Azerbacan dialektologiyasi-2019. indd


Tabesiz mürəkkəb cümlələr



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə160/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   156   157   158   159   160   161   162   163   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Tabesiz mürəkkəb cümlələr 
Şivələrdə tabesiz mürəkkəb cümlələrin struktur cəhətdən 3 
tipi işləkdir:
1) Sadə cümlələrdən ibarət tabesiz mürəkkəb cümlələr: məs.:- 
Didi tez gəlləm, hancağ gəlib çıxmadı (Qb.);- Hehrəm suyu yaxçı 
sudu, mınnan adama zərəl cəlməz (Nax.) və s.
2) Sadə və mürəkkəb cümlələrdən ibarət tabesiz mürəkkəb 
cümlələr; məs.:- O niyət elədi ki, üzüf, çayın o biri tərəfinə keşsin, 
amma keçə bilmiyif boğuldu (Ş.).
3) Mürəkkəb cümlələrdən ibarət tabesiz mürəkkəb cümlələr, 
məs.:- Qarı dedi kin, mən getmiyəjəm, əmbə pışqıçı yolla, ağacı 
pışqılasın (G.) və s.
Şivələrdə tabesiz mürəkkəb cümlələrin komponentləri arasın-
da əsasən qarşılaşdırma, zaman, səbəb-nəticə və aydınlaşdırma 
əlaqələri özünü göstərir.
a) qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr; məs.: -Ağa-
cım çuxdu, hancağ qulluğ iliyə bilmiyədəm (Qb.) və s. Cəbrayıl şi-
vəsində tabesiz mürəkkəb cümlənin komponentlərini əlaqələndirən 
indiki ki bağlayıcısı ( ancaq bağlayıcısını əvəzində) geniş yayıl-
mışdır; məs.:- Gedəjiydim, indi ki, yağış yağdı ( 45, s.265).
b) Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr; məs.:- Üş gün 
toyçular çaldı, camahat pişmiş yedi (Tov.)


278
279
aşağadu (Qb.);- Gördim, yuxarıdan su tökülir, gördim göbələkdü 
(O.);- Dalağım sanjdı, gedib dij durmayajax (Şam.);- Mən ona 
söz de:rəm, o anqut qalıf, cavaf vermer heç (Br.);- Tükançı hamı-
ya xavar verif, çoxlu mal gəlif təzə (Çən.) və s.
Bakı şivəsində tamamlıq budaq cümləsinin mürəkkəb bağla-
yıcı (nə ki, hası ki) ilə başlayan tipinə rast gəlinir; məs.:- Nə ki 
vardı, danışdı;- Ha:sı ki gül aşdı, ona daha su verməzzər (B.).
Karvansaray və Çənbərək şivələrində baş cümlənin xəbəri 
dedi feili ilə ifadə olunduqda təkrar olunur; məs.:- Məcit de:r- 
de:r kin, ma: köme:ləmillər;- Xalam de:r- de:r kin, özdəri bilir, 
həncəri yole:zillər kessinner (Çən.) və s. Bu şivələrdə baş cüm-
lənin təkrarına da rast gəlinir. Belə cümlələrdə baş cümlə ixtisar 
olunarsa, cümlənin mənası dəyişmir; məs.:- Qoruxçu xavar ve-
rif kin, çovannara bildirin ki, dağa haylasın qoynu z(d)a, quzuyu 
z(d)a (Çən.) və s. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin