272
273
satılla pənirçilərə (Təb.);-
Xüləs/ xüləsey, bir zülümnən getdix`
çatdıx kəndə (Qub.) və s.
Bəzi şivələrdə
nəhayət ara sözü ilə yanaşı onun sinonimi
axır/
axırı, axır ki ifadələri də işlənir. Bu ara söz cümlədə söylənilən
fikrin yekunlaşmasını, nəticə çıxarılmasını bildirir,
ki ədatı isə hə-
min mənanı qüvvətləndirməyə xidmət edir; məs.-
Axırı ki, pulla-
rın kökünə çıxdın (G.);-
Axırı, uşaxları irazı saldıx (Zaq.);-
Axırı
ki, pisdix`özə: qaldı (Cəb.) və s.
Qazax
şivəsində nəhayət ara sözü bəzən
həki sinonimi ilə
əvəz olunur; məs.: -
Həki, balaja oğlu da yekəjə oğlan oldu mu-
nun; -
Həki, gedif oxuyuf gəldin və s. Təbriz şivəsində
nəhayət
mənasına fars sözü
əzqəza sözü işlənir; məs.:-
Əzqəza, padşah
gejə vəsiyət elədi öldi və s.
Bəzi şivələrdə işlənən
illah, illahım ara sözləri ədəbi dilimiz-
dəki
xüsusən, xüsusilə ara sözlərinin sinonimi olub, cümlədəki
fikri dəqiqləşdirməyə, məhdudlaşdırmağa, qabarıq nəzərə çatdır-
mağa xidmət edir. Nitq şəraitindən asılı olaraq,
illah ara sözün-
dən sonra
da işlənməsi fikri daha da qüvvətləndirir; məs.:- Yəqub
yaxşı adamdı,
illahım da kiççix` qardaşı (Nax.);-
İllahım da, sə:n
gədəndi uşaxları qatan ( Zaq.);-
İllah/ illahım da bılar bizə gün-
dirrix` vermir (Qub.) və s.
Şivələrdə
Dostları ilə paylaş: