Türkləşmək, islamlaşmaq, avropalaşmaq
Tarix dönür, dəyişilir, müzakirələr isə bitmir. Türkləşmək, islamlaşmaq,
müasirləşmək triadasının müəllifi kimdir, ideyanın təməl daşını kim qoymuşdur? -
mübahisəsi kəsilmir, dəqiq ünvan tapılmır. Araşdırıcılarımızın bir qismi onun
Cəmaləddin Əfqaniyə, bir qismi isə Yusuf Akçuraya məxsus olduğunu irəli sürür.
Başqa birisi də Ziya Gökalpa aid olduğu qənaətinə gəlir. Mübahisələri diqqətlə
*
Ə.H.Bayatın "Əli bəy Hüseynzadə" (İstanbul, 1998) kitabında "Hüseynzadə Əli bəyin ailə şəcərəsi"
cədvəlində aşağıdakılar təshih edilməlidir. 1. Ədhiyə xanım 1947-də deyil, 1944-cü ildə vəfat etmişdir.
2. İsmayıl Hüseynzadə 1866-cı ildə deyil, 1868-ci ildə anadan olmuşdur. 3. İsmayıl Hüseynzadənin
Bəhram, Şəmsəddin, Sultan İbrahim və Firidundan başqa oğlu yoxdur. Şəmsi kimi təqdim olunan
beşinci övlad Böyükxanımdır — müəllif.
69
nəzərdən keçirib dərhal belə bir nəticəyə gəlmək olur ki, bütün tərəflərin ümumi
hədəfi Əli bəy Hüseynzadədir. Dartışma daha çox Əli bəyin ətrafında cərəyan edir.
Əslində məsələ çoxdan çözülüb. Nəzəri prinsipin Cəmaləddin Əfqaniyə, Yusuf
Akçuraya, yaxud Ziya Gökalpa aid oduğunu iddia edənlərə ən tutarlı cavabı 1924-
cü ildə Ziya Gökalpın vəfatı ilə əlaqədar yazdığı "Ziya Gökalp haqqında xatirə və
mülahizələr" məqaləsində türkçülüyün böyük qurucularının ilklərindən olan Yusuf
Akçuranın özü verirdi: "Türkləşmək, islamlaşmaq, müasirləşmək... türkçülərin
fəaliyyətində bir vəchə mahiyyətini haiz olan bu üçlü ümdənin əsl atası
Hüseynzadə Əli bəydir. Məhz siyasət sahəsində, biri digərinə zidd kimi görünən
türklük, islamlıq, osmanlılıq siyasətlərinin, bu üç tərzi siyasətin, qabili təlif
olduğunu Əli bəy iddia etmiş və "Füyuzat"ın 10 iyul ihtilalından əvvəl çıxmış
nüsxələrindən birində "türklük, islamlıq və avropalılıq" qayələrinin məmzucən
istehsalını tövsiyə eyləmişdi".
139
1928-ci ildə də Yusuf Akçura həmin fikrində
israrlıydı: "Əli bəyin üçlü düsturu, yaxşı tapılmış xoşbəxt əsaslardandır. Bu əsas,
türk aləminin hər tərəfinə yayılmış və xüsusən Məşrutiyyətdən sonra İstanbulda
çox işlənmişdir. Məsələn, Gökalp Ziya bəy "türkləşmək, islamlaşmaq,
müasirləşmək" məsələsi haqqında bir çox yazılar yazmışdır".
140
Nəzəriyyə iyirminci yüzilin əvvəllərinə aiddir və onu türk cəmiyyətinə, türk
ictimai fikrinə aşılayanlar isə bütün hallarda Əli bəyin çevrəsində hərəkət edirlər.
* * *
... Əli bəy qədər haqqı, xidməti unudulan, danılan başqa bir mütəfəkkir
təsəvvürə gətirə bilmirəm.
"Yaradılış etibarı ilə filosof təbiətli, dərvişməşrəb" olan Əli bəy Hüseynzadə
gerçəkdən də öz sakit, təvazökar halı ilə düşüncələrdə çevriliş yaratdı. Milyonlarla
insana sirayət edə bildi. Yüz ildir ki, türk dünyasının mənəvi problemləri onun
yandırdığı çırağın işığında çözülür.
"Türk hissiyyatı ilə mütəhəssis, islam diniylə mütədəyyin və Avropa
mədəniyyəti-hazırasıyla mütəməddin" olmağa çağıran Əli bəy istisna olunarsa, ona
qədər məsələni bu şəkildə düşünən və ifadə edən başqa biri yoxdur və elə buna
görə də Əli bəy bu istiqamətdə birinci dahimizdir. Bütün türk dünyası miqyasında
birinci dahi. Türk-İslam-Qərb dəyərlərinin sintezindən hasilə gəlmiş bir cəmiyyəti
hazırlamaq ideyası ona məxsusdur.
"Çirkablara daş atmalıdır, həm də doluncaya, yox edilincəyə, ortadan
vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar
atmalıdır, qayalar yuvarlatmalıdır. Daş, qaya kafi deyildir. Oraları tibbin tövsiyə
etdiyi zəhərli-zəhərli mikrob öldürücü məvaddi-əfniyyə ilə doldurmalı, üzərinə neft
qazı tökməli, sonra da atəş yağdırmalı, ta ki, üfunətindən, üzviyyatı-sariyyəsindən
bir əsər qalmasın! Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan
70
qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli
fədai!"
1907-ci il idi, XX yüzil türk dünyasının milli ideoloji düsturunu "Füyuzat"
araçılığı ilə birinci olaraq Əli bəy Hüseynzadə beləcə bəyan edirdi.
Türkləşmək, islamlaşmaq, müasirləşmək triadasını türk ictimai-siyasi
fikrinə Əli bəy Hüseynzadə aşılayırdı.
Bilirəm, mübahisə doğura bilər. Amma Əli bəyə münasibətdə ifrat
biganəliyi bir anlığa da olsa sadə bir məhəbbətə dönüşdürsək bunun belə
olduğunun fərqinə dərhal vararıq...
* * *
1914-cü il dekabrın 11-də M. Ə. Rəsulzadə "İqbal" qəzetində dərc etdirdiyi
"Diyanət, milliyyət və məişət nöqteyi-nəzərindən kənd məktəbləri" məqaləsində
yazırdı: "Mədəni yaşayış üçün üç əsas lazımdır: milliyyət, beynəlmilliyyət və
əsriyyət. Milliyyətin rüknü ana dili, beynəlmilliyyətin əsası — din və əsriyyətin
binası — əsrə hakim olan ülum və fünun ilə məhəllinə görə onun vasitəsi olan
dillərin öyrənməsidir.
Vaxtilə möhtərəm Əli bəy Hüseynzadə əfəndi "Füyuzat"da "islam
əqidəli, türk qanlı və Avropa qiyafəli insan olalım" — demişdi ki, qəsdi də bu
idi".
141
M.Ə.Rəsulzadə "Azərbaycan Kültür Gələnəkləri və Çağdaş Azərbaycan
ədəbiyyatı" əsərində də üç ümdənin — əsasın Əli bəyə aid olduğunu birmənalı
şəkildə etiraf etmişdi: "Beynəlmiləl demokratiya prinsiplərinə dayanaraq qurulan
bu cümhuriyyət — mavi, qırmızı, yaşıl — üçrəngli bayrağıyla Azərbaycan kültür
gələnəklərinin bir xülasəsini rəmzləndirirdi. Mavi rəng türklüyün, yaşıl rəng
islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətiydi. Vaxtilə "Füyuzat" məcmuəsinin
fazil mühəriri "Türk qanlı, islam imanlı və firəng fikirli olalım" demişdi; sonra
türkçülüyün böyük filosofu Ziya Gökalp bu üç ümdəni daha elmi bir üslubla
qullanmış və eyni şüar sonra "Açıq söz" qəzetinin başlığı altında bulunmuşdur".
142
"Qafqaz türkləri" əsərində də M.Ə. Rəsulzadə mövcud qənaətini təsbit
edərək yazırdı: "Gərçi "Füyuzat" məcmuəsi... türkçülük mövzusunu daha əvvəl
tərvic eyləmiş, hətta mərhum Ziya bəyin sonralar "türk millətindənəm, islam
ümmətindənəm və Qərb mədəniyyətindənəm" şüarı ilə ifadə etdiyi mənanı,
Hüseynzadə Əli bəy "türk qanlı, islam imanlı və firəng qiyafəli olalım" formulu ilə
bəyan etmişdi.
143
Məhəmməd Əmin Rəsulzadənin ətrafında mübahisə yaradılan problem
barədə belə ciddi və aydın qənaətini bir kənara qoyub türkləşmək, islamlaşmaq,
müasirləşmək düsturunun Əli bəyə aid olması ilə bağlı onun "Şəhərdə bəzi işi-gücü
qurtarmışlar söz buraxıblar ki, guya Ə. Hüseynzadə şeyxülislam olacaq... belə
xəbərə də inanmaq olar? Əli bəy haman Əli bəy deyil ki, a... diyordu "Avropa
71
qiyafətli olmalı"
144
sözlərini misal gətirmək yalnız təəssüf doğurur. Çünki məhz bu
sözlərində Əmin bəy milli düstur barədə deyil, tamam başqa mətləblər haqqında
danışırdı. Amma yuxarıda da göründüyü kimi, "Türkləşmək, islamlaşmaq,
müasirləşmək" triadasının Əli bəyə məxsus olması barədə Rəsulzadə açıq və aydın
bir mövqedəydi.
Mirzə Bala Məmmədzadə yazırdı: "İslam ümməti (milləti) dövründən (yəni
hər kəsin özünü yalnız müsəlman hiss etdiyi və türklüyünü, milliyyətini dərk
etməmiş olduğu bir dövrdən) hənuz çıxmaqda olan Azərbaycan milli mühitini
çalxalayan: qərbçilik — avropaçılıq, şərqçilik — islamçılıq və türkçülük —
milliyyətçilik cərəyanlarını "türkləşmək, islamlaşmaq və müasirləşmək" şəklində
ifadə edib formula halına salmağa müvəffəq olmuş Azərbaycanın böyük oğlu və
böyük türkçü mərhum professor Əli bəy Hüseynzadənin (sonralar bu düsturu Ziya
Gökalp İstanbulda işləmişdir) gərək dil, gərəksə fikir baxımından Rəsulzadə
üzərində böyük təsiri olmuşdur".
145
Yusif Vəzir Çəmənzəminli də 1921-ci ildə yazıb tamamladığı "Azərbaycan
ədəbiyyatına bir nəzər" kitabının "Osmanlıda yetişmiş azərbaycanlı müəlliflər"
bölümündə qeyd edirdi ki, Əli bəy Hüseynzadə "millətin yaşaya bilməsi üçün bir
əsas olaraq "türkləşmək, islamlaşmaq və avropalaşmaq" lüzumunu iddia
eyləmişdi".
146
* * *
Qərbli türkoloqlar da "Türkləşmək, islamlaşmaq, avropalaşmaq"
formulunun türk milli-ideoloji-fəlsəfi fikrinə aşılanmasının Əli bəy Hüseynzadə ilə
başlaması qənaətində yekdildirlər... François Georgieon Yusuf Akçuradan bəhs
edən məşhur "Türk milliyyətçiliyinin kökənləri" kitabında yazırdı: "Əslində bu
formulu kəşf edən Azərbaycan kökənli başqa bir Rusiya türkü olan Hüseynzadə
Əli idi və bunu 1907-ci ildə, Bakıda yayımlanan "Füyuzat" dərgisindəki bir
məqaləsində ortaya atmışdı".
147
Yakob M. Landau da "Pantürkizm" əsərində eyni fikri davam etdirirdi:
"Qafqazlı... Əli Hüseynzadə 1907-ci ildə "Füyuzat" dərgisində türk
milliyyətçiliyinin amacını türkçülük, islamçılıq, avropaçılıq olarak bəlikliyordu.
Onun yaklaşımı kəndi xalqı arasında milliyətçiliyin nətliyə qovuşmasında üç
aşamayı yansıtdı. Bu üç aşama içində türkçülük ən zor və anlamlı ünsür
oluyordu".
148
* * *
Ancaq təəssüf ki, çağdaş Türkiyə ədəbiyyatşünaslığında (məsələn, İnci
Engününün yazılarında) bəzən tarixi həqiqətlər gözlənilməz şəkildə təhrif olunur,
İsmayıl bəy Qaspıralı ilə Ziya Gökalp arasındakı məsafə və mərhələdə Əli bəyin
72
yeri, məqamı daraldılır: "Qaspıralının əsərlərində geniş ölçüdə işlədiyi türklük,
islamiyyət və müasirlik qavramları, modern türk millətinin vaz keçə bilməyəcəyi
ümdələr olaraq Ziya Gökalp tərəfindən formullaşdırılmışdır"
149
— deyən prof. dr.
İnci Engününə formullaşdırma məsələsində mükəmməl cavab yenə də Yusuf
Akçura, yaxud Ziya Gökalp tərəfindən verilir. Yusuf Akçura "Türkləşmək,
islamlaşmaq, müasirləşmək formulu əsasda Hüseynzadə Əli bəyə aiddir",
150
Ziya
Gökalp isə "Əli bəy Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni
üfüqlər açdı" — deyir.
Hüseyn Tuncər isə yazırdı: "Türk yurdu"nun anlayışına görə türkçülüyün
qayəsi, bir türk kültürünü yaratmaqdır. Eyni kültürlə yoğrulmuş olan türklərin bir
mədəniyyəti olmalıdır. Bu mədəniyyət Batı mədəniyyəti cizgisində bir türk islam
mədəniyyəti xarakteri göstərməlidir. Batı mədəniyyəti texnoloji alanda örnək
alınmalı, milli dəyərlərdə özə bağlı qalınmalıdır. Bu görüş təməli Hüseynzadə Əli
bəyə dayanan — türkçüləri, türkləşmək, islamlaşmaq, müasirləşmək əsasına dayalı
bir sintezə ulaşdırmışdır".
151
* * *
Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında qənaətlərinə gəlincə, Bay
Mehmet Tevfiqin Əli bəy tərəfindən də dəyərləndirilən yazısında bildirdiyi kimi,
"...Ziya Gökalp ilk şüurlu milliyyət fikrini Hüseynzadədən iqtibas edən zümrə
içində idi. Mərhumun farikaları arasında qədirşünaslıq da vardı. Hüseynzadənin
fəzli-təqəddümünü elan etməkdən çəkinməz və haqqında çox dərin bir hörmət
göstərərdi. Hüseynzadəyə "yalavac" ləqəbini verən Ziya Gökalpdır".
152
Ziya
Gökalpın bioqrafları birmənalı şəkildə bildirirlər ki, dahi sosioloqu yetişdirən
amillərin başında hələ 15 yaşında oxuduğu Əhməd Vefiq Paşanın "Ləhceyi-
Osmani" kitabı, Leon Kahunun "Tarix" əsəri
*
və Əli bəy Hüseynzadənin
türkçülüklə bağlı görüşləri dayanırdı.
Səməd Ağaoğlunun da yazdığı kimi "dövrünün böyük mürşidi Ziya
Gökalpa "İslam ümmətindən, qərb mədəniyyətindən, türk millətindən olmaq"
tezisini Əli bəy Hüseynzadə ilham etdi".
153
Qərbçilik və türkçülüyü birləşdirən
görüşün öndəri
154
(Hilmi Ziya) Əli bəy Ziya Gökalpın qərbçi baxışlarına mədəni
düsturun daha iki və vacib qolunu — türkləşmək və islamlaşmaq mərhələsini əlavə
edir, nəzəri-metodoloji və siyasi istiqaməti müəyyənləşir: türkləşmək, islamlaşmaq
və müasirləşmək.
* * *
*
Leon Kahun — Fransa. 1841-1900. L. Kahunun 1886-cı ildə yazdığı "Asiya tarixinə giriş" əsəri Nəcib
Asim tərəfindən fransızcadan türk dilinə tərcümə edilmişdi. Türk milliyyətçi düşüncəsini
həyəcanlandıran əsərlərdən hesab olunur - müəllif.
73
Əli bəyə qədər "türkləşmək, islamlaşmaq, müasirləşmək" düsturu meydanda
yoxdur. Heç bir halda yoxdur. Ayrılıqda Axundovun avropalaşmaq, S.C. Əfqaninin
islamlaşmaq təlimləri meydanda olsa da, yaxud Əli Suavinin irəli sürülən bütün
məsələlər barədə aydın və prinsipial fikirləri olsa da, məlum məfkurə üçlüsü
bütövlükdə Azərbaycanın və Türkiyənin dövlət düşüncəsinin təməlinə Əli bəy
Hüseynzadənin fəlsəfəsindən miras qalır. Təməl prinsipi şəkilləndirən, ona nəzəri
biçim verib türk fikir həyatına aşılayan Əli bəy Hüseynzadədir.
Bu barədə hətta mübahisə açmaq belə yersizdir. "Azərbaycan bayrağını
mənalandıran üç ümdə amilin ideoloqu Əli bəy Hüseynzadədir" məqaləsində
İldəniz Qurtulan yazırdı: "Bu məsələni mən uzun illər tələbəsi olduğum Mirzə
Baladan öyrənmişdim. Bəllidir ki, Azərbaycan bayrağının rənglərini mənalandıran
"türkləşmə, islamlaşma, müasirləşmə" prinsiplərinin ilk dəfə Ziya Göyalp
tərəfindən irəli sürüldüyü sanılır. Bu yanlış fikirdir, çünki həmin üç amili bir
prinsip kimi irəli sürən ilk ideoloq böyük dahimiz Əli bəy Hüseynzadədir...
Azərbaycan türklüyü artıq bu tarixdən sonra qəti olaraq icma dövrünü başa vurdu
və milliyyət dövrünə qədəm qoydu... Böyük alim, türkçülüyün ilk mütəfəkkiri Əli
bəy Hüseynzadəyə türklük, islamiyyət və müasir Avropa mədəniyyətinə bir tezis,
antitezis və sintez şəklində prinsip olaraq müəyyənləşdirmək şərəfi nəsib
olmuşdur".
155
Əli bəy Hüseynzadənin belə bir təşəbbüsdə olduğunu hələ 1928-ci
ildə "Məktubi-məxsus"u incələyən Yusuf Akçura görüb dəyərləndirmişdi: "...Əli
bəy... müzakirələrdə iştirak edən tərəflərin tezis və antitezislərini yüksək bir sintez
halında birləşdirmək istəmişdir".
156
Əslində, birləşdirmişdir və Əhməd Cəfəroğlu demişkən, Əli bəy
Hüseynzadə — bu ixtiyar və imanlı türkçü, bu üçlü məramla milli istiqlalın fikri
mücadiləsinin əsas qanununu - Ana Yasasını meydana qoymuşdur.
Qanun və insan haqları
"Füyuzat"ın ilk sayı üz qabığında Əhməd Midhət Paşanın təsviri ilə açılırdı.
Əli bəyin "Midhət Paşa" sərlövhəli yazısı da məcmuənin həmin sayından etibarən
dərc olunmağa başlayırdı. Nə üçün? Çünki Midhəd Paşa bir konstitusiya - Qanuni
Əsasi qəhrəmanıydı. Əli bəy "Füyuzat"ın millətlə ünsiyyətinin ilk aşamasında
Qanuni-Əsasinin nədən ibarət olduğunu xatırladıb yazırdı ki, bir qanuna əsas
qanun demək üçün o qanun gərək hər şeydən əvvəl kimsənin ona əli
yetişməyəcək dərəcədə dərin olsun. Ona görə də, Qanuni-Əsasi digər qanunlara
təməl olub, bunların hamısı onun üzərində bina olmalı, ona istinad etməli, onun
üzərinə bina olunmayan heç bir qanuna qanun nəzərilə baxılmamalıdır...
Əli bəy Azərbaycanı orta əsrlərdən çıxarırdı. Despotik idarə üsulunu sarsıda
bilən informasiyanın xalqa ötürülməsini də, vətəndaş haqları və hürriyyət məşqinin
ilk dərslərini də etiraf etməliyik ki, Azərbaycan ilk dəfə Əli bəydən öyrənirdi. Əli
74
bəy qaimməqamın xalq tərəfindən işdən uzaqlaşdırılması, siyasi məhbusların
camaat tərəfindən azad edilməsi, hardasa camaata zülm edən valinin xalq
tərəfindən döyülməsi, əsgərlərin üsyançılara silah qaldırmaqdan imtina etməsi...
barədə yazırdı. Yazırdı ki, "Biz arzu edərdik ki, müsəlmanların özlərinə məxsus
bir proqram və firqələri olsun (kursiv mənimdir — A.T.) və o firqə də
müsəlmanların və bilxassə türk və tatarların hər növ müsavat və hürriyyətləri ilə
bərabər hüquqi-qövmiyyə, lisaniyyə və diniyyələrini təmin edən sair firqələrə
iltihaq etsin... Bizim üçün nicat, hər növ hürriyyət və hüquqi- müsavat tələb edən
firqələrlə birləşməkdədir... Artıq intixabat başlıyor. İntixabatın surəti məqulədə
cərəyan edib hüsni-nəticə verməsi cəmaətimizin bəsirət və himmətinə vabəstədir,
vəssalam!.."
157
Bütün bunlar zorən çar Rusiyasının bir əyalətinə çevrilən Azərbaycanın
əhalisi üçün ciddi xəbərdarlıq və çağırışlar, misilsiz informasiyalardı. Məhz bu
yazılardan sonra millət öz hüququnu tanıyır, yaxud bu barədə düşünməyə
başlayırdı...
Əli bəy Hüseynzadəyə «rəsuli-həqq» deyən Abdulla Cövdət
Əli bəy Hüseynzadəni ilk dəfə "rəsuli-həqq" adlandıran Abdulla Cövdətdir.
A. Cövdət haqqında Azərbaycanda ilk və son yazını Əli bəy Hüseynzadə
1906-cı ildə yazıb.
* * *
Əli bəy Hüseynzadənin təqdimatından görünən "türkcə və fransızca əşari-
güzidə və asari-fənniyyeyi-mütəəddidəsi ilə müstəşir" Abdulla Cövdətin bənzərinə
Türkiyədə yazılmış heç bir yazıda rast gəlmək olmur.
Onun düşüncə və fəaliyyət çevrəsini araşdıranların fikrincə Atatürkün
Qərbə istinad edən radikal davranışlarının kökündə də doktor Abdulla Cövdətin
təsiri olmuşdu. İngilis tarixçisi Bernard Levs də, türk alimi Tarik Z. Tunaya da bu
qənaətdədirlər.
