Azər Turan



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
1   2   3   4   5   6   7   8   9   ...   19

* * * 
 
Elmi ədəbiyyatda, tutaq ki,  Şəmsəddin  Saminin "Qamusul-alam"ında  gözə 
çarpan Turan Əli bəyin təsnif etdiyi Turan deyildi. Məfkurə ədəbiyyatında, ideoloji 
müstəvidə  Əli  bəyə  qədər  turançılıq  anlamı  yoxdu.  İlk  turançı  manifest  olaraq 
bilinən "Turan" şeri 1892-ci ildə İstanbulda onun tərəfindən yazılmış, sistemli bir 
Turan  düşüncəsini  ilk  dəfə  tələbə  Hüseynzadə  Əli  bəy  həmin  şeri  ilə
*
  meydana 
çıxarmışdı: 
                                                           
*
  Əli  bəy  Hüseynzadə  "Turan"  şerini  1904-cü  ildə  yazdığı  "Məktubu-məxsus"a  əlavə  edərək  Misirdə 
çıxan  "Türk"  qəzetinə  göndərsə  də  şeir  o  zaman  dərc  olunmamışdı.  Hüseynzadə  yadında  qalan  bu 
hissəni  1915-ci  ildə  Yusuf  Akçuraya  söyləmiş,  o  da  həmin  parçanı  1928-ci  ildə  nəşr  etdirdiyi 
"Türkçülüyün  tarixi"  əsərinə  daxil  etmişdi.  "Turan"  şerini  və  "Məktubi-məxsus"u  nəzərdə  tutaraq, 
Yusuf Akçura etiraf edirdi ki, "Hüseynzadə Əli bəy, müsəlman türklər arasında ilk Turanidir". Əli bəyin 
bu şeir barədə belə bir qeydi var: "Alimi-müşarün-ileyhin məktubunu oxurkən yadıma vaxtiylə türklüyə 
dair yazmış olduğum qitələr gəldi. Bunları məktubuma əlavə edib zati-alinizə göndəriyorum. İstanbulda 
təb və nəşri mümkün olmamışdı. Qüsurlarına baxmayıb qəzetənizə dərcini layiq görürsəniz, bəndənizi 

19 
 
 
Sizlərsiniz, ey qövmi macar, bizlərə ihvan, 
Əcdadımızın müştərəkən mənşəyi Turan.  
Bir dindəyiz biz, həpimiz haqpərəstan,
**
  
Mümkünmü ayırsın bizi İncil ilə Quran? 
Çingizləri titrətdi şu afaqı sərasər,  
Timurları hökm etdi şəhinşahlara yeksər.  
Fatihlərinə keçdi bütün kişvəri qeysər... 
 
Təkcə ədəbiyyata deyil, eyni zamanda, ictimai təfəkkürə, dünyanın ideoloji 
lüğətinə  çağdaş anlamda  sirayət  etmiş Turan anlayışı,  bir daha  təkrar edirəm, Əli 
bəy  Hüseynzadənin  çox  gənc  yaşlarındaykən  İstanbulda  yazdığı  bu  şeirlə  daxil 
oldu. 
 
* * * 
 
"Rusiyadan  İstanbula  gələn  Əli  bəy  Tibbiyədə  türkçülüyün  əsaslarını  başa 
salırdı.  "Turan"  adlı  şeri  panturanizm  məfkurəsinin  ilk  təcəllisi  idi".
42
  (Ziya 
Gökalpın bu fikirlərini şərh edərkən bəzi tədqiqatçılar nə üçünsə Gökalpı Əli bəy 
Hüseynzadənin  tələbəlik  yoldaşı
43
  adlandırır.  Bu,  yanlışdır.  Bəllidir  ki,  Ziya 
Gökalp  İstanbula  1895-ci  ildə  gəlib  və  Baytarlıq  məktəbinə  daxil  olub.  Əli  bəy 
Hüseynzadə  isə  artıq  1895-ci  ildə  İstanbul  Universitetini  bitirmişdi.  Heydərpaşa 
əsgəri  xəstəxanasında  dəri  xəstəlikləri  həkimi  olaraq  çalışırdı.  Ziya  Gökalp  isə 
həmin sözləri tələbə yoldaşı haqqında bəhs edərkən deyil, İstanbul Universitetində 
türkçülük  fikirlərinin  Bakıdan  gəlmiş  bir  tələbə  tərəfindən  necə  təbliğ  edilməsi 
barədə danışarkən demişdi). 
 
* * * 
 
Əli  bəy  İstanbul  Universitetinin  tələbəsi  olanda  —  1891-ci  ildə 
Bodenştedtin "Ömər Xəyyam" məqaləsini Abdulla Cövdətin nəşr etdiyi "Ramazan 
bağçası" dərgisində çap etdirir. 
Henrix  Heynedən  "Gecələyin  vapur  kamarasında"  şerini,  Hötenin 
"Faust"undan  bir  parçanı  bu  illərdə  o,  almancadan  tərcümə  edib  "Məlumat" 
məcmuəsində dərc etdirmişdi. O zaman Əli bəy 25-27 yaşlarında bir gənc idi və 27 
yaşlı bir gəncin orijinaldan tərcümələrinin ədəbi keyfiyyəti göstərir ki, Səlyani həm 
                                                                                                                                      
minnətdar  edərsiniz".  "Alimi  müşarün-ileyh"  —  deyə  xatırlatdığı  alim  isə  əslən  yəhudi  olan  macar 
türkoloq German Vamberidir. Budapeşt Universitetinin professoru Vamberi ilk qərbli türkoloqlardandır 
müəllif. 
**
 Bu misranı Hilmi Ziya belə təqdim edir: "Bir duyğudayız biz, həpimiz haqpərəstan" — müəllif. 
 

20 
 
də  böyük  şairlik  istedadına  malik  olduğunu  hələ  tələbəlik  illərində  büruzə 
vermişdi: 
 
Zinət verir asimana əncüm,  
İncilər ilə dolu şu dərya.  
Gönlümsə diyor, diyor ki, gönlüm:  
Var bəndə də nəcm ü dürri-sevda! 
 
...Ey sevgilim, ey misali huri!  
Sən füshəti-qəlbimi qıl imla;  
Dəryayi, səmayi, qəibi, ruhi  
Həp yaxmada nari-eşqü sevda. 
 
Heynedən çevirmələr belədir. "Faust"un tərcüməsi də həmin səviyyədədir: 
 
Eyvah ki, dünyaları fikrim dolaşırkən 
Təqibə nə at var, nə qanad var, nə də yelkən. 
Fars dilindən etdiyi çevirmələr də eyni ədəbi tutumdadır: 
 
Derlər ki, könül könüldən anlar,  
Əsli yox imiş bu fikrin, eyvah.  
Könlüm qəmü-qüssədən qan ağlar,  
Könlün sənin andan olmaz agah. 
 
Əli  bəy  Hüseynzadə  yunandilli  poeziyanın  örnəklərini  də  türk  dilinə 
tərcümə  etmək  təcrübəsinin  ilk  məşqlərini  hələ  İstanbul  darulfünununda  təhsil 
aldığı  illərdə  gerçəkləşdirmişdi.  Özü  də  Esxilin  "Zəncirlənmiş  Prometey"ini 
orijinaldan tərcümə edirdi: 
 
Sirlər kimi aləmdə bir qul olmadan,  
Bu iztirabı çəkmək ovladır bəna.  
Bəncə sitəmkararani-dəhrə bəndəlik,  
Bu daşlara bənd olmadan bin qat fəna.
44 
 
Əli  bəyin  yaşının  hələ  çox  erkən  vaxtlarında  ədəbi  sahədə  parlaq 
məziyyətlərə sahib olduğuna bu parçalardan   daha mükəmməl bir tanıq (şahid) ola 
bilməz. 
Əli bəy Hüseynzadənin İstanbul Universitetində təhsil aldığı illərdə Avropa 
ədəbiyyatından etdiyi tərcümələr barədə ötəri danışmaq mümkün deyil. Hər şeydən 
əvvəl ona görə ki, onun Hötedən etdiyi tərcümələr, ümumiyyətlə, türk dünyasında 
bu istiqamətdə gerçəkləşmiş ilk nümunəydi. Höte türk ədəbi camiasına darülfünun 

21 
 
tələbəsi  Əli  bəyin  tərcümələri  ilə  daxil  olurdu.  Alman  dahisinin  Türkiyəyə  daxil 
olması həmin tərcümələr vasitəsilə gerçəkləşirdi. 
 
* * * 
 
Hüseynzadənin  "İttihad  və  Tərəqqi"  necə  quruldu?.."  məqaləsindən 
öyrənirik  ki,  cəmiyyətin  qurulduğu  ilk  illərdə  Əli  bəyin  qaldığı  otaqda  istehparat 
qüvvələri  tərəfindən  yoxlama  aparılacağından  xəbər  tutduqları  gün  tələbələr 
dolablarda  olan  kitablardan  bəzilərini,  xüsusən  Mithəd  Paşadan,  Əli  Suavidən  və 
Namiq  Kamaldan  bəhs  edən  "Das  Moderne  Türkthuum"  ("Modern  türklük") 
kitabını yandırmışdılar ki, kitab Yıldız sarayı xəfiyyələrinin əlinə keçməsin. 
Əli bəyin kitab dolabında  yalnız Mirzə Fətəli Axundovun komediyaları və 
Molla Pənah Vaqifin Leypsiqdə nəşr edilmiş şeirlər kitabı olmuşdu. 
Özü  isə  dindirildiyi  zaman  istintaqa  bildirmişdi  ki,  əsasən  fəlsəfi  kitabları 
oxuyur  və  başqa  kitabları  oxumağa  vaxtı  yoxdur.  Əli  bəy  oxuduğu  filosofları  da 
xatırlatmışdı:  Platon,  Herbert  Spenser...  Onların  əsərləri  isə  o  illərdə  türk  dilinə 
tərcümə olunmamışdı... 
Əli  bəy  Hüseynzadə  İstanbulda  özünün  Azərbaycan  ləhcəsini  islah  etmək 
üçün,  daha  doğrusu,  danışıq  dilini  osmanlı  türkcəsinə  uyğunlaşdırmaq  məqsədilə 
müntəzəm  olaraq  Xalid  Ziya  Uşaqlıgilin  romanlarını  mütaliə  etmişdi:    "Mən 
qafqazlı  bir  türkəm.  O  kimi  əsərləri  (Uşaqlıgilin    əsərlərini)  dilimi  düzəltmək, 
osmanlıcaya, bilhassə İstanbul şivəsinə alışmaq üçün
*
 oxuyuram".
45 
 
* * * 
 
Əli  bəyin  1893-cü  ildə  yazdığı  "Əski  Tibbiyyə"  şerinə  istinad  edib 
Hüseynzadənin  təhsil  aldığı  illərdə  Əsgəri-Tibbiyyənin  vəziyyətini  belə  təsəvvür 
etmək olar: Burada tələbələr üçün adi bir şərait belə yaradılmayıb. Məktəbin damı 
yoxdur. Yataqxanadakı otaqlarının damına çadır çəkmək lazımdır, sağlamlıq üçün 
heç  bir  tədbir  görülməyib.  "Yer  altında,  qaranlıqda,  rütubətdə  yatar  hər  kəs". 
"Sərvət"  qəzeti  məhz  buna  görə  Əsgəri-Tibbiyyəni  müasir  məhbəsə  bənzədir. 
Nahar  vaxtı  iki  saat  sırada  dayanmaları  səbəbindən  yeməyi  də  vaxtında  yeyə 
bilmirlər.  Adətən  isə  soyumuş  və  mikroba  bulaşmış  xörəklərdən  yeyirlər. 
                                                           
*
  T.Abdin  yazır:  "Bəlkə  Peterburqda  oxuduğu  illərdə  hardasa  bir  az  Azəri  türkcəsini  də  yadırğamış 
olsun gərək ki, Türkiyə türkcəsində də bəzi şeyləri yazmaqda və söyləməkdə çətinlik çəkirmiş və bunu 
Əliheydər Bayat da çox böyük qaynaq olan əsərində qeyd edir". Buna rəğmən, Əli bəyin özü belə yazır: 
"Əsgəri-Tibbiyyə  tələbəsiydim.  Buraya  Peterburq  Universitetində  təhsilimi  bitirdikdən  sonra 
gəlmişdim.  Qonuşurkən  hənuz  Azəri  şivəsinin  təsirindən  qurtulamamışdım  —  hələ  də  tamamilə 
qurtulmuş deyilim ya — ləhcəmi düzəltmək üçün, arkadaşların tövsiyəsi üzərinə Uşaqizadə H.Ziyanın 
hekayələrini boş vaxtlarımda, diqqətlə oxuyurdum" — müəllif. 
 

22 
 
Ədəbxana isə yeməkxananın üst qatındadır. Nəbatat bağçası baxımsızlıqdan tarlaya 
çevrilib. Əli bəy və onun böyük müasirləri belə bir şəraitdə təhsil alırdılar: 
 
Bu yerdə bil ki, hürriyyət əsarətdən ibarətdir,  
Maarif nuru yoxdur, nuru zülmətdən ibarətdir. 
Tərəqqi eyləmək maziyə ricatdan ibarətdir...
46 
 
Yalnız  Əli  bəyin  İstanbul  Darülfünununa  —  Əsgəri-Tibbiyyəyə  daxil 
olması  ilə  Ziya  Gökalpın  da  qeyd  etdiyi  kimi,  tələbələr  artıq  çeşidli  dünya 
coğrafiyasında  yaşayan  türklərin  mövcudluğundan  xəbərdar  olurdular.  Bu  da  Əli 
bəyin bioqrafiyasında  misilsiz  səhifədir.  Sonralar türklüyün ən parlaq təmsilçiləri 
olacaq  insanları  dünya  türklərinin  varlığından,  mədəniyyətindən  xəbərdar  etmək 
tibbiyyəli tələbə Əli bəy Hüseynzadənin qismətinə düşmüşdü. 
 
* * * 
 
Yusuf Akçura "Əli bəy, İstanbul Tibbiyyə məktəbinə Qərb fikirlərini, Qərb 
ədəbiyyatını,  Qərb  irfan  və  mədəniyyətini,  qısası,  Qərbi  tanıtmaqda 
professorlardan çox xidmət etdi" — deyirdi. Darülfünun tələbəsi İstanbula özüylə 
birgə keçmiş müəllimi Mendeleyevin sistemi barədə yeni bilgilər, böyük farsşünas 
akademik Valentin Jukovskidən öyrəndiyi Ömər Xəyyamı Qərb filoloji üsulları ilə 
dəyərləndirməyin  yollarını  gətirmişdi.  Əsgəri-Tibbiyyəli  tələbələr  üçün  Əli  bəy 
gerçəkdən  də  bir  tələbə  yoldaşı  kimi  yox,  bir  professor  qədər  qiymətliydi. 
Orijinalda  oxuduğu  müəlliflər  Dante,  Homer,  Şekspir,  Bayron...  Bütövlükdə  o, 
darülfünunda ayrıca, nadir və canlı bir kitabxana  mislindəydi. Dünyadakı mədəni 
ünsiyyət  vasitəsi  olan  dillərin  demək  olar  ki,  əksəriyyətini  bilirdi.  Qərb 
türkoloqlarının  ən  yeni  tədqiqatlarından  xəbərdardı.  Avropanın  və  Şərqin  siyasi 
çıxarlarını dəqiq təyin etmək qabiliyyətindəydi. 
...Və  hər  dəfə  də  əlləri  qoynunda,  sakit,  mütəfəkkir  halıyla  dostlarının 
üzərində bir rəsul təsiri icra edirdi. 
Özü də Yıldız sarayının nəzarəti altındaydı. Onun kimliyini bilirdilər. Hətta 
bir müddət həbsdə olmuşdu. 
Beləliklə,  Avropa  Türkiyəyə  Tənzimatdan  sonra, qafqazlı tələbə  Əli bəyin 
simasında həm də Bakıdan daxil olurdu... 
 
 
 

23 
 
Əli bəy Hüseynzadə «İttihad və Tərəqqi» Cəmiyyətinin  
qurucularından biridir 
 
Əli  bəy  Hüseynzadənin  müasirlərinə  rəğmən  Əli  Heydər  Bayat  onun 
Türkiyənin  sonrakı  taleyini  müəyyənləşdirən  "İttihad  və  Tərəqqi"nin 
qurucularından  olmadığı  qənaətində  israrlıdır.  Hüseynzadənin  ömürlüyündə  çox 
böyük  əhəmiyyət  kəsb  edən  belə  bir  ciddi  məqam  haqqında  danışarkən  səbəbini 
izah  etmədən  Bayat  nə  üçün  birmənalı  şəkildə  Əli  bəyin  "İttihad  və  Tərəqqi"nin 
təməldaşını qoyan birincilərin sırasında olmadığını iddia edib? Məsələyə aydınlıq 
gətirilməlidir.  Əli  Heydər  Bayatdan  fərqli  olaraq  Kazım  Nabi  Duru  "İttihad  və 
Tərəqqi  xatirələrim",  tarixçi  Ənvər  Ziya  Karal  "Böyük  Osmanlı  tarixi",  Əhməd 
Bədəvi  Kuran  "İnqilab  tariximiz  və  Jon  türklər",  Levis  "Modern  Türkiyənin 
qurulması",  Tarik  Zafər  Tunaya  "Türkiyədə  siyasi  partiyalar",  Sürəyya  Şövkət 
Aydəmir  "Makedoniyadan  Orta  Asiyaya  Ənvər  Paşa",  Rza  Nur  "Həyat  və 
xatiratım",  Nəcib  Fazil  Qısakürək  "Ulu  xaqan"...  kitablarında,  Hilmi  Ziya  Ülken 
isə  "Türkçülüyün  və  türk  sosializminin  atası  Əli  Turan"  adlı  yazısında  Əli  bəyin 
adını "İttihad və Tərəqqi"nin qurucuları və ilk ideoloqları sırasında çəkirlər. 
Ənvər  Ziya  Karal  "Böyük  Osmanlı  tarixi"  əsərində  yazırdı  ki,  Osmanlılar 
arasında  bəlirən... dağınıq hürriyyət, fikir və  hərəkatlarını,  siyasi bir orqan olaraq 
təmsil etməyə qalxışan "İttihad və Tərəqqi" Cəmiyyəti olmuşdur. "Bu cəmiyyətin 
quruluş tarixi dəqiq olaraq bəlli deyildir. Əhməd Bədəvi Kuran "İnqilab tariximiz 
və  Jon  türklər"  əsərinin  61-ci  səhifəsində  cəmiyyətin  1889-cu  ildə,  Kazım  Nabi 
Duru  isə  "İttihad  və  Tərəqqi  xatirələrim"  adlı  kitabında  1888-1890  tarixləri 
arasında qurulmuş olduğunu qeyd edir. Çevri adında birinin Misirdə "İnqilab" adlı 
1909-cu ildə nəşr edilən bir risaləsində eyni konu üzərində bunlar yazılmışdır: "... 
bu beş arkadaş 1887-sənəsi mayısının iyirmi birinci günü, qrupdan təqribən bir saat 
sonra  Tibb  Məktəbi  hamamı  önündəki  odun  yığınları  üzərinə  ictima  edərək...  bir 
neçə  il  sonra  "İttihad  və  Tərəqqi"  adını  alan  "İttihadi-Osmani"  Cəmiyyətinin 
təməlini  atdılar.  İki  il  sonra  (1889)  cəmiyyətin  yüzü  mütəcaviz  əzası  İbrahim 
Temonun  təklifi  ilə  Ədirnəqapısı  civarında  toplanıb  bir  idarə  heyəti  seçdi. 
Cəmiyyətin  qurucularından  İbrahim  Temoya  inanmaq  lazım  gəlirsə,  cəmiyyət  21 
may  1889-cu  ildə  qurulmuşdur...  Cəmiyyətin  qurucuları  Əsgəri  Tibb  Məktəbi 
öyrəncilərindən  İbrahim  Temo  (Ohri),  Abdulla  Cövdət  (Harput),  Məhməd  Rəşid 
(Qafqaz), Hüseynzadə Əli (Bakı), İshaq Sükutidir (Diyarbəkir). Cəmiyyətin ilk adı 
"Cəmiyyəti Osmaniyə" — İttihad və Tərəqqi Cəmiyyəti olaraq dəyərləndirilmişdir. 
Cəmiyyətə  ilk  girənlər  arasında  Asaf  Dərviş  (Paşa),  Süleyman  Emin  (Paşa), 
İsmayıl Safa bəy, Naci (Paşa) kimi kimsələr olmuşdur".
47
 
Amma  Əliheydər  Bayat  bunun  belə  olmadığını  Əli  bəy  Hüseynzadənin 
"İttihad  və  Tərəqqi"  necə  quruldu?  Ubeydullah  əfəndinin  oynadığı  rollar" 
məqaləsinə  istinad  edərək  isbatlamaq  istəyir.  Həmin  məqalədə  isə  Əli  bəyin 
xatırlatdıqları Əliheydər Bayatın "bəzi qaynaqlar Hüseynzadə Əli bəyin qurucular 

24 
 
arasında  olduğunu  yazırlarsa  da,  doğru  deyildir"  —  deyə  qəti  hökm  çıxarmasına 
əsas  vermir.  Hüseynzadə  həmin  məqaləsində  İshaq  Sükutinin  onu  Ubeydullah 
əfəndigilə aparmasından bəhs edirdi: 
"Sükuti: 

 
İştə, dedi, sizə keçənlərdə bəhs etdiyim "rus nihilsti" Əli bəy. İshakın bu 
təqdimatından, xoşlanmadımsa da, səsimi çıxarmadım. 

 
O nasıl şey? Həm Əli, həm rus nihilisti? 

 
Pardon, "türk nihilsti" demək istədim. 
—  Pah, şöylə. 
Bundan  sonra bir az ötədən-bəridən bəhs etdik  və nəhayət, söz Rusiyadakı 
ixtilaf və hürriyyət hərəkatlarına keçdi. 
Mən, Peterburq, Moskva, Kazan və s. universitetlərindəki üsyan vaqeələrini 
(1885-1886)  anlatdım,  bunların  nəticəsi  olaraq,  tələbə  arkadaşlardan  bir  neçə 
nəfərin  və  bu  arada  yaxşı  bir  kimyagər  olan  Saşa  Ulyanovun  (Leninin  böyük 
qardaşıdır) necə yaxalanıb edam olunduğunu hekayə etdim. Bu münasibətlə bir az 
da  universitet  tələbələri  arasındakı  gizli  ihtilal  təşkilatından,  benzinin  kimyəvi 
rəmzi  kimi,  altı  üzvlük  qrupların  ittihadından  hasil  olan,  devrimçi  geniş 
təşkilatlardan bəhs etdim... 
Bunun üzərinə Ubeydullah Əfəndi İ. Sükutiyə dönərək dedi: 
—  Əzizim, görürsən ya. Təşkilatsız heç bir şey olmur!.. 
Bu  söhbətdən  bir  neçə  gün  sonra,  sinif  otağımızda  yalnız  bulunduğum 
sırada  İ.  Sükuti  yanıma  gəldi...  Nənəmdən...  cib  xərcliyi  olaraq  bir  miqdar  para 
aldığımı hardansa eşitmişdi, dedi ki: 

 
Cəmiyyətimizə bir az para verəcəksən, səni də üzv qeyd etdik! 

 
Nə cəmiyyət bu? 

 
Hanı  ya,  keçənlərdə,  Peterburq  tələbələri  arasındakı  gizli  bir  ihtilal 
təşkilatından  bəhs  etmişdin!  İştə  biz  də,  bir  neçə  arkadaş,  burada  "Tərəqqi  və 
İttihad" adı ilə, elə bir cəmiyyət təsis etdik... 

 
Sora bilərmiyəm, kimlər var bu cəmiyyətdə?.. 

 
Cəmiyyətin  ilk  üzvləri  olaraq,  ismləri  xatirimdə  qalanların  başlıcaları 
bunlardır:  dr.  İbrahim  Temo  (indi  Rumıniyadadır),  diyarbəkirli  mərhum  dr.  A. 
Cövdət,  mərhum  şair  dr.  Ahməd  Cövdət,  göz  təbibi  dr.  İsmayıl  Şükrü  (indi 
Misirdədir),  Vaşinqton  səfiri  B.  Münirin  əmisi  dr.  Cəmaləddin  (Üsküdarda 
Sultantəpəsində yaşayır), Fərid Paşanın məşum dövründə intihar edən, mərhum dr, 
Çərkəz M. Rəşid, Berlində şəhid edilən mərhum prof. dr. Baba Şakir, Misirdə vəfat 
edən  mərhum  dr.  Şərafəddin  Mağmuni  və  bunlar  haqqında  yaxşı  məlumat  sahibi 
olan dr. Nəzmi (Əskişəhərlidir). 
Anlaşılır ki, "İttihad və Tərəqqi" Cəmiyyətinin tibbiyəllər arasında doğulub 
təşkilatlanmasında Ubeydullah Əfəndi mühüm bir rol... oynamışdır!.. 

 
Pək ala, dedim Sükutiyə, cəmiyyət namina istədiyin paranı verim, yalnız 
rica edirəm mənim ismim bir tərəfə yazılmasın!.."
48
 

25 
 
...Əliheydər  Bayatdan  başqa  hamı,  xüsusən  Əli  bəyin  İstanbul 
darülfünununda  təhsil  aldığı  dövrün  şahidləri  birmənalı  şəkildə  qeyd  edirlər  ki, 
"İttihad və Tərəqqi"nin ilk toplantısı, cəmiyyətin ilk qığılcımları Əsgəri-Tibbiyədə 
şölələnmişdi. Dünyalarca məşhur olan bu cəmiyyət Əsgəri-Tibbiyənin bağçasında 
gözdən-könüldən uzaq bir guşədə, hamam və mətbəx üçün odun toplanan yerdə Əli 
bəy  Hüseynzadə,  İbrahim  Temo,  Abdulla  Cövdət,  İshaq  Sükuti,  Məhməd  Rəşid 
tərəfindən  "İttihadi-Osmani"  —  (Osmanlı  Birliyi  Cəmiyyəti)  adı  ilə  qurulmuşdu. 
Əliheydər  Bayat  isə  sadəcə  gərək  bu  məqama  diqqəti  cəlb  edəydi  ki,  "İttihad  və 
Tərəqqi"  ən  əvvəl  xatırlatdığımız  kimi,  "İttihadi-Osmani"  adı  ilə  təsis  edilmişdi. 
Olsun  ki,  Ubeydullah  Əfəndinin  başçılığı  ilə  tələbələr  daha  geniş  sayda  və 
miqyasda  bir  araya  gəliblər  və  yaradılan  təşkilata  "İttihad  və  Tərəqqi"  adını 
veribiər.  Bu  barədə  Əli  bəydən  başqa  heç  kəs  demək  olar  ki,  bir  kəlmə  də 
yazmayıb. Bu, Əsgəri-Tibbiyyənin  həyətində  —  odunluqda  keçirilən  yığıncaqdan 
sonra  gerçəkləşən  bir  tədbirdir.  İbrahim  Temonun  da  xatirəsində  cəmiyyətin  ilk 
yığıncaqdan  sonra  keçirilən  növbəti  tədbirdə  iştirak  edənlərin  adları  çəkilir  və 
onların siyahısında İbrahim Temo da Əli bəyin yazısında adı keçənlərdən tutaq ki, 
Şərafəddin  Mağmunini  xatırladır.  Ancaq  ilk  təşəbbüs  və  cəhd  Tibbiyyənin 
bağçasında  odunluqdakı  həmin  söhbətdə  olub.  Əli  bəy  isə  Ubeydullah  Əfəndi 
haqqında  1938-ci  ildə  yazdığı  həmin  məqaləsində  sadəcə  bunu  xatırlatmağa 
ehtiyac duymayıb. Çünki müasirlərinin də dönə-dönə dedikləri kimi, "Hüseynzadə 
təvazökar,  sakit,  mütəfəkkir"  (A.Cövdət),  "həlim-səlim,  yumşaq  təbiətli" 
(Ə.Ağaoğlu),  "gözə  çarpmadan  sakit  həyat  yaşayan"  (S.Ş.Aydəmir)  bir  insandı  və 
öz  tarixi  xidmətləri  barədə  danışmaq  onun  üslubuna  yad  idi.  Əslində  isə  "Bu 
səssiz-səmirsiz  inqilabçının  təlqinləri,  irşadları  sayəsində  "İttihadi-Osmani" 
cəmiyyəti  tam  yeni  məfkurəli  cəmiyyətə  çevrilmişdi"  (Ziya  Gökalp).  Böyük 
düşüncə  adamı  Hilmi  Ziyanın  yazdıqları  da  Gökalpın  dediklərinin  bu  baxımdan 
tutarlı bir təsdiqi idi: "Səssiz və göstərişsiz tövrünə rəğmən siyasi və fəlsəfi fikirləri 
ilə  arkadaşlarına  təsir  etməyə  başlamış,  onlarla  birlikdə  "İttihad  və  Tərəqqi"nin 
başına keçmiş, fəqət göstərişsiz və gurultusuz mizacı onun heç bir zaman elabaşı, 
bir lider olmasına imkan verməmişdir".
49
 
Yalnız  öz  dəst-xətti  ilə  yazdığı  bioqrafik  qeydlərində  Əli  bəy  "İttihad  və 
Tərəqqi" ilə əlaqəsi barədə belə bir qısa məlumat verir: "...Bir aralıq Eyyub Səbri, 
Midhəd Şükrü,  mərhum  Ziya Gökalp,  mərhum  hatib Naci  və  sairə  ilə "İttihad  və 
Tərəqqi"nin  mərkəzi  ümumisi  (və  İstanbul  mərkəzi)  əzalığında  bulundum  — 
İstanbulda,  Selanikdə,  sonra  yenə  İstanbulda.  Zatən  "İttihad  və  Tərəqqi"nin  ilk 
təşəkkülü  zamanından  bəri,  yəni  daha  Tibbiyyə  tələbəsi  ikən,  İbrahim  Temo, 
mərhum İshaq Sükuti, mərhum Osman Cövdət, mərhum Abd. Cövdət və sairə ilə 
bərabər bu məzkur cəmiyyətin azasından biri idim".
50
 
Ubeydullah əfəndi ilə söhbətin mahiyyətinə diqqətlə fikir verin. Əli bəy ona 
Rusiya  şəhərlərindəki  tələbə  üsyanlarından,  geniş  təşkilatlanma  işlərindən  danışır 
və Ubeydullah əfəndi dönüb İshaq Sükutiyə deyir ki, əzizim, görürsən... təşkilatsız 

26 
 
heç  bir  şey  olmur!..  Bu  halda  da  yenə  "İttihad  və  Tərəqqi"  Cəmiyyətinin 
təşkilatlanması Əli bəyin təlqinlərindən sonra gerçəkləşir. 
Əliheydər  Bayatın  bu  məqamdakı  tələsik  yozumu  bəzən,  təəssüf  ki, 
Azərbaycanda  da  onun  yazdıqlarına  istinad  edilərək  təsbit  edilir.  Əli  bəy 
Hüseynzadəyə böyük sevgilərlə yazılmış bir əsərdə Sükutinin "Cəmiyyətimizə bir 
az  para  verəcəksən,  səni  də  üzv  qeyd  etdik!"  sözləri  belə  təqdim  edilir: 
"Cəmiyyətimizə bir az pul verəcəksənsə, səni də üzv eləyərik".
51
 Göründüyü kimi, 
Sükutinin dediyi və Əli bəyin xatırlatdığı ilə ikinci versiyanın arasında çox böyük 
və ciddi fərq var. 
Sükutinin söylədiklərinin yanlış təqdimatı əlibəyşünaslığın ciddi probleminə 
çevrilməkdədir. Başqa bir yazıda fakt belə təqdim olunur: "Ə. Hüseynzadə "İttihad 
və  Tərəqqi"  Cəmiyyətinə  daxil  olması  hadisəsini  sonralar  xatırlayaraq...  yazır  ki, 
gizli cəmiyyət təşkil etmək üçün nənəsinin o zaman ona Şirvandan göndərdiyi pulu 
ittihadçılara  kömək  məqsədilə  verərək,  həmin  cəmiyyətə  üzv  olmuşdur".
52
  Əli 
bəyin  məqaləsindən  gətirdiyimiz  sitat  isə  məsələni  tamam  başqa  aspektdə 
dəyərləndirməyə əsas verir. 
Əslində təşkilatlanmasında Ubeydullah əfəndinin iştirak etdiyi cəmiyyət də, 
bir  az  sonra  Atatürkün  əvvəlcə  Suriyada  "Vətən  və  hürriyyət"  adıyla,  sonra 
Selanikdə  "Osmanlı  Hürriyyət  Cəmiyyəti"  adıyla  qurduğu  təşkilat  da  Əli  bəyin 
ideyalarının  davamı  kimi  dərk  olunmalıdır.  İlk  qurulan  "İttihadi-Osmani"dir  ki, 
onun da qurucularından biri Əli bəy Hüseynzadədir. 
Xatırlatdığımız  kimi,  bunu  müasirləri  də,  sonrakı  dönəmin  memuar 
müəllifləri də, ensiklopedik nəşrlər də birmənalı şəkildə yazır. 
Doktor Rza Nur "Həyat və xatiratım" əsərində yazırdı: "İttihad və Tərəqqi" 
Cəmiyyəti  İshaq  Sükuti,  Şərafəddin  Mağmuni,  Arif  Bəyzadə,  Həsən  və  Əli 
Hüseynzadə tərəfindən ilk olaraq... tibbiyədə təşkil edilmişdir".
53
 
Əli  bəy  Hüseynzadəni  "dəyərli  və  aydın  bir  elm  adamı"  kimi 
səciyyələndirən,  məşrutiyyətdən  sonra  onun  "İttihad  və  Tərəqqi"nin  rəyasət 
heyətinin  üzvü  —  (Mərkəzi  Ümumi  Azası) seçildiyini  xatırladan Sürəyya  Şövkət 
Aydəmir "Makedoniyadan Orta Asiyaya Ənvər Paşa" ismli kitabının 1-ci cildində 
yazır:  "Bu  vadidə  ilk  önəmli  qrupun  İstanbul  Tibbiyyəsində  qurulduğunu 
şübhəgötürməz  bir  gerçək  olaraq  təkrarlamalıyıq.  Qurucu  öyrəncilər  belə 
bilinməkdədir:  Makedoniyadan  ohrili  İbrahim  Temo,  arabgirli  Abdullah  Cövdət, 
diyarbəkirli  İshaq  Sükuti,  qafqazlı  Məhməd  Rəşid,  azərbaycanlı  Hüseynzadə  Əli. 
Bunlardan başqa konyalı Hikmət Emin və İsmayıl əfəndilərin də ilk quruculardan 
olduqları kəsin olmayaraq qeyd edilir".
84
 
Nəcib  Fazil  Qısakürəyin  "Ulu  xaqan"  kitabında  oxuyuruq:  "Nəticədə 
Əbdülhəmidi  düşürməyə  qərar  verən  "İttihad  və  Tərəqqi"ni...  1889-cu  ilin  mayıs 
ayının  21-ci  günü  makedoniyalı  İbrahim  Temo,  arabgirli  Abdullah  Cövdət, 
diyarbəkirli  İshaq  Sükuti,  qafqazlı  Məhməd  Rəşid  və  bakılı  Hüseynzadə  Əli... 
yaradır.  Ayrıca  konyalı  Hikmət  Emin  və  İsmayıl  İbrahim  isimli  iki  qurucu  daha 

27 
 
var...  Cəmiyətin  ilk  ismi  "İttihadi-Osmani"...  Bu  cəmiyyət,  bildiyimiz  məşhur 
komitənin ilk çəyirdəyidir".
55
 
Hilmi  Ziya  Ülken  də  bu  fikirdədir:  "Hüseynzadə...  "İttihad  və  Tərəqqi"nin 
qurucularından və ən əski üzvlərindən biri idi".
56
 
"Böyük Lorousse" ensiklopediyası: "Turan Hüseynzadə Əli. Əbdülhəmid II 
dönəmində İttihad və Tərəqqi qurucuları sırasında yer aldı".
57
 
"Osmanlı Ansiklopedisi": "1889 da Askeri Tibbiyedə İshaq Sükuti, Məhmət 
Rəşid, Abdullah Cövdət, İbrahim Temo və Hüseynzadə Əli tərəfindən oluşdurulan 
çəkirdək  kadro,  dövlətin  içinə  düşdüyü  kötü  durumun  tək  sorumlusu  olaraq  II 
Abdulhəmidi görürdülər".
58
 
Görünür  Əliheydər  Bayatı  tələsik  hökm  çıxarmağa  vadar  edən  "İttihad  və 
Tərəqqi"  Cəmiyyətinin  quruluş  tarixinin  müxtəlif  il  fərqləri  ilə  göstərilməsidir. 
Əgər  Cəmiyyətin  1889-cu  ildə  yaradıldığı  iddia  olunsa,  o  zaman  da  Əli  bəy 
Hüseynzadənin  burada  iştirakı  mübahisəli  görünməməlidir.  Çünki  Əli  bəy 
Peterburq Universitetini 1889-cu ilin aprelində tamamlamışdı. "İttihad və Tərəqqi" 
isə mayın 21-də yaradılmışdı. Arada bir ay vaxt vardı. Digər tərəfdən, göründüyü 
kimi, cəmiyyətin yaradılış tarixi barədə qənaətlər də müxtəlifdir. Hər halda Əli bəy 
Hüseynzadənin "İttihad və Tərəqqi"nin qurucuları sırasında olmamasını söyləmək 
üçün heç bir ciddi dəlil yoxdur. 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin