övzu 4: “Azərbaycan Respublikası təsərrüfatının inkişafı və ərazi
təşkili. Yanacaq-energetika kompleksi. Yanacaq sənayesi.”
Sual 1: “Azərbaycan Respublikası təsərrüfatının strukturu.”
Dünya
təsərrüfatının tərkib hissələrindən biri də Azərbaycan
Respublikasının təsərrüfatıdır. Onun strukturuna istehsal vasitələri istehsalı, xalq
istehlakı malları istehsalı sahələri, sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə, elm
və təhsil, səhiyyə, xidmət sferası sahələri daxildir. Istehsal vasitələri istehsalında
sənayenin ağır və yüngül sahələri aparıcı yer tuturlar. Ağır sənayeyə yanacaq-
energetika kompleksinin yanacaq və elektroenergetika sahələri, metallurgiya və
müxtəlif növ maşınlar buraxan komplekslər, habelə kimya və neft-kimya ilə yanaşı
meşə və tikinti materialları istehsalı kompleksləri daxildir. Istehlak malları istehsalı
sahəsinin isə ərzaq və yüngül sənaye sahələrinin olması səciyyəvidir. Kənd
təsərrüfatının əkinçilik (bitkiçilik) və heyvandarlıq sahələri səciyyəvidir. Çox
sahəvi nəqliyyat isə ölkədə məhsuldar qüvvələrin inkişafı və düzgün
yerləşdirilməsinin əsasını təşkil edir. Elm, təhsil, səhiyyənin özünəməxsusluğu
mövcuddur. Iqtisadi inkişafda sənaye sahəsi aparıcıdırsa, digər təsərrüfat sahələri
isə müxtəlif çəkilərlə tanınırlar.
Müasir dövrdə Respublika xalq təsərrüfatının strukturu bir sıra yeni sənaye
və istehsal sahələrinin yaradılması ilə daha da zənginləşdirilmişdir. Modul tipli
elektrik stansiyalarının, sənaye parklarının yaradılması dövrün tələblərinə cavab
verir. 2014-cü ildə Ümumi Daxili Məhsulun dəyəri 73,6 mlrd. dollar təşkil edərək
valyuta ehtiyatı 50 mlrd. dollar, investisiya qoyuluşu isə 27 mlrd. dollar təşkil
etmişdir.
|