Sual 3. Azərbaycan Respublikasında elektroenergetikanın strukturu və
müasir inkişafı.
Müasir Azərbaycan Respublikası elektroenergetikasının tərkibi ənənəvi və
qeyri-ənənəvi və ya əsas və alternativ mənbələrə əsaslanaraq İES-lərdən, istilik
elektrik mərkəzlərindən, SES-lərdən, habelə Modul tipli elektrik stansiyalarından
ibarətdir. Ölkədə hasil olunan illik elektrik enerjisinin başlıca mənbəyi istilik
elektrik stansiyalarıdır. Bir qayda olaraq ölkədə İES-lər qazla, mazutla fəaliyyət
göstərirlər. İES-lərin üstün cəhətləri onların yanacağının çoxluğu, tez tikilməsi,
vaxta qənaət edilməsi, çox elektrik enerjisi vermələri, istehlaka yaxın və ya hər
yerdə tikilə bilmələri, ekoloji cəhətdən təmiz olmaları, ilboyu sabit elektrik
vermələri, şəbəkəyə tez qoşula bilmələri və sairədir. 1897-ci ildə 550 Mvt-lıq
Bibiheybət sahəsində, 1901-ci ildə Bayılda, 1902-ci ildə Belqorod İES-lər işə
salınsalar da tələbata cavab vermədikləri səbəbindən artıq fəaliyyət göstərmirlər.
1954-1956-cı illərin məhsulu olan, qazla, mazutla işləyən və hal-hazırda ümumi
gücü 400 Mvt-a çatan “Şimal”DRES-i, 1954-1962-cı illərin məhsulu olan və
Avropada ilk açıq tipli stansiya sayılan və indi 2013-ci ildə təmirdən sonra 780
Mvt gücə malik “Cənub” (dizel yanacağı, qazla, mazutla işləyir) DRES-i, 1981-ci
ildən fəaliyyətdə olan və gücü 3,2 mln. kvt-dan çox olan “Azərbaycan” DRES-i
Mingəçevir şəhərindədir.
Ildə hasil olunan 23,4 mlrd kvt/saat elektrik enerjisinin 93%-ə qədərini
İES-lər verirlər. Adambaşına düşən illik elektrik enerjisi 2512 kvt/saat olmaqla
Azərbaycan Cənubi Qafqazda liderlik edir.
|