AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu


§ 1. ƏHALĠNĠN SOSĠAL S TRUKTURUNDA DƏYĠġ ĠKLĠKLƏR



Yüklə 5,7 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix03.02.2017
ölçüsü5,7 Mb.
#7305
1   ...   22   23   24   25   26   27   28   29   ...   37
§ 1. ƏHALĠNĠN SOSĠAL S TRUKTURUNDA DƏYĠġ ĠKLĠKLƏR 

 

"Sosializm"  adlandırılan  yeni  cəmiyyətin  qurulması  prosesində  ciddi 



siyasi  və  iqtisadi  yeniliklərlə  üzləĢən  Azərbaycan  əhalisinin   kəmiyyət  və  milli 

tərkib ində, eləcə də sosial strukturunda köklü dəyiĢikliklər baĢ verdi. 

1926-1939-cu  illər  a rasında  respublikan ın  əhalisi  2319,7  min  nəfərdən 

3205,1  min  nəfərədək  və  yaxud  891,4  min  nəfər  artmıĢdı

1

.  Müttəfiq 



respublikalar  arasında  əhalisin in  sıxlığ ı  və  təbii  artımı  nisbətən  yüksək,  buna 

görə  də əmək  ehtiyatı  kifayət  qədər olan  Azərbaycanda  əhalinin  artım  mənbəy i 

əsasən kənardan gələnlərin,  xüsusilə rusların burada  məskunlaĢması  idi.  Belə ki, 

həmin  illərdə  azərbaycanlılar  1468,8  mindən  1870,5  minədək  və  yaxud  401,7 

min  nəfər,  ruslar  220,6  mindən  528,3  minədək  və  yaxud  307,7  min  nəfər, 

ermənilər  284,4  mindən  388,0  minədək  və  yaxud  103,6  min,  baĢqa  millətlər 

339,9  mindən 418,3  minədək və yaxud 78,2  min nəfər artmıĢdı.  Lakin kəmiyyət 

artımına  baxmayaraq,  respublika  əhalisi  tərkibində  azərbaycanlıların  xüsusi 

çəkisi  63,5  faizdən  58,4-ə,  baĢqa  millətlərinki  27,0  faizdən  25,1  faizə  endiyi 

halda, rusların xüsusi çəkisi 9,5 faizdən 16,5 faizə qalxmıĢd ı

2



Azərbaycanda əhalinin artımı və onun tərkibində baĢ verən dəyiĢikliklər 



Ģəhərdə  daha  qabarıq  idi.  Belə  ki,  Ģəhər  əhalisinin  sayı  1939-cu  ildə  1926-cı 

ildəki  649,5  min  nəfə rdən  1156,8  min  nəfərə  çatmıĢ,  yaxud  507,3  min  nəfər 

çoxalmıĢdı.

3

 



Bütövlükdə xalq təsərrüfatında, əsasən sənayeləĢdirmədə yenidənqurma 

siyasətinin  həyata  keçirilməsi  nəticəsində  Ģəhər  əhalisi  daha  intensiv  artmıĢdı. 

Belə  ki,  A zərbaycanda  əhali  artımı  1926-cı  ildən  1939-cu  ilə  qədər  ümu mən  

38,7  faiz, Ģəhər və Ģəhərtipli qəsəbələrdə isə 78,7 faiz olmuĢdu

4

. Bunun nəticəsi 



idi ki, Ģəhər əhalisinin  xüsusi çəkisi respublika əhalisin in ümu mi sayının 1926-cı 

ildə  28,  1939-cu  ildə  isə  36  faizinə  bərabər  idi.  1926-cı  ildən  1939-cu  ilədək 

Ģəhərlərin  sayı  18-dən  25-ə  qalxmıĢ

5

,  lakin  onların  ço x  az  bir  qis mində  aydın 



nəzərə  çarpan  sənaye  profili  olmuĢdu.  1939-cu  ildə  Azərbaycan  Ģəhərlərində 

əhalinin ü mu mi sayı 894575 nəfər  idi və onun 79,2  faizi üç Ģəhərin  - Bakı  (64,6 

faiz), Kirovabad (Gəncə) (11,0 fa iz) və Nu xan ın (ġəki) (3,6 fa iz), qalan 20,8 fa iz 

isə iyirmi iki Ģəhərin payına düĢürdü. Əksəriyyəti inzibati rayon mərkəzi olan bu 

Ģəhərlərin  on  dördündə  əhalinin  sayı  hətta  on  min  nəfərdən  də  az  idi

6

.  Təkcə 



Kirovabad  istisnalıq  təĢkil  edird i.  Burada  1930-cu  illə  müqayisədə  yeni  sənaye 

müəssisələrinin  ço xalması  hesabına  1940-cı  ildə  sənaye  iĢçilərin in  sayı  53  faiz 

artaraq 5,2 min nəfə r o lmuĢdu

7



330 

 

Azərbaycanın  siyasi,  iqtisadi  və  mədəni  mərkəzi  kimi  güclü  inkiĢaf 



mərhələsi  keçən  Bakıda  əhali  sürətlə  artırdı.  Belə  ki,  Bakının   əhalisi  1939-cu 

ildə  1926-cı ildəki  453,3  min nəfərdən  774,8  min nəfərədək

8

, ya xud  321,5  min 



nəfər  artmıĢdı.  Respublikada  Ģəhər  əhalisi  artımın ın  63,4  faizi  məhz  Bakın ın 

hesabına  idi.  Bakı  Ģəhəri  əhalisinin  digər  regionlardan,  xüsusən  RSFSR-dən 

gələnlər sayəsində artımı onun milli tərkibində ciddi dəyiĢiklik törədird i.  1926-

1939-cu  illərdə  Ba kı  və  onun  mədən  rayonlarında  azərbaycanlıların  sayı  138,3 

mindən  235,8  min  nəfərədək,  rusların  sayı  159,5  mindən  343,6  minədək, 

ermənilərin  sayı  78,8  mindən  118,7  minədək  artmıĢ,  baĢqa  millətlərin  sayı  isə 

əvvəlki  76,8  min  həddindən  artıq  olmamıĢdı.  Bu  növ  kəmiyyət  artımı 

nəticəsində  Bakı  əhalisi  tərkib ində  azərbaycanlıların  faizi  30,5-dən  30,4-ə, 

ermənilərinki  17,4-dən  15,3-ə,  baĢqa  millətlərinki  isə  16,9-dan  9,9  faizə 

düĢdüyü halda, rusların faizi 35,2-dən 44,4-ə qalxmıĢdı

9



Bakı Ģəhəri əhalisinin tərkibində baĢ verən çox ziddiyyətli və  müəmmalı 



dəyiĢikliklər - sovet hakimiyyətinin ilk illərində Azərbaycanda və xüsusilə onun 

paytaxtında  rusların  məskunlaĢdırılması,  yerli  əhalin in  isə  bu  və  ya  digər 

tədbirlərlə  ictimai-siyasi  fəaliyyət  sahələrində  sıxıĢdırılması  məqsədyönlü 

istiqamətdə  aparılan  milli  siyasətə bağlı  idi.  Məlu mdur  ki,  iĢğal  olun muĢ  bu  və 

ya  digər  ölkədə,  xüsusilə  onun  mərkəzində  milli  d irçə liĢ  və  inkiĢaf  yoluna 

keçilməsinə,  orada  müstəqil  milli  dövlətçiliyin  yaran masına  qarĢı  mübarizə 

formalarından biri, bəlkə də ən təsirlisi, həmin ərazidə yerli  millətə qarĢı duracaq 

hakim  millətə  məxsus  əhalinin  yerləĢdirilməsi  və  ona  hər  sahədə  üstünlük 

verilməsidir. 

Yeni  sosialist  iqtisadiyyatının  yaradılması,  xalq  təsərrüfatında  həyat  və 

məiĢətin  bütün  sahələrində  sosialist  siyasi  sisteminin  təĢəkkül  tap ması,  hər 

Ģeydən  əvvəl,  respublika  əhalisinin  sosial  strukturunun  yenidən  formalaĢmasına 

səbəb olmuĢdu. 

Azərbaycan  SSR  əhalisinin  sosial  strukturunun  dəyiĢilməsinin  ümu mi 

mən zərəsi aĢağıdakı kimi id i:  fəhlə və qulluqçular 1926-cı ildə 26,7 faiz, 1937-ci 

ildə  32,3  faiz,  1939-cu  ildə  41,7  faiz  idi; ko lxo zçu kəndlilər və kooperativləĢ miĢ 

kustarlar,  uyğun  olaraq  0,6  faiz  40,0  faiz  və  54,2  faiz;  tək  təsərrüfatçı  kəndlilər 

(qolçomaqsız)  və  kooperativləĢməmiĢ  zəh mətkeĢlər  -  kustarlar  və  sənətkarlar  - 

64,5 faiz,  14,0  faiz,  4,1 faiz; burjuaziya (iri və  xırda Ģəhər burjuaziyası alverçilər 

və  qolçomaqlar)  5,0  faiz,  məlu mat  yo xdur;  və  qalan  əhali  (məktəblilər, 

pensiyaçılar, hərbçilər və s.) 3,2 faiz, 3,7 faiz məlu mat yo xdur

10



Respublika  əhalisinin  tərkibində  fəhlələrin  xüsusi  çəkisi  1939-cu  ildə 

1926-c ı  ildəki  19,6  fa izə  qarĢı  25,1  faiz  o lmuĢdu

11

.  Bu  za man  iri  s ənayedə 



fəhlələrin sayca artmasının əhəmiyyəti  mühüm id i. Faktiki olaraq onların sayı bu 

331 

 

illərdə,  ilk  növbədə  yeni  ağır  sənaye  müəssisələri  hesabına,  15235  nəfər 



artmıĢdı

12



Azərbaycanda  fəhlə  sinfi  formalaĢmağa  baĢladığı  ilk  çağ lardan  etnik 

cəhətdən  yekcins  olmamıĢdı.  Sovet  hakimiyyəti  illə rində  o  daha  da 

beynəlmiləlləĢdi.  Lakin istər Azərbaycan, istərsə də digər müttəfiq respublikalar 

üçün yerli  millətdən  olan  fəhlə  kadrların  in kiĢaf  etdirilməsi  məsələsinin  birinci 

dərəcəli  əhəmiyyəti  var  idi.  SənayeləĢdirmə  Azərbaycanda  fəhlə  sinfinin 

içərisində milli kadrların ço xalmasına səbəb olmuĢ, lakin bu proses müharibəyə 

qədərki  illərdə  özünəməxsus  səciyyə  daĢımıĢdı.  Azərbaycanda  xalq 

təsərrüfatının bütün sahələri ü zrə  fəhlə və qulluqçuların sayı 1939-cu ildə 1933-

cü  ildəki  352,1  min  nəfərdən  462,0  min  nəfərə  çatmıĢdı.  Həmin  illər  ərzində 

azərbaycanlı  fəhlə və qulluqçuların sayı, uyğun olaraq, 122593 nəfərdən 129074 

nəfərə  çatmıĢ,  yəni  mövcud  artımın  təxminən  altı  faizi  onların  payına 

düĢmüĢdü


13

.  Bu  xalq  təsərrüfatında  çalıĢan  fəhlə  və  qulluqçuların  ü mu mi 

tərkib indəkı  azərbaycanlıların  xüsusi  çəkisinə  mənfı  təsir  göstərmiĢdi.  Belə  ki, 

1933-cü ildə bu sırada 34,8 fa iz təĢkil edən azərbaycanlıların  xüsusi çəkisi 1939-

cu ildə 27,9 faizədək azalmıĢdı

14



Be lə vəziyyət istehsalın ayrı-ay rı sahələrində də mövcud idi.  1934-cü il 

avqustun 1-nə olan məlu mata görə, iri sənaye fəhlələri arasında azərbaycanlıla rın  

xüsusi  çəkisi  orta  hesabla  21,8  faiz,  ayrı-ayrı  sahələr  üzrə  isə  neft  hasilatı  və 

emalında  -  20,2,  maĢınqayırmada  -  12,7,  kimya  sənayesində  -  21,3,  mineral 

hasilatında - 30,6, tikinti  materialları istehsalında - 13,1, to xuculuqda - 15,0 faiz 

idi  .  Bu  dövrdə  inĢaatçılar  arasında  azərbaycanlı  fəhlə lər  cə mi  12,2,  sovxo z 

fəhlələri arasında 20,7, MTS-lərdə isə 40,0 faiz təĢkil edirdilər

16



Eyni  vəziyyət  sonrakı  illə r  üçün  də  səciyyəvi  idi:  1939-cu  ildə  

mədənçilər  arasında  azərbaycanlıların  xüsusi  çəkisi  25,2,  metalçılar  arasında  - 

15,9,  kimyaçılar  arasında  -  2,5,  inĢaatçılar  arasında  -18,7,  to xucular  arasında  - 

44,6,  tikiĢçilər  arasında  -  24,0,  yeyinti  sənayesi  iĢçiləri  arasında  31,0  faiz17, 

Zaqafqaziya dəmir yolu Bakı bölməsinin fəhlə və qulluqçuları  arasında isə 1940-

cı il dekabrın 1-nə 22,1 faiz təĢkil edirdi

18



Fəhlə və qulluqçuların tərkibində azərbaycanlıların ləng artması onunla 



izah  olunurdu  ki,  respublikada  fəhlə  sinfinin  əsas  artım  mənbəyi  tttifaqın  digər 

regionlarından  gələnlər  və  əsasən  azərbaycanlı  olmayan  Ģəhər  əhalisi  idi. 

Azərbaycan  kəndlərindən  iĢçi  qüvvəsinin  cəlb  edilməsi  zə if  id i.  Respublika  

rəhbərliy i  milli ə mə k ehtiyatları bazasında sənaye fəhlələri yetiĢ məsinin  mühüm 

sosial  mah iyyətini  la zımi  qədər  qiymət ləndirmir,  bəlkə  də  onun  xalq  üçün 

mühü m əhəmiyyət kəsb etdiyini dərk etmirdi. 

Azərneftə, sənaye və digər idarə aparatlarına səpələnmiĢ Ģovinist əhvali-

ruhiyyəli  ayrı-ayrı  partiya  və  sovet  "superbeynəlmiləlçi"  məmurları  əslində  bu 



332 

 

prosesin  qarĢısını  süni  vasitələrlə  alırdılar.  Belə  vəziyyət  oby ektiv  sayılan 



səbəblərlə  də  izah  olunurdu.  Əvvəla,  kənd  zəh mətkeĢləri  əsas ən  partiyanın 

Azərbaycanı  ikinci  pa mbıq  ba zasına  çevirmə k  tapĢırığ ını  yerinə  yetirmə k  üçün 

səfərbər  edilmiĢdilər;  müasir  texn ikan ın  olmadığ ı  bir  Ģəraitdə  pambıq  kimi  ağır 

zəh mət  tələb  edən  bitkinin  becərilməsi  kəndin  iĢçi  qüvvəsinin  böyük  hissəsini 

özünə  cəlb  edirdi.  Ġkincisi,  A zərbaycan  xalq ının  kənd  əhalisində  miqrasiya 

fəallığ ının  olmaması,  düĢüncə  tərzi,  tarixən  formalaĢ mıĢ  erkən  kəbin lilik, 

çoxuĢaqlılıq  amilləri,  məiĢət  xüsusiyyətləri,  ü mu mi  təhsil  səviyyəsinin  aĢağı 

olması və s. də öz rolunu oynayırdı. 

Azərbaycanlı  qadın lar  ictimai  istehsal  əməyinə  zəif  cəlb  edilirdi. 

Respublikanın   xalq  təsərrüfatında  çalıĢan  fəhlə  və  qulluqçuların  tərkib ində 

azərbaycanlı qadınların sayının 1939-cu ildə 1926-cı  ildəki  1484 nəfərdən 23360 

nəfərədək  artmasına  baxmayaraq  onların  fəhlə  və  qulluqçular  arasında  xüsusi 

çəkisi beĢ faiz idi

19



Bununla  belə,  sonrakı  illərdə  xalq  təsərrüfatında  azərbaycanlıların  

xüsusi  çəkisi  getdikcə  artmıĢ,  fəhlə  sinfinin  yerləĢdirilməsi  coğrafiyası 

geniĢlənmiĢ,  Azərbaycan  fəhlə  sinfini  formalaĢdıran  yeni  sənaye  mərkəzləri 

yaradılmıĢdı. 

Azərbaycan  kəndlilərinin  də  simasında  nəzərəçarpacaq  dəyiĢiklik 

müĢahidə  olunurdu  və  bu,  kəndin  yenidən  qurulması,  kiçik  kəndli 

təsərrüfatların ın  iri  kollektiv  təsərrüfatında  birləĢdirilməsinin  nəticəsi  idi.  Təkcə 

kənddə  Ģərait  və  istehsal  üsulları  deyil,  kəndlinin  ö zünün  sosial-iqtisadi  təbiəti 

də,  onun  bütün  həyat  tərzi,  Ģüuru,  psixo logiyası,  davranıĢı  da  dəyiĢ miĢdi. 

KollektivləĢdirmə  1940-cı  ildə  kəndli  təsərrüfatların ın  99,0  faizin i  əhatə 

etmiĢdi

20



Kolxo zçu ların  sayı  1940-cı  ildə  1928-ci  ildəki  8000  nəfərə

21

  qarĢı 



1719903 nəfər

22

 olmuĢdu. Kənd əhalisinin əksəriyyəti ko lxo zçu, cə mi 131,7  min  



nəfər  isə  tək  təsərrüfatçı  idi

23

.  Kənd  əhalisinin  xüsusi  çəkisi  də  dəyiĢərək, 



respublika əhalisinin 72 faizindən 64 faizinə en miĢdi

24



Yeni zəh mət keĢ - kolxo zçu kəndli  meydana gələrək, fəhlə sinfin in sadiq 

müttəfiqi,  kənddə sovet quruluĢunun dayağı "rəsmi statusunu" aldı. Kustarlar və 

sənətkarlar  da  ictimai  qruplar  kimi  tamamilə  dəyiĢ miĢdilər.  Onların  böyük 

əksəriyyəti əslində sosialist sənət kooperasiyasına daxil o lmuĢdular. 

Sosialist cəmiyyətində fəhlə və kəndli  mühitindən çıxan sovet ziyalıları 

təbəqəsi  formalaĢırd ı.  Azərbaycanda  müasir  ziyalıların  meydana  gəlməsi  və 

inkiĢafı yolları ço x çətin olmuĢdu. Sovet dövründə Azərbaycan xalqı ö z  mədəni 

inkiĢafında  sıçrayıĢ  etmiĢdi.  Bu  sıçrayıĢ  onun  mədəni  simasını  dəyiĢərək, 

həyatının  bütün  sahələrini  əhatə  etmiĢ,  çağdaĢ  mədəniyyət  səviyyəsində 

çoxprofilli kadrlar nəslinin yarad ılmas ına imkan vermiĢdi. 



333 

 

KeçmiĢdən  miras  qalan  kütləvi  savadsızlıq  və  milli  ziyalı  kadrların  



qıtlığ ı  A zərbaycan  sovet  ziyalılarının  fo rmalaĢmasının  ziddiyyətli  prosesində 

böyük  çətinliklər  törədirdi.  1920-ci  ilin  iyulunda  Azərbaycanda  olan 

mütəxəssislər  qeyddən  keçirilərək,  respublikada  texniki  təhsilli  505  nəfər 

mütəxəssis  və  onlardan  486  nəfərin  mühəndis  olduğu  müəyyən  edildi

25



Onlardan  yaln ız  üçü  qadın  idi.  1941-c i  ildə  respublikanın  xa lq  təsərrüfatında 



artıq 21592 nəfəri ali təhsil o lan 47,8 min mütəxəssis çalıĢırdı

26

. On ların arasında 



səkkiz  min  nəfər  ali  təhsilli  azərbaycanlı  mütəxəssis  var  idi

27

.  Həmin  il 



Azərbaycanda 6,5  min ali təhsilli  mühəndis, 1195 aqrono m,  zootexn ik və baytar 

həkimi, 3,4 min həkim, 8096 müəllim və mədəni-maarif iĢçisi çalıĢırdı

28

. 1940-cı 



ildə elmi kadrların sayı 1933 nəfərə çatmıĢdı

29



Beləliklə,  A zərbaycanda  sosialist  iqtisadiyyatının  yaradılması  və  yeni 

ictima i-siyasi  quruluĢun  təĢəkkülü  prosesində  sosial  strukturda  köklü 

dəyiĢikliklər baĢ verdi. SSRĠ  Konstitusiyasında təsbit edildiyi kimi  - fəhlə sinfi, 

kolxo zçu  kəndlilər  və  onların  içərisindən  çıxmıĢ  ziyalılar  təbəqəsi  sovet 

cəmiyyətində sosial strukturun əsası olaraq təĢəkkül tapdı.  

 

 



§ 2. RESPUBLĠKADA ĠCTĠMAĠ-S ĠYAS Ġ VƏZĠYYƏT 

 

 

Azərbaycanda  da  ictimai-siyasi  vəziyyət  bütün  ittifaqda  olduğu  kimi 



çox mürəkkəb id i. Bir tərəfdən xalq təsərrüfatın ın yenidən qurulmasının həlled ici 

mərhələsi  davam  edir,  sosializmə  keçid  dövrünün  prinsipial  məsələləri  həll 

olunur,  onun  maddi-te xn iki  ba zasının  yaradılması  iĢləri  görülürdü.  Habelə  

sosialist  iqtisadi  və  sosial  münasibətlərin  Ģəriksiz  hökmranlığı  təĢəkkül  tapır, 

"istismarçı sin iflər" və "insanın insan tərəfindən istismarının  köhnə formaların ın 

ləğv edilməsi baĢa çatdırılırd ı". Sosialist təsərrüfat sisteminin hökmranlığı  insan 

əməy indən  istifadəni  tamamilə  dövlət  strukturunun  sərəncamına  verdi. 

"Millətçilik"  təzahürlərinə  qarĢı  yönəldilmiĢ  sərt  sovet  qanunçuluğunun 

sapmalara   a man  verməd iyi  b ir  Ģəraitdə  respublikada  yaĢayan  millət  və  xa lqlar 

arasında  əməkdaĢlıq  və  dostluq-beynəlmiləlçilik  sosialist  cəmiyyətinin 

üstünlüyünü nümayiĢ etdirən bir amil kimi "normaya" çevrilirdi. 

Sosializmin  bütün  sahələrində  əldə  edilən  nailiyyətlərin  "ilhamçısı  və 

təĢkilatçısı"  olan  Kommun ist  Partiyası  zəhmətkeĢlərin  xeyli  hissəsinin  rəğbətini 

qazanaraq,  onun  sıralarına  daxil  olmaq  arzu larını  artırd ı.  1928-ci  ilin  1 

yanvarından  1933-cü  ilin  1  yanvarınadək  AK(b)P  ü zvlərin in  və  namizəd lərinin  

sayı 32270-dən 73680 nəfərə qədər və yaxud iki dəfədən ço x artdı

30



334 

 

Bununla  belə,  sosializm  quruculuğu  prosesi  ilə  yanaĢı,  bərqərar  o lan 



inzibati-a mirlik  idarəet mə sisteminin törətdiyi nara zılıqla r da art maqda idi.  Odur 

ki,  ölkənin  idarəçiliy ini  öz  ü zərinə  götürmüĢ  partiyanın  gücləndirilməsi,  onun 

daha  asan  idarə  olunan  idarəedici  bir  təĢkilata  çevrilməsi  məqsədini  həyata 

keçirmək tələb olunurdu. ÜĠK(b)P MK və MĠK-in birləĢ miĢ Yanvar (1933-cü il) 

plenumunun "Partiyanı təmizlə mək haqqında" qəbul etdiyi qərar məh z partiyada 

polad  proletar  intiza mının  yaradılmasına  və  partiya  sıraların ın  bütün  etibarsız, 

səbatsız və kənardangəlmə ünsürlərdən təmizlən məsinə yönəldilmiĢdi

31



ġübhəsiz,  Azərbaycan  Ko mmunist  Partiyası  ali  orqanın  tapĢırığını 

yerinə yetirməkdə öncüllü k nü mayiĢ etdirdi.  

AK(b)  P-də  aparılan  tə mizlə mə  nəticəsində  üzvlə rin  və  na mizədlərin  

sayı 1 yanvar 1934-cü ildə 1 yanvar 1933-cü ildəki 73680 nəfərdən 62022 nəfərə 

endi  və  yaxud  11608  nəfər  aza ldı.  Təmizləmə  prosesində  ən  çox  (6649  nəfər) 

azərbaycanlı  ko mmunistlər partiyadan xaric olmuĢdular

32

. Bununla da 1933-cü il 



1  yanvara  nisbətən  1  oktyabrda  AK(b)P  tərkib ində  azərbaycanlıların  faizi  46,3-

dən 46,1-ə endiyi halda, rusların faizi 23,1-dən 24,1-ə, ermən ilərin faizi isə 20,9-

dan 21,0 faizə qalxmıĢdı.  Bakı partiya təĢkilatında isə azərbaycanlıların onsuz da 

olduqca aĢağı olan faizi daha çox a za lmıĢ, göstərilən va xtda 26,5 fa izdən 25,8-ə 

enmiĢdi

33

.  Ümu miyyətlə,  azərbaycanlıların  AK(b)  P-də  və  xüsusilə  paytaxtda  - 



Bakı  partiya  təĢkilatında  aĢağı  səviyyədə,  qeyri-mütənasib  təmsil  olun ması 

onların  respublikanın  ictima i-siyasi  həyatında  mövqeyini  və  ro lunu  qəsdən 

azaltmaq  məqsədi  daĢıyırdı.  Təsadüfi  deyild i  ki,  1934-cü  ildə  Bakının  9  rayon 

partiya  ko mitəsi  birinc i  kat iblərinin  yaln ız  üçü  Azərneftin  9  mədən 

müdirlərindən isə cəmi iki nəfəri azərbaycanlı idi. 

Partiyada  aparılan  təmizləmə  dövründə  onun  sıralarında  "polad 

intizama"  tabe  olan  kommun istlər  böyük  canfəĢanlıqla  təsərrüfat  sahələrində 

geniĢ  "təmizləmə"  tədbirləri  keçirmiĢdilər.  1933-cü  il  ərzində  kolxo z  partiya 

özəkləri  MTS  siyasi  Ģöbələrinin  və  AK(b)P  rayon  ko mitələrin in  kö məyi  ilə 

3700-dən  artıq  qolçomaq  və  kolxoz  quruluĢunun  baĢqa  düĢmənlərin i  kolxo zdan 

qovmuĢdu

35

.  Təbii  ki,  onların  əksəriyyəti  həbs  olunmuĢ  və  ya  ailəlikcə 



respublikadan sürgün edilmiĢdi. 

Partiya  sıralarını  "təmizləmə"  prosesi  onun  möhkəmləndirilməsinə 

yönəldilən siyasi-təĢkilati tədbir olan,  ÜĠK(b)P MK-n ın 1935-ci  il  13  may tarixli 

qərarına əsasən

36

, partiya üzvü və namizədlərin partiya sənədlərinin yo xlan ması 



ilə  davam  etdirilirdi.  A zərbaycanda  bu  tədbir  1932-ci  ildən  Xalq  Ko missarları 

Sovetinin  sədri  iĢləmiĢ,  1933-cü  ilin  dekabrında  AK(b)P  MK-nın  birinci  katibi 

seçilmiĢ  Mir  Cəfər  Bağırovun  bilavasitə  rəhbərliyi  altında  keçirilirdi.  Bu  dövr 

artıq  ölkədə  in zibati-amirlik  idarəetmə  sisteminin  möhkəmləndirilməsi,  totalitar 



335 

 

Stalin  rejiminin  bərqərar  o lması,  Ģə xsiyyətə  pərəstiĢin  geniĢ  yayılması  ilə  



əlamətdar idi. 

Sərt,  amansız  xarakteri  və  ciddi  iĢgüzarlığı  ilə  fərqlənən  M.C.Bağırov 

ÜĠK(b)P  Zaqafqaziya  Diyar  Ko mitəsinin  birinci  katibi  L.Beriyan ın  yardımı  və 

dəstəyi sayəsində tezliklə Azərbaycan partiya aparatında iĢləyənləri ö zünə sadiq 

kadrlarla  əvəz  edir,  partiya  təĢkilatlarında  hər  cür  qarĢıdurmaya  son  qoyur, 

respublikada  vahid  rəhbərliyə  nail  olurdu.  M.C.Bağ ırovun  vaxtında  bütün 

sahələrdə rəhbərliyə kadrların seçilməsi  məh z onun rəy və göstəriĢi ilə aparılırdı. 

"KiĢi",  "xo zeyin"  ləqəbini  qazanan  M.C.Bağırov  xüsusilə  güc  orqanlarının 

fəaliyyətini  d iqqət  mərkəzində  saxlayaraq,  onların  hər  hansı  əməliyyatlarından 

xəbər tutur və onları istiqamətləndirirdi.  1934-1938-ci illərdə Azərbaycan Dövlət 

Təhlükəsizliyi  Ko mitəsinin  sədri  vəzifəsin i  aparan,  Azərbaycan  xalq ının  qəddar 

düĢməni və cəlladı Su mbatov (Topuridze)  Yuveliyan Davidoviç M.C.Bağırovun 

etimadını  qazan ıb,  ona  müti  xid mət  göstərən  məmu rlardan  idi.  Su mbatov  öz 

ətrafında  topladığı  cinayətkar  erməni  yoldaĢların ın  kö məyi  ilə  Azərbaycan 

xalq ının  minlərlə  vətənpərvər  övladına  "xalq  düĢməni"  damğası  vurmuĢ, 

görkəmli  elm,  sənət,  mədəniyyət  xadimlərin i,  ziyalıları  fıziki  və  mənəvi 

repressiyalara məru z qoymuĢdu. 

M.C.Bağ ırovun  partiya  rəhbərliyinə  keçməsi  ilə  ko mmunistlərin  

hüquqları  nəinki  pozulu r,  onlar  hər  cür  təzyiqlərə  məru z  qalırdılar.  Partiya 

sənədlərin in  yoxlan ması  zaman ı  ciddi  əyinti  və  pozuntulara  yol  verilird i.  Ço x 

hallarda  prinsipial,  mütərəqqi  ideyalara  və  sosializm  iĢinə  sədaqətli  adamlar 

"passivlikdə"  ittiham  olunur,  bir  ço xları  elə  b ir  əsas  olmadan  məhz  "passivliyə 

görə" damğası ilə partiyadan xaric edilirdilər. 

ÜĠK(b)P  MK  Yanvar  (1938-ci  il)  Plenumu  "Ko mmunistləri  partiyadan 

çıxararkən  partiya  təĢkilatların ın  buraxdığı  səhvlər  haqqında,  ÜĠK(b)  P-dən 

çıxarılanların   Ģikayətlərinə  fo rmal-bürokratcasına  yanaĢılması  haqqında  və  bu 

nöqsanları  aradan  qald ırmaq  tədbirləri  haqqında  qərarında  etiraf  etmiĢdi  ki, 

"partiya  təĢkilatları  əsla  yo xlamadan  və  deməli,  əsassız  surətdə  ko mmunistləri 

partiyadan  çıxarırlar,  onları  iĢdən  məhrum  edirlər,  ço x  zaman,  heç  bir  əsas 

olmadan,  onları  hətta  xalq  düĢməni  elan  edirlər,  partiya  üzvlərinə  qarĢı 

qanunsuzluq  və  özbaĢınalıq  göstərirlə r".  Qəra rda  nümunə  üçün  Azərbaycan 

K(b)P  MK-nın  1937-c i  il  5  noyabr  tarixli  b ir  ic lasında  279  nəfərin  partiyadan 

çıxarılmasın ın mexaniki surətdə təsdiq edildiyi misal çəkilirdi

37



Ümu miyyətlə,  partiyada  aparılan  "təmizləmə",  partiya  sənədlərinin  

yoxlan ması  prosesində  və  eləcə  də  total  repressiya  tədbirlərinin  keçirilməsi 

sayəsində  Azərbaycan  kommunistlərin in  sayı  1933-cü  ilin  1  yanvarından  1938-

ci  ilin  1  yanvarınadək  o lan  müddətdə  28349  nəfər  və  yaxud  38,5  faiz 

azalmıĢdı

38



336 

 

Partiyadan  çıxarılanların  əksəriyyətini  -  13975  nəfərini  və  ya  45,8 



faizini  azərbaycanlılar  təĢkil  edirdi

39

.  Ölkədə  Ko mmunist  partiyasının  ictimai-



siyasi,  dövlət  və  təsərrüfat  idarəçiliy inin  əsas  aparıcı  qüvvəsinə  çevrildiyi  b ir 

dövrdə  azərbaycanlıların  geniĢ  miqyasda  partiyadan  xaric  edilməsi,  o  dövrün 

sözü  ilə  deyilsə,  "qovulması",  onların  respublikanın  ictimai-siyasi  həyatından 

kənarlaĢdırılması 

və 

fəaliyyətlərinin 



məhdudlaĢdırılmasına 

yönəlmiĢ 

məqsədyönlü siyasi akt kimi qiy mətləndirilə b ilər. 

30-cu illərin Ġkinc i yarısından respublika rəhbərliy ində yaranmıĢ  mühit, 

xüsusilə  partiya  və  güc  orqanlarında  azərbaycanlıla ra  qarĢı  qəddar  düĢmənçilik 

xisləti  olan  ermən ilərin  cəmləĢməsi  burada  in zibati  tədbirlərin,  xüsusilə 

repressiyaların  daha  geniĢ  və  qəddarcasına  aparılmasına  Ģərait  yaratmıĢdı.  Bu  

qüvvələrin  səyi  fəal  azərbaycanlıları  respublikanın  ictimai-siyasi  həyatından 

tədric  etməyə,  fürsət  düĢdükdə  isə  onları  fiziki  cəhətdən  məhv  etməyə 

yönəldilmiĢdi. 

Azərbaycanın  ictimai-siyasi  həyatında  həmkarlar  ittifaqı  təĢkilatının  

mövqeyi  və  fəaliyyəti  mühü m  əhəmiyyət  kəsb  edirdi.  Həmkarlar  ittifaq larının  

əsas  funksiyası  zəh mətkeĢlərin  əmək,  məiĢət  və  istirahət  Ģəraitinin  

yaxĢılaĢmasına,  hər  vasitə  ilə  kö mək  göstərməkdən,  onların   hüquq  və 

mənafelərini  müdafiə  etməkdən,  onları  istehsalat  və  ictimai  iĢlərin  idarə 

olunmasına  cəlb  etməkdən  və  s.  ibarət  idi.  Ən  kütləvi  ictimai  təĢkilat  olan  

həmkarlar  ittifaq ları respublikada bütün sahələrin  iĢçilərin i əhatə edirdi.  Belə  ki, 

1933-cü  ilin  oktyabrında  Azərbaycan  həmkarlar  ittifaqlarının  313598  üzvü  var 

idisə, 1936-c ı ilin oktyabrında onların sayı 347734 nəfə rə çat mıĢdı. 

Bütün  ölkədə  olduğu  kimi,  Azərbaycanda  da  totalitar  rejimin  bərqərar 

olması,  in zibati-amirlik  sisteminin  bütün  sahələri  çulğa ması  bu  çoxsaylı 

təĢkilatın  respublikan ın  iqtisadi,  siyasi  və  mədəni  həyatındakı  çoxtərəfli 

fəaliyyətini kəskin Ģəkildə məhdudlaĢdırırd ı. 

Həmkarlar  ittifaqları  öz  ü zvlərinin  mənafeyin i  müdafiə  etmək  üçün  öz 

vəzifələrin i  faktiki  o laraq  müstəqil  yerinə  yetirmək  səlahiyyətindən  məhru m 

edilmiĢ,  ta ma milə  part iyadan  asılı  vəziyyətə  düĢüb  onun  tapĢırıqlarının  

icraçısına  çevrilmiĢdi.  Onların  fəaliyyətində  əsas  yeri  partiyanın  irəli  sürdüyü 

mühü m  təsərrüfat  və  siyasi  vəzifələrin  həyata  keçirilməsinə  kö mək  etmək 

tuturdu. 

O dövrdə həmkarlar ittifaq ları bütün strukturlarda partiya tapĢırıqların ın 

yerinə  yetirilməsi  üçün  geniĢ  təĢkilatçılıq  iĢi  aparırdı.  "Ġkinci  beĢilliy in  birinci 

ili"  istiqrazına  yazılıĢın  müvəffəqiyyətli  keçməsində  onlar  böyük  ro l  oynamıĢ, 

kampaniya  vaxtı  təkcə  Bakı  əhalisi  arasında  izahat  iĢləri  aparmaq  üçün  360 

briqada  yaratmıĢ,  Azərbaycan  rayonlarına  isə  təĢviqat briqadaları  və  həmkarlar 

ittifaq ı iĢçiləri göndərilmiĢdi

41



337 

 

Həmkarlar  ittifaq larının  istehsal  planların ı  yerinə  yetirmək,  fəh lələrin  



ixtisaslarını  artırmaq,  sosializm  yarıĢ ları  təĢkil  etmək,  Staxanov  hərəkatını 

yaymaq,  həmçinin  fəh lə  və  qulluqçuların  maddi-mədəni  ehtiyacların ı  ödəmək 

sahəsində gördüyü iĢlər təkzibedilməzdir. 

Bununla  belə,  o  dövrdə  yaranmıĢ  Ģ ərait  həmkarlar  ittifaq ları 

təĢkilatların ın  iĢinə  mənfı  təsir  göstərir,  bir  ço x  hallarda  onların  ritmik 

fəaliyyətini pozurdu. Artıq həmkarla r ittifaqlarında təĢkilati  məsələlərin həllində 

belə  daxili  demo kratiya  qaydalarına  heç  bir  əhəmiyyət  verilmird i.  Məsələn, 

1937-c i il fevra lın 4-də Ġliç Bu xtasında rayon həmkarlar ko mitəsinin plenu munda 

11  üzvdən  cəmi  üçünün  iĢtirak  etdiyi  iclasda  qoyulmuĢ  məsələ  həll  edilmiĢdi. 

Digər  b ir  misal,  Balaxan ı  rayon  həmkarlar  ko mitəsinin  1937-ci  il  martın  27-də 

keçirilən  plenu munda  yeddi  üzvdən  ancaq  ikisi  iĢtirak  etmiĢdi.  Müəssisə 

həmkarlar  ittifaqı  ko mitələrində  sədrlərin  seçkisiz  təyin  olunmaları  kütləvi  hal 

almıĢdı

42



Lenin (indiki Sabunçu) rayonu elektrik Ģöbəsində 1935-ci ilin aprelində 

zavod  həmkarlar  ko mitəsinin  hesabat seçkisi  keçirilir,

 

keçmiĢ  sədr  yeni  tərkibə 



seçilmir.  Bundan sonra səkkiz  ay  ərzində  səkkiz  sədr  seçilir  və  nəhayət,  səkkiz 

ay  əvvəlki  sədr  yenidən  amma  seçkisiz  zavod  həmkarlar  ko mitəsinə  üzv,  sonra 

da sədr təyin olunur

43



Qeyd  etmək  lazımd ır  ki,  ictimai-siyasi  həyatda  fəallığ ına  imkan  

verilməyən azərbaycanlıları ictimai təĢkilatlarda nəinki rəhbər vəzifələrdən, hətta 

sıravi  üzv lükdən  də  sıxıĢdırmaq  cəhdləri  onların  respublika  həmkarlar 

ittifaq larında  azlıqda  qalmaları  ilə  nəticələn irdi.  Belə  ki,  əgər  1933-cü  ildə 

respublika  həmkarlar  ittifaqına  üzv  o lanların  35,3  faizin i  azərbaycanlılar  təĢkil 

edirdisə, 1936-c ı ildə iĢləyən hə mka rla r ittifaq larının ü zvləri içə risində onlar 29,4 

faiz, ruslar 45,3 faiz, ermən ilər 14,7 faiz, baĢqa millətlər 10,6 faiz id i

44



Ölkədəki  totalitar  rejim,  Stalin  Ģ əxsiyyətinə  pərəstiĢlik,  zo rakılıq  və 

qanunsuzluq  nəticəsində  Azərbaycan  həmkarlar  ittifaqında  yaranmıĢ  vəziyyət 

ümu mittifaq  xarakteri  ald ı.  Ümu mittifaq  Mərkəzi  Həmkarlar  Ġttifaqı  ġurasının  

(ÜM HĠġ)  1937-ci  ilin  aprelində  keçirilən  VI  plenu mu  həmkarlar  ittifaqlarının  

"iĢini yaxĢılaĢdırmaq" məqsədilə yenidənqurma aparmaq barədə qərar qəbul etdi. 

Həmin  qərara  görə,  rayon, Ģəhər,  vilayət,  diyar  və  respublika  həmkarlar  ittifaqı 

Ģuraları  ləğv  olundu

45

.  Ayrı-ayrı  sahələr  üzrə  həmkarlar  ittifaqı  Mərkəzi 



Ko mitələri  yarandı.  Digər  respublikalarda  olduğu  kimi,  Azərbaycanda  da 

ÜMHĠġ-in  Müvəkkili  vəzifəsi  təsis  olundu.  Əlbəttə,  bu  tədbir  həm  həmkarlar 

ittifaq ları təĢkilatların ın, həm də  respublikanın hüquqların ın növbəti dəfə kobud 

Ģəkildə pozu lması faktı idi. 

Gənclərin  yaradıcılıq  fəallığ ını  artırmaq  və  onları  ictimai-siyasi  həyata 

geniĢ  cəlb  etmək  sahəsində  çalıĢan  Azərbaycan  komsomol  təĢkilatının  



338 

 

fəaliyyətinin  əsas  hissəsi  də  kommun ist  partiyasının  irəli  sürdüyü  iqtisadi  və 



ictima i-siyasi və zifələ rin yerinə yetirilməsindən ibarət idi. 

1936-c ı  ilin  yanvar-may  aylarında  "Staxanov  hərəkatına  maneç ilik 

törədən  hər  Ģeyi  silib  atmaq"  Ģüarı  altında  "Ümu mittifaq  yüngül  süvari"  reydi 

keçirildi.  ÜĠKGĠ  M K  xətti  ilə  Azərbaycanın  sənaye  müəssisələrində  reyd 

yoxlamalarında  681  briqadada  birləĢmiĢ  dörd  mindən  artıq  komso molçu  iĢtirak 

etmiĢdi


46

.Yo xla ma lar 

fəh lələrin 

texniki 


təlimin in 

yaxĢılaĢdırılması, 

səmərələĢdirici  təkliflərin  istehsala  tətbiq  edilməsi,  əmək  intizamının  

möhkəmləndirilməsi və məhsuldarlığının yüksəld ilməsi üçün faydalı o lmuĢdu. 

Azərbaycandakı  ko msomo l  təĢkilatları  kənddə  də  çox  səmərəli  iĢlər 

görürdülər.  Özbəkistan  və  Azərbaycan  komsomolçuları  arasında  ənənəvi 

sosializm  yarıĢı  əsas  "beynəlmiləl"  vəzifən in  -  Azə rbaycanın  SSRĠ-n in  Ġkinci 

pambıq  bazasına  çevrilməsi  uğrunda  mübarizədə  kəndli  gənclərin  geniĢ 

iĢtirakını  təĢkil  etməkdə  mühüm  ro l  oynadı.  Ko msomo lçu  pamb ıq  ustalarının 

təĢəbbüsü  əmək  coĢqunluğuna  səbəb  oldu  və  yüksək  məhsuldarlığa  nail  olan 

min  ko msomo l  manqası  uğrunda  hərəkat  baĢlandı.  1935-c i  ildə  Azərbaycanın 

təkcə  doqquz  rayonunda  komsomo lçu  gənclərin  yüksək  məhsuldarlıq lı  114 

manqası təĢkil edilmiĢdi

47



ALKGĠ-nin  1937-ci  ilin o ktyabrında çağırılmıĢ  XII qurultayı sosializm 

quruculuğunda  komsomolun  uğurlarını  qeyd  edərək,  gəncləri  təsərrüfat 

cəbhəsində  mübarizəni  daha  da  geniĢləndirməyə  çağırırdı.  1937-ci  ildə 

Azərbaycan  ko msomol  təĢkilatı  140  min  gənci  əhatə  edirdi,  bu  rəqəm  1932-ci 

ilin əvvəlindəki 162,4  mindən xeyli az idi. Bunun səbəbi, partiyada olduğu kimi, 

1933-1935-c i  illərdə  ko msomol  təĢkilat larında  sənədlərin  yo xlan ması  və 

aparılmıĢ "təmizləmə" əməliyyatı idi 

48



ZəhmətkeĢlərin  ictimai-siyasi  fəaliyyətinin  geniĢlənməsində  yerli 

sovetlərin  də  mühüm  rolu  olmuĢdu.  Dövlət  hakimiyyətinin  yerli  orqanları  olan  

həmin qurumlar respublikan ın iqtisadi,  mədəni-siyasi həyatının bütün sahələrinə 

rəhbərlik  edird ilər.  Onların  deputatları  sənaye  müəss isələrinin  iĢini 

yaxĢılaĢdırmaq  və  zəh mətkeĢlərin  istehsal  fəaliyyətini  geniĢləndirmək  üçün 

konkret  yaradıcı  iĢlər  vasitəsi  ilə  səmərəli  nəticələr  əldə  edird ilər.  Fəhlə 

deputatlar  sosializm  yarıĢının  ilk  təĢəbbüsçüsü  olur,  istehsal  qabaqcıllarının  

önündə  gedirdilər.  Sovetlərin  xüsusi  bölmə  və  deputat  qrupları  istehsalat 

problemlərin in,  yerli  sosializm  quruculuğu  məsələlərin in  həlli  ilə  bilavasitə 

məĢğul olurdular. Məsələn, leytenant ġmidt (indiki Səttarxan)  adına zavodun sex 

deputat qrupları brakla (zay  məhsullar məsul red.)  mübarizə aparmaq  məqsədilə 

fəhlələrdən  ibarət  briqadalar  təĢkil  etmiĢdilər.  Zavodun  deputat  qurupu 

müəssisələrə  getmiĢ,  qazıma  avadanlığının  keyfiyyətini  yo xlayaraq,  yüksək 

keyfiyyətli avadanlıq buraxılmasına nail olmuĢdu. Həmin qrupun üzvləri pambıq  



339 

 

rayonlarına  öz  b riqadaların ı  göndərməklə  hamiliyə  götürdükləri  kolxo zlara  da 



kö mək edird ilər

49



1935-c i  ilin  yanvarında  çağırılmıĢ  Ümu ma zərbaycan  VIII  Sovetlər 

qurultayı sovetlərin iĢini təkmilləĢdirməyi davam etdirməyin, deputat qruplarının  

rolunu  yüksəltməy in  zəruri  olduğunu  göstərirdi.  Qurultayın  qərarına  əsasən, 

Azərbaycan  MĠK  Rəyasət  Heyəti  1935-ci  ilin  aprelində  bölmə  və  deputat 

qrupları haqqında əsasnaməni təsdiq etdi

50

. Əsasnamənin qəbul olunması deputat 



qrupların ın  fəaliyyətini  xey li  geniĢləndirdi.  Yalnız  1935-1936-cı  illərdə 

sovetlərin  bölmələrin in  sayı  7575-dən  9417-dək,  onların  üzvlərin in  sayı  isə 

9405-dən  22315-də k  art mıĢdı

51

.  Bölmələrin  yanında  sovetlərin  37796  üzvünü 



əhatə  edən  16607  briqada  təĢkil  edilmiĢdi

52

.  Rayonlarda  da  deputat  qrupları 



Ģəbəkəsi  geniĢləndi.  1936-cı  ildə  respublikanın  kolxo zlarında  52225  nəfəri,  o  

cümlədən sovetlərin ü zvü olmayan 16498 nəfəri əhatə edən 4423 deputat qrupu 

var  idi

53 


vo  onlar  zəh mətkeĢ  kütlələrin  sovetlər  ətrafında  birləĢməsinə  kö mə k 

edirdi. 


Lakin  zəh mətkeĢlərin  nümayəndəli  mötəbər  orqanı  olan  sovetlər 

tədricən  öz  hüquqlarını  itirird i.  Maraqlıdır  ki,  hesabat  kampaniyaları  tənqid  və 

özünütənqid Ģüarı altında keçirilir, seçicilər passiv deputatları kəskin tənqid edir, 

onların  geri  çağırılmasını  tələb  edirdilər.  1935-ci  ildə  respublikada  keçirilən 

hesabat  kampaniyası  za manı  bütün  deputatların  16,3  fa izi,  ya xud  6,676  deputat 

geri çağırılmıĢdı

54



1936-c ı  ildəki hesabat dövründə isə 666  kənd sovetindən 1610 deputat 



geri çağırılmıĢdı

55



Azərbaycanın ictimai-siyasi həyatında ciddi təbəddülat doğuran mühüm 

hadisələrdən biri də SSRĠ-n in yeni Konstitusiyasının qəbul edilməsi id i. ÜĠK(b )P 

MK-nın  fevra l  (1936-cı  il)  plenu munun  gös təriĢi  ilə  ha zırlan mıĢ  Konstitus iya 

layihəsi  1936-cı  ilin  iyununda  SSRĠ  MĠK  Rəyasət  heyətində  baxılaraq  

ümu mxalq  mü zakirəsinə  verilmiĢdi.  "Stalin  Konstitusiyası"  adlanan  SSRĠ 

Konstitusiyası  dünyanın  ən  "demokratik"  ölkəsində  beĢ  ay  yarım  müzakirə 

edilmiĢdi. 

Azərbaycan  SSR-də  Konstitusiya  layihəsinin  mü zakirəsində  1358  min  

nəfər  iĢtirak  etmiĢ,  onun  ayrı-ayrı  maddələri  ilə  əlaqədar  3307  mü xtəlif  təklif 

irəli  sürülmüĢdü

56

.1936-c ı 



ilin  noyabrında  keçirilən  Fövqəladə  IX 

Ümu mazərbaycan Sovetlər qurultayı SSRĠ  Konstitusiyası layihəsinin ümu mxalq  

mü zakirəsinə yekun vuraraq bəyənmiĢ və Fövqəladə  VIII  Ümu mittifaq Sovetlər 

qurultayına öz nü mayəndələrin i seçmiĢdi. 

1936-c ı  ilin  noyabrında  Moskvada  Fövqəladə  VIII  Sovetlər  quru ltayı 

SSRĠ-nin  yeni  Konstitusiyasının  layihəsini  mü zakirə  edərək  qəbul  etmiĢdi. 

Qurultayda  "SSR  Ġttifaqı  Konstitusiyasının  layihəsi  haqqında"  məru zə  ü zrə  


340 

 

Azərbaycan  nümayəndə  heyətinin  üzvləri  Qəzənfər  Musabəyov  və  Hüseyn 



Rəh manov  çıxıĢ  edərək,  A zərbaycan  xalqının  onu  yekdilliklə  və  böyük  ruh 

yüksəkliy ilə qəbul etdiyini bəyan etmiĢdilər

57



Fövqəladə  VIII  Sovetlər  qurultayında  dekabrın  5-də  qəbul  edilən  SSRĠ 



Konstitusiyası  Sovet  Ġttifaqında  sosializmin  qələbəsini  qanunvericilik  yolu  ilə  

təsbit etdi. 

Lakin  Stalinin  sosializmin  qələbəsi  ilə  sinfi  mübarizənin  güclən məsi 

"nəzəriyyəsi"  əsasında  apardığı  siyasət,  bütün  ölkədə  olduğu  kimi, 

Azərbaycanda da ictimai-siyasi vəziyyəti gərginləĢdirir,  zəh mətkeĢ xalqın böyük 

ümid bəslədiyi cəmiyyətə ağır  zərbə vururdu,  xalq qanunsuzluq məngənəsindən 

tam a zad deyildi. 

 


Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin