Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA


Hansı variant akademik mənbə sayılır?



Yüklə 56,78 Kb.
səhifə11/25
tarix09.05.2023
ölçüsü56,78 Kb.
#109956
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (testlər)

85. Hansı variant akademik mənbə sayılır?
1) kitablar, elmi jurnal məqalələri
2) şəxsi fikirlər, rəylər
3) məşhur bir insanın düşüncələri
4) dost və yoldaşlarla aparılan müzakirələrin nəticələri
5) nəşr edilmiş hesabatlar
A) 1, 5
B) 2, 4
C) 1, 3
D) 3, 5
E) 2, 5
86. Akademik yazının xüsusiyyətlərindən biri yanlışdır:
A) İstənilən üslubda yazıla bilər.
B) Elmi üslubda yazılır.
C) Düzgün sitatgətirmə olmalıdır.
D) Elmi əsaslanma olmalıdır.
E) Müəyyən strukturda yazılır.
87. Özünüdərketmə nədir?
A) şəxsi həyatına və davranışına tədqiqatçı münasibət
B) öz fikirləri haqqında konkret danışmaq
C) başqaları ilə ünsiyyət zamanı özü olaraq qalmaq bacarığı
D) öz hislərini ifadə etmək
E) daim irəliyə getmək, təmas qurmaq
88. Elmi üsluba aid olmayan cəhət hansıdır?
A) obrazlılıq
B) məntiqilik
C) termin sıxlığı
D) ardıcıllıq
E) konkretlik
89. Akademik yazıda etibarlı mənbə hansı variantda verilib?
A) kitablar, jurnal, məqalə və nəşr edilmiş hesabatlar
B) aparılan müzakirənin nəticəsi
C) köşə yazarlarının rəyləri
D) bir insanın düşüncəsi
E) şəxsi fikirlər
90. “Beş kitablar” birləşməsində ədəbi dilin hansı norması pozulub?
A) qrammatik
B) leksik
C) fonetik
D) leksik və qrammatik
E) fonetik və qrammatik
91. Kütlə qarşısında çıxış necə olmalıdır?
A) Kifayət qədər ucadan, aydın, ifadəli, sadə nitq formasında olmalıdır.
B) Quru və mücərrəd olmalıdır.
C) İşgüzar zərurətdən doğan söz olmalıdır.
D) Nəsihətverici olmalıdır.
E) Ən yüksək səs tonu ilə səslənməlidir.
92. Dil vahidləri ifadə olunan fikrə uyğun işlədilmədikdə ədəbi dilin hansı norması pozulur?
A) leksik
B) orfoepik
C) qrammatik
D) fonetik
E) orfoqrafik

Yüklə 56,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin