Sual 4. “Əsrin müqaviləsi”.
Ölkədə, ümumilikdə, xalq təsərrüfatının, o cümlədən yanacaq sənayesinin
davamlı inkişafını təmin etmək məqsədilə ümumi ehtiyatı 3-13 mlrd. t. Arasında
dəyişən neft ehtiyatını istehsala cəlb etmək məqsədilə, xüsusilə Xəzər dənizinin
Azərbaycan Respublikası sektorunda xüsusi qollar tapmaq ölkə qarşısında duran
başlıca məsələlərdən idi. Bu məqsədlə dünyanın aparıcı dövlətlərinin tanınmış neft
şirkətlərinin köməkliyinə ehtiyac hiss olunudru. Bu əsasdan da 20 sentyabr 1994-
cü ildə Bakının Gülüstan sarayında Xəzər dənizində yerləşən “Azəri”, “Çıraq”,
“Günəşli” neft yataqlarında qazma işlərinə başlamaq üçün ABŞ-ın BB-nın,
Norveçin, Türkiyənin, Rf-in, Səudiyyə Ərəbistanının, eləcə də Azərbaycan
Respublikasının tanınmış neft şirkətlərindən “Amoko”, , Yunikol”, “Penzoyl”,
“Mak-Dermat”, “BP”, “Pamko”, “Statoyl”, “Türkeş Petrolium”, “Lukoyl”,
“Delta”, ADNŞ və 1996-cı ildən Yaponiyanın “İtoçi” neft şirkətləri arasında
müqavilə imzalanmış oldu. 30 illik müddətə bağlanmış “Əsrin müqaviləsi” 99 mlrd
dollarlıq gəlir verməli, 511 mln t. neft hasilatının 253 mln. tonu Azərbaycana
çatacağı, əldə edilmiş 55 mlrd. kub m. təbii qazın hamısı Azərbaycana verilməsi,
əldə edilən gəlirin 76%-i Azərbaycan Respublikasına çatacağı öz əksini tapmışdır.
Bunun nəticəsində Subsa, Ceyhan, Səngəçal, Kulevi neft terminalları yaradılmış,
uzunluğu 850 km.-ə çatan Bakı-Subsa, uzunluğu 1776 km-ə çatan Bakı-Tbilisi –
Ceyhan, uzunluğu 179 km-ə bərabər olan Çıraq-Səngəçal boru kəmərləri çəkilmiş,
1997-ci ilin 12 noyabrından bu vaxta qədər 385 mln. t. neft ixrac edilmişdir. Bu
vaxta qədər 20 ölkənin 53 neft şirkəti ilə 33 müqavilə bağlanmışdır.
|