1915-1917-ci illər
1915-ci ildə Əli bəy Hüseynzadə İstanbulda qurulan "Rusiya müsəlman
türk-tatar xalqlarının haqlarını qoruma komitəsi"ndə Yusuf Akçura ilə bir yerdədir.
Professor Əhməd Temir yazır:
"... Əvvəlcə cəmiyyət adından yaradılmış bir komissiyanın, öncə müttəfiq
və dost dövlətlər olan Almaniya, Avstriya-Macarıstan və Bolqarıstana getməsi və
sonra da 1916-cı ilin haziranında İsveçrədə toplanacaq olan "Millətlər konfransı"na
qatılmaları uyğun görülmüşdür.
Komissiyanın Avropaya hərəkətindən öncə, ilgililərə təqdim edilmək üçün
1915-ci ilin yayında almanca 1. "Rusiyadakı müsəlman türk-tatarların bugünkü
durumu və fəaliyyətləri", 2. "Rusiyadakı müsəlman türk-tatar xalqlarının haqlarını
qoruma komitəsinin memorandumu" sərlövhəsi ilə iki mətn hazırlanmışdı. İkinci
mətn, Budapeştdə "Pester Llroyd-Gesellschaft" mətbəəsində nəşr olunmuş, ayrıca
1916-cı ildə "Die Melt des İslams" dərgisində də çıxmışdır. (VI, 1-2, s.33-35). Bu
muhtıra... almanca və fransızca olaraq İsveçrədə də yayınlanmışdır. Memorandumu
hazırlayan və təqdim edən kimsələr olaraq bu adları görürük: Yusuf Akçura, Əli
bəy Hüseynzadə, Məhəmməd Əsəd Çələbizadə, Mukiməddin Beycan".
106
Əli bəy Hüseynzadə isə Avropaya gedən bu qrupu "Turan heyəti" adı ilə
təqdim edir. Özü də Əli bəyin xatirəsindən görünür ki, bu heyət rəsmi status
daşıyırdı. Hüseynzadə yazır: "Hərbi-ümumi əsnasında Orta Avropada Pr.Yusuf
Akçura, ayan katibi mərhum krımlı Əsəd və buxaralı Mukiməddin ilə birlikdə
"Turan heyəti murahhası" namilə bir cevelan: Bu münasibətlə ümumtürklük lehinə
propaqanda yaparaq, onun siyasi haqlarını müdafiəyə çalışdıq, ötədə bəridə
konfranslar verdik, yazılar yazdıq".
H.Ziya 1916-cı ilin yanvar ayında Berlində olmuş həmin nümayəndə
heyətinin rəhbəri kimi Ə. Hüseynzadəni təqdim edir.
Onlar dost və müttəfiq ölkələrin liderlərinə Rusiyadakı türklərin haqlarını
çatdırmaq və qorumaq tələbi ilə müraciət edirdilər. Əhməd Temirin də qeyd etdiyi
kimi maraqlıydı ki, onlar təkcə dost və müttəfiqlərə deyil, hətta düşmənlərə də
xitab edirdilər:
"Biz bu ricamızı, xalq və millətlərin haqlarını ayaqlar altına alan Rusiyaya
qarşı savaşan müzəffər Almaniya, Avstriya-Macarıstan və Bolqarstana
yönəltməklə kifayətlənməyib, eyni ricalarla İsveç, Norveç, Danimarka, İsveçrə və
Amerika Birləşmiş Ştatları kimi tərəfsiz ölkələrə və hətta Rusiya müttəfiqi olan
İngiltərə, Fransa və İtaliyaya da xitab edirik. Beləcə Rusiyanın dostlarına da bu
ricalarımızı duyurmaq istəyirik: Çünki onlar millətlərin mühafizəsini, milli
haqların qorunmasını və milli bağımsızlıqların əmniyyət altına alınmasını, bu
savaşın qayəsi olaraq elan etmişlər".
Əli bəy Hüseynzadə, Yusuf Akçura, Çələbizadə Məhəmməd Əsəd və
Mukiməddin Beycan dekabrın 8-də Vyanada Avstriyanın baş naziri Storqk və
45
xarici işlər naziri Forqaçh tərəfindən qəbul edildilər. Dekabrın 12-də Budapeştdə
baş nazir Tisza, parlament üzvü Andrasi ilə görüşdülər. 1916-cı il yanvarın 12-də
Türk-tatar heyəti Berlində xarici işlər naziri Paqu və onun müavini Zimmermann
tərəfindən qəbul edildi, 1916-cı ilin fevralında isə Sofyada Bolqarstanın baş naziri
Rodoslovla, Məclis üzvləri ilə görüşdülər.
* * *
Əli bəy Almaniyanın siyasi rəhbərlərinə ünvanladığı müraciətdə bildirirdi:
"Rus idarəsindəki türk qövmlərinin haqlarını savunmaq üçün dörd nümayəndə
Budapeştdə və Vyanada çox yaxşı qarşılandıq. İndi də Berlində eyni haqları
müdafiə üçün hüzurunuzdayıq. Rusiya mütəcanis bir kütlə deyildir. Orada türk-
tatar qövmləri sayca böyük bir toplama varır. 1879-cu il nüfuz sayımında ruslar
türklərin miqdarını az göstərmək üçün yapdıqları işə rəgmən bu nüfuz 24 milyon
olaraq görünür... Onlar çox geniş torpaqlarda bəzi ləhcə fərqləri ilə eyni dili
qonuşmaqdadırlar..."
Rus imperiyasının türk qövmü ilə münasibətlərinin mahiyyətinə,
assimilyasiya problemlərinə... diqqəti cəlb edən Əli bəy onu da bildirirdi ki, rus
ədəbiyyatının Rusiya türkləri üzərində faydalı təsirləri inkar ediləməz. "Fəqət bu
mədəniyyətin qaynaqlarından biri Bizans ortodoksluğudur. Onda Avropa
mədəniyyətinin əsaslı keyfiyyətləri yoxdur. Bu kifayətsizlik rusların yaydığı
kültürü daima axsatmışdır. Ruslar kəndi kültürlərini yayarkən milli kültürləri yox
etmə qayəsini güdürdülər..."
* * *
1916-cı ilin may ayının əvvəllərində Əli bəy Hüseynzadənin də təmsil
olunduğu Yusuf Akçura, Abdurrəşid İbrahim, Mukiməddin Beycan, Safa
Əhmədoğlu, Əhməd Saib Kaplanov, Seyid Tahir Əfəndi, Əziz Makər və Əhməd
Ağaoğludan ibarət nümayəndə heyəti Lozanda keçirilən "Milliyyətlər Birliyinin
Üçüncü Konqresi"ndə iştirak etmək üçün İsveçrəyə getdi.
1916-cı ilin 18 mayında Əli bəy Hüseynzadə, Yusuf Akçura, Abdurrəşid
İbrahim və Əhməd Ağaoğlu tərəfindən Amerika Birləşmiş Ştatlarının prezidenti
Vilsona teleqram göndərildi. Teleqramda onlar Amerika Prezidentindən Rusiya
müsəlmanlarının hüquqlarını müdafiə etmək üçün öz şəxsi nüfuzundan istifadə
etməsini xahiş edir və: "Bizə yardıma gəlin. Bizi məhv olmaqdan qoruyun" —
deyə ricalarda bulunurdular.
Heyət 1916-cı ilin iyulunda Sürixə gedərək o zaman burada olan Leninlə
görüşür. Zəki Vəlidi Toğanın bildirdiyinə görə Lenin onları diqqətlə dinləyib:
"Sizin istədiyiniz hüquq, biz iqtidara gələrsək, artıqlaması ilə təmin olunacaqdır"
— demişdi.
46
Xatırladım ki, türk-tatar heyətinin Avropaya bu gözlənilməz və uğurlu
səfəri ilə bağlı Rusiya Dövlət Dumasında ciddi müzakirələr keçirilirdi.
* * *
Əziz Mirəhmədov yazır: "1917-ci ildə Stokholmda keçiriləcək Beynəlxalq
sosialist konqresinə nümayəndə heyəti göndərmək istədikdə həmin heyətə iki
başqa alimlə birlikdə Ə. Hüseynzadə də daxil edilir; lakin konqresdə iştirak etmək
hüququ olmadığı üçün heyət geri qaytarılır".
107
Əli bəy Hüseynzadə Stokholm səfərini yuxarıdakı mülahizələrin əksinə
olaraq tamam başqa şəkildə təqdim edib: "Stokholmda, məzkur Dünya savaşının
önünə keçib müharibələri bir an əvvəl ümumi bir sülhə qovuşdurmağa bir yol
bulmaq üçün toplanmaq istəyən beynəlmiləl sosialist konfransına türk işçisi adına,
prof. Akil Muxtar və Məclisi Məbusan üzvü mərhum Nesim Masliyuh (Nesim
Muslih — A.T.) ilə birlikdə mürəxxəs olaraq getdik... İngilis və Fransız sosialistləri
gələ bilmədiklərindən (hökumətləri mane olmuşdu) məzkur konfransdan bir nəticə
çıxmadı isə də, biz məzkur qayə ilə orada çalışan sosialist Hollandiya-Skandinav
komitəsinə haqqımızı müdafiə yollu bir muhtıra verdik və sosialist aləminə Türk
diləklərinin haqlı olduğunu anlatmağa çalışdıq. Bundan başqa İsveç paytaxtına
gələn rus sosialist mürəhhəsləriylə faydalı təmaslarda bulunduq... Şurasını da
unutmam ki, Stokholma gedərkən, Berlində, öncə alman sosialistlərinin
liderlərindən biri olan (və bilaxirə müharibədən sonra, Almaniyanın ilk
rəisicumhuru olan) müttəfa Evert ilə (Ph. Şeidmanın dəlaləti ilə) görüşmüş və
mülaqatından istifadə etmişdik".
Əli bəy xatirəsinə onu da əlavə edir ki, Stokholmda bulunduğumuz
müddətdə... ermənilərin əleyhimizdəki propaqandalarına qarşı antipropaqanda
yapmaq məcburiyyətində qalmışdıq".
108
Hüseynzadənin Almaniya səfəri ilə bağlı çox maraqlı bir məlumatı da
Françous Georgeon verir: "1916-cı ilin qışında "Hüseynzadə Əli Almaniyada,
alman orduları tərəfindən dustaq alınmış Rusiya kökənli türklərdən taburlar təşkil
etməyə çalışırdı".
109
Berlində olarkən Əli bəy Hüseynzadə burada keçirilən konqresdə "türk
xalqlarının haqlarını müdafiə edən bir məruzə oxumuşdu".
110
1917-ci ilin 14 avqustunda Əli bəy Hüseynzadənin Stokholmda
Millətlərarası Sosialist Konfransındakı fransızca etdiyi çıxışının mündəricəsi
barədə təsəvvür yaradan əsas məqamlar bunlardır.
"Osmanlı
dövlətində
milliyyətlər
məsələsi
dünya
millətlərinin
bağımsızlıqlarını qazanmalarına bağlıdır... Kapitalist imperializminin savaşda
meydana çıxardığı problemlər arasında türk məsələsi diqqətlə ələ alınmağa dəyər.
Sosialistlərin bir qismi kapitalist dünyanın, islam aləminə qarşı aldığı tövrü
mənimsəməkdədir. İngiltərədəki Labour Party, Türkiyənin gələcəkdə Millətlər
47
Cəmiyyətindən çıxarılmasını istəməkdədir. Yəni sosialistlik iddiasına rəğmən
kapitalist zehniyyət içində qalmışdır. Halbuki onların bu kimi hökmlərdən
qurtulmaları lazımdır. Müsəlman düşmənliyi, türk düşmənliyi belə hökmlərin
başında gəlir. Alman və fransız sosial-demokrat partiyalarının çoxunda bu kimi
hökmlər davam etməkdədir. 1908-ci il Türk inqilabı bu şikəst dünyagörüşünü
ortadan qaldırmaq qayəsini güdməkdə idi. İmperatorluq ünsürləri arasında eşit
haqlara görə hür bir düzən qurmağa doğru gedirdi. Fəqət imperialist dünya
Türkiyəyə bir dəqiqə nəfəs aldırmadı: İtaliya səbəbsiz Trablisə hücum etdi. Avropa
hazırlanmağa vaxt qoymamaq üçün Balkan savaşını icad etdi. Sosialistlər arasında
yalnız böyük Laures, Osmanlı dövlətinin parçalanmasının sosialist idealına ayqırı
olduğunu gördü. Əgər Laures tragik bir surətdə ölməmiş, Stokholm Konqresində
bulunmuş olsaydı, bu çox yayğın olan türk düşmənliyi (turcophobie) ilə mücadilə
edərdi. Çünki o, Türkiyənin mühafizəsinin və bağımsızlığının Doğuda barışı
davam etdirmək üçün yeganə təminat olduğuna qane idi. Türklərin dünya savaşına
girmələri də imperialist saldırmaların doğurduğu bir əmrivaki (oldu-bitti)
olmuşdur. Çanaqqala zəfəri imperialist dünyanın irəliləməsi üçün bir baraj olmuş
və bu böyük hadisə Doğu millətlərinin oyanmasına imkan hazırlamışdır".
* * *
1916-cı ildə doktor Əli bəy zöhrəvi xəstəliklər barədə konfrans verir. "Türk
ocağı"nda söylədiyi məruzələrdə
111
Hüseynzadə zöhrəvi xəstəliklərə yalnız səhhət
problemini araşdıran həkim olaraq deyil, eyni zamanda yunan mifolojisinin,
sosioloji elminin mütəfəkkir bilicisi kimi yanaşır.
1) Dəri-zöhrəvi xəstəliyinin adının mənşəyini şərh edən Əli bəy fransızca
venerian adlanan bu illətin mifoloji qaynağını araşdırır. Venüs eşq və hüsn
ilahəsidir, eyni zamanda o, qədim bütpərəstlərin, xüsusən antik yunanlar və
romalıların düşüncəsinə görə fahişəliyin də hamisi idi. Qədim yunan mifolojisində
Venüs sənaye məbudu Vulkanın qanuni zövcəsi olduğu halda, hərb və zor məbudu
olan Mars ilə qeyri-qanuni cinsi münasibətlərdə olmuşdur. Avropanın bir ictimai
mərəzi olan fahişəliyin bu xəstəliklərin sirayətində rolu əyan olmaqla bunlara
Venerian, zöhrəvi ismi verilmişdir. Bu Avropada belədir. Şərqdə isə Venüsdən
daha dəhşətli bir məbud vardır: Əhrimən. Cəhalət isə föhşdən daha dəhşətli bir
bəladır.
Sonra Əli bəy Qurandan misal gətirərək insanın nütfədən xəlq olunduğunu
xatırladır.
Kainatı məhv etməyə çalışan insan düşməni Əhrimən zöhrəvi xəstəliyi nütfə
hasil edən tənasül əzasına müsəllət edir. Nəticədə insan artımına xidmət edən
nütfəni mənbəsində qurutmağa çalışır. İctimaiyyət və hökumət bunun qarşısına
sədd çəkməlidir.
48
2)
Zöhrəvi xəstəliklər üçün ərazi məhdudiyyəti yoxdur. İstədiyi yerə asudə
girib-çıxır. Bədənə o qədər gizli yerləşir ki, bunu nəinki cahillər, heç ziyalı
təbəqəmiz də hiss edə bilmir.
Zöhrəvi xəstəlikləri incələyən Əli bəy onun mənşəyi, tarixi barədə də fikir
söyləyir. Portəgizlər Amerikaya birləşmək istədikləri zaman Amerika Portəgizi
zöhrəvi xəstəliklə ovladı. Zöhrəvi xəstəliklər Kolumbdan sonra Amerikadan
gəlmişdir. Amerikadan Portəgizə gəlmiş və İspaniyada Amerika xəstəliyi adıyla
tanınmışdır. Sonra Fransaya gəlmiş və fransızlar ona İspaniya xəstəliyi adını
vermişlər. Sonra o, şərqi Avropada fransız, frəngi xəstəliyi adıyla tanınmışdır.
4)
Hüseynzadə zöhrəvi xəstəliklərin müalicəsi tarixi barədə də məlumat
verir.
5)
Doktor Hüseynzadə zöhrəvi xəstəliyin yayılması, əlamətləri və
müalicəsi barədə ətraflı bilgi verir.
6)
Zöhrəvi xəstəliklərlə mübarizənin sosioloji əhəmiyyətini xatırladır:
Avropada iki məslək meydandadır. Reqlamentarizm və abolitionizm.
Abolitionizmin banisi Botter adlı bir ingilis qadınıdır. Bu əqidədə olanlar fahişəliyə
qarşı qadağaların ortadan qaldırılmasını tələb edirlər. Bunlara görə insan azadlığı
hər sahədə olduğu kimi bu aspektdə də qorunmalıdır. İnzbati tədbirlər yolu ilə
bunun qarşısının alınmasını tələb edən Fournier isə abolitionistləri əqli-səlim
yoluna dəvət etməkdədir.
Sonra Əli bəy cəmiyyət yetgililərinə səslənir: "Əfəndilər, məmləkətimizin
elmi səviyyəsi İngiltərəninki qədər yüksəlmədikcə bizdə abolitionizmdən bəhs belə
caiz deyildir. İngiltərənin təcrübəsi tədqiq edilməlidir. Əvvəla gizli fahişəliyə
qətiyyən meydan vermək olmaz. "Fahişəlik gizli olmasın" — demək onun kütləvi
icra olunması demək deyildir. Sadəcə fahişəxanalar səhiyyə zəbtiyyələrinin
nəzarəti altında olmalıdır. Əxlaq və ədəbin qorunması üçün fahişəxanalar xalqın
gözündən-qulağından uzaq olmalıdır. Hətta bəzi mağazalarda görünən ədəbsiz
rəsmlər, kitablar belə ortadan qaldırılmalıdır. Həddi-buluğa çatmayan uşaqları bu
yola düşürənlər dövlət tərəfindən cəzalandırılmalıdır. Bu xüsusda bilə-bilə bir-
birinə xəstəlik sirayət etdirənlər məsuliyyət daşımalıdır.
Nəhayət, tibb alimi Əli bəyin 1916-cı ildə "Türk ocağı"nda verdiyi
konfransdakı son sözləri: "Əfəndilər, burada konfransımı sona çatdıraraq bunu bir
daha sizə xatırlatmaq istərəm ki, millətimiz adətən istər coğrafi baxımdan, istərsə
də tarixən böyük olduğu kimi, hər növ xəstəliklərdən xilas olaraq cismən, əxlaq
cəhətdən, maddi və mənəvi baxımdan yüksələrsə Altaylara qədər mütəcanis olan
bir kütlənin qərib bir istiqbalında vahid bir cəmiyyət şəklində təcəlli edəcəyinə əsla
şübhəniz qalmasın"...
* * *
49
1916-1917-ci illərdə Hüseynzadə Maarif Vəkaləti "Asari-İlmiyyə və
Milliyyə Tədqiq Cəmiyyəti"nin, eləcə də Məclisi Ali Səhiyyə Cəmiyyətlərinin
üzvü olaraq təhsil və səhiyyə sahələrinin inkişafında xidmətlər göstərmişdi.
1916-cı ildə yaradılmış Milli Təlim və Tərbiyə Cəmiyyətinin qurucuları
sırasında Əli bəyin də imzası var.
1916-cı ildə o, "Türk-Macar Dostluq Cəmiyyəti" ümumi mərkəzinin üzvü
olmuşdu.
1918-ci il. Azərbaycan cümhuriyyətinin qurulmasında
Əli bəy Hüseynzadə də iştirak edirdi
"Digər mühüm bir səfər də, "Qafqaz Cümhuriyyətləri Federasionu" ilə bir
sülh müahidəsi əqd etmək üzrə, xariciyyə naziri Xəlil bəyin Batumda bulunduğu
sıralarda Ağaoğlu Əhmədlə bərabər, xüsusi bir vəzifə ilə, əvvəla Batuma (Xəlil
Bəyin nəzdinə)
*
, sonra oradan da, Federasiyondan ayrılıb ayrı bir hökumət halında
təşəkkül etməkdə olan Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı olan Gəncəyə
(Nuru Paşanın yanına) qədər getməmizdən ibarətdir...
Burada türk ordusu sayəsində yenidən istiqlalını qazanmaqda olan
Azərbaycanın münəvvərlərilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs
və təşəkkül etməsi işlərində çalışdıq..."
112
Bu tarixi səfərindən geri döndüyü zaman doktor Hüseynzadə Əli "Hilali-
Əhmər" qəzeti üçün "Azərbaycanda düşündüklərim" adlı bir yazı yazmışdı.
Maraqlı olan bu idi ki, 1935-ci ildə yazdığı "Bioqrafik müxtəsər
məlumat"da Əli bəy aktiv siyasət və dövlət xadimi müstəvisində görünürdü.
"Azərbaycanda düşündüklərim"i qələmə alan Əli bəy isə Azərbaycanla
Türkiyənin mənəvi birliyini məfkurəvi baxımdan təmin etməyə çalışan mütəfəkkir
bir ideoloqdur.
O, Azərbaycana dövlət quruculuğu işində məsləhətlər vermək üçün
göndərilmişdi.
Hilmi Ziya da bunu təsdiq edir. "Birinci Dünya savaşının sonunda hökumət
tərəfindən Qafqaza məmur edildi və bu sırada Azərbaycanın milli bir dövlət
halında qurulmasına çalışdı".
113
"Azərbaycanda düşündüklərim" məqaləsində Əli bəy bu dövlətin adını üç
şəkildə hallandırırdı: 1. Qafqaz Azərbaycanı, 2. Azərbaycan Cümhuriyyəti, 3.
Qafqaz Türk Dövləti. Deməli, ölkənin adına qədər bütün aspektlər bu
məsləhətləşmələrdə müzakirə mövzusu olmuşdu.
*
Osmanlı hökumətinin Ədliyyə Naziri Xəlil Menteşə Türkiyənin Batum konfransında sülh heyətinin
sədri idi — müəllif.
50
Əli bəy Hüseynzadənin İstanbuldakı arxivində 1918-ci il tarixli çoxlu qəzet
var: 11 may 1918-ci il tarixli "Прибой", 12 may 1918-ci il tarixli "Вольный юг",
24 may-1 iyun tarixli "Батумь", 12 iyun 1918-ci il tarixli "Борьба" və s.
Bu qəzetləri tarix göstəriciləri ilə bir yerdə xatırlatmağım səbəbsiz deyil.
Belə ki, Ə.Bayat Əli bəyin bu səfərinin iyun ayında olduğunu yazır. Qafqaza bu
səfəri zamanı xüsusi qeydlərlə mütaliə etdiyi qəzetlərin tarixi şahidlik edir ki, Əli
bəy Hüseynzadənin Tiflisdə, Batumda və Gəncədə olduğu dövr 28 maydan sonraya
deyil, cümhuriyyətin elan edildiyi günlərə, daha konkret isə bir az daha əvvəllərə
təsadüf edir. Deməli, Əli bəy Hüseynzadə İstiqlal bəyannaməsinin elanından
başlamış dövlətin Gəncədə təşəkkül etdiyi mərhələyə qədərki proseslərdə iştirak
etmişdir. Əli bəyin "Azərbaycanda düşündüklərim" yazısının tarixindən (24 iyul)
bilinir ki, o, Gəncəni iyulun ortalarında tərk edib: "Heç iki həftə olmadı ki, bu gənc
dövlətin müvəqqəti paytaxtı olan Gəncə şəhərini tərk etdim".
114
* * *
Gəncədə olarkən Əli bəy Hüseynzadə iyunun 13-də Məhəmməd Hadi ilə də
görüşmüşdü. Bunu həmin gün Məhəmməd Hadinin "Qəhrəman türk əsgərinə" adlı
şerini öz dəst-xətti ilə yazıb Əli bəy Hüseynzadəyə təqdim etməsi də təsdiq edir.
Şeir son illərdə Əli bəy Hüseynzadənin şəxsi arxivinin qızı Feyzavər tərəfindən
Ege Universitetinə bağışlanmasından sonra aşkara çıxıb. Əli bəy Hüseynzadəni
"ədibi-xaluq, fazili-şəhir, dahi" — deyə vəsf edən Məhəmməd Hadinin bu şerinin
Qafqaz İslam Ordusunun əsgərləri üçün marş şəklində yazıldığı anlaşılmaqdadır.
Əli bəyin özü ilə Gəncədən İstanbula gətirdiyi, ömrünün sonunacan şəxsi arxivində
əziz bir əmanət olaraq qoruduğu və:
Türk oğluyuz, osmanlıyız,
Namusluyuz, vicdanlıyız
— misraları ilə başlayan bu şeir 13 bənddən ibarətdir.
* * *
Əli bəy Hüseynzadə Gəncəni iyulda tərk edib. Qafqaz məsələsini müzakirə
etmək üçün Məhəmməd Əmin Rəsulzadə ilə birgə İstanbula qayıdıb.
Bir faktı da unutmayaq: Məlumdur ki, Türkiyənin Azərbaycana hərbi
yardımı ilə bağlı imzalanmış 1918-ci il 4 iyun tarixli sənədi Məhəmməd Əmin
Rəsulzadə, xarici işlər naziri Məhəmməd Həsən Hacınski, Osmanlı hökumətinin
ədliyə naziri Xəlil bəy və 3-cü ordunun komandanı Vəhib Paşa imzalayıb.
Maraqlıdır ki, Əli bəyə aid olan sənədlərin arasında onun nümayəndə heyəti ilə
51
birgə məhz iyunun 4-5-6-na aid nahar, şam yeməklərində iştirakını təsdiqləyən
vəsiqələr var.
* * *
(Onu da nəzərə alaq ki, "İttihad və Tərəqqi" partiyasının Qafqaz şöbəsi
1918-ci ilin ilk aylarında yaradılmışdı. Şöbəyə mart ayında Qafqaza gələn Həsən
Ruşən başçılıq edirdi).
* * *
Əli bəyin Qafqazın, o cümlədən Azərbaycanın siyasi aqibətilə bağlı xüsusi,
ayrıca fikirləri vardı. Əvvəla, necə adlandırılmağından asılı olmayaraq Əli bəy bu
məmləkəti türklərin ölkəsi hesab edirdi. Əli bəyə görə "bu bölgə üçün üç
seçənəkdən söz etmək mümkün idi: bir Qafqaz Federasyonu, ayrı-ayrı müsəlman
və gürcü dövlətləri və ya bölgədə türklərin yaşadığı kəsimlərin hıdıvıyyət
*
şəklində
Osmanlı dövlətinə bağlanması".
115
Əli bəy Hüseynzadə 1918-ci il oktyabrın sonu və noyabrın əvvəllərində
Fuad Köprülü, Nurəddin bəy Xudayarxanov, türküstanlı Sədrəddin Xan, sibirli
Abdurrəşid İbrahim, Osman Tokumbet, kazanlı Bahəddin və Həlim Sabitlə bir
yerdə Rusiyadakı əsir türklərin problemlərini müzakirə etmək üçün İsveçrəyə
getmişdi... Yolüstü Kiyevdə Almaniya səfiri Baron Mumla görüşmüşdülər.
116
1919-1921
"Damad Fərid paşa hökumətinin məşum dövrünə gəlincə, o sıralarda iki
dəfə tevkif olunaraq, aylarca "Bəkirağa bölüyündə (indi Tibb fakültəsinin
təşrixanasıdır) qaldım. Malta adasına göndərilməkdən ancaq təsadüf olaraq
qurtulmuşdum".
117
Bunu Əli bəy yazır. Bu hadisə 1919-22-ci illər arasında ola bilərdi. Martın
4-də Damad Fərid paşa sədr-əzəm (baş nazir) olandan dərhal sonra, yəni ayın 10-
dan etibarən "İttihad və Tərəqqi" partiyasının liderlərini həbs etmək barədə göstəriş
verir. Fərid paşa 1922-ci ilin sentyabrında ölkədən qaçıb. Deməli 22-ci ilə qədər
Əli bəy Hüseynzadə Türkiyədə təqib olunan ittihadçılardan biri olub və
yazdığından da göründüyü kimi, Əli bəy bu dövrdə iki dəfə həbs edilib.
Ümumiyyətlə, Əli bəy Damad Fərid paşanın dövrünü bir neçə yazısında
"məşum dövr" kimi səciyyələndirir.
*
Hıdıvıyyət — quberniya. Bəzi mənbələrdə bu, vitse-krallıq kimi təqdim edilir. (bax: "Azərbaycan"
jurnalı, 1989, №
11,
səh.125) - müəllif.
52
Səlim Turan atasının həbsdə olduğu 1919-cu ili xatırlayıb yazır ki, "atam
Əli bəy həbsxanada belə, təmiz geyimdə, qalstuklu və səliqəli idi. O, məni
gülərüzlə qarşılayaraq qucağına aldı. Mən onun saqqalına toxunaraq evə nə üçün
gəlmədiyini sordum. O isə kövrək səslə gülümsəyərək "burada padşaha kaftan
toxuyuruz, evladım" - deyə cavab verdi.
118
(4 yaşlı Səlimi atası ilə görüşə Baha Səid gətirmişdi.)
Damad Fərid paşanın sədr-əzəm olduğu dövr Əli bəyin demək olar ki,
tamamilə susduğu, ümumiyyətlə yazmadığı illərdir.
Təhriflərdən biri də Bakıda "Günay" qəzetində dərc olunub.
119
Qəzet, Əli
bəy Hüseynzadənin guya 1918-ci ildə ingilislər tərəfindən həbs edildiyini yazır.
Yuxarıda da göründüyü kimi, Əli bəy 1918-ci ildə ingilislər tərəfindən yox, 1919-
cu ildən etibarən Damad Fərid paşanın göstərişi nəticəsində, özü də bir neçə dəfə
həbs olunmuşdu.
Dostları ilə paylaş: |