Abdulla Cövdət, məsələn, Əli bəy Hüseynzadəyə "rəsuli-həqq"
158
deyə
biləcək qədər bənzətmələrində aşırı gedən bir insandı. Amma bunun da ayrıca
səbəbləri vardı və bu kitabda həmin məsələyə də münasibət bildiriləcək.
* * *
Abdulla Cövdət Namiq Kamaldan, Əli Suavidən... sonra çağdaş Türkiyənin
ideya təməlini qoyanlar sırasında Əli bəy Hüseynzadə, İbrahim Temo, İshaq
Sükuti... ilə eyni sırada, birincilərdəndi.
75
1869-cu ildə sentyabr ayının 9-da dünyaya gələn Abdulla Cövdət 1932-ci
ildə 63 yaşında dünyasını dəyişmişdi.
* * *
Tarık Zafer Tuna Abdulla Cövdətin cənazə törənində yaşanan hadisələri
xatırlayaraq yazırdi: "Günlərdən 29 qasim 1932 salı. Ayasofiya camesinin arxa
qapısında bir cənazə törəni. Seçkin bir qalabalıq dr. Abdulla Cövdət bəyin tabutu
başında. Cənazə namazına başlanacağı sırada gənc bir müəllim, İlhan Şövkət bəy
doktorun dinsiz olduğunu, dini törən yapılarsa, məzarında rahatsız olacağını
söyləyir.
Abdulla Cövdət bəy kimi, 1889-cu ildə "İttihad və Tərəqqi"nin İstanbuldakı
ilk qurucularından dr. Hüseynzadə Əli, onun dinsiz olmadığını bəlirtir... Qısa bir
sürə sonra mübahisə kəsilir.
Zamanın bəzi qəzetləri, özəlliklə 1 aralıq 1932-ci il tarixli Cümhuriyyət belə
yazırlar. Yaşamında olduğu kimi, tabutu başında belə dartışma yaradan doktorun
cənazə arabası, iki yüzdən çox avtomobilin müşaiyyətilə Mərkəzəfəndiyə hərəkət
edir..."
169
Beləliklə, Əli bəy Hüseynzadə "dindar bir dinsiz və ya dinsiz bir dindar"
adlandırdığı Abdulla Cövdətin axirət evinə namazsız yola salınmasına imkan
verməmişdi. Vaxtilə onu rəsuli-həqq adlandıran Abdulla Cövdətlə sonacan fikir və
məfkurə dostu olduğunu cənazə törənində də isbatlamışdı.
* * *
Abdulla Cövdət Dozinin "Tarixi-İslamiyyət" əsərini tərcümə etdiyinə (bu
kitabın tərcüməsi Türkiyədə hətta Məbusan Məclisində müzakirə olunmuşdu və
kitab yasaqlanmışdı) görə yamanlanırdı. Ancaq "İslamın quduz düşməni"
160
kimi
təqdim edilən Abdulla Cövdət ruhunda böyük bir iman duyğusu daşıyırdı. "İslamın
cəzb edə bilmədiyini türklük, türklüyün cəzb edə bilmədiyini islam cəzb
edəcək".
161
Bu fikirləri söyləyən bir adam, necə dinsiz ola bilərdi? Abdulla
Cövdətin davası başqaydı. Dinə qarşı deyil, istibdada, mütləqiyyətə qarşıydı. "O,
dinə, dinin yüksəlməsinə, mövhumatın təsfiyəsinə hizmət etmişdi".
162
Abdulla Cövdətin dinsizliyini Volterin, Xəyyamın dindarlığı ilə
qiyaslandıran Əli bəy Hüseynzadə məqalələrinin birində bu məsələyə tam bir
aydınlıq gətirərək yazırdı:
"Şairliyə qırx il əvvəl "Nəti-şərif" ilə başlayan bu arkadaşıma vəfatından üç-
dörd ay əvvəl Tibbi-Adli müdərrisi Ədhəm Akif bəyin hüquq fakültəsindəki
odasında rast gəldim; orada bir aralıq ihtifalı dolayısıyla Hötedən bəhs açıldı, bir az
şaka tərzində dedim ki: Cövdət, Höte şairliyə Məhəmməd əleyhdarı bir gavur
76
olaraq başlamışkən, nəhayət, O-nun peyğəmbərliyinə inanaraq öldü; qorxuram ki,
şairliyə müsəlman imanıyla başlayan sən, aqibət gavur olaraq öləcəksən!..
Mərhum bir az sinirləndi, dedi ki, Məhəmmədin peyğəmbərliyinə inanan bir
müsəlman olmadığımı sizə kim söylədi?!
Bunun üzərinə Akif bəy:
— Öylə isə, ustad, dedi, bu vadidə də bir şeylər yazsana! Haqqındakı
şübhələr ortadan qalxsın! Cövdət yazacağını vəd etdi və kim bilir, ibadət dilinin
türkcəyə çevrildiyi bu günlərdə nə kibi ictihadlarda bulunacaqdı? Fəqət, heyhat,
ömrü vəfa etmədi!.. Hər halda, həqiqət şu ki: Böyük məfkurəsinə doğru təkamül
mərhələlərini müstəqim bir hal üzərində qət edən Ziya Gökalpın əksinə olaraq
hədəflərinə varmaq üçün pək ziqzaq fikir və qənaət yollarında addımlayan Abdulla
Cövdətin həyatı bir sürü bariz və anlaşılmaz təzadlarla doludur. Onun şəxsiyyəti
ruh ilə cismin, mənəviyyat ilə maddiyyatın, ideal ilə ehtirasın daimi çarpışmasına
səhnə olmaqdan ibarət qalmışdır".
163
Onu da xatırlatmaq yerinə düşər ki, Əli bəy Hüseynzadənin tam dini yöndə
yazılmış "İncizablarım" şeri 1923-cü ildə A. Cövdətin "İctihad" məcmuəsində dərc
olunmuşdu:
Vəhy ilə səmadan enmədir Quran.
Quranla pestidən yüksəlir insan.
Məhəmmədin ruhu pür məalidir
Meraca məzhərdir o ruhi-zişan.
Nicatı sidqdə ara, sadiq ol;
Adil ol, batildən haqqı fariq ol,
Alnında iffətin nuru parlasın,
Rızayı Heydərə talib, aşiq ol.
Qadınlığa şərəf vermişdir Zəhra,
O nuri-dideyi Həbibi-Xuda.
Etmişdir analıq vəzifəsini
Xaneyi-Heydərdə bihəqqin ifa.
Sadıq bəy Ağabəyzadə Əli bəyə ünvanladığı 1923-cü il 10 noyabr tarixli
məktubunda yazırdi: "Sənin Peyğəmbər, onun qızı, xələfi barədə şerin daha çox
əziz Abdulla Cövdətin bəraətinə təsir göstərəcək, əks təqdirdə belə bir şeri dərc
edən jurnalın redaktoru dinsiz ola bilməz. Ona mənim salamımı çatdır".
Əli bəy nə üçün dini məramlı şeir yazdı və onu A. Cövdətin məcmuəsində
dərc etdirdi? Ağabəyzadə isə öz məktubunda A. Cövdətin bəraəti barədə söhbət
açır. Bunlar təsadüfi məqamlar deyil. Bəhailər haqqında yazdığı bir məqaləsinə
görə Abdulla Cövdət həbs olunmuşdu. Əli bəy də həmin şerini məhz Abdulla
77
Cövdətin həbsdən qurtulması üçün "İctihad"da dərc etdirmişdi. Sadıq bəy də bəraət
məsələsində buna işarə edirdi.
Dostları ilə paylaş: |