Sual 5. Azərbaycan Respublikasında təbii qaz sənayesinin inkişafı.
Azərbaycan
Respublikasında aşkarlanmış 71-dən çox neft-qaz
yataqlarından 61-i istismardadır. Bunun 30-dan az olmayanı müstəqil qaz
yataqlarıdır. Onun aşkarlanmış ehtiyatı 2,7 trln. kub metrdən çoxdur. Qaz
hasilatının əsası 1859-cu ildən qoyulsa da, 1902-ci ildə daha da genişləndirilmiş,
onun kütləvi hasilatına isə 1928-ci ildən Suraxanıda başlanmışdır. Müasir qaz
yataqları ölkə ərazisinin daxili rayonlarında, habelə Xəzər dənizində, Qaradağ,
Zirə, Gürgan, Naxçıvan, Ümid, Abşeron, Siyəzən, Çıraq, Kənizdağ, Babək, Bahar,
Mişovdağ, Daşgil, Şahdəniz ərazilərində aşkarlanmışdır.
Kəski 1999-cu ildən, hasilatı 2006-cı ildən başlayan, Bakıdan dənizin
içərilərinə doğru 70 km.-lik məsafədə yerləşən Şahdəniz yatağının qaz 1,2 trln kub
m., kondensant ehtiyatı 620 mln. t-dan çoxdur. 2006-2014-cü illərdə Şahdənizdən
54,4 mlrd kub m. qaz, 14 mln t. kondensant əldə edilmişdir. Uzunluğu 1050-971
km. arasında olan Şahdəniz-Ərzurum qaz boru xətti ilə Gürcüstana, Türkiyəyə,
digər Avropa ölkələrinə təbii qaz nəql edilir. Hal-hazırda Azərbaycan İrana,
Türkiyəyə, Gürcüstana, Rf-ə qaz ixrac etməkdədir. 2013-cü ildə ölkədə illik qaz
hasilatı 17,9 mlrd kub m. təşkil edir.
|