Sual 5. Modul tipli elektrik stansiyaları, alternativ enerji mənbələri və
perspektiv inkişaf.
Özünün elektrik enerjisinə olan təhlükəsizliyini tam təmin edən
Azərbaycan Respublikasında digər təsərrüfat sahələrində olduğu kimi
elektroenergetikada da yeni istehsal sahələri axtarılır və onların varlığına nail
olunur. Bunlardan biri də müasir və yeni tipli Modul elektrik stansiyalarından
elektrik enerjisinin alınmasıdır. Bu tip elektrik stansiyaları tez tikilir, ucuz başa
gəlir, yanacağa qənaət edilmiş olunur, avadanlıqlar kiçik bir ərazidə quraşdırılır, ən
əsası şəbəkəyə tez – 3-4 dəqiqəyə qoşulur, ekoloji saflığa malikdir, perspektivlidir,
qazla, mazutla, hətta dizel yanacağı ilə də işləyir, karbon qazının atmosferə
buraxılmasının qarşısını alır, faydalı iş əmsalı yüksəlir, müasir texniki
avadanlıqlarla təchiz olunur və s. ölkədə 2006-cı ildən tikilməyə başlayaraq
mövcudları Astarada, Naxçıvanda, Xaçmazda, Şəkidə, Bakının Nizami rayonunda,
Qubada, Sumqayıtda, Səngəçalda fəaliyyət göstərərək ümumi gücləri 880 Mvt
təşkil edir.
Daha çox elm tutumlu sahə olan alternativ enerji mənbələrinə Günəşin,
küləyin, suların qabarma-çəkilməsinin, Yerin daxilinin, biokütlələrdən alınan
enerjilər daxildir. Bunlar eyni zamanda hibrid enerji mənbələri də adlandırılırlar.
Bunlar nəinki elektrik və istilik enerjisi alınmasında , habelə yol hərəkət
göstəricilərinin işıqlandırılmasında da istifadə olunurlar. Hal-hazırda Bakı
küçələrinin yol hərəkəti göstəriciləri, Biləsuvarda 6 məktəb, 6 uşaq bağçası, Günəş
plitələrindən istifadə edərək işıqlandırılırlar. Günəş və külək elektrik stansiyaları
Yaşma qəsəbəsinin Şurabad poliqonunda və bir sıra bölgələrdə fəaliyyət
göstərirlər. 2020-ci ildə onların xüsusi çəkisi 20%-ə çatdırılmalıdır.
Gələcəkdə ölkədə kiçik SES-lərin tikilməsinə üstünlük veriləcəkdir.