haqqına sözü də işlənir; məs.:- Nənəm, haqqına, bizim üsdümüz
də çox əziyətdər çəkib və s.
Yardımlı şivəsində
qəhəti budu ara sözü ədəbi dildəki
“həqiqətən” ara sözünün mənasını ifadə edir; məs.:- Qəhəti budu,
o mən diyənə baxmey və s.Bu ara söz Naxçıvan şivələrində
həqqən, həqqi, həqiqi, həqiqəti və s. formalarda müşahidə edilir;
məs.:- Həqiqəti, olmuş söx`bətdi, heş nağıl- zad dəyil;- Beşinci
sınıfda oxuyanda, həqqən, mən yaxcı oxuyurdum;- Həqqən da:
nəna:n danışığı kürt danışığına oxşuyur ( Şr.) və s.
Taparara sözü Şəki, Zaqatala, Qax, Balakən şivələrində ge-
niş yayılmışdır. Ədəbi dildəki deyəsən ara sözünün məna və funk-
siyasını yerinə yetirir;məs.:- Tapar, işdən gəlmiyifdi hələ;- Tapar, öydə yoxdu ( Ş.);- Əli dünən əlif çıxıf, tapar (Zaq.) və s.
Fərəzə ara sözü şivələrdə müxtəlif şəkildə yayılmış, fikrin
(Dər.), doğurdan, doğırdan, doğrıcan (Cəb., Zən.) və s. 2) Spe-
sifik ara sözlər isə bir və ya bir neçə şivədə yayılmışdır: hanna, hinqa “bəli”, tapar “ görünür”, fərəzə (Şəki), ömrəsürə “əsla, qə-
tiyyən”( Sal.), incəfara “xoşbəxtlikdən” ( əksər şivə.), vaynəçə- ri “heç olmasa”(Zən., Kəl.), lamhala, lamahlama ”heç olmasa”
( G., Cəl.), ga:var “deyəsən” (B., Qb., S. Cəl.), boylum, boyul,
“deməli” (Qaz.,Gəd.,Nax.), illah, illahım” xüsusən, xüsusilə”
(Nax., Zən.,Cəl., Cəb.) və s.
Dialektlərə xas olan ara sözləri semantikasına görə aşağıdakı
şəkildə qruplaşdırmaq mümkündür:
Həqiqilik, zərurilik və gerçəklik bildirənlər. Bu mənada
işlənən ara sözlər cümlədəki fikrin həqiqətən baş verdiyini və ya
onun əksini bildirir. Həqiqətə münasibət müxtəlif dərəcədə ola
bilər. Ona görə, fikrin gerçəklik dərəcəsini göstərən ara sözlər
bir- birindən fərqlənir. Ə.Abdullayev bu cəhətdən ara sözləri üç
his- səyə ayırır:1) fikrin həqiqətə uyğunluğunun qətiliyini bildi-
rir; 2) güman, şübhə və imkan bildirir; 3) fikrin adilik dərəcəsini
göstərən ara sözlər.
Fikrin həqiqətə uyğunluğunun qətiliyini bildirən ara sözlərdən
biri də
doğrusu ifadəsidir. Bu sözün şivələrimizdə düzü, doğru- si, düzülü, düzü- düzü variantları da yayılmışdır; məs.:- Doğrusi,
mən bu işdən baş çıxar ta bilmirəm (B.);- Doğrusu, nə vax getdi
yi:zi görməmişəm (Cəb.);- Düzülü, ha vax gedəsəŋ ma: xavar elə
( K.);- Görür ki, qız dordan da, el tutandı, diyir mənxanımı gör-
cəm (Ş.);- Do:rusu, mən də getməliydim, miniy olmadı (Qub.)
və s.
Ədəbi dilimizdəki
doğrudan ara sözü şivələrdə ədəbi dil for-
masından başqa, doğurdan, doğırdan, dorğudan variantlarında
yayılmışdır; məs.:- Dorğudan, o nə danışırdı həylə (Zaq.);- Do- ğurdan, o nəydi hələ aparırdın (Cəb.);- Doğırdan, sən diyən düz
çıxdı (Qb.);- Haylə, doğurdan, gəlmişdi dayımnan (Şr.) və s.
Şivərimizdə doğrudan ara sözü bəzi hallarda da ədatı ilə də
işlənir. Belə cümlələrdə da ədatı ifadə olunan fikri daha da qü-
vvətləndirir, qabarıq nəzərə çatdırılmasına xidmət edir; məs.: