SUAL 3. Azərbaycan 68 il, 11 ay, 7 gün Rusiya tərkibində.
Azərbaycan 28 aprel 1920-ci ildə yenidən Rusiyaya qatılmış oldu.Rusiya
bununla kifayətlənməyərək qədim Azərbaycan torpaqları olan İrəvan xanlığının
yerində Ermənistan adlı qondarma bir dövlət yaratdı.Bununla da qane olmayan
Rusiya 1924-cü ildə Azərbaycan Demokratik Cümhuriyyətinin əzəli torpaqları
olan Zəngəzur, Şərur-Dərələyəz qəzalarını, Göyçə mahalını , Qazax qəzasının
yarıdan çoxunu necə deyərlər qoparıb Ermənistana verdi.Beləliklə Azərbaycan
ərazisi 97 min kv.km-ə endirmiş oldu.Bununla da Naxçıvan ərazisi Azərbaycandan
ayrı salınaraq anklav vəziyyətə düşərək mühasirə vəziyyətinə salınmış oldu. Digər
tərəfdən Rusiyanın təkidi ilə 7 iyul 1923-cü ildə qondarma Daölıq Qarabağ Muxtar
Vilayəti yaradıldı. Muxtariyyət prinsiplərinə müvafiq olaraq 9 fevral 1924-cü ildə
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası da yaranmış oldu.Deyilənlərlə
yanaşı Rusiya Ermənistanla 1920-ci ilin dekabrında dostluq əməkdaşlıq
müqaviləsini də imzaladı. Beləliklə, gözümüz baxa-baxa Azərbaycan ərazisi daha
28 min kv.km azaldılaraq 86,6 min kv.km-ə endirilmiş oldu.
Azərbaycan 12 mart 1922-ci ildə ZSFSR-nin tərkibinə,30 dekabr 1922-ci
ildə isə RSFSR, Ukrayna, Belorusiya ilə birlikdə SSRİ-ni yaratmış oldular. 1936-cı
ilin 5 dekabrında Azərbaycan SSRİ-nin tərkibində "müstəqil" müttəfiq respublika
kimi fəaliyyət göstərmişdir.
Ermənistan uzun illərdən bəridir ki, qonşu dövlətlərin əraziləri hesabına
"Böyük Ermənistan" adlanan bir dövlət yaratmaq xülyasına düşmüşdür.Bu
məqsədlə də hələ 1948-51-ci illər ərzində indiki Ermənistandan Azərbaycanın əzəli
torpaqlarından 200 minə yaxın azərbaycanlılar zorla köçürülmüşlər.Bu siyasət
davam etdirilərək 1988-ci ildən bu vaxta qədər yenidən 207 min azərbaycanlı
qədim dədə-baba yurdlarından çıxarılaraq kütləvi surətdə qovulmuşlar.
Yuxarıda göstərilən təxminən 71 il ərazində Azərbaycan SSRİ-nin tərkibində
olsa da siyasi,iqtisadi,mənəvi mədəni inkişafını artırmış və özünə layiqli yer
tutmuşdur.
Dostları ilə paylaş: |