Mövzu 5. Azərbaycan Respublikasında elektroenergetikanın
inkişafı və yerləşdirilməsi.
Sual 1. Elektroenergetika, onun rolu, əhəmiyyəti və inkişaf zəminləri.
Elektroenergetikaya bölgədə yerləşən elektrik stansiyaları, elektrik
şəbəkələri, hasil olunmuş elektrik və istilik enerjisi daxildir. Elekroenergetika
ETT-in nailiyyətlərindən biri olub maddi istehsalın aparıcı sahələrindən birini
təşkil edir. Müasir texniki vasitələrin işləməsini, insanların yaşayış tərzinin
durmadan yaxşılaşdırılmasını, istər mövcud təsərrüfat sahələrinin, istərsə də
yenilərinin mövcudlaşmasını, əməyin məhsuldarlığının artırılmasını, vaxta qənaət
olunmasını, sənaye birlik və qovşaqlarının yaradılmasını, ərazi istehsal
komplekslərinin təşkil olunmasını, qısa zaman kəsiyində kəmiyyət-keyfiyyət
göstəricilərinin zamanın tələbləri səviyyəsinə qaldırılmasını təmin etmək
elektroenergetikanın köməkliyi ilə təmin etmək mümkündür. O, eyni zamanda
rayon əmələgətirici amil kimi də özünü göstərir. Insanların sosial inkişafını,
mədəni formalaşmasını elektrik enerjisi olmadan düşünmək mümkün deyildir.
Digər tərəfdən, elektroenergetika ölkədə məhsuldar qüvvələrin hərtərəfli inkişafını
təmin edən və onun ərazi daxilində bərabər yerləşdirilməsinin təminatçısıdır. Bir
sözlə, elektroenergetikanın iqtisadi, siyasi, strateji rolu və əhəmiyyəti danılmazdır.
Ölkədə elektroenergetikanın inkişaf zəminləri hələ çox qədimdən neft sənayesinin
inkişafı ilə, istehsalın çoxluğu, habelə axar su mənbələrinin mövcudluğuna
söykənir.
|