Azerbacan dialektologiyasi-2019. indd


Fikrin ifadə tərzini göstərən ara sözlər



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə158/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   154   155   156   157   158   159   160   161   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Fikrin ifadə tərzini göstərən ara sözlər. Belə ara söz və bir-
ləşmələrə M.Cəfərzadə şivələrdə işlənən yalan olmasın, yalançı-
lar sözi, hayğət// hağət, sözün düzü, nə düzü- düzü, doğrusu, okim 
demişkən “ necə deyərlər” və s. aid edir ( 29, s.176). Bu qəbildən 
olan ara söz və birləşmələr şivələrdə məhdud dairədə yayılmışdır; 
məs.:- Okim demişkən, dadı qalacaq oun (ovun) gözünnən tökülə-
cək (G.); - Hayğət, so:radan irazı olmadım özüm (Şam.);- Yalan 
olmasın, de:lər meşədə vəyşi heyvannar yaman çoxalib ( Tər.);- O 
dərədə, yalançılar sözü, min ilan var (Şam.).
 
Dinləyicinin diqqətini cəlb etmək məqsədi ilə işlənən ara 
sözlər. Bu qrup ara sözlər qarşıda duranın, dinləyicinin diqqətini-
deyiləcək fikrə, cümləyə və ya cümlənin bir hissəsinə cəlb etmək 
məqsədi ilə işlədilir. Ədəbi dildə dinləyici əsa- sən ikinci şəxs ol-
duğuna görə, belə ara sözlər arasında ikinci şəxsə aid feillər üs- 
tünlük təşkil edir. Şivələrdə isə nitq situasiyasından asılı olaraq 
müxtəlif formalarda meydana çıxır. Dialektoloji ədəbiyyatda şi-
vələrdə müxtəlif kəmiyyətdə işlənən sözbelə, sözgəlimi, fərzmal “ 
tutaq ki” , təşbeh/ təşbehən/ təşbeyin “ de yək ki”, məsəl “ deyək 
ki”, məsəlçün, başuzu ağrıtmıyım, sözüm onda yox, sözümün canı 
var, söhvəti sona gətirerim, sözün quvatı, sözün kalam arasında, 
sözün balon şaddığında və s. ara söz və birləşmələr aid edilir.
Təşbeh ara sözü “deyək ki, tutaq ki” mənasında əsasən 
şivələrin şərq qrupun da müşahidə edilir; məs.:- Təşbeh, mən 
malları gətirdim, olar da bahdılar (İm.);- Təşbeh, sə:n atan bı 
işdərə əncam elədi ( A.) və s. Bu ara sözün şivələrdə təşbehən, 
təşbeyin formalarına da rast gəlinir; məs.:- Təşbeyin, durub 
gedirdüg dərzinin yan- na (Şam.);- Təşbehən, bir öküz sə:n 


276
277
c) səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr; məs.:- Ət 
lilpar yağdı, kimyə (heçkim) ye: mədi (Kr.);- O ağaşı kəseylər də, 
bulax quryoy (Daş.) və s.
ç) aydınlaşdırma əlaqəsi; məs.:- Qahımı çoxdu: yarı dağdadı, 
yarı Gəncədə (Gəd.).

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin