Sual 2. Azərbaycan Respublikasında yanacaq-energetika kompleksinin
inkişaf tarixindən.
Azərbaycan dünyanın ən qədim yanacaq rayonlarından sayılır. Bunu tarixi
faktlar bir daha təsdiq edir. Belə ki, 1594-cü ildə usta Allahyar Məhəmməd Nuru
oğlu tərəfindən əl ilə Balaxanıda 25 metrlik dərinliyə malik olan quyu qazılmışdır.
1871-ci ildə isə Ağarza Mirzəyev Balaxanıda 42 m. dərinliyi olan quyu qazdırmış
və nəticədə quyudan neft fontan vurmuşdur. 1873-cü ildə isə Balaxanı sahəsində
38 m. dərinlikdən qazılmış quyu sutkada 3 min ton neft verə bilmişdir. 1875-ci ildə
Sabunçu ərazisində 1890-cı ildə Ramana sahəsində qazılan neft quyularının və neft
şirkətlərinin sayı gündən-günə artmışdır. Nobel qardaşları (1879-cu ildə), Rotşild,
Mantaşev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarovun şirkətləri
daha çox neft hasil etmişlər. Pirallahı neft sahəsində hasilata hələ 1887-ci ildən
başlanılmışdır. Burada kütləvi surətdə neft hasilatına 1902-ci ildən başlanılmışdır.
Sənaye üsulu ilə ilk neft hasilatı 1847-ci ildə Bibiheybətdə, 1871-ci ildə isə
Balaxanıda baş tutmuşdur. 1859-cu ildə Rus imperiyasında Balaxanı-Bakı arasında
uzunluğu 12 km. olan ilk neft kəməri çəkilmişdir. 1896-1906-cı illərdə isə
uzunluğu 833 km.-dən çox olan Bakı-Batumi neft kəməri kerasin daşınmasına
şərait yaratmışdır. 1898-ci ildə illin hasilata görə Azərbaycan dünyada 1-ci yerə
çıxmışdır. 1900-cü ildə Rusiya neftinin 95%-dən çoxunu təşkil edərək 10 mln. t.,
1901-ci ildə Rusiya neftinin 90,7%-ni (10,8 mln. t.), 1913-cü ildə Rusiya neftinin
83%-ni (7,7 mlnş t.), 1911-ci ildə neft hasilatı 11 mln. t., 1941-1945-ci illərdə
SSRİ neftinin (110 mln. t.) 75 mln. tonunu vermişdir. Hal-hazırda onun illik
hasilatı 43,5 mln. tondur.
|