Sual 4: Azərbaycan Respublikasında SES –lərin müasir vəziyyəti.
Gec və baha başa gələn, ilboyu sabit elektrik enerjisi verməyən, yeraltı, yer
üstü təbii sərvətlərin sıradan çıxmasına səbəb olan, lakin, ucuz elektrik enerjisi
alınmasının, su nəqliyyatının, balıqçılığın, torpaqların suvarılmasının,
mikroiqlimin yaranmasının, turizm təsərrüfatının, insanların istirahətinin
yaxşılaşmasının səviyyəli olmasına müsbət şərait yaradan SES-lər ölkə ərazisində
kifayət qədərdir. Onlar 2013-cü ildə 1,5 mlrd. kvt saat elektrik enerjisi verə bilən
788 Mvt gücə malikdirlər. İlk SES 1890-cı ildə Qalakənddə yaradılsa da demək
olar ki, bütün regionların çayları üzərində fəaliyyət göstərirlər. Cənubi Qafqazda
elektrik enerjisinin 50%-ə qədərini verən Azərbaycan Respublikasında mövcud
çayların hidroenerji potensialı 43,5 mlrd. kvt/saatdan az deyildir. Bu qədər elektrik
enerjisi almaq üçün çaylar üzərində 5,5 mln. kvt gücündə elektrik stansiyası tikmək
olar. Ölkədə 1954-cü ildən gücü 403-420 Mvt olan Mingəçevir, 1957-ci ildən gücü
16.5 min kvt, hasilatı 73 min kvt/saat Varvara, 1976-cı ildən fəaliyyətdə olan və
gücü 50 min kvt, enerji hasilatı 125 mln kvt/saat Tərtər, 1967-1971-ci illərdə
tikilmiş və gücü 22 mvt, hasilatı 73 mln kvt/saat Araz, 1982-ci ilin məhsulu olan,
gücü 380 min kvt, enerji hasilatı 900-1,0 mlrd kvt/saat Şəmkir, 2000-ci ildə
tikilmiş, gücü 150 Mvt, hasilatı 400 mln kvt/saat Yenikənd, 2010 –cu ildə tikilmiş
150 min kvt gücündə Biləv, 2006-cı ildə istifadəyə verilmiş, gücü 4,5 Mvt Vayxır
(Babəkdə), 2013-cü ildə tikilmiş gücü 25 Mvt olan Taxtakörpü, 2012-ci ildə
tikilmiş, gücü 25 Mvt Qusar-1, 2012-ci ilin məhsulu olan, gücü 325 Mvt Fizuli
SES-ləri ildə 1,5 mlrd kvt/saatdan çox elektrik enerjisi verirlər (2013-cü il).
|