Tabeli mürəkkəb cümlələr Şivələrdə tabeli mürəkkəb cümlələrin struktur-semantikası
ədəbi dillə eyniyyət təşkil edir, lakin ədəbi dillə müqayisədə di-
alekt sintaksisində intonasiya vasitəsilə qurulan tabeli mürəkkəb
cümlələr üstünlüyə malikdir. Bu, türkologiyada mürəkkəb cüm-
lənin ən qədim tipi hesab olunur. Tabeli mürəkkəb cümlələrin
strukturu və arealı şivələrdə eyni kəmiyyətdə deyildir. Ümumxalq
danışıq dilinə xas olan cümlələr şivə- lərin əksəriyyətində işlək-
dir. Bununla yanaşı, ayrı-ayrı şivələrdə və ya ləhcələrdə spesifik
strukturlu cümlələr də işlənməkdədəir.
Mübtəda budaq cümləsi. Ədəbi dildə olduğu kimi, şivələrdə
də mübtəda budaq cümləsinin iki struktur tipi vardır: a) baş cüm-
lədən əvvəl işlənənlər; b) baş cümlədən sonra işlənənlər. Budaq
cümlələrin qurulmasında əvəzliklər, var, ol sözləri-sa əla- məti və
ki ədatı və bağlayıcısı mühüm rol oynayır; məs.:- Kim ki qoçağıy-
dı, bir tə:r dolandırırdı başın (Sab.);- Hər kim orya tüşsə, çıxası
döyl (Tov.);- Nədən qorxırdım, başıma gəldi (S.);- Neçə ki uşaı
var oxudufdu hamısın (Tər.);- O ku burda oğlan oloydu, gedif-
dimi (Gəd.);- .);-Kim bu çaydan keşsə, o qoçaxdı (Ş.);- Hər kəs
torbuyu doldursa, mukafat alajax (Qaz.);- Kim vaxdında gəldi, o
qazandı (Cəb.) və s.
b) baş cümlədən sonra işlənən budaq cümlələr. Mübtəda bu-
daq cümləsinin bu tipi intonasiya, əvəzliklər,
ki bağlayıcısı ilə
qurulur; məs.:- Bizdərdə qaydadu, xü- regdən qabağ çay irə-
duğ (Qb.);- Toyuxların tara çıxmağınnan biliner ki, axşam oluf
(Qaz.);- Necə oldu, tapbadız əvi? (Nax.);- Harda görüküb, qoca
işdiyə, cavan öydə otura? (Ağs.);- İki il olar ki, oğlum əsgərdi
(Ş.);- İki gündü ki, uşax xəstələnif (Qub.); - Lazımdı kın, özümüz
itirib axdarax onu (Cəb.) və s.
olunur. Aparılan müşahidələr göstərir ki, şivələrdə ən çox işlənən
ta- mamlıq və şərt budaq cümlələridir. Bunlardan sonra zaman,
yer və səbəb budaq cümlələridir. Ən çox işlənən mürəkkəb cüm-
lələr iki komponentdən, bəzən də 3-4 komponentdən ibarət olur;
məs.: Hancarı eliyim?;- Yağsa ək, yağmasa əkmə, bi- təmməz (Br.). Dialekt nitqində komponentlərin ixtisarına da tez-tez rast
gəlinir. Bu, daha çox dialoqlarda özünü göstərir, məs.: Bəs kimə satax munu, ə:? -Kim işdəmə (ona satın) (Qaz.).
Ədəbi dildə olduğu kimi, dialekt sintaksisində də mürəkkəb
cümlənin iki növü var: 1) Tabesiz mürəkkəb cümlələr; 2) Tabeli
mürəkkəb cümlələr.