MÖVZU 2. Azərbaycan Respublikasının təbii şəraiti, təbii ehtiyatları və
onların qiymətləndirilməsi.
SUAL1. Azərbaycan Respublikası ərazisinin geoloji və tektonik quruluşu.
Azərbaycan Respublikası ərazisini təşkil edən süxurlar müxtəlif geoloji
dövrün törəmələridirlər.Kembriyə qədərki süxurlar Naxçıvanda, Sədərəkdə,
Dərələyəzdə aşkarlansalar da, Paleozoy çöküntüləri Tovuz rayonu ərazisində
yayılmışdır. Mezazoy çöküntülərinə gəldikdə isə onlara Böyük və Kiçik Qafqazın
yüksək və alçaq dağlıq sahələri üçün səciyyəvidir.Kaynazoy erasının
paleogen,neogen və IV dövrün çöküntüləri qumdaşlarından , əhəng daşlarından,
vulkan mənşəli çöküntülərdən ibarətdir. Ən qədim süxurların yaşı 450 mln. ilə
qədər olduğu halda, ən cavanları Xəzər sahillərində müşahidə edilir. Respublika
ərazisində yayılmış süxurlar maqmatik, metamorfik və çökmə mənşəlidirlər.
Azərbaycan Respublikası ərazisi seysmik rayonda yerləşməklə ən dağıdıcı
zəlzələlər 1139-cu ildə Gəncəbasarda, 1859-cu il may ayının 29-u və 30-unda isə
Şamaxıda baş verməklə böyük itkilərə səbəb olmuşdur.
Azərbaycan Respublikasının ərazisi cavan Alp-Himalay geosinklinal
qurşağında yerləşərək 5 tektonik zonaya ayrılır. Bunlar Qusar maili düzənliyini,
Şollar düzünü, Samur-Şabran ovalığını əhatə edən Ön Qafqaz çökməsindən Böyük
Qafqaz tektonik zonasından, Kiçik Qafqaz tektonik qalxması və Talış dağları, Kür
tektonik çökməsi habelə cavan Arazboyu sahəsindən ibarətdir.
|