdad paşası ilə böyük savaşa girmədən geri dönmək zorunda qaldı.
Geri dönüb və xəstəliyinə şəfa axtarmaq istəyirdi. Kərənd kəndində hiss etdi ki,
ölmək üzrədir. Bu kənddə köhnə və artıq istifadə edilməyən sökük bir qalanın
divarlarına söykənib can verdi. Onun cəsarəti və şücaəti inkaredilməz idi, lakin
60
həsəd onu məhv etmişdi. Dövlətşahinin ölümü Abbas Mirzəni ona qarşı yönəlmiş
həsədlərdən rahat etmədi. Dövlətşahinin həsəd mirasını başqa qardaşları
daşımaqdaydılar.
Ancaq bu savaşın önəmli qismi Qars, Bayəzid, Ərzurum çevrələrində
getməkdə idi. Savaşa səbəb olan problemləri diplomatik yolla da çözmək mümkün
idi. Lakin Osmanlı tərəfi savaşmaqda qərarlı görünürdü. Özəlliklə də kürd
qaçaqçılar Azərbaycan kəndlərini talarkən Osmanlı tərəfindən dəstək görürdülər.
Azərbaycan tacirləri soyulur və kəndlilərin, köçərilərin sürüləri qarət edilirdi.
Bütün bu soyğunçular isə Osmanlı ərazisində yaşayan kürdlər idi. Qacar dövlətinin
bunları önləmə uyarılarına Osmanlı diqqət etmirdi.
Abbas Mirzə bu dildaş qonşu ilə savaşmaq istəmirdi. Bu üzdən də barış
yolu ilə məsələnin həllinə çalışırdı. Lakin 1807-ci ilin payızından etibarən İrəvanın
elbayı olan Sərdar Hüseyn Xan belə düşünmürdü. Çünkü İrəvan elbayı üçün
Osmanlı ilə savaş daha faydalı idi. Sonralar bəlli olur ki, Rusiya da İrəvan elbayını
bu savaşın böyüməsinə təhrik etmiş, vədlərdə bulunmuşdur. Bu illər ərzində İrəvan
elbayının imkanları böyümüşdü. Özəl strateji önəmi olan İrəvan üçün Fətəli Şah da
diqqət yetirməkdə idi. İrəvanın güclü olması Rusiyaya qarşı çox əhəmiyyətli idi.
Ruslar İrəvanda birikmiş bu savaş imkanlarını Osmanlıya qarşı kullanıb ortadan
qaldırmaq istəyirdilər. Çünkü Rusiyanın sonrakı planlarına qarşı İrəvandakı hərbi
üslər təhdid ünsürü kimi görünürdü.
Hüseyn Xan Qəzvində yaşayan Qacar soyunun bir boyuna mənsub idi.
Lakin zəngin bir soydan deyildi. Ancaq savaş qabiliyyəti yüksək olduğu üçün
Ağaməhəmməd Xan zamanından müxtəlif postlarda olmuş, tərəqqi etmiş və
nəhayət, İrəvan elbaylığına qədər yüksəlmişdi. İşini qulluqçuluqdan başlayaraq
genişlətmişdi. Morier onu 1814-cü ildə görmüşdür. Bu zaman çox yaşlı olan İrəvan
elbayı hələ də gənclik duyğusundan məhrum deyilmiş. Hüseyn Xan kəsinliklə
Abbas Mirzədən xoşlanmırdı. Şahzadənin reformları onu çox əsəbiləşdirirdi.
Çünkü Azərbaycandakı həyat tərzinin yaxşılaşması bir gün Fətəli Şahı təhrik edə
bilərdi ki, İrəvanın da yönətimini Azərbaycanla bir yerdə Abbas Mirzəyə tapşırsın.
Bu üzdən də Abbas Mirzəyə qarşı için-için düşmənçilik duyğusu bəsləməkdə idi və
intiqam almaq üçün münasib fürsət axtarırdı. Anadolunun köçəri türk Heydəranlu
tayfası bir neçə bahar idi ki, sürülərini gətirib Səlmasın örüşlərində otarırdı.
Hüseyn Xan bunu ən uyğun savaş aracı kimi kullanaraq onları əziyyət etməyə
başladı, buna qarşılıq isə Ərzurum elbayı Məhəmməd paşadan gəldi. Məhəmməd
paşa bu torpaqları Osmanlıya qatmaq istədi. Məhəmməd paşa deyirdi ki,
Heydəranlu tayfasının çoxu orada yaşayır. Bu üzdən də bizim sürülərin oralarda
otlamasına müsahidə edilməlidir. Abbas Mirzə öncə barış yolunu dənədi. Bu
səbəbdən də Təbrizin böyüklərindən birisini heyətlə bərabər müzakirə üçün
göndərdi. Lakin Məhəmməd Paşa elçi ilə çox pis rəftar etdi. Onların əllərinin
bağlanıb zindana atılması əmrini verdi. Abbas Mirzəyə də bir məktub yazaraq yenə
də iddia etdi ki, o torpaqlar Osmanlıya aiddir.
61
Abbas Mirzə savaşa girmək üçün atasından izn istədi. Abbas Mirzə
Azərbaycan ordusuna hücum əmri verdi. Osmanlı paşası bu miqyasda həmləni
gözləmirdi. Abbas Mirzənin ordusu qısa
sürədə Səlmasın civarını Osmanlılardan
boşaltdi. Öz hücumunu davam edən Şahzadə Van və Çaldıranı da ələ keçirdi.
Özəlliklə Çaldıranda Osmanlı ordusu böyük məğlubiyyətə uğradı, bir çox əsir
alındı və iki qəbzə top da ələ keçirildi. Savaş əsnasında Şiə din xadimlərinin
anlaşaraq verdikləri fətvalar ortaya çıxdı. Din xadimlərincə müsəlmanlar arasında
savaş olmamalı idi. Bu savaş davam edərsə İslamın düşmənləri bu durumdan
yararlana bilərdi. Din xadimləri tərəfindən gələn bu yoğun barış istəkləri üzərinə
Abbas Mirzə bütün Osmanlı əsirlərini heç qarşılıq istəmədən sərbəst buraxdı.
Lakin Şahzadənin bu davranışı sərəsgəriyə
**
yə təsir etmədi. Paşa bir tərəfdən
Torpaq qalanı ələ keçirmək istərkən, digər tərəfdən, də Ərzurumda güc birikdirirdi.
Bütün yaxın şəhərlərdən Paşa üçün yardım gəlirdi. Çox keçmədən bəlli oldu ki,
Məhəmməd Paşa əlli min nəfərlik bir ordu təşkil etmiş və böyük hücuma hazırlaşır.
Abbas Mirzənin Xoyda barındırdığı ordusunun sayı çox deyildi. Verilərə
görə Şahzadənin Xoydakı ordusunun miqdarı on mindən artıq deyilmiş. Abbas
Mirzə Təbrizdən və başqa yerlərdən yardıma gələn ordunu bəkləmədən bu ordunun
komutanlığını üstlənib hücuma başladı. Çox böyük bir sürətlə Osmanlı sınırlarını
basıb keçdi. Şahzadə, savaşı Osmanlı torpaqlarında davam etmək istəyirdi.
Özəlliklə Ərzuruma gəlməkdə olan Osmanlı birlikləri bu şəhərə çatmadan
Ərzurumu ələ keçirmək istəyirdi. Şahzadə, Osmanlı ordusunun həm texniki, həm
düzən və həm də kəmiyyət olaraq Qacar ordusundan daha üstün olduğunu
bilməkdə idi. Bu üstünlüyü sürətli bir əməliyyatla ortadan qaldırmaq istəyirdi.
Şahzadənin ordusu gündə otuz ağac irəli gedirdi. Bu da Fransa heyətindən miras
qalan təlimatın məhsulu idi. Bu savaş Abbas Mirzənin planladığı kimi yürüdü.
Şahzadə bu savaşda qalib oldu. İngilis tarixçilərin yazdığına görə durum belə
olunca Osmanlı tərəfi barış təklifində bulunmuş. Osmanlı tərəfindən önərilən barış
planının ilkin maddəsində Abbas Mirzənin Osmanlı torpaqlarını tərk etməsi qeyd
olunurdu. Abbas Mirzə hər an rusların hücumunu göz önündə bulundurduğu üçün
bu təklifı qəbul edib və geri çəkildi. Abbas Mirzə savaşın davam etməsindən yana
deyildi. Çünkü savaş davam etdikcə rusların qarşısında savunma gücü də azalırdı.
Abbas Mirzə özünü və ordusunu məğlub olduğu savaşın intiqamını ruslardan
almaq üçün hazırlayırdı. Barış anlaşması 1823-cü ildə “Ərzurum müqaviləsi” ilə
sonuclandı. Bu müqaviləyə görə hər iki tərəf bir-birlərinin sınırlarını rəsmən
tanıyırdılar.
1821-1823-cü illər Osmanlı-Qacar savaşının ayrıntıları haqda Abbas
Mirzədən qalan bir neçə məktub bilgi verməkdədir. Bir Azərbaycan ordusu
əsgərinin ən az üç Osmanlı əsgəri ilə savaşdığı bu savaşın ayrıntıları haqda ən
**
Sərəsgəriyə Osmanlıda sınır şəhərlərin vali paşalarına verilən ləqəbdir.
62
mötəbər bilgi sadəcə, Şahzadənin ömrünün sonlarında yazdığı bir neçə məktubda
əyan olmaqdadır. Bu məktublar da olmasaydı Azərbaycan ordusunun necə və nə
şəkildə qalib gəldiyi sirlər dumanlığında qalacaqdı. Abbas Mirzədən miras qalan
otuz məktubdan ancaq üçü bu savaş haqqında ipucları verməkdədir. Bu
məktubların bəziləri tam savaş meydanında yazılmış bir psixolojini andırmaqdadır.
Şahzadə, Çobanoğlu adında bir savaş meydanından ad çəkməkdədir ki, bu ad
sadəcə, Abbas Mirzənin məktublarında və bir də General Paskeviçin xatirələrində
qeyd olunmaqdadır. Başqa heç bir qaynaqda bu ada rastlanılmamaqdadır. Abbas
Mirzə, oğlu Məhəmməd Mirzəyə yazdığı məktubunda Çobanoğlu savaş
meydanındakı zəfərini Laçın Xan ləqəbli bir komutana borclu olduğunu yazır.
33
Laçın Xan ləqəbli bu Azərbaycan ordusu komutanlarından olan bir nəfər adının və
kimliyinin gizlin qalmasını və yalnız ləqəbinin bəlli olmasını Abbas Mirzədən
xahiş etmişdir! Ancaq Abbas Mirzə öz məktublarında bu komutanını o qədər
önəmsəyir, onun haqqında o qədər qürurla danışır ki, belə bir şəxsiyyətin tarixdə
məchul qalması adamı heyrətləndirir. Bu böyük insan kim imiş ki, heç şöhrət
arxasınca olmadan Azərbaycan üçün bu qədər fədakarlıq etmiş, baş komutandan da
istəmiş ki, onun adı gizlin qalsın və yalnız lazım gəldikdə ləqəbi tələffüz edilsin.
Tarix bu tür şəxsiyyətlərə az rastlamışdır. Böyük bir imperatorluğun, Osmanlı
ordusunu məğlub edən bir komutan adının çəkilməsini istəməmişdir!
Bu şəxsiyyətin kimliyi haqqında təsbit və təsəvvürdə buluna bilməmiz üçün
19-cu əsrin əvvəllərindəki olayları incələməmiz lazım olacaq. Yəni Şərqi
Gürcüstanın Rusiyaya ilhaq edildiyi zamanlara dönməmiz gərəkəcək.
Birinci Erklinin oğlu Şahzadə Aleksandr Mirzə öz qardaşı oğlu Təhmurəslə
Qacar dövlətinin ərazisində yaşaya bilmələri üçün Fətəli Şahın iznini almışdı.
Onlar Qarabağ savaşı zamanı Təbrizdə yaşayırdılar. Şahzadə ilə çox yaxın
münasibətdəydilər. Bu mühacirlərin yalnız olduqlarını və ya Abbas Mirzənin
sarayında özlərini utanqac qonaq kimi aparmalarını, məğlub və aşağılıq kompleksi
içində olduqlarını düşünmək yanlışdır. Tərsinə, Baqratiyon şahzadələri öz ailə
üzvləri ilə bərabər tərəfdarlarını da gətirmişdilər. Bunların bir neçə yüz süvari
oluşdura biləcək imkanları varmış.
Keçən səhifələrdə də gördüyümüz kimi, Şah və Abbas Mirzə Şərqi
Gürcüstandakı xalq ayaqlanmaları qiyamlara çox ümid edirdilər. Gürcüstandan
Qacariyyəyə ilk mühacirət Qacar-Rusiya savaşı zamanı başladı.
İllər keçdi və Qacariyyə zəfər qazanmaq yerinə böyük məğlubiyyətlərə
məruz qaldı. Gülüstan müqaviləsi də imzalandı. Lakin Abbas Mirzənin Baqratiyon
şahzadələrinə qarşı olan hörməti heç azalmadı. 20 il boyunca Təbrizdə yaşayan
Baqratiyon şahzadələri artıq Azərbaycan kimliyinə alışmış və Azərbaycanın bir
33
“Əhvalat və dəst xətthaye Abbas Mirzə” (Abbas Mirzənin əhvalatı və əl yazıları). Bu məktublar
Tehranın Milli Kitabxanasında saxlanmaqdadır.
63
parçası olmuşdular. 1821-1822-ci illər arasında Abbas Mirzə Osmanlı ilə
savaşarkən Baqratiyon ailəsinə mənsub başqa bir şahzadə də Abbas Mirzəyə gəlib
və onu qəbul etməsini istədi. Abbas Mirzənin duz-çörəyini dadıb və onun duz-
çörəyinə sadiq qalacağına and içdi. O, XII Qeorgi oğullarından birisi idi. XII
Qeorgi Gürcüstana hökm edən son əmir idi. Bu şahzadə Gürcüstanda ruslara qarşı
dirənənlərə qatılmış, ancaq bu tür mübarizə ilə o böyük və qocaman
imperatorluğun geri püskürtülməsinin mümkün olmayacağını anlamış və ölkəsini
tərk edib Təbrizə yola düşmüşdür. Lakin o zaman Qacariyyə ilə Rusiya savaş
halında olmadıqları üçün bu işini gizlincə görməkdə idi. Əlbəttə, bu şahzadə bir
çox yandaşları ilə bərabər gəlmişdi. Hətta sınırdan keçərkən ruslar onların
məğlubedilməz və vur-qaç savaşının uzmanları olan köçərilər olduqlarını sanmış
və işləri olmamışdır.
Bu gürcü şahzadəsinin öz kimliyini gizlin saxlamasının başqa bir səbəbi də
var idi. O, Gürcüstanda qalan övladını öz zəngin mirasından məhrum etmək
istəmirdi. Çünkü onun Rusiyanın ən sevimsiz düşməni Abbas Mirzənin yanında
olması bəlli olsaydı, ruslar dərhal onun mal varlığına əl qoyacaqdı. Bu üzdən də
Azərbaycan ordusuna qatıldığında Azərbaycanda çox yayğın olan və bahadurluq
anlamı daşıyan Laçın Xan ləqəbini almışdır. Laçın Xan bir tərəfdən Azərbaycanda
yaşaya bilməsi üçün Abbas Mirzədən xahiş etmişdi ki, onun haqqında Fətəli Şahla
danışsın, digər tərəfdən də kimliyinin açıqlanmaması üçün ricada bulunmuşdu.
1823-cü ilin yayına dönəlim. Abbas Mirzə öz ordusunu Çobanoğlunda
yerləşdirmişdi. Ancaq Abbas Mirzənin məktublarının incələnməsi ilə Çobanoğluna
hakim olan rahatsızlıq və iztirablı halları anlamaq mümkündür. Abbas Mirzə
mənsəb sahiblərini çağırmış və bir məşvərət şurası təşkil etmişdi. Casusların
Osmanlı ordusu ilə ilgili gətirdiyi bilgilər dəyərləndirilirdi. Bəzi bilgilər çox aşırı
səviyyədə idi. Guya Ərzurum paşası yetmiş minlik ordu və yüz qəbzə topla
hücuma hazırlaşırmış. Necə qərara gəlməli idilər? Sürətlə bölgədən uzaqlaşmalımı
idilər, yoxsa çox sayda olan Osmanlı ordusuna hücummu etməli idilər? Şahzadə
hücumdan yana idi. Ancaq mənsəb sahibi komutanların çoxu hücuma qarşıydılar.
On il sonra Abbas Mirzə yazdığı məktubunda hücumun baş tutmasında Laçın
Xanın etkili olduğunu yazacaqdı: “Laçın Xan malını, cavan oğlunu fəda edərək
mənim həyatımı qurtardı. Mənə zəfər şərəfi qazandırdı”
34
və “Əgər bircə gün gec
gəlsəydi nə mən olacaqdım, nə sən, nə də ölkəmiz”.
35
Göründüyü kimi, bu
məktublarda Şahzadənin dərin kədəri və Laçın Xanın onun uğrunda nə qədər
fədakarca davranması hiss edilməkdədir. Abbas Mirzə, bütün oğulları və gürcü
yandaşları ilə bərabər savaşa qatılmaqda qərarlı olan və qarşılığında da heç bir şey
istəməyən gürcü şahzadəsi ilə necə davranacağını bilmirdi. Bu gürcü şahzadəsinin
yalnız bircə istəyi var ki, əgər bu savaşda öləcək olursa, adı və kimliyi
34
“Əhvəlat və dəst xətthaye Abbas Mirzə Qacar Naib-us Səltəne”.
35
Eyni qaynaq.
64
açıqlanmasın. Başqa bir istəyi də Abbas Mirzənin onu süvarilərin komandanı
etməsi idi.
Savaş sırasında Laçın Xanın oğlu Aleksandr Mirzə ölür. Oğlunun ölümünə
şahid olan Laçın Xan savaşdan geri çəkilmir. Abbas Mirzə məktubunda yazır ki,
“yurdundan sürgün olmuş və Çobanoğlunda ölən bu gəncin ölümünə bütün ordu,
hətta atlar da ağlayırdı.”
36
***
Osmanlı ilə savaş və zəfər Azərbaycan ordusu üçün böyük özünə güvən
sağlamışdı. Şahzadə bu savaşdan sonra Azərbaycan ordusuna olan güvənini
bütünləşdirmişdi. Abbas Mirzə, Ərzurum barış anlaşmasının həmən
imzalanmasından yana idi. Tam bu sıralarda on iki il sonra Şahzadənin ölümünə
səbəb olacaq xəstəlik baş qaldırmışdı. Şahzadənin oğlu Cahangir Mirzə yazır ki,
Abbas Mirzə, onu öldürəcək xəstəliyin ilk bəlirtisini Ərzurum müqaviləsi
ərəfəsində hiss etmişdir. Heç şübhəsiz ki, bu xəstəlik şahzadənin çocuqluq
zamanında yaxalandığı, lakin Abbas Mirzənin güclü iradəsi hesabına ram edilmiş
və sonradan təkrar baş qaldıran xəstəlik idi. 1810-1812-ci illər arasında Şahzadənin
özəl həkimi doktor Karmək onu ölüm ayağına qədər gətirən bir xəstəlik haqqında
bilgi verməkdədir. Bu xəstəlik zamanı Şahzadə altı ay ayağa qalxa bilməmişdir.
Doktor Karməkin o zamankı diaqnozunda Şahzadənin sümük vərəminə tutulduğu
qeyd olunmaqdadır. Eyni zamanda Şahzadənin qaraciyər xəstəliyi də var imiş.
Cahangir Mirzə və digər ailə üzvləri öz xatirələrində Şahzadənin bu
xəstəliyə yaxalanması ilə ilgili dəqiq zaman bəlirtməməkdədirlər. Verilən bilgilər
əsasında bilmək olmur ki, Şahzadə Osmanlı-Qacar savaşından öncə, yoxsa sonra
bu xəstəliyə yaxalanmışdır.
37
Dostları ilə paylaş: |