MÖVZU3
AZƏRBAYCAN RESPUBLİKASININ ƏHALİSİ
SUAL1. Əhali haqqında ümumi məlumat.
İnsanların yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Onun
yaşinin 2-2,5 mln. il olduğu açıqlanmışdır.Əhali hər hansı bir ölkənin məhsuldar
qüvvələrinin inkişafı və yerləşdirilməsinin aparıcı qüvvəsidir. O,istehsal sahəsinin
subyektidir. Əhali əməkdə iştirak edərək ictimai istehsalın əsasını təşkil edən
cəmiyyətin əsas başlıca məhsuldar qüvvəsidir. Əhali maddi istehsalın ən böyük
istehsalçısı və istehlakçısıdır. Digər tərəfdən əhali ictimai istehsal prosesində
istehsalla istehlak qütbləri arasında aparıcı mövqe tutaraq o, özü-özlüyündə dünya
təsərrüfatı coğrafiyasının predmeti rolunu oynayır. Çünki, əhali hər iki qütb
arasında –istehlak və istehsal arasında əsas hərəkətverici qüvvə sayılır. İnsan
cəmiyyətin maddi əsasını,planetin ən fəal elementini təşkil edir. İnsan ən ağıllı,
bilikli,şüurlu,dərrakəli, bacarıqlı və yaraşıqlı varlıqdır.Mahiyyət etibarilə o, təbiətin
bir hissəsi sayılan və spesifik mədəni mühit yaradan, yüksək sivilizasiyaya malik,
materiyanın ən ali, ülvi, yaradıcı, mürəkkəb təkamül yolu keçmiş, formalaşmış,
təşəkkül tapmış, dayanıqlı inkişaf etmiş sosial-psixoloji varlıqdır. Qurani Kərimin
“İnsan” surəsində deyildiyi kimi, o,bütün canlıların ən alisi, gözəli və kamilidir.
İnsan Yer Kürəsinin maddi aləminin təbiətlə birlikdə əsas aparıcı tərkib hissəsidir.
Marksın təbirincə insan təbii-ictimai canlı olmaqla təbiətlə yaşayır.
|