Sual 2. Elektroenergetikanın inkişaf tarixindən.
ETT-nin 3 aparıcı avanqard sahəsindən biri sayılan elektroenergetika
ərazidə iti axara və çox sulu çayların mövcudluğu ilə, istehlakın get-gedə artması
ilə, neft sənayesinin qədimdən inkişafı ilə əlaqədar olaraq əsrlərlə inkişaf tarixinə
malikdir. 1913-cü ildə Azərbaycanda 40 min kvt. Gücə və 111 mln. kvt. saat enerji
istehsalına malik 20 elektrik stansiyası mövcud idi. Bu onu Rusiyada Moskva və
Peterburqdan sonrakı 3-cü yeri tutmağa gətirib çıxarmışdır. Elektrik stansiyalarının
əksəriyyəti Bakıda yerləşsə də ətraf bölgələrdə də yerli tələbatlara xidmət edən
elektrik stansiyaları da var idi. Bunlardan Abşeronda “Qırmızı Ulduz”, Krasin
adına, Şimal elektrik stansiyalarının adını çəkə bilərdik ki, onlar da əsasən neft
yanacağından alınan yanacaq növləri əsasında elektrik enerjisi verirdilər. ətraf
rayonlarda isə başlıca olaraq mərkəzdən fərqli su elektrik stansiyalarının
tikilməsinə üstünlük verilmişdir. Bunlardan Gəncəçay üzərində tikilmiş Zurnabad,
Qudyalçay üzərində tikilmiş Quba, Qarqarçay üzərində tikilmiş Xankəndi, Talaçay
üzərində tikilmiş Zaqatala, Tərtərçay üzərində tikilmiş Madagiz, Kiş çayı üzərində
tikilmiş Şəki SES-lərinin adlarının çəkə bilərik. Hal-hazırda Azərbaycan
Respublikasında ümumi gücü 6,5 mln. kvt olan 24-dən artıq elektrik stansiyaları
fəaliyyət göstərir ki, onların da illik məhsul istehsalının kəmiyyət göstəricisi 23,4
mlrd. kvt. Saatdan çoxdur. Ilk İES Bakıda 1897-ci ildə, ilk SES isə 1890-cı ildə
almanlar tərəfindən Gədəbəydə tikilmiş Qalakənddir.
|