36
Eyni qaynaq.
37
Şahzadə 1248 hicri qəməridə (1833) vəfat etmişdir.
65
BÖYÜK SINAQ
GĠRĠġ
Rusiyanın Şərqə doğru genişləmə siyasəti gec-tez Azərbaycan ordusu ilə
yeni savaşları başladacaqdı. 1813-cü ildə Rusiyanın üstünlüyü ilə imzalanan
Gülüstan andlaşması sadəcə, savaşın müvəqqəti olaraq durmasına səbəb oldu.
Ancaq 1825-ci ildə bu atəşkəs durumunu bir neçə il də ayaqda tutmaq mümkün idi.
Savaşın 10-15 il ertələnməsi Şahzadənin öz reformlarını Azərbaycanda tam
gerçəkləşdirə bilməsi üçün bir şans idi. Bu üzdən də Şahzadə barışdan yana idi.
Baxmayaraq ki, Gülüstan müqaviləsi onun qüruruna toxunmuşdu, lakin yenə də
reformlar vasitəsi ilə güclənməyi tərcih etməkdə idi.
1826-cı ildə İmperator Birinci Aleksandrın ölümü ilə barışın davam etməsi
üçün uyğun ortam yaranmışdı. İmperatorun gənc qardaşı Birinci Nikolay qanlı
dekabr günləri olaraq bilinən böyük çatışmadan sonra iqtidara gəldi. Rusiyanın
yeni imperatoru ilk çağlarda savaşdan yana deyildi. Özəlliklə onun iqtidara gəlişi
ilə Yermolovun Qafqazdan geri çağırılacağı sanılırdı. Çünkü yeni imperator
Yermolovu heç sevmirdi. Hətta ölən imperator zamanında da Yermolov Qafqaza
hakim olmasını Arakçeyevə borclu idi. Arakçeyev, Birinci Aleksandra ən yaxın
olan dövlət adamı idi.
Lakin zaman keçdikcə savaş qaçınılmaz bir
duruma gəlməkdə idi. Həm də
elə bir ortamda savaş qoxusu gəlməyə başlamışdı ki, Qacar
dövlətinin dünyada heç
bir müttəfiqi yox idi.
BÖYÜK SINAQ
1824-1825-ci illərdə Abbas Mirzə, Tehranda ona qarşı yönəlmiş
müxaliflərin çox gücləndiklərini müşahidə etməkdə idi. Digər tərəfdən, Gülüstan
müqaviləsində sınırlar qəti olaraq bəlli edilməmişdi. Göyçayla Ərdəbil arası
tampon (neytral) bölgə kimi nəzərdə tutulmuşdu. Bu da Abbas Mirzəni çox narahat
edirdi. Şahzadə sınırların bəlli olmasını istəyirdi. Lakin onun bu davranışı öz-
özlüyündə daha güclü durumda olan Rusiyanın savaşı başlatması üçün bir bəhanə
ola bilərdi. Şahzadə bunun fərqində idi. Abbas Mirzə bilirdi ki, ona qarşı şəxsi kin
bəsləyən Qafqaz hakimi ilə müzakirəyə başlamaq çətin məsələdir. Abbas Mirzə
Gürcüstana bir heyət göndərib və Rus seçkinlərindən sınır məsələsini həll etmək
üçün sərhədə gəlmələrini istədi. Şahzadənin göndərdiyi heyət Tiflisdə öncə
tərəddüdlə qarşılandı. Bu üzdən də bir neçə həftə heç bir rəsmi şəxslə görüşmədən
bəkləmək məcburiyyətində qaldı. Şahzadə Rusiyanın bu şəkildə davranacağını
66
öncədən təxmin etmişdi. Lakin heyətə tapşırıq vermişdi ki, görüşməkdə israrlı
olsun. Nəhayət, Qafqazın hakimi görüşə izn vermişdi.
Abbas Mirzə Rus rəsmilərinin sınıra gəldiyini duyduğunda öz rəsmilərini də
Bağır Xanın başçılığı altında görüş üçün görəvləndirdi. Bağır Xan o zaman
Azərbaycanda nizam-intizamdan sorumlu olan bir görəv başında idi. Şahzadə ona
çox güvənirdi. O da ömrünün sonuna qədər
Şahzadənin bu güvənini doğrultdu.
Özəlliklə Rus
rəsmilərinin can güvənliyinə Abbas Mirzə çox önəm verirdi. Çünkü
Abbas Mirzəni sevməyən hər hansı bir xanın təxribatı iki ölkə arasındakı savaşı
tezləşdirə bilərdi. Şahzadə onların can güvənlikləri ilə bağlı çox əndişəli idi. Bu
səbəbdən özü də müzakirələrin gedəcəyi yerə yaxın olmaq istəyirdi. Şübhə
oyandırmasın deyə Qaradağa ova çıxmağı bəhanə edib və müzakirələrin getdiyi
Xudafərinə yaxınlaşdı.
Müzakirələrdən sonra Rus heyətinə öz hörmətini bildirmək amacı ilə
Şahzadə onları şikara dəvət etdi. Abbas Mirzə Qarabağın hakimi General
Mədədovu da şikara dəvət etmişdi. Özəl həyatında çox qənaətcil olan Şahzadə
yabançı müsafirlərinə çox əliaçıq davranırdı. Abbas Mirzə bütün Rus heyəti
üzvlərinə hədiyyələr bağışladı. Rus heyəti Abbas Mirzəni daha güclü sanırdı və
onun bu şəkildə barışdan yana olacağına inanmırdılar.
Abbas Mirzənin sülh uğrunda Rus qonaqlarına etdiyi bu xidmətlər Tehran
tərəfindən yaxşı qarşılanmırdı. Bu müzakirələrdə dirək Tehrandan gəlmiş və
müşahidəçilik görəvini yürüdən heyət ən çox Abbas Mirzənin rəqibləri cərgəsindən
idi. İntriqa uzmanlarından ibarət olan bu heyət üzvləri Fətəli Şaha şayiə dolu
bilgilər göndərdilər.
***
Hər il yay gəldiyində Fətəli Şah böyük ailəsi və bir çox saray adamları ilə
bərabər Sultaniyyəyə gəlirdi. Artıq iyirmi il idi ki, bu, Sultaniyyəyə gəlmə bir
gələnəyə dönüşmüşdü. Abbas Mirzə də hər il Sultaniyyəyə gəlir və atasının
dərbarında bir neçə həftə qalırdı. Şahzadə, başqa ordulardan disiplininə və
üstünlüyünə görə fərqlənən öz ordusunu Şahın hüzurunda göstəri yapmaq üçün
hazırlamışdı. Şahın ordusu ilə Azərbaycan ordusu yan-yana idi, ancaq bir-birinə
qarışmırdı.
1825-ci ilin yayında Abbas Mirzə bir çox şeylərin dəyişdiyini hiss etdi. O,
atasına anlatmaq istəyirdi ki, Rusiya ilə savaşa girmək bizə məğlubiyyətdən başqa
bir şey gətirməyəcək. Lakin Şah ilginç cavablar verirdi. Məsələn, deyirdi ki, “sənin
reformun budurmu? Cavanların əyninə fərqli paltar geyindirib, gecə-gündüz onlara
idman etdirirsən. Adını da qoymusan islahat! Qərbdəki islahatlar da bu şəkildəmi
oluşmuşdur? İnanmıram. Bu islahat ki, bizə bu günə qədər heç bir şey verməmiş,
heç bir müşkülümüzü həll etməmişdir.”
Şahın zehni, oğlunun gətirdiyi dəlilləri anlamaqdan çox uzaq idi. Şahzadə
düşmənlərinin onunla atası arasında oluşdurduqları soyuqluğu aradan qaldıra
67
bilmirdi. Atasını anlada bilsin, yanlış düşünməsini önləyə bilsin deyə rəqib
qardaşlarının ordularına silah verirdi, onlara da yardımda bulunurdu.
Abbas Mirzə Təbrizə döndüyündə qaçınılmaz bir savaşın eşiyində olduğunu
hiss edirdi. Bu üzdən də onun başkəndi və eləcə də Xoydakı savaş üsləri
aktivləşməyə başlamışdı. Topların vəziyyətindən tutmuş əsgərlərin özəl
durumlarına qədər hər şeyin yoxlanılmasına əmr verdi. Payız gəldiyində isə sınır
boyu gəziyə və araşdırmaya, sərhəd qalalarını yoxlamağa çıxdı. Bir daha şikar adı
altında hərbi yoxlamasını gizlin saxlaya bildi. Bu yoxlamada böyük oğullarını və
çox güvəndiyi bir neçə yaxınını da özü ilə bərabər aparmışdı. Bütün sınır boyunca
gəzib yoxlama yaparaq, Osmanlı sərhədinə yaxın olan Arıklı adında yerdə
durdular. Abbas Mirzənin oğlu Cahangir Mirzə yarım əsrdən sonra bu xatirəsini
qələmə alacaq və günbatan çağı Ağrı dağının zirvəsinə bərabərcə baxıb zövq
aldıqlarını anımsatacaqdır. Onlar Ordubadı, Naxçıvanı, Abbasabadı yoxladılar.
General Paskeviçin yazdığına görə Abbas Mirzə, Abbasabad qalasını avropalı
mühəndislərin təlimatı ilə yaptırmışdı. Şahzadə İrəvanın güneyində yerləşən bu
qalanı çox önəmsəyirdi. Qalanın qorunma və içəridə su sistemi də özünü müdafiə
edə biləcək şəkildə idi. Şahzadə buradakı saxlunun (ordu biriminin) durumunu
yoxlayıb, qalanın komutanı Abdulla Xandan bilgi aldı. Durumdan razı olduğunu
bildirdi. Sonra da Sərdarabada keçdi. Sərdarabad İrəvan xanı Hüseyn Xan
tərəfindən tikilmiş geniş hasarları, möhkəm divarları ilə səciyyələnirdi. Bu hasarlar
içindəki tarlalarda Bəyaziddən və Qarsdan gələn ermənilər tarım işləri ilə
uğraşırdılar. Hasarların içində həm də buğda anbarları var idi. Bu anbarlar İrəvan
xanına məxsus idi. Sərdarabad İrəvana yaxın məsafədə olduğundan dolayı
Şahzadə üçün önəmli strateji anlam daşımırdı. Abbas Mirzə yanındakılarla birgə
İrəvana vardı. Bu varış Şahzadə üçün çox çətin idi, çünkü İrəvan hakiminin ondan
xoşlanmadığını bilirdi. Ancaq bu mərkəzi də yoxlamaq zorunda idi. Digər tərəfdən,
fikirləşirdi ki, bəlkə bir şəkildə bu savaş ərəfəsində İrəvan xanı ilə zahirən də olsa
münasibətləri normallaşdıra bilər. Hüseyn Xan Avropadan gələn hər şeyə nifrət
edirdi. Abbas Mirzə də Avropa yönümlü olduğu üçün onun bütün reformlarına
qarşı idi.
Hüseyn Xan savaşdan yana idi. Savaşın başlaması üçün əlindən gələni
edirdi. Cahangir Mirzə açıqca yazır ki, “atamdan eşitdim deyirdi ki, savaşın
başlamasının və torpaqlarımızın itirilməsinin səbəbkarı Hüseyn Xan oldu”.
Hüseyn Xan bütün kuralları görməzlikdən gələrək İrəvana gələn Şahzadəni
qarşılamaq yerinə xəstəliyini bəhanə edərək Arana istirahətə getmiş və əqrəbalarını
qarşılamaya göndərmişdi. Şahzadə bu davranışın açıq bir xəyanət olduğunun
fərqində idi. Lakin bu kəz də həyatın ona öyrətdiyi səbir və dözümlə məsələni
böyütməmək istədi. Böyütməmək istədi, çünkü böyük bir savaş ərəfəsində
qarşıdurmaları basdırmaq istəyirdi. Savaşın başlanacağını Hüseyn Xan da bilirdi.
Hüseyn Xan, Abbas Mirzənin savaşdan yana olmadığını da bilirdi. Hüseyn Xan
çox şeyi bilirdi və bu üzdən bu şəkildə ədəbsiz davranmağa cəsarət edə bilmişdi.
68
Şahzadə durumu bir şəkildə düzəltmək zorunda idi. Bu üzdən də Hüseyn
Xanla rastlandığında öncə onun əhvalını çox ciddi şəkildə sordu. Sonra da Hüseyn
Xanın gözləmədiyi bir mövzudan söz açdı. Abbas Mirzə bu ziyarətin səbəbini bir
xeyir iş olaraq açıqladı. Vəliəhd, Hüseyn Xanın qızını qardaşı oğullarından biri
olan Mustafaqulu Mirzəyə istədi. Şah soyu ilə qohum olmaq Hüseyn Xan üçün bir
imtiyaz idi. Hüseyn Xan bu olaydan çox mutlu olmuşdu. Bu məsələdən sonra
Azərbaycanın güvənliyi haqqında danışmağa başladılar.
Şahzadə, Arazdan keçib yanındakılarla bərabər Təbrizə yola düşdü.
Təbrizdə Rusiyanın nümayəndəsi Ambruje onun yolunu gözləməkdə idi. Ambruje
Rusiyanın konsulundan Şahzadəyə bir məktub gətirmişdi. “Konsul” sözü ilk kəz
olaraq eşidilməkdə idi. Konsul məktub vasitəsi ilə Birinci Aleksandrın ölümünü
rəsmən Şahzadəyə bildirirdi.
Abbas Mirzə bir neçə ay Xoyda qalmaq qərarına gəldi. Çünkü Azərbaycan
ordusunun ən önəmli hissələri Xoyda yerləşirdi. Şahzadənin oğulları bütün bu
hərəkətlərdə onunla bərabərdilər. Abbas Mirzə Xoyda hiss etdi ki, oğullarının
təhsili üçün diqqətsiz davranmışdır. Bu üzdən Şahzadə, dayısı Əmir Xan
Sərdardan, onun çocuqlarına dərs verəcək uyğun birisini tapmasını istədi.
Beləliklə, Hacı Mirzə Ağası müəllim olaraq Şahzadənin ailəsinə daxil oldu. Bu kişi
vasitəsi ilə Abbas Mirzənin çocuqları, xüsusən Məhəmməd Mirzə, cəhalət
qaranlığına sürüklənəcəkdi. Bu mövzu üzərinə, yəni şahzadələrin təlim-tərbiyəsi ilə
bağlı Cahangir Mirzə “Tarix-e no” (yeni tarix) kitabında bilgi verməkdədir.
Təkrar yay fəsli gəldi. Abbas Mirzə hər zamankından daha tez Şahın
xidmətinə çağırıldı.
Artıq əski gələnəklərə xas olan bir törən yox idi. Gözə çarpan, ancaq hərbi
hazırlıqlar idi. Şah, imperatorluğun müxtəlif yerlərindəki qəbilələrin də başçılarını
çağırmışdı. Bunlar da öz süvariləri ilə sanki gövdə göstərməyə gəlmişdilər. Bütün
bu gəlmələr bir intizamsızlıq oluşdurmuşdu. Lakin bütün bu dəstələr geri çəkilib və
qara geyinmiş əzadarlılara yol verirdilər. Başkəndin xəbərləri ağızdan-ağıza
dolaşırdı. İnsanlar sel kimi Şah Abduləzimin ziyarətinə axın edirdi. Tehranla Şah
Abduləzimin arası insan axını ilə dolmuşdu. Şah savaşdan yana tavır qoymağa
təhrik edilmişdi, lakin Azərbaycan ordusuna gərəkən yardımı və büdcəni ayırmırdı.
Azərbaycan ordusunun xərcini təmin etmək ancaq Azərbaycanın öz üzərinə
düşürdü. Şahda etimadsızlıq da baş qaldırmışdı. Azərbaycan ordusuna nəzarət
edəcək yüksək səviyyədə təlim görməmiş bir qrup ayırmışdı. Bu inzibatsız qrup
Azərbaycan ordusunun savaş yetənəyini artırmaq yerinə öz yersiz və yetərsiz
əməlləri, müdaxilələri ilə azaldırdı. Durumu bu şəkildə görən Abbas Mirzənin
xəyalları qaranlıqlara gömülürdü.
Şahın qohumu olan Allahyar Xan, yenicə Asəf-əd Dövlə ləqəbini almış və
başvəzir olmuşdu. O da savaşdan yana tutumunu ortaya qoydu. Onun kimi
xarakterlər daha çox din xadimlərinin verdikləri fətvalara görə davranırdılar. Din
69
xadimləri fətva vermişdilər ki, savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır və
ölümü caizdir.
Abbas Mirzə atası ilə baş-başa söhbət etmək üçün fürsət əldə edə bilmədi.
Abbas Mirzə savaşdan zərərli çıxacaqlarını bilirdi. Şahzadənin dostu Laçın Xan da
bu sıralarda onun yanında idi. O da Şahın qəzəbini öz üzərinə çəkdi. Çünkü bu
savaşın yersiz olduğunu açıqca söyləməkdən çəkinməmişdi. Şahzadənin ona olan
hörmətini bilən saray yetkililəri və reform düşmənləri bilirdilər ki, Laçın Xan
əslində Abbas Mirzənin baxışını ifadə etməkdədir.
Bu arada və bu gərgin durumda Şahzadə Mençikovun Tehrana gəldiyini
öyrəndi. Tam yetkili olmayan Mençikov Rusiyada iqtidar dəyişikliyi xəbərini
rəsmən Şaha duyurmaqla görəvli idi. Yeni iqtidar isə sınırlar mövzusunda
müzakirəyə hazır olduğunu bildirirdi. Eyni zamanda Şah üçün böyük hədiyyələr
göndərilmişdi. Fətəli Şah öncə tərəddüd etdi ki, Rusiya elçisinin Sultaniyyəyə
gəlməsinə izn versin, ya yox. Savaş duyğusu zehinlərdə tam alovlanmışdı. Şah din
xadimləri tərəfindən gələn fətvaların təsirində qalmasaydı barışı tərcih edərdi.
Savaş küləklərinin əsdiyi bir ortamda Mençikovu necə qəbul etmələri mövzusunda
tərəddüd içində qalmışdılar.
Mençikovu qəbuletmə məsələsi həm ilginc, həm də gülünc bir şəklə
dönüşmüşdü. Qərara gəlindi ki, orta bir vəziyyətdə Mençikovu qəbul etsinlər:
Mençikov yabançılara məxsus qarşılama törəni olmadan Şah tərəfindən qəbul
edildi. Bu üzdən də Rusiya imperatorunun öz dəst-xətti ilə yazılmış məktubu dirək
Şahın öz əlinə verə bilmədi. Bu səbəbdən də Şahın onu qəbul etməsi elçi üçün
önəmsizləşirdi. Rusiya elçisi vəzirlərlə müzakirə etmək zorunda buraxıldı. Abbas
Mirzə bu arada bu məsxərə durum qarşısında gülməmək üçün özünü zorla tuturdu.
Abbas Mirzə ilə Mençikovun müzakirələrinə şahid olan Cahangir Mirzə yazır ki,
Rus Şahzadəsi ən barışcıl davranışlarda bulunmaqda idi. Hətta rus şahzadəsi Abbas
Mirzəyə Talış və Muğanın tamamən geri qaytarılması vədində də bulunmuşdu.
Ortam get-gedə gərginləşirdi. Bu durumu görən şahzadə Mençikov dərhal geri
dönüb vəziyyəti Moskvaya bildirməyə tələsdi.
İngilis tarixçi Vatson yazır ki, “Mençikovun
gətirdiyi bahalı və dəyərli
hədiyyələr Sultaniyyədə qalmışdı. Şah, elçidən dirək olaraq qəbul etmədiyi bu
hədiyyələri Mençikov getdikdən sonra öz sarayına daşıtdırır ki, sonradan Abbas
Mirzə onların dəyərini Rusiyaya öz hesabından ödəyir.”
38
Abbas Mirzə də dərhal Təbrizə geri döndü. Artıq savaşın başlanacağına
əmin olan Şahzadə ancaq Azərbaycan ordusunun vəziyyətini gözdən keçirməklə
məşğul oldu.
Özəlliklə mal-mülkləri Gülüstan müqaviləsindən sonra Rusiyanın işğalına
məruz qaldığından Təbrizə qaçan xanlar bu savaşın həmən başlamasından
yanaydılar. Onlar belə hesab edirdilər ki, Qacar dövləti qalib gələcək və bunlar da
38
Vatson, Qacar tarixi, London, 1866, s. 208.
70
öz mülklərinə dönəcəklər. Fətəli Şah tərəfindən təsdiqlənən savaş planında hər bir
xan öz dəstələri ilə ruslara qalmış mülkləri doğrultusunda hücuma başlayacaqdı.
Bu üzdən də Mirmustafa Xanın oğlu Mirhəsən Xan Ərdəbildən Lənkərana doğru
hərəkətə başladı. Söhrab Xan Gürcinin də iki alayı ona yardım amacı ilə
görəvləndirildi. Şahzadə Şeyx-ül Məluk iki top alayı ilə Ərakdan Muğana tərəf
hərəkət etdi. O, Mustafa Şirvaniyə, Hüseyn Xan və Hacı Xana ilhaq olmalı idi.
Mustafa Şirvani, Hüseyn Xan və Hacı Xan Şəki xanının oğullarıydı. Onların da
atalarının mülkü ruslar tərəfindən işğal edilmişdi.
Quba, Bakı, Şuşa xanlıqları üçün də bu şəkildə planlar hazırlandı. Sərdar
Hüseyn Xan, Aleksandr Mirzə ilə əməkdaşlıq etmək mükəlləfiyyətində idi. O,
Şorgöl
*
nahiyəsindən Tiflisə doğru getməli və Ları
**
qalasında onlarla birləşməli
idi.
Abbas Mirzə artıq savaşın qapıda olduğunu görürdü. Lakin din xadimlərinin
ordunun içində çığır-bağır salaraq cəhad çağrılarında bulunmaları onu çox rahatsız
edirdi. Çünkü bu tür davranış Azərbaycan ordusunun nizam-intizamını pozurdu.
Abbas Mirzə öz əsgərlərinə və onların eyitim səviyyəsinə din xadimlərindən daha
çox inanırdı. Şahzadəyə görə din görəvlilərinin bu tür təbliğatları orduda heç bir
ruh yüksəkliyi yarada bilmir, tərsinə ordunun disiplinini pozmaqda idi. Şahzadə din
xadimlərinin söylədikləri bu boş lafların düşmənin texnolojisinə qarşı təsirsiz
olacağı inancında idi. Bu üzdən də avropalı bir hərbi mütəxəssis onun üçün ölkə
mollalarının hamısından dəyərli, önəmli idi. Digər tərəfdən, Şahın Azərbaycan
ordusuna müdaxilə etməsi Abbas Mirzəni çox incidirdi. Şah, Abbas Mirzəyə qarşı
açıq şəkildə düşmənlik edən oğulları; Şeyx-ül Müluk Mirzə və İsmayıl Mirzəni
Azərbaycan ordusunun yardımına göndərdi. Abbas Mirzə bilirdi ki, onlar onu
*
Şorgöl Güney Azərbaycanın Muğan mahalının Xoruzlu bölgəsində bir kəndin adıdır. (Bəlkə də burada
nəzərdə tutulan başqa bir Şorgöldür) Buradakı Şorgölün eyni yer olduğu sanılmaqdadır. Şorgöl
tərcüməçinin dünyaya gəlib boya-başa çatdığı Limli kəndinin qonşusu sayılır. Şorgölün çevrələrində bu
kəndlər yerləşməkdədir: Şorgöl, Yanbulaq, Balabəyli, Məstalbəyli, Üçbulaq, Hamar kəndi,
Nəzərəlibulağı, Tomar, İdəli, Aşağı Dəmirçili, Yuxarı Dəmirçili, Siyabkəndi, Milli kəndi, Qulamhüseyn
kəndi, Pencallı, Sümüklü, Xəmməd, Təkbulaq, Tıbılğa, Ocaq qışlaq, İncilli, Çanaq, Qaraxanbəyli,
Zeyvə, Poladlı, Bərzənd, Kolan kəndi, Şah təpəsi (Rəvayətə görə Nadir Şah bu kənddə başına tac
qoyduğu üçün kəndin adı Şah təpəsi olaraq qalmış. Burada bir təpə vardır ki, bu təpəni bu düz yerdə
torba ilə torpaq daşıyaraq salmışlar. Nadir Şah bu təpənin başına çıxaraq başına tac qoymuşdur),
Onbirbəylər, Binə. Bu kəndlərin çoxu Biləsuvara, Germiyə tabedir. Bu arada kiçik bir şəhər olan Germi
haqqında da burada bilgi vermənin faydası var. Germi XI əsrdə Böyük Səlcuqlar zamanında
Azərbaycanda fəal bir bəylik olmuşdur. Anadolu fəth edildikdən sonra bu ərazilərə axın etmiş və
Germiyan bəyliyi olaraq kiçik bir dövlət qurmuşlar. Osman Bəyin dövləti gücləndikdən sonra Germiyan
kimi bir çox bəylik Osmanlı yönətiminə qatılmış və siyasi yaşamlarına son verilmişdir. Bu gün Güney
Azərbaycanın Muğan ovalığında mövcud olan Germi şəhəri adını bu türk boyundan almışdır. (G.C.)
**
Ları adında bir kənd Xiyav (Meşkin) şəhərinin yanında vardır. Bu gün bu kənd bol üzümü ilə
məşhurdur. Lakin buradakı Ları Xiyava yaxın olan kənd kimi görünməməkdədir. Çünkü Xiyava yaxın
olan Ları Gürcüstan yolunun üstündə deyildir. Digər tərəfdən, o zamankı savaşlar Xiyavın yaxınlarında
olmamışdır. Burada adı keçən Ları yəqin ki, Quzey Azərbaycanda yerləşməkdədir.
71
kontrol etmək məqsədi ilə göndərilmişlər. Abbas Mirzə bilirdi ki, uzun müddət
sarayda ona qarşı edilən intriqalar və fitnələr artıq öz nəticəsini verməkdədir.
Azərbaycan ordusu səviyyəsində eyitilməmiş bu alaylar yardım yerinə Abbas
Mirzənin ordusunun savaş qabiliyyətini düşürür və ümumi bir inzibatsızlıq
yaratmaqdaydılar. Şah, ölkənin bütün ordularını sınıra yerləşdirib sonra da özü
Ərdəbildə savaşın gedişinə nəzarət etmək istəyirdi.
Rusların zülmündən bezmiş işğal edilmiş torpaqların sakinləri öz əski zalım
xanlarını gördüklərində sevinir və onları qardaşları kimi bağırlarına basırdılar.
Yalnız bu insanların ruslara qarşı hərəkətlənməsi sınır bölgələrində sayları az olan
rus ordusunun fərarına səbəb olurdu. Sınır postlar rus əsgərlərindən bu şəkildə
boşalmışdı. Lakin bunlar çox rahat əldə edilən cüzi zəfərlər idi. Bu xəbərləri eşidən
bir çox xanlarda və Şahda böyük zəfər umudu yaranırdı. Lakin Abbas Mirzə çox
əndişəli idi. Çünkü o bilirdi ki, bu zəfərlər savaşsız əldə edilmişdir. Rus ordusunun
texnoloji üstünlüyündən xəbərdar idi. Şahzadə savaşın zamansız başlanmasından
rahatsız idi. Bu savaş onu zəfərə götürəcək savaşa bənzəmirdi. Çünkü onun orduda
və Azərbaycanın ekonomik həyatında gerçəkləşdirmək istədiyi islahatlar yarımçıq
qalmış, sonuca varmamışdı.
Abbas Mirzənin iki oğlu Cahangir Mirzə və Bəhram Mirzə də öz alayları ilə
bu savaşa qatılacaqdılar. Ruslar özlərini toparlayıb və böyük bir hücuma başladılar.
Rusların bu hücumundan hər kəs zərər gördü. Ruslar Araz çayını keçmək istəyirdi,
lakin qarşısında Azərbaycan ordusunu görüb güclü dirənişlə rastlanırdı. Bu arada
rusların dəqiq top atəşləri Azərbaycan ordusuna və digər ağır ziyan verməkdə idi.
Rusların ən önəmli gücləri Arazın üç ağaclığında yerləşən Kərsi adında bir
yerdə idi. Rusların iki alayı temmuz ayında kəşfiyyat
xarakterli əməliyyata başladı.
Onlar bütün Qarabağda partizan savaşları edən birimlərlə qarşılaşacaqlarını
sanırdılar, lakin qarşılarında Azərbaycan
ordusunu gördülər. Azərbaycan ordusu
olduğunu da topların səsindən anladılar. Bu şəkildə səliqəli top savaşı və intizamlı
ordu bütün Qacariyyədə Azərbaycan ordusuna məxsus idi. Bunlar Abbas Mirzənin
ordudakı reformlarının və modernizasiyonunun ürünü idi.
Azərbaycan ordusunun topxanası düşmənin irtibat sistemini pozmuş və
arxadan gələn yardımı əngəlləmişdi. Azərbaycan topxanası düşmənin arxa
cəbhəsindəki hədəfləri tam isabətlə atəş altına almışdı. Bu da rus piyadaları ilə
savaşda üstünlüyün Azərbaycan ordusunda olmasını sağlamaqda idi. Digər
şahzadələr də Fətəli Şahın dirək komandanlığı altında müxtəlif yerlərdə savaşa
başlamışdılar.
Ogünkü savaşda Azərbaycan ordusu irəliləməyə başladı. Abbas Mirzə əmr
etmişdi ki, əsirlərlə pis davranılmasın. Lakin bir neçə Azərbaycan ordusu
mənsubları həyəcana qapılıb rusların başını kəsmişdilər. Abbas Mirzə qəti şəkildə
bildirdi ki, bundan sonra kim əsir başı kəsəcək olsa güllələnəcəkdir. Eyni gün min
rus əsgəri əsir alındi. Bu savaş uzun sürmədi. Çünkü rus birlikləri də bu tərəflərdə
az idi. Bu ərazilər rahat ələ keçirildi. Abbas Mirzə ilk kəz olaraq oğullarını da bu
72
savaşa qatmışdı. Buna görə də sevinirdi. Çünkü onları hər zaman savaşçı olaraq
görmək istəmişdi. Eyni gün bir çapar sürətlə Ərdəbilə varıb və Azərbaycan
ordusunun irəliləməsi haqda Şaha bilgi verdi. Abbas Mirzə əsirlərlə nə qədər xoş
rəftar etsə də, onların Ərdəbilə göndərilməsini əngəlləyə bilmədi. Şah əsirlərin
Ərdəbilə göndərilməsini istəmişdi və yenə də onların başları kəsilə bilərdi.
Abbas Mirzə rusların buraxıb qaçdıqları iki qəbzə topu gördüyündə çox
sevinmişdı. Mükəmməl imkanı olan bu topların ağzını düşmənə tərəf çevirdilər.
Şahzadənin ordusunun bulunduğu məkana yaxın bir yerdə Hacı Bəylər
39
oturmaqda idi. Hacı Bəylər kiçik bir bölgənin xanı idi. Əslində onun sahib olduğu
yer İbrahim Xanın oğlu Mehdiqulu Xana mənsub idi. Mehdiqulu Xan Təbrizə
mühacirət etdikdən sonra Hacı Bəylər oranı qəsb etmişdi. Rusların yenilməzliyinə
güvənərək mühacir xanların ərazilərini ələ keçirib və ruslarla iş birliyi yapan bu
xan Azərbaycan ordusunun qələbəsindən qorxuya düşmüşdü. Özəlliklə də Şeyx-ül
Məlukun xidmətində olan Mehdiqulu Xan qardaşları ilə birlikdə öz torpaqlarına
geri dönməkdəydilər. Rusların Qarabağdan uzaqlaşmasını görən Hacı Bəylər,
Abbas Mirzənin yanında bulunmaq amacı ilə neçə yüz süvarisini Şahzadəyə
təqdim etdi. Özəlliklə rus əsir əsgərlərinin Ərdəbilə göndərilməsini öz gözü ilə
gördüyü üçün bütün ümidləri suya düşmüş kimi bir halı var idi. Hacı Bəylər
Mehdiqulu Xanın qarşısında özünü qorumaq üçün biricik qurtuluş yolu kimi Abbas
Mirzəyə yaxınlaşmağı görürdü. Abbas Mirzə də Azərbaycan ordusunun ona verə
biləcəyi bilgilərə olan ehtiyacı nəzərə alaraq onunla sərt davranmadı.
Şah, Şuşanın fəth edilməsi üçün əmr vermişdi. Ağaməhəmməd Xanın da bu
şəhərdə ölməsi və ya öldürülməsi Şuşanın işğal edilməsi zordur fikrini yaratmışdı.
Digər tərəfdən, Qarabağın açarı olan bu şəhərin fəthi Qacar dövləti üçün çox önəm
daşımaqda idi. Ancaq geri çəkilən rus ordusunun da bu şəhərdə yerləşdiyi xəbəri
gəlirdi. Ruslar Şuşanı qorumaq üçün buraya böyük güc sövq etmişdi.
Azərbaycan ordusunun Kərsidəki qələbəsi Şaha çox umutlar təlqin etməyə
başlamışdı. Şah qarşıdan gələn qışı Şuşada keçirmək istəyirdi. Lakin Abbas Mirzə
başqa tür düşünürdü. O öncə Gəncəyə hücum etmək istəyirdi. 1803-cü ildən
etibarən Cavad Xanın Dostları ilə paylaş: |