SUAL 2. Azərbaycan Respublikası relyefinin xarakteristikası.
Fiziki-coğrafi ünsürlərə ərazinin coğrafi yerləşməsi,relyefi,iqlimi,torpaq-
bitki örtüyü və heyvanat aləmi daxildir. 3472 km dövlət sərhəddinə malik olan
Azərbaycan Respublikasının ucqar nöqtələri şimalda 3646 m hündürlüyə malik
olan Quton dağı,cənubda Astara çayı,qərbdə Candar gölü və Sədərək,şərqdə isə
Şahdili sayılır.
Respublikanın relyefi Böyük Qafqaz, Kiçik Qafqaz, Talış daölıq sahələri ,
eləcə də Kür-Araz ovalığı, Lənkəran və Arazboyu düzənliklərdə daha da
mürəkkəbləşir. Relyef səthinin müylliliyi şimal-qərbdən cənub-şərq istiqamətində
olub, dəniz səviyyəsindən - 27 m alçaqda yerləşməklə 4466 m yüksəkliyə qədər
yüksəlir. Relyefin hündürlük amplitudası 4500 m-ə qədər çata bilərək orta
hündürlüyü 657 m təşkil edir. Relyefin 18%-i dəniz səviyyəsindən alçaqdadır. Belə
hal yeraltı suların səthə yaxın yerləşməsindən , torpaqların şorlaşmasından xəbər
verir.
Tinov-Rossodan (3385m) başlayaraq Abşeron yarımadasına kimi 1500 km
məsafədə uzanan Böyük Qafqaz Yan silsilədən, Baş Suayrıcıdan ibarətdir. Ən
hündür zirvəsi Respublika ərazisində Bazardüzündə 4466 metrə çatır.Bu hissədə
Govdağ və Nialdağ silsilələri ilə yanaşı Qusar maili düzənliyi , Şollar, Samur-
Şabran düzənlikləri ,Qobustan,Qanıx-Əyriçay çökəkliyi, Acınohur-Ceyrançöl
alçaq dağlıq sahələri mürəkkəbliyə səbəb olur.
Azərbaycan Respublikası ərazisində Kiçik Qafqaz bir sıra dağ silsilələri və
yaylalardan ibarətdir. Murovdağ,Şahdağ,Şərqi Göyçə,Qarabağ, Zəngəzur,Dərələ-
yəz,Soyuqdağ,Dəmirlidağ, Gəlinqaya, İlandağ,Dəhnə dağlıq sahələri, Qarabağ
vulkanik yaylası, habelə Biçənək aşırımının olması bu hissədə də ərazi relyefinin
mürəkkəbliyinə şərait yaradır.
Ərazinin cənub-şərqində yerləşən Talış, Peştəkar,Buzovar silsilələrinin
birləşməsindən mövcudlaşan və hündürlüyü Kömürgöy zirvəsində 2493 metrə,
Qızyurdu zirvəsində 2433 metrə çatan Talış dağ sistemi şimal-qərbdən cənub-şərq
istiqamətində uzanmaqdadır. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus
dağlarına (5604m) keçid həlqəsini təşkil edir. Respublika ərazisinin mərkəzi
hissəsində Böyük və Kiçik Qafqaz dağları arasında ərazisinin 40%-i dəniz
səviyyəsindən alçaqda yerləşən, 200 km qərbdən şərqə, 150 km şimaldan cənuba
uzanan , Cənubi Qafqazın ən böyük düzənliyi sayılan Kür-Araz özünə yer
tapmışdır. O Gəncə-Qazax,Naftalan,Qarabağ, Mil,Muğan,Şirvan,Qarayazı,Cənub-
Şərqi Şirvan, Salyan düzləri formalaşmışdır.
Araz çayı boyu uzunu,yüksəkliyi 600-1200 m arasında dəyişən Arazboyu
düzənliyi Şərur,Ordubad,Sədərək, Böyükdüz,Naxçıvan,Vaycı,Gülüstan,Gəyən,İncə
daxili düzləri hesabına formalaşmışdır
Abşeron yarımadasından şimal istiqamətində Xəzər dənizi sahili boyunca
Qusar maili düzənliyinə söykənən Samur-Şabran ovalığının da bir hissəsinin
relyefi dəniz səviyyəsindən alçaqda yerləşmişdir.
Relyefin mürəkkəbləşməsində neft və qaz ehtoyatlarının olmasından xəbər
verən 250-dən çox palçıq vulkanlarının olmasıdır.Dünyanın 26 ölkəsində 900
saydan az olmayan palçıq vulkanları Respublika ərazisində Xəzər dənizinin
Azərbaycan sektorunda 140, Şamaxı-Qobustanda 67, Abşeron Arxipelaqında
12,Bakı Arxipelaqında 30 saya malikdir. Eləcə də, Xəzər sahil
zonasında,Kürboyu,Kür-Qabırrı çayları ərazilərində relyefin mürəkkəbləşməsinə
səbəb olmuşlar. Onlardan ən böyükləri Torağay (401m), Qalmaz, Böyük
Kənizdağ,Keyrəki (131m), Bozdağ(290m),Xərə-Zirə,Lökbatan(86m).Quşçu, Ax-
tarma-Paşa,Çeyildağ,Böyük Dağ(100m) və başqalarıdır.
Milli Məclisin qərarı ilə 23 palçıq vulkanı " Təbiət abidəsi" kimi qəbul
edilmişdir.
|