Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə154/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   150   151   152   153   154   155   156   157   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

gərək ki, deyəsən ara 
sözlərinin si- nonimi olan 
gavar sözü geniş yayılmışdır. Bu ara 
söz cümlədəki fikrin gərəklili- yini, ehtimal olunmasını bildirir;- 
Gavar, bu gün səpəcəklər çiyidi (S.);- Tağı, ga-var, daşda işdeyir 
bü:n;- Bı gün qoyın nobotı Əmrassanındı, gavar (Şam.) və s. 
Fikrin mənbəyini göstərən ara sözlər. Bu qrupa aid edilən 
ara sözlərin əksəriyyəti ədəbi dildə işlənir. Şivələrdə belə ara söz-
lər ədəbi dil formasından formaca fərqlənir, danışanın özünün, 
ya da başqasının fikrinə əsaslandığını, fikrin qeyri- də qiqliyini 
bildirir. Bu ara sözlər cümlədə təklikdə və ya görə qoşması ilə 
birlikdə işlənir. Şivələrdə fikrin mənbəyini göstərən ara sözlər 
bunlardır:
Ədəbi dildə mənə görə ara sözünə uyğun olaraq şivələrdə 
mən 
bilən, mən biləni, mən biləsi birləşmələri yayılmışdır; məs.:- 
Mən bilən, qaraçöp otu bir şey döy (K.);- Mən bilən, o getməlidü 
(Şam.);- Mən bilən, bu işin axırı yoxdu (Qub.);- Mən biləni, çibin 
qəndələş qərələdə bəhrə verey (Yar.) və s.
Naxçıvan və Qubadlı şivəsində mənə görə ara sözləri ilə pa-
ralel 
mən biləni, mənim aləmimcə birləşməsi də işlənir; məs.:- 
Mənim aləmimcə, küsməhdən bir şey çıxmaz, barışın gessin 
(Qub.);- Sənin aləmincə, bu iş belədi?;- Mən biləni, əj- daha bırnı 
da bı səmitdədi (Nax.) və s. 
Naxçıvan şivələrində fikrin mənbəyini bildirən 
kürə məsəli, 
mənə xiyal ara sözləri də qeydə alınmışdır; məs.:- Kürə məsəli 
bı:n ağzın döndər eşibə tərəf;- Mə- nə xiyal, indi yoldadılar ( Şr.) 
və s. 
Mənim vadıma ara sözü ədəbi dildəki məncə ara sözünün 
sinonimidir. Bu ara söz Karvansaray və Çənbərək şivələrində 
qeydə alınmışdır. Həmin şivələrdə mənim varanım şəklində də 
rast gəlmək mümkündür; məs.:- Mənim varanıma, süntürüx`dən 
yeməli pencər olmaz ;- Mənim vadıma, qaraçöp otu bir şey döy 
və s.
Əlbiləsən ara sözü Karvansaray şivəsində sən biləsi, sən bilən 
birləşmələri ilə sinonim olub “ sənə görə” mənası ifadə edir
gerçəklik dərəcəsini göstərir; məs.:- Büyün gidir, fərəzə, sabax 
qəyidər ( Ş.);- Fərəzə, üş- dörd gün də gözzeyib məni (Şam.);- 
Fərəzə, sən gəlif söz yığersəŋ, o da otdarı yıyerdı (Qaz.) 
Məhlim ara sözü daha çox şivələrin cənub qrupu üçün sə-
ciyyəvi olub “guya” mənası bildirir (29,s. 170):- Məhlim, mən 
sənnən kiçix` adamam (Şr.) və s. 
Şivələrdə 
bəlkə ara sözü geniş yayılmış, güman, şübhə və eh-
timal bildirir. Bu ara söz ədəbi dil formasından əlavə, bərkəm/ 
bərkə/ bəkə/ bəkəm/ bərkəl/ bəlkəm variantları da müşahidə edil-
mişdir; məs.:- A balam, bərkəm, mən yoxam, çö- rəy alıf yimiy-
casan?;- Bəkəm, hələ yatır?;- Bu ortaxlı maldı, bərkə, ciyisi ira:zı 
ol- miyacaxdı? (Ş.);- Bəlkə, qızı bizə verə (Qaz.);- Hə, bərkəm, 
öydə olmadı (Dər.); - Bərkə, də:yirmanda nobat olmadı (Zaq.);- 
Bərkəm/ bərkə axşamacan qəyitdilər (Qub.) və s. 
Dərbənd şivəsində 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin