Sual 3. Yanacaq –energetika kompleksi.
Yanacaq –energetika kompleksi ölkənin davamlı iqtisadi inkişafının əsasını
təşkil edir. Buraya yanacaq və elektroenergetika daxildir. YEK –in inkişafında hər
iki sahə aparıcı yer tutsa da yanacaq sənayesinin özünəməxsusluğu vardır. Yanacaq
sənayesi mürəkkəb quruluşa malik olsa da hasilat və emal sahələrini özündə
birləşdirir. Hasilata neft, qaz, kömür, şist, torf, odun daxil olsa da emala benzin,
mazut, kerosin, dizel yanacağı, sürtkü yağları və s. daxildir. Neft tərkibində
karbon, hidrogen və s. olmaqla mayedir. Emalından 2500-dən az olmamaqla yeni
məhsul alınsa da ölkədə bu göstərici hələlik 90-dan çox deyildir. Respublika
qədimdən Balaxanı, Suraxanı, Bibiheybət, Ramana və b. kimi neft yataqlarına
malik olmaqla dünyada ilk dəfə sənaye üsulunu 1847-ci ildə Bibiheybət
mədənlərində tətbiq etmişdir. 1871-ci ildə isə ilk sənaye üsulu ilə neft hasilatına
Balaxanıda başlanılmışdır. Ölkədə 1945-1949-cu illərdə Neft Daşlarından neft
hasil edilmişdir. Ən çox neft hasilatı 1941-ci ildə 23,5 mln. t. və 2010-cu ildə 51
mln. tona çatmışdır. 2013-cü ildə bu hasilat 43,5 mln. t. təşkil etmişdir. Xəzər
dənizi illik neft hasilatının 96,1%-ni verməkdədir. Respublika ildə xaricə
göndərilən neftdən 30 mlrd. dollarlıq gəlir götürür. Bu vaxta qədər ölkədə neft
hasilatı 1,5 mlrd. tonu keçmişdir.
|